İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    12:02 PM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 121-135
    Sual 121: Bər-bəzəkli yaşayışın imana təsiri varmı?
    Cavab: Allah-təala Qurani-kərimin müxtəlif ayələrində insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir faydası yoxdur. Quranda bu barədə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər»(«Maun» surəsi, ayə 4, 5. ).
    Bir anlıq özünüzü cərrahiyyə otağında hiss edin. Bu otaqda telefon, televizor, divarda şəkil, yerdə rəngarəng xalı-xalça gözə dəymir. Burada insanın diqqətini əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda insanın ilahi talehi həll olunur. Bir əməliyyatçının fikir dağınıqlığı, insan həyatına son qoya bilər.
    Əgər Allah-təala ibadət üçün xəlq etmiş və fikir dağınıqlığı ibadəti puça çıxarırsa, demək, insan eynən cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
    Bəs qalan vaxtlar necə, Allahı unutmaq olarmı? Bər-bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum olur ki, kübar həyat tərzi iman yolunda ciddi maneələrdəndir: «Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrəfi dedilər: «Bu sizin kimi adi bir insandır...».
    Bər-bəzəkli gün-güzəran qurmaq, başqalarının haqqını qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət qazanmaq üçün əksər hallarda peyğəmbərləri və onların buyuruqlarını inkar etməkdən başqa yol yoxdur. Baxın ətrafa. Kübar həyat tərzi keçirənləri necə görürsünüz? Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa min bir fəsadı törədən həmin təbəqə deyilmi?!
    Sual 122: Nə üçün insanların əksəriyyəti həqiqəti xoşlamır?
    Cavab: Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir.
    Əvvəla, həqiqəti dildə, başqa sözlə sözdə qəbul etmək hələ həqiqəti sevmək deyildir. Həqiqətə bağlılıq əməldə sübut olunmalıdır. Həqiqəti sevən insan, bu həqiqət onun zərərinə olsa belə, etiraz etməz. Amma sözdə həqiqətdən dəm vuranlar, həqiqət onlara qarşı olduqda bəhanəyə əl atarlar.
    İkincisi, bəziləri elə güman edirlər ki, həqiqət nisbi anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə, bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki, dünyada yalnız bir həqiqi din mövcuddur, aydınlaşar ki, bəşəriyyətin böyük bir hissəsi həqiqətdən uzaqdır. Bu barədə Quranda belə buyurulur:
    «...Peyğəmbər onlara haqq olan Quranla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır»(«Möminun» surəsi, ayə 70.).
    «İnsanların əksəriyyəti şükr edən deyil»(Bəqərə» surəsi, ayə 243.).
    «İnsanların əksəri iman gətirməz»(«Hud» surəsi, ayə 17. ).
    «İnsanların əksəri bilməz»(«Əraf» surəsi, ayə 187.).
    Bu ayələr uyğun məsələyə Quranın münasibətini açıq-aşkar bəyan edir. Bəs nə üçün əksəriyyət haqqı xoşlamır? Cavab olduqca sadədir: Allahdan çəkinməyib, dünya istəklərinə uyan insan, həqiqətə təslim olmaq iqtidarında deyildir!
    Sual 123: Hal-hazırda ölənlərin məskəni haradadır?
    Cavab: Qiyamət günü Adəmdən bu yana bütün ölənlərin dirilib, qiyamət sorğusuna çəkiləcəyini, kiminin behiştə, kimininsə cəhənnəmə sakin olacağını bilirik. Bəs, hal-hazırda dünyadan köçənlər qiyamət gününədək harada gözləyir? Qurani-kərimdə buyurulur: «(Ölənlər geri qayıda bilməz) onların qarşısındakı qaldırılacaq günədək aralıq (bərzəx) vardır»(«Möminun» surəsi, ayə 100. ).
    Qiyamət qopan anadək ölənlərin müvəqqəti yerləşdiyi məskən ərəbcə «bərzəx» adlandırılmışdır. Bu sözün lüğəti mənası, «iki şey arasında yerləşən»dir. Ayə və hədislər dünya və axirət arasında belə bir aləmin olduğunu təsdiq edir.
    İmam Sadiq (ə) buyurur: «Bərzəx, dünya və axirət arasında mükafat və cəza verilən qəbr aləmidir. And olsun Allaha, yalnız sizin bərzəx dünyanız üçün qorxuruq»(«Təfsiri Nurus-səqəleyn», 2-ci cild, səh. 553.).
    Bəzi rəvayətlərdə insanlar xalis mömin, xalis kafir və orta vəziyyətdə olmaqla, üç qrupa bölünürlər. Xalis möminlər bərzəx behiştinə, xalis kafirlər bərzəx cəhənnəminə gedirsə, üçüncü qrup mənsub insanlar bərzəxdən qəflət içində keçirlər.
    Sual 124: Qiyamət sorğusunda peyğəmbər nəslindən olmağın faydası varmı?
    Cavab: İslam peyğəmbəri həzrət Məhəmmədin (s) layiqli nəvəsi dördüncü imam Zeynəl-Abidin (ə) buyurur: «Allah-təala behişti, Həbəşi qul da olmuş olsa, Ona itaət edən saleh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qüreyş övladı da olmuş olsa, Ona itaətdən boyun qaçıranlar üçün xəlq edib»(«Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 564. ).
    «Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər».
    Ravilərdən biri belə nəql edir: «Aylı bir gecədə Allah evini təvaf edərkən, könül oxşayan gözəl və qəmli bir səs eşitdim. Göz gəzdirəndə üzündən nur yağan bir gəncin Kəbə pərdəsindən tutub, dua etdiyini gördüm. O, deyirdi: «Ey mənim böyüyüm, ey mənim ağam! Bəndələrinin gözünü yuxu aparıb, ulduzlar bir-birinin ardınca məğrib üfüqlərində gözdən itir. Sən isə oyaqsan, ətrafında heç zaman yuxu dolanmaz. Bu gecə yarısı padşahlar qapısını bağlamış, dostlar bir-birindən ayrılmışdır. Ehtiyaclıların üzünə açıq qalan bircə sənin qapındır. Qapına gəlmişəm, xətakaram. Bağışlanmağa ümidlə gəlmişəm! Lütf nəzərinin istəyi ilə gəlmişəm!». Onu tanıdım. Bu, imam Zeynəl-Abidin (ə) idi.
    Yaxınlaşıb dedim: «Ey peyğəmbər balası, sizin haqqınızda təthir ayəsi nazil olub. Bu göz yaşları nədir?». İmam (ə) buyurdu: «Allah-təala behişti itəaətkar bəndələr, cəhənnəmi isə asilər üçün yaradıb. Qiyamət sorğusunda Həbəşi qul, ya Qüreyş başçısı olmağın heç bir fərqi yoxdur».
    Sual 125: Yer üzündə neçə il qaldınız?
    Cavab: Allah-təala qiyamət günü kafirlərdən soruşar: «Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir gün, yaxud bir gündən də az»(«Möminun» surəsi, ayə 112-113. ).
    Həqiqətən, axirət həyatı ilə müqayisədə dünya həyatı olduqca qısadır. Lakin nəfs istəklərinə uyub, dünyanın bər-bəzəyinə baş qatan insan, bu dünyada əbədi yaşayacağını zənn edir. Agah və imanlı insanlar isə, heç zaman belə düşünmür.
    Həzrət Peyğəmbər (s) buyurur: «Dünyanın şirinliyi axirətin acılığı, dünyanın acılığı axirətin şirinliyidir». Başqa bir hədisdə buyurulur: «Bütün xətaların başlanğıcı dünya sevgisidir».
    Həzrət Əli (ə) buyurur: «Qəlbini dünya məhəbbəti tutmuş şəxs, Allah sevgisində iddialı ola bilməz».
    Başqa bir hədisdə belə buyurur: «Ən böyük günah, dünya sevgisidir».
    70 illik bir ömrün cəmi 614880 saatdır olduğunu nəzərə alsaq, dünya həyatını əyləcədə keçirməyin nəticəsi aydın olar: qiyamət günündə üzücü təəssüf və gecikmiş yalvarışlar!:«Ey Rəbbimiz, bizi cəhənnəm odundan çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım olarıq»(«Möminun» surəsi, ayə 107.).
    Sual 126: İsmətli qadına zina isnad etməyin cəzası nədir?
    Cavab: İslam dinində böyük günahlardan biri də, böhtandır. Allah-təala iman gətirmiş bəndələri birliyə çağırır və müsəlman cəmiyyətini parçalayan bütün əməlləri ittiham edir. Cəmiyyətdəki nizamı pozan, hakimləri ədalətsiz qərarlar çıxarmağa sövq edən böhtançılar üçün ciddi cəzalar nəzərdə tutulur.
    Bəzi böhtan söz çərçivəsindən çıxıb, günahsız insanların bədbəxtçiliyinə səbəb olur. Əksər cəmiyyətlərdə təsadüf olunan yalançı şahidləri gözünüz önünə gətirin. Onlar öz çirkin nəfs istəklərini həyata keçirmək üçün kimə gəldi böhtan yağdırır, günahsız insanların cəzalandırılmasından zövq alırlar.
    Cəmiyyətdə insanların xoşbəxt həyatına əngəl törədən, onların əxlaqına təcavüz edən qruplardan biri də, zinakarlardır. Qeyri-qanuni cinsi əlaqə, bəşəriyyətin genefondunu zəhərləyən bir təzahürdür. İslam dinində zinakarlara qarşı ilahi həddlər müəyyənləşdirilmişdir. Lakin zinakarlığı iddia olunan insan, heç də həmişə deyildiyi kimi olmur. Mütləq ədalətə əsaslanan İslam, zinakar qadınlarla barışmaz olduğu qədər, ismətli qadınların da iffətini müqəddəs tutur. Qurani-kərimdə buyurulur: «İsmətli qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun...»(«Nur» surəsi, ayə 4. ).
    İsmətli qadınlara böhtan atdığı məlum olan şəxs cəzalandırıldıqdan sonra belə, gələcəkdə şahidlik haqqından məhrum edilir. Ayənin davamında buyurulur: «...Onların şəhadətini heç vaxt qəbul etməyin».
    İmam Sadiq (ə) buyurur: «Müsəlmanı onda olmayan xüsusiyyətə görə ittiham edən şəxsin qəlbindəki iman əriyər. Necə ki, duz suda əriyir!»(«Üsuli-kafi» {mənbə kamil deyil}.).
    Sual 127: Ananın otağına icazəsiz daxil olmaq olarmı?
    Cavab: «Nuh» surəsinin 127-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin».
    Ayədəki göstəriş bütün xalqlar və mədəniyyətlər tərəfindən məqbul hesab edilir.
    İnsan həyatı fərdi və ictimai olmaqla, iki hissədən ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul olunmuş qayda-qanunlara əməl etməli, geyiminə və hərəkətlərinə hədd qoymalıdır. Məlum məsələdir ki, bu çərçivə sıxıntı doğurur və insan öz daxilində istirahətə ehtiyac duyur. Mənzilinə dönmüş insan ictimai mühitdə ayrıldıqdan sonra fərdi həyatını istədiyi kimi qurmaqla rahatlanmalıdır. Hər bir insan öz mənzilində istədiyi kimi geyinə və istədiyi kimi rahatlana bilər.
    Təsəvvür edin ki, ağır ictimai fəaliyyətdən sonra evdə uzanıb istirahət edirsiniz. Əyninizdə isə yüngül zolaqlı penjama vardır. Sizi mürgü aparır və diksinib oyananda qarşınızda bu vaxtadək ədəblə davrandığınız iş yoldaşınızı görürsünüz. Belə məqamda narahatçılıq təbiidir. Axı, bu şəxs siz paltarınızı dəyişərkən də daxil ola bilərdi!
    Demək, başqasına məxsus otağa icazəsiz girmək olmaz!
    Həzrət Peyğəmbərdən (s) soruşurlar: «Ananın otağına icazəsiz girmək olarmı?». Həzrət «olmaz», buyurur. Sual verən şəxsin təəccübləndiyini görüb, əlavə edir: «Ananı çılpaq görmək xoş deyil»(«Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 584.).
    Sual 128: Doğrudanmı, Quranda qadınlara örtünmək əmr olunmayıb?
    Cavab: Qurani-kərimdə din haqqında az bilib, çox danışanlar haqqında ayələrə tez-tez təsadüf olunur. Bütün cəmiyyətlərdə belə cahil insanlar kifayət qədərdir. Onlar insanların dini biliklərinin azlığından istifadə edərək, öz nəfs istəklərini sübuta yetirmək üçün «filan şey Quranda yazılıb, filan şeysə yazılmayıb» deməkdən belə çəkinmirlər. Bu məsuliyyətsiz insanlar şeytan fitvasına uyub, «Quranda hicab əmr olunmayıb» deməklə, sadə və imanlı qadınlarda vəsvəsə icad edirlər. Bu, doğrudan da, belədirmi?
    Qurani-kərimin «Nur» surəsinin 31-ci ayəsində deyilir: «Mömin qadınlara de ki, ...öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...».
    Ayədən göründüyü kimi hicab vacib buyurulmuşdur. Bəs hicabın fəlsəfəsi nədir? Başqa sözlə, hicabsızlığın, açıq-saçıqlığın zərəri varmı?
    Qadınların örtüksüzlüyündən onların şəxsiyyətinə, eləcə də, cəmiyyətə vurulan zərbələrə diqqət edin:
    1. Normal cəmiyyətdə insanların ruhi sakitliyinə təminat verilməlidir. Qadınların örtüksüzlüyü, kişiləri həyəcanlandırır, bəzən isə cinayətlər də baş verir;
    2. Hicabsızlıq, ər-arvad arasında soyuqluq yaradır, cəmiyyətdə boşanmalar çoxalır;
    3. Hicabsızlıq fahişəliyin genişlənməsi üçün zəmindir.
    4. Örtüksüzlüyə rəvac verilən cəmiyyətlərdə qadın şəxsiyyəti tənəzzül edir, qadınlar istedadlarına görə yox, xarici görünüşünə görə qiymətləndirilir.
    Sual 129: Kasıblığa görə evlənməmək olarmı?
    Cavab: Yaranış qanunları ilə yanaşı addımlayan İslam dinində, evlənmə ilahi əmr kimi qəbul olunmuşdur. Allah-təala buyurur: «Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizlə evləndirin!»(«Nur» surəsi, ayə 32. ).
    Həzrət Peyğəmbər (s) buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmişdir»(«Səfinətül-bihar», 1-ci cild, səh. 561.).
    Öz cinsi istəklərini təmin etmək üçün insan hətta cinayətə gedirsə, demək bu hiss onun xarakterində mövcuddur və onu qanuni yolla təmin etmək zəruridir. Cinsi istəkləri təmin olunmayan şəxs ruhu sarsıntılar içində qovrularaq, normal zehni və fiziki fəaliyyətdən geri qalır. Cinsi yetkinliyə çatmış gənc evlənə bilmirsə, həm özü, həm də cəmiyyət üçün problemlər yaradır. Bəs müasir dünyamızda gənclərin evlənmək imkanından məhrumluğunun əsas səbəbi nədir? Nə üçün şəhərə nisbətən kənd cavanları daha tez evlənir?
    Hal-hazırda vaxtında ailə qurmağa mane olan ilkin səbəb kimi, gənclərin iqtisadi durumu göstərilir. Göərəsən, İslam dinində bu problemə münasibət necədir? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub»(«Vəsailüş-şiə», 14-cü cild, səh.24.).
    Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır»(«Vəsaliüş-şiə», 15-ci cild, səh.10.). Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar»(«Məcməül-bəyan». ).
    Gənclərin vaxtında evlənə bilməməsi, cəmiyyətdə əxlaqsızlığa rəvac verir. Eyni zamanda, əxlaqsızlıq yuvalarının mövcudluğu gənclərin evlənməsinə mane olan səbəbdir. Kənd yerlərində belə yuvaların olmaması, gənclərin vaxtında ailə qurmasının şərtlərindəndir.
    Sual 130: «Nur» ayəsi kimə şamildir?
    Cavab: Qurani-kərimin «Nur» surəsinin 35-ci ayəsi «Nur» ayəsi kimi məşhurdur: «Allah göylərin və yerin nurudur...».
    Qurani-kərimdə və İslam rəvayətlərində yeddi şey «nur» kimi xatırlanır:
    1. Qurani-kərim(«Maidə» surəsi, ayə 15.);
    2. Allaha iman(«Bəqərə» surəsi, ayə 257. );
    3. İlahi hidayət ‒ Allah-təalanın öz bəndələrini doğru yola yönəltməsi(«Ənam» surəsi, ayə 122. );
    4. İslam dini(«Tövbə» surəsi, ayə 32. );
    5. Həzrət Məhəmməd (s)(«Əhzab» surəsi, ayə 46. );
    6. İmamlar və məsum rəhbərlər;
    7. Elm və bilik.
    Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu kimi, sadalananlar arasında da nurun ilkin mənbəyi Allahdır. Quran Onun kəlamı və İslam Onun ayini olduğu, peyğəmbər Onun tərəfindən göndərildiyi və imamlar Onun ayinlərini hifz etdiyi üçün, nur hesab edilir.
    Sual 131: Həqiqi dost varmı?
    Cavab: Dini dəyərlərin ayaq altına alındığı cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır.
    Qurani-kərimin müxtəlif ayələrində «dost» kəlməsi işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin süfrəsində icazə almadan otura bilər» sualına verilən cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.
    İmam Sadiq (ə) buyurur: «Müəyyən həddlər və şərtlərə əməl olunmadan dostluq mümkün deyildir. Dostda beş xüsusiyyət olmalıdır:
    1. Üzdə və arxada bir olsun;
    2. Sənin abrını öz abrı, sənin eyibini öz eyibi bilsin;
    3. Vəzifəsi, var-dövləti dəyişəndə sənə münasibəti dəyişməsin;
    4. Gücü çatanı sənə müzayiqə etməsin;
    5. Çətin günündə səni tək qoymasın».
    Sual 132: Kafirlərin xeyir əməllərinin savabı varmı?
    Cavab: «İbrahim» surəsinin 18-ci ayəsində buyurulur: «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər». «Furqan» surəsinin 23-cü ayəsində isə belə oxuyuruq: «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərdik».
    İmam Baqir (ə) buyurur: «Qiyamət günü Allah-təala ağ libas geymiş tək nura bürünmüş bir tayfa gətirər. Sonra «dağınıq toz zərrələrinə dönün» buyurar. Həmin nurda əsər-əlamət qalmaz». Hədisdə işarə olunan nur, kafirlərin dünya həyatında göründüyü xeyir işlərdir.
    Rəvayətlərə əsasən günah savabın üstünü örtür. Məsələn, şərab içənlər haqqında buyurulur: «Şərab içən şəxsin əməlləri Allah dərgahında 40 gün qəbul olunmaz»(«Səfinətül-bihar», 1-ci cild, səh.427. ).
    Kafirlərin xeyir işlərinin puça çıxması, tam məntiqə uyğundur. Təsəvvür edin ki, sizə atəş açan düşmənin gülləsi arxadan sizə hücum edən ayıya dəyir. Bu işinə görə ona təşəkkür düşürmü? Əlbəttə ki, yox! Kafirin xeyir əməli də belədir. Əgər o Allahı razı salmaq niyyəti ilə bir iş görsəydi, Allah da ona savab verərdi. Vəzifə, ad-san naminə xeyir iş görən insanın niyyəti saf deyil. Məsələn, deputat seçilmək istəyən biri kasıb-kusuba pul paylayır ki, əvəzində səs alsın. Onun niyyəti savab yox, səs qazanmaqdır. Bir səs ki, qiyamət səhnəsində eşidilməz!
    Sual 133: Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?
    Cavab: İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil olmuşdur: birinci dəfə Qədr gecəsində tam şəkildə, ikinci dəfə iyirmi üç il ərzində tədricən.
    «Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «Kafirlər «Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya Məhəmməd) Sənin ürəyinə qətiyyət vermək üçün Biz onu ayə-ayə nazil etdik».
    Əvvəla, Quranın tədriclə nazil olması, insanların təbiətinə və ehtiyaclarına daha uyğun bir üsuldur. İnsan məqsədə addım-addım yaxınlaşdıqda, mətləblər daha aydın dərk olunur.
    Quran bədii əsər yox, həyat proqramıdır. Hər hansı proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.
    Bədr, Ühüd, Əhzab, Hüneyn kimi müharibələrə isti münasibət bildirən Quran, birbaşa necə nazil ola bilərdi?! Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı idi.
    Sual 134: Heyvan, yoxsa nəfsini özünə tanrı edən insan daha çox zəlalətdədir?
    Cavab: «Furqan» surəsinin 44-cü ayəsində nəfsinə itaət edənlər haqqında buyurulur: «Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər».
    Uyğun mövzuda araşdırma aparan təfsirçilər bu qənaətdədirlər ki, heyvanlar altı cəhətə görə nəfsini özünə tanrı edən insandan üstündürlər:
    1. Düşünmə istedadından məhrum olan heyvanların nöqsanlı hərəkətləri bağışlana bilər;
    2. Heyvanlara ilahi hökm, kitab nazil olmadığından onlar üçün cəza da yoxdur;
    3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;
    4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə törətmək qüdrətində deyillər;
    5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır;
    6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə varsa, elə də görünürlər.
    Sual 135: Şirin su şor suya qatışmadan dura bilərmi?
    Cavab: «Fürqan» surəsinin 53-cü ayəsində buyurulur: «Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında sədd qoyan Odur». Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının incəliklərindən danışılır.
    Maraqlıdır, şirin və şor su arasında qoyulan gözəgörünməz sədd nədir? Elmin bu günkü naliyyətlərindən istifadə edərək, həmin «gözəgörünməz sədd»in qatılıqlar arasındakı fərqdən ibarət olduğunu deyə bilərik. Başqa sözlə, şirin suyun qatılığı şor suyun qatılığından fərqlənir və bu fərq, sanki onlar arasında çəkilmiş pərdə rolunu oynayır.
    Bəs, bir-birinə qovuşmuş, biri şirin o biri isə şor iki dəniz haradadır? Cavab belədir ki, bütün böyük çayların dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə uzun müddət qorunur. Təyyarə vasitəsilə uyğun su kütlələrinin üzərindən uçduqda, şirin su ilə şor su arasındakı sərhəd aydın görünür.
    Category: 170 Sual-cavab | Views: 1349 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024