İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR

    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR
    TƏRTİB EDƏN: S. BAĞIRZADƏ
    BİSMİLLAHİR-RƏHRANİR-RƏHİM
    Ön söz
    اللَّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِي هَذِهِ السَّاعَةِ وَ فِي كُلِّ سَاعَةٍ وَلِيّا وَ حَافِظا وَ قَائِدا وَ نَاصِرا وَ دَلِيلا وَ عَيْنا حَتَّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيل
    Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaihi fi hazihis-saəti və fi kulli saətin vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv`ən və tuməttiəhu fiha təvila.
    كُلُّ يَوْمٍ عَاشُورَا، كُلُّ اَرْضٍ كَرْبَلاَء وَ كُلُّ شَهْرٍ مُحَرَّمٌ
    Hər gün Aşura, hər yer Kərbəla və hər ay Məhərrəmdir.
    قَالَ رَسُولُ الله (ص): اِنَّ الحُسَيْنَ مِصْبَاحُ الهُدَى وَ سَفِينَةُ النَّجَاةِ
    Allahın Rəsulu həzrət Muhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) buyurubdur: «Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir.»
    Əziz oxucular! Hamıya mə’lum olduğu kimi imam Hüseyn (ə) 61-ci hicri-qəməri ili, Məhərrəm ayının onunda (yə’ni Aşura günü) haqqı yer üzündə bərpa etmək üçün öz səhabələri ilə birlikdə qiyam edərək düşmən tərəfindən amansızcasına qətlə yetirildilər. O həzrət (ə) öz qiyam və şəhadəti ilə İslamı yenidən dirçəldib özündən sonrakı nəsillərə "Zülm və zalımlar qarşısında heç vaxt təslim olmayın!”-ideasını töhvə verərək bəşəriyyət tarixinin ən qaranlıq dövürlərini əbədi olaraq işıqlandırdı.
    İmam Hüseyn (ə) Aşura günü təpədən dırnağadək silahlanmış otuz min düşmən qarşısında
    هَيْهَاتَ مِنَّا الدَّنِيَّة، هَيْهَات مِنَّا الذِّلَّة
    «Alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.» - sədasını, bütün azad insanlara çatdırdı.
    Peyğəmbəri Əkrəm (s) də bir hədisdə belə buyurur:
    قَالَ رَسُولُ الله: مَنْ اَقَرَّ بِالذِّلِّ طَائِعًا فَلَيْسَ مِنَّا اَهْلَ البَيْتِ
    «Hər kəs öz istəyi ilə zilləti qəbul etsə, Biz əhli-beytdən deyil.»
    Qarşınızda olan bu kitab həzrət imam Hüseyn (ə)-ın qiyamının fəlsəfə və fəziləti haqqındadır.
    Bu kitabın Allahın razılığına və əziz oxucular tərəfindən rəğbətlə qarşılanmasına səbəb olaacağına böyük ümid bəsləyirəm. İnşaallah!
    Müqəddəs Qum şəhəri
    20/2/2004

    Təzmin
    «Hüseynə yerlər ağlar, göylər ağlar,
    Bətulü Mürtəza, Peyğəmbər ağlar»
    (Dilriş)
    Hüseynin nohəsin Dilriş yazanda ,
    Müsəlman səhlidir ki, kafər ağlar.
    Kor olmuş gözlərin qan tutdu Şimrin,
    Ki, görsün öz əlində xəncər ağlar.
    Hüseynin köynəyi Zəhra əlində
    Çəkər qeyha qiyamət, məhşər ağlar.
    Atanda hərmələ ox Kərbəladə
    Görəydin düşmən ağlar, ləşkər ağlar.
    Qucağında görəydin, Ümmüleyla
    Alıb nəş’i Əliyyi Əkbər ağlar.
    Rübab nisgil döşündə süd görəndə
    Əliyyi Əsğəri yad eylər ağlar.
    Başında kakili Əkbər həvası,
    Yel ağlar, sünbül ağlar, ənbər ağlar.
    Yazanda Ali-taha nohəsin mən,
    Qələm gördüm sızlar, dəftər ağlar.
    Əli, şəqqül-qəmər, mehrab, tilit qan,
    Qulaq ver, məscid oxşar, mənbər ağlar.
    Əlidən, Şəhriyar, sən bir işarə,
    Qucaqlar qəbri Malik Əjdər ağlar.
    * * *
    Məhərrəmdir, xanım Zeynəb əzası,
    Bizi səslər Hüseynin Kərbəlası.
    Daha zəvvarının yox səs-sədası
    Bu gün Kərbübəla viran olubdur.
    Hüseyn öz qanına qəltan olubdur.
    (Ustad Şəhriyar)

    İmam Hüseyn (ə)-ın qiyamının hədəfi
    وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
    Allah taala Qur’ani-kərimdə buyurur: "(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be mə’ruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.”
    (Ali-İmran surəsi, ayə 104)
    قَالَ رَسُولُ الله: مَنْ اَمَرَ بِالْمَعْرُوفِ وَ نَهَى عَنِ الْمُنْكَرِ فَهُوَ خَلِيفَةُ اللهِ فِى اَرْضِهِ وَ خَلِيفَةُ رَسُولِ اللهِ وَ خَلِيفَةُ كِتَابِهِ
    Əgər bir şəxs əmr be mə’ruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir.
    (Məcməul-bəyan, 2-ci cild, səh. 807)
    قَالَ حُسَيْنُ ابنُ عَلِىٍّ عليه السَّلام فِى وَصِيَّتِهِ لِمُحَمَّدِ الْحَنَفِيَّة: إِنِّى لَمْ اَخْرُجْ اَشِرًا وَ لاَ بَطِرًا وَ لا مُفْسِدًا وَ لاَ ظَالِمًا اِنَّمَا خَرَجْتُ لِطَلَبِ الإِصْلاَحِ فِى اُمَّةِ جَدِّى (ص) اُرِيدُ اَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ اَنْهَى عَنِ المُنْكَرِ وَ اَسِيرَ بِسِيرَةِ جَدِّى وَ اَبِى
    İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be mə’ruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.»
    (Bihar, 44-cü cild, səh. 329)
    وَ بَزَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادِكَ مِنَ الجَهَالَةِ وَ حَيْرَةِ الضَّلاَلَةِ
    Ərbə’in ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi.
    (Məfatihu-l-cinan, Ərbə’in ziyarəti, səh. 468)
    قَالَ رَسُولُ الله (ص): الحَسَنُ وَ الحُسَيْنُ اِمَامَانِ قَامَا اَوْ قَعَدَا
    Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.»
    (Bihar, cild 43, səh.29)

    Əmr be mə’ruf və nəhy əz münkəri tərk etməyin aqibəti
    إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ
    Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz.
    (Rə’d surəsi, ayə 11)
    Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə "Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu:
    اِنَّ رَسُولَ اللهِ (ص) قَدْ قَالَ فِى حَيَاتِهِ مَنْ رَاى سُلْطَانًا جَائِرًا مُسْتَحِلاًّ لِحُرُمِ اللهِ نَاكِثًا لِعَهْدِ اللهِ مُخَالِفًا لِسُنَّةِ رَسُولِ اللهِ يَعْمَلُ فِى عِبَادِ اللهِ بِالْإِثْمِ وَ الْعُدْوَانِ ثُمَّ لَمْ يُغَيِّرْ بِفِعْلٍ وَ لاَ قَوْلٍ كَانَ حَقًا عَلَى اللهِ اَنْ يُدْخِلَهُ مُدْخَلَهُ
    "Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola də’vət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.”
    (Yə’ni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.)
    (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2)
    قَالَ أَبُو جَعْفَرْ عَلَيْهِ السَّلاَم:
    أَوْحَى الله إِلَى شُعَيْب النَّبِىّ عَلَيْهِ السَّلاَم: إِنِّى لَمُعَذِّبٌ مِنْ قَوْمِكَ مِئَةَ اَلْفٍ أَرْبَعِينَ اَلْفًا مِنْ شِرَارِهِم وَ سِتِّينَ اَلْفًا مِنْ خِيَارِهِمْ فَفَالَ يَا رَبِّ هؤُلاَءِ الاَشْرَارِ فَمَا بَالُ الاَخْيَارِ فَاَوْحَى الله عَزَّ وَ جَلَّ إِلَيْهِ: إِنَّهُمْ دَاهَنُوا اَهْلَ الْمَعَاصِى وَ لَمْ يَغْضِبُوا لِغَضَبِى
    İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır.
    Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! "Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?”
    Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir.
    (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103)
    عَنْ اَبِى عَبْدِ الله عليه السلام إِنَّ الله عَزَّ وَ جَلَّ بَعَثَ مَلَكَيْنِ إِلَى اَهْلِ مَدِينَةٍ لِيُقَلِّبَاهَا عَلَى اَهْلِهَا فَلَمَّا اِنْتَهَيَا اِلَى الْمَدِينَةِ وَ جَدَا رَجُلاً يَدْعُوا الله وَ يَتَضَرَّعُ فَقَالَ اَحَدُ الْمَلَكَيْنِ لِصَاحِبِهِ اَمَا تَرَى هذَا الدَّاعِىَ؟ فَقَالَ قَدْ رَاَيْتُهُ وَ لكِنْ اَمْضِ لِمَا اَمَرَ بِهِ رَبِّى فَقَالَ لاَ وَ لكِنْ لاَ اُحَدِّثُ شَيْئًا حَتَّى اُرَاجِعَ رَبِّى فَعَادَ اِلَى اللهِ تَبَارَكَ وَ تَعَالَى فَقَالَ يَا رَبِّ اِنِّى اِنْتَهَيْتُ اِلَى المَدِينَةِ فَوَجَدْتُ عَبْدَكَ فُلاَنًا يَدْعُوكَ وَ يَتَضَرَّعُ اِلَيْكَ فَقَالَ اِمْضِ بِمَا اَمَرْتُكَ بِهِ فَاِنَّ ذَا رَجُلٌ لَمْ يَتَمَعَّرْ وَجْهُهُ غَيْظًا لِى قَطُّ
    İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir.
    Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən?
    O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yə’ni şəhəri alt-üst et).
    Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib.
    Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yə’ni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində e’tiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir.
    (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8)
    Category: İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR | Added by: Islam_Kitabxanasi (2012-06-20)
    Views: 1324 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024