İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)

    115. Axmaqlıq
    578. Axmaqlıq
    1758. İmam Əli (ə): «Axmaqlıq, ən pis xəstəlikdir».(Ğurərul-hikəm, hədis 687)
         1759. İmam Əli (ə): «Ən pis yoxsulluq axmaqlıqdır».(Ğurərul-hikəm, hədis 2849)
         1760. İmam Əli (ə): «Axmağın özü özünə vurduğu ziyanı, düşmən öz düşməninə vurmaz». (Nəhcüs-səadə, c.3, səh.225)
         579. Axmağın sifətləri
         1761. Məsih (ə) «Axmaq kimdir?» sualının cavabında: «İnadkar, özündənrazı, bütün fəzilətlərin özündə olduğunu zənn edən, heç kəsi özündən üstün bilməyən, bütün hüquqların onunçün olduğunu düşünən və başqalarının onun üzərində olan heç bir haqqını tanımayandır. Bu elə axmaqlıqdır ki, onun dərdinə heç bir əlac yoxdur». (əl-İxtisas, səh.221)
         1762. İmam Əli (ə): «Kim başqalarının eyblərini görüb onları yaramaz hesab edir, sonra isə həmin eyibləri özündə bəyənirsə, həqiqi axmaq odur». (Nəhcül-bəlağə, hikmət 349)
         1763. İmam Əli (ə): «Kişinin axmaqlığı üç şeydən tanınar: mənasız (sözlər) danışmaqdan, ondan soruşulmayan suala cavab verməkdən və işlərində qorxmazlıq və cəsarətdən». (Ğurərul-hikəm, hədis 4542)
         1764. İmam Əli (ə): «Axmağın nişanələrindən biri budur ki, hər an bir rəngə düşər».(Ğurərul-hikəm, hədis 9445)
         1765. İmam Əli (ə): «Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir». (Ğurərul-hikəm, hədis 10251)
         580. Axmaqla yoldaşlıq etmək
         1766. İmam Səccadın (ə) öz alicənab oğlu Həzrət Baqirə (ə) tövsiyyələrindən: «Oğlum! Axmaqla oturub-durmaqdan və ya yoldaşlıq etməkdən çəkin, ondan uzaqlaş və onunla həmsöhbət olma. Çünki ağılsız adam istər yanında olsun, istərsə də başqa yerdə, alçaq və şəxsiyyətsizdir. Söhbətə başlasa axmaqlığı onu rüsvay edər və nə vaxt sakit qalsa, bu onun söz danışmaq qüdrətinin olmamasına görə olar. Əgər bir iş görərsə onu xarab edər, öhdəsinə bir məsuliyyət götürsə onu yarıtmaz. Nə öz elmi onun dadına yetər, nə də başqalarının biliyi ona fayda verər. Onun xeyrini istəyən insanın sözünə qulaq asmaz. Onunla oturub duranın əlindən rahatlığı olmaz, anası ölümünü istəyər. Zövcəsi onu itirməyi, qonşusu qonşuluqdan getməsini və yoldaşı onunla yoldaşlıqdan xilas olmasını arzulayar. Əgər məclisin ən kiçik şəxsi olsa, özündən yüksək şəxsləri əziyyətə salar. Məclisin ən böyük şəxsi olarsa tabeliyində olanları fəsada və pozğunluğa çəkər». (Əmali, Tusi, səh.613, hədis 268)
         1767. İmam Sadiq (ə) :«Hər kəs axmaqla dostluq etməkdən uzaqlaşmasa, tezliklə onun əxlaqını və xasiyyətini özünə götürər». (Əmali, Saduq, səh.222)
         571. Ən axmaq insan 
         1768. İmam Əli (ə): «Ən axmaq insan özünü hamıdan ağıllı biləndir». (Ğurərul-hikəm, hədis 3089)
         1769. İmam Əli (ə): «Ən ağılsız insan odur ki, yaxşılıq etmədən (eyni halda) təşəkkür gözləsin, pislik edərək (əvəzində) yaxşı mükafat umsun». (Ğurərul-hikəm, hədis 3283)
         1770. İmam Əli (ə): «Ən axmaq insan odur ki, özündə də olduğu halda başqaların eybini yaramaz hesab edir». (Ğurərul-hikəm, hədis 3343)
         582. Axmağın cavabı 
         1771. İmam Əli (ə): «Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır».(Ğurərul-hikəm, hədis 1160)
         

    116. Hamam
    573. Hamam
    1772. İmam Əli (ə): «Hamam nə gözəl saraydır: (Cəhənnəmdəki) Odu yada salar və çirki (bədəndən) aparar». (Mən la yəhzuruhul-fəqih, c.1. səh.115, hədis 237)
         1773. İmam Səccad (ə): «Üç şey insanı kökəldər, üç şey isə arıqladar. Kökəldən üç şey bunlardır: hamama çox getmək, xoş ətir iyləmək və yumşaq paltar geymək. Arıqladan üç şeysə budur: çox yumurta, balıq və yetişməmiş xurma yemək». (əl-Xisal, səh.155, hədis 194)
         1774. İmam Sadiq (ə): «Üç şey bədəni korlayar və çox öldürücü təsir göstərər: «Axşamdan qalmış bozbaşı yemək, tox qarına hamama getmək və yaşlı qadınlarla cinsi əlaqədə olmaq». (Biharul-ənvar, c.76, səh.75, hədis 19)
         1775. İmam Sadiq (ə): «Mədəndə az bir şey olanda hamama get ki, hərarət onu aşağı yatırsın. Bu sənin bədəninin qüvvətlənməsi üçün daha yaxşıdır. Tox qarına da hamama getmə». (Biharul-ənvar, c.76, səh.75)
         1776. İmam Kazim (ə): «Bir gündən bir hamama getmək insanı kökəldər. Hər gün hamama getmək isə böyrəklərin yağını əridər». (Məkarimul-əxlaq, c.1, səh.125, hədis 298)


    117. Ehtiyac
    584. Ehtiyac
    1777. İmam Əli (ə): «Hər kimə yaxşılıq etsən onun ağası olarsan. Hər kimə ehtiyac əlini uzatsan onun əsiri olarsan. Hər kəsdən ehtiyacsız olsan onunla həmtay olarsan». (Məkarimul-əxlaq, səh.126, hədis 303)
         1778. İmam Əli (ə): «Hər kəsə ehtiyacın olsa, onun yanında xar olarsan». (əl-Xisal, səh.420, hədis 14)
         585. Ehtiyacların ödənilməsi
         1779. Allahın Peyğəmbəri (s): «Öz qardaşına kömək etmək və xeyir vermək üçün çalışan şəxsə Allah yolunda mübarizə edənlərin savabı yazılacaq». (Ğurərul-hikəm, hədis 8610)
         1780. Allahın Peyğəmbəri (s): «Öz mömin qardaşının bir ehtiyacını ödəyən kəs, bütün ömrünü Allaha ibadətlə keçirən bəndə kimidir». (Əmali, Tusi, səh.481, hədis 1051)
         1781. İmam Sadiq (ə): «Hər kəs Allah rizasına öz müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışarsa, Allah-Taala ona min-min xeyir əməlin savabını yazar». (əl-Kafi, c.2, səh.197, hədis 6)
         1782. İmam Sadiq (ə): «Hər kəs öz mömin, müsəlman qardaşının ehtiyacını aradan götürməyə səy göstərərsə, qardaşının ehtiyacının fikrində olduğu vaxtadək Allah-Taala onun öz ehtiyacının götürülməsini lütf edər». (Əmali, Tusi, səh.197, hədis 147)
         1783. İmam Sadiq (ə): «Allah-Taala buyurmuşdur: Camaat mənim ailəmdir. Onlardan mənim yanımda ən sevimliləri camaatla daha mehriban olanları və onların ehtiyaclarının ödənilməsi naminə daha çox çalışanlarıdır». (əl-Kafi, c.2, səh.199, hədis 10)
         1784. İmam Sadiq (ə): «Öz qardaşının ehtiyacını aradan götürmək yolunda addım atan kimsə Səfa ilə Mərva arasında səy edən şəxs kimidir». (Tuhəful-uqul, səh.303)
         1785. İmam Sadiq (ə): «Hər kəs öz mömin qardaşının bir ehtiyacını ödəyərsə, Allah-Taala Qiyamət günü onun yüz min ehtiyacını ödəyər ki, onların da birincisi Cənnətdir».(əl-Kafi, c.2, səh.193, hədis 1)
         1786. İmam Sadiq (ə): «Möminin ehtiyacını ödəmək, hər birinə yüz min (dirhəm, ya dinar) xərclədiyin iyirmi həccdən Allah yanında daha sevimlidir». (əl-Kafi, c.2, səh.193, hədis 4)
         586. Qardaşının ehtiyacını ödəməkdən imtina edən
         1787. İmam Baqir (ə): «Bir müsəlman başqa bir müsəlmanla görüşmək və ya bir hacət istəmək üçün onun mənzilinə getsə və ondan içəri daxil olmaq üçün izn istəsə, o da evdə olduğu halda çölə çıxmasa, onlar bir-biri ilə görüşən vaxtadək ev sahibi daim Allahın Lənəti altında olar». (əl-Kafi, c.2, səh.365, hədis 4)
         1788. İmam Sadiq (ə): «Hər kəsə mömin qardaşı yoxsul vaxtında öz ehtiyacını söyləsə və o özü, yaxud da başqasının vasitəsilə onun ehtiyacını ödəyə biləcəyi halda bu işi görməsə Allah-Taala Qiyamət günü onu əlləri boynunun arxasında bağlı halda qəbirdən qaldırar və bəndələrin sorğu-sualını qurtaranadək həmin vəziyyətdə saxlar». (Biharul-ənvar, c.74, səh.287, hədis 13)
         1789. İmam Sadiq (ə): «Bizim qardaşlardan biri ehtiyac əlini şiələrdən birinə tərəf uzatsa, o da kömək etməyə qadir olduğu halda öz köməyini əsirgəsə, Allah-Taala onu bizim düşmənlərimizdən birinin ehtiyacını ödəməyə mübtəla edər və bu səbəbdən də Qiyamət günü əzaba düçar olar». (Səvabul-əmal, səh.297, hədis 1)
         1790. İmam Sadiq (ə): «Hər bir mömin, möhtac mömin qardaşını özünün malından məhrum edərsə, Allaha and olsun ki, Cənnət yeməyinin ləzzətini dadmaz və möhürlənmiş xalis (Cənnət) şərabı nuş etməz». (Səvabul-əmal, səh.286, hədis 2)
         587. Ehtiyacları ödəməyə tələsmək 
         1791. İmam Səccad (ə): «Hər kəs öz ehtiyac əlini mənə tərəf uzadan zaman, onun ehtiyacını və çətinliyini aradan götürməyə tələsərəm. Çünki qorxuram iş işdən keçə və mənim köməyimin artıq ona heç bir faydası olmaya». (Uyuni əxbari Rza (ə) c.2 səh.179, hədis 2)
         588. Dilək diləməyin qaydaları
         1792. İmam Əli (ə): «Allahım! Məni, xəlq etdiklərindən pis adamların heç birinə möhtac etmə! Əgər məni möhtac edirsənsə, onlardan ən xoşxasiyyətli və ən səxavətlisi, mənim ehtiyacımı şirin dillə və mənə daha az minnət qoymaqla aradan götürənə, möhtac et!» (Biharul-ənvar, c.78, səh.56, hədis 111)
         1793. İmam Səccad (ə) onun hüzurunda «Allahım! Məni öz bəndələrinə möhtac etmə!» deyə ərz edən şəxsə buyurdu: «Belə deyil, çünki insanlar bir-birinə möhtacdırlar. Sən belə de: Allahım! Məni yaratdıqların arasında pis adamlara möhtac etmə!» (Tuhəful-uqul, səh.278)
         1794. İmam Baqir (ə): «Təzə varlanmışa möhtac olan kimsənin hekayəti, əfi ilanın ağzında olan bir dirhəmin hekayətidir. Həm sənin ona ehtiyacın var, həm də əfi ilandan səni təhlükə gözləyir». (Tuhəful-uqul, səh.294)
         


    118. Ehtiyat
    589. Öz dinin üçün ehtiyat et
    1795. İmam Əli (ə): «Sənin qardaşın, sənin dinindir. Belə isə, bacardığın qədər, öz dinindən muğayat ol». (Əmali, Tusi, səh.110, hədis 1686)
         1796. İmam Sadiq (ə): «Öz dinində uzaqgörən və ehtiyatlı ol». (Biharul-ənvar, c.2, səh.259, hədis 9)
         1797. İmam Sadiq (ə): «Sənin üçün mümkün olan bütün işlərdə ehtiyatlı ol». (Biharul-ənvar, c.2, səh.260, hədis 11)


    119. Həyat
    590. Həyat
    1798. İmam Əli (ə): «Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki, sahibi ondan doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür». (Nəhcül-bəlağə, xütbə 133)
         591. Su və həyat 
         Quran:
          «Hər bir canlını sudan yaratdıq». (Ənbiya surəsi, ayə 30)
         Hədis: 
         1799. İmam Sadiq (ə): «Suyun dadı həyatdır».(Tuhəful-uqul, səh.370)
         592. Həyatdan daha yaxşı olanlar
         1800. İmam Əskəri (ə): «Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan». (Tuhəful-uqul, səh.489)
         593. Həqiqi həyat
         1801. İmam Əli (ə): «Dindarlıqdan başqa həyat, əminliyi əldən verməkdən başqa ölüm yoxdur». (əl-İrşad, c.1, səh.296)
         1802. İmam Əli (ə): «Tovhid (təkallahlılıq) cana həyat bəxş edəndir». (Ğurərul-hikəm, hədis 540)


    120. Heyvanat aləmi
    594. Heyvanların hüququ
    1803. «Biharul-ənvar» kitabından: «Allahın Rəsulu (s) dizində sarıq və belində yük olan bir dişi dəvəni görüb soruşur: «Bu dəvənin sahibi hardadır? Ona deyin ki, Qiyamət günü bu dəvənin ondan öz haqqını tələb etməyinə hazırlaşsın». (Biharul-ənvar, c.7, səh.276, hədis 50)
         1804. Allahın Peyğəmbəri (s): «Allah-Taala mehribanlıq göstərməyi sevir və onu yerinə yetirməyə kömək edər. Belə isə, arıq heyvanları mindiyiniz zaman onları öz mənzillərinə gətirin. Quru və otsuz torpaqdan tez keçib-gedin və yaşıllıq, otluq olarsa heyvanları buraxın ki, orada istirahət etsinlər». (əl-Kafi, c.2, səh.120, hədis 12)
         1805. Allahın Peyğəmbəri (s): «Sağlam heyvanlara minin və onları sağlam saxlayın. Küçələrdə, bazarlarda onlardan öz xütbələriniz və söhbətləriniz üçün kürsü kimi istifadə etməyin. Nə çoxdur, öz suvarisindən daha xeyirli olan və Allah-Taalanı daha çox yad edən miniklər». (Kənzul-ummal, hədis 24957)
         1806. Allahın Peyğəmbəri (s): «Heyvanın öz sahibi üzərində altı haqqı vardır: onun belindən düşən zaman ona ot versin, suyun yanından keçəndə onu suvarsın, səbəbsiz yerə onu vurmasın, gücündən artıq yükləməsin, qüvvəsi çatmadığı məsəfədə yola aparmasın, həddindən artıq müddətdə onun belində qalmasın». (Mustədrakul-vəsail, c.8, səh.258, hədis 9393)
         1807. Allahın Peyğəmbəri (s): «Heyvanların üzündən vurmayın, çünki onlar Allaha həmd və təsbih deyirlər». (əl-Kafi, c.6, səh.538, hədis 4)
         1808. Allahın Peyğəmbəri (s): «Əxlaqsız qadın su quyusu başında hürən və az qala susuzluqdan ölən bir it görür. Bu qadın ayaqqabısını sıxarır, üz örtüyünü açıb ayaqqabını ona bağlayır və quyudan it üçün su çıxarır. Bu əmələ görə Allah-Taala onun günahlarını bağışlayır». (Kənzul-ummal, hədis 43116)
         1809. Allahın Peyğəmbəri (s): «Hər bir heyvan - istər quş olsun, ya qeyrisi əgər haqsız yerə öldürülərsə, Qiyamət gunu öz qatilindən şikayət edəcək». (Kənzul-ummal, hədis 39968)
         1810. Allahın Peyğəmbəri (s): «Hər kəs səbəbsiz yerə bir sərçəni öldürsə, həmin sərçə Qiyamət günü Allah dərgahına onun əlindən nalə çəkib deyəcək: «Ey mənim Rəbbim! Filankəs məni istifadə üçün deyil, səbəbsiz yerə öldürdü». (Kənzul-ummal, hədis 39971)
         1811. Allahın Peyğəmbəri (s): «Əgər heyvanlara etdiyiniz zülmlər bağışlanarsa, günahlarınızın əksəriyyəti bağışlanmışdır». (Kənzul-ummal, hədis 24973)
         1812. Allahın Peyğəmbəri (s): «Allah-Taalanın sənin ixtiyarına verdiyi bu dilsiz-ağızsız heyvana görə Allahdan qorxmursan? Bu dilsiz heyvan onu ac saxlamağından və əziyyət verməyindən mənə şikayət etdi». (Kənzul-ummal, hədis 24982)
         1813. Allahın Peyğəmbəri (s): «Heyvanı müslə edənə (diri-diri heyvanın qulağını, dilini və burnunu kəsmək) Allah Lənət etsin». (Kənzul-ummal, hədis 24971)
         1814. İbn Abbas nəql edir: «Allahın Rəsulu (s) əziyyət verən heyvandan başqa, hər bir canlını öldürməyi qadağan etmişdir». (Kənzul-ummal, hədis 39981) 
         1815. İmam Sadiq (ə): «Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı». (Məkarimul-əxlaq, c.1, səh.280, hədis 864)


    121. Həya
    595. Həya
    1816. İmam Əli (ə): «Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir». (Biharul-ənvar, c.77, səh.211, hədis 1)
         1817. İmam Əli (ə): «Həya bütün yaxşılıqların açarıdır». (Ğurərul-hikəm, hədis 340)
         1818. İmam Əli (ə): «İnsanların ən ağıllısı onların ən həyalısıdır». (Ğurərul-hikəm, hədis 2900)
         1819. İmam Əli (ə): «Həya pisliyə mane olar».(Ğurərul-hikəm, hədis 1393)
         1820. İmam Əli (ə): «Həya iffətliliyin səbəbidir».(Ğurərul-hikəm, hədis 5527)
         596. Həya və iman
         1821. Allahın Peyğəmbəri (s): «Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır». (Kənzul-ummal, hədis 5757)
         1822. İmam Sadiq (ə): «Həyası olmayanın imanı yoxdur». (əl-Kafi, c.2, səh. 106, hədis 5)
         597. Həyanın qınanıldığı hallar
         1823. Allahın Peyğəmbəri (s): «Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik». (Biharul-ənvar, c.77, səh.149, hədis 75)
         1824. İmam Əli (ə): «Utancaqlıq məhrumiyyətə yaxındır». (Ğurərul-hikəm, hədis 6714)
         1825. İmam Əli (ə): «Utancaqlıq ruzinin yolunda maneədir». (Ğurərul-hikəm, hədis 274)
         1826. İmam Əli (ə): «Kim haqqı deməyə utanırsa axmaqdır». (Ğurərul-hikəm, hədis 8650)
         598. Həyasızlığın nəticəsi
         1827. Allahın Peyğəmbəri (s): «Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb: Həyan olmasa, istədiyin hər işi et». (Uyuni əxari Rza (ə), c.2, səh.95, hədis 207)
         1828. İmam Əli (ə): «Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz». (Ğurərul-hikəm, hədis 9071)
         1829. Allahın Peyğəmbəri (s): «Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar». (Biharul-ənvar, c.78, səh.200, hədis 28)
         1830. Allahın Peyğəmbəri (s): «Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz». (Kənzul-ummal, səh.394)
         1831. İmam Kazim (ə): «Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin». (Tuhəful-uqul, səh.394)
         600. Həyanın zirvəsi
         1832. İmam Əli (ə): «Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir».(Ğurərul-hikəm, hədis 6369)
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1664 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024