İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1710
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • Main » Articles » Quran » Nur təfsiri (6-cı cild)

    Nur təfsiri (6-cı cild)
    Ayə 91:
    وَأَوْفُواْ بِعَهْدِ اللّهِ إِذَا عَاهَدتُّمْ وَلاَ تَنقُضُواْ الأَيْمَانَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ اللّهَ عَلَيْكُمْ كَفِيلاً إِنَّ اللّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
    "Allahla əhd bağlayanda ona vəfa qılın. Möhkəm and içdikdən sonra onu pozmayın. Çünki Allahı özünüzə vəkil seçmisiniz. Həqiqətən, Allah gördüyünüz işlərdən xəbərdardır.”
    Nöqtələr
    Rəvayətlərdə ayədəki peyman (əhd) sözü xalqın ilahi rəhbərlə əhdi kimi izah olunur.
    Xalq öz əhdinə vəfa qılsa, Allah vəd etdiyi lütfünü həyata keçirər.
    Bildirişlər
    1. İlahi əhd və andlara vəfa qılmaq lazımdır.
    2. And və əhdə əməl etmək lazımdır ki, işdə ciddi məqsəd olsun. "Maidə” surəsinin 89-cu ayəsində bildirilir ki, Allah insanı mənasız, boş andlara görə cəzalandırmaz.
    3. İnsanlar anlasa da, anlamasa da, Allah insanın əhdi pozmasından xəbər tutur və onu cəzalandırır.
    Ayə 92:
    وَلاَ تَكُونُواْ كَالَّتِي نَقَضَتْ غَزْلَهَا مِن بَعْدِ قُوَّةٍ أَنكَاثًا تَتَّخِذُونَ أَيْمَانَكُمْ دَخَلاً بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرْبَى مِنْ أُمَّةٍ إِنَّمَا يَبْلُوكُمُ اللّهُ بِهِ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ الْقِيَامَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
    "Toxuduğunu bərkitdikdən sonra tikə-tikə doğrayan qadın kimi olmayın. Bir dəstəni o birisindən çox bilib öz andlarınızı aranızda (yalan və xəyanət üçün) alət edirsiniz. (Zəif dəstə ilə bağladığınız əhdi pozursunuz.) Allah sizi həmin andlarla sınağa çəkər. Şübhəsiz, ixtilafda olduğunuz məsələləri Qiyamətdə sizin üçün aydınlaşdıracaq.”
    Nöqtələr
    Ağılsız bir qadının günün birinci yarısında toxuduqlarını günün ikinci yarısında sökməsi el məsəlidir. Quran da zəhmətini hədərə verən, əhdi pozan insana münasibətdə bu məsəli çəkir.
    Fatimeyi-Zəhra (s) Mədinə məscidində dövrün hakimlərinə qarşı oxuduğu xütbədə bu ayəni tilavət etdi və Qədiri-Xumda həzrət Əli (ə) ilə əhd bağlayanları toxuduğunu sökən qadına oxşatdı.
    Qurandakı məsəllər bütün məkanlarda və zamanlarda aktualdır. İstər məktəbli uşaq, istər filosof bu məsəlləri anlayır.
    "Ən təkunə ummətun hiyə ərba min ummətin” cümləsi iki cür təfsir oluna bilər:
    a) Bir dəstənin güc və çoxluğuna görə kiçik dəstə ilə bağladığınız əhdi pozmayın.
    b) Qüdrətə çatdığınız vaxt kiçik dəstə ilə əhdinizi pozmayın.
    Bildirişlər
    1. Əhdi pozmaq ötən zəhmətləri hədərə verməkdir.
    2. Peyman nə qədər möhkəm bağlanarsa, onu pozmaq bir o qədər çirkin olur.
    3. Ardıcıl şəkildə əhdi pozmağın bir çox sıxıntıları var.
    4. Müqəddəsliklərlə oyun oynamayın. (Müqəddəslikləri alətə çevirməyin.)
    5. Qüdrət, çoxluq və siyasi-ictimai hay-küylər əhdin pozulması üçün zəmindir.
    6. Əhdə vəfa sınaq vasitələrindəndir.
    7. Məadın xatırlanması təqva və əhdə vəfa amilidir.
    Ayə 93:
    وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلكِن يُضِلُّ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَلَتُسْأَلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ
    "Əgər Allah istəsəydi (hamını məcburi şəkildə) vahid bir ümmət edərdi. Allah istədiyini azdırar (özbaşına buraxar), istədiyini (layiq olanı) hidayət edər. Şübhəsiz, gördüyünüz işlər haqqında sorğuya çəkiləcəksiniz.”
    Nöqtələr
    Allah bütün insanları fitri olaraq hidayət edir. Amma insanlar öz istəkləri ilə iki dəstəyə ayrılırlar. Bir dəstə ağıl və fitrətinin ziddinə gedərək azğınlıq yolunu tutur və tövbə etmir. Allah belələrini özbaşına buraxır. Başqa bir dəstə fitrət və itaət yolunu seçir. Allah belələrinə yardım göstərir, onları hidayət edir. Demək, Allahın doğru yola çəkməsi və ya azdırması seçim mərhələsindən sonra gəlir. Məsələn, müəllim tədrisin ilk günündə sinifdəki bütün şagirdləri öyrətmək istəyir. Amma şagirdlər arasında bir qrupu daha çox çalışır və müəllim onlara xüsusi vaxt ayırır. Çalışmayan şagird müəllimin diqqətindən kənarda qalır. Əgər insanın hidayət və ya azğınlığı öz seçimi əsasında baş verməsəydi, Allah sorğu-sual aparmazdı. Allahın sorğu-sualı insanın azad şəkildə yol seçdiyini göstərir. Bir işə məcbur edilmiş insan isə sorğuya çəkilmir.
    Bildirişlər
    1. Əlbəttə ki, Allah insanları məcbur etməyə qadirdir. Amma Allahın qanunu bəndələrini azad buraxmaqdır.
    2. İnsan əqidə və yol seçimində azad buraxılmışdır.
    3. Qiyamət sorğu-sualına ciddi yanaşın.
    4. İnsandan bütün işləri haqqında soruşular.
    Ayə 94:
    وَلاَ تَتَّخِذُواْ أَيْمَانَكُمْ دَخَلاً بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُواْ الْسُّوءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ اللّهِ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ
    "Andlarınızı bir-birinizi aldatmaq üçün vasitə etməyin. Məbada möhkəmlənmiş addım büdrəyə. (Bu halda and və əhdin müqəddəsliyi itir.) Xalqı Allahın yolundan döndərdiyiniz üçün pisliyi dadacaqsınız. Sizin üçün böyük əzab var.”
    Nöqtələr
    "Sədəttum” dedikdə (Rağibin nəzərincə) həm geri qalmaq, həm də başqalarını geridə saxlamaq nəzərdə tutulur. "Dəxələ” sözü "dəğələ” vəznində və mənasındadır.
    Bildirişlər
    1. Təhlükə ciddiləşdikdə tövsiyələrinizi verin, qadağalarınızı təkrarlayın. (91-ci ayədə də anddan sui-istifadə qadağan olunur.)
    2. Əhdi pozmaq və müqəddəsliklərdən sui-istifadə etmək pis aqibət səbəbidir.
    3. Bəzən bir günah başqa bir günahlar üçün zəmin olur. (Əhdə vəfasızlıq pis aqibətlə nəticələnir, o da öz növbəsində insanın azması və başqalarını azdırması üçün müqəddimə olur.)
    Ayə 95:
    وَلاَ تَشْتَرُواْ بِعَهْدِ اللّهِ ثَمَنًا قَلِيلاً إِنَّمَا عِندَ اللّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
    "Allahla əhdinizi ucuz qiymətə müamilə etməyin. Çünki Allahın yanında olan sizin üçün daha üstündür. Əgər bilsəydiniz!”
    Nöqtələr
    91-95-ci ayələrdə əhdi pozmaq və onun acı aqibəti ilə bağlı bir sıra təbirlər nəzərə çarpır. Bütün bunlar əhdə vəfasızlığın təhlükəsini göstərir. Cəmiyyətin çoxluğu və sizin qüdrətiniz əhdə vəfasızlıq üçün bəhanə deyil. Allah sizi sınağa çəkir, Qiyamətdə sorğu-sual olunacaqsınız. Ardıcıl şəkildə əhdi pozmağınız sizi məhv edir. Bu ayədə isə buyurulur ki, Allahla əhdinizi ucuz qiymətə müamilə etməyin.
    Bildirişlər
    1. İnsanlar dünya ləzzətləri xatirinə əhdi pozurlar.
    2. İstənilən bir qiymətə əhdi pozmaq zərərdir.
    3. Hər hansı ləzzətə xatir ilahi lütflərdən məhrumluq və əhdi pozmaq sadəlövhlükdür.
    Ayə 96:
    مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ اللّهِ بَاقٍ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُواْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ
    "Sizdə olan bitib-tükənər. Allahın yanında olan isə dayanıqlı və möhkəmdir. Səbir edənlərə, həqiqətən, gördükləri ən yaxşı iş əsasında mükafat verəcəyik.”
    Bildirişlər
    1. Allahdan başqa heç kim və heç nə əbədi deyil.
    2. Maddiyyatdan uzaqlıq, Allaha bağlılıq, əhdə vəfa üçün səbrə və nəfs istəklərilə mübarizəyə ehtiyac var.
    3. Dünyaya əsir olmamaq məhrumiyyət yox, ləzzətdir.
    4. Allahdan yaxşı müştəri yoxdur. O ən adi və dəyərsiz bir şeyi də böyük qiymətə alır.
    Ayə 97:
    مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ
    "Kişi, ya qadın – istənilən bir kəs mömin olsa və saleh iş görsə, onu hökmən pak və bəyənilmiş bir həyatla dirildərik. Ona, şübhəsiz, gördüyü işdən üstün muzd verəcəyik.”
    Nöqtələr
    "Həyatən təyyibə”, yəni pak həyat dedikdə insanın aram qəlb və mömin ruha malik olması nəzərdə tutulur. Mömin ilahi nurla görər, mələklərin duasına nail olar, Allah tərəfindən təsdiqlənər. Bu zümrədən olanlar qorxu və kədər bilməzlər.
    Bildirişlər
    1. İnsana mükafat verilərkən onun yaşı, milliyyəti, cinsi, ictimai-siyasi mövqeyi əsas götürülməz.
    2. Qadın və kişi mənəvi kamillik əldə etməkdə bərabərdirlər.
    3. İman saleh əməlin qəbul şərtidir.
    4. Heç bir saleh əməl cavabsız qalmaz.
    5. Harada qadını alçaq sayan cahil təfəkkür meydana çıxsa, qadının adı və məqamını aşkar şəkildə bəyan etmək lazımdır.
    6. İnsanın təkcə əməli yox, həm də özü yaxşı olmalıdır.
    7. İman və saleh əməli olmayan insan ölü kimidir.
    Ayə 98:
    فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
    "Quran oxumaq istədiyin vaxt qovulmuş şeytandan (şeytanın şərindən) Allaha pənah apar.”
    Ayə 99:
    إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ
    "Əlbəttə, iman gətirib Rəbbinə təvəkkül edənlər üzərində şeytanın hakimiyyəti yoxdur.”
    Nöqtələr
    Hər bir yaxşı işin bəlası ola bilər. Qüdrətin bəlası təkəbbür, xalqa xidmətin bəlası minnət qoymaq, Quranı oxumağın bəlası özününümayiş, gəlir əldə etmək, mənfi rəğbət, xalqı aldatmaq, yanlış düşüncə, rəy əsasında təfsir ola bilər. İnsan Quran oxuduğu vaxt bütün bəlalardan Allaha pənah aparmalıdır.
    İmam Sadiq (ə) buyurur: "Quran tilavətində üç şeyə ehtiyac var: Müti qəlb, aram bədən, boş yer.”
    Quran məsum imamlar tərəfindən təfsir olunaraq və onların nəzarəti altında açıqlansa pak qəlblərə daxil olduqda hidayət və inkişafa səbəb olar, insanın iman və elmini artırar. Qurani-Kərimdə oxuyuruq: "Ey peyğəmbər, sən Quran oxuyan vaxt Biz səninlə axirətə inanmayanlar arasında maneə qərar verərik.”
    Rəvayətdə oxuyuruq: İslam Peyğəmbəri (s) Quran tilavət etdiyi vaxt "əuzu billahi minəş-şeytanir-rəcim” deyərək Allaha pənah aparardı.
    Bildirişlər
    1. Şeytanın ən üstün və müqəddəs insanlara da nüfuz təhlükəsi var, bunu unutmayaq. (Hətta Peyğəmbər (s) kimi bir şəxs Quran oxuyarkən Allaha pənah aparırdı.)
    2. Şeytan hamının sorağına gəlir, amma hamıya təsir edə bilmir.
    3. İman və təvəkkül insanı zərbələrdən qoruyan qaladır.
    4. İnsanın Allaha pənah aparması onun iman və təvəkkülünün göstəricisidir.
    5. İnsanın pənah aparması Allahın pənah verməsi ilə müşayiət olunur. (Ona sığının (pənah aparın) ki, O da sizə sığınacaq versin. Əgər O sığınacaq verməsə, bizim verəcəyimiz sığınacaq faydasızdır.)
    6. Ona sığınmaqdan (pənah aparmaqdan) başqa çıxış yolu yoxdur.
    Ayə 100:
    إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ
    "Şeytan yalnız onun hakimiyyətini qəbul edənlərə hakim olur. Elə insanlar ki, onlar (şeytana aldanmaqla) Allaha şərik qoşmuşlar.”
    Nöqtələr
    Şeytan Allahın qalibiyyətinə and içib ki, öz dəstə və qəbiləsindən yardım almaqla, çirkinliyi gözəl göstərməklə, vədlərlə, təbliğatla, vəsvəsələrlə və azğın adamlarla insanı şikar edəcək. Şeytanın bu hücumları qarşısında insanlar bir neçə dəstəyə bölünürlər:
    1. Şeytanın hədəfində olan, amma onun nüfuzu altına düşməyən peyğəmbərlər; yəni şeytan hər hansı peyğəmbərə davamlı təlqin etsə də, Allah onun hiylələrini puça çıxarır.
    2. Şeytanın təmasda olduğu, amma bu hiylədən xəbər tutub nicat tapan möminlər.
    3. Şeytanın nüfuz edib çaşdırdığı adi insanlar.
    4. Düşüncəsi, qəlbi, əzası şeytanın hökmü altında olan, şeytan ruhuna nüfuz edib ayrılmayan fasiq fərdlər.
    Bildirişlər
    1. Şeytan üçün özümüz müqəddimə hazırlayırıq. (Nə qədər ki, insanlar azğınların hakimiyyətini qəbul etməyib, onların əlindən bir iş gəlməz.)
    2. Həqiqi müvəhhidlər (təkallahçılar) sığortalanmışlar. Allahdan qeyrisinin sorağınca gedənlər isə şeytanın nüfuzu altına düşürlər.
    Ayə 101:
    وَإِذَا بَدَّلْنَا آيَةً مَّكَانَ آيَةٍ وَاللّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُواْ إِنَّمَا أَنتَ مُفْتَرٍ بَلْ أَكْثَرُهُمْ لاَ يَعْلَمُونَ
    "Əgər bir ayəni o biri ayə ilə dəyişsək, Allah nazil etdiyini daha yaxşı bildiyi halda, müxaliflər deyər: "Həqiqətən, sən yalançısan”. Əslində onların çoxu bilmir (ki, qanun əbəs, peşmanlıq, zəiflik və əyləncə üçün yox, məsləhət haqqında dəyişir.)
    Nöqtələr
    Bəzən həkim xəstənin halı dəyişdikdə dərman nüsxəsini dəyişir. Bu sayaq dəyişiklik ayə və hökmlərdə də olur. Bu dəyişiklik "nəsx” adlanır. Peyğəmbərin (s) müxalifləri göstərişin dəyişdiyini görən kimi deyirdilər: "Sən ardıcıllarını məsxərəyə qoymusan, hər gün əvvəlki qanunu ləğv edib, yeni bir qanun uydurursan.”
    Bildirişlər
    1. Dində iki növ qanun var: sabit və dəyişkən. Qanunları dəyişmək Allahın əlindədir.
    2. Bütün ilahi qanunlar öz zaman və şəraitində dəyərlidir.
    3. Xalq ilahi qanunların sirrini bilmir.
    4. İlahi qanunlar şəkk, peşmanlıq, elmi və təcrübi inkişaf, zəiflik səbəbindən dəyişmir. Bunun səbəbi hikmət və şəraitə diqqətdir.
    5. Düşmən hər bir fürsətdən sui-istifadə edir, hər şeyi əlində bəhanə tutur.
    6. Bir çox tənqid və böhtanların kökü cəhalətdir.
    Ayə 102:
    قُلْ نَزَّلَهُ رُوحُ الْقُدُسِ مِن رَّبِّكَ بِالْحَقِّ لِيُثَبِّتَ الَّذِينَ آمَنُواْ وَهُدًى وَبُشْرَى لِلْمُسْلِمِينَ
    "De ki, onu (Quranı) Ruhul-qüdüs (Cəbrail) Rəbbin tərəfindən haqq olaraq, iman gətirənlərin sabitqədəmliyi, müsəlmanlara hidayət və müjdə üçün nazil edib.”
    Nöqtələr
    "Ruhul-qüdüs” həmin Ruhul-əmin, Cəbraildir. O, xəta və büdrəmədən uzaq olduğu üçün Ruhul-qüdüs adlandırılmışdır.
    Bildirişlər
    1. Böhtanlara cavab verilməlidir.
    2. İlahi ayələr tədricən nazil olmuşdur. Quranın nazil olması ilə bağlı həm "ənzəlna”, həm də "nəzzələhu” təbirləri işlədilmişdir. Bunun səbəbi Quranın iki dəfə nazil olmasıdır: birinci dəfə Qədr gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə nazil olma, ikinci dəfə 23 il ərzində tədricən nazil olma.
    3. Quranın bütün məzmunu və hər bir qanunun dəyişməsi xüsusi bir şəraitdə haqdır.
    4. Vəhyin nazil olması Allahın rübubiyyət şəni, ilahi tərbiyə şərtidir.
    5. Vəhyin nazil olması müsəlmanların sabitqədəmliyinə təsirlidir.
    6. Sabitqədəmlik və onun əldə olunması üçün Allahdan yardım diləyək.
    7. İmanı dəyərli edən sabitqədəmlikdir.
    8. Sağlam ruhiyyə və təslimçilik hidayət və müjdə əldə olunmasında şərtdir.
    Ayə 103:
    وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُ بَشَرٌ لِّسَانُ الَّذِي يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِيٌّ وَهَـذَا لِسَانٌ عَرَبِيٌّ مُّبِينٌ
    "Əlbəttə, Biz bilirik ki, sənin müxaliflərin deyir: "Bunu (Quranı) ona bir insan öyrədir və başqa cür ola bilməz. (Əslində belə deyil, çünki) onun (Quranın) aid edildiyi kəsin dili qeyri-ərəbi və yetərsizdir. Halbuki bu, (Quran) aydın ərəb dilindədir.”
    Nöqtələr
    Kafirlər iddia edirdilər ki, Məkkədə yaşayan qeyri-ərəb bir şəxs Peyğəmbəri (s) öyrədir və öz dediklərini Allaha aid edir. Amma onlar müəyyən sualları cavabsız qoyurdular:
    - Bir-birinin dilini bilməyən iki nəfər necə ünsiyyətdə ola bilər?
    - Nə üçün həmin dövrdə kimsə Peyğəmbərə (s) nəsə öyrətdiyini iddia etmirdi?
    - Necə ola bilər ki, 23 il ərzində müxtəlif şəraitlərdə nazil olmuş ayələr arasında heç bir ziddiyyət olmasın?
    - Nə üçün nəzərdə tutulan kəs özü peyğəmbərlik iddiasına düşməmişdir?
    - Nə üçün Quranın "oxşar bir surə gətirin” çağırışına bu günədək kimsə cavab verməmişdir?
    - Cahiliyyət dövründə deyilmiş hansısa sözlərin bu gün də alimlər tərəfindən araşdırılıb başa çatmamasını necə izah etmək olar?
    - Necə ola bilər ki, ərəblər tərəfindən oxşarı gətirilməyən surələr qeyri-ərəb tərəfindən öyrədilmiş olsun?
    Bildirişlər
    1. Quran möminlərin düşüncəsini işıqlandırmaq üçün müxaliflərin iradlarını bu iradlara cavabla birlikdə nəql edir.
    2. "Eşidilməyən bilinməz” məntiqi düzgün məntiq deyil.
    Ayə 104:
    إِنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ لاَ يَهْدِيهِمُ اللّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
    "Həqiqətən, Allah Onun ayələrinə iman gətirməyənləri hidayət etməz və onlar üçün dərdli əzab var.”
    Nöqtələr
    Bu ayə ötən ayədəki cavabın davamı ola bilər. Bildirilir ki, əgər nəzərdə dil tutulursa, ərəb olmayan şəxs Peyğəmbərə (s) ərəb dilini necə öyrədə bilərdi? Yox, əgər nəzərdə tutulan Quranın məzmunudursa, bilin ki, Allah dinsiz qövmü hidayət etməz, yəni imansız bir müəllimin ilahi maarifə yolu ola bilməzdi. Özü ilahi maarifdən xəbərsiz olan insan başqasını necə öyrədə bilər?!
    Ola bilsin ki, ayədə Peyğəmbərin (s) müəllimi olduğunu uyduranlara xəbərdarlıq edilir. Allah bildirir ki, bu qəbildən olan insanları hidayət etməyəcək.
    Bildirişlər
    1. Yalançı başqalarını da yalançı sayır.
    Category: Nur təfsiri (6-cı cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 216 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017