Mizanul – hikmət (1-ci cild) - Mizanul – hikmət (1-ci cild) - Hədis - Quran, Hədis, İslam təlimləri, Fiqh - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1647
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Artemimith
  • Zilliaminvog
  • Lazryantep
  • JazonKic
  • AaronzVam
  • Melzingroub
  • Lestezfuers
  • RozertImiff
  • Waviznah
  • LarzyHuM
  • Main » Articles » Hədis » Mizanul – hikmət (1-ci cild)

    Mizanul – hikmət (1-ci cild)
    90 Hədis
    456. Hədis
    1415. Allahın Peyğəmbəri (s):«Ümmətimə sünnənin bərpa olunması və bidətin çat verib dağılmasına səbəb olan hədis söyləyən kəsə Cənnət nəsib olar.»[1588]
    1416. İmam Baqir (ə):«Həqiqətən, bizim hədis və kəlamlarımız qəlbləri dirildər»[1589]
    1417. İmam Baqir (ə):«Doğru danışan şəxsdən bir hədis öyrənməyin, sənin üçün bütün dünyadan yaxşıdır.»[1590]
    1418. İmam Sadiq (ə):«Xalqın bizim (Əhli-Beytin) yanımızda olan məqam və yerini bizdən rəvayət etdikləri hədislərin qədərindən bilin.»[1591]
    457. Mühəddis (Hədis nəql edən)
    1419. «Əmali Səduq»:«Peyğəmbər (s) üç dəfə buyurdu:«Ey Allahım! Mənim canişinlərimi bağışla!» Ərz etdilər:«Ey Allahın Rəsulu! Sənin canişinlərin kimlərdir?» Buyurdu:«Onlar, mənim hədis və sünnəmi təbliğ edənlər, onları mənim ümmətimə öyrədənlərdir.» [1592]
    1420. İmam Sadiq (ə):«Hədis rəvayət edən və dində fəqih, məlumatlı olan şəxs dindən agah olmayan və hədis söyləməyən min abiddən yaxşıdır.»[1593]
    458. Qırx hədis əzbərləyənin savabı
    1421. Allahın Peyğəmbəri (s):«Ümmətimin dini üçün faydalı olan qırx hədis əzbərləyən şəxs Allah-taala Qiyamət günü qəbirdən fəgih və alim kimi qaldırar» [1594]
    459. Hədisi dərk etmək
    1422. İmam Əli (ə):«Sizə hədisi dərk etməyi tövsiyə edirəm, rəvayət etməyi yox!» [1595]
    1423. İmam Əli (ə):«Ağılsızların məqsədi (rəvayəti) nəql etmək, alimlərin məqsədi isə onu dərk etməkdir.» [1596]
    1424. İmam Sadiq (ə):«Sənin bir hədisi dərk etməyin, min hədisi (dərk etmədən) nəql etməyindən yaxşıdır»[1597]
    460. Allahın Peyğəmbəri (s) barədə yalan söyləməkdən çəkindirmək
    1425. Allahın Peyğəmbəri (s):«Mənim barəmdə bilərəkdən yalan danışanın yeri oddur.»[1598]
    1426. Allahın Peyğəmbəri (s):«Kimsənin demədiyim sözü mənim adıma çıxması ən böyük günahlardandır.» [1599]
    461. Yalan olması məlum olmayan sözü sanmaqdan çəkindirmək
    1427. Allahın peyğəmbəri (s):«Məndən bir hədis eşidib onu inkar edən şəxsdən Qiyamət günü haqqımı tələb edəcəyəm. Buna görə, mənim barəmdə mənasını bilmədiyiniz bir hədis eşitdiyiniz zaman deyin:«Allah daha yaxşı bilir.» [1600]
    462. Hədisin doğruluğu və Qur’anla uyğunluğu
    1428. Allahın Peyğəmbəri (s):«Mənim hədisimi Allahın kitabı ilə tutuşdurun. Əgər ona uyğun olarsa, həmin hədis məndəndir və onu mən söyləmişəm.»[1601]
    1429. İmam Sadiq (ə):«Qur‘ana uyğun olmayan hər bir hədis batildir.»[1602]
    463. Hədisin doğruluğu və fitrətə uyğunluğu.
    1430. İmam Baqir (ə):«Əgər Ali Məhəmməddən (Allahın salamı onlara olsun) sizə bir hədis çatan zaman qəlbləriniz yumşalarsa və ona qarşı doğmalıq hissi keçirərsinizsə, həmin hədisi qəbul edin. Əgər hədis qəlblərinizi hürkütsə və könlünüzə yad olsa, onu Allaha, peyğəmbərə və Məhəmməd (ə) nəslindən olan bir alimə tapşırın.»[1603]
    464. Hədisin doğruluğu və haqqa uyğunluğu
    1431. Allahın Peyğəmbəri (s):«Məndən sizə çatan hər bir hədis, əgər haqqa uyğun olarsa, onu mən demişəm və əgər haqqa uyğun gəlməsə, onu mən deməmişəm. Çünki, mən heç vaxt haqqdan qeyri bir söz danışmıram.»[1604]
    465. Hədisin mənasını nəql etməyin caiz olması
    1432. Allahın Peyğəmbəri (s):«Mənasını düzgün çatdırırsa hədisin sözlərinin yerini dəyişməyin eybi yoxdur.»[1605]
    1433. Məhəmməd ibn Müslim:«İmam Sadiqə (ə) ərz etdim:«Sizdən bir hədis eşidirəm və onu (sözlərini) azaldır və artırıram.» Həzrət (ə) buyurdu:«Mənasını (doğru) çatdırdığın halda, eybi yoxdur.»[1606]
    466. Hədisin nəqlində nəyə riayət olnumalıdır
    1434. Allahın Peyğəmbəri (s):«Ümmətimə, mənim hədislərimdən yalnız onların idrakı qəbul edə bildiyini söyləyin.» [1607]
    1435. İmam Əli (ə):«İstəyirsizmi ki, Allah və Onun peyğəmbəri yalançı sayılmasın?!» Onda camaatın başa düşdüyü hədisləri söyləyin və onlara dərk edə bilmədikləri, inkar etdikləri şeyləri söyləməkdən çəkinin. (Əks halda, hədisi inkar edəcəklər və onun inkarı Allahı, peyğəmbəri və imamı yalançı hesab etmək kimidir)» [1608]
    467. Bəzi hədisləri dərk etmək və onlara tab gətirməyin çətinliyi
    1436. İmam Sadiq (ə):«Həqiqətən, bizim hədisimiz çətin və çox ağırdır. Ona, müqərrəb mələkdən, mursəl peyğəmbərdən, Allah-taala qəlbini imanla sınamış bəndədən və alınmaz şəhərdən başqa heç kəs tab gətirə bilməz»
    Əmr deyir:«Hədisin rəvayətçisi Şueybə dedim:«Ey Əbəl-Həsən, «alınmaz şəhərin» mənası nədir? Dedi:«Mən də imam Sadiqdən (ə) bunu soruşduqda Həzrət (ə) «O, geniş və dəyanətli qəlbdir» deyə buyurdu.»[1609]
    468. Qur’an ilə sünnənin əhatəliliyi
    1437. Əbu Usamə:«İmam Sadiqin (ə) xidmətində idim. Müğeyriyyədən[1610] də bir kişi orada idi. O, İmamdan (ə) sünnə haqda soruşdu. İmam (ə) buyurdu:«İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sünnə (göstəriş) verilməsin. Əgər belə olmasaydı Allah-taala gətirdiyi höccətlərlə bizə höccətləri təqdim etməzdi. Müğeyriyyədən olan kişi soruşdu:«Allah-taala bizə höccəti nə ilə göstərmişdir?» İmam Sadiq (ə) buyurdu:«Allah-taala buyurduğu «Bu gün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım» sözlərilə.» [1611]
    469. Mütəşabih[1612] hədislər
    1438. İmam Rza (ə):«Qur‘anda olduğu kimi bizim xəbərlərdə də (hədislərdə) möhkəm və mütəşabih hədislər vardır. Bizim mütəşabih xəbərlərimizi onun möhkəmlərinə uyğunlaşdırın və onun möhkəmlərinə diqqət yetirmədən, mütəşabihlərə tabe olmayın ki, yolunuzu azarsınız.»[1613]
    91 Həddlər
    470. Hər şeyin həddi var
    1439. İmam Baqir (ə):«Allah-taala hər şeyə bir hədd və sərhədd, sərhəddi göstərmək üçün isə bir nişanə qoymuşdur. Bu həddi (sərhəddi) keçən şəxs üçün cəza (hədd) təyin etmişdir.» [1614]
    471. Hüdud və cəzaların uzaqlaşdırılması
    1440. Allahın peyğəmbəri (s):«Bacardığınız qədər hədd və cəza tətbiqini müsəlmanlardan uzaqlaşdırın. Əgər müsəlman üçün bir çıxış və sığınacaq yeri tapsanız, onu azad buraxın. Çünki, imamın bağışlamaqda səhvə yol verməsi, səhvən cəzalandırmağından daha yaxşıdır» [1615]
    1441. Allahın Peyğəmbəri (s):«Cəzaları şübhələrlə uzaqlaşdırın.» (yəni, şəxsin cinayətkar olmasında tərəddüd, şübhə yarandıqda cəzanı (həddi) icra etməkdən çəkinin.)» [1616]
    472. Cəzaların icra olunması
    1442. Allahın Peyğəmbəri (s):«İlahi cəzalardan birini (bir həddi) icra etmək, ilahi məmləkətlərə 40 gecə yağış yağmasından daha yaxşıdır.»[1617]
    1443. Allahın Peyğəmbəri (s):«Yer üzündə bir (ilahi) cəzanın həyata keçirilməsi 60 il ibadətdən daha pakdır.» [1618]
    1444. İmam Sadiq (s):«Öz tayfa və qəbiləsinin adlı-sanlı nəslindən olan bir qadını oğurluq etdiyinə görə Peyğəmbərin yanına gətirdilər. Allahın Peyğəmbəri (s) əmr verdi ki, onun əlini kəssinlən. Qureyşdən bir dəstə adam Peyğəmbərin yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Kiçik bir xətaya görə, onun kimi böyük nəsildən olan bir qadının əlini kəsirsən?»
    Buyurdu:«Bəli. Sizin ata-babalarınız belə işlərə görə məhv oldular. Onlar cəzanı və hüdudu yalnız çarəsizlərə qarşı tətbiq edirdilər. Öz güclüləri və kübarlarıyla heç bir işləri yox idi. Buna görə də, məhv oldular.» [1619]
    473. Cəzada nə vasitəçilik, nə zəmanət[1620], nə də and qəbul olunar
    1445. Allahın Peyğəmbəri (s):«Öz vasitəçiliyi ilə ilahi cəzanın icra olunmasına mane olan kəs, vasitəçiliyini geri götürənə qədər həmişə Allahın qəzəbi altında olacaq.» [1621]
    1446. Allahın Peyğəmbəri (s):«Cəzalandırmada (həddə) nə vasitəçilik, nə zəmanət və nə də, and qəbul olunur.» [1622]
    1447. İmam Əli (ə):«Cəzanın heç bir növündə zəmanət yoxdur.» [1623]
    1448. «Müstədrəkül-vəsail»:«İmam Sadiq (ə) atasından, ata-babasından, Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət cəzalandırmada (hüdudda) şəfaləti qadağan etmişdir. İmam (ə) buyurur:«Hər kəs ilahi cəzalardan birinin icra olunmaması üçün vasitəçilik etsə və cəzaların ləğv olunmasına çalışsa, Allah-taala Qiyamət günü ona əzab verər.» [1624]
    474. Cəzanın təxirə salmağın qadağan olması
    1449. İmam Baqir (ə):«Bir kişinin zina etdiyi barədə üç nəfər şəhadət verdi. Əmirəl-möminin (ə) buyurdu:«Dördüncü şahid haradadır?» Dedilər:«İndi gəlir» Həzrət (ə) buyurdu:«Bu üç nəfərə hədd vurun (cəzalandırın). Çünki, cəza bir an da olsun, təxirə salınmamalıdır.» [1625]
    475. Həddi aşmağın qadağan olması
    Qur’an:
    «Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarından kənara çıxanlar, Əlbəttə, zalımlardır.» [1626]
    1410. Hədis:
    1450. Allahın Peyğəmbəri (s):«(Qiyamət günü) Hökmündə bir şallaq az cəza (hədd) təyin edən hakimi gətirərlər. O deyər:«Ey Allahım! Sənin bəndələrinə ürəyim yandığı üçün belə etmişəm». Allah-taala ona buyurar:«Məgər sən onlara Məndən daha ürəyi yanansan?» Bu vaxt əmr verilər ki, onu oda atsınlar. Sonra bir şallaq çox vuranı gətirərlər. O da deyər:«Onları günahlardan çəkindirmək üçün bir şallaq çox vurmuşam. Onun da oda atılmasına əmr verilər.» [1627]
    1451. İmam Baqir (ə):«Əmirəl-möminin (ə) Qəmbərə əmr etdi ki, bir kişiyə şallaq (həddə) vursun. Qəmbər əsəbindən üç şallaq çox vurur. Əli (ə) Qəmbərə üç şallaq vurmaqla onu qisas edir.» [1628]
    476. Günahın paklanmasında cəzanın icrasının rolu
    1452. Allahın Peyğəmbəri (s):«Günah edən şəxsə, həmin günahın cəzası tətbiq olunarsa, bu onun kəffarəsidir.»[1629]
    1453. İmam Əli (ə):«Allah-taala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha böyükdür.» [1630]
    477. Cəzalandırılmış şəxsi təhqir etməyin qadağan olması
    1454. «Tənbihul-xəvatir»:«Allahın Peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi.» Bir nəfər öz dostuna dedi:«O, it kimi öldü.» Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu:«Dişlərinizlə bu leşdən bir tikə qoparın.» Ərz etdilər:«Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?» Buyurdu:«Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir»[1631]
    1455. Əbdürrəhman ibn Əbi Leyla:«Əli (ə) bir kişiyə cəza (hədd) tətbiq etdi. Xalq həmin şəxsə təhqiramiz sözlər deyib Lənətləməyə başladı. Əli (ə) buyurdu:«O, öz günahına görə daha sorğu-sual olunmayacaq.»[1632]
    478. Cəzalandırılmış (şallaq vurulmuş) şəxs üçüncü dəfə qətlə yetirilməlidir
    1456. İmam Kazim (ə):«Böyük günah etdiklərinə görə iki dəfə cəzalandırılmış (şallaq vurulmuş) şəxslər üçüncü dəfə öldürülməlidir»[1633]
    479. Təzir[1634]
    1457. Həmmad ibn Osman:«İmam Sadiqdən (ə) təzir barədə soruşdum. Buyurdu:«Həddən bir qədər azdır.» Ərz etdim:«Səksən şallaqdan azdır?» Buyurdu:«Qulun cəzası (hədd) olan qırx şallaqdan azdır.» Ərz etdim:«Nə qədərdir?» Buyurdu:«O hakimin nəzərindən asılıdır, şəxsin təqsirini (cinayəti) və bədəninin qüdrətini nəzərə almalıdır.»[1635]
    1458. İmam Sadiq (ə) -»Təzirin həddi nə qədərdir?» sualının cavabında- «On şallaqdan, iyirmi şallağa qədər.»[1636]
    92 Müharibə
    480. Müharibə.
    1459. İmam Əli (ə):«Çox müharibə var ki, faydası sülhdən daha çoxdur.»[1637]
    1460.İmam Əli (ə):«Mübahisə və ziddiyyət müharibə yaradar.»[1638]
    1461. İmam Əli (ə):«İnadkarlıq müharibələrin mənşəyidir.»[1639]
    1462. İmam Hüseyn (ə):«Bilin ki, müharibənin şərri tez gələn, tamahı pis və nifrət doğurandır. Özünü müharibəyə hazırlayan, onun silah-sursatını tədarük görən kəs, müharibə başlamamış öz bədənini onun yaraları ilə incitməsə müharibədə qalib gəlmişdir. Amma, əlverişli fürsət və müharibə zamanı yetişməmiş, həmçinin özünün hərbi qüdrətindən xəbərsiz müharibəyə başlayan kəs, ordusuna heç bir fayda verməz və özünü də həlak edər.»[1640]
    481. Düşmənə qəfildən hücum etmək.
    1463. İmam Əli (ə):«Bax! Mən gecə və gündüz, aşkarda və gizlində sizi bu xalq ilə müharibəyə çağıraraq dedim:«Onlar sizə hücum etməmiş, siz onların üzərinə həmlə edin. Çünki, Allaha and olsun, heç bir xalqla onların öz torpaqlarının içərilərində elə bir müharibə olmayıb ki, onlar bu müharibədə xar olmasınlar.»[1641]
    482. Müharibəyə başlamazdan əvvəl nəyə riayət etmək lazımdır
    1464. Allahın peyğəmbəri (s) buyurur:«Xalqla yaxşı rəftar edin və onlara fürsət verin. Haqqa də‘vət etməmiş onlara hücum çəkməyin. Çünki, yer üzünün şəhərlər və çadırlarında yaşayan insanlarını mənim yanıma müsəlman (kimi) gətirməyinizi qadın və övladlarını (əsir kimi) tutub yanıma gətirib kişilərini öldürməyinizdən daha çox xoşlayıram.»[1642]
    1465. İmam Əli (ə) Siffeyn döyüşündə buyurmuşdur:«Allaha and olsun, müharibəni bir gün də olsun təxirə salmağım, yalnız onların mənə qoşulmaları, mənim vasitəmlə hidayət olmaları və sayəmdə rahatlıq tapmalarına ümid etdiyim üçün olmuşdur.Bu, mənə onları, yollarını azmış halda öldürməkdən daha xoşdur.»[1643]
    483. Ordunun kəşfiyyatçıları
    1466. İmam Əli (ə) Ziyad ibni Nəzrə tapşırığında buyurur:«Bil ki, kəşfiyyatçılar ordunun gözü, kəşfiyyatçıların gözü isə onların gözətçiləridir. Öz vətəninin sərhədlərini aşıb düşməninə yaxınlaşan zaman dərhal hər tərəfə – dərələrə, meşələrə, puşqu yerlərinə və hər güşəyə – gözətçilər qoy ki, düşmən sizə pusqu qurub qəfildən hücum etməsin.»[1644]
    484. Hərbi təlimlər
    1467.Allahın Peyğəmbəri(s):«Elçiləri və girovları öldürməyin.»[1645]
    1468.İmam Əli (ə):«Zirehliləri ön cərgədə, zirehsizləri isə arxa cərgələrdə yerləşdirin. Dişlərinizi bir-birinə sıxın, bu (düşmənin) qılıncla başdan vurduğu zərbəsinin təsirini azaldar. Nizələrin ətrafında əyilib-düzəlin. Belə etsəniz nizələrin qabağını daha yaxşı boşalda bilərsiniz. Gözlərinizi aşağı salın ki, bu qəlblərinizə daha çox qüvvə və rahatlıq bəxş edər. Səslərinizi çıxarmayın ki, bu qorxu və zəifliyin aradan getməsinə daha çox təsir edər.» [1646]
    1469. İmam Əli (ə):«Düşmən döyüşə başlamamış onunla vuruşmayın. Çünki, həmd olsun Allaha ki, sizin höccətiniz var. Onlara müharibəni başlamağa fürsət verməyiniz isə, sizin onlara qarşı başqa bir höccətinizdir. Əgər Allahın izni ilə düşmən məğlub olarsa, qacanları öldürməyin. Əsirlərə bədən xəsarəti yetirməyin, qadınları əziyyətlə və incitməklə təhrik etməyin.»[1647]
    1470. İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) müşriklərin şəhərlərini zəhərləməyi qadağan etmişdir.»[1648]
    1471. İmam Səccad (ə) buyurur:«Əgər yeriməyə gücü olmayan kimsəni əsir götürmüsənsə və aparmağa bir vasitən yoxdursa, onu öldürməyib azad burax. Çünki, İmamın onun barəsində hökmünü bilmirsən.»[1649]
    485. Müharibə hiylədir
    1472. Allahın Peyğəmbəri (s):«Fikrinə gələn hər şeyi de, çünki müharibə hiylədir.»[1650]
    486. Müharibədən qaçmağın qadağan olması
    Qur‘an:
    «Döyüş sursatları üçün geri qayıdanlardan və başqa bir dəstəyə köməyə gedənlərdən başqa, düşmənə arxa çevirənlər Allahın qəzəbinə gələrlər.
    Onların yeri necə də pis yer olan Cəhənnəmdir.»[1651]
    Hədis:
    1473. «İmam Əli (ə) Siffeyn müharibəsində öz səhabələrinə xitabən buyurur:«Dalbadal yürüş edin və qaçmaqdan həya edin, çünki döyüş meydanından qaçmaq gələcək nəsillərə və gələcək dövrlərə əbədi qalan rüsvayçılıqdır. Könül razılığı ilə vuruşun, şad və rahat ruhiyyə ilə ölümə doğru addım atın»[1652].
    1474. İmam Sadiq (ə):«Müharibədə iki kişinin qadağından qaçanın işi, qaçmaq hesab olunar. Əgər müharibədə üç nəfərin qabağından qaçarsa, bu qaçmaq sayılmaz.»[1653]
    1475. İmam Rza (ə):«Allah-taala cihad meydanından qaçmağı haram etmişdir. Çünki, bu dinin zəifləməsinə, peyğəmbərlər və ədalətli rəhbərlərə (ə) hörmətsizliyə səbəb olar.»[1654]
    487. Müharibədə müxtəlif növ silahlardan istifadə etmək
    Qur‘an:
    «Onların müqabilində bacardığınız qədər qüvvə toplayın.»[1655]
    Hədis:
    1476. Həfs ibn Ğiyas: «İmam Sadiqdən (ə) soruşdum:«Əhalisi müharibə edən şəhərdə müsəlman qadın, uşaq, qoca, əsirlər və tacirlər olduğu halda ora su buraxıb od vurmaq və ya əhalisini öldürmək məqsədi ilə onu mancanağa tutmaq olarmı?» Həzrət (ə) buyurur:«Onlara qarşı bu işləri görmək lazımdır və həmin şəxslərin (müsəlmanların) olmasına görə müharibə edən şəhərin əhalisindən əl çəkmək olmaz. Onlara görə müsəlmanların boynunda nə bir diyə[1656] var, nə də kəffarə.»[1657]
    488. Dəniz qüvvələri
    1477. Allahın Peyğəmbəri (s):«Dəniz döyüşlərində şəhid olanlar Allah yanında yerüstü müharibə şəhidlərindən üstündürlər.»[1658]
    489. Qadınların müharibədə iştirakı
    1478. İmam Baqir (ə), yaxud İmam Sadiq (ə):«Allahın Rəsulu (s) yaralıları müalicə etmək üçün qadınları da özü ilə müharibəyə apardı. Qənimətdən onlar arasında heç bir şey bölüşdürməsə də, onlara bəxşişlər verdi.»[1659]
    93 Müharib[1660]
    490. Müharib
    Qur‘an:
    «Allah və Onun Rəsulu ilə müharibə edənlərin, yer üzündə fəsad törətməyə çalışanların cəzası öldürülmək ya dar ağacından asılmaq, ya əlləri və ayaqları biri soldan, biri də sağdan kəsilmək, yaxud da öz vətənlərindən sürgün olunmaqdır.»[1661]
    Hədis:
    1479. Allahın Peyğəmbəri (s):«Başqalarının üzərinə qılınc çəkənin qanı hədərdir.»[1662]
    1480. İmam Əli (ə):«Oğru müharibi (yəni, əlində silah oğurluqla məşğul olan kəsi) öldür və narahat olma, onun qanı mənim boynumadır.»[1663]
    1481. «Dəaimul-İslam»:«Əmirəl-mömininin yanına bir müharib gətirdilər. O Həzrət (ə) müharibi diri-diri dar ağacından asmağı əmr etdi. Bunun üçün üzü qibləyə bir (dar) ağacı qurdu və həmin müharibi arxası ağaca, üzü isə camaata və qibləyə tərəf dar ağacından asdı. Onun cəsədi üç gün dar ağacından asılı qaldı. Üç gündən sonra onu aşağı salmağı əmr etdi və namazını qılıb dəfn etdi.»[1664]
    1482. İmam Baqir (ə):«Gecə vaxtı özü ilə silah gəzdirən kəs müharibdir, yalnız heç bir şəkk-şübhə yeri olmayan şəxsdən başqa.»[1665]
    1483. İmam Sadiq (ə) müharibin sürgun olunması barədə sualın cavabında buyurub: «Şəhərdən sürgün edilər.Əmirəl-möminin (ə) iki kişini Kufədən başqa yerə sürgün etdi.»[1666]
    94 Azadlıq və azadəlik[1667]
    1484. İmam Sadiq (ə):«Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik.»[1668]
    492. Bütün insanlar azaddır
    1485. İmam Əli (ə) :«Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır.»[1669]
    1486. İmam Əli (ə):«Başqalarına qul olma, Allah-taala səni azad yaradıb.»[1670]
    1487. İmam Sadiq (ə):«Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbr edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi.»[1671]
    493. Azad insanın xasiyyəti
    1488. İmam Əli (ə): «Gülərüzlülük azədə insanın xislətidir.»[1672]
    1489. İmam Əli (ə): «Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin təbiəti və yaxşı insanların xasiyyətidir.»[1673]
    1490. İmam Əli (ə): «Qane olan qul azaddır, tamahkar azad isə qul.»[1674]

    95 Hərislik
    494. Hərislik
    1491. İmam Əli (ə) (Hərislik nədir?-sualının cavabında) «Çoxu əldən verməklə azı əldə etmək.»[1675]
    1492. İmam Əli (ə): «Hərislik əbədi əziyyətdir.»[1676]
    1493. İmam Əli (ə): «Hərislik mərdliyə ləkə gətirər.»[1677]
    1494. İmam Əli (ə): «Hərislik dərdin miniyidir.»[1678]
    495. Həris
    1495.İmam Əli (ə) – «Hansı zəlillik daha pisdir? – sualına cavab olaraq buyurur:«Dünyaya hərislik.»[1679]
    1496. İmam Əli (ə) :«Həris əsarətin buxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz bir əsirdir.»[1680]
    1497. İmam Əli (ə):«Ruzi bölünmüşdür, həris isə məhrumdur.»[1681]
    1498. İmam Əli (ə):«Həris bütün dünyaya malik olsa belə möhtacdır.»[1682]
    1499. İmam Əli (ə): «Həris olan kimsə özünü bədbəxtlik və əziyyət uçurumuna atmışdır.»[1683]

    96 Haram
    497. Haramlardan çəkinmək
    1509. İmam Əli (ə):«Əgər kəramət və alicənablıq istəyirsənsə, haramlardan uzaqlaş.»[1693]
    1510. İmam Əli (ə):«Ən gözəl əxlaqi xüsusiyyət haramlardan çəkinməkdir.»[1694]
    1511. İmam Əli (ə):«Əgər Allah-taala nalayiq işləri qadağan etməsəydi, belə ağıllı insan yenə də onlardan çəkinməliydi.»[1695]
    498. Haram yemək
    1512. Allahın Peyğəmbəri (s):«Haram yeyərək ibadət etmək qumun və ya başqa sözlə desək, suyun üzərində bina tikməyə bənzəyir.»[1696]
    1513. Allahın peyğəmbəri (s):«Bir tikə haramdan imtina etmək Allaha iki min rirət müstəhəbb namaz qılmaqdan daha xoş gəlir.»[1697]
    1514. İmam Baqir (ə):«İnsan haram mal əldə edərsə, nə onun həcci, nə ümrəsi, nə də sileyi-rəhmi qəbul olunmaz, hətta onun evlənməyinə və ailə həyatına da pis tə‘sir göstərər.»[1698]
    1515. İmam Sadiq (ə) «etdikləri əməlləri araşdıracağıq və hamısını toz zərrələri kimi küləyə sovuracağıq» ayəsi haqda buyurur:«Allaha and olsun, onların əməlləri Misir kətanından ağ olsa da, haramla üz-üzə gələndə ondan imtina etməzdilər.»[1699]
    499. Haram iş görməyə imkanı olduğu halda onu tərk edənin savabı
    1516. Peyğəmbər (s):«Haram qadın və ya kəniz ilə yaxınlıq etmək imkanı yaranan zaman Allah qorxusundan bu işdən çəkinənə Allah-taala Cəhənnəm odunu haram edər, (Qiyamət günü) böyük qorxudan amanda saxlayar və Cənnətə daxil edər.»[1700]
    1517. Allahın Peyğəmbəri (s) :«Haram bir iş görməyə imkanı olan şəxs yalnız Allahdan qorxduğuna görə bu işdən imtina edərsə, əvəzində Allah-taala ona axirətdən əvvəl, elə bu dünyada daha yaxşısını bəxş edər.»[1701]
    1518. İmam Kazim (ə):«Süffə əhli Peyğəmbərin (s) qonağı idilər. Onlar öz ev-eşiklərini tərk edib Mədinəyə hicrət etmişdilər. Allahın Peyğəmbəri (s) dörd yüz nəfər olan həmin kişiləri məscidin həyətində yerləşdirmişdi. O Həzrət (s) hər səhər və axşam onların yanına gedib salam verirdi. Bir gün onların yanına gələndə görür ki, biri ayaqqabısını yamayır, digəri paltarına yamaq vurur, bir dəstəsi də paltarlarının bitini təmizləyir.
    Allahın Rəsulu (s) hər gün onlara bir müd[1702] xurma verirdi. Onların arasından bir kişi qalxıb ərz etdi:«Ey Allahın Rəsulu! Bizə verdiyin xurma mədəmizi yandırdı». Allahın Peyğəmbəri (s) buyurdu:«Bilin ki, əgər dünyanı sizə yedizdirə bilsəydim, bu işi görərdim. Amma məndən sonra sizlərdən sağ qalanlar səhər və axşam doyunca yemək yeyəcəklər. Hər biriniz səhər bir köynək, axşam başqasını geyinəcək və evlərinizi Kəbə evi kimi ucaldıb, bəzəyəcəksiniz».
    Bir kişi qalxıb dedi:«Ey Allahın Rəsulu! Mən belə günün arzusundayam! O gün nə vaxt gələcək?» Buyurdu:«Sizin bu gününüz həmin zamandan daha yaxşıdır. Əgər siz qarınlarınızı halalla doldursanız, çox güman ki, onu haramla da doldurarsınız.»[1703].
    ioooooop
    97 Peşə
    500. Peşə
    1519. Allahın Peyğəmbəri (s):«Allah-taala mömin, öz peşəsinin ustası olan və işləyən bəndəni sevir.»[1704]
    1520. «Əl-xisal»:«Allahın Rəsulu (s) bir kimsəyə baxanda və ondan xoşu gələndə buyurardı:«Peşəsi də varmı?» Əgər «xeyr» desəydilər buyurardı:«Gözümdən düşdü» Ərz edərdilər:«Niyə, ey Allahın Rəsulu?» Buyurardı:«Əgər möminin bir peşəsi və məşğuliyyəti olmazsa öz dinini dolanışıq vasitəsinə çevirəcək»[1705].
    1521. İmam Əli (ə):«Ticarətlə məşğul olun ki, sizi xalqın malından ehtiyacsız edər və Allah-taala peşəkar, işində düz olan bəndəni sevər»[1706].
    1522. «Müstədrəkul-Vəsail»:«İmam Sadiq (ə) səhabələrin birindən peşəsi barəsində soruşdu. Səhabə ərz etdi ki, «sənə fəda olum, mən ticarətdən kənara çəkilmişəm». Buyurdu:«Niyə?» Ərz etdi:«Bu işin baş verməsini (sizin hökumətinizin qurulmasını) gözləyirəm.» 0 Həzrət (ə) buyurdu:«Bu sizdən gözlənilməyən bir hərəkətdir, (çünki) sərvətiniz əldən gedir. Ticarətdən əl çəkmə, Allahın fəzilət və bərəkətini axtar, dükanını aç, mallarını doldur, işini genişləndir və Allahdan ruzi istə.»[1707]
    501.Allahın hizbi
    Qur’an:
    « Allah, Onun peyğəmbəri və möminlərlə dostluq edən kəs bilsin ki, Allahın hizbi qalibdir.»[1708]
    Hədis:
    1523. İmam Əli (ə):«Allahın qalib hizbindən olmaq istəyirsənmi? Böyük Allahdan qorx və bütün işlərini yaxşı gör. Çünki, Allah-taala təqvalılar və əməli saleh insanlarla birgədir.»[1709]
    1524. İmam Sadiq (ə):«Biz və bizim şiələr Allahın hizbiyik, Allahın hizbi
    isə qalibdir.»[1710]
    502. Şeytanın hizbi
    Qur’an:
    «Şeytan onlara qalib gəlmiş və Allahın adını yadlarından çıxarmışdır. Onlar şeytanın hizbindəndir. Bilin ki, şeytanın hizbi ziyana uğrayanlardır.»[1711]
    Hədis:
    1525. İmam Əli (ə):«Ey insanlar! Bütün fitnə-fəsadlar yalnız sizin öz nəfsani istəklərinizə tabe olmağınızdan başlayır… Əgər haqq xalis və yekdil olsaydı heç bir ixtilaf meydana gəlməzdi. Amma bir az haqqdan və bir ovuc da batildən götürülüb bir-biri ilə qarışdırılıb. Şeytan burada öz dostlarına qalib gəlir. Ancaq, Allahın ehsan və lütfü əvvəlcədən hallarına şamil olanlar nicat taparlar.» [1712]
    1526. İmam Əlinin (ə) münafiqləri təsvir etdiyi xütbəsindən:«Onlar şeytan dəstəsi və Cəhənnəm alovunun şöləsidir. Onlar şeytanın qoşunudur. Bilin ki, şeytana tabe olanlar məğlublar və ziyana uğrayanlardır.»[1713]
    98 Uzaqgörənlik
    503. Uzaqgörənlik
    1527. İmam Əli (ə):«Uzaqgörənlik zirəklikdir.»[1714]
    1528. İmam Əli (ə):«Uzaqgörən şəxs ehtiyatlı, uzaqgörənliyi tərk edən isə qorxusuz olar.»[1715]
    1529. İmam Sadiq (ə):«Uzaqgörənlik gümanın çırağıdır.»[1716]
    504. Nəticəni düşünmək
    1530. İmam Əli (ə):«Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atar.»[1717]
    1531. İmam Əli (ə):«İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan amanda saxlar.»[1718]
    1532. İmam Əli (ə):«İnsanların ən ağıllısı, onların aqibəti ən çox düşünənidir.»[1719]
    505. Uzaqgörənlik və qərar qəbulu
    1533. İmam Əli (ə):«Qələbə uzaqgörənlik və güclü iradə ilə qazanılar.»[1720]
    1534. İmam Əli (ə):«Uzaqgörənlik olmayan əzm və qərarda xeyir yoxdur.»[1721]
    506. Uzaqgörənliyin izahı
    1535. İmam Əli (ə):«Uzaqgörənlik aqibəti düşünmək və müdriklərlə məsləhətləşməkdir.» [1722]
    1536. İmam Əli (ə):«Uzaqgörənliyin kökü, şübhə yarananda dayanmaqdır.»[1723]
    1537. İmam Əli (ə):«Sınamamış e‘timad etmək, uzaqgörənliyə ziddir.»[1724]
    507. Uzaqgörən
    1538. İmam Əli (ə):«Uzaqgörən şəxs odur ki, dünyanın aldadıcı mənzərəsi onu axirət naminə çalışmaqdan çəkindirməsin.» [1725]
    1539. İmam Əli (ə):«Uzaqgörən şəxs özünə yaxşı dost seçər. Çünki, insana öz dostu ilə qiymət verilir.»[1726]
    1540. İmam Əli (ə):«Uzaqgörən şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün çalışmaqdan saxlamasın.» [1727]
    1541. İmam Əli (ə) :«Uzaqgörən şəxs odur ki, qəzəbin şö‘lələri şaxə qalxanda cəza verməyi tə‘xirə salsın və ilkin fürsətdə yaxşılığın əvəzini (yaxşılıqla) ödəməyə tələssin.» [1728]
    507. Ən uzaqgörən insan
    1542. Allahın Peyğəmbəri (s):«Ən uzaqgörən insan, hamıdan çox öz qəzəbinə qalib gələndir.» [1729]
    1543. Allahın Peyğəmbəri (s): «Sizin aranızda ən zirəyiniz ölümü başqalarından daha çox yad edən və ən uzaqgörəniniz ona daha çox hazır olanınızdır.»[1730]
    1544. İmam Əli (ə): «Sizin ən uzaqgörəniniz ən təqvalınızdır.»[1731]

    [1588] Biharul-Ənvar, c.2, səh.152, hədis43
    [1589] Biharul-Ənvar, c.2, səh.144, hədis5
    [1590] Əmali-Mufid, səh.42, hədis10
    [1591] Biharul-Ənvar, c.2, səh.150, hədis24
    [1592] Əmali-Səduq, səh.152, hədis4
    [1593] Biharul-Ənvar, c.2, səh.145, hədis9
    [1594] Biharul-Ənvar, c.2, səh.156, hədis10
    [1595] Kənzul-Fəvaid, c.2, səh.31
    [1596] Biharul-Ənvar, c.2, səh.160, hədis13
    [1597] Məani-Əxbar, səh.2, hədis3
    [1598] Əmali-Tusi, səh.227, hədis398
    [1599] Kənzul-Ummal, hədis 29255
    [1600] Biharul-Ənvar, c.2, səh.212, hədis114
    [1601] Kənzul-Ummal, hədis 907
    [1602] əl-Kafi, c.1, səh.69, hədis4
    [1603] Biharul-Ənvar, c.2, səh.189, hədis21
    [1604] Məani-Əxbar, səh.390, hədis30
    [1605] Kənzul-Ummal, hədis 29179
    [1606] Biharul-Ənvar, c.2, səh.164, hədis24
    [1607] Kənzul-Ummal, hədis 29284
    [1608] Biharul-Ənvar, c.2, səh.77, hədis60
    [1609] Məani-Əxbar, səh.189, hədis1
    [1610] Müğeyriyyə – bir məzhəbin adıdır
    [1611] Biharul-Ənvar, c.2, səh.169, hədis3
    [1612] Motaşabeh – məna baxımından müxtəlif yozumları olan hədislər
    [1613] Uyune Əxbare Reza (ə), c.1, səh.290, hədis39
    [1614] əl-Kafi, c.1, səh.59, hədis2
    [1615] Kənzul-Ummal, hədis 12971
    [1616] Mən lə yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146
    [1617] Kənzul-Ummal, hədis 14599
    [1618] Mustədrəkul-Vəsail, c.18, səh.9, hədis21843
    [1619] Mustədrəkul-Vəsail, səh.7, hədis21834
    [1620] Zəmanət – yəni, cəzalandırılmış şəxs üçün zamin durmaq
    [1621] Kənzul-Ummal, hədis 43837
    [1622] Mən la yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146
    [1623] Mustədrihul-Vəsail, c.13, səh.439, hədis15846
    [1624] Mustədrəkul-Vəsail, c.8, səh.24, hədis21901
    [1625] əl-Kafi, c.7, səh.210, hədis4
    [1626] Bəqərə, ayə 229
    [1627] Mustədrəkul-Vəsail, c.8, səh.37, hədis21948
    [1628] əl-Kafi, c.7, səh.260, hədis1
    [1629] Kənzul-Ummal, hədis 12964
    [1630] Tuhəful-Uqul, səh.214
    [1631] Tənbihul-Xəvatir, c.1, səh.116
    [1632] Kənzul-Ummal, hədis 14002
    [1633] əl-Kafi, c.7, səh.191, hədis2
    [1634] Təzir – cəzanın bir növüdür. Təzirdə tərbiyələndirmək məqsədi ilə şallaq vurular.
    [1635] İləluş-Şəraye, səh.538, hədis4
    [1636] əl-Kafi, c.7, səh.240, hədis1
    [1637] Ğurərul-Hikəm, hədis 5320
    [1638] Ğurərul-Hikəm, hədis 705
    [1639] Ğurərul-Hikəm, səh.406
    [1640] Şərhe Nəhcül-Bəlağə, c.3, səh.186
    [1641] Nəhcül-Bəlağə, xütbə 27
    [1642] Kənzul-Ummal, hədis 11300
    [1643] Nəhcül-Bəlağə, xütbə 55
    [1644] Tuhəful-Uqul, səh.191
    [1645] Qurbul-İrşad, səh.131, hədis456
    [1646] Nəhcül-Bəlağə, xütbə 124
    [1647] Nəhcül-Bəlağə, məktub 12
    [1648] əl-Kafi, c.5, səh.28, hədis2
    [1649] İləluş-Şərayi, səh.565, hədis1
    [1650] Kənzul-Ummal, hədis 10892
    [1651] Ənfal, ayə 16
    [1652] Nəhcüs-Suadə, c.2, səh.232
    [1653] əl-Kafi, c.5, səh.34, hədis1
    [1654] Uyune Əxbare Reza, c.2, səh.92, hədis1
    [1655] Ənfal, ayə 60
    [1656] Diyə – qan bahasıdır
    [1657] əl-Kafi, c.5, səh.28, hədis6
    [1658] Kənzul-Ummal, hədis 11108
    [1659] əl-Kafi, c.5, səh.45, hədis8
    [1660] Müharib – Allaha, peyğəmbərə, imama və möminlərə qarşı vuruşan şəxsdir
    [1661] Maidə, ayə 33
    [1662] Mustədrikul-Vəsail, c.1, səh.99, hədis12521
    [1663] əl-Məhasin, c.2, səh.107, hədis1289
    [1664] Dəaimul-İslam, c.2, səh.477, hədis1713
    [1665] əl-Kafi, c.7, səh.246, hədis6
    [1666] Mustədrikul-Vəsail, c.18, səh.159, hədis22384
    [1667] Azadəlik – ürəyi genişlik, alicənablıq, səmimiyyət
    [1668] əl-Xisal, səh.284
    [1669] Nəhcüs-Suadə, c.1, səh.198
    [1670] Nəhcül-Bəlağə, məktub 31
    [1671] əl-Kafi, c.2, səh.89, hədis6
    [1672] Ğurərul-Hikəm, hədis 467
    [1673] Ğurərul-Hikəm, hədis 3605
    [1674] Ğurərul-Hikəm, hədis 413
    [1675] Biharul-Ənvar, c.73, səh.167, hədis31
    [1676] Ğurərul-Hikəm, hədis 982
    [1677] Ğurərul-Hikəm, hədis 1107
    [1678] Ğurərul-Hikəm, hədis 280
    [1679] Əmali-Səduq, səh.322, hədis4
    [1680] Ğurərul-Hikəm, hədis 1370
    [1681] Ğurərul-Hikəm, hədis 96
    [1682] Ğurərul-Hikəm, hədis 1753
    [1683] Ğurərul-Hikəm, hədis 7723
    [1684] Ğurərul-Hikəm, hədis 365
    [1685] Ğurərul-Hikəm, hədis 1877
    [1686] Əlamud-Din, səh.428
    [1687] əl-Kafi, c.2, səh.316, hədis7
    [1688] əl-Kafi, səh.138, hədis6
    [1689] İləluş-Şəraye, səh.559, hədis1
    [1690] Kənzul-Ummal, hədis 44095
    [1691] Ğurərul-Hikəm, hədis 6195
    [1692] Ğurərul-Hikəm, hədis 5772
    [1693] Ğurərul-Hikəm, hədis 4069
    [1694] Ğurərul-Hikəm, hədis 9382
    [1695] Ğurərul-Hikəm, hədis 7595
    [1696] İddətud-Dai, səh.141
    [1697] Tənbihul-Xəvatir, c.2, səh.120
    [1698] Əmali-Tusi, səh.680 , hədis1447
    [1699] əl-Kafi, c.2, səh.81 , hədis5
    [1700] Səvabul-Əmal, səh.334 , hədis1
    [1701] Kənzul-Ummal, hədis 43113
    [1703] Mustədrikul-Vəsail, c.2, səh.56 , hədis13499
    [1704] Kənzul-Ummal, hədis 9199
    [1705] Camiul-Əxbar, səh.390, hədis1084
    [1706] əl-Xisal, səh.621, hədis10
    [1707] Mustədrəkul-Vəsail, c.13, səh.10, hədis 14578
    [1708] Maidə, ayə 56
    [1709]Ğurərul-Hikəm, hədis 2828
    [1710] ət-Tohid,səh.166, , hədis1
    [1711] Mücadilə, ayə 19
    [1712] əl-Kafi, c1, səh.54, hədis 1
    [1713] Nəhcül-Bəlağə, xütbə 194
    [1714] Biharul-Ənvar, c.71,səh.339, hədis 8
    [1715] Ğurərul-Hikəm, hədis (7913 və 7914).
    [1716] Tuhəful-Uqul, səh.356
    [1717] Tuhəful-Uqul, səh.90
    [1718] Uyunul Əxbarel Reza (ə), c2, səh.54, hədis 204
    [1719] Ğurərul-Hikəm, hədis 3367
    [1720] Əvali əla, c1, səh.292, hədis 164
    [1721] Ğurərul-Hikəm, hədis 10682
    [1722] Ğurərul-Hikəm, hədis 1915
    [1723] Tuhəful-Uqul, səh.214
    [1724] Ğurərul-Hikəm, hədis 1514
    [1725] Ğurərul-Hikəm, hədis 1984
    [1726] Ğurərul-Hikəm, hədis 2026
    [1727] Ğurərul-Hikəm, hədis 1878
    [1728] Ğurərul-Hikəm, hədis 2179
    [1729] Əmali-Səduq, səh.28, hədis 4
    [1730] Əlamud-Din, səh.333
    [1731] Ğurərul-Hikəm, hədis 2832
    Category: Mizanul – hikmət (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-09-11)
    Views: 539 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Melzingroub, Artemimith
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017