İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    334 Hakimlik
    1522. Qəzavət haqqı olmayanlar.
    Quran:
    "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər.»(Sad, 26 )
    Hədis:
    5275. İmam Əli (ə) (Qazı Şureyhə xitabən): «Ey Şureyh! Sən elə bir yerdə oturmusan ki, orada peyğəmbər, peyğəmbərin vəsisi və bədbəxt birisindən qeyri kimsə əyləşməz.»(əl-Kafi, c. 7, səh. 406, hədis 2 )
    5276. İmam Sadiq (ə): «Hakimlik etməkdən çəkinin. Çünki hakimlik (mənsəbi) əslində, qəzavətdə bilikli olan, müsəlmanlar arasında ədalətlə hökm çıxaran imamındır. Peyğəmbərə və peyğəmbərin vəsisinə məxsusdur.»(əl-Kafi, c. 7, səh. 406, hədis 1 )
    1523. Hakimlik üçün tağutun yanına gedənlər və zalım hakimlər.
    Quran:
    "Sənə nazil olana və səndən əvvəlkilərə nazil olunanlara iman gətirdiklərini sananları görmürsənmi? (Bununla belə) əslində tağutu inkar etməyə əmr olunduqlarına rəğmən aralarında tağutun hökm verməsini istəyirlər.»(Nisa, 60 )
    «Hakimlik etmiş olsan, onların arasında ədalətlə hakimlik et ki, Allah imdada yetənləri sevir.»(Maidə, 42 )
    Hədis:
    5277. İmam Sadiq (ə) (Borc və ya irs mala görə aralarına ixtilaf düşən və hakimlik üçün tağuta müraciət edən iki səhabəsi haqda buyurduğundan): «Kim hakimlik üçün tağuta (və zalım hakimlərə) müraciət etsə və onun xeyrinə hökm çıxarılsa, aldığı şey haramdır. Açıq-aşkar onun haqqı olmuş olsa belə. Çünki Allah-taala tağutu küfr saymağı əmr etməsinə baxmayaraq, onu tağutun hökmü ilə almışdır.»(əl-Kafi, c. 7, səh. 412, hədis 5 )
    5278. Allahın Peyğəmbəri (s): «Məbadə sizlərdən (şiələrdən) biri başqasının əleyhinə zalım hakimə şikayət etsin. Əksinə, siz öz aranızda hökmlər və hakimliklə tanış olanı aramalı və onu öz aralarında hakim etməlisiniz. Çünki mən onu sizin qazınız etmişəm. Deməli, öz aranızda hakimlik üçün onun yanına gedin.»(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 2, hədis 3216 )
    1524 . Qəzavətin əhəmiyyəti.
    5279. Allahın Peyğəmbəri (s): «Kimə qəzavət işi tapşırılsa, o bıçaqsız baş kəsmiş kimidir. Ərz edildi: Ey Allahın Peyğəmbəri! Baş kəsmək dedikdə məqsədiniz nədir? Buyurdu: Cəhənnəm odu.»(Müstədrəkul-vəsail, c. 17, səh. 243, hədis 21233 )
    5280. Allahın Peyğəmbəri (s): «Qiyamət günü ədalətli qazını gətirər və ondan elə tələbkarcasına sorğu-sual edilər ki, "ey kaş, hətta, heç vaxt iki nəfər arasında bir xurmanın üstündə belə, hakimlik etməyəydim" deyər.»(Kənzul-Ummal, hədis 14988 )
    5281. İmam Sadiq (ə): «Nəvavis (cəhənnəmdə bir yerdir) özündə istinin yüksək hərarətindən Allahın dərgahına şikayət etdi. Sonra Allah ona xitabən buyurdu: Sakit ol! Həqiqətən, qazıların yerinin hərarəti, səndən daha çoxdur."(Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 6, hədis 3226 )
    1525 . Qəzavət etməkdə könüllülük.
    5282. Allahın Peyğəmbəri (s): "Kim qazılıq mənsəbi üçün çalışarsa və ona çatmaqdan ötrü müxtəlif şeylərə əl atarsa, Allah onu özbaşına buraxar. Kim onu qəbul etməyə məcbur olarsa, Allah onu möhkəm saxlamaq üçün bir mələk göndərər."(Kənzul-Ummal, hədis 14994 )
    5283. İmam Əli (ə) (Malik Əştərin Misirə hakimlik təyinatı barədə fərmanından): «Camaata hakimlik üçün, rəiyyət içində ən yaxşı və ən üstün saydığını seç! Elə birisi olsun ki, işlər onu karıxdırmasın (ixtilafların həl¬lin¬də aciz qalmasın), iddia tərəfləri (mübarizələri) onu öz rəyində tərsliyə və inad¬karlığa məcbur etməsin. Ayağı büdrəməsin və haqqı tapdayanda (öz hök¬münün səhv olduğunu anladıqda) haqqa qayıtmaqdan çəkinməsin. Özü¬nü tamahın uçurumuna atmasın və işlərin səthi dərki ilə kifayət¬lən¬məsin, onu dərindən və dəqiq başa düşməyə çalışsın. Şübhəli hallarda hamı¬dan ar¬tıq ehtiyatlı və ləng olsun. Hamıdan daha çox dəlil və sübut axtarsın. Şika¬yət¬çilərlə üzləşməkdən az bezsin, iddialardakı həqiqətləri tapmaqda ha¬mı¬dan dözümlü olsun. Həqiqəti aydınlaşdıqda (hökm çıxarmaqda) hamıdan da¬ha artıq qətiyyət göstərsin. Elə insan olsun ki, mədh və sitayiş onu alda¬dıb xudbinləşdirməsin, təşviq və təhrik onu hansısa səmtə meylləndirməsin. Əlbəttə belə insanlar azdır. Onda özün onun hakimliyinə çox nəzarət et.»(Nəhcül-Bəlağə, məktub 53 )
    5284. İmam Sadiq (ə): «Kim fiqhdən (hüquqi məsələlər və məhkəmə hökmləri) azacıq bilmiş olsa, heç vaxt hakimliyə tamah gözü ilə baxmaz.»(Biharul-Ənvar, c. 104, səh. 264, hədis 5 )
    1526. Hakimliyin qaydaları.
    1. İddiaçı tərəflər arasında bərabərliyə riayət etmək
    5285. Allahın Peyğəmbəri (s): «Kim müsəlmanlar arasında hakimliyə mübtəla olsa, onlara qarşı baxışları, işarələri, oturub-durmağında bərabər rəftar etsin.»(Kənzul-Ummal, hədis 15032  )
    5286. İmam Əli (ə) (Şureyhə xitabən): «Müsəlmanlara qarşı baxışlarında, danışığında, oturub-durmağında bərabərliyə riayət et ki, yaxınların sənin müdafiənə (və zülmünə) ümidvar olmasın, düşmənlərin sənin ədalətinə ümidlərini itirməsinlər.»(Vəsailuş-şiə, c. 18, səh. 155, hədis 1 )
    2. Səsini qarşı tərəfin səsindən yuxarı qaldırmamaq.
    5287. İmam Əli (ə) (Əbu əl-Əsəd Doəliyə "xəyanət və cinayət törət¬mədiyim halda, məni qazılıqdan niyə uzaqlaşdırırsınız?» sualına cavabından): "Çünki gördüm ki, sən səsini qarşı tərəfin üstünə qaldırırsan.»(Müstədrəkul-vəsail, c. 17, səh. 359, hədis 21581 )
    3.Yorulduğunu bildirməmək.
    5288. İmam Əli (ə) (Şureyhə xitabən): «Məbada hakimlik iclasında yorğunluğunu və narahatlığını bildirəsən. Bu elə bir yığıncaqdır ki, Allah onda mükafat qərar vermiş, düzgün hakimlik edən üçün gözəl ehtiyat nəzərdə tutmuşdur.»(əl-Kafi, c. 7, səh. 413, hədis 1 )
    4. İddiaçı tərəflərin sözünü dinləmək.
    5289. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) xitabən): «İki nəfər mühakimə üçün sənin yanına gəldikdə, qarşı tərəfin sözlərini dinləməmiş birinci tərəfin xeyrinə hökm çıxarma! Belə etsən (hər iki tərəfin sözlərini dinləsən) hökm səninçün aydınlaşar.
    Əli (ə) buyurdu: Bu tövsiyədən sonra qəzavət işi mənimçün çox asanlaşdı. Peyğəmbər (s) o həzrət üçün bu duanı etdi: İlahi! Qəzavəti ona anlat!"(Mən la yəhzəruhul-fəqih, c. 3, səh. 13, hədis 3238 )
    5. Qəzəbli halda hakimlik etməmək.
    5290. İmam Əli (ə): (Şureyhə xitabən): «Qəzavət yığıncağında kiminləsə pıçıldaşma, əgər əsəbləşsən, dur get və qəzəbli halda heç vaxt hakimlik etmə!»(əl-Kafi, c. 7, səh. 413, hədis 5)
    6. Yuxulu halda hakimlik etməmək.
    5291. «Mustədrəkul Vəsail»: «Allahın Peyğəmbəri (s) qazının qəzəbli, ac halda və ya mürgü vura-vura hakimlik etməsini qadağan etmişdir.»(Müstədrəkul-vəsail, c. 17, səh. 349, hədis 21544 )
    7. Ac və susuz halda hakimlik etməmək.
    5292. İmam Əli (ə) (Şureyhə xitabən): «Nəsə bir şey yeməmiş, qəzavət məclisində əyləşmə.»(əl-Kafi, c. 7, səh. 413, hədis 1 )
    8. İddiaçı tərəflərin heç birinə süfrə açma.
    5293. İmam Sadiq (ə): «Bir kişi Əmirəl-möminin yanına gəlib bir neçə gün o həzrətin qonağı oldu. Sonra əvvəlcədən (yəni gəldiyi ilk gündən) Əmirəl-mömininə demədiyi bir məsələdən iddia qaldırdı. Həzrət buyurdu: Sən şikayətçisən? Ərz etdi: Bəli. İmam buyurdu: Mənim yanımdan get! Çünki Allahın Peyğəmbəri (s) şikayətçinin qaraşı tərəf olmadan qazıya qonaq olmasını qadağan etmişdir."(əl-Kafi, c. 7, səh. 413, hədis 4 )
    9. Dəlilləri təlqin etməmək.
    5294. «Mustədrəkul-Vəsail»: Allahın Peyğəmbəri (s) qazının iddiaçı tərəflərdən yalnız birinə müsbət yanaşmasını və diqqət yetirməsini qadağan etdiyi kimi, sübutları da təlqin etməyi qadağan buyurmuşdur.»(Müstədrəkul-vəsail, c. 17, səh. 350, hədis 21549 )
    1527 . Allahın kömək edib yol göstərdiyi qazılar.
    5295. Allahın Peyğəmbəri (s): «Elə bir müsəlman qazı yoxdur ki, iki mələk onunla olub həqiqət axtarıncaya qədər onu haqqa tərəf yönəltməmiş olsun. Ancaq həqiqət ardınca düşməyib qəsdən zülm və haqsızlıq etsə, həmin iki mələk bezib onu öz halına buraxarlar.»(Kənzul-Ummal, hədis 14993 )
    5296. İmam Əli (ə): «Allahın rəhmət əli, qazının başının üstündə hərəkətdədir. Nə vaxt zülm və haqsızlıq etsə, Allah onu öz halına buraxar.»(əl-Kafi, c. 7, səh. 410, hədis 1 )
    1528. Qazıların növləri.
    5297. İmam Sadiq (ə): «Qazılar dörd dəstədir: üç dəstəsi odda, bir dəstəsi isə cənnətdədir. Bilərəkdən haqsız hökm verən qazı oddadır. Bil¬məyərəkdən (hökm və qanunlardan xəbərsiz) nahaq hökm verərsə, o da oddadır. Bilmədən doğru hökm verənin yeri də oddur. Bilə-bilə doğru-dürüst hökm verən qazının yeri isə cənnətdir.»(əl-Kafi, c. 7, səh. 407, hədis 1 )
    1529. Qadının hakimliyi.
    5298. Allahın Peyğəmbəri (s): «Qadın hakim olub camaat arasında hakimlik etməməlidir.»(Kənzul-Ummal, hədis 14921 )
    5299. İmam Baqir (ə): «Qadın nə hakimlik kürsüsünü, nə də əmirlik kürsüsünü öhdəsinə götürməz.»(Biharul-Ənvar, c. 104, səh. 275, hədis 1 )
    1530. Dəlil-sübuta və şahidə əsasən qəzavət.
    5300. Allahın Peyğəmbəri (s) (Bir qədər köhnəlmiş əşya və mirasa görə ixtilaf səbəbindən, iki nəfər hakimlik üçün Allahın Peyğəmbərinin yanına gələndə): «Ola bilər ki, sizlərdən biri dəlil və sübut gətirməkdə o birindən dilli-dilavər olsun. Belə isə mən qardaşının haqqından onun xeyrinə hökm çıxardığım hər bir kəs üçün, əslində bir parça od verirəm.» Bu vaxt həmin iki kişidən biri dedi: «Mən öz haqqımı qarşı tərəfə bağışladım.» Allahın Rəsulu buyurdu: Yox, gedin və malları haqq-ədalətlə bölün. Onda püşk atın və bundan sonra bir-birinizə halal edin.»(Məaniul Əxbar, səh. 279 )
    5301. Allahın Peyğəmbəri (s) (Torpaq üstündə bir kişi ilə iddiası olan və hakimlik üçün onunla Həzrətin yanına gələn Əmrulqeysə xitabən): «Aşkar dəlilin (və şahidin) varmı?» Ərz etdi: «Yox.» Buyurdu: «Onda ona and verdir.» Əmrulqeys ərz etdi: «Onda mənim torpağımı götürəcək.» Buyurdu: «Əgər and içməklə sənin torpağını götürcə, Allah qiyamət günündə onun üzünə baxmaz və əməlini qəbul etməz, ağır əzab verər.» Belə olan halda, həmin kişi qorxuya düşərək torpağı Əmrulqeysə qaytardı.»(Tənbihul-xəvatir, c. 2, səh. 171 )
    5302. İmam Əli (ə): «Bu beş məsələdə qazı (onlar barədə) hökmün zahirinə əməl etməlidir: vəlilik (Allahın və imamın hər bir kəsə və ya uşağın vəlisinə verdiyi qəyyumluq və vəlilik haqqıdır), həyat yoldaşları (yəni müsəlmanlar arasında məşhur olan evlənmək məsələsi), miraslar, kəsilənlər (yəni, müsəlmanların kəsdiyi heyvanların halal olması) və şəhadət. Şahidlər zahirən etimada və inama layiq olarlarsa, şəhadətləri qəbul olunar və onların batinlərini axtarmaq lazım deyil.»(əl-xisal, səh. 311, hədis 88)
    5303. İmam Sadiq (ə): «Ali Məhəmmədin Qaimi (ə) zühur edəndə, Davudun hökmü ilə camaat arasında hakimlik edəcək və bəyyinəyə (sübuta və şahidə) ehtiyacı olmayacaq. Böyük Allah bu hökmü ona ilham edəsək və o, öz elmi ilə qəzavət edəcək.»(Biharul-Ənvar, c. 14, səh. 14, hədis 23 )
    1531. İmamın əmri. Ehey, bu bir hakimlikdir!
    5304. İmam Sadiq (ə): «Məktəb uşaqları yazılarını Əmirəl-mömininin qarşısına qoyurlar ki, onlardan ən yaxşısını seçsin. Həzrət buyurur: Ehey! Bu bir hakimlikdir! Burada zülmə yol vermək, qəzavətdə zülm etmək kimidir! Öz müəlliminizə deyin ki, tənbeh etmək məqsədilə üçdən artıq zərbə vursa, qisas olunacaq.»(Vəsailuş-şiə, c. 18, səh. 582, hədis 2 )
    335 Ürək
    1532. Ürək.
    5305. Allahın Peyğəmbəri (s): «Allah-taalanın yer üzərində qabları var. Yəqin ki, o qablar, həmin bu ürəklərdir. Allah dərgahında ən sevimli ürəklər ən riqqətli, ən pak və ən möhkəm ürəklərdir. Onların ən riqqətlisi qardaşlar üçün olanı, safları günahdan azad olanı və ən möhkəmləri isə Allah yolunda olanlardır.»(Kənzul-Ummal, hədis 1225)
    5306. Allahın Peyğəmbəri (s): «Allah-taala sizlərin üzlərinizə və var-dövlətinizə deyil, ürəklərinizə və əməllərinizə baxar.»(Əmali ət-Tusi, səh. 536, hədis 1162 )
    5307. İmam Əli (ə): «Ürək gözün kitabıdır.»(Nəhcül-Bəlağənin şərhi, c. 20, səh. 46 )
    5308. İmam Əli (ə): «Bu ürəklər bir qabdırlar. Onların ən yaxşısı, ən tutumlusu və ən çox saxlayanıdır.»(Nəhcül-Bəlağə, hikmət 147 )
    5309. İmam Sadiq (ə): «Ağlın yeri başdadır, bərklik və riqqət isə ürəkdədir.»(Tuhəful-uqul, səh. 371 )
    5310. İmam Sadiq (ə): «Ürəyin bədəndəki mövqeyi, imam və rəhbərin camaat arasında mövqeyi kimidir."(İləluş-şəraye, səh. 109, hədis 8 )
    5311. İmam Cavad (ə): «Ürəklərlə Allah-taalaya doğru yollanmaq, əməllərlə bədən üzvlərini əziyyətə salmaqdan (mənzil başına) daha tez çatandır.»(əd-Durrətul-bahirə, səh. 39 )
    1533. Qəlbin sağlamlığı.
    Quran:
    «Camaatın dirildiləcəyi gün, məni rüsvay etmə. Allahın yanına sağlam bir qəlblə gəlməkdən savayı, heç bir övlad və malın xeyri olmadığı bir gün.»(Şuəra, 87-89 )
    Hədis:
    5312. Məsih (ə): «Şəhvətlər qəlbləri daxildən parçalamasa, tamah korlamasa, nemət və imkan onları sərtləşdirməsə, tezliklə hikmət qabları olacaqlar.»(Tuhəful-uqul, səh. 504)
    5313. İmam Əli (ə): «Özünçün bəyəndiyini möminlər üçün bəyənməyincə, qəlbin sağlam olmayacaqdır.»(Biharul-Ənvar, c. 78, səh. 8, hədis 64 )
    5314. İmam Həsən (ə): «Qəlblərin ən sağlamı, şübhələrdən pak olanıdır.»(Tuhəful-uqul, səh.235 )
    5315. İmam Baqir (ə): «Heç bir elm, sağlamlıq axtarmaq qədər deyil. Heç bir sağlamlıq isə ürəyin sağlamlığı kimi deyil.»(Biharul-Ənvar, c. 78, səh. 164, hədis 1 )
    5316. İmam Sadiq (ə) («Yalnız sağlam qəlblə Allaha üz tutandan qeyri» ayəsi haqda): «Sağlam ürək odur ki, onda Rəbbindən qeyrisi olmayan bir halətdə Allahı ilə görüşə. Şirk və şəkkin olduğu hər bir ürək çökmüşdür.»(əl-Kafi, c. 2, səh. 16, hədis 5 )
    5317. İmam Sadiq (ə)(Həmin ayə barədə): «Sağlam ürək odur ki, sağlamlığını dünya sevgisindən qorusun.»(Nurus-səqəleyn, c. 4, səh. 58, hədis 50 )
    1534 . Qəlbin gözü.
    5318. Allahın Peyğəmbəri (s): «Şeytanlar hər an insanların qəblərinin ətrafında dolaşmasaydılar, insanlar hər an qeyb aləmini görərdilər.»(Biharul-Ənvar, c.70, səh. 59, hədis 39 )
    5319. İmam Əli (ə) (Münacatda): «Ey Məbud! Hər şeydən qopmağı və tamamilə Özünə üz tutmağı mənə nəsib et. Qəlblərimizin gözlərini Sənə baxışların nuru ilə işıqlandır ki, qəlblərin gözləri nur pərdələrini bir-birindən ayırsınlar və əzəmət mədəninə qovuşsunlar. Bizim canlarımız Sənin müqəddəs izzətinə birləşsinlər.»(İqbalul Əmal, c. 3, səh. 299 )
    5320. İmam Sadiq (ə): «Bizim şiələrin əslində dörd gözü var: iki göz başda və ikisi qəlbdə. Əlbəttə bütün insanlar belədir. Ancaq Allah sizlərin gözlərinizi açmış, onların gözlərini isə kor etmişdir.»(əl-Kafi, c. 8, səh. 215, hədis 260 )
    1535. Qəlbin qulağı.
    5321. Allahın Peyğəmbəri (s): «Əgər qəlblərin dağınıqlığı və sizin yalanlarınız olmasaydı, şübhəsiz ki, mənim eşitdiyimi siz də eşidərdiniz.»(Ət-Tərğib vət-tərhib, c. 3, səh. 497, hədis 3 )
    5322. İmam Sadiq (ə): «Həqiqətən, sənin qəlbin və qulaqların var. Allah bəndəni doğru yola yönəltmək istədikdə, onun qəlbinin qulaqlarını açar. Bundan qeyrisini bir bəndə üçün istədikdə, qəlbinin qulaqlarını bağlayar və beləsi bir daha islah olmaz. Böyük Allahın "qəlblərinə qıfıl vurulub"(Muhəmməd, 24 ) sözünün də mənası budur.»(əl-Məhasin, c. 1, səh. 318, hədis 623 )
    1536. Qəlblərin üz tutması və üzünü döndərməsi.
    5323. İmam Rza (ə): «Həqiqətən, qəlblərin bir üz tutmağı var, bir də üz döndərməyi. Şadlıqları var, bir də kədərləri. Üz tutduqda dərrakəli və bəsirətli, arxa çevirəndə isə yorğun və üzgün olarlar. Buna görə də üz tutub şad olduqları vaxt onlara əl atın (və ibadətlərdə işlərinizə çəkin) və üz döndərib kədərli olduqları vaxt onları öz hallarına buraxın.»(Biharul-Ənvar, c. 78, səh. 353, hədis 9 )
    5324. İmam Əskəri (ə): «Qəlblər şadlananda onlara əmanət tapşırın, nə vaxt arxa çevirsələr onlarla vidalaşın.»(əd-Durrətul-bahirə, səh. 43 )
    1537. Qəlbin təmizliyi.
    5325. Musa (ə): «İlahi! Kimdir, Səndən qeyri heç bir kölgənin olmadığı bir gündə Sənin ərşinin kölgəsində olanlar?» Allah ona vəhy buyurdu: «Ürəyi təmiz olanlar.»(əl-Məhasin, c. 1, səh. 457, hədis 1058 )
    5326. İmam Əli (ə): «Öz canlarınızı çirkin şəhvətlərdən təmizləyin ki, yüksək dərəcələri qazanasınız.»(Ğurərul-hikəm, hədis 6020 )
    5327. İmam Əli (ə): «Bəndələrin pak qəlbləri, Sübhan Allahın baxdığı yerlərdir. Kim qəlbini paklaşdırarsa, Allah ona nəzər salar.»(Ğurərul-hikəm, 6777 )
    1538. Qəlbin böyüklüyü.
    Quran:
    «Allah doğru yola yönəltmək istədiyi şəxsin qəlbini İslamı qəbul etmək üçün genişləndirər. Azdırmaq istədiyi şəxsin, qəlbini çox daraldar. Belə ki, o, sanki zəhmətlə göyə çəkildiyini sanar. Allah iman gətirməyənlərə pisliyi belə edər.»(Ənam, 125 )
    «Sənin üçün sinəni genişləndirmədikmi?»(İnşirah, 1 )
    Hədis:
    5328. Allahın Peyğəmbəri (s): «Allah kimsəni doğru yola yönəltmək istəsə…» ayəsi nazil olduqda Allahın Peyğəmbərindən (s) soruşdular: "Başın genişləndirilməsi nədir?» Buyurdu: «Allah-taalanın möminin qəlbinə saldığı və onun səbəbinə qəlbi genişləndiyi bir nurdur.»
    Ərz etdilər: «Onu tanımaq üçün bir nişanə varmı?» Buyurdu: «Bəli, əbədi saraya üz tutmaq, puç saraydan uzaq durmaq, gəlib çatmamış, ölüm üçün hazırlıq görmək.»(Məcməul Bəyan, c. 4, səh. 561  )
    1539. Qəlbin pərdəsi.
    5329. Allahın Peyğəmbəri (s): «Mömin günah edəndə onun ürəyində qara bir nöqtə yaranar. Əgər tövbə edib günahdan əl çəksə və bağışlanmağını dilərsə, qəlbi həmin qara ləkədən təmizlənər. Ancaq öz günahlarını artırsa, belə nöqtələr çoxalar. Bu, Allah-taalanın Öz kitabında xatırlatdığı həmin pasdır ki, Allah-taala buyurub:«Onların törətdiklərindən qəlbləri pas bağlayar.»(Mutəffifin, 14  - Nurəl-Səqəleyn, c. 5, səh. 532, hədis 24  )
    5330. İmam Kazim (ə): «Allah-taala Davuda (ə) vəhy buyurdu: «Ey Davud! Öz dostlarını şəhvətlilikdən çəkindir və qorxut! Çünki qəlbləri dün¬yanın şəhvətindən asılmış olanların ürəkləri ilə mənim aramda pərdə var.»(Tuhəful-uqul, səh. 397 )
    1540. Daş ürəklilik.
    Quran:
    «Sizin ürəkləriniz bundan (hadisədən) sonra sərtləşdi. Daş və ya ondan daha sərt şeylər kimi. Çünki bəzi daşlardan kiçik arxlar axar, bəziləri yarılar və ondan su kənara çıxar. Bir çoxları Allahın qorxusundan ovularlar. Allah etdiklərinizdən xəbərsiz deyil.»(Bəqərə, 74  )
    Hədis:
    5331. «əl-Kafi»: "Allahın Musa ilə (ə) pıçıltılarından biri də bu idi: «Ya Musa! Dünyada uzun-uzadı arzular etmə ki, qəlbin sərtləşməsin. Sərt qəlblilər məndən uzaqdır.»(əl-Kafi, c. 2, səh. 329, hədis 1 )
    5332. Məsih (ə): «Miniyə minməyib onu işlətmədikdə, dikbaş və tərs olar. Ürəklər də belədir. Ölümün anılması ilə yumşalmasa və ardıcıl ibadətdən zəhmət çəkməsələr sərt və kobud olarlar.»(Biharul-Ənvar, c. 14, səh. 309, hədis 17  )
    5333. Allahın Peyğəmbəri (s): «Allahı yad etməkdən savayı heç nədən çox danışmayın. Çünki Allahın fikrindən qeyri bir şey haqda çox danışmaq ürəkləri sərtləşdirər. Allahdan ən uzaq olan insanlar da sərt ürəklilərdir.»(Əmali ət-Tusi, səh. 3, hədis 1 )
    5334. Allahın Peyğəmbəri (s): «Üç şey ürəyi sərtləşdirər: bayağı musiqini dinləmək, ov və sultanın sarayına çox gedib gəlmək.»(əl-Xisal, səh. 126, hədis 122 
     )
    5335. İmam Əli (ə): «Göz yaşları qəlblərin sərtliyindən qeyri səbəbdən qurumadı, ürəklər isə günahların çoxluğundan başqa səbəbə sərtləşmədi.»(İləluş-şəraye, səh. 81, hədis 1  )
    5336. İmam Əli (ə): «Var-dövlətin çoxluğu dinin puçluğuna və qəlbin sərtliyinə səbəb olar.»(Müstədrəkul-vəsail, c. 12, səh. 93, hədis 13609 
    )
    5337. İmam Əli (ə): «Xəsis insana baxmaq qəlbi sərtləşdirər.»(Tuhəful-uqul, səh. 214  )
    5338. İmam Baqir (ə): «Allah-taala yaşayışda çətinlik yaratmaq və ibadətdə süstlüyə görə bədənlərə cəza qoymuşdur. Heç bir bəndəyə daş ürəklilikdən böyük cəza dadızdırılmamışdır.»(Tuhəful-uqul, səh. 296 )
    1541. Qəlbin xəstəliyi.
    Quran:
    «Qəlblərində xəstəlik var və Allah xəstəliklərini artırdı. Yalan dediklərinin (cəza olaraq) ağrılı əzabını görəcəklər.»(Bəqərə, 10 
    )
    Hədis:
    5339. İmam Əli (ə): «Boş yerə mübahisə və çəkişmədən çəkinin. Çünki bu iki iş qəlblərdə qardaşlara qarşı xəstəlik yaradar və onlardan nifaq cücərər.»(əl-Kafi, c. 2, səh. 300, hədis 1 )
    5340. İmam Əli (ə): «Heç bir dərd, ürək üçün günahlar qədər ağrılı deyil.»(əl-Kafi, c. 2, səh. 257, hədis 28)
    1542. Ürəklərə dərman olanlar.
    Quran:
    «Ey camaat! Sizin üçün Allahınız tərəfindən bir öyüd və sinələrinizdə olanlardan ötrü bir dərman, (Allaha) yönələnlər üçünsə yol göstərən və rəhmət gəlmişdir.»(Yunus, 57 )
    Hədis:
    5341. İmam Əli (ə): «Həqiqətən, Allahdan qorxu sizin qəlblərinizin dərdinin dərmanıdır. Qəlblərinizin gözünü açan, bədənlərinizin xəstəliklərinə şəfa verən, sinələrinizin puçluğunu aradan götürən, canlarınızdakı çirklinlikləri təmizləyən və gözlərinizdən korluğu siləndir.»(Nəhcül-Bəlağə, xütbə 198 )
    1543. Qəlbi öldürənlər.
    5342. Allahın Peyğəmbəri (s): «Dörd şey qəlbi öldürər: günah üstündən günah, qadınlarla çox söhbət etmək, axmaqla bəhs etmək, -yəni sən deyirsən, o deyir və heç vaxt düzəlmir- və ölülərlə oturub durmaq.» Ərz etdilər: «Ey Allahın Rəsulu! Ölülər dedikdə məqsədin nədir?» Buyurdu: «Gününü yaxşı keçirən hər imkanlı şəxs.»(əl-Xisal, səh. 228, hədis 65 )
    5343. Allahın Peyğəmbəri (s) (Əbuzərə öyüdlərindən): «Çox gülməkdən çəkin ki, o qəlbləri öldürər.»(Məaniul Əxbar, səh. 335, hədis 1 )
    5344. İmam Əli (ə): «Kimin ibadətləri az olarsa qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə gedər.»(Nəhcül-Bəlağə, hikmət 349)
    1544. Qəlbi dirildənlər.
    5345. Loğman (ə) (Övladına nəsihətindən): «Övladım! Alimlərlə ol və onlarla otur-dur. Çünki Allah torpağa yağışın yağması ilə həyat verdiyi
    kimi, qəlbləri də hikmət nuru ilə dirildir.»(Biharul-Ənvar, c. 1, səh. 204, hədis 22)
    5346. Allahın Peyğəmbəri (s): «Allah buyurur: Mənim bəndələrim arasında elmi söhbətlər ölü qəlbləri dirildər. Bu şərtlə ki, bu söhbətdə Mənim əmrimə (üsuliddin və ya firuiddinə) çatsınlar.»(əl-Kafi, c. 1, səh. 41, hədis 6)
    5347. İmam Əli (ə) (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): «Öz ürəyini moizə ilə dirilt və dünyanı ürəyindən qoparmaqla öldür.»(Nəhcül-Bəlağə, məktub 31 )
    5348. İmam Əli (ə): «Xeyir iş əhlini görmək qəlbləri abadlaşdırar.»(Biharul-Ənvar, c. 77, səh. 208, hədis 1 
    )
    5349. İmam Əli (ə) (Əziz övladı İmam Həsənə (ə) tövsiyəsindən): «Ey övladım! Sənə Allahdan qorxmağı, Onun əmrlərinə itaət etməyi, Onu zikr etməklə qəlbini abad etməyi tövsiyə edirəm.»(Nəhcül-Bəlağə, məktub 31 )
    1545. Ürəyi yumşaldanlar.
    5350. Allahın Peyğəmbəri (s) (Həzrətin yanında öz daş ürəkliliyi ilə öyünən bir kişiyə xitabən): «Əgər qəlbinin yumşalmasını istəyirsənsə, möhtaca yemək ver və yetimin başını nəvazişlə sığalla.»(Mişkatul-Ənvar, səh. 167 
    )
    5351. Allahın Peyğəmbəri (s): «Ürəklərinizi riqqətə gəlməyə öyrədin, çox düşünün və Allah xofundan çox ağlayın.»(Əlamud-Din, səh. 365, hədis 33 )
    5352. «Nəhcül Bəlağə»: İmam Əlinin (ə) əynində köhnə və yamaqlı paltar gördülər. Bunun səbəbini soruşanda İmam buyurdu: Bu paltar ürəyi yumşaldır, nəfsi xar və ram edir, möminlər üçünsə bir nümunədir.»(Nəhcül-Bəlağə, hikmət 103 )
    5353. İmam Baqir (ə): «Xəlvətdə (Allahı) çox zikr etməklə qəlblərinizdə riqqət axtarın.»(Tuhəful-Uqul, səh. 285)
    1546. Ürəyi cilalayanlar.
    5354. Allahın Peyğəmbəri (s): «Dəmir suya yaxın olanda paslandığı kimi, bu ürəklər də pas bağlayar.» Ərz olundu: «Onları nə ilə cilalayırlar.» Buyurdu: «Ölümü çox xatırlamaq və Quran oxumaqla.»(Kənzul-Ummal, hədis 42130 
    )
    5355. Allahın Peyğəmbəri (s): «Bu ürəklərin cilalayanı Allahı xatırlamaq və Quran oxumaqdır.»(Tənbihul-Xəvatir, c. 2, səh. 122 )
    5356. İmam Əli (ə): «Ürəyini moizə ilə dirilt... və onu hikmətlə nurlandır.»(Nəhcül-Bəlağə, məktub 31)
    5357. İmam Sadiq (ə): «Ürəklər də mis kimi paslanar. Onları, günahların bağışlanmasını diləməklə cilalayın.»(İddətud-Dəai, səh. 249 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1524 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024