HƏDİSDƏ MÖVCUD OLAN QÜSURLAR Bu hədis həm sənəd, həm də mətn baxımından qüsurludur. Sənəddə mövcud olan qüsurlar: Sözügedən hədisin sənəd silsiləsində İbn Cüreyc, Əbu Zübeyr, Yusif ibn Qeys, Məhəmməd ibn Rəbiə, Əbd ər-Rəzzaq və Əbd əl-Varis kimi rəvayətçilərin adı çəkilir. Yuxarıda adları qeyd olunan rəvayətçilər Əhli-sünnənin öz tərəfindən belə şübhəli şəxslər kimi göstərilirlər. O, Əbdül-Məlik ibn Əbdül-Əziz ibn Cüreyc Əməvidir. Onun haqqında bir çox mühakimələr yürüdülmüşdür. 1. Yəhya ibn Səiddən İbn Cüreycin nəql etdiyi hədis haqqında soruşuldu: O, dedi: "Onun hədisi zəifdir”. Sual verən şəxs dedi: "İbn Cüreyc hədisi nəql edərkən "اخبرنى” (mənə xəbər verdi) ifadəsindən istifadə etmişdir”. Yəhya dedi: "Mühüm deyil. Bütün hədisləri zəifdir”. 2. Əhməd ibn Hənbəl deyir: "İbn Cüreyc kiminsə nə isə dediyini edərsə, həqiqətə uyğun olmayan şəkildə demişdir”. 3. Malik ibn Ənəs deyir: "İbn Cüreyc hədis toplayarkən zülmət gecədə çırpı toplayan şəxsə bənzəyir. Yəni hədislərin düzgün olanını yanlış olanından ayıra bilmir”. 4. Darqutni deyir: "Özünüzü İbn Cüreycin hədisləri hiylə ilə dəyişməsindən qoruyun. Çünki o, hədislərdə çox pis şəkildə dəyişikliklər aparır. Hədisi zəif şəxsdən eşitdikdə onu etimad göstəriləsi birindən eşitmiş kimi təqdim edir” . 5. İbn Hübban deyir: "İbn Cüreyc hədisdə dəyişiklik aparır”. 6. Yəhya ibn Səid deyir: "İbn Cüreyc bir söz dedikdə, həmin sözün havada əsən külək qədər qiyməti yoxdur”. 7. Yezid ibn Zəri deyir: "İbn Cüreycin nəql etdiyi hədislərdə qatqı çoxdur. Adətən zəif hədislər nəql edir”. 8. Zəhəbi deyir: "İbn Cüreyc hədisləri hiylə ilə dəyişir. Onun "siqə” olması haqqında yekdil rəy var. Bir halda ki, o, yetmiş qadınla izdivac (mütə) etmişdir”. 9. Abdullah ibn Əhməd atasından nəql edərək deyir: "İbn Cüreycin "mürsəl” şəkildə nəql etdiyi hədislər saxta hədislərdir. O, bu hədisləri haradan nəql etdiyinə heç bir əhəmiyyət vermirdi”. Adı Məhəmməd ibn Müslimdir. "Rical” alimləri onu zəif hesab etmişlər. 1. Əhməd ibn Hənbəldən nəql olunduğuna görə Əbu Zübeyr zəifdir. 2. Nəim ibn Himad deyir: "Əbu Üyeynə Əbu Zübeyrin zəif olduğunu deyərkən eşitdim”. 3. Süveyd ibn Əbdül-Əzizdən nəql olunduğuna görə Şöbə ona demişdir: "Sən Əbu Zübeyrdən hədis nəql edirsən. Bir halda ki, o, öz namazını belə düzgün qıla bilmir”. 4. Nəim deyir: "Həşiminin nəql etdiyinə görə Şöbə onun kitabını əlindən almış və cırmışdır”. 5. Əbd ər-Rəhman ibn Əbu Hatəm deyir: "Atamdan Əbu Zübeyr haqqında soruşduqda, o dedi: "Onun hədisləri qeydə alınır. Lakin onlara əsaslanmaq olmaz” . 6. Tirmizi deyir: "Şöbə Məkkəli Əbu Zübeyrin zəif olduğunu bildirirdi” . 7. Əbü Zürə və Əbu Hatəm deyir: "Əbu Zübeyrin hədislərinə əsaslanmaq olmaz”. 8. İbn Əbu Hatəm Əbü Zürədən Əbu Zübeyr haqqında soruşduqda, o dedi: Camaat ondan hədis nəql edir. Onun hədislərinə əsaslanmaq olarmı? – deyə soruşdum. O, yalnız "siqə” (etibarlı) insanların nəql etdiyi hədisə əsaslanmaq olar (yəni Əbu Zübeyr "siqə” deyil). 9. Şöbə deyir: "Məkkədən gələn bir şəxsdən Əbu Zübeyr haqqında soruşmaqdan daha sevimli bir marağım yox idi. (Belə bir şəxsə rast gəlmədiyimdən) özüm Məkkəyə getməli oldum. Orada onun nəql etdiyi hədislərə qulaq asdım. Bir gün onun yanında əyləşmişdim. Bir kişi onun yanına gəlib ondan bir neçə məsələ haqqında soruşdu. Əbu Zübeyr onun sözlərini rədd edərək ona iftira yaxdı. Mən: "Müsəlman olan bir şəxsə iftiramı yaxırsan?” – deyə etirazımı bildirdim. Dedi: - O, məni əsəbləşdirdi. - Səni əsəbləşdirən hər bir şəxsə beləcə iftiramı yaxırsan? – deyə onun yanlış yolda olduğunu bildirdim və bir daha ondan hədis nəql etmədim . |