İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    122-ci xütbə
    İmam Əli əleyhis-salamın döyüş vaxtı səhabələrinə buyurduğu kəlamlarındandır.
    Sizlərdən hər bir kişi düşmənlə üzləşəndə özündə qəlbinin qüvvətləndiyini (şücaət) hiss edib qardaşlarından birində xof, qorxu görsə, Allahın ona əta etdiyi üstünlük və igidliyə görə düşməni qardaşınızdan da özünüzdən uzaqlaşdırdığı kimi dəf etməlidir. Odur ki, (mənə nə, hər kəs özünü müdafiə etməlidir və qorxağa düşmənin hakim olması layiqdir deməsin). (Deməsin ki,) Allahın istəyi olsaydı, onu da belə (şücaətli və qorxmaz) edərdi.(Çünki qılıncın ağrısı yox olub gedən dünyəvi ağrıdır, belə bir yataqda can vermək isə əbədi əzab gətirər. ) (Çünki) ölüm tələskənliklə axtarandır, (hamını tapar), durub dayanan (öləcəyindən qorxaraq belə bir vaxtda öz qardaşını müdafiə etməyən igid) çəngindən çıxa bilməz, ondan qaçan onu aciz edib gücdən salmaz. (Onun əlindən qaçıb xilas olmaq mümkün olmadığından) ən əziz ölüm öldürülməkdir. (Çünki dünyada yaxşı adın qalmasına və axirətdə savaba səbəb olur). And olsun Əbu Talibin oğlunun canı əlində olana ki, min qılınc zərbəsi mənə Allaha itaətdən qeyri yataqda ölümdən daha asandır.(Deməli, səadət və əbədi cənnət istəyən Allah yolunda döyüşdən və ölməkdən qaçmamalıdır. )
    123-cü xütbə
    İmam Əli əleyhis-salamın (öz səhabələrini pisləyib danladığı) kəlamlarındandır.
    Sanki sizləri (yolda) bir-birinə sürtülən kərtənkələlərin dərisinin səsi tək (döyüşdən qaçmaq üçün hər şeyi bir-birinə qatarkən) səs-küy salan (hay-həşir qoparan) görürmüş kimiyəm. Haqqı qəbul etmir (düşmənə müqavimət göstərmir) və zülmün, sitəmin (zülmkarın) qarşısını almırsınız. Sizi (cənnətə gedən) yolda azad bu¬raxıblar. Nicat və qurtuluş özünü ona atan (Allah yolunda döyüşən), ölüm və bədbəxtlik isə dayanan (cihaddan imtina edən) üçündür
    124-cü xütbə
    İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (və döyüş qaydalarını öyrənməyə) həvəsləndirdiyi kəlamlarındandır.
    (Döyüş meydanında düşmənlə üzbəüz gəldikdə) zirehlinizi önə, zirehsizinizi arxaya keçirin, dişlərinizi bir-birinizə sıxın (döyüşdə dönməz olmaqla çətinlikləri özünüzə asanlaşdırın). Çünki döyüşdə dönməzlik qılıncları başlardan daha da uzaqlaşdırar (döyüş meydanının çətinliklərinə dözmək qələbə və fəth üçün hər təbdirdən daha yaxşıdır). Nizələrin ətrafında əyilib-bükülün, (düşmənə nizə ilə zərbə vurarkən özünüzü endirib qaldırın və yaxud düşmən sizə nizə endirəndə özünüzü uzaq tutun), çünki nizələri bu üsulla vurmaq (onları əyilib-bükülmədən vurmaqdan) daha təsirli olur (və yaxud özünə az dəyir). Nəzərlərinizi yerə dikin (hər tərəfə baxmayın), çünki gözü yummaq qəlbin gücünün və ürəklərin rahatlığının artmasına (düşməndən qorxmamağa) səbəb olar. Səslərinizi alın (hay-küy salmayın), çünki mətanət və sakitlik (hər şeydən) xofu, qorxunu daha tez uzaqlaşdırar (qorxaqlar döyüş meydanında hay-küy salar, igidlər isə söz danışmayıb öz işlərini görərlər). Bayrağınızı yerindən hərəkət etdirib ətrafını boşaltmayın (ki, hamının diqqəti bayrağa yönəldiyinə görə qoşunun məğlubiyyətinə səbəb olar). Onu dilavərlərdən, hər pis hadisənin sizə yetişməsinə mane olanlardan və qorunub saxlanılması lazım olanı müdafiə edəndən başqa hər kəsə tapşırma. (Əlbəttə, belə insanlar zəfər çalmaqdan və ya həlak olmaqdan başqa heç vaxt bayrağı əllərindən verməzlər.) Çünki (döyüşün) bəla və çətinliklərinə o adamlar dözər ki, bayrağın ətrafına dolanaraq onu sağdan, soldan, arxadan və qabaqdan qorusun. (Düşmənə) təslim olmasın deyə ondan dala qalmasın və onu tənha qoymamaq üçün qabaqa keçməsin. Kişi (döyüş meydanında) onunla üzbəüz gələn düşməndən qorunmalı və (onu məğlub etdikdən və ya öldürdükdən sonra) öz qardaşına (yoldaşına) kömək etməlidir. Öz düşmənini buraxıb qardaşına tərəf yönəlməməlidir ki, qardaşının düşməni ilə əlbir olub (onu aradan götürüb) birlikdə ona qəsd etsinlər. Allaha and olsun, dünyanın qılıncından qaçsanız, axirətin qılıncından salamat çıxmayacaqsınız (cihada gedib Allah yolunda qılınc çalmasanız, əbədi əzabdan xilas ola bilməyəcəksiniz. Nəyə görə özünüzü qılınc çalmağa və düşmənin qarşısını almağa hazırlamırsınız? Bir halda ki,) siz ərəbin zadəganları və böyük (hörmətli) şəxslərindənsiniz. Həqiqətən də (döyüşdən) qaçmağınız Allahın qəzəbinə (Allah-təalanın rəhmətindən uzaqlaşmağa), zillət, çarəsizlik və əbədi rüsvayçılığa səbəb olar. Qaçanın ömrü artmaz və qaçmaq onun ölümünə mane olmaz. Allaha doğru gedən (cihad edənin şövqü) suya çatan təşnə kimi olmalıdır. Cənnət nizələrin ətraflarının altındadır.(Allahın səni təyin etdiyi İmamətə camaatı hakim qıldığına görə küfr və azğınlıq baş verdi» dedikləri vaxt nəzərdə tutulur. ) Bu gün xəbərlər aşkar olacaq (qılınc vurarkən, ölərkən, öldürərkən hər kəsin sözünün düzlüyü və səhvliyi aydınlaşar). Allaha and olsun, mənim onlarla (düşmənlərlə) görüşə olan həvəsim onların şəhərlərinə olan həvəslərindən daha çoxdur. İlahi, əgər onlar haqqı rədd edib onunla düşmənçilik niyyətində olsalar, insanlarını pərən-pərən et, aralarına fikir ayrılığı sal və onları öz günahlarında həlak et. Onlar dayandıqları yerdən heç vaxt uzaqlaşmazlar (fitnə-fəsad törətmək qərarlarından əl çəkməzlər. Siz, mənim tərəfdarlarım, onlarla döyüşüb etiraz etməsəniz), düşmənin canını bədənindən çıxaran dalbadal nizələr vurulmasa, beynini yarıb sümüklərini sındıran, ayaqlarını, biləklərini və qıçlarını qıran qılınclar çalınmasa (öz pozğunluqlarını davam etdirib sizləri məğlub edəcəklər). Qoşunlar dəstə-dəstə və ardı-arası kəsilmədən onlarla üzləşməsə, saysız-hesabsız əsgərlər qələbə və yardım üçün hər bir yandan toplanıb arxada saxlanan ehtiyat atlarla onlarla döyüşməsə, yerlərindən tərpənən deyillər. Tərpənməzlər-arxasında böyük ordunun dayandığı (beş səmti – yəni, önləri, arxaları, sağları, solları və qəlbləri nizamlı, düzümlü olan) çoxlu qoşunlar onların şəhərlərinə daxil olana qədər. Atları dırnaqları ilə bir-birinə yanaşı torpaqlarını (evlərini) və heyvanlarının örüşlərini tapdaq-tapdaq edənə qədər (qısası, onların hər şeyinə hakim kəsilərlər. Seyyid Rəzi buyurur:)
    Deyirəm: الدَّعْقُ sözünün mənası döyüb əzməkdir, yəni, «atlar onların torpaqlarını dırnaqları ilə döyüb əzərlər». وَنَوَاحِرُ الْأَرْضِ isə üzbəüz torpaqlar mənasında işlənmişdir. مَنَازِلُ بَنِى فُلان تَتَناحَرُ dedikdə isə filankəsin oğullarının evlərinin bir-birinin qarşısında olması mənasını verir.
    125-ci xütbə
    İmam Əli əleyhis-salamın Əmr ibn As və Əbu Musanın qəzavətinə razılaşdıqlarını inkar etdikləri vaxt(Çünki Qur’ani-Kərimin Yunus surəsinin 35-ci ayəsində buyurulur: أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّي إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ «Doğru yola yönəldən kəs ardınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub ki, hər ikisini eyni bilirsiniz və bu işdə necə hökm verirsiniz?». Zumər surəsinin 9-cu ayəsində də buyurulur: هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ «Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ağıl sahibləri bundan agahdır». Deməli, Qur’anın hökmünə əsasən biz haqq yolunu göstərən və onun bütün biliklərinə sahib olduğumuza görə İmam, rəhbər olmalıyıq. )buyurduğu sözlərdəndir. Onda öz səhabələrini məzəmmət edərək buyurur:
    İnsanları hakim etmədik, əksinə, Quranı hakim qıldıq. Bu Quran iki cildin arasında yazılmış və dil açıb danışmayan xətdir. Ona (məqsədini bəyan etmək üçün) tərcüməçi lazımdır və ondan söz danışanlar insanlardır. Şam əhli bizdən Quranı aramızda hakim etməyi istədi. (Xahişlərini qəbul etdik, çünki) Allahın kitabından üz döndərənlərdən (Onun hökmünə tabe olmayanlardan) deyildik. Allah-təala da (Qurani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) buyurub: فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ «Əgər bir işin üstündə mübahisə və düşmənçilik etsəniz, (onun islahı üçün) Allaha və Peyğəmbərə (Qurana və sünnəyə) müraciət edin». Münaqişə və düşmənçilik zamanı Allaha müraciət etməyimiz Onun kitabına uyğun hökm çıxarmağımız, Peyğəmbərə üz tutmağımız isə onun sünnəsini və yolunu tutmağımız deməkdir. Əgər doğruluqla Allahın kitabından hökm çıxarılarsa (öz rəyinə uyğun təfsir və nadürüst izah deyil, Onun həqiqətlərini bəyan etmək istəsələr), o hökmə (İmamətə və xilafətə) biz (İmam əleyhis-salam və o Həzrətdən sonrakı İmamlar) hamıdan daha layiqik.(Çünki Həzrət Peyğəbmər «Qədir-Xumda» və başqa vaxtlarda da İmamlığa və xəlifəliyə məni təyin etmişdir. Qısası, biz iki hakimin qəzavəti ilə öz nəfslərinə uyğun söz deyib istədikləri hər bir işi görmək üçün deyil, yalnız Qur’ana və sünnəyə uyğun hökm çıxarmaları üçün razılaşdıq. ) Əgər Allahın Peyğəmbərinin sünnəsinə əsasən hökm verilsə, biz o hökmdə camaatdan daha üstünük.(Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) adəti və yolu bu idi ki, beytülmalı bölərkən müsəlmanlar arasında fərq qoymazdı. Əbu Bəkr də xəlifəliyi dövründə bu yolla getdi. Lakin Ömər xəlifə olduqda Həzrətin yolunu dəyişərək bəzilərini başqalarından üstün tutdu. Osman da xəlifəliyi illərində Ömərin bu üsulunu daha da genişləndirərək ürəyi istədiyinə nəyi istəyirdisə verirdi. İmam əleyhis-salam xəlifəliyə təyin olunanda Həzrət Peyğəmbərin sünnəsinə uyğun rəftar etdi. Bu yol fitnəkarların adətlərinə, istəklərinə zidd idi. Bu səbəbdən də Təlhə və Zübeyr bey’əti pozaraq o böyük insandan uzaqlaşdılar və bir dəstə də Müaviyəyə qoşuldu. Sonra bir dəstə səhabəsi Həzrətin qulluğuna gələrək beytülmalın bölünməsində bəzilərinə üstünlük verməsini ondan xahiş etdilər. İmam əleyhis-salam bunları buyurdu. ) Deyirsiniz ki, özünlə onlar (Şam əhli) arasında hakimlik üçün möhlət qoydun (ki, iş bu yerə gəlib çatdı. Həmin gün və ya həmin həftə əmr etməliydin ki, Allahın kitabına nəzər salıb hökmü aydınlaşdırsınlar. Cavab budur:) Möhlət verdim ki, cahil götür-qoy etsin və alim güclənsin, bəlkə bir-birindən əl çəkib mehribanlaşdıqları bu müddətdə Allah-təala bu ümmətin işini islah etdi. Nəfəs yolları tutulmasın (haqqa çatmaları üçün onları məcbur etməyim) ki, haqqı tanımaq üçün tələsib (düşünüb araşdırmadan əleyhimizə olan və bizə qarşı döyüşə çalışan) ilk azğınların ardınca getməsinlər. (Onlara möhlət verdim ki, bu işi düzgün araşdırsınlar.)
    Həqiqətən də Allah yanında insanların ən üstünü odur ki, haqq ona ziyan yetirib kədərləndirsə də, batilsə ona xeyir verib faydaya yetirsə belə haqqı batildən çox istəsin. Belə isə nəyə görə dalğın və sərgərdansınız, sizləri haradan gətiriblər (ki, öz İmam və rəhbərinizi tanımayaraq belə çirkin sözlərlə onun əleyhinə çıxırsınız)? Haqdan (uzaq düşərək) mat-məəttəl qalan, didərgin düşərək onu görməyən, zülmə və sitəmə ürcah olub ondan dönməyən, Allahın kitabından uzaq olan (onu başa düşməyən), (doğru) yoldan çıxan bir dəstə ilə (şamlılarla) döyüşə getməyə hazır olun. (Ancaq əfsus ki,) siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun (qeyrətiniz yoxdur ki, sizdən kömək istəyim), nə də (çətinə düşəndə) yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız (düşmənin istilasının qarşısını almırsınız). Off, sizin əlinizdən! (Çirkin söz və əməllərinizdən təngə gəldim.) Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün (dinə kömək üçün) sizi çağırır, bir gün isə (düşmənlə döyüşmək barədə) sirrini deyirəm. Çağrıldıqda (mənə cavab vermək üçün) azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz (ki, mənim sirrimi saxlayıb faş etməyəsiniz).
    126-cı xütbə
    İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə və qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə və ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir:(Allahın Peyğəmbərinin sünnəsinə uyğun rəftar etməyib tabeçiliyimdə olanlara zülmü rəva görməklə Allahın qəzəbini qazanım? Allah-təala Qur’ani-Kərimin İsra surəsinin 26-27-ci ayələrində buyurur: إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا «İsraf etmə və malını Allah rizasından qeyri sağa-sola səpələmə. Həqiqətən israfçılar şeytanların qardaşları və dostlarıdırlar. )
    Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz?(Çünki Nəhrəvan xəvaricinin əqidələrinə, məzhəbinə görə xəta edib günah törədən hər kimsə kafirdir. Qəzavət olunması ilə razılaşmağı günah saydıqlarına görə Əmirəl-möminin əleyhis-salam və səhabələrinin –əuzu billah- kafir olduqlarını deyir, oranı «darül-küfr» adlandırırdılar. Onlardan əl çəkməyərək bacardıqları hər şeylərini – uşaqlarını, heyvanlarını – öldürürdülər. İmam əleyhis-salam onların sözlərini ifşa etmək üçün buyurmuşdur. ) Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə iş görmərəm).
    Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu:
    Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır.(Böyük günahlardan olan zina, oğurluq və qətl küfrə səbəb olsaydı, Həzrət Peyğəmbər zinakarın namazına durmaz, onun və qatilin mirasını yaxınlarına verməz, arvadı olmayan zinakara və əli kəsilmiş oğruya qənimətdən pay ayırmaz, onlar da müsəlman qadınlarla nigah bağlamazdılar. Çünki kafirə namaz qılmaq caiz deyil. Küfr miras sahibi olmağa və müsəlman qadınla nigaha, qənimətdən yararlanmağa mane olan səbəblərdəndir. ) Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şənini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab və çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz.
    127-ci xütbə
    İmam Əli əleyhis-salamın yenə də Xəvaric barədə buyurduğu kəlamlarındandır:(Belə ki, siz özünüzü müsəlman və bu Peyğəmbərin davamçısı sayırsınızsa, nəyə görə günah təsəvvürünüzə görə müsəlmanı kafir hesab edərək canını, malını halal sanırsınız? )
    Sizin (mənimlə) müxalifliyiniz (iki hakimi təyin edib onların qəzavəti ilə razılaşmaqla) xəta edib yolumu azmağımı güman etdiyinizə görədirsə, nəyə görə Məhəmmədin (səlləllahu əleyhi və alih) bütün ümmətini də (öz gümanınızda) mənim azmağımla azğın sanır, onlara mənim xətama görə yanaşır, mənim günahıma görə (onları) kafir adlandırırsınız? (Belə ki,) çiyinlərinizdəki qılınclarınızı həm sağlam, həm də xəstə yerlərə endirir, (öz zənninizlə günahkar sandığınızı da, təqsirsizi də öldürürsünüz. Öz gümanınızda) günah edənlə günahsızı qarışdırırsınız. (Müqəddəs İslam şəriəti, böyük günah törətmiş olsa belə, heç kəsi kafir saymasa da hamını kafir hesab edirsiniz. Necə ki,) bilirsiniz, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) arvadı ola-ola zina edəni daş-qalaq edib sonra onun namazına durardı (sizin əqidənizə görə isə varis müsəlman olsa belə, küfr irs çatmasının qarşısını alar), mirasını (onun) yaxınlarına verərdi. Qatili öldürüb irsini varisləri arasında bölər, oğrunun əlini kəsər, arvadı olmayan zinakara qamçı vurardı. Bundan sonra isə müsəlmanların qənimət götürdüklərindən onların payını verər, onlar da müsəlman qadınlarla nigah bağlayardılar. Deməli,(O böyük şəxsi İmam və rəhbərləri, Həzrət Peyğəbmərin vəsisi, onu və on bir övladını mə’sum, hər bir günahdan uzaq sayan, nə ilahiləşdirən, nə də düşmən kəsilən İmamilər kimi. ) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onları (kafir saymayıb, əksinə,) onlarla günahlarına uyğun rəftar edib, onlar barədə Allahın haqqını yerinə yetirmiş, onların İslamdakı paylarının qarşısını almamış və adlarını müsəlmanların arasından çıxarmamışdır.(Təbiidir ki, Qur’an onları bizə tabe edəcək. Lakin iki hakim müxalif çıxaraq Qur’anın diriltdiklərini dirildib öldürdüklərini basdırmadılar. ) Deməli, (bundan sonra onları pisləyib danlamaq üçün buyurur) sizlər şeytanın öz azğınlıqlarına (nadanlıq və öz nadanlığına inanmamağa) atdığı, heyrət və səfilliyə məcbur etdiyi ən pis insan və ən pis camaatsınız. (Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah və ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mötədil dəstədəndirlər.(Burada sahibi zənci, yəni, zəncilərin əmiri Əli ibn Məhəmməd Borğeyinin qiyamına toxunur. Onun həmsöhbəti Əhnəfdir. Ləqəbi Sənhir ibn Qeys ibn Müaviyə, künyəsi Əbu Bəhr olan bu şəxs Bəni-Təmim qəbiləsindən, Bəsrə əhlindən, Əmirəl-mömininin böyük səhabələrindən və Bəni-Təmim qəbiləsinin başçısı olmuşdur. Bəni-Təmim qəbiləsi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etməmiş, tayfadan ilk dəfə o, İslama gəlmiş, başqalarını da müsəlman etmişdir. Bu xəbər Həzrət Peyğəmbərə çatdıqda onun haqqında dua etmişdir. Qısası, öz elmi, hikməti və bəyənilmiş mərifət keyfiyyətləri ilə Siffeyn döyüşünə qoşulmuşdu. İmam əleyhis-salamdan sonra da Məsəb ibn Zübeyrin hakimiyyəti dövrünə qədər İraqda həyat sürmüş və hicrətin altmış yeddi ilində Kufədə vəfat etmişdir. )Belə isə bu mötədil dəstəyə yoldaş olub böyük kütlənin (adil sultanın ardıcıllarının) ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bidət yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Bidətçini mən olsam belə öldürün. Bundan sonra qəzavət barədə buyurur:)
    İki hakim Quranın diriltdiklərinə həyat vermək, öldürdüklərini dəfn etməkdən qeyri bir iş üçün təyin olunmadılar. Quranı diriltmək onunla həmməqsəd olmaq (ona əməl etmək), onu öldürmək isə ondan ayrılmaqdır (ona uyğun rəftar etməməkdir). Əgər Quran bizi onlara doğru çəksə, onların arxasınca gedək, onları bizə tərəf çəksə, bizim arxamızca gəlsinlər.(Tarixçilərin yazdığına görə Rey şəhərinin əhlindən olan bu şəxs özünü Ələvi adlandıraraq atasının Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib olduğunu iddia edirdi. Əbu Talibin nəslindən olanlar onun bu əsl-nəsəbinə tə’nə ilə yanaşaraq onu düzgün saymırdılar. Belə ki, əsl-nəsəb biliciləri olan üləmalar onun özünün Əli ibn Məhəmməd ibn Əbdürrəhim, anasının babasının isə Zeyd ibn Əli ibn Hüseynlə birgə Hişam ibn Əbdülməlikə qarşı qiyam edən kufəli Məhəmməd ibn Həkim Əsədi olması haqda yekdil rəyə malikdirlər. O, Zeyd öldürüldükdən sonra Rey şəhərinə qaçmış və Vərzənin adlanan kənddə qalmışdır. Bu kənddə də zəncilərin başçısı Əli ibn Məhəmməd dünyaya gəlmiş, onun babası Əbdürrəhim isə Taleqanda anadan olmuşdur. Əbdürrəhim İraqa getdikdən sonra bir kənizi satın almış və ondan Əlinin atası Məhəmməd olmuşdur. Qısası, iki yüz əlli beşinci ildə Bəsrəni hədəfə götürmüş və Bəsrə əhlinin işçilərindən olan zənci qullardan kömək istəmişdir. Onun göstərişi ilə bir gün qullar hamılıqla öz sahiblərini öldürərək onun ətrafına toplaşmış, Kufə əhlinə qarşı cürbəcür fitnələr törətmişlər. O isə üzünə örtdüyü niqaba (ərəbcə «borğe») görə «borğeyi» kimi məşhurlaşmışdır.) Belə isə ey atasızlar, mən şər iş görüb sizi aldadıb, səhvə düçar etmədim. Əksinə, bu iki kişini (Əbu Musa və Əmr ibn Ası) seçmək öz fikriniz idi. Biz də onlardan Qurandan kənara çıxmayacaqları barədə əhd-peyman aldıq. Hər ikisi haqqı gözləri ilə görsələr də yollarını azaraq haqdan əl çəkdilər. Onların zülm və sitəmləri (Allahın qanunlarına zidd rəftarları) nəfslərinə görə idi və ona uyğun da rəftar etdilər. Qabaqcadan (sülhnamədə) əhd-peyman aldıq ki, hakimiyyət ədalət və düzlük üzərində qurulmalı, haqqı nəzərdə tutmalıdır. Ancaq onların pis fikirli olmaları və zülm, sitəmlə hökmranlıq etmələri bizimlə onların arasına ayrılıq saldı. (Müqaviləyə zidd rəftar etdiklərinə görə pislənməyə və danlağa layiqdirlər.)
    128-ci xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Cəməl döyüşündən sonra Bəsrədə buyurub. Qeybdən verdiyi xəbərlər silsiləsindəndir.) Bəsrədə baş verəcək ağır hadisələrdən xəbər verir:(Onlardan biri öldükdə daş ürəkli olduqlarına görə ölən barədə soruşmadan başqa birisi onun yerini tuturdu. )Ey Əhnəf! Onu (zəncilərin qoşununun başçısını) toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, (atları və silahları olmayan), öz ayaqları ilə yeri döyəcləyən (çox fitnə-fəsad törədən) bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları (barmağın enliliyi, qısalığı və yastılığı baxımdan) dəvəquşu ayağına bənzər. (Seyyid Rəzi buyurur:) İmam əleyhis-salam bu sözləri ilə zəncilərin başçısının qiyamına işarə edir.(Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan və onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə də bilməmiş kimiyəm. )Bundan sonra İmam əleyhis-salam buyurur: Ölənlərinə kimsənin ağlamadığı (çünki onların hamısı qara qul olduqlarına görə ölənlərinə ağlamaq üçün qohumları yox idi), yox olanı axtarılmayan(Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə də bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə də heç Seyyid Rəzi mətnə toxunmayıb və xütbənin başlığı «haradadırlar öz ticarət və alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar» أَيْنَ الْمُتَوَرِّعُونَ فِى مَكاسِبِهِمْ وَ الْمُتَنَزِّهُونَ فِى مَذاهِبِهِمْ cümləsindən gِtürülmü؛dür. Ola bilər ki, camaatın çəkidə aldadılmağı və bu çirkin i؛in geni؛ yayıldığı barədə Həzrətin yanında sِz dü؛mü؛, Həzrət isə bu xütbəni buyurmu؛dur.) qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil xortumu tək xortumlu (navdanlı), bəzəkli evlərinizə və abad küçələrinizə (onların hamısını dağıdıb viran qoyacaqlar). Mən dünyanı uzağa atıb onu ölçmüşəm (onun zahiri və batinini, keçmişini və gələcəyini bilirəm) və həqiqətlərini görürəm (onun etibarsızlığını, vəfasızlığını hər zaman görürəm).
    Bu sözlər Həzrətin kəlamının tatarların (və monqolların kitablarda və tarixdə həkk olunmuş axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir
    Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm və sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.)
    O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz və özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: «Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir». İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi:
    Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi və alih – öyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ «Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardır!» Deməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir.(Rəbəzə Mədinənin ؛ərq istiqamətində, ona İraq hacılarının yolu tərəfdən yaxın, Əbuzər Qəffarinin dəfn olunduğu və İslamın ilk illərində abad olmu؛ bir kənd olub. İndi ondan heç bir əsər-əlamət qalmayıb. Əbuzər Mədinədə Osmanın qəzəbinə gəldiyinə gِrə xəlifə onu ھama sürgün etmi؛dir. Əbuzər orada da Osmanın çirkin əməllərini xalqa çatdırmı؛, onu olduğu kimi tanıtdırmı؛dır. Osman tərəfindən ھama vali təyin olunan Müaviyə onun hərəkətləri barədə Osmana xəbər gِndərdi. Osman ona məktub yazdı ki, məktubum əlinə çatan kimi Əbuzəri yalın dəvəyə mindirərək Mədinəyə qaytar. Müaviyə onu palansız dəvəyə mindirərək yola saldı. Mədinəyə çatana kimi zəif, arıq, ucaboy, saçı və saqqalı ağarmı؛ Əbuzərin budlarının əti yeyilmi؛di. Osmanın gِzü ona sata؛dıqda dedi: «Ey Cunəydəb, Allah səni ضz neməti ilə sevindirməsin». Əbuzər cavab verdi: «Mənim adımı bilmirsən? Mənim adım Cündəb idi, ancaq Peyğəmbər məni Abdullah adlandırdı və mən bu adı seçdim». Osman ondan ِzü barədə e؛itdiklərini soru؛du. Əbuzər deməmi؛ olduqlarını təkzib edərək dedi: «Ancaq Allahın Peyğəmbərindən e؛itmi؛əm ki, sizin tayfanız Bəni-ـməyyədən elə bir adam çıxacaq ki, Allahın malını ِz ixtirayına keçirib bəndələri zəlil və dinlərini zay edəcək. Sonra Allah ِz bəndələrini onun əlindən xilas edəcək». Osman ətrafındakılardan soru؛du ki, siz Peyğəmbərdən belə bir sِz e؛itmisinizmi? Onlar dedilər ki, yox, e؛itməmi؛ik. Osman dedi: «Ey Cundəb. Vay olsun sənin halına! Allahın Peyğəmbərinin adından yalan danı؛ırsan?» Əbuzər yalan danı؛madığını dedi. Sonra Osman bir nəfəri Əmirəl-mِminin əleyhis-salamın yanına gِndərdi. O Həzrət tə؛rif gətirdikdə ondan belə bir hədis e؛idib-e؛itmədiyini soru؛du. Həzrət buyurdu ki, «e؛itməmi؛əm, ancaq Əbuzər doğru danı؛an insandır». Dedi ki, «doğru danı؛an olduğunu haradan bilirsən?» Buyurdu: «Allahın Peyğəmbərinin onun haqda dediyi bu sِzlərdən: «ما أَظَلَّتِ الْخَضْرَآءُ وَ لا أَقَلَّتِ الْغَبّرآءُ عَلَى ذِى لَهْجَةٍ أَصدَقُ مِن أَبِى ذَرِّ الْغَفارِى» «Yəni, gِylər Əbuzər Qəffari kimi daha doğru danışan dil sahibinə kölgə salmadı, yer isə üzərində gəzdirmədi». Sonra məclisdə olan Peyğəmbər səhabələri bu sözləri Peyğəmbərdən eşitdiklərini və Əbuzərin düzdanışan olduğunu dedilər». Osman üzünü onlara tutub dedi: «Nə deyirsiniz, müsəlmanlar arasında təfriqə, ayrılıq salan bu şeyxi neyləyək? Onu döydürsəm, həbs etsəm, öldürsəm, ya Mədinədən çıxarsam yaxşıdır?» Əmirəl-möminin əleyhis-salam buyurdu: «Ey Osman. Mən sənə Firon ailəsindən olan bir möminin Musa barədə Firona dediklərini deyirəm. Qur’ani-Kərimin Mu’min surəsinin 28-ci ayəsi «وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ» «Əgər o yalan deyirsə, yalan deməyinin cəzası öz boynunadır. Yox əgər doğru danışırsa, xəbər verdiyi şeyin bir hissəsi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı və çox yalan danışanı doğru yola yönəltməz, rüsvay edər.» Osman bu sözləri eşitdikdən sonra İmam əleyhis-salama cəsarət etdi. Həzrət də cavab verərək buyurdu: «Ey Osman, sən nə deyirsən, gördüyün bu Əbuzər Allahın Peyğəmbərinin yaxın dostlarındandır.» Osman üzünü Əbuzərə tutaraq dedi: «Bizim şəhərimizdən çıx.» Əbuzər dedi: «And olsun Allaha, mən də sənin qonşuluğunda olmaq istəmirəm.» Osman ona dedi: «İraqa get və istədiyin qədər orada qal.» Əbuzər dedi: «Hara gedirəmsə gedim, haqq sözü deməkdən çəkinməyəcəyəm.» Osman ona dedi: «Hansı yerdən acığın gəlir?» Əbuzər dedi: «Rəbəzədən. Orada İslamdan qeyri dində olmuşam». Sonra Osman Mərvan ibn Həkəmə göstəriş verdi ki, onu çılpaq dəvəyə mindirərək Rəbəzəyə aparsın. O, Osmanın xəlifəliyinin səkkizinci ilində vəfat edənə qədər orada qaldı. Ölüm ayağında, həyat yoldaşı və ya bəzilərinin sözlərinə görə qızı tənhalıqdan və kimsəsizlikdən ağladığı vaxt Əbuzər ona demişdir: «Ağlama, Həzrət Peyğəmbər mənə tənhalıqda öləcəyimi və layiqli insanların mənim dəfnimi öhdələrinə götürəcəklərini xəbər vermişdi.» Daha sonra dedi: «Mən dünyadan köçdükdən sonra bir qoyunu qovur və yolda əyləş. Bir dəstə müsəlman oraya çatacaq və səndən nə baş verdiyini soruşacaq. Onlara de ki, Həzrət Peyğəmbərin səhabələrindən olan Əbuzər Qəffari vəfat etmişdir. Onlar bu xəbəri eşitdikdə səninlə birgə mənzilimə gələcəklər. Onlara yemək ver, mənim dəfnimi öz öhdələrinə götürəcəklər. Əbuzər öldükdən sonra həmin qadın yol üstünə çıxdı. Məkkeyi-Müəzzəmədən qayıdan bir dəstə iraqlı oraya çatdı. Əhnəf ibn Qeys Təmimi, Sə’sə’ə ibn Sauhan Əbdi, Xaricə ibn Səlt Təmimi, Abdullah ibn Səlmə Səhmi, Hilal ibn Malik Mozni, Cərir ibn Abdullah Bəcəlli, Əsvəd ibn Qeys Nəxəi, Malik ibn Haris Əştər Nəxəi onlardan ayrılaraq həmin qadına doğru gəlib dedilər: «Sənin başına nə gəlib?» O dedi: «Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabəsi Əbuzər Qəffari dünyadan köçüb və mən tənha qalmışam.» Onlar ağlaya-ağlaya onun evinə getdilər. Ona qüsl verib kəfənlədilər və namazını qılıb dəfn etdilər. Sonra Malik Əştər yerindən qalxaraq xütbə oxudu və onun bəyənilmiş sifətlərini, məzlumluğunu xatırlayıb dua etdi. Sonra çörək yeyərək yola düşdülər. Qısası, Osman onun Mədinədən çıxarılmasını əmr edərək kimsənin onunla danışmasını, müşaiyət etməsini qadağan etdi. O, Mədinədən çıxdıqda Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn əleyhimus-salam, Əqil, Abdullah ibn Cə’fər və Əmmar ibn Yasir onunla vidalaşmaq üçün şəhərdən çıxdılar. İmam əleyhis-salam ona təskinlik verərək bunları buyurmuşdur: ) Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir.
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-06)
    Views: 809 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024