İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » 2011 » August » 23 » Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    1:54 PM
    Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)


    ON BİRİNCİ HEKAYƏT

    11-DİNİNİ DÜNYAYA SATAN

    Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdur.

    O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu bey`ətə də`vət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu də`vətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; «Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək alaq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.»

    Müaviyə Əmr Asa məktub yazaraq onu Şama də`vət etdi. Nəticədə Əmr As onun də`vətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:

    Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.

    Əmr As: O kimdir?

    Müaviyə: Əli!

    Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət, cihad, Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın ne`mətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?

    Müaviyə: Hər nə istəsən verərəm.

    Əmr As: Mən Misrin hökumətini istəyirəm.

    Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.

    Əmr As – «Bu sözləri kənara qoy» dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada də`vət edərək buyrudu:

    «Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra bey`ət etdi. Bu sövdələşmədə «satıcının» əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.»

    12-CİHAD MÜRACİƏTİ

    Müaviyə öz çirkin hiylə, fırıldaq və aldatmaları sayəsində Siffeyn müharibəsinin çətinliklərini yox etdi. Siffeyn müharibəsindən sonra öz işğalçılıq, eləcə də hakimiyyətdə qalmaq arzusunu davam etdirdi. Ənbar Kufə ilə Şam arasında yerləşən bir şəhər idi ki, Həzrət Əli (əleyhissalam) ən yaxın köməkçilərindən biri olan Həssan ibni Həssan Bəkrini Həmin şəhərin başçısı tə`yin etmişdi. O yerlər Əli (əleyhissalam)-ın hökuməti altında idi.

    Müaviyə qoşun başçılarından biri olan Süfyan ibni Ovfe Camedini çağırıb dedi: «Səni böyük, kifayət qədər təchizatla tə`min olunmuş bir qoşunla Fərata tərəf göndərirəm.

    Hey`ət vilayətinə yetişdiyin vaxt orada başqa bir qoşunla üzləşəcəksən, ona həmlə et. Əgər qoşun görməsən Ənbar şəhərinə sarı olan hərəkətini davam etdir. Şəhərə yetdikdə ora hücum et, əgər Ənbar şəhərində də qoşun görməsən Mədainə sarı həmlə et.

    Oranı qarət etdikən sonra Şama, qayıt Kufəyə hucumdan çəkin və bil ki, əgər Mədain və Ənbara həmlə etmiş olsan, elə yəqin et guya Kufənin özünə hücum etmisən. Eləcə də unutma ki, bu hücum Kufə camaatının qəlbinə qorxu və həyəcan salıb bizim dost və havadarlarımızı xoşhal edəcəkdir. Bu səfərdə hökumətimizi qəbul etməyən hər kimsə ilə rastlaşdın onu, yol üstündəki kəndlərin hamısını viran qoy, əhalinin mallarını qarət et ki, camaatın malını qarət etmək özlərini öldrümək kimidir.»

    Süfyan deyir:

    Müaviyə öz ordusuna mənə itaət etməyi tapşırdı. Mən də 6 min nəfərdən ibarət qoşunla Fərat çayına sarı hərəkət edərək oradan Hiytəyə yollandım Hiytə və ətraf məntəqələrin camaatı biz ora çatmamışdan əvvəl qaçmışdı.

    Biz Ənbar şəhərini tutmaq üçün ona sarı irəliləyərək şəhərə hücum etdik.

    Bir neçə cavanı əsir tutub onlardan Ənbar şəhərinin cəmiyyətinin sayını soruşduq. Onlar da şşəhər əhlindən yüz nəfər silahlı Kufəyə tərəf yollanıb 200 nəfər isə şəhərdə qalıblar.» – dedilər. Mən öz qoşunumu bir neçə hissəyə ayıraraq Ənbar şəhərinə yola saldım.

    Yerdə qalan qoşun hissəsi isə Əli (əleyhissalam)-ın ordusu ilə küçə və meydanlarda vuruşaraq döyüşü davam etdirirdilər.

    Şəhər başçısını təqribən otuz nəfərə yaxın silahlının müqavimət göstərdikləri bir halda qətlə yetirdilər. Qalanı isə dağılıb pərakəndə düşdülər. Beləliklə şəhəri əlimizə keçirtdik.

    Həsan ibni Həsan Bəkri Əli (əleyhissalam)-ın Ənbar şəhərindəki fərmandarı otuz nəfər silahlı dəstə ilə düşmənə qarşı müqavimət göstərərək şəhadət şərbətini içdilər.

    Həbib ibni Əfif yazır: Başçımız (Həsan) atdan yıxıldığı vaxt bu ayəni oxuyurdu:

    «Mö`minlər arasında Allahla bağladıqları əhdin üstündə sədaqətlə duran kişilər vardır ki, onlar əhdlərini sona kimi çatdırdılar (və Allah yolunda şəhadətə yetişdilər) bə`zisi isə gözləyərək heç vaxt öz əhd və peymanlarında dəyişiklik və dönüklük göstərməmişlər!.»

    Daha sonra davam edib dedi: Haqq yolda ölməyə hazır olmayanlar müharibədə iştirak etməsinlər. Allah camalını arzu edənlər isə qalıb bizimlə çiyin-çiyinə döyüşə bilərlər.

    Beləliklə, otuz nəfər şəhadət- tələb qalıb döyüşü davam etdirərək şəhid oldu.

    Bu acınacaqlı xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda Kufə məscidində minbərə çıxıb Həssan İbni Həssan və yoldaşlarının şəhadət xəbərini e`lan edərək belə buyurdu: «Qardaşınız Həssan Bəkri Allah vüsalını seçdi. Dünyanın mal-dövləti onu aldatmadı. Elə bu dəqiqəcə düşmənə qarşı qalxıb onların hücumunun qabağını alın.» Mərhum Şeyx Səduqun və s...-nin yazdığına əsasən Həssan və onun yoldaşlarının şəhadəti, eləcə də Ənbar şəhərinin Müaviyə qoşunları tərəfindən işğal olunması xəbəri Həzrətə yetişdikdə bərk qəzəbləndi. Onun qəzəbi o qədər çox idi ki, yeridikdə əbası yerlə sürünürdü. Bu zaman Həzrət Əli (əleyhissalam) Kufədən Nuxəyləyə sarı (İslam döyüşçülərinin mərkəzi və bazası) yola düşdü. Həzrət bura çatdıqda orada olan hündür bir yerə qalxaraq özünün cihada təşviq və səhlənkarları damğalayan alovlu nitqinə başladı: Həzrət bu xütbəsində («Nəhcül-bəlağə»nin 27-ci xütbəsi) əvvəlcə cihadın fəziləti və əhəmiyyəti, eləcə də üstünlüklərindən söhbət açdıqdan sonra cəbhəyə getməyə süstlük göstərənlərə qarşı öz töhmət yağışını başlayıb buyurdu:

    «Ey kişiyə bənzəyib kişi olmayanlar! Ey sarayda yaşayan nazlı gəlinlərə bənzəyənlər ki, ancaq öz eyş və nuşunuzun fikirindəsiniz heç vaxt sizi görmək istəməzdim...»

    «Allah sizi öldürsün ki, ürəyimi qanla doldurub sinəmi qəzəblə alovlandırdınız!» Həzrət bu müqəddəs müraciəti ilə bütün insanları zalımlara qarşı mübarizə və döyüşə də`vət edərək süstlük və səhlənkarlıqdan çəkindirdi.

    13-İKİ FƏDAKAR

    Mö`minlər ağası Həzrət Əli (əleyhissalam)-ın qanlı ürəyindən qopan odlu sözlər dağlar və qayaları belə lərzəyə gətirdi, amma orada olanların xəstə ürəkləri hətta az da olmuş olsa belə tərpənmədi, bir neçə nəfərdən başqa. Onlar Əli (əleyhissalam)-ın çağırışına müsbət cavab vermədilər. Həzrət xütbənin sonunda üç dəfə buyurdu:

    «O kəs ki, itaət olunmur, onun rə`yi yoxdur.» Bu vaxt bir şəxs qardaşı ilə birlikdə ayağa qalxıb dedi: Ya Əmirəlmö`minin, budur mən və qardaşım sizin buyurduğunuzu qəbul edirik, necə ki, Allah Həzrət Musanın camaatına buyurmuşdu, o zaman Musa dedi:

    «Pərvərdigara, mənim ixtiyarım təkcə özümə və qardaşıma aiddir.» Bizə fərman ver, and olsun Allaha, sənin əmrinlə cihad meydanına tərəf hərəkət edərik, hətta yolumuzda tikan və oddan ən böyük maneələr belə olarsa, hamısını aradan apararıq. Düşməni məğlub etmək üçün işə başlayarıq. Həzrət Əli (əleyhissalam) onların hər ikisini dua etdi.

    14-SƏFƏRBƏRLİK

    Həzrət Əli (əleyhissalam) Müaviyəənin ordusu Ənbar şəhərinə hücum etdiyi zaman İslam ordusunu səfərbər etmək fikirində idi. İşğalçıları qəsb etdikləri torpaqlardan qovmaqdan ötrü bütün imkanlarını işə saldı, lakin İraq camaatının vəfasızlığı Əli (əleyhissalam)-ın bu hədəfə çatmasının qarşısını aldı.

    O, odlu xütbə və inqilabi çıxışdan sonra («Nəhcül-bəlağə»nin 27-ci xütbəsi) yaxın köməkçilərindən olan Harisi camaatı cihada də`vət etməyə göndərdi. Haris camaatın yanına gəlib belə fəryad etdi: «Canlarını Allaha satıb dünyanı axirətə dəyişənlər hardadır? Hər kəs bu işdə razı olsa sabah Rəhbər məhəlləsində yığılsın.» Tə`yin olunmuş gün mö`min və pak qəlbli şəxslər həmin məhəllədə yığışmışdılar, lakin onların sayı 300 nəfərə çatsaydı onların barəsində hökmüm və rə`yim olardı, ancaq indi bu barədə heç bir fərman verməyəcəyəm!

    15-ƏMƏL ADAMI OLUN!

    Zəhhak ibni Qeys Müaviyənin yaxın köməkçilərindən biri, eləcə də qaniçən qarınqulu və dərbar nökəri idi. Həkəmeyn macərasından və Xəvaricin məhvindən sonra Müaviyə Həzrət Əli (əleyhissalam)-ın öz ordusunu onunla müharibəyə hazırlamasından xəbər tutduqda vəhşətə düşdü. Dəməşq və ətraf camaatı Əli (əleyhissalam)-ın ordusu ilə müharibə aparmaq üçün hərəkət etməyə çağırdı. Müaviyə Zəhhak ibni Qeysi yüz dörd min nəfərlik ordusuna başçı tə`yin edib bütün ixtiyarları ona tapşıraraq hücum, qətl və qarət əmri verdi. Zəhhak öz ordusu ilə Kufəyə sarı yollandı. Yol boyunca minlərlə qətl və qarətə başladı. Sə`ləbiyyə adlı məntəqəyə yetişdikdə Məkkəyə tərəf həcc mərasimini yerinə yetirməyə gedən karvana həmlə edərək karvan camaatını talayıb azmış kimi aldı, Abdullah ibni Mə`sudun qardaşı oğlu və Peyğəmbərin səhabəsi Əmr ibni Üəysi bir dəstə öldürdü. Bu xəbər Əli (əleyhissalam)-a çatdıqda Həzrət İraq camaatının o qoşuna doğru gəlməsini tə`kid etdi. Həzrət Əli (əleyhissalam) camaatın süstlük etməsini gördükdə şəxsən özü Kufədən çıxıb Qərrəbəynə sarı yola düşdü. Hücr ibni Ədi özünün dilavər və müxlis köməkçisini çağırıb dörd min nəfər döyüşçü ilə cəbhəyə yola saldı. Hücr ibni Ədi ordu ilə hərəkət edərək Tədəmmür torpağında Zəhhakın qoşunu ilə toqquşdu. Beləliklə müharibə başlandı. Bu döyüşdə Zəhhakın ordusundan 19 nəfər öldürüldü. Hücrün qoşunundan isə iki nəfər şəhadətə yetişdi, axşam düşdükdə Zəhhak kecənin qaranlığından istifadə edərək həmin məntəqədən qaçdı. Səhər açıldıqda Hücr ibni Ədi Zəhhakın qoşunundan bir nəfəri belə görmədi. Zəhhakın qoşununun qarət və Beytüllahil-Hərəmə gedən ziyarətçilərə həmlə etmək xəbəri Əli (əleyhissalam)-a çatdıqda bir xütbə oxudu ki, həmin xütbə «Nəhcül-bəlağə»də (xütbə 29) gəlibdir. Bu xütbədə Həzrət ünsürcə süst olanları danlayıb dedi: Ey özləri bir-birinin yanında olub ürəkləri bir-birindən ayrı olanlar! Danışmaqda o qədər qaynarsınız, sanki daşları sındıracaqsınız, əmələ gəldikdə isə süstlük göstərirsiniz. Bilin ki, zəif və gücsüz adamlar zülmün qarşısını heç vaxt ala bilməzlər. Əməl adamı olun söz yox! Sizlərin işi o yerə çatıbdır ki, qələbəsi nəticəsiz, oxları kamansız olanlara bənzəyirsiniz.

    «And olsun Allaha ki, sözlərinizi təsdiq etmirəm və sizin qələbənizə heç bir ümidim yoxdur.» Axı nə dərdiniz vardır, dərmanınız nədir? Onlar da (düşmənləriniz) sizin kimi adamlardır, niyə onlar dəyanətli, sizlər isə zəif olmalısınız? Niyə gərək belə olsun?!

    16-HİCAZIN TANIŞ İRAQLI İTKİNİ

    Doğrudan da dünya nə qədər aldadıcı və hiyləgərdir. Təlhə və Zübeyrin hər ikisi Həzrət Əli (əleyhissalam)-ı yaxşı tanıyırdılar. Onların hər ikisi Həzrət Əli (əleyhissalam)-a bey`ət edən ilk şəxslərdən idilər. Bundan əlavə Zübeyr Əli (əleyhissalam)-ın bibisi oğlu sayılırdı Zübeyrin anası Səfiyyə Əli (əleyhissalam)-ın bibisi idi. Elə buna görə də Əli (əleyhissalam) Zübeyrin dayısı oğlu idi. Lakin Cəməl müharibəsində Təlhə və Zübeyr Əlinin ordusuna qarşı çıxdılar. Buna görə də Bəsrəyə gəlib buranı işğal etdilər.

    Əli (əleyhissalam) bu müharibənin olduqca sülh yolu ilə qurtarmasına sə`y göstərirdi.

    Həzrət, Təlhənin tərs, Zübeyrin isə yumşaq ürəkli adam olmasını bilirdi. Məhz elə buna görə də Abdullah ibni Abbasa buyurdu: Mənim tərəfimdən get ancaq Təlhə ilə görüşmə, çünki, əgər onunla görüşmək istəsən Təlhəni buynuzları qulağının ətrafında burulmuş bir heyvan təki görəcəksən ki, həvəs atına minir və deyir sakit atdır. Sən, çalış, Zübeyrlə görüş ki, o ürəyi yumşaq, mülayim adamdır. Onu görsən mənim sifarişimi ona yetir: «Dayın oğlu deyir: Sən məni Hicazda tanıyıb İraqda itirdin nə oldu ki, ilk tanışlığı unutdun?!» Əli (əleyhissalam)-ın hədəfi höccəti tamam edib müharibəyə başlamazdan qabaq Zübeyrə hidayət yolunu göstərib ona nicat vermək idi. Zübeyr isə bu vaxt qürur adlı bir dağın uçurumunda dayanmışdı. İbni Əbil Hədid yazır: İbni Abbas Əli (əleyhissalam)-ın sifarişini Zübeyrə çatdırdı, Zübeyrin cavabı isə iki başlı idi. Belə ki, onun nə söyləməsi aydın deyildi. Sonra yazır: Zübeyr oğlu Abdullahın təhriki ilə meydana atıldı, Əli (əleyhissalam) Zübeyrin yanına gəlib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin buyurduqlarını Zübeyrə xatırladıb dedi: «Ey Zübeyr, sən zalımsan Əli (əleyhissalam)-ın müharibəsinə gedirsən.» Zübeyr peşman olub müharibədən əl çəkdi. Meydandan qayıtdıqda Aişəni görüb dedi: «And olsun Allaha, mən hansı müharibədə olmuşamsa, yüz faiz agahlıq üzündən döyüşmüşəm, amma bu müharibədə şəkkdə qalmışam və sərgərdanam.»

    Aişə dedi: Belə güman edirəm ki, Əbu Talib oğlunun qılıncından qorxdun ki, onun qılıncı daha iti və kəsicidir, əgər ondan qorxmursansa bu heç də təəccüblü deyildir. Çünki, səndən qabaq çoxları bu qılıncdan qorxub geri çəkilmişlər.

    Zübeyr dedi: Heç də fikirləşdiyin kimi deyil. Mənim geri çəkilməyimin səbəbi əvvəldə dediyimdir. (yə`ni Əlinin qoşununa qarşı vuruşmaqda şübhəm vardır ki, düzdür ya yox?). Sonra Zübeyr müharibədən əl çəkib Bəsrə cəbhəsindən uzaqlaşdı.

    17-YAMAQLI AYAQQABI

    Əli (əleyhissalam)-ın ordusu Kufədən çıxıb müharibə qızışdıranları məhv etmək üçün Bəsryə tərəf hərəkət edirdi. Ordular Ziyqar məhəlləsinə (Bəsrənin yaxınlığında) çatdıqda dinclərini almaq üçün orada dayandılar. Abdullah ibni Abbas deyir: Mən də orduda idim və Əli (əleyhissalam)-ın hüzuruna gəldikdə Həzrətin öz ayaqqabısını yamamaqla məşğul olduğunu gördüm. Həzrət mənə buyurdu: «Bu başmağın qiyməti nə qədər olar?» Dedim: «Qiyməti yoxdur.» (yə`ni qiymətsizdir!) Buyurdu: «And olsun Allaha, bu dəyərsiz başmaq mənim üçün hökumət və rəyasətdən daha sevimlidir. Belə ki, eləyə bilim bu hökumətlə bir haqqı dirildərək batili məhv edəm.» Sonra qalxıb camaat üçün çıxış etdi. Bu çıxışda Həzrət belə buyurdu: «And olsun Allaha, mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm zamanında İslam qoşununun başçısı idim və onları irəliyə hərəkət etdirirdim. Beləliklə nahaq qoşunlar geri otuzduruldu. Nəhayət haqq aşkar oldu. Bu yolda heç bir zaman süstlük və zəiflik göstərib qorxmadım. Elə indinin özündə də bu hədəf uğrunda vuruşuram.»

    18-DİN YA QEYRƏT?!

    Naman ibni Bəşir düşmən havadarlarından biri idi. Bir gün o Müaviyədən Əli (əleyhissalam)-ın hökumət dairəsində olan vilayətlərini işğal etmək məqsədilə qoşun istədi. Müaviyə də onu iki min nəfərə yaxın döyüşçü olan bir qoşuna başçı tə`yin etdi. Bu zaman Nalan ibni Bəşir iki min nəfərlik ordu ilə Eynut-təmr qəsəbəsinə hücum etməyi qərara aldı. Əli (əleyhissalam) tərəfindən Malik ibni Kə`b bu qəsəbəyə hakim tə`yin edilmişdi. Düşmən qəsəbəyə həmlə edən zaman Malik ibni Kə`bin min nəfərdən artıq köməkçisi yox idi. Bu zaman Əli (əleyhissalam)-a bir məktub yazdı.

    Həmin məktubda vəziyyəti olduğu kimi Həzrətə mə`lumat verib ondan kömək istədi.

    Hələ köməklər gəlib çatmamışdı ki, Naman Malikə həmlə etdi. Nəticədə Malik də öz yoldaşları ilə birgə özünü müdafiəyə başladı. Malik və köməkçiləri sanki sözü bir yerə qoyub qılınclarının qılafını sındırmışdılar ki, düşməni məğlub etməyincə bir də öz şəmşirlərini qılafa qoymasınlar. Bu zaman Malik öz köməkçilərindən sayılan Abdullah Əzdini Eynut Təmrin yaxınlığında yaşayan İmamın yaxın silahdaşlarından kömək almağa göndərdi. Əzdi də ora gedib Muxnəf ibni Səlimdən 50 nəfər kömək aldı. Bunu gördükdə İslam döyüşçülərinin əhval-ruhiyyəsi bir az da qüvvətləndi. Saylarının az olmalarına baxmayaraq düşmən qoşununu məğlubiyyətə uğratdılar.

    Əli (əleyhissalam)-ın qoşununa kömək və qüvvə gələcəyindən qorxan Naman gecə ikən Şama tərəf qaçdı. Nəticədə Eynut-Təmr qəsəbəsi alnı-açıq Əli (əleyhissalam)-ın silahdaşlarının əlində qaldı. Bu zaman Malik Eynut-Təmrin başçısı Əli (əleyhissalam)-a bir məktub yazaraq İslam qoşununun vəziyyətini Həzrətə e`lan edib bildirdi: Malikin ilk naməsi Əli (əleyhissalam)-ın əlinə çatdıqda camaatı toplayıb onlar üçün xütbə oxudu və onları Eynut-Təmr cəbhəsinə kömək etməyə çağırdı. Bu vaxt camaatdakı süstlüyü sezib onlara qarşı qəzəblənən Əli (əleyhissalam) ora toplaşanlara belə buyurdu:

    Məgər dininiz yoxdur ki, sizləri öz ətrafına toplasın ya qeyrətsizsinizmi ki, düşmənin cəsarətinə baxıb susursunuz. Aranızda durub kömək üçün nə qədər fəryad etsəm belə məni dinləmirsiniz.?!!

    Siz mənim göstərişlərimi yerinə yetirmirsiniz. Bu zaman Yalnız Ədi ibni Hatəm Əli (əleyhissalam)-a müsbət cavab verərək Tə`y qəbiləsindən min nəfərin bu döyüşdə hazır olduğunu bildirdi.

    İmam onlara Nuxəylə ordusuna tərəf getmələrini tapşırdı. Hərəkət əmrinin verilməsini gözləyirdilər ki, bu zaman Malikin ikinci məktubu yetişdi və Əli (əleyhissalam) bu qələbədən çox xoşhal oldu. Həzrət gəlmiş məktubu Kufə camaatı üçün oxuyub Allaha həmd-səna etdi.

    Category: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) | Views: 1058 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024