İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Articles » Quran » Nur təfsiri (5-ci cild)

    Nur təfsiri (5-ci cild)
    Bildirişlər
    1. İnsanı ilkin şəklinə qaytaran Allah cansız cisimləri, qızıl-gümüşü də ilkin surətinə gətirə bilər.
    2. İnsanın qiyamətdəki mükafat və cəzası onun dünyadakı əməllərinə uyğundur.
    3. Qiyamət səhnəsində işgəncə vasitələrindən biri dünyadakı mallardır.
    4. Allah qiyamət günü var-dövlətin şirinliyini qızıl toplayanların burnundan tökər.
    Ayə 36:
    إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ذَلِكَ الدِّينُ الْقَيِّمُ فَلاَ تَظْلِمُواْ فِيهِنَّ أَنفُسَكُمْ وَقَاتِلُواْ الْمُشْرِكِينَ كَآفَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَآفَّةً وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ
    "Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır. Onlardan dördü (döyüş üçün) haramdır. Bu ayin sabit və möhkəmdir. Bu aylarda savaş, qan tökməklə özünüzə sitəm qılmayın. Müşriklər birlikdə sizinlə döyüşdüyü kimi siz də hamılıqla müşriklərlə döyüşün. Bilin ki, Allah Ondan çəkinənlərlədir.”
    Nöqtələr
    Hər il on iki aydan ibarətdir. "Şəhr” (ay) sözü də Quranda on iki dəfə işlədilmişdir. 
    Quranda dəfələrlə təkrarlanmış on iki ədədi mübarək bir ədəddir. Bəni-İsrail rəhbərlərinin, Musanın möcüzəsi ilə çıxan bulaqların, əhli-beytin məsum imamlarının sayı on iki olmuşdur.
    Zil-qədə, zil-hiccə, məhərrəm və rəcəb aylarında döyüş haramdır. İlk üç ay ardıcıl gəlir. 
    Ayın yer ətrafında və digər planetlərin Allah iradəsi ilə hərəkət nizamı ilkin yaranışdan mövcuddur.
    Yalnız düşmən hücum etmədikdə haram aylarda döyüşdən çəkinmək zəruridir. Düşmən hücum etdikdə isə müdafiə zəruridir.  Hörməti gözləniləsi bütün işlərdə qisas var. Qarşı tərəf mövcud qanundan sui-istifadə etdikdə siz də onun kimi rəftar edə bilərsiniz.
    Bu qanunların sabitliyinin qeyd olunması onların bütün səmavi dinlərdə mövcudluğuna işarə ola bilər. 
    İmam Baqirdən (ə) nəql olunmuş rəvayətlərdə bu ayə İslam peyğəmbərindən sonra on iki imamın gəlişinə işarə kimi qeyd olunmuşdur. 
    Bildirişlər
    1. Ən üstün təqvim sabit, təbii və həmahəng təqvimdir. Qəməri təqvimdə bu üç xüsusiyyət vardır.
    2. Təqvimdəki on iki ay tədricən formalaşmamışdır, ilkin yaranışdan mövcuddur.
    3. Döyüşçülər və onların ailələrinin qayğıya, təhsilə, istirahətə və dolanışığa ehtiyacları var. Bu səbəbdən də savaş ilin üçdə birində döyüş məcburi şəkildə dayandırılır. Hətta döyüş zamanı da xəbərsiz qalanlar, qadınlar, qocalar və uşaqlar nəzərdən qaçırılmamalı, qəfil hücuma yol verilməməlidir.
    4. İlin bütün ayları eyni deyil. Vaxtın da müqəddəsi olur.
    5. İslamın həm əmin-aman məkanı (Məkkə), həm də əmin-aman zamanı (haram aylar) var. Dörd haram aydan üçünün mehvəri həcc ayıdır.
    6. Haram aylara biganəliyin zərəri insanlara aiddir.
    7. İslam savaş məqsədində deyil. Əksinə, bu ilahi din düşüncə, dəlil, hikmət, moizə və əmin-aman həyat prinsiplərinə əsaslanır. Amma düşmənlər təcavüz etdikdə müsəlmanların müdafiə haqqı var. Hətta haram aylarda da müdafiə zəruridir.
    8. Düşmənə icazə verməyin ki, sizin dini müqəddəsliklərinizdən və fiqh hökmlərinizdən sui-istifadə etsin. Düşmən haram aylarda hücuma keçdikdə özünüzü müqəddəs göstərib bir yerdə dayanmayın, müdafiə olunun!
    9. Düşmənə onun hücum üslubunda cavab verin.
    10. Qələbə təqva sayəsində əldə olunur.
    Ayə 37:
    إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُواْ يُحِلِّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِّيُوَاطِؤُواْ عِدَّةَ مَا حَرَّمَ اللّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ اللّهُ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
    "Həqiqətən, təxir (haram ayların qeyri aylarla dəyişməsi) küfrün güclənməsinə səbəb olur. Bu yolla kafirlər azırlar. (Onlar) bir ili halal, digərini haram sayırlar ki, Allahın haram buyurduğu ayların sayı ilə uyğun gəlsin. Bu səbəbdən də Allahın haram buyurduğunu halal edirlər. Pis işləri onların nəzərlərində gözəl cilvələnmişdir. Allah kafirləri hidayət etməz.”
    Nöqtələr
    "Nəsi” və "Nisyə” sözləri eyni kökdəndir. Malı alıb, onun pulunu sonradan ödəmək nisyə adlanır. Döyüşün haram sayıldığı günlərin yerini dəyişmək "nəsi” adlandırılmışdır.
    Kafirlər bəzən ziyalılıq göstərib ilahi qanuna əl atır, döyüşün qızğın yerində haram ayların çatdığını görüb onu başqa vaxta keçirmək istəyirdilər. 
    Bildirişlər
    1. Müqəddəsliklərə ehtiramla yanaşaq. İlahi qanunlara müdaxilə, onlarla əylənmək küfrdür. Söhbət yalnız dörd aydan yox, bütün ilahi göstərişlərdən gedir.
    2. Küfrün dərəcələri və mərhələləri var.
    3. Kafirlərin azğınlıq səbəblərindən biri haram ayların yerlərinin dəyişilməsi idi.
    4. Xalqın çaşqınlıq səbəblərindən biri ilahi hökm və qanunların yanlış təfsir və təhlilidir.
    5. Cahil ərəblər haram ayların yerini dəyişsələr də, onun davam müddətinə etiqadlı idilər.
    6. Yalnız öz əməlini pis bilən şəxs hidayət ola bilər. Çirkin işlərini gözəl görən insanın doğru yola gəlməsi mümkünsüzdür.
    Ayə 38:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انفِرُواْ فِي سَبِيلِ اللّهِ اثَّاقَلْتُمْ إِلَى الأَرْضِ أَرَضِيتُم بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الآخِرَةِ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الآخِرَةِ إِلاَّ قَلِيلٌ
    "Ey iman gətirən kəslər! Nə üçün sizə Allah yolunda hərəkət etmək tapşırılanda ağırlaşıb yerə oturursunuz? Yoxsa axirət yerinə dünya həyatına razı olmusunuz? Bilin ki, axirətlə müqayisədə dünya həyatının bəhrəsi cüzidir.”
    Nöqtələr
    Bu ayədə Təbuk döyüşündə işarə olunmuşdur. Bəziləri bu döyüşdə süstlük göstərmişdi. Onlar Mədinə ilə Təbuk arasındakı məsafənin uzunluğunu (təqribən altı yüz km), havanın istiliyini, məhsul yığımı dövrü olduğunu, Rum qoşununun qüdrətli olmasını bəhanə gətirirdilər.
    Bildirişlər
    1. Bəzən möminlərin də tənqidə və nəsihətə ehtiyacı olur.
    2. Müsəlmanlar üçün döyüş hazırlığı zəruridir. Komandanın kim olması isə mühüm deyil.
    3. Dünya və maddiyyata bağlılıq insanın torpaqdan ayrılıb ərşə yüksəlməsinə mane olur.
    4. İnsan o zaman dəyərli olur ki, dünyanı əhəmiyyətsiz saysın.
    5. Axirəti dünyadan üstün tutan insan döyüş meydanına həvəslə qədəm qoyur.
    Ayə 39:
    إِلاَّ تَنفِرُواْ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلاَ تَضُرُّوهُ شَيْئًا وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Əgər (döyüş meydanına) tələsməsəniz, Allah sizi ağrılı əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz (cəbhəni tərk etməklə) Allaha zərər vurmursunuz. Allah hər şeyə qadirdir.”
    Nöqtələr
    Bu və bundan öncəki ayələrdə səkkiz yolla cihad məsələsi üzərində dayanıldı: Əgər iman əhlisinizsə nə üçün süstsünüz; məzəmmətlə müşayiət olunan sual; cihad Allah yoludur; hərəkət göstərişi; əzabla hədələmə; yerdəyişmə ilə hədələmə; siz tərəfdən cəbhənin tərk olunmasının təsirsizliyi ilə hədələmə; ilahi qüdrətlə hədələmə.
    Bildirişlər
    1. Cəbhəni tərk etməyin cəzası həm dünya əzabı, həm də axirət cəzasıdır.
    2. Allah üçün bizi başqaları ilə əvəz etmək asandır. O istədiyi vaxt bu işi görə bilər.
    3. Süstlüyümüzdən Allah yox, özümüz əziyyət çəkəsiyik.
    4. Zəif qövmün yerinə başqa bir qövm gətirmək ilahi bir sünnədir.
    5. Bir qövmün başqası ilə əvəz olunması ilahi qüdrət sayəsində baş tutur.
    6. Sonsuz qüdrəti olan kəs heç vaxt zərər görməz.
    Ayə 40:
    إِلاَّ تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ اللّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُواْ ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لاَ تَحْزَنْ إِنَّ اللّهَ مَعَنَا فَأَنزَلَ اللّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُواْ السُّفْلَى وَكَلِمَةُ اللّهِ هِيَ الْعُلْيَا وَاللّهُ عَزِيزٌ حَكِيمٌ
    "Əgər peyğəmbərə yardım göstərməsəniz, həqiqətən, Allah ona−kafirlər onu Məkkədən çıxardığı vaxtda olduğu kimi kömək göstərər. Halbuki o, iki nəfərdən biri idi, o zaman ki, o iki nəfər mağarada idilər. (Peyğəmbər) öz yoldaşına (Əbu-Bəkrə) deyirdi: "Qəm yemə, Allah bizimlədir.” Allah ona aramlıq nazil etdi, görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi, kafirlərin planlarını alt-üst etdi. Allahın sözü üstündür, Allah qüvvət və hikmət sahibidir.”
    Nöqtələr
    Ayədə Peyğəmbərin (s) qətlə yetirilməsi ilə bağlı müşriklərin qurğularına işarə olunur. Müşriklər qərara gəlmişdilər ki, hər qəbilədən bir nəfər seçilsin və hazırlanmış dəstə gecə ikən Peyğəmbərin (s) evinə daxil olub onu öldürsün. Həzrət Peyğəmbər (s) Əli ibn Əbu-Talibi öz yerində yatırdıb, gecə Əbi- Bəkrlə birlikdə Sur mağarasına üz tutdu. Peyğəmbəri (s) yatağında tapmayan kafirlər onu təqib etməyə başladılar. Amma Sur mağarasının ağzında qurulmuş hörümçək toru onları çaşdırdı və elə düşündülər ki, Peyğəmbər (s) mağarada deyil. Həmin vaxt Əbi-Bəkrin qulamı (Amir ibn Fəhrə) onlar üçün qida gətirir, Əli (ə) isə Mədinə səfərinə hazırlıq görürdü. Üç gün sonra Əlinin (ə) hazırladığı üç dəvə ilə Peyğəmbər (s), Əbu-Bəkr və bələdçi Mədinəyə yola düşdü. 
    Sual: Bu səfərdə Peyğəmbərin (s) Əbi-Bəkrin müdafiəsinə ehtiyacı vardımı?
    Cavab: Müşriklərin səfərbər qüvvəsi qarşısında qoca bir kişi nə edə bilərdi?!
    Sual: Ayədə "li sahibihi” təbiri ilə yad olunması Əbu-Bəkrə Peyğəmbərdən (s) sonra canişinlik ləyaqəti vermirmi?
    Cavab: "Sahib” təbiri ləyaqət göstəricisi deyil. Düşüncə, əqidə baxımından fərqli insanlar da müsahib ola bilər. Bu fərqi "Kəhf” surəsinin 37-ci ayəsi də təsdiqləyir.
    Sual: Çoxsaylı səhabələr arasından yalnız Əbu-Bəkrin Peyğəmbərlə (s) yola düşməsi onun ləyaqətindən danışmırmı?
    Cavab: Həmin gecə Həzrət Əli (ə) canından keçərək Peyğəmbərin (s) yatağında uzanmışdı. Əbu-Bəkr isə vəzifə olaraq Peyğəmbəri (s) müşayiət edirdi.
    Sual: Əbu-Bəkr öz canından, yoxsa Peyğəmbərin (s) canından qorxurdu?
    Cavab: Əgər Əbu-Bəkr Peyğəmbərə (s) görə narahat idisə, belə bir narahatlıq hər bir müsəlmanın vəzifəsidir.
    Sual: Fəzilətə malik "Kisa əshabı” beş, mağara əshabı isə iki nəfər idi. Məgər ikinci hal daha xüsusi və mühüm deyilmi?
    Cavab: Peyğəmbər (s) öz əhli-beyti olan Kisa əshabı üçün dua edirdi və hər bir namazın təşəhhüdündə bu əshaba salavat göndərmək müsəlmanlara vacibdir. Bütün hallarda bu iki əshabın məqamı fərqlidir.
    Sual: Bu ayədə Allahın Peyğəmbər (s) və Əbu-Bəkrlə olduğu bildirilir. Digər ayələrdə isə Allahın müttəqilərlə olduğu bəyan olunur. Bu o demək deyilmi ki, Əbu-Bəkr də müttəqilərdən idi?
    Cavab: Nə qədər ki, insan ehsan və təqva dairəsindədir, Allah onunladır. Elə ki, bu dairədən çıxdı, Allahın lütfündən məhrum olur. Hərəkətlərin və mövqelərin Qədire-Xum və beyət hadisəsinə münasibətdə necə dəyişdiyinə diqqət lazımdır.
    Sual: Ayədə buyurulur ki, Allah ona (Əbu-Bəkrə) aramlıq bəxş etdi. Məgər bu imtiyaz deyilmi?
    Cavab: Bu ayədə işlənmiş beş əvəzliyin hər biri Peyğəmbərə (s) aiddir. Necə ola bilər ki, "Ələyhi” əvəzliyi Əbu-Bəkrə aid olsun?!
    Bildirişlər
    1. İslam bizim himayəmizə ehtiyaclı deyil. İslamın hamisi Allahdır. Belədirsə, öz qələbəmizlə qürrələnməyək.
    2. Allah-təala müsəlmanların qələbəsini Təbukda təzmin etdi.
    3. Müsəlmanların qələbələri ilahi qüdrət nümunələrindəndir.
    4. Peyğəmbər mövcud vəziyyət və kafirlərin təzyiqlərinə xatir Məkkədən çıxdı.
    5. Əgər Allah istəsə, yaranmışların əşrəfini (Peyğəmbəri (s) ən zəif hörgü ilə (hörümçək toru ilə) hifz edər.
    6. Aramlıq və arxayınlıq ilahi hədiyyədir və maddi vasitələrlə əldə olunmaz.
    7. Mələklər Allahın əmri ilə möminlərə yardım göstərir.
    8. Hicrət İslamın izzət və küfrün süqut səbəbidir.
    9. Allahın iradəsi bütün istək və iradələrdən üstündür.
    10. Zalımların qüdrəti qəlb aramlığına malik möminlərin qarşısında acizdir. 
    11. Allah kəlməsinin qüvvəsi və kafirlərin qurğularının puça çıxması ilahi qüvvət və hikmət cilvəsidir.
    Ayə 41:
    انْفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللّهِ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
    "Yüngül və ağır yüklə (cəbhə və cihada doğru) köç edin. Allah yolunda malınız və canınızla cihada qalxın. Əgər bilsəydiniz,bu sizin üçün daha yaxşıdır.”
    Nöqtələr
    "Xifaf” və "siqal” dedikdə, subay və ailəli, fəqir və varlı, piyada və süvari, kiçik ailəli və böyük ailəli, asudə və giriftar, ticarət və əkinçilik kimi əks mənalar anlaşılır.
    İmam Sadiq (ə) buyurmuşdur: "Xifaf” və "siqal” deyərkən qoca və cavan nəzərdə tutulur.” 
    "Fi zilalil-Quran” təfsirində deyilir: "Əbu-Əyyub Ənsari, Miqdad və Əbu-Təlhə kimi şəxslər qoca yaşlarında cəbhəyə gəlmişdilər. Yaşlı olduqları onların nəzərinə çatdırıldıqda bu ayəni tilavət etməklə cavab verərdilər.
    Bildirişlər
    1. Ümumi səfərbərlik zamanı bəhanə axtarmayın. (Dolanışıq çətinlikləri cihada getməmək üçün səbəb deyil.)
    2. Bəzən hərbi təchizat zəif olsa da, bütün xalqın səfərbər edilməsi lazım gəlir.
    3. Əqidə məktəbi maldan və candan dəyərlidir. Hər şey məktəbə fəda olmalıdır.
    4. Fəqirlərə təkcə canla, varlılara həm mal, həm də canla cihad etmək vacibdir.
    5. Dəyər ölçüsü ixlasdır.
    6. İlahi hökmlər, eləcə də cihad göstərişi insanın gerçək ehtiyaclarının təmini üçündür.
    7. Xalq öz həqiqi ehtiyacından xəbərsizdir.
    8. Gerçək dəyərləri elm və mərifət sayəsində əldə etmək olar.
    Ayə 42:
    لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لاَّتَّبَعُوكَ وَلَـكِن بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ وَسَيَحْلِفُونَ بِاللّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَاللّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَ
    "Əgər qənimət yaxın, səfər qısa olsaydı, şübhəsiz, (münafiqlər) sənin ardınca gələrdilər. Amma həmin yol onlara uzaq və çətin göründü. Allaha and içəcəklər ki, əgər bacarsaydıq sizinlə birlikdə (döyüşə) çıxardıq. Onlar bu yolla özlərini həlak edirlər. Allah bilir ki, onlar yalançıdırlar.”
    Nöqtələr
    Bu ayə Quranın qeybi xəbərlərindəndir. Ayədə Təbuk döyüşündə hələ ki, baş verməmiş hadisə bəyan olunur. Təbuk məntəqəsi ilə Mədinə arasında uzun bir məsafə vardı. Hazırda Təbuk Hicaz sərhədində yerləşir.
    İmam Baqir (ə) buyurmuşdur: "Ərəzən qəribən” deyərkən yaxın qənimət nəzərdə tutulur.” 
    Bildirişlər
    1. Mal-mülk və dünyəvi qənimətlər həmişəlik deyil.
    2. Döyüş insanların imtahana çəkilməsində gözəl meyardır.
    3. Münafiqlərin içinin açılması zəruridir.
    4. Münafiqlər maddi mənafe xatirinə bəzi döyüşlərdə iştirak edirlər.
    5. Rahat və mənfəətli işləri öhdəyə götürmək kamillik və fədakarlıq nişanəsi deyil.
    6. Müsəlmanlıq qarınqululuq və rahattələbliklə bir araya sığmır.
    7. Yalan nifaqa, nifaq yalana aparır. Münafiqlər işdən boyun qaçırmaq üçün yalandan and içirdilər.
    8. Yalan and münafiq işidir.
    9. Bəhanə və yalanla cihadın acı sonluğu olan bədbəxtlik və fəlakətdən qaçmaq olmaz.
    10. Cəbhədən fərariliyin acısı elə fərarilərə nəsib olur.
    Ayə 43:
    عَفَا اللّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ الْكَاذِبِينَ
    "Allah səni bağışladı. Nə üçün doğruçular müəyyənləşməmiş, yalançıları tanımamış onlara icazə verdin?”
    Nöqtələr
    Deyilənə görə, bəzi münafiqlər heç bir üzr olmadan Peyğəmbərin (s) yanına gəlib Təbuk cəbhəsinə getməmək üçün bəhanə gətirirdilər. Həzrət Peyğəmbər (s) də onlara icazə verirdi. Bu ayədə belə bir icazə məzəmmət olunur və bildirilir ki, yalnız gerçək üzrü olanlara icazə verilə bilər.
    Növbəti ayədə bildirilir ki, Allah münafiqləri cəbhəyə getmək tövfiqindən məhrum etmişdir. Demək, Peyğəmbərin (s) izni münafiqlərin cəbhədə iştirakına Allahın ikrahı sayəsində mümkün olmuşdur. Məzəmmət isə daha tez ifşa xatirinədir. 47-ci ayədə də münafiqlərin cəbhədə iştirakının zərərli olması önə çəkilir. Demək, həzrət Peyğəmbərin (s) icazəsi nə günah, nə də idarəçiliyin zəiflik nişanəsidir.
    Bildirişlər
    1. Müdiriyyət və tədbiri tənqidi mərhəmətlə müşayiət olunan Allahdan öyrənmək lazımdır.
    2. Hərbi əməliyyat gedişində məzuniyyətə icazə yoxdur.
    3. Bəhanə yolunu münafiqlərin üzünə bağlayın.
    4. Yalnız rəhbərin icazəsi ilə döyüşdə iştirak etməmək olar.
    5. Döyüş zamanı fərdlərin şəxsiyyətini daha yaxşı tanımaq olur.
    6. Bəzən eyb örtmək yox, ifşa zəruri olur.
    7. Münafiqləri tanımaq üçün onların cəbhə və cihaddakı əməllərini araşdırmaq lazımdır.
    8. İslam cəmiyyəti elə sadiq rəftar etməlidir ki, münafiqlər rüsvay olsun.
    9. Münafiqlərin cəbhədə iştirakı faydalı deyil. Amma onlar cəbhədən qaçmaqla özlərini rüsvay edirlər.
    Ayə 44:
    لاَ يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ أَن يُجَاهِدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
    "Allaha və qiyamət gününə iman gətirənlər mal və canları ilə cihaddan məzuniyyətə çıxmaq üçün heç vaxt icazə istəməzlər. Allah təqvalılardan agahdır.”
    Nöqtələr
    Cihad və şəhadət aşiqi olan gerçək mömin ölümdən qorxmur və məzuniyyətə çıxmaq üçün icazə istəmir. İlkin İslam dövründə israrla cəbhəyə getmək istəyənlər vardı. Onlar Peyğəmbər (s) onların istədiyini yerinə yetirmədikdə narahat olub ağlayardılar. 
    Həzrət Peyğəmbər (s) Təbuk döyüşündə getdiyi vaxt Həzrət Əlini (ə) Mədinədə öz canişini təyin etdi. Döyüşdə iştirak edə bilməməsi Həzrət Əlini (ə) kədərləndirdi. Həzrət Peyğəmbər (s) ona təsəlli verib buyurdu: "Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.”
    Bildirişlər
    1. Mömin işdən qaçmır.
    2. Təbuk döyüşündən qaçanlar imansız bir dəstə idi.
    3. Təqva, şəhadət, cəbhədə iştirakın əsas amili yaranış və məada imandır.
    4. Gerçək mücahidlər həm malları, həm də canları ilə fədakarlıq göstərirlər.
    5. Təqva mal və canla cihaddan fərariliyə mane olur.
    6. Allahın xəbərdar olmasına iman cihadda insan qəlbini isidir.
    7. Təqvalı insan əmin-amanlıq dövründə yox, döyüş və cəbhədə tanınır.
    Ayə 45:
    إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ
    "Yalnız Allah və qiyamət gününə iman gətirməyənlər, qəlblərində tərəddüd olanlar səndən (cəbhəyə getməmək üçün) icazə alırlar. Onlar öz şəkk-şübhələrində vurnuxurlar.”
    Nöqtələr
    Həzrət Əli (ə) buyurmuşdur: "Şəkk-şübhə içində qalan kəsi şeytanlar ayaq altına alırlar.” 
    Category: Nur təfsiri (5-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-22)
    Views: 815 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024