PEYĞƏMBƏRDƏN (YADİGAR) QALAN NİŞANƏLƏRƏ TƏBƏRRÜK ETMƏK İslam günəşinin doğduğu erkən çağlardan günümüzədək yaşamış müsəlmanların həyat tərzi göstərir ki, onlar Peyğəmbərin (s) minbərinə, namaz qıldığı, ayaq basdığı yerlərə, o həzrətin (s) toxunduğu əşyalara təbərrük edərdilər. Bundan başqa, Mədinə torpağına, xüsusilə həzrət Həmzənin qəbrinin torpağına təbərrük edərdilər. Bir neçə nümunəyə nəzər salaq: PEYĞƏMBƏRİN (S) MİNBƏRİNƏ TƏBƏRRÜK EDİLMƏSİ FAKTI Müsəlmanlar Peyğəmbərin (s) minbərinə böyük əhəmiyyət verir və daim ona təbərrük edirlər. Belə ki, bəzi fəqihlər bu minbərin yanında ona hörmətsizlik olmasın deyə, and içməyi qadağan etmişlər. 1. Buxari deyir: "Mərvan, Zeyd ibn Sabitin məlum minbərin yanında and içməsini nəzərə alıb qərar çıxartdı (hökm oxudu)”("Səhihi-Buxari”, c. 3, səh. 243. Səhabələrin Peyğəmbərin (s) minbərinə təbərrük etməsini gِstərən digər faktlar da mِvcuddur. İbrahim ibn Əbd əl-Qari deyir: "İbn ضməri mü؛ahidə edirdim. O, əlini Peyğəmbərin (s) oturduğu yerə qoydu və üz-gِzünə çəkdi. Bundan ba؛qa, məlum minbərin yanında and içilməsini gِstərən hədislər də mِvcuddur. Mərhum Ayətullah Əhmədi Miyanəci bu məzmunlu hədisləri "ət-Təbərrük” əsərində (səh. 132-137) toplamı؛dır. ). Aquli deyir: Peyğəmbərin (s) minbəri zaman keçdikcə köhnəlmişdi. Abbasi xəlifələrinin bəzisi onu bərpa etdilər və minbərin artıq qalan materialından təbərrük üçün daraqlar düzəltdilər. Səhabələr Peyğəmbərin (s) minbərini ləms etməyə, ona toxunmağa böyük əhəmiyyət verirdilər”("Ət-Təbərrük”, səh. 139.) 2. "Əl-Asarun-nəbəviyyə” kitabında oxuyuruq: "Peyğəmbərin (s) minbəri qorunub saxlanırdı. Bir dəfə yandı və bununla da mədinəlilərə böyük (mənəvi) zərbə dəydi. Çünki mənbərin ətrafı (hansı ki, Peyğəmbər (s) əlini qoyurdu) və o həzrətin ayağının yeri yanaraq aradan getdi”("Əl-Asarun-nəbəviyyə”, səh. 31. ). 3. Yezid ibn Abdullah deyir: "Peyğəmbərin (s) səhabələrini gördüm. Onlar məscid boş olduğu zaman (məzarın yanında və onların sağ tərəfində olan) Peyğəmbərin (s) minbərindən tutdular və üzlərini qibləyə çevirib dua etdilər”("Ət-Təbəqatul-kübra”, c. 1, səh. 13; "Vəfaul-vəfa”, c. 4, səh. 1401. Yezid ibn Abdullah imam, fəqih, etimad olunası və altı səhih kitabda rəvayət olunan ؛əxslərdəndir. Əmanətdarlıqla mə؛hur olmu؛dur. Dِvrünün insanları onun fiqhi bilgisindən faydalanarmı؛lar. O, hicri 122-ci ildə dünyasını dəyi؛mi؛dir ("Siyəru əlamin-nübəla”, c. 5, səh. 266). ). 5. (X əsr alimlərindən olan) Şeyx Əhməd ibn əl-Həmid deyir: "İnsanlar Peyğəmbərin (s) minbərinə təbərrük edirdilər”("Ümdətül-əxbar”, səh. 135. ). 6. Səmhudi deyir: "Peyğəmbərin (s) minbərinin üzərinə digər bir minbər keçirtmişdilər. Onun üzərində tavana bənzər bir şey var idi. Ziyarət edən insanlar əllərini minbərin üzərinə qoyur, onu ləms edərək təbərrük edirdilər”("Vəfaul-vəfa”, c. 2, səh. 39. ). FƏQİHLƏRİN BU MƏSƏLƏ İLƏ BAĞLI FƏTVALARI 1. Malik, Yəhya ibn Səid Ənsari, İbn Ömər və İbn Müsəyyibdən nəql olunduğuna görə, minbərin ətrafına toxunaraq ləms etmək icazəlidir("Əs-Sarim əl-mənkiyy”, səh. 132; "Vəfaul-vəfa”, c. 4, səh. 1403; "Siyəru əlamin-nübəla”, c. 5, səh. 468. ). 2. İmam Cəfər Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) məzarının yanında dua etdikdən sonra minbərin yanına gəl, əllərinlə ona toxun, minbərin iki aşağı tərəfindən tutaraq üz-gözünü ona sürt. Bu əməl gözlərinə şəfa verər”("Vəsailu؛-؛iə”, c. 10, səh. 270. ). 3. İshaq ibn İbrahim deyir: "Hacı (həccə gedən ziyarətçi) Mədinəyə getməli Peyğəmbər (s) məscidində namaz qılmalı, o həzrətin (s) minbərinə, məzarına, əyləşdiyi yerə, əlini vurduğu yerlərə təbərrük etməlidir. Ayağını Peyğəmbərin (s) ayaq basdığı yerə qoymalı, Cəbrail nazil olduğu zaman söykəndiyi sütuna əl vurmalıdır. Bundan başqa, bunları təmir edənlərə də, istər "səhabə” və ya "tabei” olsunlar, istərsə də müsəlman imamları təbərrük etməlidir”(Əs-Sarim əl-mənkiyy”, səh. 148. ). 4. Qəzali deyir: "Peyğəmbər (s) sağ ikən onu görərək təbərrük edən şəxs o həzrətin (s) vəfatından sonra da məzarını ziyarət etməklə təbərrük edə bilər. Onun bu məqsədlə səfərə çıxması da düzgün hesab edilir və icazəlidir”("Ehyaül-ülum”, c.1, səh. 258. ). |