İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Namaz » Namaz

    Camaat namazının fəzilət və savabı

    V-ci FƏSİL
    CAMAAT NAMAZININ ƏSƏRLƏRİ

    30. Behiştə daxil olmağa səbəb olur:
    İmam Sadiq (ə) buyurub: "Hər kəs qırx gün imam camaatın sağ tərəfində namaz qılsa behiştə daxil olacaq.”
    31. Namaz qılanlara xoş gümanlı olmaq:
    İmam Sadiq (ə) buyurur: "Hər kəs gündəlik beş namazını camaatla qılsa, ona qarşı xoş güman olun və onun şəhadətini qəbul edin.”
    32. Camaat namazında ardıcıl iştirak etmək:
    Peyğəmbər (c) buyurur: "Hər kəs camaat namazında ardıcıl iştirak etsə, onun qeybəti müsəlmanlara haram və ədaləti isə sabit olur.”
    33. Camaat namazının bərəkəti:
    Rəsulallah (c) buyurdu: "Hər kəs gündəlik beş namazını camaatla qılsa Allah beş şeyi ona inaət edər:
    1. Kasıblığı ondan uzaqlaşdırar. 2. Qəbr sıxıntısını ondan götürər. 3. Qiyamət günü əməl dəftərini onun sağ əlinə verərlər. 4. Sirat körpüsündən ildırım kimi keçər. 5. Sorğu-sualsız behiştə daxil olar.”
    34. Cəhənnəm və nifaq odundan bəraət:
    Həzrət rəsulallah (c) buyurur: Bir şəxs öz namazını birinci təkbirdən camaatla qıla, qırx gün müddətində Allah ona iki bəraət verər. 1. Cəhənnəm odundan. 2. Nifaqdan
    35. Camaat namazının intizarında olmaq günahların kəffarəsidir:
    Peyğəmbər (c) buyurdu: "Camaat namazının intizarında olmaq digər camaat namazına qədər olan günahların kəffarəsidir.”
    36. Hər addıma bir savab:
    Rəsuli Əkrəm (c) buyurdu: "Hər şəxs kamil və düzgün dəstəmaz alıb camaat namazına gedərsə Allah-təala hər bir addımına bir savab yazar və onun bir günahını bağışlayar.”
    37. Camaat namazına diqqətli olmaq:
    Rəsulallah (c) buyurdu: "Hər kəs camaat namazında iştirak etməkdə diqqətli olsa, İslamda əvvəl olan adamlarla birlikdə ildırım sürəti ilə Sirat körpüsündən keçəcək. Üzü on dörd gecəlik aydan işıqlı olacaq. Hər gecə və gündüz camaat namazında diqqətli oluna əvəzində şəhidin savabı var.
    38. Allahın sevimlisi:
    Rəsuli əkrəm (c) buyurdu: "Cəbrayıl və 70 min mələk mənim yanıma gəlib dedilər: "Ey Məhəmməd! Hər kəs camaat namazını sevsə, Allah və mələklərdə onu sevərlər.”
    39. Məqamın ucalması:
    Peyğəmbər (c), Əliyə (ə) bir neçə şey barəsində vəsiyyət etdi: "Ya Əli (ə), üç şey insanın məqamının ucalmasına səbəb olur. 1.Soyuq havada kamil dəstəmaz almaq; 2.Hər namazdan sonra başqa namazın intizarında olmaq; 3.Gecə və gündüz camaat namazına getmək.”
    40. Qiyamətdə nuraniyyət.
    Qiyamət günündə bir dəstə məhşur olacaq ki, onların üzləri ulduz kimi nur saçacaq. Müqərrəb mələklər onlardan soruşacaqlar: "Sizin əməlləriniz nə idi ki, üzünüz bu qədər nuranidir? Deyəcəklər "Biz o şəxslərik ki, azanın səsini eşidən kimi bütün işlərimizi dayandırıb dəstəmaz alırdıq.”
    Üzləri ay kimi işıq saçan digər məhşur dəstə bunlar mələklərin sualından sonra deyərlər: biz o, şəxslərik ki, azanın səsini eşidəndən sonra dəstəmaz alardıq; Sonra başqa bir dəstədə məhşur olacaq ki, onların üzləri günəş kimi nur saçacaq və bunlar sualdan sonra deyəcəklər: Biz o kəslərik ki, azanın səsini eşidəndən sonra dəstəmaz alırdıq cərgədə dayanıb camaat namazının intizarında olurduq.
    41. Uca məqama çatmaq:
    Şəhid Dəstğeyb (rəhmətullah) "Qiyamət və Quran” kitabında yazır: Dahi insanlardan biri belə söyləyir: Yuxuda gördüm bir sultan böyük qəsrdə taxtın üstündə oturub (o dünyada) fikrləşdim ki, yəqin peyğəmbərlərdən biridir. Gedib salam verdim və soruşdum ki, sən kimsən? Dedi: "Mən hanbal idim. Dedim necə oldu ki, bu dərəcəyə çatdın? Dedi: "İki əməlin vasitəsi, biri oruc tutmaq və digəri camaat namazını tərk etməməyim ilə bu dərəcəyə çatmışam.”
    42. Allahın rizayəti.
    Həzrət rəsulullah (c) buyurur:
    "Üç dəstə var ki, Allah onlardan xoşhaldır. 1. O şəxslər ki, gecə namazı qılır 2. Camaat namazı təşkil edənlər 3. O dəstə ki, Allah yolunda düşmənlərin qarşısında dayanırlar.”
    43. Qiyamət günündə çətinliklərdən nicat tapmaq:
    Həzrət rəsulallah (c) buyurur: "Allah qiyamət günündə bütün insanları hesab üçün cəm edəcək. O mömin ki, camaat namazında iştirak edib, Allah qiyamət günündə çətinlikləri onun üçün asan edəcək, sonra göstəriş verəcək ki, onu behiştə daxil etsinlər.”
    44. Siratdan keçmək:
    Həzrət rəsulallah buyurur: "O kəs ki, ardıcıl camaat namazında iştirak edir behiştin birinci dəstəsi ilə birlikdə ildırım kimi Sirat körpüsündən keçəcək.”
    45. Qırx günlük camaat namazının səmərəsi:
    Bir şəxs ki, 40 gün öz namazlarını camaat ilə qıla bu şəkildə ki, hətt bir təkbirətul ehram da ondan naqis olmaya, onun üçün cəhənnəm odundan və nifaqdan azadlıq yazılır.
    46. Duanın qəbul olması:
    Həzrət rəsulallah (c) buyurur: Bəndə namazını camaatla qılanda Allah ondan həya edir və ondan hacət istəyən vaxt Allah da onun hacətini yerinə yetirir.”
    47. Şəfaət edən üç dəstə:
    Həzrət peyğəmbər (c) buyurur: "Allah üç dəstəyə sorğu sualsız behiştə daxil olmağa vədə verib. Bu üç dəstənin hər bir nəfəri (qiyamət günündə) həştad min nəfərə şəfaət edə biləcəklər. Üç dəstə bunlardır: 1. Müəzzin; 2. İmam camaat; 3. Dəstəmaz alıb, məscidə daxil olub camaat namazı qılanlar.
    48. Birinci təkbirin təsiri:
    Həzrət rəsulallah (c) buyurur: "Gündəlik beş namazın birinci təkbirini qırx gün camaatla dərk edənə. Cəhənnəm və nifaq odundan nicat yazılır.”
    49. Behiştə daxil olmağa səbəb:
    Həzrət rəsulallah (c) buyurur: Camaat namazına görə addım atan möminə Allah-təala Qiyamət günün qorxusunu və çətinliyini asan edər və sonra ona əmr edər ki, behiştə daxil olsun.”
    50. Məscidin qonşusuna xəbərdarlıq:
    Həzrət rəsulallah (c) buyurur: "Evdən çıxarkən təharətli olun! Müsəlmanlarla camaat namazında iştirak edin və namazın intizarını çəkin! Belə olduqda, mələklər sizə dua edər ki, İlahi onu bağışla, ona rəhm et.
    51. Məscidə tərəf hərəkətin savabı:
    Həzrət rəsulallah (c) buyurur: "Camaat namazında iştirak etmək üçün məscidə tərəf addım atan hər kəsə Allah-təala hər bir addımın qarşısında yetmiş min savab hədiyyə verər və o qədər məqamını ucaldar ki, əgər bu halda dünyadan getsə, Allah-təala yetmiş min mələyi məmur edər ki, qəbrə onun görüşünə getsinlər, ona müjdə versinlər, təklikdə ona həmdəm olub qiyamət gününə qədər bağışlanmasını tələb etsinlər.
    52. Günahın məhv olması:
    İmam Musa ibn Cəfər (ə) atasından nəql etdi: "O şəxs ki, evində dəstəmaz ala, saçlarını darayıb ətirlənə, sonra aram və vüqarla evindən xaric olub müsəlmanlarla namaz qılmağa görə namaz qılınan tərəfə gedə, hər qədəm götürüb-qoyduqca onun üçün bir savab yazılır, bir günahı məhv olır və bir dərəcə Allaha yaxınlaşır məscidə daxil olana qədər. Elə ki, məscidə daxil olub namazı imam camaatla başladı imam camaat namazın salamını deməmişdən öncə Allah tərəfdən ona bağışlanmaq və beheşt vacib olur.”
    53. Camaat namazının səbəbi:
    İxlas, yeganəlik, İslam və ibadət Allah üçün aşkar olsun deyə, camaat namazı qərar verilib.

    VI-cı FƏSİL

    CAMAAT NAMAZI MƏSCİDDƏ
    54. Məscidin qonşuları:
    Həzrət imam Sadiq (ə) atasından nəql edir ki, Peyğəmbər məscidin qonşuları camaat namazına hazır olmaları barədə şərtləşir və buyurur: "Namaza gəlməyənlər gərək bu işdən əl götürsünlər və namazlarda hazır olsunlar. Əgər bu cür olmasa, müəzzinə deyərik azan-iqamə desin və mənim əhli-beytimdən olan Əliyə (ə) odun cəm edib camaat namazında boyun qaçıranların evlərinə od vurmasını əmr edərəm.
    55. Namazın azanınna ləbbeyk demək:
    Namazın azanın eşitdin hər nə qədər mümkündürsə, tez sürünə-sürünə olsa da özünü məscidə yetir.
    56. Hansı namaz yaxşıdır?
    Bir kişi imam Sadiqdən (ə) sual etdi: "Məscid mənim qonşuluğumdadır. Evimdə namazı (müstəhəbbləri ilə) uzun qılsam yaxşıdı, ya məsciddə camaatla (müxtəsər) qılsam? İmam cavabında yazdı: Namazı camaatla qıl təklikdə uzun qılınan namazdan uzaq ol!”
    57. Məscidə tərəf qədəm qoymaq:
    Rəsuli Əkrəm (c) buyurdu: "Məscidə tərəf camaat namazında iştirak etmək üçün hər kəs addım atsa hər qədəminə yetmiş min savab yazılır, məqamı ucalır. Əgər o halda ölərsə, qəbirdə onunla bir yerdə olmağa, behişti müjdə verib qəbr tənhalığında həmdəmlik etməyə və Qiyamət gününə qədər bağışlanmaq tələbi üçün Allah-təala yetmiş min mələyi ona müvəkkil edər.”
    58. İki namazdan hansı yaxşıdır:
    Cəmil ibn Saleh imam Sadiq (ə) -dan sual etdi” Bu iki namazdan hansı daha fəzilətlidir: İnsan əvvəl vaxtda namaz qılması ya bir az təxirə salıb məsciddə camaat namazında iştirak etməsi?”
    Həzrət buyurdu: "Namazı təxirə sal və məscid əhli ilə birlikdə namaz qıl əgər məscidin imam camaatı varsa.
    Category: Namaz | Added by: Islam_Kitabxanasi (2013-01-28)
    Views: 1467 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Namaz [10]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024