İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Namaz » Namaz

    Camaat namazının fəzilət və savabı

    1-Cİ HİSSƏ
    CAMAAT NAMAZININ FƏZİLƏT VƏ SAVABI
    I-ci FƏSİL
    CAMAAT NAMAZI İLAHİ KƏLAMDA

    1. Allahın camaat namazına diqqəti; "Namaz qılın, Zəkat verin, ruku edənlərlə birlikdə ruku edin (namazı camaatla qılın)”.
    Mühüm nöqtələr
    -1. Namazın əsl hökmü camaatladır, dinin əsası ictimaiyyətdir və camaatdan uzaq düşmək din tərəfindən bəyənilməyib.
    2. Allahın dəvəti namaz qılmaq, zəkat verib camaat namazında iştirak etməkdir.
    3. Namaz qılın deyəndən sonra ikinci dəfə ruku edənlərlə ruku etməyə əmr edir ki, bu da camaat namazının əhəmiyyətini bildirir.
    4. Ruku camaat namazının mühüm hissələrindən biridir. Çünki camaat namazı ruku ilə izah olunub.
    5. Rəsulallah (c) və Əli ibn Əbu Talib (ə) ruku edənlərin nümunələrindəndir.
    6. Namaz qılın! Yəni özünüz tək namaz qılmayın. Elə edin ki, namaz insanların arasında nur saçsın. İnsanlar da eşq və həvəslə ona tərəf gəlsinlər.
    7. Təfsirçilərdən bəziləri belə deyiblər: "Namaz qılın” ifadəsi buna işarədir ki, sizin namazınız təkcə zikr və dua olmasın, onu kamil şəkildə oxuyun. Onun ən gözəl rüknü qəlbin diqqətli və Allah qarşısında hazır olmasındadır. Namazın təsiri insanın ruhunda və canındadır.
    Ayədə bir neçə nöqtəyə işarə olunub:
    1. Əvvəl insanın Allaha qovuşması (namaz qılın);
    2. Sonra insanlara qovuşmaq (zəkat verin);
    3. Nəticədə insanların Allah yolunda bir-birlərinə qovuşması;
    4. Allahın əmri cəm olmaq və bəndələrin birlikdə ibadət etməsinədir.
    5. Camaat namazının insanın inkişaf və ali məqamlara çatmasında məxsus təsiri var.
    2. Ruku edənlərin xüsusiyyətləri:
    "Ey Məryəm! (bu nemətin şükrü üçün) öz Allahına itaət və səcdə et və ruku edənlərlə birlikdə ruku et.”
    "Ali İmran” surəsi, ayə 43.
    Mühüm nöqtələr
    1. Seçilmiş insanların təvazö və ibadətləri gərək çox olsun. Allahın övliyaları üçün məxsus ibadət sifariş olunub. Necə ki İslam peyğəmbəri üçün gecə namazı vacib idi.
    2. Namaz, ruku və səcdə ən yaxşı təşəkkürdür.
    3. Həzrət Məryəmin Allahın qarşısında itaət, səcdə və ruku etməsinə qərar verilib.
    4. Mələklərin Həzrət Məryəmlə söhbətləri və fərmanları,onun pak itaət etməyi barəsindədir.
    5. Qadınların camaat namazında iştirak etmələri sifariş olunub.
    6.Allahın rububiyyəti.
    7. Namaz o, zamanlarda da ruku və səcdəyləmiş.
    8. Həzrət Məryəmin namaz qılanlarla birgə namaz qılmasına(camaat namazı) qərar verilib.
    9. Qadınların ictimai ibadətlərdə hazır olmaları sifariş olunub.
    10. Birlikdə ibadət etmək və camaat namazı keçmiş zamanlarda da olub.
    11. Birlikdə ibadət etməyin əhəmiyyəti və təsiri insanın inkişaf və ali dərəcəyə çatması üçündür. Belə nəzərə çarpır ki, Allahın əmri həzrət Məryəmə onun ali dərəcəyə çatması üçündür.
    12. Allahın seçdiklərinin cəmiyyətdə olmaları lazımdır.
    13. Allahın əmri bəndələrin vəhdət və birliyinə ibadətin şüası altındadır.
    14. Qadınların camaat namazında kişilərlə birlikdə namaz qılmasının icazəli olduğuna işarə edən ayələr var (əlbətdə məxsus şəraiti var). Yuxarıdakı qeyd olunmuş ayədə həzrət Məryəmə əmr olunmamamışdı ruku et yalnız ruku edən qadınlarla. Belə buyurulmuşdur ki, ruku et ruku edənlərlə. (İstər qadın olsun, istər kişi).
    15. Camaat namazında, ruku mühüm rol oynayır çünki camaat namazı ruku ilə təbir olunub, onun xas əhəmiyyəti məlum edilir.
    16. Allah üç neməti həzrət Məryəm üçün qiymətli saydı-seçdi, pak və başqalarından üstün qərar verdi. Bu üç nemətin qarşısında üç məsuliyyət istədi: Qunut, Səcdə və Ruku. Belə görünür ki, üç nemətin hər biri bir məsuliyyət qarşısındadır.

    II-ci FƏSİL

    CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ
    3. Cəbrayılın arzusu:
    Peyğəmbər Əkrəm (c) buyurdu: "Yeddi əməli yerinə yetirmək üçün Cəbrayıl arzu etdi ki, kaş oda Adəm övladlarından olaydı. O əməllərdən biri camaat namazı qılmaqdır.”
    4. Camaat namazına eşq bəsləmək:
    Rəbi ibn Xeysəm fələc xəstəliyinə tutulmasına baxmayaraq, camaat namazından qalmırdı. Hər gün onun əlindən tuturdular və o, ayaqlarını sürüyə-sürüyə özünü camaat namazına çatdırırdı. Bir nəfər ona dedi: "Əgər evdə namaz qılsan sənin üçün daha yaxşı olar. Bu qədər çətinlik çəkməzsən”. Rəbi dedi: "Gedəndə əziyyət olmasına baxmayaraq, hər kəs "Həyyə ələs-səlah” kəlməsini eşitdikdə onu qəbul etməlidir”.
    5. Azan deyənə cavab vermək.
    Allahın rəsulu, (c) buyurdu: Elə ki, müəzzin "Əşhədu ənla ilahə illəllah”, deyir Allah-taala buyurur: "Ey Məhəmmədin ümməti harda olsanız bir neçə camaat namazına məşğul olun”.
    6. Loğmanın sifarişi:
    Loğman övladına dedi: "Oğlum! Əgər nizənin üstündə də olsa belə namazı camaatla qıl!”
    7. Birinci camaat namazı:
    İmam Sadiq (ə) buyurdu: "Birinci camaat namazı ki, əda olundu. Həmin gün idi ki, həzrət peyğəmbər (c) namaz qılırdı və Əli ibn Əbu Talib əmirəlmöminin (ə) onunla bir yerdə idi.
    8. Təklik camaatdır:
    Həsən Siqəl Əbu Əbdullah İmam Sadiqdən (ə) camaatın ən az sayı barədə soruşdu. İmam buyurdu: "Bir kişi bir qadın və əgər heç kəs belə məsciddə olmasa belə mömin təkcə camaatdır. Çünki azan və iqaməni deyəndə iki cərgə mələk onun arxasında namaza durur. Və əgər tək iqamə desə, bir cərgə mələk ona iqtida edir.”
    Həmçinin Allahın peyğəmbəri buyurmuşdur: "Mömin təklikdə höccət və camaatdır.”
    9. Namazı camaata görə təxirə salmaq:
    Cəmil ibn Saleh imam Sadiqdən (ə) sual etdi: "Bunlardan hansı daha fəzilətlidir?”
    İnsanın namazını vaxtında qılması, yoxsa əgər məscidin imamı varsa, məscid əhli ilə birlikdə camaat namazı qılmaq üçün namazını bir qədər təxirə salması?
    Həzrət buyurdu: "Namazı təxirə salsın məscid əhli ilə namaz qılsın. Əgər məscidin imam camaatı varsa.
    10. Əsasından tutan olmayan kor:
    Həzrət İmam Sadiq (ə) buyurdu: "İslam peyğəmbəri istədi ki, namazlarını evdə qılıb və camaat namazına gəlməyən qövmün evlərinə od vursunlar. Bu vaxt bir kor kişi həzrətin yanına gəlib dedi: "Ya rəsulallah, mənim gözlərim görmür, amma məscidin azanını eşidirəm, əsamdan tutan yoxdu ki, məni camaat namazına gətirsin.” Həzrət buyurdu: "Evindən məscidə qədər ip bağla (əsandan tutan olmayanda). O, ipdən tut və özünü namaza çatdır.”
    11. Müşk iyi camaat namazında:
    Böyük alim hacı şeyx Məhəmməd Baqir buyurdu: Mənim adətim idi ki, həmişə camaat namazından sonra sağımda və solumda oturanla görüşürdüm. Bir gün Samirədə camaat namazından sonra, elm əhlindən olan mərhum Mirzayi Şirazi (Allah məqamını uca etsin) mənim sağ tərəfimdə oturmuşdu ki, onunla görüşdüm. Və bir nəfər kəndli ki, sol tərəfimdə idi, nəzərimə kiçik gəldiyi üçün onunla görüşmədim. Bundan peşiman oldum və tez öz-özümə dedim ki, ola bilsin mənim nəzərimə kiçik olan bir şəxs, Allah yanında ehtiramlı və əziz olsun. Tez onunlada ədəblə görüşdüm. Elə bu vaxt qəribə müşk iyi hiss etdim, amma elə bil dünya müşklərindən deyildi. Çox sevindim və ehtiyatla ondan soruşdum ki, müşk varınızdı? Dedi: "Yox mənim heç vaxt müşküm olmayıb.” Yəqin etdim, bu iy ruhani və mənəvi iylərdən, özü isə məqamı olan ruhani bir şəxsdir. O, gündən əhd etdim ki, heç vaxt möminə kiçik gözlə baxmayam.
    12. Çətin halda camaat namazı:
    Peyğəmbəri Əkrəm (c) can verən halda idi. Mədinənin müəzzini Bilalın səsi eşidildi. Sübh azanı Mədinədə başlandı. Allahın rəsulu (c) qalxıb dəstəmaz aldı. Bir əlini həzrət Əlinin (ə) və o biri əlini Fəzl ibni Abbasın çiyninə qoyub çox çətinliklə məscidə gəldi. Sübh namazını camaatla birlikdə qılıb evə döndülər.
    13. Camaat namazına tələsmək:
    Müsəlmanlardan bir nəfər tələsik halda peyğəmbərin məscidinə tərəf gəldi ki O, həzrətin camaat namazında iştirak etsin. O, məscidə çatan vaxt gördü ki, artıq camaat məsciddən çıxır. O bir nəfərdən soruşdu: "Niyə məsciddən çıxırsınız?” Dedilər ki, namaz qurtarıb. Gecikən kişi dərindən ah çəkib əfsuslandı ki, niyə camaat namazına çata bilmədi. Müsəlmanlardan bir kişi ona dedi: "Sən o yanıqlı ahı mənə bağışla və mən camaat namazımı sənə verim.” Gecikən kişi razılaşdı. (burada gecikən kişi öz ahına qürurlanmadı) Həmin gecə yuxuda gördü ki, bir nəfər ona deyir: "Xoş sənin ruhani halına ki, yanıqlı ahı verib, həyat suyu və şəfa tapdın. Ahın müqabilində başqa şəxsdən alınan namaz məsciddə olanların namazından tez Allah yanında qəbul olundu.
    14. Həzrət Məhdi (əc) imaməti ilə camaat namazı:

    Həzrət İsa (ə) həzrət Məhdi (əc) tərəfdarlarına qoşulandan sonra, Həzrət Məhdi (əc) O, həzrətə deyəcək: "Qabağa dur və camaat ilə namaz qıl!” (yəni imam camaat ol). Amma həzrət İsa (ə)deyəcək: "Namaz sənin üçün iqamə olub.” Buna görə həzrət Məhdinin (əc) arxasında dayanıb namaz qılıb və ondan beyət edəcək.


    CAMAAT NAMAZININ FƏLSƏFƏSİ
    Əbu Əli Sina tanınmış arif Əbu Səid Əbul Xeyr üçün namə yazdı ki, nəyə lazımdır camaat hamısı məscidə yığılsın. Bir halda ki Allah insanın boyun damarından ona yaxındır, onda harda olursan ol, əgər Allah ilə rabitəni yaratdınsa, nəticə alacaqsan.
    Əbu Səid Əbu Əli Sinanın məktubunun cavabını yazdı və o, məktubda belə bir misal çəkmişdi: "Əgər bir neçə çıraq qapısı bağlı bir otaqda olarsa, çıraqlardan biri söndüyü halda digərləri işıqlı olacaq. Amma otaqda yalnız bir çıraq olub söndüyü halda otaq qaranlıqlaşacaq. İnsanlar da belədirlər: bəziləri günahkardırlar, əgər tək olsalar bəlkədə Allahın feyz və nurunun bərəkətini dərk etməyə müvəffəq olmasınlar. Amma camaatla olsalar bəlkə də bəzi şəxslərinin bərəkətinə görə onlarada öz feyz və bərəkətindən nəsib edər.
    Category: Namaz | Added by: Islam_Kitabxanasi (2013-01-28)
    Views: 3029 | Rating: 3.1/9
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Namaz [10]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024