Mizanul – hikmət (1-ci cild) - Mizanul – hikmət (1-ci cild) - Hədis - Quran, Hədis, İslam təlimləri, Fiqh - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1663
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • JuztinLow
  • Gilberzirolo
  • Zaur
  • Delmezfex
  • ZachezyBon
  • EdzinTicle
  • Luciuzhax
  • Optimist
  • Fatime1998
  • AkakiGar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    1 Fədakarlıq
    1.Fədakarlığın dəyəri.
    1.İmam Əli (ə):«Fədakarlıq ən ali insani sifətdir.» [1]
    2.İmam Əli (ə):«Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.»[2]
    3.İmam Əli (ə):«Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür.[3]«
    4.İmam Əli (ə):«Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.»[4]
    5.İmam Əli (ə):«Səxavətliliyin ən üstünü fədakarlıqdır.»[5]
    6.İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.»[6]
    7.İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»[7]
    8.İmam Əli (ə):« Azad insanlar fədakarlıqla qul edilirlər.»[8]
    2.Fədakarların dəyəri.
    Qur’an:
    «Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilənlərə (qənimətlərə) ürəklərində ehtiyac (və həsəd) duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tutardılar. Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr . məhz onlar nicat tapıb səadətə qovuşanlardır»[9]
    Hədis:
    9.Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi. Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Peyğəmbər (s) buyurdu:« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə) dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam.» Sonra Fatimənin (s.ə.) yanına gəlib dedi:«Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?» Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin qızı! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s) yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala «…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»[10]
    10.Ayişə:«Allahın Peyğəmbəri (s) dünyadan köçənə kimi heç vaxt üç gün dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma başqalarını özündən üstün tutur, qabağa salırdı.»[11]
    11.Əbuttufeyl:«Əli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.»[12]
    12.İmam Sadiq (ə):«Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı. Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»[13]
    2 İcarə
    3.İcarə.
    Qur’an:
    «Məgər Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünyada onların ruzilərini öz aralarında Biz bölüşdürürük. Biri o birinə iş gördürsün deyə birinin dərəcəsini digərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır.»[14]
    «O iki qızın biri dedi:«Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır!»[15]
    Hədis:
    13.İmam Əli (ə): «Onların ruzilərini aralarında biz bölüşdürürük» ayəsi barəsində buyurub- «Pak və müqəddəs Allah bu ayə ilə bizə insanların dolanacaq yollarından birinin icarə olmasını xəbər verdi. Çünki, Allah öz hikməti əsasında insanları istək, əzmkarlıq və digər cəhətlərdən fərqli yaradıb və bu məsələni yaradılmışların dolanışığının dayaq nöqtəsi edib. Ona görə də bir şəxs digərini (onun əmək qüvvəsini) icarə edir. . . . əgər bizlərdən biri özü üçün bənnalıq, xərratlıq, yaxud digər sənət sahiblərinin işlərini görməyə məcbur olsa, onda dünyanın işləri düzəlməz. İnsanların buna imkanı da yoxdur və heç cür bunu edə bilməzlər. Lakin, Allah onların istəyini müxtəlif etdi, hər kəsin meylini bir işə saldı ki, həmin işi başqaları üçün də görsün və hər biri başqasının köməyi ilə vəziyyətinə uyğun olaraq məişət işlərini irəli aparsın. Beləliklə, Allah dəqiq bir tədbir tökübdür.»[16]
    4.İnsanın muzdlu iş görməsinin xoşagəlməzliyi.
    14.Əmmar Sabati:«Əbu Abdullaha (İmam Sadiqə (ə)) dedim:«İnsan ticarət edib özünü belə bir şəkildə icarəyə verə bilərmi ki, alver etdiyi miqdarda ona (pul) verilsin?» Buyurdu:«Özünü muzda satmasın, əksinə, Allahdan ruzi istəsin və ticarətə başlasın. Çünki əgər muzdla işləsə öz ruzisinə mane olub.»[17]
    5.İcarədə dəllallıq.
    15.Məhəmməd ibn Müslim:«İmam Baqir və ya İmam Sadiqdən (ə) soruşdular:«Bir şəxs iş götürür, amma onu özü yerinə yetirmir başqasına həvalə edir və ortada xeyir götürür.»Buyurdu:«Özü də həmin işin bir qədərini görməsə, xeyr. (bu düzgün deyil)!» [18]
    6. Muzd alanın haqqını kəsməmək.
    16.Həzrət Peyğəmbər (s):«Allah muzd alanın (fəhlənin) muzdunu kəsən şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini ona haram edər.»[19]
    17. Həzrət Peyğəmbər (s):«Muzd alanın (fəhlənin) muzdunu kəsmək böyük günahlardandır.»[20]
    7.Zəhmət haqqının müəyyənləşdirilməsi və zəhməthaqqı verməyin qaydası.
    18.Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.»[21]
    19.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq fəhlə işlətməyi qadağan edib.»[22]
    3 Əcəl
    8.Əcəl.
    20.İmam Əli (ə):«(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib, müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona çatmasının səbəblərini hazırlayıb).»[23]
    21.İmam Əli (ə):«Əcəl və ölümdən doğru şey yoxdur.»[24]
    22.İmam Əli (ə):« Əcəl nə gözəl dərmandır.»[25]
    23.İmam Əli (ə):«İnsanın nəfəsləri onun ölümə tərəf addımlarıdır.»[26]
    9.Əcəl möhkəm bir qaladır.
    Qur’an:
    «Allahın izni olmayınca heç kəs ölmür. O, vaxtı müəyyn edilmiş bir yazıdır.»[27]
    Hədis:
    24. İmam Əli (ə):«Əcəlin gözətçiliyi kifayətdir.»[28]
    25.İmam Əli (ə):«Əcəl möhkəm qaladır.»[29]
    10. Hər bir şeyin ömrü var.
    26.İmam Əli (ə):« Hər bir şeyin müddəti və sonu vardır.»[30]
    27.İmam Əli (ə):«Allah hər bir şey üçün ölçü və hər bir ölçü üçün əcəl və son qoyub.»[31]
    11.Hər bir ümmətin əcəli (sonu) var.
    Qur’an:
    «Hər bir ümmətin ömür müddəti vardır. Onların əcəli gəlib çatdıqda ondan nə bircə saat yubanar, nə də qabağa keçərlər!»[32]
    «Biz heç bir məmləkəti əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət nə əcəlindən qabağa keçə bilər, nə də ondan arxaya qala bilər.»[33]
    Həmçinin müraciət et: Nəhl, 61; Ta Ha, 129; Ənkəbut, 5; Şura, 14; .
    Muminun, 43
    12.Şərti və qəti əcəl.
    Qur’an:
    «Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. Qəti əcəl Onun yanındadır. Siz yenə də şübhə edirsiniz!»[34]
    Hədis:
    28.İmam Sadiq (ə)-yuxarıda qeyd olunan ayənin təfsirində buyurmuşdur- «Naməlum (adsız) əcəl asılı və şərti haldadır, Allahın istəyi ilə tez və gec ola bilir. Amma məlum (adı olan) əcəl Allahın Qədr gecəsindən gələn ilin Qədr gecəsinə kimi qəzavü-qədər olaraq müəyyənləşdirdiyi əcəldir və Allah onun barəsində buyurmuşdur:«Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də qabağa keçərlər.»[35]
    13.Şərti əcəli uzaqlaşdıran amil.
    29.İmam Əli (ə):«Ömürlər sədəqə verməklə uzanır.»[36]
    30.İmam Sadiq (ə):«İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının nəticəsində ölürlər.»[37]
    4 Axirət
    14.Axirət.
    Qur’an:
    «Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.»[38]
    Hədis:
    31.İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.»[39]
    32.İmam Əli (ə):«Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.»[40]
    33.İmam Əli (ə):«Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»[41]
    15.Axirət işlərinin əzəməti.
    Quran:
    «Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.»[42]
    Hədis:
    34.İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.»[43]
    16.Axirət əbədi evdir.
    Quran:
    «Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, qalmaq yeri axirət evidir.»[44]
    Hədis:
    35.İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.»[45]
    36.İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.»[46]
    17.Axirətin üstünlüyü.
    Quran:
    «De:«Dünyanın malı azdır və axirət, təqvası olan üçün daha yaxşıdır.»[47]
    Hədis:
    37.İmam Əli (ə):«Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.»[48]
    18.Axirəti yada salmaq.
    38.İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə ən pis dərd və xəstəlik.»[49]
    39.İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.»[50]
    19.Axirət üçün iş görmək.
    40.Allahın Peyğəmbəri (s):«Dünyan üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə iş gör sanki sabah öləcəksən.»[51]
    41. Allahın Peyğəmbəri (s):«Allah gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dünyadan köçməz. Allah gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar.O dünyada öz qismətindən artıq bir şey əldə etməz.»[52]
    42.İmam Əli (ə):«Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır.»[53]
    5 Qardaş
    20.Möminlər bir-birləri ilə qardaşdır.
    Qur’an:
    «Həqiqətən möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də qardaşlarınızın arasında sülh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız.»[54]
    Hədis:
    43.Allahın Peyğəmbəri (s):«Möminlər qardaşdırlar, qanları bərabərdir və başqalarının qarşısında əlbirdirlər. Onların ən aşağı olanı bir şəxsi hamısının amanına daxil edə bilər.»[55]
    44.İmam Əli (ə):«Nə çox qardaşın ki, onları sənin anan doğmayıb.»[56]
    45.İmam Baqir (ə):«Mömin möminin doğma qardaşıdır.»[57]
    46.İmam Sadiq (ə):«Mömin möminin qardaşı, onun gözü və bələdçisidir. Ona xəyanət və zülm etməz, aldatmaz və ona əməl etməyəcəyi və’di verməz.»[58]
    47. İmam Sadiq (ə):«Mömin möminin qardaşıdır.Eyni ilə bir bədən kimidirlər.Onun bir üzvü ağrıyanda digər üzvlər də həmin ağrını hiss edərlər. Onların ruhları bir ruhdandır.»[59]
    21.Həqiqi qardaşlar.
    48.Allahın Peyğəmbəri (s):«Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək.»[60]
    49.İmam Əli (ə):«Həqiqi qardaş və yoldaşlarını qoru. Çünki onlar asayiş dövrünün ehtiyatı, bəla günlərinin qalxanıdırlar.»[61]
    22.Qardaşları sevmək.
    50.İmam Əli (ə):«Qardaşın (səninlə) dostluqda səndən güclü olmasın.»[62]
    51.İmam Əli (ə):«Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev.»[63]
    52.İmam Sadiq (ə):«İnsanın dinsevərliyinin nişanələrindən biri onun qardaşını sevməsidir.»[64]
    23.Dostluğun davamlılığına səbəb olan amillər.
    53.İmam Sadiq (ə):«Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə.»[65]
    54.İmam Sadiq (ə):«Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.»[66]
    24.Allaha xatir dostluq və qardaşlıq etmək.
    55.Allahın Peyğəmbəri (s):«Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.»[67]
    56.Allahın Peyğəmbəri (s):«Müsəlman şəxs İslamın xeyrini əldə etdikdən sonra Allaha görə əldə etdiyi dost kimi bir xeyir əldə etməyib.»[68]
    57.İmam Əli (ə):«Allaha görə qardaşlıq etmək məhəbbəti saflaşdırır.»[69]
    58.İmam Əli (ə):«Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.»[70]
    59.İmam Əli (ə):«Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verir.»[71]
    25.Dünyaya görə qardaş olmaq.
    60.İmam Əli (ə):«Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun dostluğu alçaqlıq, onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir.»[72]
    61.İmam Əli (ə):«Kim Allaha görə qardaşlıq etsə xeyir görər və kim dünyaya görə qardaşlıq etsə məhrum qalar.»[73]
    26.Qardaşa olan məhəbbəti biruzə vermək.
    63. Allahın Peyğəmbəri (s):«Dost və ya qardaşınızı sevən zaman (məhəbbətinizi) ona biruzə verin.»[75]
    64. Əbul Bilad:«Əbu Cəfərlə (İmam Baqir) (ə) Əbu Abdullah (İmam Sadiq (ə)) məsciddə oturmuşdular. Oradan bir kişi keçdi. Əbu Cəfərlə (ə) oturanlardan biri dedi:«Vallah mən bu kişini çox istəyirəm.» Əbu Cəfər (ə) buyurdu:«Elə isə ona bildir. Çünki, məhəbbəti biruzə vermək dostluğu davamlı və bərqərar edər, hüsnü-rəğbət və ülfəti artırar.»[76]
    27.Qardaşı (din qardaşını) sevmək onun da qardaşını sevməsinin nişanəsidir.
    65.İmam Əli (ə):«Dostluq və məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər rüşvət qəbul etməyən şahidlərdir.»[77]
    66.İmam Baqir (ə):«Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş.»[78]
    67.İmam Hadi (ə):«İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki, sənin qəlbin başqalarına münasibətdə necədirsə başqalarının da qəlbi sənə qarşı elədir.»[79]
    28.Qardaşlarla əlaqəni kəsmək.
    68.İmam Əli (ə):«Qardaşınla əlaqəni kəsmək istəyəndə öz dostluğundan ona bir az qalıq saxla ki, bir gün həmin miqdar ona məlum olanda ona qayıtsın.» (Onun arxasınca bütün körpüləri uçurtma, onun qayıtması və yenidən birləşməsi üçün bir yer saxla.)[80]
    69.İmam Əli (ə):«Birləşəndən sonra əlaqəni kəsmək, qardaşlıqdan sonra cəfakarlıq və dostluqdan sonra düşmənçilik necə də pisdir.»[81]
    70.İmam Sadiq (ə):«Öz dostluq və məhəbbətini münasib yerə qoymayan kəs əlaqənin kəsilməsi təhlükəsi qarşısındadır.»[82]
    29.Qardaşlarla əlaqə yaratmaq
    71.İmam Əli (ə): Gərək qardaşının əlaqəni kəsmək imkanı sənin ona birləşmək imkanından çox olmasın. Həmçinin gərək onun pislik etmək qüdrəti sənin yaxşılıq etmək qüdrətindən artıq olmasın.»[83]
    72. İmam Hüseyn (ə):«Əlaqə yaratmaqda ən güclü şəxs, onunla əlaqəsini kəsmiş şəxslə əlaqə yaradan şəxsdir.»[84]
    30.Qardaşların növləri.
    73.Allahın Peyğəmbəri (s): «Axirəzzamanda ən az tapılan şey etibarlı dost və ya halal bir dirhəm olacaq.»[85]
    74.İmam Sadiq (ə):«Qardaşlar üç dəstədirlər: Biri yemək kimidir ki, ona həmişə ehtiyac var və o, ağıllı şəxsdir. İkincisi dərd kimidir və o, ağılsız şəxsdir. Üçüncüsü dərman kimidir və o, müdrik şəxsdir.»[86]
    75.İmam Sadiq (ə):«Qardaşlar üç dəstədirlər: (Biri) canı ilə yoldaşlıq edən, digəri isə malı ilə kömək edən. Bu iki dəstə qardaşlığında düz və sadiqdir. Üçüncüsü isə səndən gündəlik dolanacağını alan şəxsdir. O səni az bir ləzzət və kef üçün istəyir. Ona etimad etmə![87]
    31.Çəkinilməli qardaşlıq və dostluqlar
    76.İmam Əli (ə):«Ona dözməli olduğun kəs sənin qardaşın deyil.»[88]
    77.İmam Əli (ə):«Sənin yaxşılıqlarını ört-basdır edib nöqsanlarını yayan kəslə qardaşlıq etmə.»[89]
    78.İmam Baqir (ə):«Zəngin olanda səni sayan, yoxsullaşanda isə səni tərk edən kəs necə də pis qardaşdır.»[90]
    79.İmam Baqir (ə):«Dörd nəfərlə - ağılsız, xəsis, qorxaq və yalançı ilə yoldaşlıq və qardaşlıq etmə!»[91]
    80.İmam Sadiq (ə):«Səni tamah saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün və ya nəyəsə meyl saldığına görə yaxud da yeyib-içməyə görə istəyən kəslə qardaşlıq etməkdən uzaq ol və pərhizkarlarla qardaşlıq etmək axtarışında ol, hətta əgər onları axtarmaq üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli olsan belə!»[92]
    32.Köhnə qardaşlıqların qorunub saxlanılması
    81.Allahın Peyğəmbəri(s):«Uca Allah köhnə qardaşlıqların davam etməsini sevir. Buna görə də onu davam etdirin.»[93]
    82.«İmam Əli (ə):«Hər şeyin təzəsini seç, qardaşların isə ən köhnəsini.»[94]
    33.Həqiqi qardaşlıq.
    83.İmam Əli (ə):«Sənin həqiqi qardaşın xətandan keçən, ehtiyacını təmin edən, üzrünü qəbul edən, eyblərinin üstünü örtən, qorxunu səndən uzaqlaşdıran və arzunu yerinə yetirən kəsdir.»[95]
    84.İmam Əli (ə):«Sənin qardaşın o kəsdir ki, çətinlik zamanı səni tək qoymasın, günah zamanı səndən xəbərsiz olmasın və bir şey soruşanda səni aldatmasın.»[96]
    34.Qardaş seçmək.
    85.İmam Əli (ə):«Hər səhvə görə qardaşlarından ayrılan kəsin dostları azalar.»[97]
    86.İmam Sadiq (ə):«Ancaq heç bir eybi olmayan kəs ilə qardaşlıq edən şəxsin dostları az olar.»[98]
    35.Qardaşın xətasına dözmək.
    87.İmam Əli (ə):«Dostunun xətasına düşməninin yürüş etdiyi zamana görə döz.»[99]
    88.İmam Əli (ə):«Xətalara dözmək dostların zinətidir.»[100]
    89.İmam Əli (ə):«Dostun xətasına dözməyən kəs tək ölər.»[101]
    36.Qardaşların ən yaxşısı.
    90.Allahın Peyğəmbəri(s):«Sənin ən yaxşı qardaşın Allahın itaəti yolunda sənə kömək edən, Ona itaətsizlikdən saxlayan və sənə Onun razılığı olan şeyi əmr edəndir.»[102]
    91.İmam Əli (ə):«Ən yaxşı qardaş öyüd-nəsihət verməkdə az güzəştə gedən kəsdir.»[103]
    92.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın sənə kömək edən, ondan yaxşısı sənə kifayət edən və sənə möhtac olanda səndən keçəndir.»[104]
    93.İmam Əli (ə):«Ən yaxşı qardaş dostluğu Allaha görə olan kəsdir.»[105]
    94.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın o kəsdir ki, yaxşı işlər görməyə tələsir və səni də xeyirxahlığa çəkir, sənə yaxşı olmaq göstərişi verir və onun yerinə yetirilməsində sənə kömək edir.»[106]
    95.İmam Əli (ə):«Sənin ən yaxşı qardaşın səni haqq yolda ən çox qəzəbləndirəndir.»[107]
    96.İmam Əli (ə):«Qardaşların ən yaxşısı öz qardaşlarını başqalarına möhtac etməyən kəsdir.»[108]
    97.İmam Sadiq (ə):«Qardaşlarımın ən sevimlisi eyblərimi mənə hədiyyə edən kəsdir.»[109]
    37.Qardaşların ən pisi.
    98.İmam Əli (ə): «Ən pis qardaş insanın zəhmət və çətinliyə düşməsinə
    səbəb olan kəsdir.»[110]
    99.Məani əl-Əxbar:«Əmirəl-möminindən soruşdular ki: ən pis yoldaş kimdir?» Buyurdu:«Allaha qarşı itaətsizliyi sənin gözündə gözəl göstərən kəs!»[111]
    38.Qardaşları sınamaq.
    100.Allahın Peyğəmbəri(s):«Əgər qardaşında üç xislət görsən ona ümid bağla: həya, əmanətçilik, düzlük. Əgər bu üç xisləti görməsən ona ümid bağlama.»[112]
    101.İmam Əli (ə):«Kim düzgün sınaqdan sonra özünə bir qardaş seçsə dostluğu davamlı və möhkəm olar. Kim sınaqsız özünə bir qardaş seçsə pislərlə yoldaşlıq etmək məcburiyyətində qalar.»[113]
    102.İmam Sadiq (ə):«Qardaşlarınızı iki xislət ilə sınayın. Əgər həmin xislətlərə malik olsalar onlarla yoldaşlıq et və əks təqdirdə onlardan uzaqlaş, uzaqlaş, uzaqlaş! (həmin iki xislət bunlardır:) Namazı öz vaxtında qılmağa bağlılıq və qardaşlara çətin və rahat günlərdə yaxşılıq etmək.»[114]
    39.Qardaşlara yol göstərmək.
    103.Allahın Peyğəmbəri(s):«Mömin öz mömin qardaşının güzgüsüdür. (Qardaşı) yanında olmayanda onun yaxşılığını istəyər. O yanında olanda isə xoşagəlməz işləri ondan uzaqlaşdırar.»[115]
    104.İmam Əli (ə):«Öz qardaşına gizlində öyüd-nəsihət verən kəs onu zinətləndirib, aşkar öyüd-nəsihət verən kəs isə onu bədnam və rüsvay edib.»[116]
    105.İmam Sadiq (ə):«Qardaşını xoşagəlməz bir işə düçar görüb həmin işi ondan uzaqlaşdırmaq imkanı ola-ola belə etməyən kəs, şübhəsiz ki, ona xəyanət edib.»[117]
    40.Qardaşlara hörmət.
    106.Allahın Peyğəmbəri(s):«Ümmətimdən hansı bəndə öz din qardaşına mehribançılıq və məhəbbət göstərsə, Allah ona qulluq etmək üçün Cənnət qulluqçularından bir qulluqçu göndərər.»[118]
    107.İmam Sadiq (ə):«Yanına gələn müsəlman qardaşına ehtiram göstərən kəs əslində böyük Allaha hörmət göstərib.»[119]
    41.Qardaşların ehtiyaclarını aradan qaldırmaq.
    108.İmam Əli (ə):«Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bilən zaman (gərək) istəmək (ağız və ya əl açmaq) zəhmətini onun çiynindən götürsün.»[120]
    109.İmam Sadiq (ə):«Nə qədər ki, mömin öz qardaşına kömək edir Allah da ona yardım edər.»[121]
    110.İmam Sadiq (ə):«Kim öz mömin qardaşının bir ehtiyacını təmin etsə, Allah-taala Qiyamət günü onun yüz min ehtiyacını təmin edər.»[122]
    111.İmam Sadiq (ə):«İnsanın qardaşına etimad etməsi üçün öz ehtiyacını ona deməsi kifayətdir.»[123]
    42. Qardaşlığın qaydaları.
    112.Allahın Peyğəmbəri(s):«Sizlərdən biri kiminləsə qardaşlıq etmək istəyəndə gərək onun öz adını, atasının və qəbiləsinin adını, həmçinin onun yaşayış yerini soruşsun. Çünki bu iş, lazımı haqlardan və qardaşlığın səfa-səmimiyyətinə səbəb olan amillərdəndir. Əks təqdirdə bu dostluq ağılsızcasına olan bir dostluqdur.»[124]
    113.Allahın Peyğəmbəri(s):«Qardaşınla gülərüz görüş.»[125]
    114.Biharul-ənvar:«Allahın Peyğəmbəri (s) öz qardaşlarından birini üç gün görməyəndə onun halını xəbər alırdı. Əgər qardaşı şəhərdə olmasaydı ona dua edərdi, şəhərdə olsaydı görüşünə gedərdi və əgər xəstə olsaydı ona baş çəkərdi.»[126]
    6 Ədəb
    43.Ədəb
    115.İmam Əli (ə):«Ədəb insanın kamalıdır.»[127]
    116.İmam Əli (ə):«Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir.» Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.»[128]
    117.İmam Əli (ə):«Ədəb xislətlərin ən gözəlidir.»[129]
    118.İmam Əli (ə):«Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.»[130]
    119.İmam Əli (ə):«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.»[131]
    120.İmam Əli (ə):«Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.»[132]
    121.İmam Əli (ə):«Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.»[133]
    122.İmam Əli (ə):«Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.»[134]
    123.İmam Əli (ə):«Ədəbdən xeyirli şərəf yoxdur.»[135]
    124.İmam Əli (ə):«Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.»[136]
    125.İmam Əli (ə):«Sizin zinətiniz ədəbdir.»[137]
    126.İmam Əli (ə):«Ədəb kimi zinət yoxdur.»[138]
    44.Ədəb və ağıl.
    127.Allahın Peyğəmbəri(s):«Gözəl ədəb ağlın zinətidir.»[139]
    128.İmam Əli (ə):«Hər şey ağla möhtacdır, ağıl isə ədəbə.»[140]
    129.İmam Əli (ə):«Ədəb insanda kökü ağıl olan ağac kimidir.»[141]
    130.İmam Əli (ə):«Kimin ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arasında olan çoban kimidir.»[142]
    131.İmam Hüseyn (ə):«Ağlı olmayanın ədəbi olmaz.»[143]
    45.Nəfsin ədəbləndirilmə və tərbiyəsi.
    132.İmam Əli (ə):«Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin onlara hakim olmasından saxlayın.»[144]
    133.İmam Əli (ə):«Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir.[145]
    46.Ədəbin nəticəsi
    134.Tuhəful-uqul:«Allah-taala İsaya (ə) buyurdu:«Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et.»[146]
    135.Tənbihul-xəvatir:«İsa ibn Məryəmə (ə) dedilər:«Sənə kim ədəb öyrətdi?» Buyurdu:«Heç kəs mənə ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.»[147]
    136.İmam Əli (ə):«Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.»[148]
    137.İmam Əli (ə):«Kim ədəbə könül versə pislikləri azalar.»[149]
    138.İmam Əli (ə):«Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.»[150]
    139.İmam Əli (ə):«Ədəb zehnin itiliyinə səbəb olur.»[151]
    140.İmam Əli (ə):«İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar.»[152]
    47. Ədəbin təfsiri
    141. İmam Əli (ə):«Özünü tərbiyə etməyin üçün başqalarında (görüb) bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir.»[153]
    142.İmam Əli (ə):«Bəndənin ədəbi(ni göstərməsi) üçün nemət və ehtiyaclarında öz Allahından başqa heç kəsi şərik etməməsi kifayətdir.»[154]
    143.İmam Sadiq (ə):«Atam məni üç şeylə tərbiyə etdi. . . . Mənə buyurdu: Oğul! Kim pis dostla yoldaşlıq etsə salamat qalmaz, kim danışığını cilovlamasa peşman olar və kim pis yerlərə daxil olsa töhmətə və bəd gümanlara hədəf olar.»[155]
    48.Ən yaxşı ədəb
    144.İmam Əli (ə):«Ən yaxşı ədəb insanın öz həddində qalması və həddini aşmamasıdır.»[156]
    145.İmam Əli (ə):«Ən yaxşı ədəb səni xoşagəlməz (və haram) işlərdən saxlayandır.»[157]
    146.İmam Əli (ə):«İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir.»[158]
    49.Övladı ədəbləndirməyə təşviq.
    147.Allahın Peyğəmbəri (s):«Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız.»[159]
    148.İmam Əli (ə) İmam Həsənə (ə):«Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.»[160]
    149.İmam Sadiq (ə):«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun…»[161] ayəsi nazil olanda camaat dedi:«Ey Allahın Peyğəmbəri! Özümüzü və ailəmizi necə qoruyaq?» Buyurdu: Özünüz xeyir iş görün, onu öz ailənizin də yadına salın və onları Allaha itaət əsasında tərbiyə edin.»[162]
    150.İmam Rza (ə):«Uşağa göstəriş verin ki, sədəqəni hətta bir tikə çörək və ya bir ovuc şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur.»[163]
    50.Tərbiyənin forması.
    151.Allahın Peyğəmbəri (s):«Övladlarınıza yeddi yaşında namaz öyrədin, on yaşları tamam olandan sonra onları namazı tərk etmələrinə görə tənbeh edin və yataqlarını bir-birindən ayırın.»[164]
    152.Allahın Peyğəmbəri(s):«Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir. Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən (lap yaxşı), əks təqdirdə özbaşına burax. Çünki sən Allah-taalanın dərgahında üzrlüsən.»[165]
    153.İmam Sadiq (ə):«Uşağı on beş yaşından on altı yaşına kimi oruc tutmağa öyrəşdirmək lazımdır.»[166]
    51.Tərbiyədə riayət olunması lazım olan nöqtələr.
    154.Biharul-Ənvar: Allahın Peyğəmbəri(s) əsəbi halda ədəb öyrətməyi qadağan edib.»[167]
    155.İmam Əli (ə):«Yaxşı əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini pislikdən saxla.»[168]
    156.İmam Əli (ə):«Yaxşıları islah etmək onlara ehtiram göstərməklə, pis əməl sahiblərini islah etmək isə cəzalandırmaqladır.»[169]
    157.İmam Əli (ə):«Qardaşını ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə ona bəxşiş etməklə cavab ver.»[170]
    158.İmam Əli (ə):«Pis əməl sahibini (və ya sənə pislik edəni) yaxşı əməlin ilə düzəlt və onu xoş və gözəl danışığınla xeyir və yaxşılığa istiqamətləndir.»[171]
    159.Biharul-Ənvar:«Əbulhəsən Musanın (ə) yanında öz övladımdan şikəyətləndim. O Həzrət buyurdu: Onu vurma, ondan qısa bir müddət küs!»[172]
    52.İlahi ədəb qaydalarına yiyələnmək
    160.İmam Əli (ə):«Kim böyük Allahın ədəb qaydalarına yiyələnsə (həmin ədəb o şəxsi ) əbədi qurtuluşa çatdırar.»[173]
    161.İmam Əli (ə):«Allahın ədəb və tərbiyə qaydaları əsasında düzəlməyən kəs öz ədəbi əsasında (da) düzəlməz.»[174]
    53.Allahın ədəbləndirməsi.
    162.İmam Əli (ə):«Bəla zalımın ədəblənmə amilidir.»[175]
    163.İmam Səccad (ə):«Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə.»[176]
    7 Azan
    54.Azan
    164.Allahın Peyğəmbəri(s):«Bilal! Dur, bizə namazla rahatlıq bəxş et.»[177]
    165.Allahın Peyğəmbəri(s):«Şeytan namaza də‘vət səsini eşidəndə qaçar.»[178]
    166.Allahın Peyğəmbəri(s):«Göyün əhli yer sakinlərindən azan səsindən başqa bir şey eşitmirlər.»[179]
    55.Müəzzin (Azançı)
    167.Allahın Peyğəmbəri(s):«Müəzzinin günahları onun səsi çatan və gözü görən miqdarda bağışlanar. Və hər bir quru və yaş onu (sözlərini) təsdiqləyir və onun azanı ilə namaz qılanların sayı qədər onun üçün savab yazılır.»[180]
    168.İmam Əli (ə):«Azanı gərək sizin ən fəsahətliniz desin və pişnamazlığı dini məsələləri ən yaxşı biləniniz etsin.»[181]
    56.Qulağa azan oxumaq.
    169.Allahın Peyğəmbəri (s):«Ey Əli! Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda Şeytan heç vaxt ona zərər-ziyan vurmaz.»[182]
    170.İmam Sadiq (ə):«Əgər birinin xasiyyəti pisləşsə, onun qulağına azan oxuyun.»[183]
    8 İncitmək
    57.İncitmək
    171.İmam Sadiq (ə):«And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onların kim olmasını bilirsiniz? Onlar qarışqanı da incitməyən kəslərdir.»[184]
    58.Mömini incitmək
    Quran :
    «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»[185]
    Hədis:
    172.Allahın Peyğəmbəri (s):«Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.»[186]
    173.Allahın Peyğəmbəri (s):«Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.»[187]
    174.Allahın Peyğəmbəri (s):«Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.»[188]
    175.İmam Sadiq (ə):«Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə e’lan etsin.»[189]
    59.İncitməmək
    176.Allahın Peyğəmbəri(s):«Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.»[190]
    177.İmam Sadiq (ə):«Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.»[191]
    9 Əsir
    60.Əsir kimi təslim olmaq rəva deyil.
    178.İmam Əli (ə):«Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad olunması üçün beytül-maldan fidyə (əsirin azad olunması üçün ödənilən mal) verilməməlidir. Əgər onun ailəsi istəsə onun fidyəsi öz malından ödənilməlidir.»[192]
    179.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) Əlini (ə) bəraəti[193] elan etmək üçün göndərəndə, onunla birlikdə bir dəstə də göndərdi və onlara belə buyurdu: Kim ağır yaralanmadan əsir kimi təslim olsa bizdən deyil.»[194]
    61.Əsirlə yaxşı rəftar etmək.
    Qur’an:
    «Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər»[195]
    «(Ya Peyğəmbər!) Əlinizdə olan əsirlərə de: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olmasını bilsə sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah bağışlayan və rəhm edəndir.»[196]
    Hədis:
    180.İmam Əli (ə):«Əsirə yemək vermək və onunla xoş davranmaq vacib haqlardandır, hətta onu sabah öldürməli olsan belə!»[197]
    181.İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra Həsən və Hüseynə (ə) buyurdu:«Bu əsiri zindana salın, ona yemək və su verin və əsirlikdə onunla xoş davranın.»[198]
    182.İmam Sadiq (ə):«Əsirə yemək vermək onu əsir götürmüş şəxsin boynunda olan haqdır, hətta o sabah öldürülməli olsa belə! Əsirin kafir və qeyri-kafir olmasından asılı olmayaraq ona su və yemək verilməli (və kölgədə saxlanılmalıdır) və onunla mülayim davranılmalıdır.»[199]
    183.İmam Sadiq (ə):«Əli (ə) zindana salınan şəxsə müsəlmanların beytül-malından yemək verərdi.»[200]



    [1] Ğurərul-Hikəm, hədis 986
    [2] Ğurərul-Hikəm, hədis 606
    [3] Ğurərul-Hikəm, hədis 1705
    [4] Ğurərul-Hikəm, hədis 1148
    [5] Ğurərul-Hikəm, hədis 2888
    [6] Ğurərul-Hikəm, hədis 6342
    [7] Ğurərul-Hikəm, hədis 6361
    [8] Ğurərul-Hikəm, hədis 4187
    [9] Həşr, ayə 9
    [10] Nurus-Səqəleyn, c.5, səh. 285, hədis 53
    [11] Tənbihul-xəvatir, c.1, səh.172
    [12] Nurus-Səqəleyn, c.5, səh.285, hədis 52
    [13] Nurus-Səqəleyn, c.5, səh.470, hədis 20
    [14] Zuxruf, ayə 32
    [15] Qəsəs, ayə 26
    [16] Vəsailuş-Şiə, c.13, səh.244, hədis 3
    [17] əl-Kafi, c.5 səh.90, hədis 3
    [18] əl-Kafi, c.5, səh. 273, hədis 1
    [19] Əmali-Səduq, səh.347, hədis 1
    [20] Biharul-Ənvar, c.103, səh170, hədis 27
    [21] Kənzul-Ummal, hədis 9126
    [22] əl-Fəqih, c.4, səh.10, hədis 4968
    [23] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh. 21
    [24] Ğurərul-Hikəm, hədis10648
    [25] Ğurərul-Hikəm, hədis 9905
    [26] Nəhcül-Bəlağəğnin şərhi, İbn Əbil Hədid, c.18, səh. 221
    [27] Ali-İmran, ayə 145.
    [28] Biharul- ənvar, c.5 səh.142, hədis 14
    [29] Ğurərul–hikəm, hədis 494
    [30] Nəhcül-Bəlağə, Xütbə 190
    [31] Ğurərul-Hikəm, hədis 4778
    [32] Ə’raf, ayə 24.
    [33] Hicr, ayə 4-5.
    [34] Ənam, ayə 2.
    [35] Biharul-Ənvar, c.5, səh.139, hədis 3
    [36] Ğurərul-Hikəm, hədis 4239
    [37] Biharul-Ənvar, c.5, səh.140, hədis 7
    [38] Şura, ayə 20
    [39] Ğurərul-Hikəm, hədis 694+695
    [40] Ğurərul-Hikəm, hədis 6080
    [41] Nəhcül-Bəlağə, məktub 32.
    [42] İsra, ayə 21.
    [43] Nəhcül-Bəlağə, xütbə 114.
    [44] Ğafir,ayə 39.
    [45] Ğurərul-Hikəm, hədis 8298.
    [46] Ğurərul-Hikəm, hədis 4.
    [47] Nisa, ayə 77.
    [48] Ğurərul-Hikəm, hədis 7502
    [49] Ğurərul-Hikəm, hədis 5175+5176
    [50] Ğurərul-Hikəm, hədis 8769
    [51] Tənbihul-Xəvatir, c.2, səh.234
    [52] Biharul-Ənvar, c.77, səh.151, hədis 104
    [53] Ğurərul-Hikəm, hədis 10829
    [54] Hucurat, ayə 10
    [55] Əmali-Mufid, səh.187, hədis 13
    [56] Ğurərul-Hikəm, hədis 5351
    [57] əl-Kafi, c.2, səh.166, hədis 2 və 7
    [58] əl-Kafi, c.2, səh.166, hədis 3
    [59] əl-Kafi, c.2, səh.66 hədis 4
    [60] Kənzul-Ummal, hədis 24642
    [61] Əmali-Səduq, səh.250, hədis 8
    [62] Biharul-Ənvar, c.74, səh.165, hədis 29
    [63] əl-İxtisas, səh.226
    [64] əl-İxtisas, səh.31
    [65] Biharul-Ənvar, c.78, səh.291, hədis 2
    [66] Tuhəful- uqul, səh.322
    [67] Biharul-Ənvar, c.74, səh.279, hədis 1
    [68] Tənbihul-Xəvatir, c.2, səh.179
    [69] Ğurərul-Hikəm, hədis 6191
    [70] Ğurərul-Hikəm, hədis 1795
    [71] Ğurərul-Hikəm, hədis 4225
    [72] Ğurərul-Hikəm, hədis 8978
    [73] Ğurərul-Hikəm, hədis 7776+7777
    [74] Ğurərul-Hikəm, hədis 8552
    [75] əl-Məhasin, c.1, səh.415, hədis 953
    [76] Biharul-Ənvar, c.74, səh.181, hədis 1
    [77] Ğurərul-Hikəm, hədis 5641
    [78] Kəşful-ğümmə, c.2, səh.331
    [79] Biharul-Ənvar, c.74, səh.181
    [80] Nəhcül-Bəlağə,məktub 31
    [81] Biharul-Ənvar, c.77, səh.210, hədis 1
    [82] əl-Məhasin, c.1, səh.415, hədis 950
    [83] Nəhcül-Bəlağə, məktub 31
    [84] Biharul-Ənvar, c.78, səh.121, hədis 4
    [85] Tuhəful-Uqul, səh.54
    [86] Tuhəful-Uqul, səh.323
    [87] Tuhəful-Uqul, səh.324
    [88] Ğurərul-Hikəm, hədis 7503
    [89] Ğurərul-Hikəm, hədis 1042
    [90] əl-İrşad, c.2, səh.166
    [91] əl-Xisal, səh.244, hədis 100
    [92] Biharul-Ənvar, c.74, səh.282, hədis 3
    [93] Kənzul-Ummal, hədis 24759
    [94] Ğurərul-Hikəm, hədis 2461
    [95] Ğurərul-Hikəm, hədis 3645
    [96] Biharul-Ənvar, c.77, səh.269, hədis 1
    [97] Ğurərul-Hikəm, hədis 8166
    [98] Əlamud-Din, səh.304
    [99] Biharul-Ənvar, c.74, səh.166, hədis 29
    [100] Ğurərul-Hikəm, hədis 752
    [101] Ğurərul-Hikəm, hədis 9079
    [102] Tənbihul-Xəvatir, c.2, səh.123
    [103] Ğurərul-Hikəm, hədis 4978
    [104] Ğurərul-Hikəm, hədis 4988
    [105] Ğurərul-Hikəm, hədis 5017
    [106] Ğurərul-Hikəm, hədis 5021
    [107] Ğurərul-Hikəm, hədis 5009
    [108] Ğurərul-Hikəm, hədis 4985
    [109] Biharul-Ənvar, c.74, səh.282, hədis 4
    [110] Nəhcül-Bəlağə, hikmət 479
    [111] Məani əl-Əxbar, səh.198, hədis 4
    [112] Kənzul-Ummal, hədis 24755
    [113] Ğurərul-Hikəm, hədis 8921 və 8923
    [114] əl-Kafi,c.2, səh.672,hədis 7
    [115] Biharul-Ənvar, c.74, səh.233, hədis 29
    [116] Biharul-Ənvar, c.74, səh.166, hədis 29
    [117] Biharul-Ənvar, c.75, səh.65, hədis 2
    [118] əl-Kafi, c.2, səh.206, hədis 4
    [119] Biharul-Ənvar, c.74, səh.298, hədis 32
    [120] Biharul-Ənvar, c.74, səh.166, hədis 29
    [121] Biharul-Ənvar, c.74, səh.322, hədis 89
    [122] Biharul-Ənvar, c.74, səh.89, hədis 90
    [123] əl-Kafi, c.2, səh.198 hədis 8
    [124] Biharul-Ənvar, c.74, səh.166, hədis 30
    [125] Biharul-Ənvar, c.74, səh.171, hədis 38
    [126] Biharul-Ənvar, c.16, səh.233, hədis 35
    [127] Ğurərul-Hikəm, hədis 998
    [128] Mişkatul-ənvar, səh. 135
    [129] Ğurərul-Hikəm, hədis 967
    [130] Ğurərul-Hikəm, hədis 5036
    [131] Ğurərul-Hikəm, hədis 3590
    [132] Ğurərul-Hikəm, hədis 4853
    [133] Ğurərul-Hikəm, hədis 6096
    [134] Biharul-Ənvar, c.75, səh.68, hədis 8
    [135] Biharul-Ənvar, c.71, səh.428, hədis 78
    [136] Tuhəful-Uqul, səh.96
    [137] Nəhcüs-Səadə, c.2, səh.50
    [138] Ğurərul-Hikəm, hədis 10466
    [139] Biharul-Ənvar, c.77, səh.31, hədis 41
    [140] Ğurərul-Hikəm, hədis 6911
    [141] Ğurərul-Hikəm, hədis 2004
    [142] Ğurərul-Hikəm, hədis 8886
    [143] Biharul-Ənvar, c.78, səh.111, hədis 6
    [144] Ğurərul-Hikəm, hədis 4522
    [145] Biharul-Ənvar, c.2, səh.56, hədis 33
    [146] Tuhəful-Uqul, səh.500
    [147] Tənbihul-Xəvatir, c.1, səh.96
    [148] Ğurərul-Hikəm, hədis 5520
    [149] Ğurərul-Hikəm, hədis 8271
    [150] Ğurərul-Hikəm, hədis 4786
    [151] Ğurərul-Hikəm, hədis 4333
    [152] Ğurərul-Hikəm, hədis 4174
    [153] Biharul-Ənvar, c.70, səh.73, hədis 27
    [154] Biharul-Ənvar, c.94, səh.94, hədis 12
    [155] Tuhəful-Uqul, səh.376
    [156] Ğurərul-Hikəm, hədis 3241
    [157] Ğurərul-Hikəm, hədis 3298
    [158] Ğurərul-Hikəm, hədis 5932
    [159] Biharul-Ənvar, c.104, səh.95, hədis 44
    [160] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.16, səh.66
    [161] Təhrim, ayə 6
    [162] Müstədrəkul-Vəsail, c.12, səh.201, hədis 13882
    [163] əl-Kafi, c.4, səh.4, hədis 10
    [164] Kənzul-Ummal, hədis 45330
    [165] Məkarimul-Əxlaq, c.1, səh.478, hədis 1649
    [166] Biharul-Ənvar, c.103, səh.162, hədis 6
    [167] Biharul-Ənvar, c.79, səh.102, hədis 2
    [168] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh. 410
    [169] Biharul-Ənvar, c.78, səh.82, hədis 81
    [170] Biharul-Ənvar, c.71, səh.427, hədis 76
    [171] Ğurərul-Hikəm, hədis 2304
    [173] Biharul-Ənvar, c.92, səh.214, hədis 13
    [174] Ğurərul-Hikəm, hədis 9001
    [175] Biharul-Ənvar, c.81, səh.198, hədis 55
    [176] İqbalul-əmal, c.1, səh.157
    [177] Kənzul-Ummal,hədis 20954
    [178] Kənzul-Ummal, hədis 20951
    [179] Kənzul-Ummal, hədis20934
    [180] Biharul-Ənvar, c.84, səh.104, hədis 2, əl-müqniə, səh.98
    [181] Dəaimul-islam, c.1, səh.147
    [182] Tuhəful-Uqul, səh.13
    [183] Biharul-Ənvar, c.104, səh.122, hədis 61
    [184] Təfsir əi-Qumi, c.2, səh.146
    [185] Əhzab, ayə 58
    [186] Biharul-Ənvar, c.67, səh.72, hədis 40
    [187] Biharul-Ənvar, c.75, səh.150, hədis 13
    [188] Biharul-Ənvar, c.75, səh.150, hədis 13
    [189] əl-Kafi, c.2, səh.350, hədis 1
    [190] Biharul-Ənvar, c.75, səh.54, hədis 19
    [191] əl-Xisal, səh.17, hədis 60
    [192] əl-Kafi, c.5, səh.34, hədis 3
    [193] Müşriklərin Məkkəni tərk etmələri vaxtını
    [194] əl-Kafi, c.5, səh.34, hədis2
    [195] İnsan, ayə8
    [196] Ənfal, ayə 70
    [197] Vəsailuş-Şiə, c.11, səh.69, hədis 3
    [198] Müstədrəkul-Vəsail, c.11, səh.78, hədis 12467
    [199] əl-Kafi, c.5, səh.35, hədis 2
    [200] Vəsailuş-Şiə, c.11, səh.69, hədis 2
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 1883 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017