İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Namaz » Namaz

    Camaat namazının fəzilət və savabı
    2-Cİ HİSSƏ
    Camaat namazının əhkamı

    Ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani (damə zilluhul-ali) həzrətlərinin "Tövzihul-məsail” risaləsi ilə uyğun


    CAMAAT NAMAZININ ƏHKAMI
    Məsələ: 1421.Müstəhəbdir ki, vacibi namazlar, xüsusilə gündəlik vacib namazları camaatla birlikdə qılınsın. Sübh, məğrib və işa namazlarında, məxsusən məscidə qonşu olan və məscidin azan səsini eşidənlər üçün camaat namazında iştirak etmək daha çox sifariş olunub.
    Məsələ: 1422. Bir rəvayətdə gəlib ki, əgər bir nəfər imama iqtida etsə, onların namazlarının hər rəkətinin 150 rəkət namaz savabı vardır. Əgər iki nəfər iqtida etsə, hər rəkətinin 600 rəkət namaz savabı var. İqtida edənlər nə qədər artsa, namazlarının savabı da bir o qədər artacaq. Əgər onların sayı 10 nəfərdən keçsə, bütün asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, cin, ins və məlaikələr yazan olsalar, o namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.
    Məsələ: 1423.Etinasızlıq üzündən camaat namazında iştirak etməmək caiz deyildir. İnsanın üzrü olmadan camaat namazına getməməsi layiq deyil.
    Məsələ: 1424.Müstəhəbdir ki, insan gözləsin və namazı camaatla qılsın. Camaatla qılınan namaz, əvvəl vaxtda təklikdə qılınan namazdan daha yaxşıdır. Həmçinin, müxtəsər və qısa şəkildə qılınan camaat namazı təklikdə uzun-uzadı qılınan namazdan daha yaxşıdır.
    Məsələ: 1425.Camaat namazı təşkil olunanda müstəhəbdir ki, təklikdə namaz qılan bir kəs namazı yenidən camaatla qılsın. Əgər sonradan birinci namazının batil olduğunu başa düşsə, ikinci namazı kifayətdir.
    Məsələ: 1426.Əgər imam və yaxud məmum camaatla qıldığı namazı yenidən camaatla qılsa, bu halda əgər ikinci camaat namazına gələnlər birinci namazdakılardan başqa şəxslər olsa və o şəxs də imam olsa eybi yoxdur.
    Məsələ: 1427.Namazda vəsvas olan və namazı yalnız camaatla qıldıqda vasvaslıqdan xilas olan bir kəs namazı camaatla qılmalıdır.
    Məsələ: 1428.Əgər ata və ya ana öz övladına, namazı camaatla qılmasını əmr etsələr, onu tərk etmək ata-ananın əziyyətlərinə, narahatlıqlarına, yaxud onlara qarşı ədəbsizlik, hörmətsizlik olarsa, namazı camaatla qılması vacibdir.
    Məsələ: 1429.Yağış yağması üçün qılınan istisqa, habelə Fitir və Qurban namazları istisna olmaqla (onları camaatla qılmaq olar) müstəhəb namazları camaatla birlikdə qılmaq olmaz.
    Məsələ: 1430.Pişnamaz gündəlik namazını qılanda gündəlik namazlardan hər birini ona iqtida edib qılmaq olar. Amma əgər imam gündəlik namazını ehtiyatən ikinci dəfə qılırsa, məmum öz namazında ona iqtida edə bilməz; amma hər ikisi bir cəhətdən ehtiyat cəhətindən bir olsalar, eybi yoxdur.
    Məsələ: 1431.Əgər imam özünün gündəlik namazının qəzasını qılsa ona iqtida etmək olar; amma namazını ehtiyatən qəza edirsə, yaxud başqa bir kəsin namazının ehtiyatən qəzasını edirsə, hətta onun üçün pul almasa da, ona iqtida etmək işkallıdır. Amma əgər insan namazı fövtə getmiş bir kəsin qəza namazını qılmasını bilsə, ona iqtida etməyin eybi yoxdur.
    Məsələ: 1432.Əgər imam mehrabda olsa və bir nəfər də onun arxasında olub iqtida etməsə, mehrabın iki tərəfində durub mehrabın divarının səbəbilə imamı görməyən şəxslər ona iqtida edə bilməzlər. Hətta əgər imamın araxasında bir kəs iqtida etmiş olsa, onun iki tərəfində duran şəxslərin, imamı mehrabın divarının vasitəsilə görmədikləri halda iqtida etməsi, ehtiyat-vacibə görə səhih deyil.
    Məsələ: 1432.Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər (birinci cərgədən başqa) sair cərgələrdən birinin də uzun olması səbəbilə, onun iki tərəfində duran şəxslər öz qabaqlarındakı cərgəni görməsələr, iqtida edə bilərlər.
    Məsələ: 1434.Əgər camaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgənin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Amma onun iki tərəfində durub qabaqdakı cərgəni görməyənlərin iqtida etmələri, ehtiyat-vacibə görə səhih deyil.
    Məsələ: 1435.Sütunun arxasında duran bir kəs əgər sağ, yaxud sol tərəfdən başqa məmumun vasitəsilə imama müttəsil olmasa, iqtida edə bilməz. Amma əgər sağ, yaxud sol tərəfdən müttəsil olsa, iqtida edə bilər.
    Məsələ: 1436.İmamın dayandığı yer məmumun dayandığı yerdən uca olmamalıdır. Amma əgər imamın dayandığı yer azacıq uca olsa, eybi yoxdur. Həmçinin əgər namaz qılınan yer alçaqlı və ucalı yer olsa və imam uca olan yerdə dayansa, bu halda onun alçaqlığı-ucalığı çox olmasa və adi camaat arasında düzənlik yerdir-deyilsə, maneəsi yoxdur.
    Məsələ: 1437.Əgər məmumun yeri imamın yerindən uca olsa, bu halda qədim zamanlarda adət olan qədərdə uca olsa və camaat arasında bir ictima (toplantı) hesab olunsa, eybi yoxdur. Amma əgər bu zamanın çox mərtəbəli evləri kimi olsa, camaat namazının işkalı vardır.
    Məsələ: 1438.Əgər bir cərgədə dayanan şəxslərin içərisində müməyyiz (yaxşını və pisi başa düşən) uşaq fasilə salsa və onun namazının batil olmasını bilməsələr, iqtida edə bilərlər.
    Məsələ: 1439.İmamın təkbirindən sonra qabaqdakı cərgə namaza hazır olsa və onların təkbir demələri yaxın olsa sonrakı cərgədə dayanan şəxslər təkbiri deyə bilər. Amma ehtiyat-müstəhəb budur ki, birinci cərgənin təkbiri qurtarana qədər gözləsin.
    Məsələ: 1440.Əgər qabaqdakı cərgələrdən hər hansı birinin namazının batil olduğu məlum olsa, sonrakı cərgələr iqtida edə bilməz. Amma onların (qabaqdakıların) namazlarının səhih olub-olmaması məlum olmasa, iqtida edə bilər.
    Məsələ: 1441.Əgər bir kəs imamın namazının batil olmasını bilsə (məsələn, onun dəstəmazsız olduğunu bilsə) hətta imamın özü bu işdən agah olmasa da, ona iqtida edə bilməz.
    Məsələ: 1442.Əgər məmum namazdan sonra imamın adil olmadığını, yaxud kafir olduğunu, yaxud müəyyən səbəblər üzündən namazının batil olduğunu bilsə (məsələn, dəstəmazsız namaz qıldığını bilsə) məmumun namazı səhihdir.
    Məsələ: 1443.Əgər namaz əsnasında iqtida edib-etməməsində şəkk etsə, bu halda məmumun vəzifəli olduğu bir haldadırsa, (məsələn, imamın Həmd-Surəsinə qulaq asan haldadırsa) namazını camaatla qılıb qurtara bilər. Əgər həm imamın, həm də məmumun vəzifəsi olan işlərə məşğuldursa (məsələn, rükuda və ya səcdədədirsə) namazı furada niyyəti ilə tamam etməlidir.
    Məsələ: 1444.İnsan camaat namazı əsnasında furada niyyəti edə bilər.
    Məsələ: 1445.Əgər məmum imamın Həmd surəsi qurtarandan sonra furada niyyət etsə, onları oxuması lazım deyil. Amma əgər Həmd-Surənin tamam olmasından qabaq furada niyyəti etsə, ehtiyat-vacibə görə onları əvvəldən oxumalıdır.
    Məsələ: 1446.Əgər bir kəs camaat namazı əsnasında furada niyyəti etsə, ehtiyat-vacibə görə yenidən camaat namazı niyyəti etməməlidir. Amma əgər furada niyyəti edib-etməməsində tərəddüddə qalsa və sonradan camaatla birlikdə tamamlamaq qərarına gəlsə, namazı səhihdir.
    Məsələ: 1447.Əgər furada niyyəti edib-etməməsində şəkk etsə, gərək niyyətini furada etməməsinə döndərsin.
    Məsələ: 1448.Əgər imam rükuda olan vaxt iqtida edib onun rükusuna çatsa, hətta imamın rükusu tamam olsa belə, namazı camaatla səhihdir və bir rəkət hesab olunur. Amma əgər rüku qədərində əyilib imamın rükusuna çatmasa, onun camaat namazı batildir.
    Məsələ: 1449.İmam rükuda olan vaxtda iqtida edib rüku qədərində əyilsə və imamın rükusuna çatıb-çatmamasında şəkk etsə namazı batildir. Ehtiyat budur ki, namazı qurtarandan sonra yenidən qılsın.
    Məsələ: 1450.Əgər imam rükuda olan vaxt iqtida etsə və rüku qədərində əyilməzdən qabaq imam başını rükudan qaldırsa, furada niyyəti də edə bilər, yaxud da gözləyə bilər ki, imam sonrakı rəkət üçün qalxanda niyyət edib onu öz namazının birinci rəkəti hesab etsin. Amma əgər imamın ayağa qalxması çox uzun çəksə və bu şəxs camaat namazı qılır-deyilməsə, furada niyyəti etməlidir.
    Məsələ: 1451.Əgər namazın əvvəlində, yaxud Həmd-Surə oxunan vaxt iqtida etsə və rükuya getməmişdən qabaq imam başını rükudan qaldırsa, onun namazı camaatla səhihdir: rüku edib özünü imama çatdırmalıdır.
    Məsələ: 1452.Əgər imama axırıncı rəkətin təşəhhüdünü oxuduğu vaxt çatsa, bu halda camaat namazının savabını qazanmaq istəyərsə, gərək niyyət edib, təkbirətül-ehram dedikdən sonra oturub təşəhhüdü imamla birlikdə oxusun, amma salamları deməyib gözləməlidir ki, imam salamı desin, sonra ayağa qalxıb yenidən niyyət etmədən, təkbir demədən Həmd-Surəni oxumalıdır. Bunu, öz namazının birinci rəkəti hesab etməlidir.
    Məsələ: 1453.Məmum imamdan qabaqda durmamalıdır. Ehtiyat-vacibə görə imamdan bir qədər arxada dayanmalıdır. Əgər onun boyu imamdan uca olsa və rükuda, səcdədə ondan qabaqda olsa, eybi yoxdur.
    Məsələ: 1454.Camaat namazında məmum və imam arasında arxası görünməyən pərdə və bu kimi şeylər fasilə salmamalıdır. Həmçinin insan ilə onun, imama müttəsil olduğu bir şəxs arasında da fasilə düşməməlidir. Əgər məmum qadın, imam isə kişi olsa pərdə və bu kimi şeylərin fasilə salmasının eybi yoxdur. Qadınla, kişi olan sair məmum arasında pərdə və bu kimi şeylər fasilə salsa (belə ki, qadın onun vasitəsilə imama müttəsildirsə) eybi yoxdur. Amma əgər imam və məmum-hər ikisi qadın olsa, bunun hökmü kişilərin hökmü kimidir, yəni onların arasında heç nə fasilə salmamalıdır.
    Məsələ: 1455. Əgər namaza başlayandan sonra imamla məmum arasında, yaxud həmin məmumun imama müttəsil olduğu şəxs arasında pərdə və ya o biri tərəfi görünməyən başqa bir şey fasilə salsa, namazı furadadır və səhihdir.
    Məsələ: 1456.Ehtiyat-vacib budur ki, məmumun səcdə yeri ilə imamın durduğu yerin arasında bir normal addımdan artıq fasilə olmasın. Həmçinin əgər insan, qabağında dayanan məmumun vasitəsilə imama müttəsil olsa, ehtiyat-vacibə görə onun səcdəsinin yeri qabaqdakının dayandığı yerdən bir normal addımdan artıq olmasın. Ehtiyat-müstəhəb budur ki, məmumun səcdəsinin yerinin, onun qabağında duran kəsin dayandığı yerlə, ümumiyyətlə fasiləsi olmasın.
    Məsələ: 1457.Əgər məmum, sağında və ya solunda olan kəsin vasitəsilə imama müttəsil olub amma qabaqdan müttəsil olmasa, bu halda bir normal addımdan artıq fasiləsi olmazsa namazı səhihdir.
    Məsələ: 1458.Əgər namazda məmumla imam, yaxud məmumla onun imama müttəsil olduğu şəxs arasında bir addımdan artıq fasilə düşsə onun namazı furada olur və səhihdir.
    Məsələ: 1459.Əgər qabaqdakı cərgədə dayananların hamısının namazı tamam olsa, yaxud hamısı furada niyyəti etsələr, bu halda fasilə normal addımdan çox olmasa, sonrakı cərgənin namazı camaat namazı şəklində səhihdir. Əgər bu miqdardan artıq olsa furada olur və səhihdir.
    Məsələ: 1460.Əgər bir kəs ikinci rəkətdə iqtida etsə, qunutu və təşəhhüdü imamla birlikdə oxumalıdır. Ehtiyat budur ki, təşəhhüdü oxuyan zaman əllərin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldırsın, təşəhüddən sonra imamla birlikdə qalxıb Həmd və Surəni oxusun. Əgər Surə üçün vaxt qalmasa, təkcə Həmdi oxuyub rükuda və ya səcdədə özünü imama çatdırsın, yaxud da furada niyyət etsin, namazı da səhihdir.
    Məsələ: 1461.Əgər imam dörd rəkətli namazın ikinci rəkətində olanda iqtida etsə, namazın ikinci (imamın üçüncü) rəkətində iki səcdədən sonra oturub təşəhhüdün vacibi qədərini oxumalı, sonra ayağa qalxmalıdır. Əgər təsbihatı üç dəfə deməyə vaxt olmazsa, gərək bir dəfə deyib rükuda və ya səcdədə özünü imama çatdırsın.
    Məsələ: 1462.Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa və məmum iqtida edib Həmdi oxuyacağı surətdə imamın rükusuna çatmayacağını bilsə, ehtiyat-vacibə görə gözləməlidir ki, imam rükuya getsin, sonra iqtida etsin.
    Məsələ: 1463.Əgər imamın üçüncü və ya dördüncü rəkətində iqtida etsə, gərək Həmd-Surəni oxusun. Əgər Surə oxumağa vaxt olmasa, Həmdi tamamlamalı, rükuda özünü imama çatdırmalıdır. Amma əgər imama səcdədə çatsa, daha yaxşı olar ki, ehtiyatən namazı ikinci dəfə qılsın.
    Məsələ: 1464.Surəni və ya qunutu yerinə yetirdiyi surətdə rükuda imama çatmayacağını bilən bir kəs, Surəni oxumamalı, yaxud qunutu tutmalıdır. Amma əgər oxusa namazı səhihdir.
    Məsələ: 1465.Bir kəs Surəni başlayacağı, yaxud qurtaracağı halda imamın rükusuna çatacağına xatircəmdirsə, ehtiyat-vacib budur ki, Surəni başlasın və ya başlayıbsa qurtarsın.
    Məsələ: 1466. Surəni oxuyacağı təqdirdə imamın rükusuna çatacağına yəqini olan bir kəs Surəni oxusa, amma imamın rükusuna çatmasa, namazı səhihdir.
    Məsələ: 1467.İmam ayaq üstə olanda, məmum onun hansı rəkətdə olduğunu bilmirsə, ona iqtida edə bilər. Amma gərək Həmd-Surəni qürbət qəsdi ilə oxusun. Sonradan imamın birinci, yaxud ikinci rəkətdə olduğunu bilsə, namazı səhihdir.
    Məsələ: 1468.Bir kəs imamın birinci, yaxud ikinci rəkətdə olduğunu güman edərək Həmd-Surəni oxumasa, rükudan sonra onun üçüncü, yaxud dördüncü rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Amma rükudan qabaq başa düşsə, Həmd-Surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmdi oxumalı, rükuda və ya səcdədə özünü imama çatdırmalıdır.
    Məsələ: 1469.İmamın üçüncü, yaxud dördüncü rəkətdə olmasını güman edən bir kəs Həmd-Surəni oxusa və rükudan əvvəl və ya sonra onun birinci, yaxud ikinci rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Həmd-Surə əsnasında başa düşsə onları axıra çatdırması lazım deyil.
    Məsələ: 1470.Əgər bir kəs müstəhəbbi namaza məşğul olduğu vaxt camaat namazı təşkil olunsa, bu halda namazını qurtararsa camaat namazına çatacağına xatircəm deyilsə, müstəhəbdir ki, namazı kəsib camaatla birlikdə namaz qılsın. Hətta əgər birinci rəkətə çatacağına xatircəm olmasa da, müstəhəbdir ki, həmin göstərişə əməl etsin.
    Məsələ: 1471.Üç, yaxud dörd rəkətli namazı qılmağa məşğul olan zaman camaat namazı təşkil olunsa, bu halda üçüncü rəkətin rükusuna getməyibsə və namazı axıra qədər qılacağı təqdirdə camaat namazına çatacağına xatircəm deyilsə, müstəhəbdir ki, namazı müstəhəb namaz niyyətinə döndərib iki rəkətdə qurtarsın və özünü camaat namazına çatdırsın.
    Məsələ: 1472.Əgər imamın namazı qurtarsa, məmum da birinci təşəhhüdü və ya birlikdə salamı deməyə məşğuldursa, furada niyyəti etməsi lazım deyil.

    Məsələ: 1473.İmamdan bir rəkət dala qalan bir kəs onun axırıncı rəkətinin təşəhhüdünü oxuduğu vaxt, furada niyyətini edə, qalxıb namazını qurtara bilər və ya əllərinin barmaqlarını, ayaqlarının pəncəsini yerə qoyub dizlərini yerdən aralayaraq imamın, namazın salamını deməsini gözləməli, sonra isə ayağa qalxmalıdır.


    PİŞNAMAZIN ŞƏRTLƏRİ
    Məsələ: 1474.İmam camaat baliğ, aqil 12 İmam şiəsi, adil, halalzadə olmalı, namazı səhih tərzdə oxumalıdır. Həmçinin, ehtiyat-vacibə görə imam camaat kişi olmalıdır. Yaxşı və pisi başa düşə bilən müməyyiz uşağın başqa bir uşağa iqtida etməsinin maneəsi yoxdur.
    Məsələ: 1475.Bir kəs əvvəlcə imamın adil olduğunu bilib sonradan ədalətində qalıb-qalmamasında şəkk etsə, ona iqtida edə bilər.
    Məsələ: 1476.Ayaq üstə namaz qılan bir kəs oturan, yaxud uzanan halda namaz qılana iqtida edə bilməz. Habelə, oturan halda namaz qılan bir kəs uzanan halda namaz qılana iqtida edə bilməz.
    Məsələ: 1477. Oturan halda namaz qılan bir kəs elə o halda namaz qılan başqa bir kəsə iqtida edə bilər. Amma ehtiyat-vacib budur ki, uzanan halda namaz qılan bir kəs, uzanan və ya oturan halda namaz qılan şəxsə iqtida etməsin.
    Məsələ: 1478.Əgər piş namaz müəyyən üzr səbəbi ilə təyəmmüm, yaxud cəbirə dəstəmaz ilə namaz qılsa ona iqtida etmək olar. Amma müəyyən səbəblərə görə nəcis paltarda namaz qılırsa, ehtiyat-vacibə görə gərək ona iqtida olunmasın.
    Məsələ: 1479.Əgər imam, müəyyən xəstəlik səbəbi ilə bovl və ya qaitin çölə gəlməsinin qarşısını ala bilməsə, ehtiyat-vacibə görə ona iqtida etmək olmaz. Habelə, müstəhazə olmayan qadın müstəhazə qadına iqtida edə bilməz.

    Məsələ: 1480.Ehtiyat-vacibə görə gərək cüzam (xora) və bərəs (alaca) xəstəliyinə yoluxan şəxs, habelə, şəri hədd (şallaq) vurulan şəxs imam olmasın.


    CAMAAT NAMAZININ HÖKMLƏRİ
    Məsələ: 1481.Məmum niyyət edəndə imamını müəyyən etməlidir, amma adını bilməsi lazım deyil. Məsələn, "bu, hal-hazırdakı imama iqdtida edirəm”-deyə niyyət etsə, namazı səhihdir.
    Məsələ: 1482.Məmum Həmd-Surə istisna olmaqla, namazın qalan hissələrinin hamısını özü deməlidir. Amma əgər onun birinci və ya ikinci rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, Həmd-Surəni oxumalıdır.
    Məsələ: 1483.Əgər məmum sübh, məğrib və işa namazının birinci və ikinci rəkətlərində imamın Həmd-Surəsinin səsini eşitsə, hətta onun kəlmələrini bir-birindən ayırd edə bilməsə də, Həmd-Surəni oxumamalıdır. Amma əgər imamın səsini eşitməsə, müstəhəbdir ki, Həmd-Surəni oxusun. Lakin ahəstə oxumalıdır; səhvən ucadan oxusa, eybi yoxdur.
    Məsələ: 1484.Əgər məmum imamın Həmd-Surəsinin bəzi kəlmələrini eşitsə, ehtiyat-vacib budur ki, Həmd-Surəni oxumasın.
    Məsələ: 1485.Əgər məmum səhvən Həmd-Surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını güman edərək Həmd-Surə oxuyub sonradan onun səsi olduğunu başa düşsə, namazı səhihdir.
    Məsələ: 1486.Əgər imamın səsini eşidib-eşitməməsində şəkk etsə, yaxud bir səs eşidib, imamın, yaxud başqa kəsin səsi olduğunu bilməsə, Həmd-Surəni, ümumiyyətlə qürbət qəsdi ilə oxuya bilər.
    Məsələ: 1487.Ehtiyat-vacib budur ki, məmum zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində Həmd-Surəni oxumasın və müstəhəbdir ki, onun yerinə zikr desin.
    Məsələ: 1488. Məmum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat-vacib budur ki, onun təkbirətül-ehramı qurtarmayınca, təkbir deməsin.
    Məsələ: 1489.Əgər məmum imamın salamlarını eşitsə və ya onun nə vaxt salam deyəcəyini bilsə, ondan qabaq salamları deməməlidir. Əgər qəsdən imamdan qabaq desə, işkalı vardır. Amma əgər səhvən ondan qabaq desə, namazı səhihdir və salamları yenidən deməsi lazım deyil.
    Məsələ: 1490.Əgər məmum namazın təkbirətül-ehram və salamlarından başqa qalan hissələrini imamdan qabaq desə, eybi yoxdur. Amma əgər onları eşitsə və ya imamın onları nə vaxt deməsini bilsə, ehtiyat-müstəhəb budur ki, ondan qabaq deməsin.
    Məsələ: 1491.Məmum, namazda təkcə imamın oxumalı olduğu şeylər istisna olmaqla, sair əməlləri (rüku, səcdə kimi) imamla birlikdə, yaxud ondan azacıq sonra yerinə yetirməlidir. Əgər qəsdən imamdan qabaq, yaxud ondan bir müddət sonra yerinə yetirsə, məsiyət etmişdir və ehtiyat-vacib budur ki, namazı qılıb qurtarandan sonra yenidən qılsın.
    Məsələ: 1492.Əgər səhvən başını rükudan qaldırıb imamın rükuda olduğunu görsə, rükuya qayıtmalı, imamla birlikdə qalxmalıdır. Bu halda rükn olan rükunun artıqlığı səbəbi ilə namazı batil olmur. Amma əgər rükuya çatmamış imam rükudan qalxsa, namazı batildir.
    Məsələ: 1493.Əgər məmum səhvən başını səcdədən qaldırıb imamın hələ səcdədə olduğunu görsə, gərək səcdəyə qayıtsın. Əgər hər iki səcdədə bu iş təkrar olsa, rükn olan iki səcdənin artıqlığı ilə namaz batil olmur.
    Məsələ: 1494.İmamdan qabaq səhvən başını səcdədən qaldıran bir kəs, səcdəyə qayıtsa və səcdəyə çatmamış imam başını səcdədən qaldırsa, namazı səhihdir. Amma əgər bu iş bir rəkətin hər iki səcdəsində baş versə, namazı batildir.
    Məsələ: 1495.Əgər səhvən rükudan və ya səcdədən qalxıb imama çatmayacağını güman edərək yenidən rükuya, yaxud səcdəyə getməsə, namazı səhihdir.
    Məsələ: 1496.Əgər başını səcdədən qaldırıb imamın səcdədə olduğunu görsə və imamın birinci səcdəsi olduğunu güman edərək imamla birlikdə səcdəyə getməyi qəsd edib səcdəyə getsə, sonra onun ikinci səcdəsi olduğunu başa düşsə, onun da ikinci səcdəsi hesab olunur. Əgər imamın ikinci səcdəsi olduğunu güman edərək səcdəyə getsə və səcdədən qalxandan sonra imamın birinci səcdəsi olduğunu başa düşsə, imama tabe olmaq hesab olunur və imamla birlikdə yenidən səcdəyə getməlidir. Hər iki halda ehtiyat-vacib budur ki, namazı camaatla qılıb qurtarandan sonra yenidən qılsın.
    Məsələ: 1497.Əgər səhvən imamdan qabaq rükuya getsə və rükudan qalxacağı halda imamın qiraətindən bir hissəsinə çatarsa, bu halda qalxıb yenidən imamla birlikdə rükuya getsə, namazı səhihdir. Əgər qəsdən qayıtmasa, ehtiyat-vacibə görə namazı batildir. Birinci halda hər iki rükuda zikri deməlidir, lakin ehtiyat-vacib budur ki, birinci rükuda bir kiçik zikrdən artıq deməsin.
    Məsələ: 1498.Əgər səhvən imamdan qabaq rükuya getsə və başını qaldıracağı halda imamın qiraətindən bir hissəsinə çatmayacaqsa, bu halda imamın ona çatmasını gözləsə, namazı səhidir.
    Məsələ: 1499. Əgər səhvən imamdan qabaq səcdəyə getsə və imamın ona çatmasını gözləsə, namazı səhihdir.

    Məsələ: 1500. Əgər imam qunutu olmayan bir yerdə qunut tutsa, yaxud təşəhhüdü olmayan yerdə təşəhhüd oxumağa başlasa, məmum qunutu və təşəhhüdü yerinə yetirməməlidir, amma imamdan qabaq rükuya gedə bilməz, yaxud ondan əvvəl ayağa dura bilməz. Üstəlik müəyyən əlamət və ya işarələrlə onu başa salmalıdır. Bu da mümkün olmasa, imamın təşəhhüdü və ya qunutunun qurtarmasını gözləməli, namazın ardını onunla qılmalıdır.


    CAMAAT NAMAZINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR
    Məsələ: 1501.Əgər məmum bir kişi olsa, müstəhəbdir ki, imamın sağ tərəfində dayansın; bir qadın olsa, müstəhəbdir ki, imamın sağ tərəfində elə dursun ki, səcdəsinin yeri imamın dizləri, yaxud ayaqları ilə bərabər olsun. Əgər məmum bir kişi və bir qadın, yaxud bir kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində, qadınlar isə imamın arxa tərəfində dursunlar. Əgər bir neçə kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar.
    Məsələ: 1502.Müstəhəbdir ki, imam cərgənin ortasında, elm, kamal və təqva sahibi olan sair şəxslər isə birinci cərgədə dayansınlar.
    Məsələ: 1503.Müstəhəbdir ki, camaat namazının cərgələri münəzzəm (nizam-intizamlı) olsun, bir cərgədə duran şəxslərin aralarında fasilə düşməsin, çiyinləri bir xətt boyunda olsun.
    Məsələ: 1504.Müstəhəbdir ki, qəd-qamətissalat deyiləndən sonra məmumlar ayağa qalxsınlar.
    Məsələ: 1505.Müstəhəbdir ki, imam, məmumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın, tələsməsin ki, zəiflər də ona çatsın. Habelə, müstəhəbdir ki, qunut, rüku və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının bu kimi işlərə meylli olduqlarını bilsə, eybi yoxdur.
    Məsələ: 1506.Müstəhəbdir ki, imam camaat Həmd-Surədə və ucadan oxunmalı zikrlərdə səsini o qədər ucaltsın ki, hamı eşitsin. Amma həddindən artıq uca olmamalıdır.

    Məsələ: 1507.Əgər imam rükuda olanda, təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu həmişəkindən ikiqat artırıb sonra hətta bundan sonra iqtida etmək üçün başqalarının da gəldiyini bilsə-qalxsın.


    CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR
    Məsələ:1508.Əgər camaat namazının cərgələrində yer olsa insan təklikdə dayanması məkruhdur.
    Məsələ:1509.Məkruhdur ki, insan zikrləri, imamın eşidəcəyi tərzdə desin.
    Məsələ:1510.Zöhr, əsr və işa namazlarını şikəstə (2 rəkət) qılan müsafirin, bu namazlarda müsafir olmayanlara, habelə, müsafir olmayan şəxsin bu namazlarda müsafir olana iqtida etməsi məkruhdur.
    Category: Namaz | Added by: Islam_Kitabxanasi (2013-01-28)
    Views: 1835 | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Namaz [10]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024