İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2054
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:10 AM
    VƏHHABİ HÖKMRANLİĞİNİN İKİNCİ DÖVRÜ
    VƏHHABİLƏRİN İBN RƏŞİDİN NƏCDƏ HAKİM OLDUĞU DÖVRƏ QƏDƏRKİ QÜDRƏTİ
    Misirlilər Nəcddən çıxdıqdan və Diriyyə dağıdıldıqdan sonra orada hərc-mərclik və iğtişaş hökm sürürdü. Klevd Fuiye bu barədə yazır: "...Osmanlılar müqəddəs İslam məkanlarına hakim kəsildikdən sonra türklər, adətləri üzrə, Ərəbistanın daxili məntəqələrinə etinasız yanaşdılar.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.24 )Bu şərait nəticəsində Nəcdin daxili vəziyyəti iğtişaşlı idi və vəhhabilər yenidən qüdrətə çatmaq üçün bir daha səy göstərirdilər.
    Vəhhabilərin birinci və ikinci hikmranlıqları arasındakı zaman dövründə yadellilər bu iğtişaşlardan və hərc-mərclikdən istifadə etdilər. Belə ki, "daxili vəziyyətin çox ciddi bir iğtişaşla, böhranla üzləşdiyi 1235-ci h.q ilində ingilislərin dəniz qoşunlarından bir qismi topla təchiz olunmuş hərbi gəmilərlə birlikdə Rəsul-Xeyməyə hücum edərək şəhəri işğal etdilər. Camaat qaçdı. İngilislər şəhəri dağıtdılar.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.52 )
    Diriyyənin misirlilər tərəfindən viran edilməsindən təqribən üç il sonra Türki ibn Əbdüllah bir sıra lazım və zəruri imkanlardan istifadə etmək, eləcə də mövcud hərc-mərclikdən, böhran və iğtişaşlı vəziyyətdən sui-istifadə edərək Riyaz qalasında özü üçün qərargah yaratmaq fikrinə gəldi. Bu qala Diriyyənin 25 km-liyində yerləşirdi. Sonralar həmin yer vəhhabilərin strateji və texniki bazalarına çevrilmişdi.
    Bu bölmədə Riyaz şəhərində ikinci vəhhabi hökumətinin təşkil olunmasından İbn Rəşidin oraya hakim kəsildiyi dövrə qədər vəhhabilərin yaşadığı şərait araşdırılacaqdır.
    TÜRKİ İBN ƏBDÜLLAH (1821-1834)
    Türki ibn Əbdüllah misirlilərin Diriyyəyə hücum etdikləri zaman Südeyir şəhərinə qaçdı və Müşarinin ölmündən sonra Üyeynənin əmiri İbn Müəmmərlə döyüşdü və nəhayət, vəhhabilərin 1821-ci ildə törətdikləri cinayətlərə qarşı edilən qiyamlar nəticəsində vəhhabilərin rəhbərliyini əlinə aldı. Misirlilər tərəfindən təyin olunan hakimi işdən götürdükdən sonra Diriyyədə ikinci dəfə olaraq vəhhabi hökumətini yaratdı.
    Osmanlılar da Türki ibn Əbdüllahı məğlub etmək üçün Hüseyn bəyin sərkərdəliyi ilə bir qoşun göndərdilər. O Diriyyəni və Riyazı ələ keçirdi, Türki də Riyazdan qaçdı (1820-1821).
    Türki iki il sonra misirlilərin Nəcddəki zəifliklərindən istifadə etməklə, eləcə də vəhhabilərdən kömək almaqla Riyazı ələ keçirdi. Buna əsasən, "onun hökuməti ilə qüdrət Əbdül-Əziz ibn Məhəmməd sülaləsindən Əbdüllah ibn Məhəmmədin sülaləsinə keçdi. O, 1827-ci ildə misirliləri Şəmmərdən qovub çığardı və Hailin əmiri Saleh ibn Əli və Şəmmərin əmiri ilə sülh bağladı. 1830-cu ildə Ehsanı işğal etdi. Daha sonra Bəhreyn, Qətər və Əmmana doğru üz tutdu.”(Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.28 ) O, öz hökmranlığı dövründə daim müharibə aparır və ətraf məntəqələrin əhalisi ilə döyüşürdü. Nəhayət 1834-ci ildə Məhəmməd Əli Paşa tərəfindən təchiz və himayə olunan Müşari ibn Əbdür-Rəhmanın əli ilə qətlə yetirildi.
    MÜŞARİ İBN ƏBDÜR-RƏHMAN İBN MÜŞARİ
    Müşari, İbrahim Paşanın Misirə sürgün etdiyi adamlardan biri idi. O, Misirdə böyüyüb boya-başa çatdı və Məhəmməd Əli Paşanın etdiyi himayələr nəticəsində qüdrəti Türkinin əlindən aldı, özü də bir neçə müddət vəhhabilərin rəisi oldu.
    Müşarinin qüdrəti necə ələ keçirməsi barəsində "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: "... Türkinin işi şiddətləndikdə Məhəmməd Əli Paşa onunla qarşılaşmaq üçün Müşarini öz himayəsi altına keçirdi. Müşari 1826-cı ildə Nəcdə daxil oldu, Türki ibn Əbdüllah onu çox mehriban qarşıladı və Mənfufənin rəisi təyin etdi. Lakin bir qədər sonra onu vəzifəsindən azad edərək Riyaza qaytardı. Türkinin hakimiyyətinə tamah gözü dikən və zahirdə onun Mənfufə hökmranlığından çıxarılmasına səbəb olan Müşari Məkkəyə, Şərif Məhəmməd ibn Ovnun yanına getdi. Amma kömək tapmadığı zaman Türkinin yanına qayıtdı və peşmançılığını bildirdi. Lakin sonrakı il misirlilərin himayəsi ilə Əmir Türkini qətlə yetirdi və özü hökumət kürsüsünə əyləşdi.”(Həmin mənbə, səh.28 )
    Həqiqətdə biz vəhhabi rəhbərliyinin ikinci dövründə – misirlilərin onlarla qarşılaşmasında siyasətin dəyşildiyinin şahidi oluruq. Bu dövrdə, əvvəlki dövrün əksinə olaraq, (misirlilər vəhhabilərin əleyhinə birbaşa hərbi tədbirlər görürdülər) qədimdən mövcud olan "təfriqə sal və hökm sür” siyasətinin misirlilər tərəfindən icra olunduğunu görürük. Onlar Ali-Səudun yaxın adamlarından bəzilərinin himayəsi ilə çalışırdılar ki, bu dövrdə Nəcd məntəqəsinə və vəhhabilərə hakim kəsilsinlər. Amma onun özü heç vaxt Nəcd xüsusi çoğrafi mövqeyinə görə (istər qeyri-münasib abu-hava və iqlim şəraitinə, istərsə də coğrafi şəraitə görə) uzun müddət orada qala bilmədi və buna görə də yeni siyasəti icra etməklə heç olmazsa öz məqsədlərini müəyyən qədər həyata keçirə bilərdi.
    Vəhhabi hakimiyyətinin ikinci dövründə onların arasında təfriqə və ixtilafların olduğunu görürük. Bunun özü də bu dövrdə vəhhabi hökumətlərinin möhkəmlənməməsinin əsas amilidir. Belə ki, 1236-1319-cu h.q illərində (Əbdül-Əziz ibn Əbdür-Rəhman bu dövrdə vəhhabilərin qüdrətini yenidən dirçəldə bilmişdi) 12 vəhhabi əmiri biri digərindən sonra hakimiyyətə keçdi. (Onların əksəriyyəti qısa müddətdə hakimiyyətdə olmuşdular).
    Həqiqətdə vəhhabilərin ikinci hakimiyyət dövründə daxildə stabilliyin olmamasının səbəbi daxili problemlər və ixtilaflardan əlavə osmanlıların, misirlilərin və Ali-Rəşidin məntəqədəki fəal siyasətləri idi. Onlar çalışırdılar ki, vəhhabilərin qüdrətinə son qoysunlar. Çünki vəhhabilər (müqəddəs islam məkanlarına qarşı hörmətsizlik etdiklərinə görə) Osmanlı sultanının etibar və heysiyyətini təhlükəyə salmışdılar və misirlilərin vəhhabilərə qalib gəlməsi Osmanlı Sultanından Şam və onun ətraf məntəqələrində imtiyaz əldə edilməsinə səbəb olurdu. Nəcdə hakim olmaq istəyən vəhhabilər kimi güclü bir qoşunun varlığına dözə bilməyən Ali-Rəşid də müxtəlif yollarla onları məhv etməyə çalışırdı.
    Bu dövrdə Britaniyanın məkrli və gizli siyasətləri də nəzərdən qaçırılmamalıdır. İngilislər Nəcdin müxtəlif məntəqələrində yaranan müəyyən zaman-məkan şəraitlərində müəyyən rol oynayırdılar. Onlar gizli şəkildə vəhhabiləri gücləndirir və osmanlılar tərəfindən onların məhv edilməsinin qarşısını alırdılar.
    Əvvəldə işarə edildiyi kimi, Müşari 1248-1249-cu h.q illərində iqtidarı Türkidən alaraq vəhhabilər üzərində rəhbərliyi öz öhdəsinə aldı. Amma onun hakimiyyəti çox da uzun sürmədi və qırx gündən (başqa nəzərə görə iki aydan) sonra onun qətli ilə eyni zamanda Feysəl ibn Türki vəhhabilərə hökmranlığı öhdəsinə aldı.
    FEYSƏL İBN TÜRKİ (1834-1838)
    Feysəl də Misirə sürgün olunan vəhhabilərdən biri idi. Bir nəzərə görə o, 1827-ci ildə Misirdən qaçıb Nəcdə gələ bilmişdi. Daha sonra o, öz atasının qoşununun sərkərdəliyini öhdəsinə almış və vəhhabilərin müxalifləri əleyhinə müharibəyə başlamışdı. Türki Müşarinin əli ilə qətlə yetirildiyi zaman Feysəl Qətif nahiyəsində, Ali-Səud və vəhhabilərlə müxalif olan əmirlərlə mübarizə aparırdı. Bu zaman sürətlə Riyaza doğru qayıtdı və atasının intiqamını aldıqdan sonra vəhhabilərə rəhbərliyi öz öhdəsinə aldı. Feysəlin bu tədbiri osmanlılar və misirlilərlə birbaşa qarşılaşmaq sayılırdı, çünki o, onlar tərəfindən təyin olunan hakimi qətlə yetirmişdi. Buna görə də Məhəmməd Əli Paşaya əmr olundu ki, Osmanlı və Misir qoşununun başında olaraq bir daha vəhhabiləri cəzalandırsın.
    Qeyd olunmalıdır ki, ingilislər bu dövrdə "Fars körfəzi sahillərində bir müddət ciddi fəaliyyətə başlamış və həmin dövrdə Yəmənin fəal mərkəzlərindən olan Qırmızı dənizdə və Ədən körfəzində qərarlaşmışdılar.”(Fuiyə Klevd, "Nizami-Ali-Səud”, səh.24-25. ) İngilis müstəmləkəçiləri də hadisələrin gedişatına yaxından nəzarət edir və bunun ardınca özlərinin əlaltısı olan hakimləri məntəqədə yerləşdirmək istəyirdilər.
    "Osmanlılar Yəməni fəth etmək və ingilislərlə qarşılaşmaq üçün dörd ordu göndərdilər. Bu qüvvələrə göstəriş verilmişdi ki, Ərəbistanın inadkar qəbilələrini də məhv etsinlər.”(Həmin mənbə. )
    Misir və Məhəmməd Əli Paşa tərəfindən göndərilən orduların bir qismi Xurşid Paşanın sərkərdəliyi ilə Nəcddən keçərək Deyləm çölündə Feysəli məğlub etdi. Bu dəfə misirlilər Xalid İbn Səudu himayə edirdilər. Feysəl tutulduqdan və Misirə sürgün edildikdən sonra o, vəhhabi hökumətinin rəhbərliyini öhdəsinə aldı (1839) və misirlilər yenidən Riyaz, Ehsa və Qətifə hakim kəsildilər.
    XALİD İBN SƏUD (1840-1842)
    Xalid İbn Səud misirlilərin himayəsi ilə öz rəqibinə qalib gələ bildi. O, təqribən iki il müddətində vəhhabilərə hökmranlıq etdi və misirli qüvvələr Nəcddən çıxdıqdan sonra sair rəqibləri ilə döyüşə başladı. Bu zaman Əbdüllah ibn Sənyan ibn İbrahim (o, vəhhabilər tərəfindən himayə olunurdu) fürsəti qənimət sayaraq Xalidin əleyhinə qiyam etdi və nəhayət 1258-ci h.q ilində Xalidə qalib gəldi, onu Riyazdan çıxardıqdan sonra vəhhabilər üzərinə hökmranlığı öz öhdəsinə aldı. Xalid də Cəddədə məskunlaşdı. Nəhayət 1861-ci ildə dünyadan getdi. Onun hökmranlıq illəri vəhhabilərin arasında ixtilaf və təfriqənin baş alıb getdiyi, onların əksər hallarda daxili çətinliklərlə üzləşdiyi dövrə təsadüf edirdi.
    ƏBDÜLLAH İBN SƏNYAN İBN İBRAHİM (1842-1843)
    Vəhhabilərin köməyi ilə qüdrəti ələ alan Əbdüllah ibn Sənyan da hakimiyyət kürsüsündə uzun müddət qala bilmədi. Təqribən bir ildən sonra Feysəl ibn Türki Riyazı mühasirə edərək ona qələbə çaldı və nəhayət, o da zindanda vəfat etdi.
    Aydındır ki, Diriyyənin 1334-cü h.q ilində süquta uğramasından sonra həm Nəcd məntəqəsində, həm də vəhhabilərin arasında iğtişaş və hərc-mərclik hökm sürürdü. Qüdrət iddiaçıları bir-biri ilə rəqabətə başlamışdı. Buna görə də onlardan heç biri uzun müddət hakimiyyətdə qala bilmədilər. Digər tərəfdən də Nəcdin qeyri-münasib və gərgin vəziyyəti Ali-Rəşidin, osmanlıların, misirlilərin və ingilislərin xarici siyasətlərini fəallaşdırdı və onların Nəcdin, xüsusilə vəhhabilərin daxili işlərinə nüfuz etməsini sürətləndirdi.
    FEYSƏL İBN TÜRKİ (1843-1865)
    Feysəl Nəcddə ilk hökmranlığından beş il əvvəl bir daha vəhhabilərə rəhbərliyi öhdəsinə almışdı. Misirdə həbsdə olduğu zaman oradan qaçdı və bir nəzərə görə, Misir padşahlarından birinin köməyi ilə zindandan qaçıb bir daha Nəcddə vəhhabilərə hökmranlığı əlinə aldı.
    Cənab Fəqihi Feysəl barəsində belə yazır: "...Feysəl Ali-Səudun iqtidarlı və tədbirli əmirlərindən biri idi. O, yaranmış fitnəni müvəqqəti olaraq sakitləşdirdi və bir neçə illik hərc-mərcliyin ardınca əmin-amanlıq və aramlıq bərqərar etdi. Sonra öz əhatə dairəsini genişləndirdi.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.367 )O, 1846-cı ildə "Osmanlıların Ali ağalığını və onlara xərac verməyi qəbul etdi və Ali-Səudun Nəcd əyalətindəki hökmranlığını möhkəmləndirə bildi.("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 ) Feysəlin daxili və xarici siyasət baxımından öz hökmranlığını davam etdirməsi üçün çalışmasına baxmayaraq, qısa müddətdən sonra "Nəcd və onun ətraf məntəqələrində yenidən iğtişaşlar, ixtilaflar və narazılıqlar yarandı.”(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.367 ) Feysəl onları yatırtmaq üçün çox çalışdı, lakin müsbət nəticə əldə edə bilmədi. Onun 1865-ci ilin dekabr ayında ölməsindən sonra vəhhabilərin hökumətində daxili ixtilaflar və çəkişmələr hələ də qalmaqda idi və (Feysəlin nəvəsi) Əbdül-Əziz qüdrətə çatdığı vaxta qədər bu ixtilaflar davam etdi.
    Nəhayət, Feysəl 23 il hökmranlıqdan sonra 1865-ci ildə dünyadan getdi və oğlu Əbdüllah ibn Feysəl onun yerinə keçdi.
    ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1865-1871)
    Feysəlin ölümündən sonra oğlu Əbdüllah Riyazda qüdrəti öhdəsinə aldı, amma onun rəhbərliyinin ilk dövrlərindən onunla qardaşı Səud arasında vəhhabilərə hakimiyyət məsələsi barədə ixtilaflar dərinləşdi. Xərc və Əflah nahiyələrində hökmranlıq edən Səud ibn Feysəl Əbdüllahın əleyhinə qiyam etdi və Həfufu ələ keçirə bildi.
    Səudun hücumlarının daha da genişlənmə ehtimalı verildiyi zaman Əbdüllah onun qarşısında bir iş görə bilmədi və əvvəlcə Ğənizədə ibn Səlimin yanına, daha sonra Haildə ibn Rəşidin yanına pənah apardı (bunların hər ikisi vəhhabilərin düşmənlərindən sayılırdı) ki, onların köməyi ilə yenidən qüdrətə keçsin. Amma ona bu cəhətdən kömək olunmadığından Bağdadın hakimi Midhət paşanın yanına getdi ki, heç olmazsa bu yöndən öz bəxtini sınasın. Midhət Paşa Əbdüllahın ixtiyarına bir qədər qoşun verdi ki, qardaşı Səudun əleyhinə istifadə etsin. Amma o, təkcə Ehsanı öz ixtiyarına keçirə bildi, lakin Riyazı ələ keçirmək üçün göstərdiyi cəhdlər nəticə vermədi və nəhayət altı il rəhbərlikdən sonra onunla qardaşı Səud arasında ixtilafların kəskin şəkildə davam etdiyi bir dövrdə öz yerini qardaşına verdi.
    SƏUD İBN FEYSƏL İBN TÜRKİ (1871-1874)
    Feysəlin ölümündən sonra Səud Xərc və Əflaha hakim idi. Qardaşı Əbdüllah da Riyazda qüdrəti ələ aldıqdan sonra onun əleyhinə qiyam etdi və özü vəhhabilərin qüdrət kürsüsünə oturdu. "Onun dövründə Nəcd Ali-Səudun hakimləri arasında bölüşdürüldü.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 ) Vəhhabilərin arasında ixtilaf və təfriqə günbəgün artırdı, amma Səud çalışırdı ki, Ehsanı əlinə keçirsin. Lakin bu işdə müvəffəqiyyət əldə edə bilmədi və nəhayət Üyeynəni ələ keçirmək üçün İbn Rəbian ilə apardığı müharibədə yaralanıb Riyaza qayıtdı, 1874-cü ildə dünyadan getdi.
    ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1875-1887)
    Səudun ölümündən sonra qardaşı Əbdüllah ikinci dəfə olaraq vəhhabilərin rəhbərliyini öhdəsinə aldı. O, 1296-cı hicri qəməri ilində Ğənizə şəhərini ələ keçirdi, Bəridəni mühasirəyə aldı, amma Hailin əmiri Məhəmməd ibn Rəşid vuruşub Bəridəni mühasirədən çıxartdı və onu Riyaza doğru geri çəkilməyə məcbur etdi.
    Əbdüllahın ölkə daxilindəki ən böyük çətinliyi "Səud övladlarının onunla müxalif olması idi. Bu ixtilaf çox şiddətlənərək Əbdüllahı zəiflədirdi. 1300-cü hicri qəməri ilində Əbdüllahın hökumətində baş verən zəiflik və süstlük nəticəsində "Osmanlı dövləti Ehsa və Qətif şəhərlərini onun əlindən çıxartdı. Qəsim şəhərinin əhalisi də onun əmrinə itaət etməkdən imtina etdilər və Osmanlı dövlətinə itaət etməyə başladılar. İbn Səud hökmranlığının ən zəif həddə çatdığı bu dövrdə belə bir xəbər yayılmışdı ki, İngilis dövləti onu himayə edir.”(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi vəhhabi və pasoxe şübhəhaye anha”, səh.52 -53 ) Həqiqətdə Britaniya müstəmləkəçiləri vəhhabilərin məğlub olunmasının qarşısını aldılar və onları himayə etməklə həyatlarını davam etdirdilər.
    Əbdüllah ilə Səudun oğlanları arasında baş verən çarpışmalar və ixtilafların ardınca qardaş oğlanları əmiyə hakim kəsildi və onu tutub əsir etdilər. Ali-Rəşid yaranan fürsətdən istifadə edərək Riyazı ələ keçirmək üçün ora hücum etdi. Vəhhabilərə hakim olan zəiflik Ali-Rəşidin Riyaza hakim olması ilə nəticələndi. Onlar sonra Əbdüllahı Hailə, Səud oğlanlarını isə Xərcə sürgün etdilər.
    Qeyd olunmalıdır ki, Ali-Rəşidin Riyaza hücum etməsinin səbəblərindən biri Əbdüllahın, öz qardaşı oğlanlarının əlindən qurtarmaq üçün onlardan kömək istəyi olmuşdur ki, bu da İbn Rəşidin vəhhabilərə üstünlük qazanmasına və onlara qələbə çalmasına səbəb oldu. Belə ki, Ali-Rəşid Əbdüllahın yerinə Səlim adlı bir şəxsi Riyaza hakim təyin etdi və birbaşa vəhhabilərin daxili işlərinə müdaxiləyə başladı. Nəhayət, Əbdüllah Haildə bir müddət qaldıqdan sonra Riyaza qayıtdı və 1887-ci ildə elə orada dünyadan getdi.
    MƏHƏMMƏD İBN SƏUD İBN FEYSƏL
    "Böyük İslam Enskilopediyası” kitabında Məhəmməd İbn Səud barəsində belə qeyd olunur: "Onu Ali-Səudun hakimləri cərgəsində hesab etmək olmaz. Amma demişlər ki, az bir müddət Ali-Səudun hakimiyyət dairəsində hökmranlıq etmiş, sonra öz yerini əmisi Əbdür-Rəhmana vermişdir. O, Ehsada osmanlıların əleyhinə baş verən qiyamın rəhbəri idi (1878). Əmisi Əbdüllah onu həbs etmişdi. Lakin 1879-cu ildə azad olundu və vəhhabilərin rəhbərliyini əlinə aldı. Sonra bu vəzifədən kənara çəkilərək Bəhreynə getdi (1886) və nəhayət 1888-ci ildə Xərcdə Şəmmər casuslarının birinin vasitəsi ilə öldürüldü.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 462 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024