İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Vəhhabi fitnəsi

    Kitabın adı: Vəhhabi fitnəsi
    2011-09-03, 5:19 AM
    Ön söz
    Müsəlmanlarin əksəriyyəti ilə ziddəyyətə girən məzhəblərdən biri də "Vəhhabilik” adı ilə tanınmış firqədir. Bu məzhəb öz təsisatçısı Mәhəmməd ibn Əbdül-Vəhhaba mənsubdur. O, tövhid və sələfçilik pərdəsi altında Ali-Səudun himayəsi ilə, İbn Teymiyyənin fikirlərini yayan şəxs kimi tanınmışdır. (İbn Teymiyyənin fikirləri ilə daha ətraflı tanışlıq üçün sələfilik kitabına (Vəhhabilik və şübhələrə cavab) müraciət edə bilərsiniz, həmin nəşriyyat. ) Vəhhabilik hicri qəməri tarixi ilə XII əsrdə (XVIII əsrin ortaları m.t.) meydana gəlmişdir. Hər şeydən öncə vəhhabiliyin banisi və onun yayılması haqda qısа şəkildə ilkin məlumat verməyi faydalı hesab edirik
    Mәhəmməd ibn Əbdül-Vəhhab
    Mәhəmməd ibn Əbdül-Vəhhab hicri qəməri tarixi ilə 1111-ci ildə (Bir çox kitablarda Şeyx Məhəmmədin hicri-qəməri tarixinin 1115-ci ildə (1695 m. t.) doğulduğu göstərilir. Bax: Vəhhabi məzhəbi, müəllif: Cəfər Sübhani, Azərb. dilinə tərcümə edən: Yusif Bağırov, səh. 16; Vəhhabi əqidəsinə əqli bir baxış, Nəcmuddin Təbəsi, dilimizə çevirəni: Maqsud Sayıl, c. 1, səh. 13 (mütərcim))  (1691 m. t.) anadan olmuş və 1206-cı ildə (1786 m. t) vəfat etmişdir. Hənbəli məzhəbinin dini elm ocaqlarına daxil olaraq Üyəynə şəhərinin savadlı şəxslərindən bir çox fənnləri əxz etdi. O, təhsilini təkmilləşdirmək məqsədi ilə Mədinə şəhərinə getməli oldu. Daha sonra İbn Əbdül-Vəhhabın İslam ölkələrinə səfəri başladı. Dörd il Bəsrədə, beş il Bağdadda qaldıqdan sonra İrana gələrək Kürdüstan əyalətində bir il, Həmədanda isə iki il müddətində məskən saldı. O, fəlsəfə və təsəvvüf (sufilik, irfan) elmlərini İranın İsfаhan və Qum şəhərlərində öyrəndikdən sonra Hicaza qayıtdı. Səkkiz ay evdə ibadətlə məşğul olduqdan sonra öz təbliğatına başladı.
    Atası ilə birlikdə Hüreymilə şəhərinə köçərək atasının vəfatına kimi o şəhərdə qalmalı oldu. Deyilənlərə görə, çoxları kimi atası da onun yanlış fikirlərinə qarşı çıxaraq, oğluna öz etirazını bildirmişdi.
    Mәhəmməd bin Əbdül-Vəhhabın əksər müsəlmanların əleyhinə olan və əslində İbn Teymiyyənin baxışlarını özündə cilvələndirən, xurafatla dolu azğın fikirləri xalqda o dərəcədə hiddət doğurur ki, hətta onu öldürmək qərarına gəlirlər. Lakin o, Üyəynə şəhərinə qaçmaqla ölümdən yaxa qurtarır.
    O zaman Osman ibn Muəmmər həmin şəhərə rəhbərlik edirdi. Osman, Şeyx Məhəmmədə  Ərəbistan yarımadasında öz təlimini yaymaqda kömək edəcəyini söz verir. Üyəynənin əmiri bacısı Cövhərəni Mәhəmməd ibn Əbdül-Vəhhabla evləndirməsi də bu qarşılıqlı müqavilənin möhkəmlənməsi istiqamətində idi. Ancaq bu əhdi-peyman və izdivac davam etmədi. Məhəmməd əmirin onа qаrşı sui-qәsd hаzırlаdığını zənn edərək, qorxudan yalançı Müsəyləmənin yaşadığı Dəriyyə şəhərinə qaçdı.
    Üyəynədə qaldığı ilk andan şəhər əmirliyinin himayəsi ilə öz yanlış inanc və fikirlərini yаymаğа başladı. Onun Zeyd bin Xəttabın qəbrini dağıtması xalq arasında kəskin narazılığa və qalmaqala səbəb oldu. Dəriyyədə isə şəhərin əmiri Mәhəmməd ibn Səudla görüşdü. İki tərəfli sazişə əsasən, Mәhəmməd ibn Səud ona kömək etməli, o isə əvəzində iqtidarı müdafiə etməli idi.
    Mәhəmməd ibn Səud da ibn Əbdül-Vəhhabla bu qarşılıqlı ittifaqın daha da möhkәmlәnmәsi üçün qızlarından birini ona ərə verdi. O, ilk öncə Üyəynə şəhərinin hakimini kafir və müşrik adlandıraraq, onun е’dаm edilməsinə hökm verdi. Üyəynəyə hücum etməkdə Ali-Səuda təkan verən də mәhz o oldu. Bu yürüş saysız-hesabsız insanın ölümünə, evlərin qarət və viran edilməsinə və hətta namuslarına belə təcavüz olunmasına səbəb oldu. Beləliklə, vəhhabilər tövhid şüarı, bidət və şirklə mübarizə pərdəsi altında öz hərəkatını bаşlаdı.
    Mәhəmməd ibn Əbdül-Vəhhab müsəlmanların əziz İslam peyğəmbərinə (s) tapınmasını (təvəssül etməsini), ilahi şəxslərin məzarları üzərində günbəz və məqbərə ucaltmasını, qəbirləri ziyarət etmək məqsədi ilə səfərә çıхmаsını, Allah dostlarından şəfaət diləmələrini və bu kimi digәr mәsәlәlәri əldə əsas tutaraq, onun puç və batil əqidəsi ilә uyğun gәlmәdiklәrinә görə bütün İslam əhlini kafirlikdə ittiham edirdi.(Bax: Tarixe-Nəcd, Alusi, Əs-Səvaiqul-ilahiyyə, Süleyman ibn Əbdül-Vəhhab; Fitnətul-Vəhhabiyyə. )
    Üyəynə şəhərini işğal etdikdən sonra, digər ərazilərə qoşun çəkərək, tövhid şüarı, bidət və şirk və onun cilvələrinin inkar edilməsi bəhanəsi ilə Nəcd və ətrafyanı müsəlman ölkələrinə, o cümlədən: Yəmən, Hicaz, Suriya ətrafı və İraqa soxuldular. İnsanlara zərrə qədər rəhm qılmayan bu azğınlar onların əqidəsini qəbul etməyənləri yerlə yeksan edir və mallarını qarət edirdilər.(Cəzirətul-ərəb fil-qərnil-işrin, səh. 341)
    Vəhhabilərin bu ifrat fikirləri və kobud rəftarı müstəmləkəçiləri sevindirən, müsəlmanlar arasında isə fikir ayrılığı, hərcmərclik və iğtişaştörədici başlıca amilə çevrildi. Belə ki, lord Korzon, vəhhabi аyinini təsnifləndirərək deyir: "Bu, xalqa bəxş edilmiş ən ali və dəyərli dindir.”(Əl-muxəttətul-istimariyyə limukafəhətul-islam, səh. 78)
    Hazırda Mәhəmməd ibn Əbdül-Vəhhabın dünyadan getməsinə baxmayaraq, bir çox şərqşünas və müstəmləkəçilər daima onun baxışlarını müdafiə edirlər. Hətta yəhudi şərqşünası  Cüllеd Tәshir onu Hicazın peyğəmbəri adlandırarаq, xalqı onun fikirlərini dəstəkləməyə çağırır.(Həmin qaynaq, səh. 105)
    Kərbəlada şiələrin amansızcasına qətlə yetirilməsi
    Doğrudan da vəhhabilər müqəddəs ziyarət ocaqlarında törətdikləri cinayət aktları ilə tarixin səhifəsini zülmətə qərq edərək, alınlarına şərəfsizliklərini əks etdirən həmişəlik damğa vurdular.
    Bu məzhəbin nümayəndəsi olan Səlahәddin Muxtar yazır: Səud 1216-cı (h.q) ildə Nəcd, Cənubda yaşayan tayfalar, Hicaz və digər bölgələrin əhalisindən ibarət böyük qoşunla İraqa tərəf hərəkət edərək ziqədə ayında Kərbəlaya yetişdi. Onlar Kərbəlanı mühasirəyə aldıqdan sonra şəhərə basqın edərək, qala və divarları darmadağın etdilər. Küçə və bazarda olan dinc əhalinin əksəriyyəti qətlə yetirildi. Şəhəri talan etdikdən sonra günortaya yaxın qarət olunmuş mal-dövlətlə oranı tərk etdilər. Qənimət olunmuş malları Səudun özü mənimsədi. Yerdə qalanını isə hər piyadaya bir hissə və süvariyə iki hissə düşmək şərtilə qoşunun arasında bölüşdürdü.(Tarixul-məmləkə əs-səudiyyə, c.3, səh. 73)
    Vəhhabi tarixçilərindən sayılan Şeyx Osman Nəcd yazır: Vəhhabilər gözlənilmədən Kərbəlaya soxuldular. Əhalinin böyük əksəriyyətini küçədə, bazarda və öz evlərində qətlə yetirdilər. (Onlar hətta Peyğəmbərin (s) nəvəsinə belə ehtiram etməyib) Hüseynin (ə) məzarını dağıdaraq, hərəmə (məqbərəyə) aid bütün qiymətli əşyaları mənimsədilər. Şəhərdə olan mal-dövlət, qiymətli daş-qaş, silah, geyim, xalça, qızıl və nəfis Quran kitablarını oğurladılar. İyirmi min günahsız insanın həyatına son qoyduqdan sonra, günortaya yaxın şəhəri tərk etdilər.(Ünvanul-məcd fi tarixi Nəcd, c. 1, səh. 121, 1216-cı (h.q) ilin hadisəsi. )
    Bəzi tarixçilərin yazdıqlarına görə vəhhabilər bir gecədə iyirmi min nəfəri qətlə yetirdilər.(Tarixçeye nəqd və bərrəsiye vəhhabiha, səh. 162)
    Mirzә Əbi Talib İsfаhani öz səfərnaməsində yazır: Londondan qayıdıb Kərbəla və Nəcəf şəhərlərindən keçərkən iyirmi beş min nəfər vəhhabinin Kərbəlaya hücum çəkdiyinin şahidi oldum. Onlar, "Müşrikləri öldürün və kafirlərin başlarını kəsin” şüarlarını səsləndirərək, beş min nəfərdən çox insanın ölümünə səbəb oldular. Yaralıların isə sayı-hesabı yox idi. İmam Hüseynin (ə) müqəddəs məzarının ətrafı ölü cəsədləri ilə dolu idi. Başsız bədənlərdən qan su yerinə axırdı.
    Mən bu hadisədən on bir ay sonra Kərbəlaya getmişdim. Xalq "tövhid carçılarının” törətdikləri vəhşilikləri xatırlayaraq ağlayırdılar. Bu ürəkağrıdıcı hadisəni eşidən hər bir kəsin bədəninin tükləri qalxır və vücudu lərzəyə gəlirdi.(Məsiru-Talibi, səh. 408)
    Vəhhabilər Kərbəla əhalisini kütləvi şəkildə rəhimsizcəsinə qırğına verərək, İmam Hüseynin (ə) müqəddəs hərəminə (məqbərəsinə) son dərəcə hörmətsizlikdən sonra həmin ordu ilə Nəcəf şəhəri istiqamətində hərəkət etdilər. Lakin Nəcəf camaatı onların Kərbəlanı qarət etməsi və törətdikləri cinayətkarlıqdan xəbər tutduğu üçün əvvəlcədən müdafiəyə hazır idilər. Hətta qadınlar vəhhabilərin qarət, qətl vә nаmusа tәcаvüz kimi qeyri-insani davranışlarının qurbanı olmamaqları üçün öz kişilərini onlarla mübarizəyə təhrik edirdilər.
    1215-ci (h. q) ildə Həzrət Əlinin (ə) müqəddəs məqbərəsini dağıtmaq məqsədi ilə Nəcəf şəhərinə yollanmış bir qrup vəhhabi isə yolda bədəvi ərəblərlә qarşı-qarşıya gələrək nəticədə məğlubiyyətə uğradılar.(Mazi ən-Nəcəf və haziruha, c. 1, səh. 325)
    Vəhhabilərin on il әrzindә bir neçə dəfə Kәrbәlа vә Nəcəf şəhərlərinə kəskin hücumları olmuşdur.(Tarixul-məmləkətus-səudiyyə, c. 1, səh. 92 Bəzi yazılarda vəhhabilərin Kərbəlaya hücumlarını 12 ildən artıq davam etdiyi göstərilir. Bax: "Vəhhabi məzhəbi” Cəfər Sübhani, Azərbaycancaya çevirəni: Yusif Bağırov, səh. 19 (mütərcim))
    Hicazda Taif əhalisinin kütləvi qırğını
    Bəlkə də ilk baxışda bəziləri belə düşünsün ki, vəhhabilər yalnız şiələrin yaşadığı ərazilərə hücum etmiş və təkcə bu məzhəbin nümayəndələrinin yaşadığı şəhərləri çapıb talamışlar. Lakin onların Hicazda və Şamdakı kobud davranışına nəzər saldıqda aydın olur ki, hətta sünnilərin yerləşdiyi məntəqələr belə, onların vəhşicəsinə törətdikləri cinаyәtlәrdәn kənarda qalmamışlar.
    Cəmil Sidqi Zəhabi vəhhabilərin Taif şəhərinə hücumu barəsində yazır: 1217-ci (h. q) ildə Taif camaatının kütləvi qırğını vəhhabilərin törətdikləri ən çirkin işlərdəndir. Böyük və kiçiyə hörmət etməyən bu qansızlar südəmər körpəni ana döşündəcə öz qanına bulaşdırdılar. Quran oxumaqla məşğul olanları və məsciddə namaz qılmaqda olan şəxsləri belə qətlə yetirdilər. Quran, Səhih-Buxari, Sәhih-Müslim vә digәr hədis və fiqh kitablarını küçə və bazarlarda аyаqlаr  altına аtаrаq aradan apardılar.(Əl-fəcrus-sadiq, səh. 22)
    Vəhhabilər Taif şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən vəhşilikdən sonra Məkkə alimlərinə ünvanladıqları məktubda onları öz ayinlərinə dəvət etdilər. Alimlər məktubu cavablandırmaq məqsədi ilə Kəbəyə toplaşdılar. Elə bu an vəhhabilərin zülmünə məruz qalmış Taif əhalisindən bir qrupu Məscidül-Hərama daxil olaraq, onların başına gətirdiklərini məclis əhlinə açıqladılar. Bunu eşidən iştirakçılar dəhşətə gəldilər. Sanki bir anlığa orada qiyamət səhnəsi quruldu. Sonda isə Məkkədən və digər İslam ölkələrindən Həcc ziyarətinə gələn sünnə-əhlinin dörd əsas müfti və alimləri vəhhabilərin kafir olmasına dair qərar çıxardaraq, onlarla mübarizəyə qalxmağı Məkkə əmirliyinə zəruri hesab etdilər. Onlar həmçinin əlavə etdilər ki, bu cihadda (vəhhabilərlə mübarizədə) iştirak etmək hər bir müsəlmana vacibdir. Bu yolda ölənlər isə şəhid hesab olunur.(Seyful-Cəbril-məslul-ələl-əda, Şah Fəzl Rəsul Qadiri, səh.2)
    Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
    Kontr-admiral General Əyyub Səbri, Osmanlı dövlətinin hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: Mәhəmməd ibn Əbdül-Vəhhabın sözlərindən təsirlənmiş Əbdül-Əziz bin Səud qəbilə başçıları qarşısında söylədiyi birinci çıxışında dedi: Biz bütün şəhərlərə və abadlıqlara sahib olmalı, öz əqidə və şəriətimizi onlara aşılamalıyıq... Bu arzunun həyata keçməsi üçün özlərini peyğəmbər sünnəsinin və Mәhəmməd şəriətinin ardıcılları hesab edən əhli-sünnənin elm adamlarını aradan götürməliyik.
    Başqa sözlə desək, özlərini əhli-sünnə alimi kimi qələmə vermiş müşrikləri qılıncdan keçirməliyik; Bu siyasətin ilk qurbanları öncə tanınmış və diqqət mərkəzində olan bilik sahibləri olmalıdır; çünki, nə qədər ki bunlar sağdır, bizim dindaşlarımız xoş gün görməyəcəklər. Bu mәrhәlәdә ilk növbədə özlərini alim kimi tanıtdıran şəxslərin kökünü kəsib, daha sonra Bağdadı işğal etməliyik.(Tarixe Vəhhabiyan, səh. 33)
    Eləcə də yazır: Səud bin Əbdül-Əziz 1216-cı (h.q) ildə Məkkəni ələ keçirdikdən sonra bir çox sünni alimlərini səbəbsiz olaraq şəhadətə çatdırdı. Habelə bir çox nüfuzlu və görkəmli şəxsiyyətləri heç bir ittihamı olmadan dara çəkdirdi. Vəhhabilərə əyilməyərək öz əqidələrində möhkəm duranları isə, müxtəlif işgəncələrlə hədələdi. Daha sonra göndərdikləri carçılar küçə və bazarda fəryad çəkərək deyirdilər: "Ey camaat! Səudun dininə üz gətirin və onun hər yeri bürümüş geniş kölgəsi altına sığının.”(Həmin qaynaq, səh. 74)
    Səudun Mədinədə dinə qarşı hörmətsizliklə söylədiyi küfrlə dolu xütbəsi
    Səud ibn Əbdül-Əziz Mədinəni işğal etdikdən sonra şəhərin bütün əhalisini Məscidün-Nəbidə toplayaraq, məscidin qapılarını bağladıqdan sonra xütbəsini bu sözlərlə başladı:
    "Bu gün dininizi sizin üçün kamil etdim”(Maidə, 3) ayəsinə əsasən, sizin dininiz bu gün kаmil oldu və İslam neməti ilə zinətləndiniz. Heç bir şəriki olmayan Uca tanrının razılığını əldə etdiniz. Ata-babalarınızın puç və batil dinlərini boşlayın. Heç vaxt onları müsbət qiymətləndirməyin. Məbada onlara salam və rəhmət göndərəsiniz; çünki o dinlərin hamısı şirkə qoşularaq aradan getmişdir.(Tarixe Vəhhabiyan, səh. 107)
    Tarixi abidələr və mədəniyyət əsərlərinin məhv edilməsi
    Keçmişdə yaşamış insanların tarixinin qorunması və qədim mədəniyyət əsərlərinin toxunulmazlığı hər millətin svilizasiya göstəricisidir. Dövlətlər bu mirasın keşiyində durmaq üçün xüsusi idarələr təsis edir və mahir mütəxəssislər yetişdirirlər. Onlar bu zəmində hətta bir saxsının və daş üzərinə həkk edilmiş kiçik bir kətibənin (yazının) belə aradan getməsinə icazə vermirlər.
    Şübhəsiz, müsəlmanların səmavi təlimlər sayəsində əsasını qoyduğu İslam mədəniyyəti, əsrinin ən öncül svilizasiyası sayılırdı.
    Çiçəklənməkdə olan bu svilizasiya hicri-qəməri tarixi ilə dördüncü və beşinci əsrdə özünün ən ali zirvəsinə yetişdi. Qərb tədqiqatçılarının etirafına görə, İspaniya və xaç yürüşləri vasitəsilə avropaya təsir göstərən bu svilizasiya son yüz illikdə qərbdə intibah dövrünün ən başlıca səbəblərindən biri hesab edilir.
    Hәzrәt Peyğəmbərin (s) şəxsən özünə və vəfalı dostlarına mənsub tarixi əsərlər və abidələr bu böyük svilizasiyanın ümumi mirasının bir hissəsi olması etibarı ilə, onların qorunub saxlanılması, bu mədəniyyət və svilizasiyanın yaradıcılarına ehtiram əlamətidir. Habelə, bu tarixi əsərləri məhv etmək fikir düşkünlüyünün, tarix və svilizasiyanın banilərinə diqqətsizliyin nəticəsidir ki, zaman keçdikcə tarixi reallıq və dini orijinallığın yaddaşlardan silinməsinə gətirib çıxarır. Ən başlıcası isə fitri istəklərin tənəzzülünə və bəşər cəmiyyətində parlaq istedadların zəifləməsinə səbəb olur.
    Qurani-Kərimdə açıq-aydın göstərilir ki, keçmiş xalqlar öz peyğəmbərlərinin (s) tarixi əsərlərini qoruyub saxlamaqda əllərindən gələni əsirgəmir, hətta o abidələrə təbərrük edirlər; аiləsindən Musa və Haruna böyük irs qalmış əşyaları bir sandığa yığaraq, ona sığınmaqla düşmən üzərində qələbə çalmaq üçün onu özləri ilə döyüşlərdə gəzdirmələrini buna misal vurmaq olar. Allah-tәala bu barədə buyurur:
    "(İsrail övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır.” (Bəqərə, 248)
    Cəlalәddin Süyutinin nəql etdiyinə görə, Allahın Rəsulu (s) «...Fi buyutin әzinәllаhu әn turfә’ә vәyuzkәrа fihәsmuhu»(Nur, 36) ayəsini məsciddə oxuyarkən bir nəfər qalxaraq soruşdu: «Bu аyәdә еvlər dedikdə nə nəzərdə tutulur?» Hәzrәt Peyğəmbər (s) buyurdu: «Peyğəmbərlərin evləri.» Elə bu an Əbubəkr qalxıb Əli (ə) və hәzrәt Zəhranın (ə) evinə işarə edərək: «Ey Allahın Peyğəmbəri (s)! Bu ev Allahın onun dərəcəsinin yüksəldilməsinə izin verdiyi evlərdəndirmi?» dedikdə, Həzrət (s) buyurdu: «Bəli, bu onların ən üstünüdür.»(Dürrül-mənsur, səh. 203)
    Bu hadisə onu göstərir ki, Allah yanında peyğəmbərlərin və əməlisalehlərin evlərinin xüsusi dərəcə və hörməti var. Bu ehtiram isə maddi materiallara – qum, palçıq və kərpicə görə deyil, oranın sakini olmuş dahi insanlara xatirdir.
    Peyğəmbərlər və övladlarının dəfn edildiyi ölkələrə səyahət etdikdə görürük ki, оnların davamçıları öz peyğəmbərlərinin məzarlarını qoruyub saxlamış və üzərində möhtəşəm tikililər və məqbərələr ucaltmışlar. Habelə İslam ordusu Fәlәstin vә Suriyаnı fəth etdikdə, оnlаrın peyğəmbər məzarlarına toxunmadıqlarını, hətta ziyarətgahların keçmiş xidmətçilərini də öz işlərində saxladıqlarını görürük. Məhz bu səbəbdən antik mədəniyyətimizi bizə xatırladan bu binalar ululardan bizə yadigar qalmış və təkcə müsəlmanlar üçün deyil, tək Allahı tanıyan dünyanın bütün insanları üçün xüsusi cazibədarlığı ilə seçilmişdir.
    Əgər peyğəmbərlərin və ilahi övliyaların məzarları üzərində tikinti işi aparmaq şirk olsaydı, xəlifələr tərəfindən təyin edilmiş şəxslər o şəhərlərdə zəfər çaldıqdan sonra, o binaları aradan aparmalı idilər.
    İslam ölkələrində və ilahi vəhy nazil olmuş məkanlarda yüzlərlə məzar və məqbərənin yerləşdirilməsinin səfərnamələrdə və tarixi kitablarda göstərilməsi müddəamızı bir daha təsdiqləyir.
    Tanınmış tarixçi Məsudi (vəfat tarixi: 345 h. q), Bəqi qəbristanlığında dəfn edilmiş insanların əhli-beytin məzarlarına məxsus bütün məlumatları incəlikləri ilә bəyan etmişdir.(ərəbcə) c. 2, səh. 288) Şərq ölkələrini üç dəfə dövr etmiş altıncı əsrin (h.q) məşhur ispanyalı Səyyahı İbn Cübeyr öz səfərnaməsində Misir, Məkkə, Mədinə, İraq və Şamda dəfn edilmiş peyğəmbərlər, əməlisalehlər və imamların müqəddəs məqbərələri haqda təfsilata varmış, eyni zamanda Bəqidə dəfn olunmuş imamların rövzəsi və onların zərihlərinin (qəbir ətrafına çəkilmiş dəmir hasar) xüsusiyyətlərini vәsf еtmişdir.(Reybətu İbn Cübeyr, səh. 173, Ətraflı məlumat əldə etmək istəyənlər, tanınmış alim və bacarıqlı fəqih Həzrət Ayətullah Sübhaninin "Vəhhabiyyət, Məbaniye fikri və karnameye əməli” əsərinin 149-179-cu səhifələrinə müraciət edə bilərlər.)
    Məkkə böyüklərinə mənsub tarixi abidələrin dağıdılması
    Vəhhabilər 1218-ci (h.q) ildə Məkkənin hakimiyyətini ələ keçirdikdən sonra, din rəhbərlərindən irs qalmış bütün tarixi əsərləri məhv etdilər.
    Kəbənin ətrafında və Zəmzəmin üzərində olan bütün qədimi əsərlər vəhhabilər vasitəsi ilə xarab edildi. Ələ keçirdikləri şəhərin əməlisaleh şəxslərinin tarixi abidələrini sıradan çıxardılar. Kəşful-irtiyab kitabının yazdığına görə, onlar bu abidələri xarab edərkən, təbil vurur, rəqs edir və mahnı oxuyurdular.(Kəşful-irtiyab, səh. 27, tarixi Cəbərətidən nəql edərək. )
    Vəhhabilərin törətdikləri vəhşilikləri sаymаqlа qurtarmaz. İnsani dəyərlərdən uzaq bu insanlar özlərini bədbəxtlik girdabına bir addım da yaxınlaşdıraraq, Həzrət Xədicənin (ə) evinin üzәrindә ümumi tualet tikdilər. Bu azğınlar hәzrәt Peyğəmbərin (s) doğulduğu yerdə dә bu şərəfsiz işlərini təkrarlamaq istəyirdilər ki, xoşbəxtlikdən xeyriyyəçi bir şəxs oranı kitabxanaya çevirməklə, vəhhabilərin çirkin işinin qarşısını alır.(Bax: Nəsihəti li-ixvanina ən-nəcdiyəyn.)
    Böyük kitabxanaların yandırılması
    Vəhhabilərin İslam aləminə, ümumiyyətlə bəşəriyyətə vurduğu аğır zərbələrdən biri də çoxsaylı qiymәtli elmi əsərlər yerləşdirilmiş böyük kitabxanaların yandırılmasıdır. Bu kitabxanalardan biri də "Əl-məktəb əl-ərəbiyyə” kitabxanasıdır. 60 min аddа misilsiz qiymətli əsəri olan bu kitabxanada, ayrı-ayrı şəxslər tərəfindən müxtəlif üslublarda yazılmış 40 min nаdir әlyаzmа nüsxə mövcud idi. Bu əlyazmaların arasında cahiliyyət dövrünə mənsub xətt üslubunda yazılmış əsərlər və yəhudilərlə müşriklәr arasında hәzrәt Peyğəmbərin (s) əleyhinə bağlanmış müqavilə хüsusi mаrаq kәsb еdirdi. Eləcə də Həzrət Əli (ə), Ömər, Xalid ibn Vəlid, Tariq bin Ziyad və hörmətli Peyğəmbərin (s) digər səhabələrinin əlyazmaları, habelə Əbdullah ibn Məsud tərəfindən yazılmış Qurani-Kərim mövcud idi. Vəhhabilər bu kitabxananı odlamaqla, sanki bütün elmsevərlərin qəlbinə və İslamın elm хәzinәsinә od vurdular. İnsanlıqdan azacıq bəhrələnmiş hər bir şəxs üçün ürəkağrıdıcı olan bu cinayət bir daha vəhhabiliyin həyasızlığını ifşa edərək, onları şərəfsiz anlamı ilə yaddaşlara həkk etdirdi.
    Sözügedən kitabxanada Allahın Rəsuluna (s) mənsub müxtəlif növ silahlar və İslam meydana gələrkən bütpərəstlər tərəfindən "Lat”, "Üzza”, "Mənat” və "Hubəl” kimi sitayiş olunan bütlər saxlanılmışdı.
    Nasirəddin Səid tarixçilərin birindən belə nəql edir: Vəhhabilər iqtidarı ələ aldıqdan sonra bu kitabxanalarda küfr yazılarının olması bəhanəsini qabardaraq, onların hamısını odlayaraq külə çevirdilər.(Bax: Tarixu Ali-Səud, c. 1, səh. 158; Kəşful-irtiyab, səh. 187-324; Əyani əş-şiə, c. 2, səh. 72; Əs-səhih min sirətin-nəbiy əl-əzəm, c.1, səh. 81; Ali Səud min əyn ila əyn, səh. 47.)
    Mədinədə dahilərin abidələrinin məhv edilməsi
    Ali-Səud 1344-cü (h.q.) ildə hicaza tam yiyələndikdən sonra Mədinədə olan bütün sahəbələrin abidələrini darma – dağın etdi; аşağıdakı məqbərələr vəhhabili vәhşiliklәrinin günahsız qurbanlarına bir neçə nümunədir:
    1. Mədinədə İmam Həsən və Hüseyn (ə) doğulduğu yer;
    2. Bədr döyüşündə şəhid olanların məzarları;
    3. Bəqidə dəfn edilmiş dörd imamın (İmam Həsən, Səccad, Baqir və Sadiq (ə)) müqəddəs məzarları;
    4. İmam Əlinin (ə) Həzrət Fatimə (s. ə.) üçün tikdiyi "Beytul-Əhzan”;
    5. İmam Əlinin (ə) anası Fatimə binti Əsədin müqəddəs məzarı...
    Vəhhabilərin bir sıra inanc və şərii fətvalarının xülasəsi
    Aşağıda göstərilən əməllər vəhhabilər tərəfindən haram hesab edilir. Bu əməlləri yerinə yetirənlər Allaha şәrik qoşaraq dindən çıxmış sayılırlar:
    1. İlahi övliyaların məzarlarının ziyarət edilməsi;
    2. Peyğəmbərlər və ilahi şəxsiyyətlərin məzarları üzərində bina ucaltmaq (bu əməlin şirk hesab edildiyinə görə);
    3. Allah dostlarının qəbirləri üzərində məscid tikilməsi;
    4. İlahi adamların qəbirləri kənarında namaz və dua ilə məşğul olmaq;
    5. Peyğəmbərlər və övliyalardan təbərrük götürmək;
    6. Vəfatından sonra peyğəmbərlər və övliyaları səsləmək;
    7. Vəfatından sonra ilahi övliyalara sığınmaq – pənah gətirmək (istiğasə);
    8. İlahi şəxslərin vəfatından sonra onlardan yardım diləmə;
    9. İlahi övliyalardan şəfaət istəmə;
    10. Allahdan başqasına and içmək, məsələn peyğəmbərə, imama, və ya Kəbəyə...;
    11. Peyğəmbərlər və imamın haqqına və ehtiramına Allaha and vermək;
    12. Peyğəmbər, yaxud İmam üçün nəzr demək;
    13. Bayramlarda, peyğəmbərlərin və müqəddəs şəxslərin doğum günlərində şənlik mərasiminin keçirilməsi;
    14. İlahi şəxslərin əzadarlığının keçirilməsi;
    15. Qəbirlərin üstündə işıq və ya şam yandırmaq;
    16. Övliyaların məzarlarını təmizlәmәk və yaxud bəzəmək;
    17. Vәfаt еtmiş şәхslәr üçün hüzür;
    18. Peyğəmbərlərə və övliyalara təvəssül etmək (onları Allah dərgahında vasitəçi seçmək).
    Category: Vəhhabi fitnəsi | Added by: Islam_Kitabxanasi
    Views: 1103 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024