İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Bildirişlər
    1. Peyğəmbərlərin besəti ən böyük səmavi hədiyyə və ilahi nemətdir.
    2. Besət bütün xalq üçün olsa da, yalnız möminlər bu nemətə görə şükür edir və hidayət nurundan bəhrələnirlər.
    3. Peyğəmbərlər xalqa yaxın olmuşlar.
    4. Quran ayələrinin tilavəti paklanma və təlim vasitəsidir.
    5. Paklanma təlimdən öndə gəlir.
    6. Paklanma və təlim peyğəmbər proqramlarında ön yerdə dayanır.
    7. İnkişaf və özünütərbiyə peyğəmbər məktəbi və ilahi ayələr sayəsində həyata keçməlidir. (Qaynağı ilahi ayələr, müəllifi peyğəmbərlər olmayan riyazət və rahiblik özü bir azğınlıqdır.)
    8. Peyğəmbərlərin besət nemətini yaxşı dərk etmək üçün onlardan əvvəlki xalqların tarixinə müraciət etmək lazımdır.
    9. Günahkar və azğın mühitlərdə də iş görmək olar.
    10. Peyğəmbər məktəbində ruhi tərbiyə və düşüncə təlimi insanın baxış və bəsirəti ilə yanaşıdır.
    165. أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
    "Sizə bir müsibət üz verdikdə ki, düşmən onun iki qat artığına düçar oldu, (yenədəmi) dediniz ki, bu müsibət haradandır? De ki, bu, özünüzdəndir. Şübhəsiz, Allah hər bir işə qadirdir.”
    Nöqtələr
    Ühüddə yetmiş şəhid verib məğlub olan müsəlmanlar peyğəmbərdən soruşurdular ki, nə üçün məğlub olmuşuq? Allah Öz peyğəmbərinə xitabla buyurdu ki, onlara de: Siz ötən il düşmənə bundan iki qat artıq zərbə vurdunuz. Onlardan yetmişini öldürüb, yetmişini əsir götürdünüz. Bu ilki məğlubiyyətinizin səbəbi isə təfriqə, süstlük, rəhbərliyə itaətsizliyiniz oldu.
    Bildirişlər
    1. Mühakimə yürüdərkən həm uğurları, həm də uğursuzluqları nəzərə alın. Təkcə Ühüddəki məğlubiyyəti yox, həm də Bədrdəki qələbəni yada salın.
    2. Məğlubiyyət amillərini araşdırdıqda ilk öncə batininizə, ruhunuza və düşüncənizə aid amilləri nəzərdən keçirin. Yalnız bundan sonra başqa səbəbləri araşdırmaq olar.
    3. Allah hər şeyə qadirdir. Amma biz zəruri şərtlərin ödənməsinə və nemətdən faydalanma şəraitinə layiq olmalıyıq.
    4. Elə zənn etməyin ki, qələbə üçün yalnız müsəlman olmaq kifayətdir. Uğursuzluğa görə «nə üçün» ,«niyə» - deyə soruşmayın. İmandan əlavə əqidə əsaslarına, hərbi qanunlara və ilahi qaydalara riayət etmək lazımdır.
    166. وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ
    "İki dəstənin qarşılaşdığı gün başınıza gələn hadisə Allahın izni ilə oldu ki, möminlər müəyyənləşdirilsin.”
    Nöqtələr
    Allah hər bir işin gerçəkləşməsi üçün səbəblər müəyyənləşdirmişdir. Hər bir məğlubiyyət və qələbənin dəlilləri var. Siz ona görə Ühüddə məğlub oldunuz ki, süstlük göstərdiniz, intizamı pozdunuz və qənimət toplamaq üçün hərislik göstərdiniz. Əvvəlki ayədə bildirilirdi ki, bunun səbəbkarı müsəlmanlar özləridir. Bu ayədə isə belə buyurulur: "Birlik və ya təfriqədə, ciddilik və ya süstlükdə hər bir seçiminiz ilahi iradə əsasındadır. Sizə seçim gücü verən Odur. Hansı yolu seçirsinizsə, ona uyğun nəticəyə çatırsınız.
    Bildirişlər
    1. Hər bir qələbə və uğursuzluq Allahın iradəsi əsasında gerçəkləşir və bu, Onun sünnəsidir.
    2. Acı və şirin hadisələr sınaq və insanın tanınması meydanıdır.
    167. وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُواْ وَقِيلَ لَهُمْ تَعَالَوْاْ قَاتِلُواْ فِي سَبِيلِ اللّهِ أَوِ ادْفَعُواْ قَالُواْ لَوْ نَعْلَمُ قِتَالاً لاَّتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ
    "(Allah istədi ki,) münafiqlərin çöhrəsi məlum olsun.” Gəlin Allah yolunda döyüşün və ya (heç olmasa öz evlərinizi) müdafiə edin” deyənlərə belə cavab verdilər: "Əgər döyüş (yolunu) bilsəydik, hökmən, sizin kimi edərdik.” Onlar həmin gün imana nisbətən, küfrə daha yaxın idilər. Dillərində dedikləri qəlblərində yox idi. Allah onların gizlətdiklərindən agahdır.”
    Nöqtələr
    Ayədəki "əgər döyüş bilsəydik” ("Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır:
    a) Sizin Ühüd üçün şəhərdən xaric olmağınız bərabər döyüş deyil, özünə qəsddir. Ona görə də biz bunu döyüş saymırıq və onda iştirak etmirik.
    b) Əgər biz hərb elmini bilsəydik, iştirak edərdik.
    v) Biz yəqin bilirik ki, döyüş olmayacaq, ona görə də cəbhədə iştirakı zəruri saymırıq.
    Bildirişlər
    1. Döyüş meydanı münafiqlərin iç üzünü açır.
    2. Rəhbər xalqı düşmənə qarşı səfərbər etməlidir.
    3. Cihad bəzən zalım hakimləri hakimiyyətdən uzaqlaşdırmaq üçün ibtidai (ilk addım), bəzən müsəlmanların canını və malını qorumaq üçün müdafiə məqsədi olur.
    4. Onların səbəbləri, dərəcələri və dəyərləri fərqli olur.
    5. Vətənin və canın müdafiəsi bir dəyərdir.
    6. Münafiqlər öz məqsədlərinə don geydirirlər.
    7. Cəbhədən boyun qaçırmaq küfr nişanəsidir.
    8. İnsanın imanı müxtəlif şərait və zamanlarda fərqli olur.
    9. Peyğəmbərin səhabələri arasında ədalətli olmayanlar da var idi.
    10. Allah münafiqləri həm hədələyir, həm də ifşa edir.
    11. Ühüddə aşkar olan şey nifaqın bir hissəsi idi. Nifaqdan tam şəkildə yalnız Allah xəbərdardır.
    168. الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ
    "Münafiqlər o kəslərdir ki, (Ühüd döyüşündən sonra bədbin əhval-ruhiyyə yaradan təbliğata başladılar,) özləri oturdular və qardaşları haqqında dedilər: "Əgər bizə qulaq assaydılar, öldürülməzdilər.” Onlara de ki, əgər düz deyirlərsə, ölümü özlərindən kənarlaşdırsınlar.”
    Bildirişlər
    1. Xalq cəbhəyə gedən vaxt münafiqlər evdə oturardılar.
    2. Münafiqlər şəhid ailələrinin ruhiyyəsini zəiflədirlər.
    3. Münafiqlər özlərini başqalarına ideoloji rəhbər sayırlar.
    4. Münafiqlərin dünya görüşüncə, əsas məsələ maddi dünya həyatı və rifahlı yaşayışdır.
    5. Ölüm yazısına iman şücaət və cəbhəyə dəvətin qəbul səbəbidir. Münafiqlərin nəzərində şəhadət və axirət səadəti boş şeydir.
    6. Münafiqlərin zərərli təbliğatına qarşı çıxmaq lazımdır.
    7. İnsan ölümü özündən uzaqlaşdıra bilməz.
    8. Ölüm Allahın əlindədir. Cəbhədə və ya evdə olmağın ölümə heç bir təsiri yoxdur.
    169. وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
    "Heç vaxt güman etmə ki, Allah yolunda qətlə yetirilənlər ölülərdir. Onlar Rəbləri yanında ruzi verilmiş dirilərdir.”
    Nöqtələr
    Biz, şəhidləri diri sayan Quran əsasında İslam yolunun, xüsusi ilə Kərbəla hadisəsinin şəhidlərinə salam verir, onlarla danışır və onları vasitə qərar veririk.
    Əbu-Süfyan Ühüd döyüşünün sonunda uca səslə belə fəryad çəkdi: ”Ühüddə öldürülmüş yetmiş müsəlman Bədrdə öldürülən yetmiş nəfərinizin əvəzidir.” Amma həzrət Peyğəmbər (s) belə buyurdu: "Bizim öldürülənlərimiz behiştdə, sizin öldürülənləriniz isə cəhənnəmdədirlər.”("Təfsire-Məcməül-bəyan”.)
    Şəhid və şəhadət haqqında bəzi nöqtələr:
    1. Rəvayətdə bildirilir ki, şəhidə Allah tərəfindən yeddi xüsusiyyət əta olunmuşdur: şəhidin ilk damla qanı günahlarının bağışlanmasına səbəb olar. O, başını hurul-eynin ağuşuna qoyar. Şəhid behişt libasları ilə bəzənər. O, ən xoş qoxulu ətirlərlə ətirlənər. Şəhid behiştdə öz yerini müşahidə edər. Pərdələr kənara çəkilər və şəhid Allahın lütfünə nəzər salar.("Vəsail”, 11, səh. 10. )
    2. Peyğəmbər bir şəxsin belə dua etdiyini eşitdi: Pərvərdigara! Səndən istəniləsi ən yaxşı şeyi mənə əta et.” Həzrət buyurdu: "Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar.”("Mustədrək”, c. 2, səh. 243. )
    3. Rəvayətdə deyilir: "Hər bir yaxşılıqdan daha üstünü var. Yalnız şəhadətdən savay. Əgər bir şəxs şəhid olsa, ondan üstün xeyir təsəvvür olunmur.”("Bihar” , c. 74, səh. 61. )
    4. Qiyamət günü şəhidin şəfaət məqamı var.("Bihar” , c. 2, səh. 15. )
    5. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Şəhidin nöqsanları qiyamət günü onun özünə də göstərilməz.”("Vəsail”, 11, səh. 9. )
    6. Hücumda ön sıra şəhidlərinin məqamı daha yuxarıdır.("Mizanul-Hikmə”. )
    7. Mücahidlər behiştə xüsusi qapıdan daxil olar.("Bihar” , c. 97, səh. 8. ) Onlar behiştə hamıdan qabaq gedər.("Bihar” , c. 97, səh. 11. ) Onların behiştdəki yeri xüsusidir.("Təfsire-Nurus-səqəleyn”, c. 2, səh. 241. )
    8. Yalnız şəhid dünyaya ikinci dəfə qayıdıb növbəti dəfə şəhid olmağı arzulayar.("Kənzül-ümmal”, c. 4, səh. 290. )
    9. Ölümlərin ən üstünü şəhadətdir.("Bihar” , c. 100, səh. 8. )
    10. Allah üçün ən məhbub damla Allah yolunda axan qan damlasıdır.("Vəsail”, c. 11, səh. 6. )
    11. Qiyamət günü şəhid əlində silah, hərbi geyimdə və xoş qoxu ilə səhnəyə gələr və mələklər ona salam göndərərlər.("Bihar” , c. 97, səh. 13. )
    12. Bizim imamlarımız şəhid oldular. Peyğəmbərlərin və onların ardıcıllarının da bir çoxu şəhid oldu.("Ali-İmran”, 146; "Bəqərə”, 61. )
    13. Həzrət Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O, həzrət ilk iman gətirmiş, təhlükəli məqamda peyğəmbərin yerində yatmış kəs idi. Yalnız peyğəmbərin qardaş adlandırdığı həzrət Əlinin (ə) qapısı peyğəmbər məscidinə açılırdı. O, imamların atası, həzrət Zəhranın (ə) əri idi. Əli (ə) bütsındıran idi. Onun Xəndək döyüşündə vurduğu zərbə Səqəleynin ibadətindən üstün sayılmışdı. Amma sadalanan məqamların heç birində izzətə çatdığını bildirməmişdi.
    14. Əli (ə) buyururdu: "And olsun Əbu-Talib oğlunun canı əlində olan Allaha, Allah yolunda min qılınc zərbəsinə dözmək yorğan-döşəkdə ölməkdən daha asandır.(Nəhcül-bəlağə”. )
    15. Həzrət Əli (ə) Ühüd döyüşündə şəhid olmadığı üçün narahat idi. Yalnız peyğəmbərdən qarşıdakı şəhadət xəbərini eşitdikdə aram oldu.
    16. Şəhid Mütəhhəri "Həmaseye-Hüseyni” kitabında yazır: "Səxavətli şəxs, sənətkar, alim öz vücudunun bir hissəsi olan malını, sənətini və elmini əbədiləşdirir. Şəhid isə özünü əbədiyyətə çevirir.”("Həmaseye-Hüseyni”, c. 3, səh. 40. )
    17. Oxşar hal heyvanlarda da müşahidə olunur. Ölü qoyun heç nəyə dəyməz. Üzü qibləyə, Allahın adı ilə kəsilmiş qoyun isə dəyərə malikdir.
    18. Kor şəxs görüntülərin necəliyini anlamadığı kimi, dünya sakinləri də şəhidlərin həyatını anlamaz.
    19. Əgər Allah yolunda verilmiş malın əvəzi yeddi yüz qat artıq olursa, Allah yolunda verilmiş canın və qanın əvəzini özünüz düşünün!
    Bildirişlər
    1. Şəhadət həyatın sonu yox, başlanğıcıdır. Bir çox dirilər ölmüşlər. Amma Allah yolunda öldürülənlər diridirlər.
    2. Şəhadət uduzmaq və ya əldən vermək deyil. Şəhadət qazanmaq və əldə etməkdir.
    3. Öldürülmək o zaman dəyərli olur ki, Allah yolunda olsun.
    4. Şəhidin ölməsi və ya zərərə düşməsi barədəki təsəvvürlər yanlışdır və islah edilməlidir.
    170. فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "Onlar Allahın Öz fəzlindən onlara verdiyinə görə şaddırlar. Ardlarınca gələnlərə, hələ ki, onlara qatılmamış kəslərə müjdə verirlər ki, onlara nə qorxu var, nə də bir qəmləri olacaq.”
    Nöqtələr
    Rəvayətdə deyilir: Bu ayə Quran və peyğəmbər Əhli-beytini (ə) heç bir kitab və rəhbərə dəyişməyən möminlərə müjdədir. Ayədən həmçinin məlum olur ki, bərzəx həyatı ruzisi, şadlığı, müjdəsi olan gerçək bir həyatdır. Məqsəd təkcə yaxşı adın tarixdə qalması deyil.
    Bildirişlər
    1. Şəhidlər öz əməllərinə görə yox, ilahi lütflərə görə şad olurlar.
    2. Şəhidlər ilahi lütfləri öz qanlarının əvəzi yox, Allahın mərhəməti sayırlar.
    3. Şəhidlər öz silahdaşlarını yaddan çıxarmır və onları xoş gələcəklə müjdələyirlər.
    4. Şəhidlər birlikdə yaşayasıdırlar. Onlar bir-birinə qovuşası və digər şəhidlərin yolunu gözləyəsidirlər.
    5. Başqalarının səadətinə sevinmək və onların izzət və şərəf karvanına qatılmaq bir dəyərdir.
    6. Şəhidlərin alacağı ləzzət əbədilikdir. Onlar üçün neməti əldən vermək qüssəsi yoxdur.
    171. يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ
    "Allahın nemət və fəzli, Onun möminlərin mükafatını puça çıxarmayacağı ilə (gələcəkdəkiləri) müjdələyirlər.”
    Bildirişlər
    1. Bərzəx aləmində müjdə və şadlıq var.
    2. Şəhidlər bizim tanımadığımız nemət və fəzlə çatarlar. Ayədə nemət və fəzl sözləri qeyri-müəyyən formada işlənmişdir.
    3. Möminlərin əməllərinin mükafatı sığortalanmışdır.
    4. Mükafat veriləcəyi barədə vəd əməl üçün bir stimuldur.
    172. الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ
    "Yaralanmalarına baxmayaraq, Allahın və Onun rəsulunun (döyüş haqqında) dəvətini qəbul edənlər içərisindən gözəl əməl sahibi olanların və təqvalıların böyük mükafatı var.”
    Nöqtələr
    Qüreyş kafirləri Ühüddə qalib gəldikdən sonra Məkkəyə qayıtdılar. Yarıyolda ağıllarına gəldi ki, yenidən Mədinəyə qayıdıb qalan müsəlmanları da qılıncdan keçirsinlər və İslamın işini bitirsinlər. Bu xəbər həzrət Peyğəmbərə (s) çatdı. Peyğəmbər səfərbərlik keçirdi və buyurdu: "Ühüddə iştirak edənlər yola düşsün.” Müsəlmanlar hazır oldular. Müsəlmanların ümumi səfərbərliyindən xəbərdar olan Əbu-Süfyan Ühüd qələbəsinin şirinliyinin zəhərə çevriləcəyindən qorxub yenidən Məkkəyə döndü.
    Tarixdə oxumuşuq ki, Ühüd döyüşündə Həzrət Əli (ə) 60-dan çox yara almışdı. Amma o bir an olsun belə, peyğəmbəri tək buraxmamışdı. "Təfsire-Kənzul-dəqaiq”də bildirilir ki, bu ayə Həzrət Əli (ə) və başqa doqquz nəfər haqqında nazil olmuşdur.
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 705 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024