3. HƏFS İBN QİYAS "Rical” alimlərinin onun haqqında söylədiklərindən: 1. Yəqub ibn Şöbə onun haqqında deyir: "Onun nəql etdiyi bir çox hədislərdən qorunmaq lazımdır”. 2. Əbu Zürə deyir: "Ondan hədis söyləməsini istədikdə hədisin yaxşı yadında qalmadığı (yaddaşının zəifliyi) hiss olunurdu . 3. Davud ibn Rəşid deyir: "Həfs çox səhvə yol verirdi” . 4. Əhməd ibn Hənbəl deyir: "O, hədisləri qarışdırırdı” . 5. Əhmədin belə dediyi nəql edilir: "Həfs hədisləri hiyləgərcəsinə dəyişdirirdi”. Məhəmməd ibn Rəbiə Əbu Əbdullah əl-Kufi əl-Rəvasi kimi şöhrət qazanmışdır. "Rical” alimləri onu tənqid atəşinə tutmuşlar. 1. Saci deyir: "Onda hər bir hədisə qarşı mülayimlik var idi” . 2. Əzdi deyir: "Hər bir hədis qarşısında təslim olur və qüsurlu hədislər nəql edirdi” 3. Osman ibn Əbu Şeybə deyir: "Məhəmməd ibn Rəbiə bizdən ondan nəql olunan hədisləri yazmamızı istədi. Biz, yalnız bir şərtlə, yalançıların da nəql etdikləri hədisləri yazmayacağımız təqdirdə bu işlə məşğul olacağımızı bildirdik” . O, Səid ibn Zəkvan Təmiminin oğludur. Onun haqqında deyilənlərdən: 1. Buxari Əbd əs-Səməddən nəql edərək deyir: "Əbd əs-Səməd atamın adından çox yalanlar deyirdi” . 2. Darqutni onun zəif olduğunu bildirdikdən sonra ondan bir hədis nəql edərək "səhih” olmadığını isbatlayır. 3. İbn Muin deyir: "Əbdül-Varis naməlum şəxsdir” . 4. Tirmizinin Buxaridən nəql etdiyinə görə Əbdül-Varis "münkər” hədislər nəql edərmiş. Onun da zəif olduğu bildirilmişdir. Onu zəif hesab edənlər iki səbəbi əsas tutmuşlar; onun şiə olmasını, yaxud da nəql etdiyi hədislərin zəif olduğunu. Belə ki, Əhməd ibn Hənbəl onu bu iki səbəbə görə zəif hesab etmişdir . Bir sözlə məlum hədisin sənəd silsiləsində olduqca diqqət yetiriləsi qüsurlar var. Belə olan halda vəhhabilər bu hədisə necə əsaslanırlar. Hələ bu azmış kimi müsəlmanları kafirlikdə günahlandıraraq qanlarının axıdılmasının icazəli olduğunu hesab edirlər. |