İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    290 Ömür
    1354.Ömür.
    Quran:
    «Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.»(Biharul-Ənvar, c. 101, səh. 4, hədis 12

     )

    Hədis:
    4589. İmam Əli (ə): «Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.»(Biharul-Ənvar, c. 69, səh. 408, hədis 117

     )

    4590. Allahın Peyğəmbəri (s): «Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.»(Əmali-Tusi, səh. 245, hədis 425

     )

    1355.Ömrü qənimət saymaq.
    4591. Allahın Peyğəmbəri (s): «Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.»(əl-Zohd Lil Hüseyn ibn Səid, səh. 33, hədis 87

     )

    4592. Allahın Peyğəmbəri (s): «Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.»(Biharul-Ənvar, c. 94, səh. 225, hədis 1

     )

    4593. İmam Əli (ə): «Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki zaman isə fürsətdir.»(əs-Səhifətus-Səccadiyyə, səh. 82, dua 20.

     )

    4594. İmam Əli (ə): «Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri!.»(Biharul-Ənvar, c. 3, səh. 83.

     )

    4595. İmam Əli (ə): «Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs «əfsus ki, Allahın işində səhlənkarldıq etdim» deməmiş vaxtı qənimət bilin»(Nəhl, ayə 97

     )

    4596. İmam Əli (ə): «Allahın rəhməti olsun nəfəslərinin ölümə doğru atdığı addımlar olduğunu bilən və sonra əmələ tələsərək arzularını qıs-aldana.»(Kənzul-Ummal, hədis 42761

     )

    4597. İmam Əli (ə): «Məbada, öz ömrünüzü sizə qalmayacaq bir şey üçün hədərə verəsiniz. Çünki keçən ömür geri dönməz.»(Nəhcul-Bəlağə, xütbə 176

     )

    4598. İmam Əli (ə): «Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu Allaha ibadət yolunda keçirəsən.»(Nəhcul-Bəlağə, hikmət 23

     )

    1356. Ömrü onlara hüccət olanlar.
    Quran:
    «Onlar alovların içində fəryad çəkərlər: «Ey Allahımız! Bizi buradan çıxart ki, gördüyümüz işləri deyil saleh əməllər edək.» Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadımmı?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdir. Dadın! Zalımların imdadına çatan olmaz.»(Nəhcul-Bəlağə, hikmət 150

     )

    Hədis:
    4599. Allahın Peyğəmbəri (s): «Qiyamət günü olanda nida gələr: «Altmış yaşında olanlar hardadır?!» Bu Allah-taalanın buyurduğu həmin ömürdür: Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşat-madıqmı?!»(əl-Kafi, c. 3, səh 266, hədis 11

     )

    4600. İmam Əli (ə): «Allahın insanın üzrlərini qəbul etdiyi ömür müddəti altmış ildir.» (Tənbihul-Xəvatir, c. 2, səh. 183. 

     )

    4601. İmam Əli (ə): «Əfsuslar olsun, ömrü onünçun hüccət olan və həyatı onu bədbəxtliyə sövq edən qafilə!.»(əd-Durrətul-Bahirə, səh.41.

     )

    4602. İmam Baqir (ə): «Qırx yaşı keçdikdə, bəndəyə deyirlər: «Ayıq ol, çünki bundan belə sənin heç bir üzrün qəbul edilməz. Artıq altmış yaşlı insana iyirmi yaşındakı insan kimi üzr gətirmək yaraşmaz.»(Nisa, ayə 123 və 124.

     )

    1357. Ömrü uzadan amillər.
    4603. Allahın Peyğəmbəri (s): «Həmişə dəstəmazlı ol ki, Allah ömrünü uzatsın.»(Kənzul-Ummal, hədis 43676

     )

    4604. Allahın Peyğəmbəri (s): «Kim ruzisinin çox və ömrünün uzun olmasını istəyirsə sileyi-rəhm etsin (qohumları ilə mehriban olsun).» (Müstədrəkul-vəsail, c.1, səh. 130, hədis 177

     )

    4605. İmam Əli (ə): «Kim qalmaq (əlbəttə, həmişəlik qalmaqdan söz belə gedə bilməz) istəyirsə, səhər yeməyini erkən yesin, yaxşı ayaqqabı geysin, öz borcunu azaltsın və qadınlarla az yaxınlıq etsin.» (Nəhcul-Bəlağə, hikmət 278

     )

    4606. İmam Baqir (ə): «Bizim şiələrimizə Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi əmr edin. Çünki onun ziyarəti ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar.» (əl-Kafi, c. 2, səh. 82, hədis 3 

     )

    4607. İmam Sadiq (ə): «Hər kim xoşniyyət olsa, ömrü uzun olar.»(əl-Kafi, c. 2, səh. 82, hədis 1

     )

    4608. İmam Sadiq (ə): «Kim ailəsi ilə yaxşı olsa, ömrü uzun olar.»(Biharul-Ənvar, c. 70, səh. 191. 

     )

    4609. İmam Sadiq (ə): «Əgər Allahın sənin ömrünü uzatmasını istəyirsənsə, ata-ananı sevindir.»(Tənbihul-Xəvatir, c.1, səh.63

     )

    1358. Mömin və uzun ömür istəmək.
    4610. Xanım Fatimeyi Zəhra (s) (Münacatda):–«İlahi! Səni and verirəm qeybdən olan elminə və məxluqlar üzərində qüdrətinə, məni sağ qalmağın mənim üçün yaxşı olduğunu bildiyin müddətə qədər sağ saxla və nə vaxt ölüm mənim üçün yaxşı olsa, onda öldür.»(əl-Kafi, c.2, səh.191, hədis 11

     )

    4611. İmam Səccad (ə) (Məkarimul əxlaq duasında):–«Ömrümü, sənin itaətinə sərf olununcaya qədər uzat və nə vaxt ömrüm şeytanın otlağına dönsə, canımı al və öz yanına apar.»(Biharul-Ənvar, c.78, səh.69, hədis 20.

     )

    1359. İnsanın öz ömründən xəbərsizliyindəki hikmət.
    4612. İmam Sadiq (ə): «İndi, ey Məfəzzəl! İnsanın ömür müddətinin on¬dan gizlin olması üzərində düşün. Çünki ömrünün nə qədər olduğunu bilsə və ömrü qısa olsa, həyat ona dözülməz olar. Belə ki, ölümü bildiyi vaxtda gəl¬məsini gözləyəcək. Sanki malı aradan getmiş və ya məhv olmaq ərə¬fə¬sin¬də olan insan tək olacaq. Belə insan malının məhv olmasının və yoxsul ol¬ma¬sının qorxusundan əməli surətdə yoxsulluğu hiss edəcək. O ki qalsın, ma¬lın yox olması qorxusundan dəfələrlə çox olan ömrün sona yetmək qor¬xu¬su ola! Çünki kiminsə sərvəti azalarsa onun əvəzini qazanmaq ümüdi ilə təs¬kinlik tapır. Ancaq ömrünün tamam olmasına (konkret və məlum vaxta) yə¬qinliyi olan kimsənin vücudunu yas bürüyər. Ancaq ömrü uzun olsa və bun¬dan xəbərdar olsa, hələ diri olacağına yəqinlik tapacaq. Buna görə də, ləz¬zət və günahlara qərq olub, kamına çatmağa və sonra həyatının son¬la¬rın¬da tövbə etməyə çalışacaq. Deyə bilərsən ki, elə indinin özündə də ömür müd¬dətinin məlum olmadığı və hər an ölümün gəlişini gözlədiyi halda belə in¬san murdar işlər görüb itaətsizlik edir. Cavabında deyirəm: Ömür müd¬də¬ti¬nin məlum olmamasının hikməti barədə dediyimiz öz qüvvəsində qalır. An¬caq bununla belə, insan yenə də çirkin əməllərdən qalmırsa bu artıq onun başının məstliyindən və ürəyinin daşlığındandır və işin fəlsəfəsinə, uzaq¬görənliyin səhv olmasına dəlalət etmir.»(Ğurərul-Hikəm, hədis 2958.

     )

    291 Əmək
    1360. Əməyə həvəsləndirmək.
    Quran:
    «Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərindən daha yaxşı olan mükafat verəcəyik.»(Ğurərul-Hikəm, hədis 2958.

     )

    Hədis:
    4613. Allahın Peyğəmbəri (s): «Vəfat etmiş insana üç şey yoldaşlıq edər: ailəsi, var-dövləti və əməli. Bunlardan ikisi qayıdıb geri dönər, biri isə qalar. Ailəsi və var-dövləti qayıdar, əməli isə onunla qalar.»(Ğurərul-Hikəm, hədis 3322

     )

    4614. İmam Əli (ə): «İş görün, onu başa çatdırın və gördüyünüz işdə möhkəm olun. Bu zaman dözümlü və təqvalı olun. Elə sizin axırınız da budur. Elə isə özünüzü axır aqibətinizə (cənnətə) çatdırın.»(əl-Kafi, c.2, səh.116, hədis 1

     )

    4615. İmam Əli (ə): «Hər kimsə işini asta aparsa, əsil-nəsibi onu tələsik götürər.»(Kənzul-Ummal, hədis 4324 (=43937)

     )

    4616. İmam Əli (ə): «İş görmədən axirətə ümid bəsləyənlərdən olma… Belələri yaxşı əməl sahiblərini sevər, ancaq elədiklərini etməzlər. Günah edənləri düşmən bilsələr də özləri də onların cərgəsindədir. …Başqalarının öz günahlarından az olan günahlarına görə qorxu hissi keçirər, özləri üçünsə gördükləri işdən artıq mükafata ümid bəsləyirlər… İş (yaxşı əməl) görməkdə əksiklik, mükafat diləməkdə israr edərlər…Çox söz danışar, az iş görərlər.»(Biharul-Ənvar, c.77, səh.85

     )

    4617. İmam Sadiq (ə): «Allah-taala hər kimsənin bir namazını qəbul edərsə, ona əzab verməz. Hər kimsənin bir yaxşı əməlini qəbul edərsə, …ona əzab verməz.»(əl-Kafi, c. 2, səh. 400, hədis 7.

     )

    4618. İmam Sadiq (ə): «Az çalışın ki, daha çox nemət sahibi olasınız.»(əl-Kafi, c. 2, səh. 361, hədis 8

     )

    4619. İmam Hadi (ə): «İnsanların bu dünyada işi mal-dövlətlə, axirətdə isə əməlləri ilə olar.»(Nəhcul-Bəlağənin şərhi, c.18, səh. 41

     )

    1361. İş və mükafat.
    Quran:
    «Nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs onun cəzasını çəkəcək və o, Allahdan başqa nə dost, nə də bir imdada yetən tapacaqdır. Hər mömin kişi və ya qadın yaxşı iş görərsə, cənnətə daxil olar. Onlara xurma çərdəyinin arxası qədər də haqsızlıq edilməz.»(Nəhcul-Bəlağə, məktub 69

     )

    Hədis:
    4620. Allahın Peyğəmbəri (s): «Tikan kolundan üzüm dərilmədiyi kimi, pis iş görənlər də yaxşı əməl sahiblərinin yerini tutmazlar. Belə isə hansı yolla istəyirsinizsə gedin. Çünki hansı yolla getsəniz, onun əhli ilə üzləşərsiniz.»(Biharul-Ənvar, c.71, səh. 369, hədis 19.)

    1362. İşin icrasına nəzarət.
    4621. İmam Əli (ə): «İşlərin gedişatını izləyin. Çünki Allah-taala möminlərin işi üçün ölümündən qeyri bir sonluq qoymamışdır.»(Kənzul-Ummal 9128

     )

    4622. İmam Əli (ə): «Davamlı olaraq gördüyün (yaxşı) iş, səni yoran çox işdən daha ümidvericidir.»(Vəsailuş-Şiə, c.2, səh. 883, hədis 1.

     )

    4623. İmam Baqir (ə): «Davamlı olaraq görülən iş azacıq olsa belə, onun qədər heç nə Allah yanında daha əziz deyildir.»(Tövbə, ayə 105

     )

    4624. İmam Sadiq (ə): «Hər kimsə bir iş görməyə başlayarsa, onu bir ilə qədər davam etdirməlidir. Sonra əgər istəyərsə, başqa işlə məşğul olmalıdır. Çünki Allah-taalanın istədiyini təyin etdiyi Qədr gecəsi həmin bir ildədir.»(əl-Tərğib və əl-Tərhib, c.3, səh.458, hədis 17. 

     )1363. İşlərin ən üstünü.
    4625. Allahın Peyğəmbəri (s): «İşlərin ən üstünü, onların ən çətinidir.»(Mən la yəhzurəl-Fəqih, c.1, səh.191, hədis 582

     )

    4626. Allahın Peyğəmbəri (s): «İşlərin ən üstünü, az olmuş olsa belə ən davamlı olanıdır.»(Uyun əxbarir-Rza (ə), c.2, səh.44, hədis 156. 

     )

    4627. Allahın Peyğəmbəri (s): «Allah dərgahında işlərin ən sevimlisi, möminə bəxş etdiyin sevinc, aclığını aradan götürməyin və qəm-qüssəsini dağıtmağındır.»(Biharul-Ənvar, c. 23, səh.337, hədis 6. 

     )

    4628. İmam Əli (ə): «İşlərin ən üstünü, nəfsini onu görməyə məcbur etdiyin işdir.»(Vəsailuş-Şiə, c.11, səh.392, hədis 25

     )

    4629. İmam Əli (ə): «Ən üstün iş, Allah naminə görülən işdir.»(Casiyə, ayə 29

     )

    4630. İmam Əli (ə): «Ən üstün iş, haqqa sadiq qalmaqdır.»(Biharul-Ənvar, c. 5, səh. 327, hədis 22.

     )

    4631. İmam Sadiq (ə) (İşlərin ən üstünü barədə suala cavabından): «Vaxtında qılınan namaz, ata-anaya edilən yaxşılıq və Allah yolunda edilən cihad.»(Ali-İmran, ayə 30

     )

    1364. Əməlləri özlərinə xeyri olmayanlar.
    4632. Allahın Peyğəmbəri (s): «Hər kimdə bu üç şey olmasa, heç bir əməli kamilləşməz: Onu Allaha itaətsizlikdən saxlayan pəhrizkarlıq, insanlarla yola getməsinə səbəb olan xasiyyət və nadanın cahilyana rəftarını dəf etdiyi səbrlilik.»(Kənzul-Ummal, hədis 38963

     )

    4633. Allahın Peyğəmbəri (s): «Üç şey var ki, onlar olarsa heç bir əməl fayda verməz: Allaha şərik qoşmaq, ata-anaya itaətsizlik edib onları incitmək və cihaddan qaçmaq.»(Bəqərə, ayə 177

     )

    4634. Allahın Peyğəmbəri (s): «Hər kim dilini saxlamasa, heç bir iş görməmişdir.»(Kənzul-Ummal, hədis 10919

     )

    4635. İmam Baqir (ə): «Şəkk və inkar olan yerdə heç bir əməlin faydası olmaz.»(Kənzul-Ummal, hədis 10924

     )

    4636. İmam Sadiq (ə): «Allah-taala, öz mömin qardaşına qarşı bəd niyyətdə olan möminin heç bir əməlini qəbul etməz.»(Biharul-Ənvar, c. 100, səh. 46, hədis 3.

     )

    1365. Uzaq durulmalı olan işlər.
    4637. İmam Əli (ə): «İş görənin özünə rəva bildiyi, lakin müsəlman camaata rəva bilmədiyi hər bir işdən uzaq dur.»(Nəvadir əl-Ravəndi, səh. 5. 

     )

    4638. İmam Əli (ə): «Gizlində görülən və aşkarda görülməkdən utanılan hər bir işdən uzaq ol.»(Ğurərul-hikəm, hədis 3650

     )

    4639. İmam Əli (ə): «Gördüyü işi kimsənin yadına saldıqda, onu çirkin əməl saydığı hər bir işdən çəkinin.»(Nəhcül-Bəlağə, məktub 53. 

     )

    1366. İşin möhkəm tutulması.
    4640. Allahın Peyğəmbəri (s): «Allah-taala hər birinizin iş görərkən işini möhkəm (və eybsiz) tutmasını istəyir.»(Ğurərul-hikəm, hədis 3379

     )

    4641. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) övladı İbrahim vəfat etdikdə onun qəbrində bir dəlik görür və onu əli ilə doldurub hamarlayır. Sonra buyurur: Sizlərdən kimsə iş gördükdə, işini möhkəm tutsun.»(Ğurərul-hikəm, hədis 9577

     )

    1367. Əməllərin təqdim olunması.
    Quran:
    «De ki: istədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməl¬lə¬ri¬nizi görəcəklər. Siz qeybi və aşkari bilən Allahın hüzuruna qaytarı¬la¬caqsınız. O da sizi nə etdiklərinizdən xəbərdar edəcəkdir!.»(əl-Kafi, c. 2, səh. 162, hədis 15

     )

    Hədis:
    4642. Allahın Peyğəmbəri (s): «Bazar ertəsi və cümə axşamı günlərində əməllər göstərilir. Günahlarının bağışlanmasını diləyənlərin günahları bağışlanır, tövbə edənin tövbəsi qəbul olunur və kin saxlayanların kinləri qaytarılır ki, tövbə etsinlər.»(Qummi təfsiri, c.1, səh. 189. 

     )

    4643. Allahın Peyğəmbəri (s): «Sizin işləriniz hər gün mənə göstərilir. İşləriniz yaxşı olduqda, Allahdan işlərinizin artmasını diləyirəm, pis olduqda isə, Allahdan sizin bağışlanmanızı diləyirəm.»(Əyyaşi təfsiri, c.1, səh. 289. 

     )

    4644. İmam Hüseyn (ə): «Hər səhər erkən ümmətin əməlləri Allah-taalaya təqdim olunur.»(Biharul-Ənvar, c. 7, səh. 42, hədis 13.

     )

    4645. İmam Sadiq (ə) (De ki, «istədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər» ayəsi haqda sualın cavabında): «Burada (möminlər dedikdə) biz nəzərdə tutuluruq.»(Əlamuddin, səh. 341. 

     )

    4646. «Vəsail əs-Şiə»: Abdulla ibn Əban İmam Rzaya (ə) ərz etdi: «Bir çox dostlarınız məndən xahiş edirlər ki, onlar haqda dua etməyinizi sizdən rica edim.» Həzrət buyurdu: «Allaha and olsun, mənim özüm hər gün onların əməllərini Allaha təqdim edirəm.»(əl-Kafi, c.8, səh.73, hədis 29. 

     )

    1368. Əməl dəftəri.
    Quran:
    «Bu bizim kitabımızdır və sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri yazdırmışıq.»(Muminun, ayə 115. 

     )

    Hədis:
    4647. İmam Əli (ə): «Sağ tərəfdəki mələk yaxşı əməlləri, sol tərəfdəki mələk isə pis əməlləri yazar. İki gündüz mələyi insanın gündüz gördüyü işləri, iki axşam mələyi onun gecədəki əməllərini qeyd edər.»(Sad, ayə 27 və 28

     )

    1369. Əməllərin təcəssümü.
    Quran:
    «Kim zərrə qədər yaxşı iş görərsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini çəkəcəkdir.» «Bir gün hamı özünü etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaq. Allah sizi öz əzabından çəkindirir. Çünki O, öz bəndələrinə mərhəmətlidir.»(Yasin, ayə 78 və 79

     )

    Hədis:
    4648. Allahın Peyğəmbəri (s): «Mömin öz qəbrindən çıxanda əməli gözəl bir surətdə qarşısında canlanacaqdır. Mömin ona deyəcək: «Sən kimsən? Allaha and olsun, səni yaxşı və düzgün insan kimi görürəm.» O deyə-cək: «Mən sənin əməllərindənəm.» Sonra onunçün cənnətə bələdçi və nur olacaqdır. Kafir qəbrdən çıxdıqda isə əməli bəd xəbər və çirkin bir şəkildə qarşısında canlanacaqdır. O deyəcək: «Sən kimsən?. Allaha and olsun ki, səni pis insan kimi görürəm.» O isə deyəcək: «Mən sənin əməllərinəm.» Sonra isə onu aparıb oda atacaq.»(Məryəm, ayə 66 və 67

     )

    292 Əhd
    1370. Əhdinə vəfalı olmağa həvəsləndirmək.
    Quran:
    « …əhd edəndə ona sadiq olanlardır.»(Rum, ayə 27

     )

    Hədis:
    4649. Allahın Peyğəmbəri (s): «Müsəlmanlar halalın şərtlərinə və öz əhdlərinə sadiqlərdir.»(Rum, ayə 50

     )

    4650. Allahın Peyğəmbəri (s): «Bilin ki, kimsə öz əhdlisinə (əhli zimmədən olan) zülm etsə, ya haqqını az versə və ya gücündən çox boynuna vəzifə qoysa, yaxud da razılığı olmadan ondan nəsə alsa, qiyamət günü mən onunla düşmən və iddiaçı tərəf olaram.»(Fatir, ayə 9

     )

    4651. Allahın Peyğəmbəri (s): «Nə vaxt (ümmət) əhdinə xilaf çıxarlarsa, Allah-taala düşmənlərini onlar üzərində hakim edər.»(Ənbiya, ayə 1. 

     )

    4652. Allahın Peyğəmbəri (s): «Əhdinə xilaf çıxanın dini yoxdur.»(əl-Cəfəriyat, səh. 212

     )

    4653. İmam Əli (ə): «Əhdlər qiyamət gününə qədər boyunlardan asılacaq xaltadır. Onlara riayət edənə Allah-taala yaxşılıq edər. Kim onlara xilaf çıxarsa, Allah ona yardımlarını əsirgəyər. Hər kim əhdini yüngül sansa, əhdi ondan əhdə sadiqliyə təkid edən və öz yaratdıqlarından, onları qorumağı istəyən kəsə şikayət edəcək.»(Nəhcul-Bəlağə, xütbə 190.

     )

    4654. İmam Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından): «Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir. İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona hörmət məsələsində həmrəydirlər.»(Əhzab, ayə 63.

     )

    4655. İmam Əli (ə): «Sözündə düz olmaq (verdiyi əhdə sadiq qalmaq) imandandır.»(Qisasul-Ənbiya, səh. 271, hədis 346. 

     )

    4656. İmam Əli (ə): «Öz əhd-peymanına sadiq olmayanın Allaha inamı yoxdur.»(Muhəmməd, ayə 18

     )

    4657. İmam Baqir (ə): «Allah-taala heç kimə üç şeyin əleyhinə getməyə icazə verməmişdir: …, yaxşı və pis əməl sahibinə verilən əhdə riayət etmək.»(Zümər, ayə 68

     )

    4658. İmam Baqir (ə) («Öz ipliyini pambıq edən qadın kimi olmayın…» ayəsi ilə əlaqədar buyurduqlarından): «Öz ipliyini əyirən qadın bəni Təmimdən olan ibn Mərrənin arvadı, Kəb bin Sədin Rabtə (Reyrə) adlı qızı idi. O, axmaq bir qadın idi və yun əyirər, əyirdiklərindən pambıq hazırlayar və onu yenidən əyirərdi. Buna görə də Allah-taala buyurmuşdur: «Öz ipliyini pambıq edən qadın kimi…» Allah-taala vəfalı olmağı əmr etmiş və əhdə vəfasızlıqdan çəkindirmişdir. Bu misalı da ona görə çəkmişdir.»(Zəlzələ , ayə 1

     )

    4659. İmam Sadiq (ə) («Ey iman gətirənlər! Verdiyiniz qərarlarda vəfalı olun.» ayəsinə aid suala cavabından): «Burada, verilən əhdlər nəzərdə tutulur.»(Fəcr, ayə 21

     )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1076 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024