"DUA” SÖZÜNÜN TERMİNOLOJİ MƏNASI 1. Fərdi dua, yəni Allahdan başqasını eyni ilə Allahı səslədiyimiz kimi səsləmək; Belə ki, köməyə çağıran şəxs səslədiyi qarşı tərəfin Allahın dəxaləti olmadan, müstəqil şəkildə bir iş görə biləcəyini hesab edir və buna inanır. Buna misal olaraq, yəhudilər və xristianların məbədlərdə etdikləri duaları göstərmək olar. 2. Büt, daş, ağac və s. kimi əşyalardan kömək istəmək, yardım diləmək; Hansı ki, Allah-təala bunu qadağan etmişdir. Buna misal olaraq, müşriklərin həyata keçirdikləri dini mərasimləri göstərmək olar. 3. Cinn və mələklərə sitayiş edənlərin onlardan yardım diləmələri. Bu əqidədə olanlar Allahla yanaşı adı çəkilən varlıqların da müstəqil olaraq təsir qüvvəsinə malik olduqlarını hesab edirlər. Quranda bu haqda buyurulur: إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ عِبَادٌ أَمْثَالُكُمْ "Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir”(Qafir, 60. ). وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ لاَ يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلآ أَنفُسَهُمْ يَنْصُرُونَ "Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir kömək edə bilərlər!(Əraf-414)” "Allahdan başqa heç kəsə ibadət etməyin!”(Əraf, 414. ) Yuxarıda qeyd olunanlardan məlum olur ki, Peyğəmbəri (s) köməyə çağırmaq, ondan yardım diləmək bu üç qismin əhatə dairəsindən xaricdir. Çünki Peyğəmbəri (s) köməyə səsləyən, ondan şəfaət etməsini istəyən kimsə onun edəcəyi yardımın və ya şəfaətin Allahın iradəsindən asılı olduğunu və Peyğəmbərin (s) sadəcə olaraq bir vasitəçi rоlunu ifаdә еtdiyini qəbul edir. Bu növ dualar qadağan olunmuş dualar sırasına daxil deyil. PEYĞƏMBƏRLƏRDƏN (Ə) YARDIM DİLƏMƏK Vəhhabilər deyirlər: "Peyğəmbərlərə (ə) və əməlisaleh insanlara təvəssül etmək düzgün deyil. Çünki onlar ölüdürlər və ölülər bizi eşitmirlər. Deməli, "Ey Peyğəmbər! İmdada yet!” və ya "Allahla mənim aramda vasitəçilik et!” deməyin heç bir faydası yoxdur”. Cavab: Öncə də qeyd olunduğu kimi peyğəmbərlər (ə) dünyalarını dəyişdikdən sonra belə diridirlər. Buna görə də hər hansı peyğəmbər və ya övliyanın dünyadan köçdükdən sonra onları səsləyənləri eşitmələri din və zəkaya tam müvafiqdir. Ənəsin Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə deyilir: "Peyğəmbərlər (ə) qəbirlərində namaz qılan diri şəxslərdirlər”(Cinn, 18. ). Digər bir rəvayətdə isə deyilir: "Elə bir müsəlman yoxdur ki, mömin qardaşının qəbrinin yanından keçdikdə ona salam versin, mömin qardaşı isə onu tanımasın və cavabını verməsin”(Beyhəqi bu hədisin düzgün olduğunu bildirmi؛dir. İbn Həcər də "Fəthül-bari” əsərində bu hədisi qəbul etmi؛dir. اünki onun fikrincə, "Fəthül-bari”də mِvcud olan hədislər "Səhihi-Buxari”nin ؛ərhidir və orada qeyd olunanlar "səhih” və "həsən” hədislərdir. Bax: "Əl-Məqalatus-səniyyə”, səh. 114. ). Beyhəqi deyir: "Səid ibn Müsəyyibin Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyilir: "Peyğəmbər (s) (merac zamanı) peyğəmbərlərlə (ə) görüşdü. Namaz vaxtı hamısı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar. Sonra hamısı Beytül-müqəddəsə yığışdılar”. Əbuzər və Malik ibn Səsəədən meracla bağlı nəql edilən rəvayətdə deyilir: "Peyğəmbər (s) digər peyğəmbərlərlə (ə) səmada görüşdü! Bu hədis səhihdir və Peyğəmbər (s) merac zamanı həzrət Musanı (ə) qəbrində namaz qılarkən gördü. Sonra Musa (ə) başqa bir neçə peyğəmbərlə birgə səmaya merac etdi və İslam peyğəmbəri (s) digər peyğəmbərlərlə (ə) də görüşdü. Hamısı Beytül-müqəddəsə toplaşdılar və namaz vaxtı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar”. O, deyir: "Peyğəmbərlərin (ə) o məqamda, müxtəlif zamanlarda və məkanlarda qıldıqları namazlar ağıla müvafiqdir. Hədislər bu müddəanı təsdiq edir. Ümumilikdə bütün bunlar peyğəmbərlərin (ə) diri olduqlarını göstərir(Minavi "ھərhu camiis-səğir” əsərində bu rəvayəti İbn Əsakirdən nəql edir. Hafiz İraqi deyir: "İbn Əbdül-Birr məlum rəvayəti "ət-Təmhid” və "əl-İstizkar” kitablarında "səhih” sənədlə İbn Abbasdan nəql etmi؛dir”. Əbdül-Haqq da sِzügedən hədisi "səhih” hesab etmi؛dir. Bax: "Əl-Məqalatus-səniyyə”, səh. 114. ). Deməli, diri olan şəxslər onlara salam göndərən şəxslərin salamını eşidirlər. Peyğəmbər (s) buyurmuşdur: "Qəbrimin yanında mənə salam verənlərin salamını eşidirəm. Peyğəmbərlərə göndərilən salamlar onlara çatdırılır”. Digər bir hədisdə isə buyurur: "Cümə günü mənə çox salam göndərin. Çünki salamlarınız mənə çatdırılır”. Hədislərdən göründüyü kimi onlar həyatda olduğu müddətdə onlardan yardım diləmək, istiğfar etmək (bağışlanmaq istəmək) maneәsizdir. Quranda oxuyuruq: اذْهَبُواْ بِقَمِيصِي هَذَا فَأَلْقُوهُ عَلَى وَجْهِ أَبِي يَأْتِ بَصِيرًا "Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar”("Əl-Məqalatus-səniyyə fi kə؛fi zilalati İbn Teymiyyə”, səh. 114. ضncə qeyd edildi ki, bir çox vəhhabilər sağ insandan yardım diləməyi düzgün, dünyasını dəyi؛mi؛ insanlardan kِmək istəməyi isə ؛irk hesab edirlər. Halbuki, bu və ya digər əməl ؛irk olarsa, diri və ya ِlü olmağın buna heç bir təsiri yoxdur. Qəribə burasıdır ki, onlar təvəssül və s. əməlləri ؛irk hesab edirlər. Bir halda ki, onların hədis kitablarında bu mِvzu ilə bağlı çoxlu sayda hədislər mِvcuddur. Belə ki, bu hədislərin sayı mütəvatir həddinə çatır. ) ايَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə!”(Yusif, 93. ). ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN GÖRÜŞLƏRİ 1. Qəstəlani deyir: "Ziyarətçinin, çox dua etməsi Peyğəmbərdən (s) yardım, şəfa diləməsi, ona təvəssül etməsi məsləhətdir. Çünki Peyğəmbəri (s) Allahla öz arasında şəfaətçi, vasitəçi kimi qəbul edərkən o həzrətin (s) şəfaətçiliyi qəbul edilir. Peyğəmbərə (s) təvəssül etmək, ondan yardım diləmək və ya şəfaətinə tapınmaq o həzrət (s) yaradılmadan öncə və ya sonra, həyatda olduğu müddətdə və ya dünyasını dəyişərək Bərzəxdə olduğu zaman, hətta Qiyamət günü belə maneəsizdir”(Yusif, 97.). 2. Məraği (vəfat-816) deyir: "Peyğəmbərə (s) təvəssül etmək, ondan yardım diləmək və ya şəfaətinə sığınmaq, o həzrət (s) yaradılmazdan öncə və ya sonra, həyatda olduğu müddətdə və ya dünyasını dəyişərək Bərzəxdə olduğu zaman, hətta Qiyamət günü belə maneəsizdir”(ـbadə ibn Samitdən nəql olunan bir rəvayətdə deyilir: "Bir gün Əbu Bəkr dedi: "Ayağa qalxaq və həzrət Peyğəmbərdən (s) bu münafiqin ؛ərindən xilas olmaq üçün yardım diləyək”. Bunu e؛idən Peyğəmbər (s) buyurdu: "Yalnız Allah üçün ayağa durun!” ("Müsnəd”, c. 5, səh. 317; "əl-Məvahibud-dəniyyə”, c. 3, səh. 417). Muhyiddin Nəvəvi yazır: "Ziyarətçi üzünü Peyğəmbərə (s) çevirsin və ِzü ilə bağlı məsələlərdə ona təvəssül etsin. Onun vasitəsi ilə Allaha ؛əfaət etsin. Ən gِzəl dəlillərdən biri Qazı Əbu ət-Teyb və digər ustadların Ətəbədən nəql etdikləridir. Ətəbə deyir: "Mən Peyğəmbərin (s) qəbrinin yanında idim. اِlçü bir ki؛i oraya gəlib dedi: "Salam olsun sənə, ey Allahin elçisi! Allah-təalanın belə buyurduğunu e؛itmi؛əm: وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهوَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا َ "Onlar ِzlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (Nisa, 63). Ey Allahın elçisi! İndi mən də sənin yanına gəlmişəm. Günahlarımın bağışlanmasını istəyirəm. Sənin Allahla mənim aramda şəfaətçi olmağını rica edirəm” ("Şərhu Muhzzəb”, Şirazi, c. 7, səh. 256). İbn Qüdamə Hənbəli "Müğni” əsərində yazır: "Peyğəmbərin (s) qəbrini ziyarət etmək müstəhəbdir”. Səmhudi Məhəmməd ibn Abdullah Samir Hənbəlinin "əl-Müstəv`əb” əsərindən ziyarətin hansı şəkildə olduğunu nəql edir. Bax: "Vəfaul-vəfa”, c. 4, səh. 1376; "Ehyaul-ülum”, c. 1, səh. 259. ). GÖZLƏRİ GÖRMƏYƏN BİR ŞƏXSİN PEYĞƏMBƏRDƏN (S) YARDIM DİLƏMƏSİ Peyğəmbərin (s) məzarından yardım diləməyin, geniş yayılaraq adi bir hal aldığını göstərən ən aydın dəlillərdən biri də Osman ibn Hüneyf haqqında söylənilənlərdir. Təbərani, Əbu İmamə ibn Səhl ibn Hüneyfdən, o da əmisi Osman ibn Hüneyfdən belə nəql edir: "Bir kişi Osman ibn Əffanın yanına gedib-gəlir, lakin Osman onun ehtiyaclarına məhəl qoymurdu. Məlum kişi Osman ibn Hüneyflə görüşüb başına gələnləri danışdı. Osman dedi: "Get dəstəmaz al, məscidə get və iki rəkət namaz qıl. Sonra bu sözləri de: "İlahi, mən səndən kömək istəyirəm. Sənə və rəhmət peyğəmbəri olan Məhəmmədə (s) sığınıram. Ey Məhəmməd, ehtiyaclarımın ödənilməsi üçün sənin vasitənlə Allaha sığınıram”. Bu sözləri dedikdən sonra ehtiyaclarının nə olduğunu dilə gətir və (ödənəcəyinə) əmin ol!” Kişi İbn Hüneyfin dediklərini həyata keçirdikdən sonra Osman ibn Əffanın məskunlaşdığı yerə gəldi. Qapıçı kişinin əlindən tutub Osmanın yanına apardı. Osman onu məxmər xalçanın üzərində əyləşdirib problemləri ilə maraqlandı və onları həll etdi. Məlum kişi Osman ibn Hüneyflə görüşərək onun bu işdə vasitəçilik etdiyini güman edib minnətdarlığını bildirdi. Osman ibn Hüneyf dedi: "Allaha and olsun, mən onunla sənin haqqında danışmamışam. Lakin bir zaman Peyğəmbərlə (s) bağlı bir hadisənin şahidi olmuşam. Bir kor kişi Peyğəmbərə (s) şikayət etdi. Peyğəmbər (s) səbr etməsini tapşırdı. Kişi: "Ey Allahın elçisi mənim bələdçim yoxdur və bu mənim üçün problem törədir”, - dedi. Peyğəmbər (s) buyurdu: "Get dəstəmaz al, sonra iki rəkət namaz qıl və bu duaları oxu”. Biz Peyğəmbərin (s) hüzurunda idik. Çox keçmədi ki, həmin kor kişi bizim yanımıza gəldi və onda korluqdan əsər-əlamət qalmamışdı”(Qəstəlaninin söylədikləri "Təhqiqun-nəzərə” və "Misbahuz-zəlam” kitablarında (səh. 113) qeyd edilmişdir. Misal üçün, orada İmam Malik haqqında deyilir: "Malik meydanda olduğu zaman digərləri fətva vermirlər. İmam Şafeinin etirafına görə, o, Allahın yer üzərində höccətidir. Mənsur ondan: "Üzümü qibləyə, yoxsa Peyğəmbərə (s) tutub dua edim”, – deyə soruşduqda dedi: "Nə üçün Peyğəmbərdən (s) üz çevirirsən? Bir halda ki, o, Qiyamət günü sənin və atan Adəmin şəfaətçisi olacaqdır. Üzünü ona tərəf çevir və onun şəfaətinə tapın!” ("Kəşfül-irtiyab”, səh. 230). ). Sələfiliyə meyilli olan bir şəxs bu hədisi("Möcəmut-Təbərani”, (c. 9, səh. 30, hədis. 8311) və "əl-Möcəmus-səğir”, (c. 1, səh. 183) əsərlərində sözügedən hədis səhih hesab edilmişdir. ) şərh edərkən onu "səhih” hesab etmiş, sənəd silsiləsinə irad tuta bilmədiyindən onun təvəssülə aid olduğunu şübhə altına almışdır. Sözügedən şəxs dünyasını dəyişmiş kimsəyə təvəssül etməyi haram və şirk hesab edən vəhhabi təliminin və "ət-Təvəssül” kitabının müəllifi Albaninin(Bax: "Haşiyətu siyəru əlamin-nübəla”, Zəhəbi. ) fikirlərinin təsiri altına düşmüşdür. O, bu məzmunlu hədisləri müşahidə etdikdə dözümünü əldən vermiş və qəbul etməyə çətinlik çəkmişdir. Halbuki, Təbərani kimi mahir hədisşünaslar bu hədisi "səhih” hesab etmişlər Bundan başqa, onu nəql edən Osman ibn Hüneyf, Əlinin (ə) və Ömərin(Albani, "ət-Təvəssülü ila həqiqətit-təvəssül” kitabının müəllifidir. Onun olduqca sərt və ağlasığmaz fikirləri var. O Buxari və Müslimin "təbərrüklə” bağlı nəql etdiyi hədisləri haqqında çəkinmədən deyir: "Bu gün bu növ hədislərin heç bir faydası yoxdur”. Sələfilik iddiası ilə çıxış edənlər bu fikir və hərəkətləri ilə geridə qoyduqları körpüləri darmadağın edir və bununla da Sionizm üçün körpü rolunu oynayırlar. "Fiqhus-sirə” kitabının müəllifi (Doktor Məhəmməd Səid əl-Buti həmin kitabın 188-189-cu səhifələrində) Şeyx Nasir Rifainin bu fikrini qeyd edərək deyir: "Bu heç bir zaman, heç bir müsəlmanın dilə gətirmədiyi sözdür”. "Dövrümüzdə bu hədislərin heç bir faydası yoxdur” fikrini necə irəli sürmək olar? Bir halda ki, Peyğəmbərin (s) buyuruqları, əməlləri və təsdiqedici sükutları hamısı dinin qanunlarıdır və bu qanunlar Kitab və sünnənin onları qüvvədən salmadıqları təqdirdə Qiyamətə qədər öz qüvvəsindədir. Bütün bu hədislərin "səhih” olduğu sübuta yetmişdir. Quran və sünnədə onları qüvvədən salacaq hər hansı bir yeni hökm yoxdur. Onların məzmunu tam dini qanundur və bu, Qiyamətə qədər öz qüvvəsində qalacaqdır. Peyğəmbərə (s) təvəssüldən əlavə təbərrük etməyin de heç bir maneəsi yoxdur. ) etimad göstərdiyi səhabədir. Tirmizi, İbn Macə və Nisai də həmin hədisi("Siyəru əlamin-nübəla”, c. 2, səh. 320. ) nəql etmişlər. Qəribədir ki, onlar özlərini sələfi adlandırdıqları bir halda sələflərinin nəql edərək "səhih” hesab etdikləri hədisləri inkar edirlər. Öncə bu və ya digər əqidəni qəbul edib sonra ona müvafiq hədislər aramaq ağıla müvafiqdirmi? Təbii ki, bunun əksinə olaraq, hər hansı bir əqidə və ya müddəanı Quran və hədislərdən əldə etmək lazımdır. |