İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1731
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • shia313114
  • Behruz_84
  • melo
  • turalini
  • Asif
  • sehleb
  • Jazesinomo
  • Seadet
  • HozardbiT
  • ClyzePrisy
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)

    31 İman
    172.İman və İslam
    Quran:
    «Bədəvi ərəblər dedilər:«Biz iman gətirdik.» De:«Siz iman gətirmədiniz. Ancaq İslamı qəbul etdik deyin. İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır.»[624]
    Hədis:
    583.İmam Baqir (ə):«İman iqrar və əməl etməkdir, İslam isə əməlsiz iqrar etməkdir.»[625]
    584.İmam Sadiq (ə):«İman qəlblərdə yerləşir. İslam isə nigah, irs və qanın qorunmasının bağlı olduğu şeydir.»[626]
    173.İmanın həqiqəti
    585.Allahın Peyğəmbəri (s):«İman iddia və arzu ilə deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi şeydir.»[627]
    586.Allahın Peyğəmbəri (s):«İman qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir.»[628]
    587.Allahın Peyğəmbəri (s):«İman səbr və güzəştdir.»[629]
    588.Allahın Peyğəmbəri (s):«Hər bir şeyin həqiqəti var. Heç bir bəndə ona çatan şeyin çatmamasının qeyri-mümkünlüyünü, həmçinin ona çatmayan şeyin çatmasının qeyri-mümkünlüyünü bilməyincə həqiqətə çatmaz.»[630]
    589.Allahın Peyğəmbəri (s):«Bəndə Allaha görə qəzəblənib Allaha görə sevinməyincə imanın həqiqətinə çatmaz. Belə olan zaman o imanın həqiqətinə layiq olub.»[631]
    590.Allahın Peyğəmbəri (s):«Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəməyincə mömin deyil.»[632]
    591.İmam Əli (ə):«İman əməli (Allaha görə) saflaşdırmaqdır.»[633]
    592.İmam Əli (ə):«İman çətinlik və giriftarçılıq zamanı səbrlilik, rahatlıq və nemət içində olan zaman isə şükr etməkdir.»[634]
    593.İmam Əli (ə):«İmanın başı düzlük və doğruçuluqdur.»[635]
    594.İmam Əli (ə):«Heç bir bəndənin imanı onun, Allahın yanında olanlara inam və etimadı öz əlində olanlardan çox olmayınca düz deyil.»[636]
    595.İmam Sadiq (ə):«Həqiqi imanın əlamətlərindən biri sənin haqqı – hətta öz ziyanına olsa belə – batildən, hətta öz xeyrinə olsa belə – üstün tutmağındır.»[637]
    174.İman və əməl
    596.Allahın Peyğəmbəri (s):«İman ilə əməl bir ipə bağlanmış iki qardaşdırlar. Allah onların birini digəri olmadan qəbul etmir.»[638]
    597.Allahın Peyğəmbəri (s):«Mürciə»ni – (yəni) «iman əməlsiz sözdür» deyənləri yetmiş peyğəmbər Lənətləyib.»[639]
    598.İmam Əli (ə):«Əgər iman təkcə söz olsaydı oruc, namaz, halal və haram nazil olmazdı.»[640]
    599.Mə‘sum (ə):«İman başdan ayağa əməldir. Söz Allahın vacibliyini öz kitabında bəyan etdiyi əməlin bir hissəsidir.»[641]
    175.İman və günahlar
    600.Allahın Peyğəmbəri (s):«Heç bir yaxşılıq kafiri küfründən çıxarmadığı kimi heç bir günah mömini imanından çıxarmaz.»[642]
    601.Allahın Peyğəmbəri (s):«Kim xalis və saf niyyətlə «لا اله الا الله» «la ilahə illəllah» (Allahdan başqa bir tanrı yoxdur) desə Cənnətə daxil olar.» Deyildi:«Onu necə xalisləşdirmək olar?» Buyurdu:«Onu Allahın haram buyurduqlarından saxlamaqla.»[643]
    602.Allahın Peyğəmbəri (s):«لا اله الا الله» kəlməsi onu deyən üçün həmişə onu yüngül hesab etmək istisna olmaqla xeyirli olar. Onun yüngül sayılması günahkarlığın aşkar olması, çirkin sayılmaması və aradan qaldırılması fikrinə düşülməməsidir.»[644]
    603.İmamKazim (ə) «böyük günahlar imanın aradan getməsinə səbəb olur?» sualının cavabında buyurmuşdur:«Bəli, hətta böyük olmayan günahlar (da imanın aradan getməsinə səbəb olur)! Allahın Peyğəmbəri (s) buyurub:«Zinakar mömin olan halda zina, oğru iman halında oğurluq etmir.»[645]
    176.İmanı kamilləşdirən amillər
    604.Allahın Peyğəmbəri (s):«Üç şeyə malik şəxsin . Allah yolunda heç bir qınayanın töhmətindən qorxmayanın, özünün heç bir işində riyakarlıq etməyənin və biri dünyaya, digəri isə axirətə aid olan təqdim olunmuş iki şeydən axirət işini dünyadan üstün tutan şəxsin imanı kamildir.»[646]
    605.Allahın Peyğəmbəri (s):«Bəndə özü üçün sevdiyi şeyi qardaşı üçün də sevməyincə, zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə çatmaz.»[647]
    606.Allahın Peyğəmbəri (s):«Bəndədə beş xislət olmayınca onun Allaha olan imanı kamilləşməz:«Allaha təvəkkül etmək, Allahın əmrinə boyun əymək, Allahın qəzavü-qədərinə razı olmaq və Allahın göndərdiyi bəlaya səbr etmək. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha görə əsirgəsə imanı kamal həddinə çatdırıb.»[648]
    607.İmam Əli (ə):«Sizin imanı daha kamil olanınız əxlaqı daha gözəl olanınızdır.»[649]
    608.İmam Əli (ə):«Hər kimdə üç şey olsa imanı kamildir: Ağıl, səbr və elm.»[650]
    609.İmam Əli (ə):«Bəndə Allahın sevdiyini sevməyincə və Allahın sevmədiyinə nifrət bəsləməyincə imanı kamilləşməz.»[651]
    610.İmam Sadiq(ə):«Üç xislət olmayınca heç bir bəndə imanını kamilləşdirə bilməz: Dini dərk etmək, maliyə məsələlərini düzgün proqramlaşdırmaq və bəla və çətinliklər müqabilində səbr.»[652]
    177.İmanın artması
    Quran:
    «Allahın ayələri onlara oxunanda (həmin ayələr) imanlarını daha da artırar»[653]
    Həmçinin müraciət edin: Bəqərə 26; Kəhf 13, 14; Əhzab 22; Fəth 4; Mücadilə 22.
    Hədis:
    611.İmam Əli (ə):«İman qəlbdə bir ağ nöqtə kimidir ki, iman artdıqca həmin ağ nöqtə də böyüyər və iman kamilləşəndə qəlbin hamısı ağarar.»[654]
    178.İmanın dərəcələri
    612.Allahın Peyğəmbəri (s):«İmanın ən üstünü Allahın hər yerdə səninlə olmasını bilməyindir.»[655]
    613 Allahın Peyğəmbəri (s):«İmanın ən üstünü səbr və güzəştdir.»[656]
    614.Allahın Peyğəmbəri (s):«İmanın yetmiş neçə qolu var. Onların ən üstünü «لا اله الا الله» demək, ən aşağısı isə əziyyətə səbəb olan şeyləri camaatın yolundan qaldırmaqdır. Həya da imanın bir qoludur.»[657]
    615.İmam Əli (ə):«İmanın ən üstünü (Allah barəsində) yəqinliyin gözəl şəkildə olmasıdır.»[658]
    616.İmam Sadiq (ə):«İman on pilləsi olan və pillələri biri digərindən sonra qət edilən nərdivan kimidir. Buna görə də ikinci pillədəkilərdən tutmuş onuncu pillədə olanlara kimi heç kəs birinci pillədə olana «sən bir şey deyilsən» deməməlidir. (Yəni hətta onuncu pillədə olsa da özündən aşağıdakına belə söz deməməlidir. ) Özündən aşağı pillədə olanı yerə salma ki, səndən yuxarıda olan da səni salar. Birinin səndən bir pillə aşağıda olmasını görəndə mehribanlıq və mülayimliklə onu özünə tərəf yuxarı çək, onun çiyninə qüdrətindən artıq yük qoyma ki, onu sındırarsan. Kim mömini sındırsa, gərək onun sınığını müalicə etsin.»[659]
    617.İmam Sadiq (ə):«Allah imanı yeddi hissəyə bölüb: yaxşılıq, düzlük və doğruçuluq, yəqinlik, razılıq, vəfadarlıq, elm və səbr.»[660]
    179.İmanın sütunları
    618.Allahın Peyğəmbəri (s):«İman on şeydədir: tanımaq, (Allaha) itaət, elm, əməl, pəhrizkarlıq, çalışqanlıq, səbr, yəqinlik, razılıq, (Allah qarşısında) təslim olmaq. Bu on sütundan hər hansı biri çatmasa imanın nəzmi pozular.»[661]
    619.İmam Əli (ə):«İman dörd sütun üzərində möhkəmlənib: Allaha təvəkkül, işləri Allaha həvalə etmək, Allahın əmrinə boyun qoymaq, Allahın qəzavü-qədərinə razı olmaq.»[662]
    620.İmam Əli (ə):«İffətlilik və kifayət edəcək miqdara razı olmaq, imanın sütunlarındandır.»[663]
    180.İmanın ən möhkəm halqaları
    621.Allahın Peyğəmbəri (s):«İmanın ən möhkəm halqaları Allahı sahib və hami bilmək, Allaha görə sevmək və nifrət bəsləməkdir.»[664]
    622.Allahın Peyğəmbəri (s):«Ən möhkəm tutacaq təqva kəlməsidir.»[665]
    181.Möhkəm iman, müvəqqəti və qeyri-sabit iman
    623.İmam Əli (ə):«İmanın bir hissəsi qəlblərdə möhkəm və sabitdir. Digər bir hissəsi isə məlum zamana (ölümə) kimi qəlblərlə sinələr arasında müvəqqəti və qeyri-sabitdir.»[666]
    182.İmanın möhkəmlənmə amilləri
    624.İmam Sadiq (ə) bəndədə imanın möhkəmlənməsinə səbəb olan amillər barəsindəki sualın cavabında buyurmuşdur:«İmanı qəlbdə möhkəmləndirən pəhrizkarlıq, onu qəlbdən çıxaran isə tamah və hərislikdir.»[667]
    625.İmam Sadiq (ə):«Möminin imanı ancaq əməli ilə möhkəmlənər və əməl imanın bir hissəsidir.»[668]
    183.İmanın tamını dadmaq
    626.Allahın Peyğəmbəri (s):«İmanın tamını üç şeyə malik olan şəxs dadıb: heç bir şeyi Allahdan və onun Peyğəmbərindən çox sevməyən kəs, odda yandırılmağı dinindən əl çəkməkdən daha yaxşı sayan kəs və Allaha görə dostluq və düşmənçilik edən kəs.»[669]
    627.İmam Əli (ə):«Bəndə istər doğru, istərsə də zarafat ilə yalan deməyi tərk etməyincə imanın tamını dadmaz.»[670]
    628.İmam Əli (ə):«Heç bir bəndə ona çatan şeyin çatmamasının qeyri-mümkünlüyünü, həmçinin ona çatmayan şeyin çatmasının qeyri-mümkünlüyünü, eləcə də xeyir və ziyanın ancaq və ancaq Allah-taalanın əlində olmasını bilməyincə imanın tamını dadmaz.»[671]
    629.İmam Əli (ə):«İnsanda üç xislət olmayınca imanın tamını dadmaz: dini bilik, bəlalar qarşısında səbr və məişət işlərində düzgün proqram.»[672]
    183.İmanın şirinliyini dadmamaq
    630.Allahın Peyğəmbəri (s):«Kimin ən çox fikir və təlaşı nəfsi istəklərə çatmaq olsa imanın şirinliyi onun qəlbindən çəkilib çıxarılar.»[673]
    631.İmam Sadiq (ə):«Qəlbləriniz dünyadan üz çevirməyincə onlara imanın şirinliyini dadmaq haram edilib.»[674]
    185.İmanı aradan aparan amillər
    632.Allahın Peyğəmbəri (s):«Küfrün ən azı insanın qardaşından bir söz eşidərək həmin sözü onu rüsvay etmək üçün yadında saxlamasıdır. Onların yaxşılıqda payları yoxdur.»[675]
    633.İmam Sadiq (ə):«Şübhəsiz ki, bəndə hamısı bir-birinə oxşayan və məlum olan beş iş səbəbindən imandan çıxmış olur: küfr, şirk, azğınlıq, pozğunluq, böyük günahlar etmək.»[676]
    186.İmanla bir araya sığmayan şeylər
    634.Allahın Peyğəmbəri (s):«İki xislət var ki, onlar mömində bir yerə toplaşmaz: xəsislik və ruzi barəsində pis gümanda olmaq.»[677]
    635.Allahın Peyğəmbəri (s):«Mömində iki xislət olmaz: hərislik və pis xasiyyətlilik.»[678]
    636.Allahın Peyğəmbəri (s):«Mömin hər bir xislətə adət edər , amma yalançılıq və xəyanətə adət etməz.»[679]
    637.İmam Sadiq (ə):«Altı şey mömində olmaz: ruzisizlik (və ya xeyirsizlik), həsəd, tərslik, yalan, (başqalarının haqqına) təcavüz edərək zor işlətmək.»[680]
    187. Möminin hörməti
    638.Allahın Peyğəmbəri (s):«Allah-taala buyurub: İzzət və cəlalıma and olsun ki, mömin bəndəmdən sevimli bir varlıq yaratmamışam.»[681]
    639.Allahın Peyğəmbəri (s):«Mömin Allah dərgahında Onun ən yaxın mələklərindən də hörmətlidir.»[682]
    640.İmam Sadiq (ə):«Möminin hörməti Kəbədən də artıqdır.»[683]
    188.Möminlər bir bədən kimidirlər
    641.Allahın Peyğəmbəri (s):«Möminlər bir-birlərini sevmək, qarşılıqlı mehribançılıq və məhəbbət baxımından bir bədən kimidirlər. Onun bir üzvi ağrıyanda digər üzvləri yuxusuzluq və qızdırma bürüyər.»[684]
    642.Allahın Peyğəmbəri (s):«Möminlərin qanları bərabərdir, onlar başqaları müqabilində əlbirdirlər və əgər onların ən aşağısı (düşmənə) pənah versə digərləri həmin pənaha hörmət qoyarlar.»[685]
    189.Mömin kimdir?
    Quran:
    «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.* O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.* Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir.»[686]
    Hədis:
    643.Allahın Peyğəmbəri (s):«Mömin elə yumşaq və mülayimdir ki, sən onun axmaq olmasını zənn edərsən.»[687]
    644.Allahın Peyğəmbəri (s):«Mömin camaatın öz mal və canını etibar etdiyi kəsdir.»[688]
    645.Allahın Peyğəmbəri (s):«Mömin o kəsdir ki, nəfsi onun əlindən əziyyətdədir, camaat isə asayiş və rahatlıqda!»[689]
    646.Allahın Peyğəmbəri (s):«Mömin salamı əvvəl verər, münafiq isə «gərək mənə salam versinlər» deyər.»[690]
    647.Allahın Peyğəmbəri (s):«Mömin ünsiyyət qurur və onunla ünsiyyət qurulur. Ünsiyyət qurmayan və ünsiyyət qurulmayan kəsdə xeyir-bərəkət yoxdur. İnsanların ən yaxşısı camaat üçün daha xeyirli olan kəsdir.»[691]
    648.Allahın Peyğəmbəri (s):«Özünün yaxşı işinə sevinən və pis işindən narahat olan kəs mömindir.»[692]
    649.Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur:«Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin... Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır. Xərci azdır, çox kömək və yardım edir...İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür. Gözləri aşağı baxır. Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır. Sözünü ölçüb-biçir və dilini lal edir... Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə inkar etmir. Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir... Dünyapərəstlərlə rəftar edəndə onların ən zirəngi, axirət axtaranlarla olanda onların ən pəhrizkarıdır.»[693]
    650.İmam Əli (ə):«Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (çox hövsələli və geniş ürəklidir). Nəfsi isə hər şeydən xardır. Özünü yuxarı tutmağı sevmir və şan-şöhrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir... Sükutu çoxdur və vaxtı boş keçmir. Şükr edən və səbrlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir. Mülayim və mehribandır. İradəsi çaxmaq daşından da möhkəmdir, amma bununla belə quldan da həqir və xardır.»[694]
    651.İmam Əli (ə):«Mömin şadlıq və asayiş zamanı şükr edən, bəla və çətinlik zamanı səbrli , naz-nemət içində olan zaman isə qorxu içindədir.»[695]
    652.İmam Əli (ə):«Mömin sadə qəlbli (hiylə-kələksiz) və alicənabdır. Öz nəfsindən arxayındır və həmişə qorxu (Allah qorxusu) və qəm içindədir.»[696]
    653.İmam Əli (ə):«Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir.»[697]
    654.İmam Əli (ə):«Mömin öz dinini dünyası ilə təmizləyn kəsdir. Günahkar o şəxsdir ki, dünyasını dini ilə qoruyur.»[698]
    655.İmam Səccad (ə):«Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.»[699]
    656.İmam Sadiq (ə):«Mömin yaxşı və xərci-zəhməti az olan bir yardımçıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır.»[700]
    657.İmam Sadiq (ə):«Mömin dində qüvvətli, yumşaqlıqda uzaqgörəndir. İmanı yəqinliklədir. (Dini) başa düşməyə həris, doğru yolu getməkdə şövqlüdür... İş və çətinliklərinin olmasına baxmayaraq namazını tərk etmir.»[701]
    658.İmam Sadiq (ə):«Mömin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gözəl, batini sağlam və düz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və çox danışmaqdan çəkinsin.»[702]
    659.İmam Rza (ə):«Mömində üç xasiyyət olmayınca o mömin deyil: bir xüsusiyyət Allahından, bir xüsusiyyət Peyğəmbərindən (s) və bir xüsusiyyət Allahın vəlisindən (ə). Rəbbinin xüsusiyyəti sirri örtülü saxlamaq, Peyğəmbərinin (s) xüsusiyyəti xalqla mülayimlik və Allahın vəlisinin xüsusiyyəti çətinlik və sıxıntılarda səbrli olmaqdır.»[703]
    190. Möminin möhkəmliyi
    660.İmam Baqir (ə):«Mömin dağdan da möhkəmdir. Dağdan bir şey azalar, amma möminin dinindən bir şey azalmaz.»[704]
    661.İmam Sadiq (ə):«Mömin dəmir parçasından da möhkəmdir. Dəmir parçası oda qoyulanda dəyişir, amma mömin dəfələrlə öldürülsə də qəlbində dəyişiklik yaranmır.»[705]
    191.Hər şeyin möminin qarşısında tə‘zim etməsi
    662.İmam Sadiq (ə):«Mömin o kəsdir ki, hər bir şey ondan qorxur. Çünki o Allahın dinində qüdrətli və izzət sahibidir, heç nədən qorxmur və bu onun nişanəsidir.»[706]
    663.İmam Sadiq (ə):«Hər şey hətta yerin həşərat, sürünən və yırtıcıları və göyün quşları möminin qarşısında təslimdirlər.»[707]
    192.Möminlər azdırlar
    664.İmam Əli (ə):«Allah yer üzünü insanların ehtiyaclarından xəbərdar olan və nicat, qurtuluş yolunda elm öyrənən kəsdən boş qoymayıb. Əlbəttə, onların sayı azdır. Allah bunu (keçmiş) peyğəmbərlərin ümmətlərinin içində aydınlaşdırıb və onları gələcək nəsillər üçün nümunə edib. Məsələn, Nuhun qövmü barəsində: «Onunla birlikdə çox az adam iman gətirdi.»[708]
    665.İmam Sadiq (ə):«Mömin qadın mömin kişidən, mömin kişi isə qırmızı kibritdən də az tapılandır. Sizlərdən hansınız qırmızı kibrit görmüsünüz?!»[709]
    193.Möminin əlamətləri
    666.İmam Səccad (ə):«Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.»[710]
    667.İmam Sadiq (ə) «möminin mömin olması nə ilə bilinir?» sualının cavabında buyurmuşdur:«Allah qarşısında təslim olması və düçar olduğu sevinc və kədərlə razılaşması ilə.»[711]
    194.Möminlərin ən yaxşısı
    668.İmam Əli (ə):«Möminlərin ən yaxşısı can, ailə və malını (Allah yolunda) daha çox təqdim edəndir.»[712]
    669.İmam Əli (ə):«Möminlərdən o şəxsin imanı daha üstündür ki, verdiyi və aldığı, qəzəb və sevinci Allaha görədir.»[713]
    Görməyə-görməyə peyğəmbərə iman gətirənin fəziləti
    670.Allahın Peyğəmbəri (s):«Məni görən şəxsin iman gətirməsi təəccüblü deyil, bəlkə əksinə, yazılı vərəqləri görüb əvvəlindən axırına kimi ona iman gətirənlərin iman gətirmələri təəccüblüdür.»[714]
    671. Allahın Peyğəmbəri(s):« Qardaşlarımı nə vaxt görəcəyəm?» Soruşdular:«Məgər biz sizin qardaşlarınız deyilik?» Buyurdu:«Siz mənim səhabələrimsiniz, mənim qardaşlarım mənə görmədən iman gətirən kəslərdir. Onları görmək şövqündəyəm.»[715]
    32 Əmanətdarlıq
    196.Əmanətdarlıq
    Quran:
    «O kəslər ki, əmanətlərinə və əhdlərinə əməl edirlər.»[716]
    Hədis:
    672.İmam Əli (ə):«İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır.»[717]
    673.İmam Baqir (ə):«Üç şey var ki, Allah onlar barəsində heç kəsə istədiyi kimi davranmaq icazəsi verməyib: əmanəti yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq sahibinə qaytarmaq, həm yaxşı və həm də pis əməl sahibi ilə olan əhd-peymana vəfalı olmaq, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək.»[718]
    674.İmam Sadiq (ə):«Əmanətdarlıq zənginlikdir.»[719]
    197.Əmanəti hər halda qaytarmaq vacibdir
    675.İmam Əli (ə):«Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə.»[720]
    676.İmam Sadiq (ə):«Allahdan qorxun və əmanəti sizə etibar edən şəxsə qaytarın. Hətta Əmirəl-mömininin (ə) qatili mənə bir əmanət tapşırsa əmanəti mütləq ona qaytararam.»[721]
    677.İmam Sadiq (ə):«Əmanəti (sahibinə) qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə.»[722]
    198.Əmanətdar olmayanın imanı yoxdur
    678.Allahın Peyğəmbəri (s):«Əmanətdar olmayanın imanı yoxdur.»[723]
    679.Allahın Peyğəmbəri (s):«Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil.»[724]
    199.Əmanətin nəticələri
    680.Loğman (ə):«Oğlum! əmanəti (sahibinə) qaytar ki, dünya və axirətin salamat olsun. Əmanətdar ol ki, zəngin olasan.»[725]
    681.Allahın Peyğəmbəri (s):«Əmanətdarlıq zənginlik gətirir, (əmanətə) xəyanət yoxsulluq.»[726]
    682.İmam Əli (ə):«Əmanətdarlıq güclənən zaman düzlük artar.»[727]
    200.Əmanət tapşırılmamalı kəslər
    683.Allahın Peyğəmbəri (s):«Allah e'tibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı e'tibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib.»[728]
    684.İmam Baqir (ə):«E'tibarlı və əmanətdar adam sənə xəyanət etməyib, bəlkə sən xainə əmanət tapşırmısan.»[729]
    685.İmam Sadiq (ə):«Mənim üçün xainə əmanət tapşırmaqla əmanəti qorumayıb zay edən kəsə əmanət tapşırmaq arasında heç bir fərq yoxdur.»[730]
    33 Sığınacaq vermək
    201.Sığınacaq
    686.Allahın Peyğəmbəri (s):«Səndən öz canı üçün pənah və sığınacaq istəyəni öldürmə.»[731]
    687.Allahın Peyğəmbəri (s):«Mən birinin canına pənah və sığınacaq verib sonra onu öldürən kəsdən uzaq və bizaram, hətta əgər öldürülən kafir olsa belə.»[732]
    202.Əhd-peymana vəfa etmək
    688.İmam Əli (ə):«Əhd-peymanların mıxlarını möhkəm edin.»[733]
    689.İmam Əli (ə) Malik Əştərlə olan əhdnaməsində buyurmuşdur:«Əgər düşməninlə əhd-peyman bağlasan və ya ona pənah və aman libası geydirsən, əhdinə vəfa et və verdiyin pənah ilə peymanına riayət et, özünü verdiyin pənah və sığınacağa sipər et. Çünki insanlar ziddiyyətli istəklər və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfalı olmağı uca tutmaq kimi heç nə barəsində tam yekdil deyildirlər.»[734]
    203.Əhd-peyman və pənahlara hörmətlə yanaşmaq
    690.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən aşağı məqam sahibi onların hamısı tərəfindən pənah və sığınacaq verə bilər.»[735]
    691.Allahın Peyğəmbəri (s):«Müsəlmanlar qardaşdırlar, qanları bərabərdir, onların ən aşağı məqama malik olanı pənah verə bilər. Onlar yadlar qarşısında əlbir və müttəfiqdirlər.»[736]
    34 Ünsiyyət
    204.Ünsiyyət
    692.İmam Əli (ə):«Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə.»[737]
    693.İmam Sadiq (ə):«Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost.»[738]
    694.İmam Rza (ə):«Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar.»[739]
    205. Allahla ünsiyyətdə olmaq
    695.Allahın Peyğəmbəri (s):«Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər.»[740]
    696.İmam Əli (ə):« Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar.»[741]
    697.İmam Sadiq (ə):«Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər.Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin.»[742]
    698.İmam Əskəri (ə):«Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz.»[743]
    35 İnsan
    206.İnsanın kəramət və əzəməti
    Quran:
    «Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik.»[744]
    Hədis:
    699.Allahın Peyğəmbəri (s):«Allah yanında heç nə Adəm övladından hörmətli deyil.» Soruşdular:«Ey Allahın Peyğəmbəri, hətta mələklər?» Buyurdu:«Mələklər günəş və ay kimi məcburdurlar.»[745]
    700.Allahın Peyğəmbəri (s):«İnsandan başqa heç nə öz tayından min dəfə üstün deyil.»[746]
    701.İmam Sadiq (ə) Abdullah ibn Sənanın «mələklər üstündür yoxsa insan?» sualının cavabında buyurmuşdur: Əmirəl-möminin Əli ibn əbu Talib (ə) buyurmuşdur:«Allah mələklərdə ağıl qoyub, nəfsi istəklər qoymayıb, heyvanlarda nəfsi istəklər qoyub ağıl qoymayıb. Adəm övladında isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs mələklərdən də yaxşıdır, nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir.»[747]
    207.İnsanın yaranmasının fəlsəfəsi
    Quran:
    «Mən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir şey üçün yaratmamışam.»[748]
    «Əgər Rəbbin istəsəydi bütün insanları tək bir ümmət edərdi. Lakin onlar Rəbbinin rəhm etdiyi və bunun üçün yaratdığı kəslər istisna olmaqla, həmişə müxtəlif olacaqlar.»[749]
    Hədis:
    702.İmam Əli (ə):«Allahdan qorxmağa əmr edilmisiniz və (Allaha) itaət etmək üçün yaradılmısınız.»[750]
    703.İmam Hüseyn (ə):«Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın.» Bir nəfər dedi:«Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?» Buyurdu:«(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır.»[751]
    704.İmam Sadiq (ə) dinsiz bir şəxsin «Allah yaratdıqlarına ehtiyacı olmaya-olmaya, onları yaratmağa məcbur olmadığı, bizi oyuncaq etmək Ona yaraşmadığı halda məxluqatı nə üçün yaratdı?» sualının cavabında buyurmuşdur:«O, məxluqatı öz hikmətini göstərmək, öz elmini yerinə yetirmək və öz tədbirini (həyata) keçirmək üçün yaratdı.»[752]
    705.İmam Sadiq (ə) «Onlar hələ də ixtilafdadırlar, Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Onları bunun üçün yaratmışdır» ayəsinin təfsirində buyurmuşdur:«Allah onları yaratdı ki, Onun rəhm və mərhəmətinə səbəb olan iş görsünlər və onlara rəhm etsin.»[753]
    208.İnsanın zəif və acizliyi
    Quran:
    «İnsan zəif yaradılmışdır.»[754]
    Hədis:
    706.İmam Əli (ə):«Yazıq Adəm övladı! Əcəli məxfi, xəstəliyi gizli, əməlləri isə yazılıb. Ağcaqanad incidir, boğazda qalan qurtum onu əldən salır və tər onu iyləndirir!»[755]
    209.İnsanlıq meyarı
    707.İmam Əli (ə):«İnsan(ın dəyəri) onun iki kiçik üzvü – qəlb və dili ilədir. Vuruşanda qəlbi ilə vuruşsun və danışanda aydın və yetərli danışsın.»[756]
    36 Xəsislik
    210.Xəsislik
    Quran:
    «O kəslər ki, özləri xəsislik edir, başqalarını da xəsisliyə əmr edirlər və Allahın öz lütfündən onlara bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq.»[757]
    «Bilin, sizi (malınızı) Allah yolunda sərf etməyə də‘vət edirlər. Sizdən Bəziləri xəsislik edirlər. Kim xəsislik etsə, özünə xəsislik edib. Çünki Allah ehtiyacsız, siz isə möhtaclarsınız. Əgər üz döndərsəniz O, sizin yerinizə əsla sizin kimi olmayan bir qövm gətirər.»[758]
    Həmçinin müraciət edin: Nisa 53; İsra 100; Hədid 24; Qələm 12.
    Hədis:
    708.İmam Əli (ə):«Xəsislik bütün nöqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis şəxsi) hər bir pisliyə tərəf çəkən bir cilovdur.»[759]
    709.İmam Əli (ə):«Xəsislik ardır.»[760]
    710.İmam Əli (ə):«Xəsislik yoxsulluq kürküdür.»[761]
    711.İmam Əli (ə):«Əlində olana xəsislik etmək Tanrı barəsində bədgümanlıqdır.»[762]
    712. İmam Əli (ə):«Malında xəsislik edən kəs xar, dinində xəsislik edən kəs isə başıuca olar.»[763]
    713.İmam Həsən (ə) atasının ondan «paxıllıq» barəsindəki sualının cavabında buyurmuşdur:«Paxıllıq – əlində olanı şərəf amili sanmaq, (Allah yolunda) xərclənəni isə tələf olub bada getmiş güman etməkdir.»[764]
    714.İmam Sadiq (ə):«Paxıl Allahın haqqını verməyən və (malını) Allah-taalanın yolundan başqa yolda xərcləyəndir.»[765]
    715.İmam Sadiq (ə):«Paxıllıq xəsislikdən daha pisdir. Çünki xəsis öz əlində olana xəsislik edir. Paxıl isə həm başqalarının əlində olana və həm də öz malına xəsislik edir. O yerə kimi ki, camaatın əlində gördüyü hər bir şeyin halal və ya haram yolla onun olmasını arzulayır. Allahın onun ruzisi etdiyindən nə doyur və nə də bəhrələnir.»[766]
    716.İmam Rza (ə):«Xəsislik abrı bada verir.»[767]
    717.İmam Hadi (ə):«Xəsislik ən məzəmmət olunmuş xislətdir.»[768]
    211.Xəsis
    718.Allahın Peyğəmbəri (s):«İnsanların içərisində ən az rahatlığı olanı xəsisdir.»[769]
    719.İmam Əli (ə):«Xəsis öz varislərinin xəzinədarıdır.»[770]
    720.İmam Əli (ə):«Xəsislik öz yoldaşını xar, ondan uzaqlaşanı isə möhtərəm edir.»[771]
    721.İmam Əli (ə):«Xəsisin heç bir dostu olmaz.»[772]
    722.İmam Əli (ə):«Xəsisə təəccüb edirəm ki, ondan qaçan yoxsulluğu özünə tərəf çəkir və axtardığı zənginlik və sərvəti əldən çıxarır. O, dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər kimi hesab çəkiləcəkdir.»[773]
    723. İmam Əli (ə):«Sənin xəsis adama ehtiyacın buzdan[774] da soyuqdur.»[775]
    724.İmam Sadiq (ə):«Xəsislər camaatın zəngin olmasını hamıdan çox arzulasınlar. Çünki camaat zənginləşsə xəsislərin var-dövlətindən gözlərini çəkəcəklər.»[776]
    725.İmam Sadiq (ə):«Xəsisin xəsis olmasına onun öz Allahına qarşı pis gümanda olması kifayətdir. Əvəz veriləcəyinə yəqinliyi olan şəxs bol-bol bağışlayar.»[777]
    212.Həqiqi xəsis
    726.Allahın Peyğəmbəri (s):«Əsl xəsis öz malının vacib olan zəkatını ödəməkdən boyun qaçıran, qohum əqrəbasına bəxşiş etməyən və bundan başqa yerlərdə bol-bol xərcləyən şəxsdir.»[778]
    727.Allahın Peyğəmbəri (s):«Əsl xəsis o şəxsdir ki, onun yanında mənim adım çəkilir, amma o, mənə salavat göndərmir.»[779]
    213.İnsanların ən xəsisi….
    728.Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi Allahın vacib etdiyini ödəməyə xəsislik edən kəsdir.»[780]
    729.Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi salam verməkdə xəsislik edən kəsdir.»[781]
    730.İmam Əli (ə):«İnsanların ən xəsisi öz malını özünə əsirgəyən və varisləri üçün qoyub gedən kəsdir.»[782]
    731.İmam Əli (ə):«Camaatın əlində olandan gözünü çəkmək bağışlamaqdan üstündür.»[783]
    732.İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) bir kişiyə beş dəvə yükü xurma göndərdi......Bir nəfər Əmirəl-mömininə (ə) dedi:«Vallah filankəs səndən (bu qədər) istəməyib, beş dəvə yükünün əvəzinə ona bir dəvə yükü bəsdir.» Əmirəl-möminin (ə) ona dedi:«Allah möminlərin arasında sənin kimilərini çoxaltmasın! Mən bağışlayıram, sən xəsislik edirsən?»[784]
    214.Xəsisliyin nişanəsi
    733.İmam Əli (ə):«Bəhanə gətirmək xəsisliyn nişanəsidir.»[785]
    734.İmam Əli (ə):«Xəsis üzr və bəhanə gətirməyə can atar.»[786]
    37 Bid’ət
    215.Bid’ət qoymaq
    735.Allahın Peyğəmbəri (s):«Ən pis iş yeni ortaya çıxan və əvvəlcə misli görünməmiş işdir. Bilin! Hər bir bid’ət azğınlıqdır. Bilin! Hər bir azğınlığın sonu oddur.»[787]
    736.Allahın Peyğəmbəri (s):«Məbada bid’ət bir sünnə yaradasan. Çünki əgər bəndə pis bir sünnə və adətin təməlini qoysa, onun günahı və ona əməl edənin günahı onun boynunadır.»[788]
    737.İmam Əli (ə):«Qoyulan hər bir bid’ətə görə bir sünnə tərk edildi. Bid’ətlərdən çəkinin və aydın yolu tutun! Ən yaxşı iş keçmişi olan işdir. Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır.»[789]
    738.İmam Əli (ə):«Bid’ətlər kimi heç nə dini viran və məhv etməyib.»[790]
    216.Bid’ət qoyanlar
    739.Allahın Peyğəmbəri (s):«Bid’ət qoyanlar insanların və yaradılmışların ən pisidir.»[791]
    740.Allahın Peyğəmbəri (s):«Bid’ət qoyanlar od əhlinin itləridir.»[792]
    217.Bid’ətin mənası
    741.İmam Əli (ə):«Bid’ət qoyanlar Allahın əmri, Onun Kitabı və Peyğəmbəri ilə müxalifət edərək öz rə‘y və nəfsi istəkləri əsasında əməl edənlərdir, hərçənd ki, belələrinin sayı çoxdur.»[793]
    742.İmam Sadiq (ə):«Aralarında daha savadlı və alim ola-ola camaatı özünə tərəf çağıran kəs azğın bid’ətçidir.»[794]
    218.Bid’ət qoyandan üz döndərmək
    743.Allahın Peyğəmbəri (s):«Kim nifrət və ədavətlə bid’ət qoyandan üz döndərsə Allah onun qəlbini rahatlıq və imanla doldurar.»[795]
    744.Allahın Peyğəmbəri (s):«Bidət qoyan şəxsin üzünə təbəssüm edən kəs öz dininin məhv edilməsinə kömək edib.»[796]
    219.Bid’ət qoyan və ibadət
    745.Allahın Peyğəmbəri (s):«Şeytan bid’ətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər.»[797]
    220.Bid’ət qoyanların əməllərinin batil olması
    746.Allahın Peyğəmbəri (s):«Sünnəyə əsaslanan az əməl bid’ətlə olan çox əməldən daha yaxşıdır.»[798]
    747.Allahın Peyğəmbəri (s):«Allah bid’ət qoyanın tövbəsini qəbul etməz.»[799]
    221.Bid’ət yaranan zaman alimlərin vəzifəsi
    748.Allahın Peyğəmbəri (s):«Ümmətimin arasında bid’ətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın Lənəti olsun ona!»[800]
    38 İsrafçılıq
    222.İsrafçılıq
    Quran:
    «Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi.»[801]
    Hədis:
    749.İmam Əli (ə):«Səxavətli ol, amma israfçı olma; qənaətçi ol, amma bərk olma!»[802]
    750.İmam Əli (ə):«İsrafçılıq yoxsulluğun başlanğıcıdır.»[803]
    751.İmam Əli (ə):«İsrafçılıq müflisliklə yoldaşdır.»[804]
    752.İmam Əli (ə):«İsrafçılıqla öyünən kəs yoxsulluqla xar olar.»[805]
    754.İmam Sadiq (ə) əbu Bəsirin «israfçılıq etmə» ayəsi barəsindəki sualının cavabında buyurmuşdur:«İnsan öz malını tələf edir və əliboş qalır.» əbu Bəsir dedi:«Deməli halal malda da israfçılıq ola bilər?» İmam (ə) buyurdu:«Bəli.»[807]
    39 Yaxşılıq
    223.Yaxşılıq
    Qur’an:
    «Yaxşılıq və pəhrizkarlıqda əlbir olun, günah və təcavüzkarlıqda köməkləşməyin və Allahdan qorxun. O, ağır cəza verəndir.»[808]
    Hədis:
    755.Allahın Peyğəmbəri (s):«Ömrü yalnız yaxşılıq artırar.»[809]
    756.Allahın Peyğəmbəri (s):«Yaxşılığın mükafatı digər yaxşı işlərin hamısından tez çatır və zülm və başqalarına qarşı həddi aşmağın cəzası (insanı) digər pis işlərdən daha tez yaxalayır.»[810]
    757.Allahın Peyğəmbəri (s):«Üç şey – qəlbin səxavətliliyi, danışığın gözəlliyi və əziyyətlər müqabilində səbrlilik yaxşılığın qapılarındandır.»[811]
    758.İmam Baqir (ə):«Dörd şey yaxşılığın xəzinələrindəndir: Ehtiyacı gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizlətmək və müsibəti gizlətmək.»[812]
    224.Yaxşılığın nişanəsi
    759.Allahın Peyğəmbəri (s):«Yaxşılıq edənin on nişanəsi var: O, Allaha görə sevər, Allaha görə düşmənçilik edər, Allaha görə yoldaş olar, Allaha görə ayrılar, Allaha görə qəzəblənər, Allaha görə razı və məmnun olar, Allaha görə iş görər. Allahı axtarar, Allahın qarşısında itaətkar, qorxan, çəkinən, pak, səmimi, həyalı və özünə nəzarət edən olar və Allaha görə ehsan və yaxşılıq edər.»[813]
    225.Kamil yaxşılıq
    760.Allahın Peyğəmbəri (s):«Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən.»[814]



    [624] Hucurat, ayə 14
    [625] Tuhəful-Uqul, səh.297
    [626] əl-Kafi, c.2, səh.26, hədis 3
    [627] Biharul-Ənvar, c.69, səh.72, hədis 26
    [628] Kənzul-Ummal, hədis 2
    [629] Kənzul-Ummal, hədis 57
    [630] Kənzul-Ummal, hədis 12
    [631] Kənzul-Ummal, hədis 99
    [632] Kənzul-Ummal, hədis 95
    [633] Ğurərul-Hikəm, hədis 873
    [634] Ğurərul-Hikəm, hədis 1350
    [635] Ğurərul-Hikəm, hədis 5222
    [636] Biharul-Ənvar, c.103,səh.37, hədis 79
    [637] Biharul-Ənvar, c.70, səh.106, hədis 2
    [638] Kənzul-Ummal, hədis 59
    [639] Kənzul-Ummal, 637
    [640] Biharul-Ənvar, c.69, səh.19, hədis 2
    [641] əl-Kafi, c.2, səh.38, hədis 7
    [642] Kənzul-Ummal, 1333
    [643] Kənzul-Ummal, 205
    [644] Kənzul-Ummal, hədis 223
    [645] Biharul-Ənvar, c.77, səh.177, hədis 10
    [646] Kənzul-Ummal, hədis 43247
    [647] Kənzul-Ummal, hədis 106
    [648] Biharul-Ənvar, c.77, səh.177, hədis 10
    [649] Biharul-Ənvar, c.71, səh.387, hədis 34
    [650] Ğurərul-Hikəm, hədis 4658
    [651] Ğurərul-Hikəm, hədis 10849
    [652] Biharul-Ənvar, c.78, səh.239, hədis 78
    [653] Ənfal, ayə 2
    [654] Kənzul-Ummal, hədis 1734
    [655] Kənzul-Ummal, hədis 66
    [656] Kənzul-Ummal, hədis 74
    [657] Kənzul-Ummal, hədis 52
    [658] Ğurərul-Hikəm, hədis 2992
    [659] əl-Kafi, c.2, səh.45, hədis 2
    [660] əl-Kafi, c.2, səh.42, hədis 1
    [661] Biharul-Ənvar, c.69, səh.175, hədis 28
    [662] Biharul-Ənvar, c.78, səh.63, hədis 154
    [663] Ğurərul-Hikəm, hədis 4838
    [664] Kənzul-Ummal, hədis 43525
    [665] Tənbihul-Xəvatir, c.2, səh.33
    [666] Nəhcül-Bəlağə, xütbə 189
    [667] əl-Xisal, səh.9,hədis 29
    [668] əl-Kafi, c.2, səh.38, hədis 6
    [669] Kənzul-Ummal, hədis 72
    [670] Biharul-Ənvar, c.72, səh.249, hədis 14
    [671] əl-Kafi, c.2, səh.58, hədis 7
    [672] Biharul-Ənvar, c.71, səh.85, hədis 29
    [673] Tənbihul-Xəvatir, c.2, hədis 116
    [674] əl-Kafi, c.2, səh.128, hədis 2
    [675] Biharul-Ənvar, c.77, səh.193, hədis 11
    [676] Tuhəful-Uqul, səh.330
    [677] Biharul-Ənvar, c.77, səh.171, hədis 8
    [678] Biharul-Ənvar, c.77, səh.173, hədis 8
    [679] Tuhəful-Uqul, səh.55
    [680] Tuhəful-Uqul, səh.377
    [681] Biharul-Ənvar, c.71, səh.158, hədis 75
    [682] Kənzul-Ummal, hədis 821
    [683] əl-Xisal, səh.27, hədis 95
    [684] Musnəd İbn Hənbəl, c.6, səh.379, hədis 18408
    [685] Kənzul-Ummal, hədis 402
    [686] Ənfal, ayə 2-4
    [687] Kənzul-Ummal, hədis 690
    [688] Kənzul-Ummal, hədis 739
    [689] Kənzul-Ummal, hədis 752
    [690] Kənzul-Ummal, hədis 778
    [691] Kənzul-Ummal, hədis 679
    [692] Kənzul-Ummal, hədis 700
    [693] Biharul-Ənvar, c.67, səh.310, hədis 45
    [694] Biharul-Ənvar, c.69, səh.410, hədis 127
    [695] Ğurərul-Hikəm, hədis 1743
    [696] Ğurərul-Hikəm, hədis 1901
    [697] Ğurərul-Hikəm, hədis 1956
    [698] Ğurərul-Hikəm, hədis 2160
    [699] əl-Kafi, c.2, səh.231, hədis 3
    [700] əl-Kafi,c.2, səh.241, hədis 38
    [701] əl-Kafi,c.2, səh.231, hədis 4
    [702] əl-Kafi, c.2, səh.235, hədis 18
    [703] Tuhəful-Uqul, səh.442
    [704] əl-Kafi, c.2, səh.241, hədis 37
    [705] Biharul-Ənvar, c.67, səh.303, hədis 34
    [706] Biharul-Ənvar, c.67, səh.305, hədis 36
    [707] Biharul-Ənvar, c.67, səh.71, hədis 33
    [708] Nurus-Səqəleyn, c.2, səh.358, hədis 90
    [709] əl-Kafi, c.2, səh.242, hədis 1
    [710] Biharul-Ənvar, c.67, səh.293, hədis 15
    [711] Biharul-Ənvar, c.72, səh.336, hədis 24
    [712] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid,c.18, səh.41
    [713] Ğurərul-Hikəm, hədis 3278
    [714] Kənzul-Ummal, hədis 34582
    [715] Kənzul-Ummal, hədis 34583
    [716] Muminun, ayə 8
    [717] Ğurərul-Hikəm, hədis 2905+2906
    [718] əl-Kafi, c.2, səh.162, hədis 15
    [719] Tənbihul-Xəvatir, c.1, səh.12
    [720] Biharul-Ənvar, c.77, səh.208, hədis 1
    [721] Əmali-Səduq, səh.204, hədis 5
    [722] Əmali-Səduq, səh.204, hədis4
    [723] Biharul-Ənvar, c.72, səh.198, hədis 26
    [724] Biharul-Ənvar, c.75, səh.172, hədis 13
    [725] Məani-Əxbar, səh.253, hədis 1
    [726] Biharul-Ənvar, c.75, səh.114, hədis 6
    [727] Ğurərul-Hikəm, hədis 4053
    [728] Biharul-Ənvar, c.103, səh.179, hədis 3
    [729] ət-Təhzib, c.7, səh.232, hədis 1013
    [730] əl-Kafi, c.5, səh.301, hədis 4
    [731] Kənzul-Ummal, hədis 10909
    [732] Kənzul-Ummal, hədis 10930
    [733] Nəhcül-Bəlağə, hikmət 155
    [734] Nəhcül-Bəlağə, məktub 53
    [735] Kənzul-Ummal, hədis 10932
    [736] Biharul-Ənvar, c.100, səh.46, hədis 6
    [737] Ğurərul-Hikəm, hədis 10303
    [738] Biharul-Ənvar, c.78, səh.231, hədis 25
    [739] Ə’lamud-Din, səh.307
    [740] Biharul-Ənvar, c.75, səh.359, hədis 74
    [741] Ğurərul-Hikəm, hədis 8644
    [742] Biharul-Ənvar, c.70, səh.111, hədis 14
    [743] əd-Dürrə əl-Bahirə, səh. 43
    [744] İsra, ayə 70
    [745] Kənzul-Ummal, hədis 34621
    [746] Kənzul-Ummal, hədis 34615
    [747] Biharul-Ənvar, c.60, səh. 299, hədis 5
    [748] Zariyat, ayə 56
    [749] Hud, ayə 118, 119
    [750] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.108
    [751] Biharul-Ənvar, c.23, səh.83, hədis 22
    [752] Biharul-Ənvar, c.10, səh.167, hədis 2
    [753] Nurus-Səqəleyn, c.2, səh.404, hədis 250
    [754] Nisa, ayə 28
    [755] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid,c.20, səh.62
    [756] Ğurərul-Hikəm, hədis 2089
    [757] Nisa, ayə 37
    [758] Muhəmməd, ayə 38
    [759] Biharul-Ənvar, c.73, səh.307, hədis 36
    [760] Nəhcül-Bəlağə, hikmət3
    [761] Biharul-Ənvar, c.77, səh.238, hədis 1
    [762] Ğurərul-Hikəm, hədis 1258
    [763] Ğurərul-Hikəm, hədis 7921,7922
    [764] Biharul-Ənvar, c.73, səh.305, hədis 23
    [765] Biharul-Ənvar, c.73, səh.305, hədis25
    [766] Tuhəful-Uqul, səh.371-372
    [767] Biharul-Ənvar, c.78, səh.357, hədis12
    [768] Biharul-Ənvar, c.72, səh.199, hədis 27
    [769] Biharul-Ənvar, c.73, səh.300, hədis 2
    [770] Ğurərul-Hikəm, hədis 464
    [771] Ğurərul-Hikəm, hədis 1409
    [772] Ğurərul-Hikəm, hədis 7473
    [773] Biharul-Ənvar, c.72, səh.199, hədis 28
    [774] hədisin əslində «zəmhərir» kəlməsindən istifadə edilib ki, onun mənası «çox soyuq» kimi ifadə edilir-
    [775] Biharul-Ənvar, c.78, səh.31, hədis 99
    [776] Əmali-Səduq, səh.316, hədis 8
    [777] Biharul-Ənvar, c.73, səh.307, hədis 35
    779] Biharul-Ənvar, c.73, səh.306, hədis 28
    [780] Biharul-Ənvar, c.73, səh.300, hədis 2
    [781] Biharul-Ənvar, c.76, səh.4, hədis 11
    [782] Ğurərul-Hikəm, hədis 3253
    [783] Ğurərul-Hikəm, hədis 3537
    [784] Vəsailuş-Şiə, c.6, səh.318, hədis 1
    [785] Biharul-Ənvar, c.77, səh.209, hədis 1
    [786] Ğurərul-Hikəm, hədis 1275
    [787] Əmali-Mufid, səh.188, hədis 14
    [788] Biharul-Ənvar, c.77, səh.104, hədis 1
    [789] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.93
    [790] Biharul-Ənvar, c.78, səh.92, hədis 98
    [791] Kənzul-Ummal, hədis 1095, 1126
    [792] Kənzul-Ummal, hədis1125
    [793] Kənzul-Ummal, hədis44216
    [794] Tuhəful-Uqul, səh.375
    [795] Kənzul-Ummal, hədis 5599
    [796] Biharul-Ənvar, c.47, səh.217, hədis 4
    [797] Biharul-Ənvar, c.72, səh.216, hədis 8
    [798] Əmali-Tusi, səh.385, hədis 838
    [799] Biharul-Ənvar, c.72, səh.216, hədis 8
    [800] əl-Kafi, c.1, səh.54, hədis 2
    [801] İsra, ayə 26, 27
    [802] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.150
    [803] Ğurərul-Hikəm, hədis 890
    [804] Ğurərul-Hikəm, hədis 1043
    [805] Ğurərul-Hikəm, hədis 9057
    [806] Təfsir əl-Əyyaşi, c.2, səh.288, hədis 53
    [807] Təfsir əl-Əyyaşi, c.2, səh.288, hədis54
    [808] Maidə, ayə 2
    [809] Biharul-Ənvar, c.77, səh.166, hədis 3
    [810] əl-Xisal, səh.110, hədis 81
    [811] Tuhəful-Uqul, səh.8
    [812] Tuhəful-Uqul, səh.295
    [813] Tuhəful-Uqul, səh.21
    [814] Kənzul-Ummal, hədis 5265
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 1025 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Məryəm, JamizeLulky
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017