İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə
    DÖRDÜNCÜ RİSАLӘ
    Qeybətin hökmləri
    QЕYBӘTİN HÖKMLӘRİ
    Bismillahir-Rəhmani-Rəhim. Əlhəmdu-lillahi Rəbbil-Aləmin və səlləllahu əla Muhəmmədin və alihit-tahirin.
    Həmd və sitayiş mö`minə ehtiramı vacib etmiş, onun qeybətini haram buyurmuş və belə bir qeybəti qardaş cəsədini yeməyə bərabər tutmuş Allaha məxsusdur.
    Salam olsun Allahın məxluqunun ən üstünü olan son peyğəmbər Məhəmməd (s) Mustafaya.
    Bə`ziləri başqaları haqqında pis sözlər danışır və bu günahın böyüklüyünü dərk etmir. Mö`minlərin qeybətini və onlar haqqında pis sözü haram kimi tanıtdıran və məzəmmət edən bə`zi Qur`an ayələri və hədislərə nəzər salacağıq. Bu ayə və hədislərlə tanış olan möhtərəm oxucular qeybətin necə böyük günah olduğunu anlayar, ondan həzər qılar və yol verdikləri qeybətə görə tövbə qılarlar. Qeybətə görə tövbə edən kəs qeybətini etdiyi şəxsdən razılıq almalıdır. Əlbəttə ki, qeybəti olunan şəxsdən razılıq alınması fəsada səbəb olmamalıdır. Fəsad ehtimalı olduqda ona heç nə deyilməməlidir və onun günahlarının bağışlanması üçün dua edilməlidir. Belə bir rə`y mərhum Аyətullah-üzma Hacı Ağa Hüseyn Təbatəbai Bürucerdinin fәtvasına uyğundur.
    Bu risalə beş fəsil və bir sonluqdan ibarətdir.
    Birinci fəsil: Qeybətin həqiqəti və mə`nası
    İkinci fəsil: Qeybətin haram olması dəlilləri
    Üçüncü fəsil: Qeybət xəstəliyinin müalicə yolları
    Dördüncü fəsil: Qeybətə icazə verilən məqamlar
    Beşinci fəsil: Qeybətin və digər günahların tövbəsi
    Sonluq: Dilə aid günahlar
    Birinci fəsil
    QEYBƏTİN HƏQİQƏTİ VƏ MƏ`NASI
    Rəvayətlərdən belə mə`lum olur ki, qeybət dedikdə, on iki imamçı şiə haqqında xalqa onu narazı salacaq sözlər demək nəzərdə tutulur.
    Bu nöqsan onun cismində də, soyunda da, xasiyyət və əməllərində də ola bilər. Bir şəxs haqqında kordur, kardır, topaldır, bəstəboydur, uzundur, qaradır, ayı kimidir, narkamana oxşayır demək cismə aid olan qeybətlərdəndir.
    Bir şəxs haqqında "filan günahkarın, filan fəhlənin, filan xəbisin oğludur” demək soyla bağlı qeybətlərdəndir. İnsanın danışıq və əməlləri haqqında deyilənlər də qeybətdir. Bir şəxsin əxlaqsız, paxıl, təkəbbürlü, zalım, riyakar, vəzifəpərəst, oğru, çox danışan olduğunu demək qeybət sayılır. Bir insanın libası, evi, əşyaları haqqında deyilənlər də qeybət sayılır. Məsələn, bir insanın evini yəhudi evinə oxşatmaq qeybətdir. Yuxarıda deyilənlər qarşıda sadalayacağımız rəvayətlərə əsaslanır:
    1. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Bilirsinizmi qeybət nədir? Qeybət odur ki, mö`min qardaşını onun xoşlamayacağı bir şeylə yada salasan.” Bir şəxs soruşdu ki, ya rəsulullah, əgər dediyimiz eyb onda varsa necə?” Hәzrәt Peyğəmbər (s) buyurdu: "Əgər olanı desən qeybətdir, olmayanı desən böhtan!”("Kəşful-rеybə", Şəhid Sani, s.52)
    2. Bir gün Peyğəmbərin (s) yanında "filankəs acizdir” dedilər. Həzrət buyurdu ki, qeybət etdiniz.”("Kəşful-reybə", s.52)
    3. Bir gün Ayişə həzrət Peyğəmbərin (s) xidmətində bir qadınla bağlı dedi: "O bəstəboydur.” Həzrət (s) buyurdu: "Qeybət etdin.”("Kəşful-reybə", s.61) Başqa bir qadının adı çəkilərkən Ayişə onu "ucaboy” sifəti ilə yada saldı. Peyğəmbər (s) buyurdu: "Ağzındakını tüpür.” Ayişə tüpürdü və ağzından bir parça ət düşdü.(Cameus-sadat", 2-294)
    4. Bir gün Peyğəmbərin (s) hüzurunda "filankəs çox yatır” dedilər. Həzrət buyurdu: "Qardaşının cəsədinin ətini yedin.” ("Cameus-sadat", Nəraqi,2-294)
    5. Bir gün Ayişə otağından çıxan qadına işarə ilə onun boyunun qısalığını bildirdi. Hәzrәt Peyğəmbər (s) buyurdu: "Onun qeybətini etdin.” ("Cameus-sadat",2-294)
    Qeybət təkcə dilə aid deyil. İnsan istənilən bir vasitə ilə kiminsə nöqsanını qarşı tərəfə anlada bilər. Əgər qarşı tərəf on iki imamçı şiə olarsa, bu qeybətdir. Qeybət həm dil, həm işarə, həm də yazı ilə gerçəkləşə bilər.
    Kinayə ilə də qeybət etmək mümkündür. Bə`zən kinayə daha pis sayılır. Əgər bir şəxs kiməsə işarə ilə "Allah bizi həyasızlıqdan hifz etsin.”-dеyә söyləyərsə, bu qeybət olar.
    Çox olur ki, kiminsə qeybətini etmək istəyən şəxs öncə riyakarlıqlа onu tə`rifləyir. Tə`rif əsnasında həmin şəxsin eybi açıqlanır. Məsələn deyilir ki, filankəs çox yaxşı adamdır, amma zəmanə onu şeytana əsir edib.
    Bə`ziləri qeybətdən öncə özlərini dərdli göstərirlər. Məsələn, deyirlər: "Onun halına acıyıram, abrı-həyası itib-getdi.” Hansı ki, insan dostunun arxasınca onu narahat edəcək sözlər deməz. Dosta xəlvəti dua olunmalıdır. Yuxarıda qeyd olunan qəm-qüssə və dua daxili bir rəzalətdən doğur. Şeytan belə şəxsi öz oyuncağına çevirir.
    Xatırlatma: Bir çoxları müsəlmanın qeybətini eşidərkən e`tiraz etmirlər. Belələri qeybət edənin günahına şərikdir. Bu mə`nanı təsdiqləyən hədis ikinci fəsildə bəyan olunacaq. Qeybət eşidən şəxs qəlbən bu işə narazı olmalı və qeybətin qarşısını almalıdır. Əgər qeybəti saxlaya bilmirsə, məclisdən çıxmalıdır ki, günaha şərik olmasın. Məclisi də tərk edə bilməsə qəlbən narazı olmalı, maraqla qulaq asmamalıdır. Əgər bir şəxs dildə qeybətə qarşı çıxıb qəlbdə həmin qeybətə maraq göstərərsə nifaq əhlidir.
    Demək, dindar insan qeybəti eşidərkən inkar mövqeyi tutmalı, deyilənləri rədd etməlidir. Qeybəti dinləyən şəxs həmin mö`mini müdafiə edərsə, Allah da ona yardım göstərər.
    İkinci fəsil
    QEYBƏTİN HARAM OLMASI DƏLİLLƏRİ
    Mö`minin qeybəti dörd dəlilə əsasən haramdır: Qur`an dəlili, rəvayət dəlili, icma dəlili və ağıl dəlili.
    Birinci dəlil: Qur`ani-məcidin altı ayəsi qeybətin haram olduğunu təsdiqləyir:
    1. "Hucurat” surəsinin 11-ci ayəsində Allah-tәala üç şeyi qadağan edir: istehza və məsхərə, qeybət və pisliyə danışmaq, mö`mini çirkin və pis ləqəblə çağırmaq. Ayədə buyurulur: "Ey iman gətirənlər, bir qövm digәr bir qövmü məsхərəyə qoymamalıdır. Olsun ki, həmin qövm onlardan üstün ola. Qadınları məsхərəyə qoymasınlar. Olsun ki, məsхərəyə qoyulanlar onlardan üstündür. Mö`minlər sizin özünüz kimidir, onlara eyb tutmayın. Kimsəni pis ləqəblə çağırmayın. Mö`mini kafirin çağırıldığı ləqəblə çağırmaq pisdir. (Məsələn, iman gətirənə "ey yəhudi” deyə müraciət oluna.) Bu günaha yol verən tövbə etməsə sitəmkarlar cərgəsində dayanar və onlardan sayılar.”
    Sünnə əhlindən rəvayət olunur ki, yəhudi Hәyy ibn Хәtəbin qızı Səfiyyə hәzrәt Peyğəmbərin (s) zövcəsi idi. Bir gün bu xanım ağlar halda Peyğəmbərin yanına gəldi və belə ərz etdi: "Ayişə mənə deyir ki, ey iki yəhudinin qızı yəhudi.” Peyğəmbər (s) buyurdu: "Nə üçün demədin ki, atam Harun, əmim Musa və әrim Məhəmməddir?” ("Təfsiri-kəşşaf", 4-370; "Məcməul-bəyan", 5-136) Ötən ayədə məsxərəyə qoymaq qadağan edildi. Növbəti ayədə buyurulur: "Kafir olanlar üçün bir neçə günlük dünya həyatı cilvələndi, onlar iman gətirənləri məsxərəyə qoyurlar. O kəsləri ki, təqva əhlidirlər, Qiyamət günü onlardan üstündürlər. Allah istədiyinə hesabsız ruzi verir.” ("Bəqərə",208)
    2. "Hucurat” surəsinin 12-ci ayəsində Allah-tәala üç şeyi qadağan edir: mö`minlərə münasibətdə bədgümanlıq, mö`minlərin işində təftiş, mö`minlərin arxasınca qeybət və pis danışıq. Ayədə buyurulur: "Ey iman gətirənlər, uzaq olun bir çox gümanlardan. Çünki bə`zi gümanlar günah və din qardaşına münasibətdə bədgümanlıqdır.”
    Rəvayətdə nəql olunur ki, hәzrәt Peyğəmbər (s) "mö`min qardaşınıza münasibətdə xoşgüman olun” buyurmuşdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, mö`min qardaşın işində pisliyə əmin olmayınca ona qarşı bədgüman olma. ("Kafi",2-362) Ayənin davamında buyurulur: "Mö`min qardaşının eyblərini araşdırma, işlərini təftiş etmə.” İmam Sadiq (ә) buyurur: "Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Mö`minlərin büdrəmələrini araşdırmayın. Kim mö`min qardaşında eyb axtarsa, Allah onda eyb axtaracaq. Allahın eyb axtardığı kəs isə rüsvay olacaq.”("Təfsiri-nurus-səqəleyn",5-92)
    Ayənin tərcüməsinin davamı: "Biriniz o birinizin qeybətini etməyin və arxasınca danışmayın. Gizli eybi faş etməyin. (Bu iş ölmüş qardaşın ətini yemək kimidir.) Sizlərdən biri ölmüş qardaşının ətini yeməyi xoşlayırmı? Şübhəsiz, bu işdən ikrah duyursunuz və ağlınız bu işin pis iş olduğunu hökm edir. Beləsə, Allahdan qorxun, belə bir günaha yol verməyin. Belə bir iş gördükdə dərhal tövbə qılın. Allah sizin tövbənizi qəbul edər, mərhəmət buyurar.”
    3. "Allah kimsənin haqqında pis söz deyilməsini dost tutmur. Yalnız pisliyə danışan, zalımdan şikayətlənən məzlum istisnadır. Allah sizin pis sözlərinizi eşidir və cəzanızın qədərini bilir.”
    Rəvayətdə nəql olunur ki, bir şəxs Peyğəmbərin (s) hüzurunda Əbu Bəkrə pis sözlər dedi. Birinci və ikinci dəfə səbr edən Əbu Bəkr nəhayət cavab verdi. Hәzrәt Peyğəmbər (s) ayağa qalxıb məclisi tərk etdi. Peyğəmbərdən (s) gedişi haqqında soruşduqda buyurdu: "Nə qədər ki, Əbu Bəkr cavab vermirdi, onun əvəzinə mələk danışırdı. Əbu Bəkr cavab verən kimi mələk getdi və şeytan gəldi. Şeytan olan yerdə qalmaq istəmədim.”
    4. "Vay olsun iman əhlinin qeybətini edən, müsəlmanlar arasında söz gəzdirənin halına.” ("Huməzə",1)
    Bə`zi alimlər qeyd edirlər ki, "huməzə” dedikdə başqalarının başında, əlində və gözündə olan eybə işarə edənlər nəzərdə tutulur. Başqalarının eyblərini dilə gətirənlər isə "luməzə” adlanır. Başqalarında eyb axtarmaqda, onları məzəmmət etməkdə məqsəd çox vaxt qürur olur. Bə`ziləri var-dövləti ilə fəxr edib, özünü yüksәk tutur.
    Ayənin təfsirində qeyd olunur ki, huməzə başqalarına tə`nə etmək, luməzə mö`minlərin arxasınca pis sözlər danışmaqdır. (Məcməül-bəyan",5-538)
    5. "Ey peyğəmbər, haqq və ya batil üçün and içənlərlə razılaşma. Onlar öz yalanları ilə xalq arasında rüsvaydırlar. Qeybət edənlərlə, tez-tez xalq haqqında pis söz danışanlarla, söz gəzdirənlərlə, paxıl, zalım və günahkarlarla razılaşma.” ("Qələm",10)
    Ayədən mə`lum olur ki, qeybət edən şəxslə bir araya gəlmək olmaz. Onun pis sözlərini dinləmək qadağandır. İnsan, haqqında danışılan şəxsi müdafiə edib deməlidir: "Siz səhv edə bilərsiniz, həmin şəxsin başqa məqsədi ola bilər.” Belə ki, mö`min qardaşınızı gücünüz həddində müdafiə etməlisiniz.
    Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Bir şəxsə müsəlman haqqında qeybət olunsa həmin şəxs haqqında danışılana yardım göstərə bilər. Yə`ni onu müdafiə edib, haqqında deyilən pis sözləri inkar edər. Alla-taala belə bir insana dünya və axirətdə yardım göstərər. Əgər qeybəti edilənə yardımı tərk etsə, Allah da onu dünya və axirətdə öz yardımından məhrum edər.” ("Mustədrəkul-vəsail",2-108) Demək, mö`min mö`minin daimi yardımçısı olmalıdır. Digər bir rəvayətdə nəql olunur: "Mö`min mö`minin qardaşıdır və ona yardımı tərk etmir.
    6. "Həqiqətən, mö`minlər haqqında pis söz yaymaq istəyənləri dünya və axirətdə ağrılı əzab gözləyir. (Onlar dünyada rüsvay olar, axirətdə odda yanar.) Allah bəndələrinin aşkar və gizli işlərindən tam xəbərdardır. Siz isə bilmirsiniz.” ("Nur",19) Ayənin təfsiri ilə bağlı mərhum Şeyx Məhəmməd Nəhavəndi iki rəvayət nəql edir:
    Birinci rəvayət: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Elələrini tanıyıram ki, sinələrinə vurulanda bu səsi cəhənnəm əhli eşidər. Onlar müsəlmanlarda eyb axtarıb pərdə götürənlərdir. Onlar insanların yol vermədiyi günahları hamıya yayırlar.” ("Təfsiri-Nəfəhatur-Rəhman")
    İkinci rəvayət: "Elə bir bəndə yoxdur ki, mö`minin eybini aça, amma Allah-tәala qiyamətdə onun eybini örtə.” ("Təfsiri-Nəfahatur-Rəhman")
    İkinci dəlil: Qeybətin haram olması ilə bağlı Əhli-beytdən (ə) rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlərdən iyirmi dördünü qeyd edirik.
    1. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "İnsan Qiyamət səhnəsinə gəldiyi vaxt əməl naməsində yaxşı əməllərini görməz. Soruşar ki, dünyada gördüyüm yaxşı işlər haradadır? Ona deyilər: "İnsanların qeybətini etdiyin, оnların yaxşılıqlarını qeybətə çevirdiyin üçün yaxşı əməllərin məhv olub.”(Deyləmi, "İrşadul-qülub", s.157)
    2. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Qiyamət günü bir şəxs səhnəyə gətirilər və Allah-tәalanın hüzurunda əməl naməsi ona verilər. Həmin şəxs əməl naməsində yaxşı əməllərini görməyib deyər: "Pərvərdigara! Bu mənim əməl naməm deyil. Ona deyilər: "Allah-tәala sənin zərrəcə yaxşı əməlini unutmaz. Əməllərinin məhv olmasının səbəbi insanların qeybətini etməyindir.” Başqa birini gətirərlər. Həmin şəxs əməl naməsində gözləmədiyi həddə ibadətlər görüb deyər: "Pərvərdigara! Bu mənim əməl naməm deyil. Mən belə ibadət etməmişəm. Ona deyilər: "Doğrudan da filankəs sənin qeybətini etdiyindən yaxşılıqları sənə verilib.” ("Məkasibi-Şeyx Ənsari", s.40)
    3. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən, pisliyə danışmaq zinadan ağır günahdır. Zinaya yol verən peşman olub tövbə qılır. Allah da onun tövbəsini qəbul edir. Qeybət edən isə qeybətini etdiyi şəxsdən razılıq alanadək bağışlanmır.” (Məkasibi-Şeyx Ənsari", s.40)
    4. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Mö`minlərin arxasınca danışmaqdan çəkinin. Çünki qeybət və pisliyə danışmaq zinadan ağır günahdır. Zinaya yol verən peşman olub tövbə qılır, Allah da onun tövbəsini qəbul edir. Amma qeybət edən şəxs qeybətini etdiyi adamdan halallıq alanadək bağışlanmır.” ("İrşadul-qulub", s.157)
    5. Hәzrәt Pеyğәmbәrdәn (s) nəql olunmuşdur ki, bir gün həzrət öz xütbəsində sələmi yada saldı. Peyğəmbər (s) sələmin ağırlığından danışıb buyurdu: "Həqiqətən, ribadan gələn bir dirhəm otuz altı zinadan ağırdır. Ribadan da ağırı bir şəxsi hörmətdən salmaqdır.” ("Məkasibi-Şeyx Ənsari", s.40)
    6. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Müsəlman kişi və ya qadının qeybətini edən şəxsin qırx gün namaz və orucu qəbul deyil. Yalnız qeybəti olunan şəxs bağışladıqdan sonra ibadət qəbuldur.” (Məkasib", s.40)
    7. Həzrət Peyğəmbər (s) buyurur: "Bir şəxs mö`min qardaşında olan eybi arxasınca dilə gətirərsə, Allah-tәala bu iki şəxsi behiştdə bir araya gətirməz. Əgər mö`mində olmayan bir səciyyəni dilə gətirərsə, onlar arasındakı iffət qət olar, qeybət edən şəxs daim cəhənnəm odunda qalar.” (Məkasib", s.40)
    8. Hәzrәt Peyğəmbər (s) buyurur: "Pisliyə danışmaqla insanların ətini yeyən bir şəxs halalzadə olduğunu düşünürsə, yanılır. Xalqın arxasınca pis sözlər danışmaqdan çəkinin. Qeybət və pis danışıq cəhənnəm itlərinin yeridir.”(Məkasib", s.40)
    9. Həzrət Peyğəmbər (s) buyurur: "Mö`min qardaşının pisliyinə, onun eyblərini açmağa doğru hərəkət edən kəs atdığı ilk addımda cəhənnəmdədir. Yə`ni ilk addımdan Allah-tәalaya qarşı çıxmışdır.” (Məkasib", s.40)
    10. Hәzrәt Peyğəmbər (s) buyurur: "Həqiqətən insanların arxasınca pisliyə danışmaq hər bir müsəlmana haramdır. Həqiqətən, od çırpını yediyi tək pis danışıq yaxşılıqları yeyir.” (Məkasib", s.40)
    Mərhum Şeyx Mürtəza Ənsari "Məkasib” kitabının qeybət fəslində "yaxşılıqların yeyilməsi” ifadəsi ilə bağlı buyurur: "Yaxşılıqların yeyilməsi dedikdə, onların aradan qaldırılması nəzərdə tutulur.”
    11. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Küfrün ilk mərtəbəsi odur ki, bir şəxs mö`min qardaşı haqqında eşitdiyini onun zərərinə istifadə etmək üçün yadda saxlaya. Belələri üçün axirət payı yoxdur.”(Məkasib", s.40)
    12. İmam Sadiq (ə) buyurur: "Ata-babalarım nəql edir ki, Əmirəl-mö`minin (ə) buyurmuşdur: "Həqiqətən, Allah mö`mini kiçildən bir şeyi iki gözü ilə görüb, iki qulağı ilə eşidib danışan şəxs haqqında buyurmuşdur: "İman gətirənlərin pisliklərini ifşa edib yayanlar üçün ağrılı əzab var.” ("Kəşfül-Reybə", Şəhid Sani, s.58)
    13. "Allah-tәala həzrət Musaya vəhy etdi ki, mö`minin arxasınca pis sözlər danışan kəs tövbə etsə behiştə sonuncu daxil olar. Mö`minin pisliyinə danışan halda dünyadan gedən isə cəhənnəmə birinci daxil olar.” ("Kəşful-Reybə", s.58)
    14. Qeybəti olunanın günahları bağışlanar. ("Məfatihul-hidayə")
    15. Həzrət Əli (ə) buyurmuşdur: "Bir-birinizə həsəd aparmayın, qəzəblənməyin, pisliyə danışıb qeybət etməyin. Siz Allah bəndələri bir-birinizə qardaş olun.” ("Məfatihul-hidayə")
    16. Nəql olunur ki, bir şəxsin əməl naməsi əlinə veriləndə namədə gördüyü yaxşılıqları yada sala bilməz. Nə qədər düşünərsə anlamaz ki, bu işləri nə vaxt görüb. Ona deyilər ki, bu yaxşılıqların səbəbi insanların sənin qeybətini etməsidir. ("Məfatihul-hidayə")
    17. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Bir şəxs ramazan ayında bir müsəlmanın qeybətini etsə, tutduğu oruca əvəz verilməz.” ("Məfatihul-hidayə")
    18. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Qeybət və pisliyə danışıq məclisi abad yox, xarab edər. Qulaqlarınızı qeybətdən qoruyun. Həqiqətən, qeybət edən və onu dinləyən şərikdir.” ("Məfatihul-hidayə")
    19. Əmirəl-mö`minin (ə) buyurur: "Həqiqətən, üç şey qəbr əzabına səbəb olar: söz gəzdirmək, qeybət etmək, yalan danışmaq.” ("Mustədrəkul-vəsail",2-106)
    20. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən hifz edən mələk əməli yuxarı qaldırdığı vaxt bu əməl müqabilindә günəş nuru kimi bir nur qərar verilər. Nəhayət bu nur səmaya çatar və mələk onu artırıb xalisləşdirər. Əməl keçməli olduğu qapıya çatdıqda gözətçi deyər: bu əməli sahibinin üzünə çırpın. Mən qeybəti olunan şəxsəm, Rəbbim mənə əmr edib ki, qeybət edənin əməlini səmaya buraxmayım. Yə`ni, qeybət edənin əməli məndən ötüb Allaha tərəf ucalmasın.” ("Kəşful-Reybə", s.53)
    21. Ənəs deyir: Hәzrәt Peyğəmbər (s) buyurdu: "Me`raca aparıldığım vaxt dırnaqları ilə üzünü cıran bir qövm gördüm. Cəbrəildən soruşdum ki, onlar kimdir? Dedi: "Onlar başqalarının qeybətini edənlər, xalqın abır-həyasını aparanlardır.” ("Kəşful-Reybə", s.53)
    22. Bərra deyir: Peyğəmbər (s) buyurdu: "Еy dildə iman gətirib, qəlbən iman gətirməyənlər, müsəlmanların pisliyinə danışmayın, mö`minlərin eybini araşdırmayın. Müsəlman qardaşında eyib axtaran kəsdə Allah-tәala eyib axtarır. Allahın eyb axtardığı kəs evində gizlənsə belə hörmətdən düşər.” ("Kəşful-Rəybə", s.54)
    23. Ənəs deyir: Süleyman ibn Cabir deyirdi: Hәzrәt Peyğəmbərin (s) yanına gedib ərz etdim: Mənə elə bir yaxşı şey öyrət ki, Allah-tәala tərəfindən mənfəət götürüm. Peyğəmbər (s) buyurdu: "Əvvəla, yaxşı işləri kiçik sayma (çünki Allahın razılığı yaxşı işlərdədir), hətta həmin yaxşı iş su istəyənin qabına su tökməkdən ibarət olsa belə! İkincisi, iman qardaşlarınla xoşrəftar ol. Üçüncüsü, səndən uzaqlaşan yoldaşın haqqında pis söz danışıb onun qeybətini etmə.” ("Kəşful-Rəybə", s.54)
    24. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Namazı düzgün olan, ailəsi böyük, var-dövləti az şəxs müsəlmanların qeybətini etməsə yanaşı barmaqlar kimi behiştdə mənimlə olar. Müsəlmanın öz eybindən xəbərsiz qalıb din qardaşında eyib axtarması, onun nöqsanlarını xalqa açıqlaması necə də pisdir. Nə üçün öz gözündə tir görməyən iman qardaşının gözündə çöp axtarır?!” ("Cameus-səadat", Nəraqi, 2-305)
    İnsanlar öz eyiblərindən qəflətdə qalıb başqalarının eyiblərinə o qədər məşğul olurlar ki, hətta namaz qılmayan, saqqalını qırxıb, qızıl üzük taxan şəxs də ətrafdakıları dinsizlikdə suçlayır.
    "Durərus-sünniyyə” kitabında İbrahim ibn Ədhəmdən belə nəql olunur: İbrahim ibn Ədhəm deyir: "Bir gün zahirən övliya olduğu hiss edilən bir neçə qonağım gəldi. Mən vaxtı qənimət bilib onlara dedim ki, sizin kimi Allahdan qorxmağım üçün mənə tövsiyə verin. Dedilər: "Sənə bir neçə nəsihət veririk:
    1. Çox danışan insan qəlbindən yumşaqlıq gözləməsin. (Yə`ni az danış.)
    2. Çox yatan insan gecələr ibadət umacağında olmasın. (Yə`ni az yat.)
    3. Xalqla çox ünsiyyətdə olan şəxs ibadətdən şirinlik gözləməsin. (Yə`ni az ünsiyyətdə ol.)
    4. Zalımlarla rabitədə olan şəxs möhkəm əqidə umacağında olmasın. (Yə`ni zаlımla dostluq etmə.)
    5. Xalqın qeybətini edib, pisliyinə danışan, yalana adət verən insan dünyadan imanla gedəcəyini gözləməsin. (Yə`ni qeybət etmə, yalan danışma.)
    6. Xalqın razılığını qazanmaq istəyən Allahın razılığından ümidini üzsün. (Yə`ni Allahın razılığına önəm ver.)
    İbrahim ibn Ədhəm deyir: "Qonaqların nəsihəti haqqında düşündüm və bu nəsihətlərdə əvvəlin və sonun elmini gördüm.”
    Bu altı tövsiyəyə əməl edən şəxs Allahdan qorxar və bir daha günaha üz tutmaz: az danışmaq, az yatmaq, günahkarla az ünsiyyətdə olmaq, zalımdan uzaq qalmaq, qeybət etməmək və yalan danışmamaq, Allahın razılğını xalqın razılığından üstün tutmaq.
    Üçüncü dəlil: Qeybətin haram olmasının üçüncü dəlili alimlərin yekdil rə`yidir. İslam alimlərindən heç biri qeybəti və pis danışığı caiz saymamışdır. Yalnız bir neçə məqam istisnadır. Bu məqamlar dördüncü fəsildə zikr olunmuşdur.
    Dördüncü dəlil: Qeybət ağılın hökmü ilə də haramdır:
    1.Özünə münasibətdə qeybətə razı deyilsənsə, başqasının da qeybətini etmə.
    2.Təfriqə və ayrılığa səbəb olan işə yol verilməməlidir.
    3.Faydası olmayan zərərli işə yol vermə, qeybət insanları hörmətdən salır, mö`minlərin qəlbində bir-birinə qarşı məhəbbəti puça çıxarır, nifaq yaradır.
    Demək, ağıl hökm edir ki, bu ləzzətsiz günahdan uzaq olsun və bu yolla əbədi əzabdan qurtulsun.
    Sarımsaq üz tutub bir gün soğana
    Dedi dözmək olmur sənin qoxuna.
    Soğan dedi: Zəhər yağır sözündən,
    Ay yazıq, xəbərin yoxdur özündən.
    Qızıl gül bilirsən özünü, yoxsa,
    Bəlkə ətir duyur kim sənə baxsa?
    Gəl öymə özünü qohumsan bizə
    Məndən də betərsən qalarsa düzə.
    Üçüncü fəsil
    QEYBƏT VƏ PİSLİYƏ DANIŞIQ XƏSTƏLİYİNİN MÜALİCƏSİ
    Qeybətin iki növ müalicəsi var: qısa yolla və əhatəli.
    Qeybətin qısa yolla müalicəsi üçün insan bəsirət gözünü açıb qeybət mövzusundakı ayə və hədislərin təhlilinə vaxt ayırmalıdır. Allahın qəzəbini və Qiyamət gününün əzabını yada salmaq, qeybətin dünyəvi zərərlərini xatırlamaq lazımdır. Qeybət qarşı tərəfin qulağına çata bilər və arada düşmənçilik yaranar. Qarşı tərəf də eyni cür cavab verib qeybətə əl atsa buna razı olmazsan. Özünə qıymadığını başqasına qıymamaq insanlıq vəzifəsidir. Bundan sonra insan dilini gözləyər və danışmazdan öncə yaxşıca fikirləşər. Bu yolla qeybəti tədricən tərk etmək olar.
    Qeybətin əhatəli müalicəsində öncə qeybətin səbəblərini müəyyənləşdirmək lazım gəlir. Qeybətin bir sıra səbəbləri var:
    1. İnciklikdən yaranmış qəzəb insanı qeybətə aparır. İnsan bu yolla qəzəbini soyutmaq istəyir.
    2. Biri ilə düşmənçilik səbəbindən onun eyibləri zikr olunur.
    3. Cəmiyyətin bir şəxsə hörmətini görəndə həsəd yaranır və insan qeybət etməklə qarşı tərəfi alçaltmaq istəyir.
    4. İnsan bekarçılıqda insanların qeybətini etməklə vaxt keçirir. Əslində, onun kimisə alçaltmaq fikri olmur.
    5. Qarşı tərəfə istehza qeybətə aparır.
    6. İnsan başqalarını alçaltmaq vasitəsi ilə özünü böyütmək istəyir. O qarşı tərəfi təhqir etməklə öz üstünlüyünü önə çəkir.
    Əgər bu səbəblər aradan qaldırılarsa, qeybət xəstəliyinə əlac olunar.
    7. Bir pis işdə günahkar olmadığını sübuta yetirmək üçün insan qarşı tərəfi alçaltmaq istəyir.
    8. Öz günahını yüngülləşdirmək üçün başqalarının da bu günaha yol verdiyini önə çəkən insan qeybətə aludə olur. Məsələn, haram mal yeyən biri başqalarının da haram yediyini izhar edir. Belə bir üzr günahdan da pisdir. Bu sayaq qeybətdə nəinki insan günahdan yaxa qurtarmır, hətta başqa bir günaha batır.
    9. Dostlarla bir araya gəlmək də qeybət səbəbindəndir. Dostlar bir şəxsin qeybətini edərkən onlarla həmrəylik xatirinə insan qeybətə yol verir. Belə bir vəziyyətdə qeybət edən şəxs insanların razılığını Allahın razılığından üstün tutur.
    10. Kiminsə sənin haqqında pis söz danışacağını güman edib onu qabaqlamaq istəyirsən və eyiblərini sadalayırsan. Bu yolla qarşı tərəfin deyəcəyi sözləri tə`sirsizləşdirmək istəyirsən. Əslində, bu işinlə Allah yanında е’tibardan düşürsən. Çünki zənn-gümana əsaslanıb kiminsə haqqında pis sözlər danışmaq qeybətdən başqa bir şey deyil.
    11. Bə`zən insan bir şəxsə hansısa eyibinə görə can yandırıb öz təəssüfünü bildirir və beləcə günaha batır.
    12. Bə`zən birinin eyibindən xəbər tutun insan Allahın razılığına xatir öz qəzəbini bildirir.
    Bir çoxları bu iki qisim qeybəti lazımınca qiymətləndirmir. Onların nəzərincə mərhəmət və qəzəb səbəbindən Allahın razılığı yolunda başqalarının eyibini dilə gətirmək olar. Allahın razılığı üçün mərhəmət və qəzəb yaxşıdır. Buna baxmayaraq qeybət haramdır və bəyənilmir. Mərhəmət və ya qəzəb səbəbindən bir başqasını alçaltmaq olmaz.
    Əgər dilimizin ixtiyarınızı əlimizə alsaq, Allah-tәalanın tövfiqi ilə özümüzü hifz edə bilərik. Əks təqdirdə qeybət bizi cəhənnəmə aparasıdır.
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 1019 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024