İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1731
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • shia313114
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    144 Yumşaqlıq göstərmək
    719. Yumşaqlıq göstərmək
    Qur’an:
    «İstərdilər ki, sən onlara qarşı yumşaqlıq göstərəsən ki, onlar da sənə qarşı yumşaqlıq göstərsinlər».[2494]
    Hədis:
    2257. İmam Əli (ə): «Sənin ən pis (din) qardaşın, sənin nəfsin (nöqsanların) barədə yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir.»[2495]
    2258. İmam Əli (ə): «Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş səhlənkarlığa tərəf çəkər.»[2496]
    2259. İmam Baqir (ə): «Allah-taala Şueyb peyğəmbərə (ə) vəhy etdi:Mən sənin xalqından yüz min nəfərə əzab verəcəm, onların qırx min nəfəri pis əməl sahibi, altmış min nəfəri isə yaxşı əməl sahibidir. Şueyb (ə) ərz etdi: Ey Rəbbim! Pis əməl sahibləri buna layiqdir, bəs yaxşı əməl sahibləri niyə? Allah-taala ona vəhy etdi ki, onlar günahkarlarla yumşaq rəftar etdilər. Mənim qəzəbimə xatir qəzəblənmədilər.»[2497]
    720. Haqqda yumşaqlıq göstərməmək.
    2260. İmam Əli (ə): «Haqla üzbəüz gələndə və haqq olduğunu biləndə onun barəsində səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan görərsiniz.»[2498]
    2261. İmam Əli (ə): «Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.»[2499]
    145 Dövlət
    721. Alicənab insanların dövləti
    2262. İmam Əli (ə): «Alicənabların dövləti ən böyük qənimət, alçaqların dövləti isə alicənabların xar olmasına səbəbdir.»[2500]
    2263. İmam Əli (ə): «Dövlətlərin dağılmasının dörd əlaməti var: Üsulu (dini əqidələri) kənara qoymaq, furudan (yalnız zahirən dini əməlləri yerinə yetirməkdən) yapışmaq, alçaqları qabağa çəkmək, ləyaqət və fəzilət sahiblərini geriyə atmaq.»[2501]
    2264. İmam Əli (ə): «Allahın vacib etdiyi ən mühüm hüquq rəhbərin xalq üzərində olan haqqı və xalqın rəhbər üzərində olan haqqıdır...Əgər xalq rəhbərin, rəhbər də xalqın haqqını yerinə yetirərsə bu dövlətdə haqq izzət və qüdrət tapar, dinin aydın yolları düz, hamar olar, ədalət və doğruluq nişaşələri bərpa olunar, qayda-qanunlar düzgün icra edilər. Bu minvalla, zəmanənin vəziyyəti düzələr, dövlətin möhkəm və davamlı olmasına ümid artar və düşmənlər öz arzularına çatmaqdan məyus olarlar.»[2502]
    2265. İmam Əli (ə): «Ədalət qədər dövləti möhkəmlədən heç bir amil yoxdur.»[2503]
    2266. İmam Əli (ə): «Dini öz dövlətinin hasarı, şükr etməyi öz nemətlərinin mühafizəçisi et! Çünki din hasarları arasında olan hər bir dövlət məğlub edilməzdir və şükr etməyin mühafizəsi altında olan hər bir nemət isə heç vaxt oğurlanmaz.»[2504]
    2267. İmam Əli (ə): «İşlərin təhlükəsizliyi üçün oyaq qalmaq dövlətin möhkəmliyinin nişanəsidir.»[2505]
    146 Dərman və müalicə
    722. Müalicə etmək
    2268. İmam Sadiq (ə): «Peyğəmbərlərdən biri xəstələnir və belə deyir: Mənə xəstəlik göndərən mənə şəfa verməyincə, özümü müalicə etməyəcəm. Allah-taala ona vəhy edir ki, «özünü müalicə etməyincə, sənə şəfa verməyəcəm. Çünki şəfa vermək Mənim əlimdədir.»[2506]
    723. Hər dərdin bir dərmanı var
    2269. Allahın Peyğəmbəri (s): «Özünüzü müalicə edin. Çünki Allah-taala ölüm və qocalıqdan başqa (onların dərmanı yoxdur) elə bir dərd göndərməyib ki, onun şəfasını insanların ixtiyarında qoymamış olsun.»[2507]
    2270. İmam Əli (ə) :«Hər dərdin bir dərmanı var.»[2508]
    724. Dərhal dərmana sığınmaqdan çəkin
    2271. Allahın Peyğəmbəri (s): «Bədənin xəstəliyə tab gətirənədək dərmandan istifadə etməkdən çəkin və xəstəliyə dözə bilməyəndə dərmana əl at.»[2509]
    2272. İmam Əli (ə): «Müsəlman özünü, yalnız xəstəlik onun sağlamlığına qalib gələn zaman müalicə edər.»[2510]
    2273. İmam Kazim (ə): «Elə bir dərman yoxdur ki, özü ilə yeni bir xəstəlik gətirməsin. Bədən üçün ən faydalı şey onun ehtiyacı olduğu (qida) maddələrdən başqa, hər şeydən pəhriz saxlamaqdır.»[2511]
    725. Pəhriz ən gözəl dərmandır
    2274. İmam Əli (ə): «Ən faydalı dərman ac qalmaqdır.»[2512]
    2275. İmam Sadiq (ə): «Yeməkdən pəhriz saxlamaq xəstəyə ziyan yetirməz.»[2513]
    2276. İmam Sadiq (ə): «(Xəstəliyin) Yeddinci günündən sonra pəhrizin (başlamağın) xəstəyə faydası yoxdur.»[2514]
    2277. İmam Kazim (ə): «Pəhriz ən yaxşı dərman və mə‘də xəstəliklərin evidir. Bədəninin adət etmək qabiliyyəti olduğu qədər ona adət etdir.»[2515]
    2278. İmam Kazim (ə): «Pəhriz, heç bir şey yeməmək deyil, əksinə, pəhriz hər şeydən yüngülcə yeməkdir.»[2516]
    726. Ən böyük dərman.
    2279. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) qəbrinin türbətində (torpağında) hər dərdin şəfası var. Ən böyük dərman odur.»[2517]
    727. Müxtəlif
    2280. İmam Əli (ə): «Nə çoxdur özü ilə dərd və xəstəlik gətirən dərmanlar. Nə çoxdur özü dərman və müalicə olan xəstəliklər.»[2518]
    2281. İmam Əli (ə): «Dərmanın acılığına tab gətirməyən şəxsin xəstəliyi uzanar.»[2519]
    2282. İmam Hüseyn (ə): «Padşaha dərman yazma. Çünki ona fayda versə sənə təşəkkür etməz və əgər ona zərər yetirsə, səni ittiham edər.»[2520]
    147 Din
    728. Din
    2283. İmam Əli (ə): «Dində (dindarlıqda) incəlikləri görən və dəqiq olan kəs Qiyamət günü ali məqam sahibi olar.»[2521]
    2284. İmam Əli (ə) : «Din nurdur.»[2522]
    2285. İmam Əli (ə) : «Həqiqətən, ən üstün din Allah yolunda dostluq və düşmənçilik etməkdir.»[2523]
    2286. İmam Əli (ə): «Din insanı qoruyar.»[2524]
    2287. İmam Əli (ə) : «Din ən qüdrətli dayaqdır.»[2525]
    2288. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) öz xütbələrində bu cümləni çox buyurardı: Ey insanlar! Dindar olun, dindar! Əgər günah edib dindar olsanız, (bu sizin üçün) savab iş görüb, amma dinsiz olmadığınızdan daha yaxşıdır. Çünki günah (dindar olduqda) bağışlanar, amma savab və yaxşılıq dinsizlikdə qəbul olunmaz.»[2526]
    729. Dinin bəlası
    2289. İmam Əli (ə) : «Dinin bəlası bədgüman olmaqdır.»[2527]
    2290. İmam Əli (ə): «Dinin fəsadı dünyadır.»[2528]
    2291. İmam Sadiq (ə): «Dinin bəlası paxıllıq, xudpəsəndlik və özünü öyməkdir.»[2529]
    730. Dini qorumağa təşviq
    2292. İmam Əli (ə) : «Bəla gələn zaman öz mallarınızı öz canlarınızı qorumaqçün sipər edin. Bir hadisə baş versə canlarınızı dininizə qurban edin və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət olunmuşun özü qarət olunmuşdur.»[2530]
    2293. İmam Sadiq (ə) müsibət gələn vaxt buyurardı: «Allaha şükr və həmd olsun ki, mənim müsibətimi dinimdə qərar vermədi.»[2531]
    731. Bu kəslərin dini yoxdur
    2294. İmam Baqir (ə): «Günah iş görən şəxsə itaət etməyi öz öhdəsinə götürənin dini yoxdur. Yalan və batili (şeyləri) Allahın adına çıxanın dini yoxdur. Allahın ayələrindən bir ayəni inkar edən şəxsin dini yoxdur.»[2532]
    2295. İmam Sadiq (ə): «Allah tərəfindən olmayan zalım rəhbərin vilayətini (və hakimiyyətini) qəbul edən kimsənin dini yoxdur.»[2533]
    2296. İmam Sadiq (ə): «Əhd-peymanına sadiq olmayan kəsin dini yoxdur.»[2534]
    2297. İmam Sadiq (ə):«Məhəbbəti və düşmənçiliyi dinə görə olmayanın dini yoxdur.»[2535]
    2298. İmam Kazim (ə): «Mərdliyi və insaniyyəti olmayan kəsin dini yoxdur.»[2536]
    2299. İmam Rza (ə): «Allah qorxusu olmayan kəsin dini yoxdur.»[2537]
    732. Dinin asanlığı
    2300. Allahın Peyğəmbəri (s): «Ey insanlar! Həqiqətən, Allahın dini asandır.»[2538]
    2301. Allahın Peyğəmbəri (s): «Mən (insanlara) haqq (hənif), asan din gətirmək üçün seçilmişəm. Mənim sünnəmə və üslubuma müxalif olan kəs məndən deyil.»[2539]
    2302. Allahın Peyğəmbəri (s): «Allah-taala məni zahidliyi təbliğ etməyə göndərməmişdir. Həqiqətən, Allahın yanında ən yaxşı din Allahın asan, haqq (hənif) dinidir.[2540]
    733. Əməllərin yalnız onunla qəbul olunduğu din
    Qur’an:
    «İslamdan qeyri bir dini seçən kəsdən (heç bir əməl) qəbul olunmayacaq və axirətdə ziyan görənlərdən olacaqdır.»[2541]
    Hədis:
    2303. İmam Sadiqin (ə) əbu Bəsirin «Sənə fəda olum! Məni, Allah-taalanın bəndələr üçün vacib etdiyi dindən agah et. O dindən ki, bəndələrin vəzifəsi onu tanımaqdır və ondan başqa bəndələrdən heç bir din qəbul olunmur» sualına cavabından: «Allahın vahidliyinə, Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, gücü çatanlar üçün Allahın evini (həcc) ziyarət etmək və Ramazan ayının orucunu tutmaq.» Burada İmam bir qədər sükut etdi. Sonra iki dəfə buyurdu:«Və (biz Əhli-Beytin) vilayəti qəbul etmək.»[2542]
    734. Dini tanımağın yolu
    2304. İmam Sadiq (ə): « Öz dinini Allahın kitabı ilə tanıyan şəxs dağlar öz yerindən oynasa belə, dinində tərəddüdə və şəkkə düşməz. Amma başa düşmədiyi bir əqidəni qəbul edən kəs, başa düşmədən də həmin əqidədən çıxar.»[2543]
    2305. İmam Sadiq (ə): «Kim bəzi insanların (şəxsiyyətlərinə məftun olmaq) vasitəsilə bu dinə gələrsə, həmin şəxslər onu dinə gətirdikləri kimi, eləcə də dindən çıxardar. Amma kim Allahın kitabı və peyğəmbərin sünnəsi ilə dinə gələrsə,dağlar yerindən qopar, ancaq o, öz dinində sabitqədəm qalar (və əqidəsində, dinində tərəddüdə, səkkə düşməz).» [2544]
    735. Dini dünya ilə qorumaq
    2306. İmam Əli (ə): «Öz dinini dünyanla qoru ki, hər ikisini udasan. Öz dünyanı dininlə qoruma ki, hər ikisini uduzarsan.»[2545]
    2307. İmam Əli (ə): «Əgər insanlar öz dünyalarının xeyir və abadlığı naminə öz dini işlərindən birini tərk edərlərsə, Allah-taala ziyanı o xeyirdən daha çox olan bir işi onlara ürcah edər.» [2546]
    736. Dinin qəlbdə möhkəmlənməsi üçun dua
    2308. Abdulla ibn Sənan: «İmam Sadiq (ə) buyurmuşdur: «Tezliklə elə bir şübhəyə düçar olacaqsınız ki, (doğru) yol tapmaq üçün nə bir nişanə görəcəksiniz, nə də bir rəhbər sizi (doğru yola) hidayət edəcək. O şübhədən yalnız qəriğ duası oxuyan kəs nicat tapacaq.» Ərz etdim: «Qəriq duası necədir?» Buyurdu:«Belə deyərsən: Ya Allahu, ya rəhmanu, ya rəhim. Ya muqəllibəl qulub. Səbbit qəlbi alə dinəkə.» (Yəni, ey Allah, ey bağışlayan, ey mehriban! Ey qəlbləri dəyişdirən! Mənim qəlbimi öz dinində sabit və möhkəm et). [2547]
    737. Allahın dinini qoruyanların xüsusiyyəti
    2309. İmam Əli (ə): «Allahın dinini qoruyan kəslər, dini bərpa edənlər, ona kömək edənlər, dini hər tərəfdən əhatəyə alanlar, onu Allah bəndələri üçün saxlayanlar, onu əziz tutan və ona riayət edənlərdir»[2548].
    738.Dindən bəhrələnməyən şəxslərin vasitəsilə dinin möhkəmlənməsi
    2310. Allahın Peyğəmbəri (s): «Allah-taala bu dini bədəməl kişinin vasitəsilə möhkəmlədər.»[2549]
    2311. Allahın Peyğəmbəri (s): «Allah-taala bu dini xeyirdən və dindən bir bəhrə görməyən insanların vasitəsilə möhkəmlədər.»[2550]
    148 Borc almaq
    739. Borc
    2312. Allahın Peyğəmbəri (s): «Borc almaqdan çəkinin ki, o, gecənin qəmi və günün zəlilliyidir.» [2551]
    2313. İmam Əli (ə): «Çox borclu olmaq doğru danışanı yalançı və sözübütöv adamı sözündən çıxan edər.» [2552]
    2314. İmam Sadiq (ə): «Az borc götürün, az borclu olmaq ömrü uzadar.»[2553]
    740. Ehtiyac olan yerdə, borc almaq olar
    2315. İmam Kazim (ə): «Özünün və ailəsinin tə‘minatı üçün halal ruzi dalınca gedən şəxs Allah yolunda cihad edən kəs (mucahid) kimidir. Əgər bir qazanc əldə edə bilməsə, Allaha və Onun peyğəmbərinə ümid edərək borc götürsün və ailəsinin yeməyini tə‘min etsin.» [2554]
    741. Borcu (yazılı) qeyd etməyə həvəsləndirmək
    Qur’an:
    «Ey iman gətirənlər! Bir-birinizə müddətli borc verəndə onu (bir yerdə) yazın.»[2555]
    Hədis:
    2316. Allahın Peyğəmbəri (s): «Bir neçə dəstə insanın, o cümlədən, bir kəsə müddətli borc verən, amma onu qeyd etməyən, ya bir neçə şahid götürməyən kəsin duası müstəcəb olmaz.»[2556]
    742. Borcu ödəməyi yubatmağın qadağan olunması
    2317. Allahın Peyğəmbəri (s): «Əgər bir şəxs öz borcunu ödəməyə imkanı olduğu halda, bu ödənişi yubadırsa, hər keçən gün (zorla) bac (xərac) yığanın günahı onunçün yazılar.»[2557]
    2318. Allahın Peyğəmbəri (s): «İmkanlı şəxsin borcunu ödəməyi yubandırması zülmdür.»[2558]
    2319. İmam Əli (ə): «Öz malında ən xəsis insanlar, öz abırlarında (tökməkdə) ən səxavətli olanlardır.»[2559]


    [2494] Qələm, ayə9
    [2495] Ğurərül-Hikəm, hədis 5725
    [2496] Ğurərül-Hikəm, hədis 9022
    [2497] Mişkəful-Ənvar, səh.51
    [2498] Biharul-Ənvar, c.77, səh.291 , hədis2
    [2499] Nəhcül-Bəlağə, xütbə 24
    [2500] Ğurərul-Hikəm, hədis 5112+5113
    [2501] Ğurərul-Hikəm, hədis 10965
    [2502] Nəhcül-Bəlağə, xütbə 216
    [2503] Ğurərul-Hikəm, hədis 9574
    [2504] Ğurərul-Hikəm, hədis 5831
    [2505] Ğurərul-Hikəm, hədis 9360
    [2506] Biharul-Ənvar, c.62, səh.66 , hədis15
    [2507] Kənzul-Ummal, hədis 28088
    [2508] Ğurərul-Hikəm, hədis 7275
    [2509] Biharul-Ənvar, c.81, səh.211 , hədis30
    [2510] əl-Xisal, səh.620 , hədis10
    [2511] əl-Kafi, c.8, səh.273, hədis409
    [2512] Ğurərul-Hikəm, səh.903
    [2513] Biharul-Ənvar, c.62, səh.140 , hədis2
    [2514] əl-Kafi, c.7, səh.291 , hədis442
    [2515] Məkarimul-Əxlaq, c.2, səh.180 , hədis2468
    [2516]əl-Kafi, c.8, səh.291 , hədis443
    [2517] Biharul-Ənvar, c.101, səh.123 , hədis18
    [2518] Nəhcül-Bəlağə, məktub 31
    [2519]Ğurərul-Hikəm, hədis 9209
    [2520] Biharul-Ənvar, c.75, səh.382 , hədis47
    [2521] Ğurərul-Hikəm, hədis 8807
    [2522] Ğurərul-Hikəm, hədis 213
    [2523] Ğurərul-Hikəm, hədis 3540
    [2524] Ğurərul-Hikəm, hədis 1
    [2525] Ğurərul-Hikəm, hədis 489
    [2526] Nəhcüs-Səadə, c.3, səh.368
    [2527] Ğurərul-Hikəm, , hədis 3924
    [2528] Ğurərul-Hikəm, hədis 6554
    [2529] əl-Kafi, c.2, səh.307 , hədis5
    [2530] əl-Kafi, c.2, səh.216 , hədis2
    [2531] Biharul-Ənvar, c.78, səh.268 , hədis183
    [2532]əl-Kafi, c.2, səh.2, hədis4
    [2533] Biharul-Ənvar, c.72, səh.135 , hədis19
    [2534] Biharul-Ənvar, c.84, səh.252 , hədis48
    [2535] əl-Kafi, c.2, səh.127 , hədis16
    [2536] Tuhəful-Uqul, səh.389
    [2537] Kəmalu-Din, səh.341 , hədis5
    [2538] Kənzul-Ummal, hədis 5418
    [2539] Kənzul-Ummal, hədis 900
    [2540] Kənzul-Ummal, hədis 5422
    [2541] Ali İmran, ayə85
    [2542] əl-Kafi, c.2, səh.22 , hədis11
    [2543] Biharul-Ənvar, c.33, səh.103 , hədis11
    [2544] Biharul-Ənvar, c.2, səh.105 , hədis67
    [2545] Ğurərul-Hikəm, hədis 5861
    [2546] Ğurərul-Hikəm, hədis 10831
    [2547] Kəmalud-Din, səh.352 , hədis49
    [2548] Ğurərul-Hikəm, hədis 3912
    [2549] Kənzul-Ummal , hədis115
    [2550] Kənzul-Ummal, hədis 2895
    [2551] Biharul-Ənvar, c.103, səh.141, hədis4
    [2552] Ğurərul-Hikəm, hədis 7105
    [2553] Biharul-Ənvar, c.103, səh.145, hədis21
    [2554] əl-Kafi, c.5, səh.93, hədis3
    [2555] Bəqərə/282
    [2556] Biharul-Ənvar, c.104, səh.301, hədis1
    [2557] Biharul-Ənvar, c.103, səh.126, hədis3
    [2558] Mustədrəkul-Vəsail, c.13, səh.397 , hədis15713
    [2559] Ğurərul-Hikəm, hədis 3190
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 489 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Məryəm, JamizeLulky
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017