İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1675
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • ZatrickLus
  • El_qarie
  • TrenzhoUth
  • NathazDrymn
  • Broscype
  • BranzonHut
  • ThozasPluse
  • Jenncype
  • Vickiefrumn
  • DenzisMob
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    162 Ruzi
    806. Ruzi verən
    Qur’an:
    «Həqiqətən, ruzi verən də, yenilməz qüvvə sahibi də Allahdır.»[2818]
    «Həqiqətən, Rəbbin istədiyi kəsin ruzisini artırar, ya azaldar. O, öz bəndələrinin halını bilən və görəndir.[2819]
    Hədis:
    2549. İmam Əli (ə):«Ruzinin azalıb çoxalmasının ixtiyarı ruzi verən Allahdan başqa heç kəsin əlində deyil.»[2820]
    2550. İmam Əli (ə) :«Allah-taala ruziləri təyin etdi, bu vaxt onları az, ya çox, genbol və sıx surətdə ədalətlə böldü ki, istədiyi kəsi ruzinin bolluğu və ya azlığı ilə imtahana çəksin və bunun vasitəsilə varlının və kasıbın şükrünü səbrini aşkara çıxartsın.»[2821]
    807. Ruziyə zəmanət verilməsi
    Qur’an:
    «Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allahın öhdəsində olmasın. Allah onun olduğu və qayıdacağı (öləcəyi) yeri bilir. Çünki bunların hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır).»[2822]
    Hədis:
    2551. Allahın Peyğəmbəri (s):«Zəmanət verilmiş ruzini qazanmaqla məşğul olmağın səni Allahın vacib etdiyi əməlləri yerinə yetirməkdən saxlamasın. Çünki sənin qismətində nə varsa sənə çatacaqdır və qismətində olmayan şeyə sənin əlin yetməyəcək.»[2823]
    2552. İmam Əli (ə):«Hər canlının öz ruzisi var.»[2824]
    2553. İmam Əli (ə):«Bu qarğadır, o isə qartal, bu göyərçindir, o da dəvəquşu. Hər bir quşu adı ilə çağırıb və onun ruzisinə zəmanət verib.»[2825]
    2554. İmam Əli (ə) :«İnsanlar Allahın çörəyini yeyənlərdir. Allah
    onların ruzisinə zamin durmuş və yeməklərini təyin etmişdir.»[2826]
    2555. İmam Əli (ə):«Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zamin olunmuşdur.»[2827]
    2556. İmam Əskəri (ə) :«Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin.»[2828]
    808. Hərislik və ruzinin artması
    57. Allahın Peyğəmbəri (s):«Nə hərisin acgözlüyü ruzini ona tərəf çəkər, nə də kimsənin ruzidən xoşlanmaması ruzini ondan çəkindirər.»[2829]
    2558. İmam Əli (ə):«Bilin ki, Allah-taalanın bəndəyə qismət etdiyi ruzi, onun zirəkliyi və tədbirliliyi az olsa da, əyər-əskiklik olmadan onun əlinə yetişəcək. Eləcə də, çox zirək və tədbirli olsa da, Allah-taalanın onun üçün təqdir etdiyindən çox ruzi əlinə çatmayacaq.»[2830]
    2559. İmam Sadiq (ə) :«Ruzi hər kəsə öz miqdarında təyin olunubsa hərislik nəyə lazım?»[2831]
    2560. İmam Sadiq (ə) :«Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki, əql sahibləri ibrət alsın və bilsinlər ki, dünya çalışmaq və zirəkliklə əldə olunmaz.»[2832]
    809. Ruzini orta həddə istəməyə həvəsləndirmək
    2561. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cəbrayıl qəlbimə belə təlqin etdi ki, heç kəs öz ruzisini tam şəkildə əldə etməmiş dünyadan köçməz. Beləliklə, Allahdan qorxun, ruzi istəməkdə orta həddi gözləyin və ruzinin gec gəlib çatması sizi onu haram yollarla axtarmağa vadar etməsin. Çünki Allahın nemətləri ona itaətdən qeyri bir yolla ələ gəlməz.»[2833]
    2562. İmam Əli (ə):«Dünyadan sənə nə çatarsa, götür və səndən nə üz döndərərsə, onu tərk et. Əgər belə etməsən, ən azı dünyanı istəməkdə orta həddi gözlə.»[2834]
    2563. İmam Sadiq (ə):«Yaşayışın üçün istədiyin ruzinin miqdarı ruzi dalınca getməyən kimsənin istəyindən çox və qəlbini dünyaya bağlayan, ondan razı olan həris şəxsin tələbindən az olsun. Mötədil və həyalı ol, tənbəllikdən və zəiflikdən çəkin. Mömin üçün nəsib edilən ruzidən ötrü çalış.»[2835]
    810. Ruzi və onu axtaran
    2564. Allahın Peyğəmbəri (s):«Əgər insan ölümdən qaçdığı kimi ruzidən qaçsaydı, ölüm gəlib onu haqladığı kimi, ruzi də yenə gəlib ona çatardı.»[2836]
    2565. İmam Əli (ə):«Ruzi, onu axtarmayanın sorağındadır.»[2837]
    2567. İmam Sadiq (ə):«Allah-taala möminlərin ruzisini, onların heç fikirləşmədikləri yerdən çatdırar. Səbəbi də budur ki, mömin ruzisinin haradan gələcəyini bilməyəndə çox dua edər.» [2839]
    811. Sabahın ruzisinin qəmini çəkmək
    2568. Allahın Peyğəmbəri (s):«Sabahın ruzisinin qəmini çəkmə. Çünki hər sabah öz ruzisini gətirər.»[2840]
    2569. İmam Sadiq (ə):«Öz ruzisinin qəmini çəkənə bir günah yazılar.»[2841]
    812. Ruzinin gəlişinin gecikməsi
    2570. Allahın Peyğəmbəri (s):«Böyük və pak Allah buyurur:«Məni ruzi verməkdə ləng hesab edən bəndə qorxsun ki, qəzəbə gəlib dünyanın bir qapısını onun üzünə açaram.»[2842]
    2571. Allahın Peyğəmbəri (s):«Allah-taala hər kəsə bir nemət bəxş edərsə, həmin şəxs Allaha həmd və şükr etməlidir. Kimin ruzisi tə‘xirə düşərsə Allahdan günahlarının bağışlanmasını istəsin.»[2843]
    2572. Allahın Peyğəmbəri (s):«Öz ruzisinin tə‘xirə düşdüyünü və az olduğunu görən şəxs, gərək çoxlu təkbir desin və qəmi-qüssəsi çox olan, çoxlu istiğfar etsin.»[2844]
    813. Ruzi gətirən və artıran şey
    2573. Allahın Peyğəmbəri (s):«Camaata yemək ehsanı verən şəxsin ruzisi, bıçağın dəvənin belinə batmasından daha tez gələr.»[2845]
    2574. Allahın Peyğəmbəri (s) («İstəyirəm ki, ruzim çox olsun» deyə müraciət edənə buyurub): «Həmişə təharətdə (şəriət qaydalarına əsasən təmizlik) və pak halda ol, ruzin artar.»[2846]
    2575. Allahın Peyğəmbəri (s):«Çoxlu sədəqə verin ki, Allah sizə ruzi yetirsin.»[2847]
    2576. İmam Əli (ə) :«Din qardaşına maddi kömək etmək ruzini artırar.»[2848]
    2577. İmam Əli (ə):«Əmanətə sadiq qalmaq ruzini artırar.»[2849]
    2578. İmam Əli (ə):«Sədəqə verməklə ruzini (yerə) endirin.»[2850]
    2579. İmam Əli (ə):«Xoş niyyətli olanın, ruzisi çox olar.»[2851]
    2580. İmam Baqir (ə):«Həmişə din qardaşına dua et ki, bu əməl ruzini sənə tərəf yönəldər.»[2852]
    2581. İmam Baqir (ə):«Zəkat vermək ruzini artırar.»[2853]
    2582. İmam Sadiq (ə):«Ailəsi ilə mehriban davrananın ruzisi artar.»[2854]
    2583. İmam Sadiq (ə):«Yaxşı işlər görmək ruzini artırar.»[2855]
    2584. İmam Sadiq (ə):«Gözəl əxlaq ruzini artırar.»[2856]
    814. Ruzinin kəsilməsinin səbəbi
    2585. Allahın Peyğəmbəri (s):«Kim müsəlman qardaşının hüquqlarından birini yerinə yetirməsə, tövbə etmədiyi halda, Allah-taala ruzinin bərəkətini ona haram edər.»[2857]
    2586. İmam Baqir (ə):«Bəndə günah edər və bu səbəbdən ruzi ondan geri götürülər.»[2858]
    2587. İmam Sadiq (ə):«Çox haram yemək ruzini aradan götürər.»[2859]
    815. Halal ruzi axtarmaq
    2588. Allahın Peyğəmbəri (s):«İbadət on hissədir, onun doqquzu halal ruzi axtarmaqdır.»[2860]
    2589. Allahın Peyğəmbəri (s):«Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edən mücahid kimidir.»[2861]
    2590. Allahın Peyğəmbəri (s):«Allah-taala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.»[2862]
    2591. Allahın Peyğəmbəri (s):«Halal ruzi qazanmaq hər müsəlman kişi və qadına vacibdir.»[2863]
    2592. Allahın Peyğəmbəri (s):«Öz zəhməti ilə çörək yeyən şəxs sirat körpüsündün ildırım kimi keçəcək.»[2864]
    2593. Peyğəmbər (s):«Allah-taala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzərilə baxar və heç vaxt ona əzab verməz.»[2865]
    2594. Allahın Peyğəmbəri (s):«Öz ailəsinin xərcini təmin etməyən kəs məl‘undur, məl‘un.»[2866]
    2595. Müfəzzəl ibn Ömər:«Dünyanın bəzi şeylərindən axirət üçün kömək götürün. Çünki imam Sadiqin(ə) belə buyurduğunu eşitdim:«Bəzi dünya şeylərindən axirət üçün kömək götürün və insanlara artıq yük olmayın.»[2867]
    816. Ən yaxşı ruzi kafi həddə olandır
    2596. Allahın Peyğəmbəri (s):«İlahi! Məhəmməd və onun ailəsinin haqqına, Məhəmməd və onun ailəsini sevən kəsin hörmətinə pak və kifayət edən qədər ruzi ver. Məhəmməd və onun ailəsini düşmən bilən kəsə mal-dövlət və övlad bəxş et.»[2868]
    2597. Allahın Peyğəmbəri (s):«Ən yaxşı ruzi kifayət edən miqdarda olandır.»[2869]
    2598. Allahın Peyğəmbəri (s):«Az və kifayət edən miqdarda olan ruzi, çox və Allahı yad etməkdən çəkindirən ruzidən yaxşıdır.»[2870]
    163 Rüşvət
    817. Rüşvət
    2599. Allahın Peyğəmbəri (s):«Rüşvət almaqdan çəkinin ki, həqiqətən, o, xalis küfrdür. Rüşvətxor Cənnətin ətrini duymayacaqdır.»[2871]
    2600. Allahın Peyğəmbəri (s):«Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçi olana Lənət etsin.»[2872]
    2601. İmam Əli (ə):«Sizdən qabaqkılar ona görə ölümə və pozğunluğa düçar oldular ki, xalqı öz haqlarından məhrum etmişdilər və insanlar (çarəsiz qalıb rüşvət verməklə) o haqqı aldılar. Onlar insanları batil əməllərə və əyintilərə vadar etdilər, insanlar da onların ardınca getdilər.»[2873]
    2602. İmam Əli (ə):«Siz bilirsiniz ki, müsəlmanların namusunun, canının, qənimətlərinin (mallarının), hökmlərinin Məsuliyyətini və idarəçiliyini öz öhdəsinə götürən şəxs xəsis olmamalı və qərar verərkən, mühakimə edərkən rüşvət almamalıdır. Çünki əks halda, o, hüquqları pozacaq və haqqı haqq sahibinə çatdırmayacaqdır.»[2874]
    2603. İmam Əli (ə) («Çox haram yeyənlərdir» ayəsi haqda): «Bunlar, din qardaşlarının çətinliklərini həll etdikdən sonra onun hədiyyəsini qəbul edənlərdir.»[2875]
    2604. İmam Sadiq (ə):«Mühakimədə rüşvət almaq Allaha küfr etməkdir.»[2876]
    164 Sudəmər dövr
    818. Körpənin südəmər dövrü
    Qur’an:
    «Öz körpələrinə süd verməyi tamamlamaq istəyən analar, bütöv iki ili süd versinlər.»[2877]
    Hədis:
    2605. Allahın Peyğəmbəri (s):«Körpə üçün anasının südündən yaxşı süd yoxdur.»[2878]
    2606. İmam Əli (ə):«Övladlarınıza kimin süd verdiyinə diqqət yetirin. Çünki körpə ona süd verənin təbiəti ilə inkişaf edir.»[2879]
    2607. İmam Baqir (ə):«Öz körpənizə süd vermək üçün gözəl əxlaqlı dayə tutun və pis əxlaqlı dayələrdən çəkinin. Çünki süd (insanın xüsusiyyətlərini) keçirir.»[2880]
    819. Nalayiq dayələr
    2608. Allahın Peyğəmbəri (s):«Ağıldan kəm və göz xəstəliyinə tutulan qadınları dayəliyə götürməyin. Çünki süd öz tə‘sirini qoyur.»[2881]
    2609. İmam Əli (ə):«Öz körpələrinizi əxlaqsız və dəli qadınların südündən uzaqlaşdırın. Çünki süd öz tə‘sirini göstərir.»[2882]
    2610. İmam Sadiq (ə):«Yəhudi və xaçpərəst dayənin südü, nasibi (Əhli-Beyt (ə) düşməni) dayənin südündən yaxşıdır.»[2883]
    165 Razılıq (1)
    Allahın qəzvü- qədərinə razılıq
    820. Razılıq
    2611. İmam Əli (ə):«Razılıq necə də gözəl yoldaşdır.»[2884]
    2612. İmam Həsən (ə):«Allahın gözəl seçiminə arxalanan, Allahın onun üçün seçdiyi vəziyyətdən başqa bir vəziyyət arzulamaz.»[2885]
    2613. İmam Həsən (ə):«Mömin öz qismətindən narazı olduğu və öz məqamını, vəziyyətini dəyərsiz saydığı halda necə mömin ola bilər? Halbuki, onun hakimi (və taleyini təyin edən) Allahdır.»[2886]
    2614. İmam Səccad (ə):«Zahidliyin ən ali dərəcəsi, «vərə»nin (günahlardan çəkinməyin) ən aşağı dərəcəsidir, «vərə»nin ən yüksək dərəcəsi yəqinin ən aşağı dərəcəsidir. Yəqinliyin ən yüksək dərəcəsi (Allahdan) razılığın ən aşağı dərəcəsidir.»[2887]
    2615İmam Səccad (ə):«(Allahın) Acı qəza və qədərinə razı olmaq əminliyin ən ali dərəcəsidir.»[2888]
    2616. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) heç bir hadisə və əhvalatla əlaqədar «kaş, bu baş verməyəydi» deməzdi.»[2889]
    2617. İmam Sadiq (ə):«Allaha itaətin tacı, bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə razı olmaqdır.»[2890]
    821. Razılıq gətirən şey
    2618. İmam Əli (ə):«Razılığın kökü, Allaha könül şadlığı ilə e‘timad etməkdədir.»[2891]
    2619. İmam Sadiq (ə):«Allahı ən yaxşı tanıyan insan, Allahın qəzavü-qədərinə hamıdan çox razı olandır.»[2892]
    822. Razılığın səmərələri
    2620. Allahın Peyğəmbəri (s):«Allah bir bəndəni sevəndə ona bəla göndərər. Səbr etsə onu seçər, əgər razı olsa, onu Özü üçün seçər.»[2893]
    2621. Allahın Peyğəmbəri (s):«Allahın qismətinə razı ol, ən ehtiyacsız insan olarsan.»[2894]
    2622. İmam Əli (ə):«Razılıq qəmi aparar.»[2895]
    2623. İmam Əli (ə):«Ən ləzzətli həyatı Allahın qismətinə razı olan kəs yaşayır.»[2896]
    2624. İmam Həsən (ə):«Mən, qəlbindən (Allahından) razılıqdan başqa bir şey keçməyən kəsə zəmanət verirəm ki, Allahı çağırsın, duası qəbul olunacaq.»[2897]
    2625. İmam Sadiq (ə):«Xoşluq və rahatlıq razılıqda və əminlikdədir. Qəm-qüssə isə şəkkdə və narazılıqda.»[2898]
    823. Narazılığın nəticəsi
    2627. İmam Sadiq (ə):«Kim Allahın qismət etdiyinə razı olmasa (əslində) Allahı öz müqəddəratına görə ittiham etmişdir.»[2899]
    2627. İmam Sadiq (ə):«Allahın müqəddəratı (qəzası) hər bir halda icra olunacaq. Buna əsasən, belə müqəddərata razı olan şəxs savab qazanar və ondan narazı qalanın Allah-taala savabını aradan aparar.»[2900]
    166 Razılıq (2)
    Sübhan olan Allahın razılığı
    824. Allahın razılığının amilləri
    Qur’an:
    «Məgər Allahın razılığını qazanmaq yolu ilə gedən kimsə, Allahın qəzəbinə gələn şəxs kimidirmi? Onun yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir.»[2901]
    Hədis:
    2628. «Biharul-Ənvar»:«Rəvayət olunur ki, Musa (ə) dedi:«Ey Rəbbim! Mənə elə bir işə yol göstər ki, ona əməl edəndə Sənin razılığını qazana bilim.» Allah-taala ona vəhy etdi:«Ey İmranın oğlu! Həqiqətən, Mənim razılığım sənin narazılığındadır… və sənin də buna taqətin yoxdur…» Musa (ə) ağlayaraq səcdəyə getdi və dedi:«Ey Rəbbim! Sən mənə özünlə söhbət etmək iftixarı ilə başıucalıq bəxş etdin, məndən qabaq heç bir bəşərlə söhbət etmədin. İndi isə, mənə Sənin razılığını qazanmağa vasitə ola biləcək bir əməlin yolunu göstərmirsənmi?» Allah-taala ona vəhy etdi:«Həqiqətən, Mənim razılığım, Mənim müqəddəratıma (qəzavü-qədərimə) razılığındadır.»[2902]
    2629. İmam Əli (ə):«Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək.»[2903]
    2630. İmam Əli (ə):«Kim öz bədənini ibadət zəhmətinə salarsa, Rəbbini razı salmışdır. Kim öz bədənini zəhmətə salmasa, Rəbbinə itaətsizlik etmişdir.»[2904]
    2631. İmam Əli (ə):«Allah-taala sizə təqvalı olmağı tapşırdı və bunu, Öz bəndələrindən razılığının tacı və istəyinə çevirdi.»[2905]
    2632. İmam Əli (ə):«Allahın razılığı Onun itaətinə yaxındır.»[2906]
    2633. İmam Səccad (ə):«Həqiqətən, sizin aranızda Allahın ən razı olduğu kəs öz ailəsini daha çox firavanlıqda və rifah içində saxlayandır.»[2907]
    825. Allahın razılığının nişanələri
    2634. «Biharul-Ənvar»: «Rəvayət olunur ki, Musa (ə) dedi:«Ey Rəbbim! Məni bəndəndən razılığının nişanələrindən agah et.» Allah-taala ona vəhy etdi:«Mən bəndəmi Öz itaətimə hazırlayıb, günahlardan uzaqlaşdırdığımı görəndə bil ki, bu Mənim razılığımın nişanəsidir.»[2908]
    2635. İmam Əli (ə):«Sübhan olan Allahın bəndədən razılığının nişanəsi, bəndənin Allah tərəfindən onun xeyrinə və ziyanına təyin etdiyinə razı olmasıdır.»[2909]
    826. Yaradılmışların razılığı və Yaradanın narazılığı
    2636.İmam Əli (ə) (Məhəmməd ibn Əbibəkrə yazdığı məktubundan): «Allahın yaratdıqlarından birinin razılığına xatir öz Rəbbini narazı etməyəcəyin bir işi bacarsan, bu işi gör. Çünki Allahın razılığı hər razılığın canişinidir, amma heç bir şey Allahın razılığının yerini tutmaz.»[2910]
    2637.İmam Hüseyn (ə):«Kim insanların narazı qalması ilə Allahın razılığını istəsə, Allah-taala onu insanların işlərindən ehtiyacsız edər. Kim Allahın narazı qalmağı ilə insanların razılığını axtarsa, Allah-taala onu insanlara tapşırar. Vəssəlam.»[2911]
    167 Mülayimlik
    827.Mülayimliyin dəyəri
    2638. Allahın Peyğəmbəri (s):«Mülayimlik hər nəyə yoldaş olarsa ona zinət verər və hər nədən götürülərsə, onu çirkinləşdirər.»[2912]
    2639.Allahın Peyğəmbəri (s):«Bir-biri ilə dostluq edənlərdən, öz dostuna qarşı daha mülayim olanın daha çox əcri var və Allah yanında daha sevimlidir.»[2913]
    2640.Allahın Peyğəmbəri (s):«Allah-taala bir ailənin xeyrini istəyəndə onların üzünə mülayimlik qapısı açar.»[2914]
    2641. Allahın Peyğəmbəri (s):«İnsanların ən ağıllısı xalqla ən mülayim və mehriban rəftar edəndir.»[2915]
    2642. Allahın Peyğəmbəri (s):«Allah-taala mülayim və mehribandır, hər işdə də mülayimliyi sevər.»[2916]
    2643. İmam Əli (ə):«Mülayimlik xoşbəxtliyin açarıdır.»[2917]
    2644. İmam Baqir (ə):«Hər şeyin qıfılı var, imanın da qıfılı mülayimlikdir.»[2918]
    2645. İmam Kazim (ə):«Mülayimlik həyatın yarısıdır.»[2919]
    828. İbadətdə mülayimlik
    2646. Allahın Peyğəmbəri (s):«Həqiqətən, bu din möhkəmdir. Ona mülayimliklə daxil olun və Allah bəndələrini zorla Allaha ibadətə məcbur etməyin. Yoxsa nə məsafəni qət edə bilən, nə də miniyi salamat saxlayan süvariyə bənzəyərsiz.»[2920]
    2647. İmam Əli (ə):«Öz nəfsini ibadət etmək üçün aldat, onunla mülayim rəftar et və zorla ibadətə vadar etmə. Yalnız sənə vacib edilmiş ibadətlərdən başqa, onu asudə və şad vaxtı ibadətə tut. Belə ki, vacibləri vaxtında yerinə yetirməli və onlardan ehtiyatlı olmalısan.»[2921]
    829. Mülayimliyin səmərələri
    2648. Allahın Peyğəmbəri (s):«Həqiqətən, mülayimlikdə artım və bərəkət var. Mülayimlikdən məhrum olan xeyirdən məhrum olar.»[2922]
    2649 İmam Əli (ə):«Mülayimlik çətinlikləri asan, mürəkkəb çarələri sadə edər.»[2923]
    2650. İmam Hüseyn (ə):«Kim öz nəzərində bir çıxış yolu tapmayıb çarəsiz qalarsa, mülayimlik onun müşkülünün həllinə açar olar.»[2924]
    2651. İmam Səccad (ə):«Xızırın (ə) Musa ibn İmrana (ə) axırıncı vəsiyyəti bu idi:«Kim bu dünyada başqası ilə mülayim rəftar edərsə, Allah-taala Qiyamət günü onunla mülayim rəftar edər.»[2925]
    2652. İmam Sadiq (ə):«Öz işlərində mülayim olan kəs, insanlardan istədiyi şeyi əldə edər.»[2926]
    2653. İmam Sadiq (ə):«Hörmətli olmaq istəyirsənsə mülayim ol, xar olmaq istəyirsənsə kobud.»[2927]
    167. Nəzarət.
    830. Allahın, mələklərin və bədən əzalarının nəzarəti.
    Qur’an:
    «Həqiqətən, Allah-taala sizə nəzarət edəndir.»[2928]
    «(İnsanın) Dediyi elə bir söz yoxdur ki, onun yanında bir gözətçi hazır durub yazmasın.»[2929]
    Hədis:
    2654. İmam Əli (ə):«Bilin, ey Allahın bəndələri! Əməllərinizi və nəfəslərinizi qeyd etmək üçün sizin üzərinizdə vucudlarınızdan nəzarətçilər, bədən əzalarınızdan casuslar və sadiq gözətçilər təyin olunmuşlar. Nə zülmət gecənin qaranlığı sizin əməllərinizi onların nəzərindən itirər, nə də möhnət və bağlı darvazalar sizi onlardan gizlədər.»[2930]
    831. Nəzarətə həvəsləndirmək
    2655. Allahın Peyğəmbəri (s) :«İbrahimin (ə) səhifələrində nəql olunur ki… «Ağıl sahibi -madam ki, ondan ağıl alınmayıb- günün saatlarını özü üçün dörd hissəyə bölməlidir: bir hissəsini Allahla münacat və dua etməyə, bir hissəsini öz nəfsinin hesabatını aparmağa, bir hissəsini Allahın ona bəxş etdiyi nemətlər barədə düşünməyə və bir hissəsini də öz canını halaldan bəhrələndirməyə sərf etsin. Çünki bu vaxt kəsiyi digər üç vaxt üçün kömək və qəlbin rahatlıq tapmasının, yorğunluğun getməsinin səbəbidir.»[2931]
    2656. İmam Əli (ə):«Özün tərəfindən özünə nəzarətçi, gözətçi təyin et və öz dünyandan axirətin üçün bəhrə götür.»[2932]
    2657. İmam Əli (ə):«Yaxşıdır ki, insan öz nəfsinin gözətçisi, qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.»[2933]
    2658. İmam Əli (ə):«Allah rəhmət eləsin öz günahına nəzarət edən və Allahdan qorxan bəndəyə.»[2934]
    2659. İmam Əli (ə):«Öz dini, fikri, əxlaqı və tərbiyəsindəki nöqsanları hesablamaqla onları öz sinəsində, ya da yazılı surətdə toplayıb və aradan götürülməsi üçün çalışmaq ağıllı insanın öhdəsinə düşür.»[2935]
    2660. İmam Sadiq (ə):«Allah-taalanın İsaya (ə.) moizələrindən:«Ey İsa! Harada olursan ol, Məni nəzərində saxla.»[2936]
    2661. İmam Sadiq (ə):«Kimin iki günü eynilə bərabər olarsa, zərər etmişdir. Kimin sabahı bu günündən pis olarsa, aldanılmışdır. Kim öz nöqsanlarına nəzarət etməsə daim nöqsanlar içində qalar, kim öz nöqsanlarına davam edərsə, onun üçün ölüm daha yaxşıdır.»[2937]
    832. Nəzarət və hesab-kitab
    2662. İmam Kazim (ə):«Hər gün öz nəfsinin hesabatını aparmayan kəs, bizdən deyil. Yaxşı iş görmüşsə Allahdan onun artmasını istəyər, əgər pis iş görübsə Allahdan bağışlanmasını istəyər və Onun dərgahına tövbə edər.»[2938]

    [2818] Zariyat, ayə58
    [2819] İsra, ayə30
    [2820] Ğurər