İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    Bu da həmin məktubun bir hissəsidir
    (O Həzrətə bey’ət edənlərlə bey’ət etməyənlərin boyunlarına düşən vəzifələrin bərabərliyi barəsində:)
    (Ey Müaviyə, mənimlə bey’ət etmək və peyman bağlamaq məsələsində Bəsrə əhalisi, Təlhə, Zübeyr, sən və Şam əhlinin vəzifəsi yeksan və bə¬ra¬bər¬dir.) Çünki o bir bey’ətdir ki, (Məhəmməd - səlləllahu əleyhi və alih – üm¬mətinin dayaq nöqtəsi saydığınız Mühacirlər və Ənsar toplaşaraq həmin mə¬sələdə birləşiblər və onların, barəsində qərara gəldikləri heç bir bey’ətdə) rəy və fikir iki olmur və onda (başqa bir rəy) seçmək başdan baş¬lanmır, (necə ki, Əbu Bəkr, Ömər və Osman və onlarla bey’ət barəsində belə əqidədəsiniz. Odur ki, həmin bey’ət məclisində olan kəs peymanı pozaraq başqasını seçə bilməz və orada olmayanın onu qəbul etməmək haqqı yoxdur. Buna görə də) hər kim peymanı pozaraq on¬dan əl götürsə, (müsəl¬manların din və ayinlərinə) tənə vurandır. (Elə isə onunla çıxdığı yo¬la qayıdana kimi vuruşmaq lazımdır.) Onun (qə¬bul edilib-edi¬lməməsi) barəsində fikrə dalan da münafiq və iki¬üz¬lüdür. (Çünki sizin əqidə və əməl təcrübənizə görə həmin şəxsin rədd və ya qəbul etmək barəsində fikirləşməsi, möminlərin getdikləri yol və ona tabe olmağın vacibliyində şəkk-şübhədə olması və onun meylinin səmimiyyət və saflıqla olmaması deməkdir. Ona görə ki, əgər onun doğrudan da meyli olmuş olsaydı, fikirləşib duruxmadan möminlərin toplaşaraq barəsində birləşdikləri şeyi qəbul edərdi.)
    8-ci məktub
    İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (bey’ət almaq üçün) Müaviyənin yanına (Şama) gön¬dərərkən yazdığı məktublardandır.(Bəcəli, babaları Yəməndə Bəcilə ibn Səmar ibn Ərş ibn Əmr ibn əl-Qausa nisbət verilən Bəcilə adlı qəbiləyə mənsubdur. «Rical» yəni, ravilərin şəxsiyyətini və etibarını tədqiq edən elm alimləri Cəriri məzəmmət edir və onun rəvayət və sözlərinə etimad etmirlər. Onlar deyirlər ki: Cəririn İmam əleyhis-salam tərəfindən Müaviyəyə məktub aparmasının ilk baxışda onun yaxşılığına dəlalət etməsinə baxmayaraq, işin sonunda o Həzrətdən ayrılaraq Müaviyəyə qoşulması onun pisliyini sübut edir. Mərhum Hacı Şeyx Abdullah Mamqani «Tənqihul-məqal» kitabında həmin məsələləri geniş şəkildə bəyan edib. Xülasə, İmam əleyhis-salam Cəriri Müaviyədən bey’ət almaq üçün Şama göndərəndə, Müaviyə müxtəlif bəhanələrlə ona cavab vermir, bu gün–sabah edirdi, o vaxta qədər ki, özü üçün Şam əhalisindən bey’ət aldı. İmamın Müaviyənin o Həzrətin əmrinə tabe olmayacağını bilən səhabələri Cərir Şamdan qayıdıb cavab gətirəndən qabaq dedilər: Şamlılarla müharibəyə hazırlaşmağımız məsləhətdir. İmam əleyhis-salam Cərir cavab gətirməmişdən qabaq şamlılarla müharibəyə başlamaqda qabağa düşməyi məsləhət bilmir və onun səbəbini qırx üçüncü kəlamda deyilənlərlə izah edirdi. Buna görə də işin birdəfəlik olması məqsədi ilə Cərirə Müaviyədən bey’ət alması üçün bu məktubu yazmışdır. )Allaha həmd və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın və səni yubatmasın, bey’ət etməkdə bəhanə axtararaq bu gün–sabah etməsin.) Sonra ona camaatı məcburiyyət və nigaranlıqla öz vətən və asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh və barışıq arasında sərbəst seçim et¬mək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əley¬his-salam burada hər iki halda, istər müharibə etsə, istərsə də barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir və bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at və qayıt. Amma sülh və barışığı qəbul etsə, ondan bey’ət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön və bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!
    9-cu məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə məktubla¬rın¬dan¬dır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil vermə¬yi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və orada öz fə¬zi¬lət və kəramətlərini, həmçinin İslam və imanda öncül olmasını xatırladaraq bu¬yurur:)(Müşriklər Həbəşistanın müsəlmanlar üçün sığınacaq yeri olmasını və ora qaçanların hər birinin təhlükəsiz və rahat gəzib-dolanmasını, Məkkədə qalanların isə Əbu Talibin pənahında olmasını, həmçinin Həmzənin İslamı qəbul etməsinin müsəlmanları gücləndirməsini gördükdən sonra böyük bir məclis təşkil etdilər və Qüreyş qəbiləsi üzvlərinin hamısı Peyğəmbəri (səlləllahu əleyhi və alih) öldürmək üçün əlbir oldu. Bu fikirdən xəbərdar olan Əbu Talib Bəni-Haşim və Bəni-Əbdülmüttəlibi bir yerə toplayaraq arvad-uşaqları ilə «Şe’b Əbu Talib» deyilən dərədə yerləşdirdi. Əbdülmüttəlib övladlarının müsəlman və qeyri-müsəlmanları qəbiləni qorumaq və Əbu Talibin göstərişlərini yerinə yetirmək üçün Həzrət Peyğəmbərdən köməklərini əsirgəmədilər, düşmənlərlə əlbir olan Əbu Ləhəbdən başqa! Əbu Talib öz qohumları ilə Peyğəmbəri qorumağa çalışaraq «Şe’b»in, yəni, dərənin hər iki tərəfində gözətçi qoyur və Həzrət Peyğəmbərin yerində çox vaxt öz oğlu Əli əleyhis-salamı yatırdırdı. Həmzə gecələr Peyğəmbərin ətrafında gəzişirdi. Qüreyş kafirləri bu vəziyyəti müşahidə edib o Həzrətə bir şey edə bilməyəcəklərini bildikdən sonra, onların böyüklərindən qırx nəfəri Məkkədə toplantı məkanı olan «Darun-nədvə»də toplaşaraq Əbdülmüttəlib və Bəni-Haşimlə Peyğəmbəri öldürmək üçün onlara təhvil verməyincə dostluq etməmək, qız verib-almamaq, alış-veriş etməmək və onlarla barışmamaq barəsində peyman bağladılar. Onlar həmin peymanı bir səhifəyə yazaraq ona möhür vurdular və onu saxlamaq üçün Əbu Cəhlin xalası Ummul-Culasa tapşırdalır. Bəziləri də nəql ediblər ki, həmin peymannaməni Kə’bə evinin qapısından asdılar. Bu peymanla da Bəni-Haşim «Şe’b Əbu Talib»də mühasirədə qaldı. Məkkə əhalisindən heç kəsin onlarla alver etməyə cürəti yox idi. Yalnız müharibə haram olan Həcc mövsümündə bu iş qismən mümkün idi və ərəb qəbilələri Məkkəyə gəlirdilər. Müsəlmanlar da Şe’bdən çölə çıxaraq digər ərəblərdən ərzaq məhsulları alıb geri qayıdırdılar. Qureyş bunu da rəva bilmirdi. Qureyş Bəni-Haşim üzvlərindən birinin nəyisə almaq istədiyindən xəbərdar olan kimi həmin şeyin qiymətini yuxarı qaldıraraq onu özləri alırdı. Qureyşdən kiminsə Əbdülmüttəliblə qohumluq əlaqələrinə görə Şe’bə yemək göndərməsini bilsəydilər, həmin şəxsi incidirdilər. Şe’bdə olanlardan kimsə çölə çıxsaydı və onlar onu tutsaydılar, ona işkəncə verirdilər. Əbulas ibn Rəbi, Xədicənin qardaşı oğlu Həkim ibn Xəram ibn Xuvəylid və Hişam ibn Əmr onlara yemək göndərənlərdən idilər. Üç il belə keçdi. Bəzən Bəni-Əbdülmüttəlib uşaqlarının acından fəryad səsləri elə ucalırdı ki, müşriklərin Bəziləri həmin peymanı bağladıqları üçün peşman olurdular. Onlardan beş nəfəri – Hişam ibn Əmr, Züheyr ibn Əbi Üməyyə, Mət’əm ibn Ədiyy, Əbulbəxtəri və Zəm’ə ibn əl-Əsvəd – bir-biri ilə söz qoydular ki, əhdlərinə qarşı çıxaraq peymanı pozsunlar və müqaviləni cırsınlar. Qureyşin böyükləri səhər vaxtı Kə’bədə toplaşaraq bu məsələ barəsində danışdıqları zaman birdən Əbu Talib, ətrafındakı bir dəstə ilə Şe’bdən çıxaraq Kə’bəyə gəldi və müşriklərin arasında oturdu. Əbu Cəhl belə güman etdi ki, Əbu Talib Şe’bdə çəkdiyi əziyyətlər nəticəsində dözümünü itirib və indi Peyğəmbəri (səlləllahu əleyhi və alih) təhvil verməyə gəlib. Əbu Talib dedi: Ey camaat, sizin xeyrinizə olan bir söz deyim. Qardaşım oğlu Məhəmməd (səlləllahu əleyhi və alih) mənə xəbər verib ki, Allah, peymanı yazdığınız kağıza mürgənə göndərib və o, orada yazılanların hamısını yeyib və ancaq Allahın adını saxlayıb. İndi həmin peymannaməni gətirin. Əgər o düz deyibsə sizin onunla danışmağa nə sözünüz ola bilər? Onunla düşmənçilikdən əl çəkin. Əgər yalan demiş olsa, onu sizə təhvil verəcəyəm ki, öldürəsiniz. Onlar dedilər: Yaxşı sözdür. Sonra gedib həmin məktubu Ummul-Culasdan alıb gətirdilər və açıb gördülər ki, mürgünə cahiliyyət dövründə məktubun əvvəlində yazılan «بِاسْمِكَ اللّهُمَّ» «bismikəl¬lahummə» kəlməsindən başqa onun hamısını yeyib. Həmin peymannaməni yazan Mənsur ibn Əkrəminin əli çolaq olmuşdu. Müşriklər vəziyyəti belə görüb xəcalət çəkdilər. Sonra Mət’əm ibn Ədiyy məktubu cıraraq dedi: Biz bu zülmedici məktuba nifrət edirik. Bundan sonra Əbu Talib Şe’bə qayıtdı. Səhərisi gün Mət’əm ibn Ədiyy Qureyşdən olan digər dörd nəfərlə birlikdə Şe’bə gedərək Bəni-Əbdülmüttəlibi Məkkəyə gətirib evlərində yerləşdirdilər. Amma müşriklər Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Şe’bdən çıxandan sonra yenə də öz səhv əqidələrinə görə bacardıqca o Həzrətlə düşmənçilik etməkdən əl çəkmədilər və ona əzab-əziyyət verməyi davam etdirdilər. Xülasə, İmam əleyhis-salamın aşağıdakı məktubda həmin hadisələrə toxunaraq buyurduqları Müaviyəni qəflət yuxusundan oyatmaq üçün olmuşdur.)
    Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldür¬mək və bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bi¬zim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar və bizi (həyatın) asayiş və şirinliyindən məhrum etdilər. Qorxu və vahiməni ancaq bizə aid etdilər və bizi məc¬buri olaraq sərt dağa (otsuz, susuz Şe’b Əbu Talibə) get¬mə¬yə vadar etdilər (və orada bizi mühasirəyə aldılar; bütün bun¬lar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) və bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Pey¬ğəm¬bərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib və Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas və Mət’əm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohum¬luq¬la¬rı¬na görə (onu) himayə edir və yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir və müşriklərdən) qorxu və vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and və peyman¬la¬rı¬nın olması, ya da (onlarla) qohum olmaları idi. (Bu sə¬bəb¬lər) onu qorxu və vahimədən saxlayırdı və o, öldürül¬mək¬dən (ölüm təhlükəsindən) amanda olurdu.
    (Allah müşriklərlə müharibə və onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə və) savaş, camaatın (qorxu və vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əhli-beytini qabağa verir və onların vasitəsi ilə səhabələri və qoşununu nizə və şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müha¬ri¬bəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd mü¬ha¬ribəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) və (qardaşım) Cə’fər Mu’tə müharibəsində (Mu’tə Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə də (İmam əleyhis-salam), onlar kimi öldürülməyi və (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim də şəhid olmaq və öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı və adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən də öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq və İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət və çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış və İslamda mənim (Allaha və Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik və öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim və Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha və Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən də haqq və həqiqətə zidd nalayiq şeylər iddia edirsən).
    Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim və gördüm ki, onları sənə və səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir.(Çünki onların sayı hədsiz, gücləri çoxdur. Necə ki, İmam əleyhis-salam yüz altmış yeddinci kəlamda həmin məsələyə işarə edərək buyurur: «كَيْفَ لِى بِقُوَّةٍ وَ الْقَوْمُ الْمُجْلِبُونَ عَلى حَدِّ شَوْكَتِهِمْ يَمْلِكُونَنا وَ لا نَمْلِكُهُمْ» Yəni: «Mən Osmanın qatillərindən necə intiqam ala bilərəm, halbuki onu öl¬dür¬məyə toplaşanlar çox qüdrətli olmaqda qalmaqdadırlar və bizə ağalıq edirlər və biz onlara ağalıq etmirik.» ) (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq və düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda və düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək və bu ziyarətçilərlə görüşmək və onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun!(İbn Əbil-Hədid özünün «Nəhcul-Bəlağə»yə olan şərhinin bu yerində belə deyir: İmam əleyhis-salamın «sənə salam olsun» deməsi düzgün olmazdı. Çünki o Həzrət Müaviyəni fasiq və günahkar hesab edirdi. Fasiqə hörmət göstərmək isə düz deyil. Buna görə də buyurur: Salama layiq kimsəyə salam olsun. )

    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 614 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024