Nur təfsiri (6-cı cild) - Nur təfsiri (6-cı cild) - Quran - Quran, Hədis, İslam təlimləri, Fiqh - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1668
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vuqar710
  • Əhəd
  • EdgazLic
  • JamizeLulky
  • Clyzerurry
  • ALIAKBARHUSEYN
  • Fernizpax
  • SamzyTwipt
  • DawizWaype
  • ali_nur
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 31:
    جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ لَهُمْ فِيهَا مَا يَشَآؤُونَ كَذَلِكَ يَجْزِي اللّهُ الْمُتَّقِينَ
    "(Ağaclarının) altından çaylar axan daimi bağlara (cənnətlərə) daxil olacaqsınız. Onlar üçün orada istədikləri şey mövcuddur. Allah təqva əhlinə bu sayaq mükafat verər.”
    Bildirişlər
    1. Behiştdə müxtəlif və çoxsaylı bağlar var.
    2. Behişt bağları daim yaşıldır. Bu bağlarda xəzan və quraqlıq yoxdur.
    3. Dünyanın haram ləzzətlərindən çəkinməyin mükafatı sonsuz axirət ləzzətləridir.
    4. "İstədikləri şey” təbirinin əhatəsi daha genişdir. Çünki insan bəzən nəfs və göz üçün ləzzəti olmayan irfan və mənəviyyat məqamı diləyir.
    5. Yaxşı əməl sahiblərini mükafatlandırmaq Allahın sünnəsi, qanunudur.
    Ayə 32:
    الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلآئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلامٌ عَلَيْكُمُ ادْخُلُواْ الْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ
    "(Şirk və günah çirkinliyindən) pak olanlara onların canını alan mələklər deyər: "Salam olsun sizə! Gördüyünüz işlərin mükafatı olaraq behiştə daxil olun.”
    Nöqtələr
    Küfr və şirk əhli haqqında olan ötən ayələrə əsasən, "təyyibin” sözü şirk və günahdan uzaq olan təqva əhlinə işarədir. "Təyyib” dedikdə istənilən kin və qatqıdan uzaqlıq, kamillik və xeyir əməllə zinətlənmə nəzərdə tutulur.
    Bildirişlər
    1. Bəzilərinin cəzalandırılması və ya mükafatlandırılması ölüm anından başlayır. Rəvayətlərdə deyilir ki, qəbir ya cəhənnəm dərəsi, ya behişt bağıdır.
    2. Ölüm yoxluq yox, ruhun çıxarılmasıdır.
    3. Mələklər Allahın məmurlarıdırlar. Allahın hər iş üçün məmurları vardır.
    4. Pak insanların ölümü mələklərin salamı ilə müşayiət olunur.
    5. Salam vermək mələklərin şüarı və ərş ədəbidir. (Salamda dua, salamatlıq, əmin-amanlıq var.)
    6. Behişti bəhanəyə yox, bahaya (dəyərinə) verirlər.
    Ayə 33:
    هَلْ يَنظُرُونَ إِلاَّ أَن تَأْتِيَهُمُ الْمَلائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ كَذَلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ
    "Yoxsa kafirlər (ruhlarını çıxaracaq) mələklərin Rəbbinin əmrinin soraqlarına gəlməsindən başqa bir şeymi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər. Allah onlara zülm etmədi, amma onlar özlərinə zülm edirdilər.”
    Nöqtələr
    "Bəqərə” surəsinin 210-cu, "Ənam” surəsinin 158-ci ayələri də bu ayənin oxşarıdır.
    Peyğəmbərin nəsihətindən oyanmayanlar Allahın əzab qamçısından oyanarlar. Amma bunun nə faydası?!
    Bildirişlər
    1. Kafirlər Allahın qəhr-qəzəbini görməyincə öz küfrlərindən əl çəkməzlər.
    2. Allahın dünyadakı qəhr-qəzəbi intiqam üçün yox, tərbiyə üçündür.
    3. Şirk, küfr və təkəbbürçülük cərəyanı tarix boyu fəal olmuşdur.
    4. İlahi əzab bizə zülm deyil. Zülm öz əməllərimizdir.
    5. Küfr və təkəbbür öz insanlığımıza zülmdür.
    6. Zülm və tüğyanın davamı təhlükəlidir.
    7. Höccət tamamlandıqdan, peyğəmbərlər və kitablar göndərildikdən sonra əzabın gəlişi zülm yox, məhz ədalətdir.
    Ayə 34:
    فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ
    "Gördükləri pis işlərin cəzasına çatdılar, məsxərəyə qoyduqları (əzab) onları bürüdü.”
    Nöqtələr
    "Səyyiat” dedikdə kiçik günahlar nəzərdə tutulur. "Nisa” surəsinin 31-ci ayəsində oxuyuruq: "Qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik.” Demək, insana dünyada verilən cəza onun pis əməllərinin bir hissəsinə cavabdır. Əsas cəza isə qiyamətdədir.
    "Haqə bihim” dedikdə məsxərəyə qoyduqları əzabın onları bürüməsi nəzərdə tutulur.
    Bildirişlər
    1. Pis əməllərin acı tüstüsü insanın öz gözünə dolur.
    2. Başqalarını məsxərəyə qoymağın cəzası elə bu dünyada insana yetişir.
    3. Başqalarını məsxərəyə qoysaq, özümüz çətinliyə düşərik.
    Ayə 35:
    وَقَالَ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا عَبَدْنَا مِن دُونِهِ مِن شَيْءٍ نَّحْنُ وَلا آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن دُونِهِ مِن شَيْءٍ كَذَلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ فَهَلْ عَلَى الرُّسُلِ إِلاَّ الْبَلاغُ الْمُبِينُ
    "Müşriklər dedilər: "Əgər Allah istəsəydi nə biz, nə də bizim atalarımız Ondan qeyrisinə pərəstiş etməz, Onun hökmü olmadan heç nəyi haram saymazdıq.” Onlardan əvvəlkilər də belə rəftar edirdilər. Məgər peyğəmbərlərin aşkar bəyandan savay nə vəzifəsi var?!”
    Nöqtələr
    "Cəbr” ("məcburiyyət”) məsələsi müşriklər tərəfindən uydurulmuş bir məsələ idi. Onlar deyirdilər ki, Allah istəsəydi, biz Ondan qeyrisinə pərəstiş etməz, müşrik olmazdıq. Bu nöqtələr "Ənam” surəsinin 148-ci, "Zuxruf” surəsinin 10-cu ayəsində də qeyd olunmuşdur.
    Sual: Xalqın azğınlığının qarşısının alınmaması Allahın razılıq nişanəsi deyilmi?
    Cavab: Xeyr! Çünki Allah xalqın hidayəti üçün vasitələr müəyyənləşdirmiş, peyğəmbərlər və kitablar göndərmişdir. Təbii ki, azğınlıq istəyən belə etməzdi. Amma kimsə iman gətirməyə də məcbur edilməmişdir. Çünki məcburi iman dəyərsizdir.
    Bildirişlər
    1. Küfr və şirkdən də təhlükəlisi bu iki şeyə don geyindirib, onları Allaha aid etməkdir.
    2. Müşriklər arasında da "cəbrilik” ("məcburiyyət”) əqidəsi olmuşdur.
    3. Azğınlar özlərindən əlavə, ata-babalarının da işinə don geyindirirlər.
    4. Bir çox insanlar ağına-bozuna baxmadan ata-babalarının əqidəsini qəbul edirlər.
    5. Haram şeyləri halal etməyə icazə verilmədiyi kimi, halal şeyləri də haram etmək caiz deyil.
    6. Azğınlar tarix boyu pis işlərini yaxşıya yozmaqla, don geyindirməklə məşğul olmuşlar.
    7. Təbliğ yetərli və aydın olmalıdır.
    8. Peyğəmbərlərin vəzifəsi xalqı məcburi şəkildə imana yönəltmək yox, dəvət və təbliğdir.
    Ayə 36:
    وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
    "Həqiqətən, Biz hər ümmət arasında bir peyğəmbər seçdik ki, (xalqa desin:) «Allaha pərəstiş edin və zalım hakimlərdən, Tağutdan uzaq olun.» Xalqın bir dəstəsi Allah tərəfindən hidayət olunanlardır. Bəziləri isə azğınlığa layiqdir. Yer üzündə səfərə çıxın ki, təkzib edənlərin işinin aqibətini görəsiniz.”
    Nöqtələr
    "Umm” kökündən olan "ümmət” sözü ardıcıllıq mənasını bildirir. Hər hansı şəkildə birliyi olan topluma "ümmət” deyilir. Bu söz Quranda 64 dəfə işlədilmişdir.
    "Tağut” "tüğyan” sözünün mübaliğəsidir. Quranda tüğyan və itaətsizlik səbəbi olan şeytan, sitəmkar, təkəbbürlü şəxs, bütlər tağut adlandırılmışdır. Bu söz həm tək, həm də cəmə münasibətdə işlədilir.
    Allah bütün insanlar üçün hidayət vasitələri göndərmişdir. Kimi qəbul edib hidayət olunur, kimi inkar edib yolunu azır. Demək, hidayət Allahdan, azğınlıq isə bizdəndir. Bir misal çəkək: yer daim işıq saçan günəşin ətrafında dövr edir. Onun günəşə tərəf olan hissəsi işıqlanır, əks tərəfi qaranlıq qalır. Yer kürəsinin işığı günəşdən, qaranlığı isə özündəndir.
    Hər halda Allah ləyaqətini itirməmiş insanın azğınlığını Özünə aid etmir. Quranda buyurulur ki, Allah yalnız fasiqləri, həddi aşanları cəzalandırır.
    Bildirişlər
    1. Peyğəmbərlər bir irqə, bir məntəqəyə, bir qəbiləyə göndərilməmişlər.
    2. Peyğəmbərlərin proqramlarında tövhidə dəvət və Tağutdan uzaqlıq birinci pillədə dayanır.
    3. Allahpərəstlik zalım hakimlərə tabeçiliklə bir araya sığmır.
    4. İnsan ibadət və Allaha bağlılıqla zalımlara qarşı mübarizə gücü əldə edir.
    5. Allah insana yol seçimində azadlıq vermişdir.
    6. İnsanın seyr və səfəri ibrət üçün olmalıdır.
    7. Tarixdə qanunauyğunluq var, cəmiyyətə hakim qanunlar sabitdir.
    8. Quran bəşəriyyəti məqsədli səyahətə dəvət edir.
    Ayə 37:
    إِن تَحْرِصْ عَلَى هُدَاهُمْ فَإِنَّ اللّهَ لاَ يَهْدِي مَن يُضِلُّ وَمَا لَهُم مِّن نَّاصِرِينَ
    "(Ey peyğəmbər!) Onların hidayətinə (doğru yola gəlməsinə) hərislik göstərsən də, şübhəsiz, Allah azdırdığı kəsi hidayət etməz. Onlar üçün heç bir yardımçı yoxdur.”
    Nöqtələr
    Əvvəlki ayənin: "Bir dəstənin inkar və küfr səbəbindən yolunu azması qətidir,” ardınca bu ayədə Peyğəmbərə (s) xitabən buyurulur: "Onlara can yandırma, sənin canıyananlığın əbəsdir. Çünki Allah onların qəlbini möhürləmişdir və hidayət olası deyillər.”
    Bəzən problem təbliğatçıda yox, xalqın qabiliyyətində olur, Peyğəmbər məsumdur, onun zəif nöqtəsi yoxdur, ən üstün əxlaqa malikdir və canıyanandır. Bununla belə xalq onu qəbul etmir.
    Bildirişlər
    1. İnsan bəzən o qədər süqut edir ki, dünyada hidayət, axirətdə qurtuluş qabiliyyətini itirir.
    2. Təbliğatçı bilməlidir ki, bir qrup insan heç bir məntiqi qəbul etmir. Belələrinin iman gətirməsini gözləməyə dəyməz.
    3. Şəfaət üçün insanın ləyaqəti olmalıdır və şəfaətdən hər kəs bəhrələnə bilmir.
    Ayə 38:
    وَأَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ لاَ يَبْعَثُ اللّهُ مَن يَمُوتُ بَلَى وَعْدًا عَلَيْهِ حَقًّا وَلـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ
    "Ən şiddətli şəkildə Allaha and içdilər ki, hər kəs ölərsə, Allah onu diriltməyəcək. Bəli, (ölülərin dirildiləcəyi) Allahın haqq vədidir. Amma xalqın çoxu bilməz.”
    Nöqtələr
    İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, rəcət (İmam Mehdinin (ə) qiyamı dövründə bir dəstə insanın dirildilməsi) bu ayənin nümunələrindəndir. Amma şiə müxalifləri bu həqiqəti inkar edirlər.
    Bildirişlər
    1. And sədaqət və düzlük nişanəsi olmaya da bilər.
    2. Cəhalət və küfrdən də pisi bu iki iş üzərində isrardır.
    3. Tövhid məsələsini məad məsələsindən ayırmaq cahiliyyətə aid əqidədir.
    4. Qiyamət və ilahi vəd yeri cəza və mükafat üçündür.
    5. Qiyamətdə ölülərin dirildilməsi həqiqətdir.
    6. Məadı inkar etməyin kökü cəhalətdir.
    Ayə 39:
    لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُواْ أَنَّهُمْ كَانُواْ كَاذِبِينَ
    "(Ölülərin dirildilməsi) xalqın ixtilafda olduğu məsələni aydınlaşdırmaq və küfr edənlərin özlərinin yalançı olduqlarını bilmələri üçündür.”
    Nöqtələr
    Kafirlər Allahın birliyini, peyğəmbərlərin haqlılığını, qiyamətin bərpasını, əməllərin hesaba çəkilməsini qəbul etmir, bu məsələlərə şübhə ilə yanaşırdılar. Ayədə buyurulur ki, qiyamətdə bütün bu məsələlər aydınlaşar və anlayarlar ki, dünyadakı əqidələri puç olub. Amma bunun nə faydası?!
    Bildirişlər
    1. Qiyamət günü bütün həqiqətlərin aydınlaşdığı gündür.
    2. Küfr yalan və inkar üzərində qurulmuşdur.
    Ayə 40:
    إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَن نَّقُولَ لَهُ كُن فَيَكُونُ
    "(Ölüləri diriltmək Bizim üçün çətin deyil, çünki) bir iş görmək istəsək, həqiqətən, həmin iş üçün sözümüz yalnız "ol” deməkdir. O da (yubanmadan) vücuda gələr.”
    Nöqtələr
    Allah-təala bu ayədə "sözümüz”, "Yasin” surəsinin 82-ci ayəsində "əmrimiz” təbirlərini işlədir. Demək, Allahın əmr və sözü Onun istək və iradəsindən ibarətdir.
    Ayədə bildirilir ki, Allah bir işin olması üçün yalnız "ol” əmrini verir. Əslində isə Allahın bir işi görmək üçün söz deməyə ehtiyacı yoxdur. "Ol” sözünün bəyanında məqsəd hadisəni dərk edə biləcəyimiz şəkildə anlatmaqdır.
    İnsan öz zehnində təsəvvür yaratmaq üçün bunu istəsə bəs edir. Allahın isə bir şeyi yaratmaq üçün istəyi kifayətdir.
    Bildirişlər
    1. Əgər istənilən bir iş Allahın bir istəyi ilə baş verirsə, hansı əsasla məada şəkk etməliyik?!
    2. Allah mövcudları hər hansı tərkibləri dəyişməklə yox, sadəcə yoxdan var edir.
    Ayə 41:
    وَالَّذِينَ هَاجَرُواْ فِي اللّهِ مِن بَعْدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً وَلَأَجْرُ الآخِرَةِ أَكْبَرُ لَوْ كَانُواْ يَعْلَمُونَ
    "Sitəm gördükdən sonra Allah yolunda hicrət edənlərə, şübhəsiz ki, həmin dünyada gözəl bir məskən verəcəyik. Əgər bilsəydilər, əlbəttə ki, axirət mükafatı daha böyükdür.”
    Ayə 42:
    الَّذِينَ صَبَرُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ
    "(Onlar) Səbir yolunu tutanlar və Rəbblərinə təvəkkül edənlərdir.”
    Nöqtələr
    Quran müxtəlif ayələrdə hicrət və onun dünya və axirət təsirləri haqqında danışır. Necə ki, "Nisa” surəsinin 100-cu ayəsində buyurulur: "Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çox geniş bir məskən tapar.”
    Bu ayədə "hacəru fillah” təbiri işlədilmişdir. Bu isə "Allah yolunda hicrət” təbirindən daha dəqiqdir.
    Bildirişlər
    1. Dinini yaymaq və ya hifz etmək, eləcə də, canını qorumaq üçün vətənindən, mal-mülkündən keçib hicrət edənlər müvəffəq olur.
    2. Əgər zalımla qarşı-qarşıya gəlmək gücü yoxdursa, onun hakimiyyətini qəbul etmək yox, hicrət etmək lazımdır.
    3. Hicrət düşmən qarşısında qələbə, səbir və təvəkkül rəmzidir.
    4. Sitəmkarlar qarşısında biganələrə yox, imanınıza, təvəkkül və müqavimətinizə arxalanın.
    5. Hicrət çətinliklərinə dözmədən qurtuluş əldə olunmur.
    Ayə 43:
    وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
    "Biz səndən öncə də yalnız vəhy etdiyimiz (mələk və ya digər mövcud yox) kişilər göndərdik. (Onlar sənin gəlişinə təəccüb edirlər. Onlara de ki,) əgər (öyrənə) bilmirsinizsə, zikr əhlindən soruşun.”
    Nöqtələr
    Bu ayə bəşər düşüncəsinin qəbul etdiyi ümumi bir prinsipi bəyan edir. Bu prinsip alim və mütəxəssislərə müraciətdir. Yəni nəyi bilmirsinizsə, həmin işin mütəxəssislərindən soruşun. Əlbəttə ki, dini məsələlərdə "zikr əhlinin” ən bariz nümunəsi Peyğəmbər (s) Əhli-beytidir. Bu məzmunda şiə və sünni rəvayətləri çoxdur.
    Təbəri, İbn-Kəsir və Alusi də öz təfsirlərində zikr əhlinin Peyğəmbər (s) Əhli-beytinə işarə olduğunu bildirirlər.
    "Bihar” kitabının 23-cü cildində 172-ci səhifəsindən başlayaraq 60-a yaxın rəvayətdə bu barədə danışılır. Məsum imamlar buyururlar: "And olsun Allaha, «Əhli-zikr» bizik və xalq öz suallarını bizdən soruşmalıdır.”
    Bildirişlər
    1. Bütün ilahi peyğəmbərlər mələk yox, insan cinsindən olmuşlar.
    2. Bütün peyğəmbərlər yetkin və şücaətli kişilər olmuşlar. (Baxmayaraq ki, bəziləri, məsələn İsa və Yəhya uşaq yaşında peyğəmbərliyə çatmışlar.)
    3. İlahi vəhyin bir insana nazil olması təəccüblü deyil. Bu, bəşərin hidayəti üçün nəzərdə tutulmuş ilahi sünnədir.
    4. Cəhalət olan yerdə soruşub öyrənmək vəzifədir.
    5. Dini məsələləri dinlə səthi tanışlığı olanlardan yox, din bilicilərindən soruşmaq lazımdır.
    6. İnsanın bildiyi şeyi soruşmasının mənası yoxdur. Yalnız fikrini dəyişmək istəyən şəxs belə edə bilər.
    7. Əgər zikr əhlindən soruşmaq zəruridirsə, cavabı da qəbul etmək zəruridir. Əks təqdirdə sual vermək mənasızdır.
    8. Müstəqil öyrənə bilmədiyimiz şeyi soruşaq. Axtarış aparmadan sual vermək düzgün deyil. Ayədə deyilmir ki, bilmədiyinizi soruşun, deyilir ki, öyrənə bilmədiyinizi soruşun.
    Ayə 44:
    بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
    "(Biz səndən öncəki peyğəmbərləri) möcüzə və kitabla (göndərdik). Sənə zikri (Quranı) nazil etdik ki, xalq üçün onlara nazil olanı aydın bəyan edəsən. Ola bilsin ki, düşünələr.”
    Nöqtələr
    "Bəyyinat” dedikdə peyğəmbərliyin aşkar dəlilləri və möcüzələri nəzərdə tutulur. "Zəbur” sözünün cəm forması olan "zubur” sözü səmavi kitab mənasını bildirir.
    Ayə iki növ vəhyə işarə ola bilər: hamı üçün nəzərdə tutulmuş vəhy və Quranın təfsir və bəyanı üçün nəzərdə tutulmuş vəhy. İkinci növ vəhy Peyğəmbərə (s) məxsusdur. Yəni "Biz sənə zikr nazil etdik ki, xalqa nazil olmuş Quran təfsirini bəyan edəsən.”
    Bildirişlər
    1. Peyğəmbərlərin həm möcüzələri, həm də kitabları olub. Bununla xalqın haqqı batildən seçməkdə yanlışlığa düçar olmaması nəzərdə tutulub.
    2. Peyğəmbərlərin həm "bəyyinə” - əqli dəlilləri, həm də "zubur” - nəqli dəlilləri olub.
    3. Quran şəxsən Peyğəmbərə (s) nazil olsa da, bu kitabda bütün xalqa müraciət olunur.
    4. Quran bir dəfə Peyğəmbərə (s) bütövlükdə nazil olmuşdur. İkinci dəfə bu səmavi kitab tədricən nazil olmuş və xalq bu işdən xəbərdar olmuşdur. (Ərəb dilində, "inzal” dedikdə - birdəfəyə, "tənzil” dedikdə tədrici nazil olma nəzərdə tutulur.)
    5. Quran Peyğəmbərin (s) bəyanına ehtiyaclıdır. Quranı sünnə və rəvayətlərdən ayırmaq caiz deyil.
    6. Peyğəmbərin (s) vəzifəsi Quranı bəyan etmək, xalqın vəzifəsi deyilənləri düşüncə əsasında qəbul etməkdir.
    7. Quran zikrdir. Bu zikr insanın diqqətini artırır və onu qəflətdən oyadır.
    Ayə 45:
    أَفَأَمِنَ الَّذِينَ مَكَرُواْ السَّيِّئَاتِ أَن يَخْسِفَ اللّهُ بِهِمُ الأَرْضَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ
    "Pislikləri hiylə ilə həyata keçirənlər Allahın onları yerə gömməsindən və ya gözləmədikləri yerdən ilahi əzaba düçar olmalarından amandadırlarmı?”
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 195 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017