İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:01 PM
    ALTINCI FƏSİL
    Bir müddət Bağdadda qaldıqdan sonra Londona qayıtmaq əmri aldım. Londona döndükdə katiblər və məsullarla görüşdüm. Onlara uzun sürən səfərimdən, müşahidələrim və İraqla bağlı məlumatlarımdan danışdım. Onlar çox sevindilər və mənə öz təşəkkürlərini bildirdilər. Səfiyyə də məndən əlavə MNN-nə məlumat göndərmişdi. Sonradan bildim ki, MNN-nin xüsusi məqsədlə təyin olunmuş xəfiyyələri müntəzəm olaraq məni izləmiş və bu barədə mərkəzə məlumatlar göndərmişlər. Nazirlə görüşmək üçün vaxt aldım. O, məni İstambul səfərimdən qayıdarkən qarşıladığı kimi qarşılamadı. Bu dəfəki görüşümüzdə onun mənə məftun olduğunu anladım. Nazir, Məhəmməd Nəcdini həmkarlığa cəlb etdiyimə görə məndən çox razı idi.
    Nazir dedi:
    Məhəmməd Nəcdi nazirliyimizin müsəlmanların qəlbinə sancmaq üçün daim axtardığı bir silahdır ki, onu əldə etmək üçün sərf etdiyimiz bütün məsrəflərə dəyər.
    Onu ələ almaq üçün çox əzab-əziyyətlərə qatlaşmalı oldum. Ondan ayrılanda çox nigaran idim; fikirlərindən dönəcəyindən qorxurdum. Lakin, söhbət əsnasında anladım ki, fikri qətidir.
    Nazirliyimizin casusları İsfahanda onunla görüşmüşlər. Bu haqda bizə bir məlumat da göndəriblər.
    Öz-özümə fikirləşirdim ki, Məhəmməd bu sirri başqasına necə aça bilərdi?! Sonradan onunla görüşdükdə bildim ki, İsfahanda Əbdülkərim adlı bir şəxs onunla görüşəndə, Şeyx Məhəmmədin (məni nəzərdə tutur) qardaşıyam - demişdi. O da aldanaraq, bütün sirləri açmış və onunla məxfi əlaqə yaratmışdı. Mənə İsfahan və Şiraz səfəri haqqında belə danışdı: "Səfiyyə mənimlə İsfahana getdi. Onunla iki ay da müvəqqəti nigahla yaşadım. İsfahanda tanış olduğum Əbdülkərimlə Şiraza gəldim. O, məni Səfiyyədən də gözəl olan Asiya adlı bir qadınla tanış etdi. Onunla da bir müddət oldum. Həyatımın ən nəşəli günlərini onunla keçirdim”.
    Sonradan dəqiqləşdirdim ki, Əbdülkərim İsfahanda yaşayan xristian, Asiya isə Şiraz yəhudilərindən olan MNN casusudur. Dördümüz bir yerdə Məhəmməd Nəcdini illərlə planlaşdırdığımız bir şəkildə yetişdirdik.
    Mən hadisələri nazirə, katibə və nazirliyin tanımadığım iki məmuruna danışdıqda, nazir mənə belə dedi: "Sən nazirliyimizin ən böyük mükafatını qazandın. Sən bizim ən mühüm xəfiyyələrimiz arasında birincisən. Katiblər sənə vəzifəni davam etdirmək üçün lazım olan iki dövlət sirrini söyləyəcəklər”.
    Sonra mənə ailəmlə görüşmək üçün on günlük vaxt verdilər; sevinc içərisində evimə doğru addımladım. Mənə çox bənzəyən oğlumla ən unudulmaz dəqiqələrimi keçirdim. Rasputin yenicə dil açırdı. Gözəl yeriməyi var idi. O yeriyəndə, sanki vücudumun bir parçası yeriyirdi. Bu on gündə sevincimin həddi-hüdudu yox idi. Xalamla da görüşməyim çox yaxşı oldu. Ancaq mən üçüncü səfərə getdikdən sonra o, dünyasını dəyişmişdi. Onun vəfat etməsinə çox təəssüfləndim. Ailəmlə olduğum bu on gün sanki bir saat kimi gəlib keçdi. Əziyyətli günlər isə əsrlərə bərabərdir. Nəcəfdəki xəstəlik günlərimi xatırladım. O kədərli günlərin hər biri mənim üçün bir ilə bərabər idi.
    Yeni əmrlər almaq üçün nazirliyə getmişdim. Qarşımda katiblə yanaşı gülərüzlü və uzunboylu bir şəxs də dayanmışdı. Onunla görüşdükdə əlimi möhkəm-möhkəm sıxdı; sanki onun əllərindən qəlbimə məhəbbət süzüldü. O dedi: "Nazirliyimizin idarə heyətinin əmri ilə sənə çox mühüm iki dövlət sirrini söyləyəcəyəm. Bu iki sirdən çox istifadə edəcəksən. Bu məlumatları bir neçə nəfərdən başqa heç kəs bilmir”.
    Əlimdən tutaraq məni otaqlardan birinə apardı. Bu otaqda çox qəribə bir səhnə var idi. Bir dairəvi masanın ətrafında on nəfər oturmuşdu. Onlardan birincisi Osmanlı sultanının qiyafəsində idi. Türk və ingilis dillərini mükəmməl bilirdi. İkincisi İstambuldakı Şeyxül İslam, üçüncüsü İran şahı, dördüncüsü İran şahının vəziri, beşincisi isə şiələrin Nəcəfdəki müctehidinin qiyafəsində idi. Bu iki nəfər fars və ingilis dillərini bilirdilər. Onların hər birinin yanında dediklərini yazmaq üçün katiblər oturmuşdu. Sonra casusların bu beş nəfəri yamsıladıqları şəxslər haqqında topladıqları məlumatlar təqdim olundu. Katib dedi:
    Bu beş nəfər oradakı beş nəfəri təmsil edirlər. Onların nə düşündüklərini bilmək üçün əvəzedicilər yetişdirmişik. Biz İstambul, Tehran və Nəcəfdəki məlumatlarımızı müntəzəm olaraq onlara veririk. Bunlar da özlərini onların yerində təsəvvür edir və soruşduğumuz suallara cavab verirlər. Bizim nəzərimizcə, bu beş nəfərin cavabları onların həqiqi fikirləri ilə 70% uyğun gəlir. Səni də maraqlandırırsa, təcrübə üçün istədiyin sualı verə bilərsən. Necə ki, Nəcəfdəki alimlə görüşüb ona maraqlı suallar vermişdin.
    Mən də onun bənzərinə yaxınlaşaraq dedim:
    Ustad, hökumət sünni olduğu üçün onlara qarşı müharibə etmək caizdirmi?
    O, bir az düşündükdən sonra:
    Xeyr, sünni olduğu üçün hökumətlə müharibə etmək caiz deyildir. Bütün müsəlmanlar qardaşdırlar. Ancaq onlar ümmətə zülm və işgəncə versələr, onda qiyam edə bilərik. Biz müharibəni əmr be məruf və nəhy əz münkər şərtlərinə uyğun olaraq etməliyik. Zülmdən əl çəkərlərsə, biz də onlardan əl çəkərik.
    Ustad, yəhudilərin və xristianların murdar olması məsələsinə münasibətinizi bilmək istəyirəm?
    Əlbəttə olar. Bəli, onlar murdardırlar. Onlardan qorunmaq lazımdır.
    Nə üçün?
    Onlar bizi kafir bilirlər. Peyğəmbərimizi inkar edirlər. Biz də bunun əvəzində onlara bu cür münasibət bəsləyirik.
    Ustad, təmizlik imandandır, elə deyilmi?
    Bəli!
    Elə isə nə üçün Həzrəti Əlinin məqbərəsinin ətrafında təmizliyə riayət olunmur?
    Həqiqətən təmizlik imandandır. Ancaq nə etmək olar ki, bəzi şiələr təmizliyə riayət etmirlər.
    Nazirlikdə görüşdüyüm bu şəxsin cavabları eynilə şiə aliminin cavabları kimi idi. Onun Nəcəf alimi ilə olan uyğunluğu məni heyrətləndirdi. Üstəlik farsca da bilirdi.
    Katib dilləndi:
    Sən o birilərinə də sual verə bilərsən. Əmin ola bilərsən ki, onlar nə qədər bir-birilərinə bənzərdirlər.
    Şeyxül İslamın necə düşündüyünü bilirəm. Çünki İstambuldakı ustadım Əhməd əfəndi onun haqqında mənə çox danışmışdır.
    Onda buyur, onun oxşarına sual ver.
    Mən Şeyxül İslamın oxşarına yaxınlaşıb dedim:
    Xəlifəyə itaət etmək vacibdirmi?
    Bəli, Allaha və Peyğəmbərə itaət olunduğu kimi, xəlifəyə də itaət olunmalıdır.
    Bunun üçün dəliliniz vardırmı?
    Haqq-Taalanın bu ayəsini eşitməmisənmi? "Allaha, onun peyğəmbərinə və sizdən olan əmr sahiblərinə itaət edin!”
    Heç ola bilərmi ki, Allah biz müsəlmanlara, qoşunu ilə Mədinəyə hücum edən, Peyğəmbərimizin əziz nəvəsi Hüsyeni şəhid edən Yezidə və şərab içən Vəlidə itaət etməyi əmr etsin?
    Oğlum, Yezid Allah tərəfindən möminlərin əmiri idi. O, Hüseyni öldürməyi əmr etməmişdir. Sən şiələrin yalanlarına inanma, kitabları yaxşı oxu. Əgər o, bu işdə xəta etdisə də, sonradan tövbə etdi. Mədinəyə hücum etməsi də bu şəhər əhalisinin itaətdən çıxıb, azğınlıq etməsi ilə əlaqədar idi. Vəlidə gəldikdə isə, bəli, o, fasiq idi. Lakin xəlifəyə təqlid etmək yox, onun şəriətə uyğun əmrlərinə itaət etmək vacibdir.
    Bu sualları Əhməd əfəndiyə verdikdə, çox cüzi bir fərqlə cavab vermişdi. Sonra katibə dedim:
    Bu bənzərlərin hazırlanmasının hikməti nədir?
    Biz bu üsulla istər sultan olsun, istər şiə və yaxud sünni, müsəlman alimlərinin düşüncə qabiliyyətini öyrənirik. Siyasi və dini mövzularda onlarla mübahisə etməkdən əlavə, lazımi tədbirlər hazırlamağa da çalışırıq. Məsələn, düşmən əsgərlərinin hansı tərəfdən hücum edəcəyini bildikdə, əks tədbir olaraq, əsgərlərimizi o istiqamətdə yerləşdiririk. Onların hansı tərəfdən hücum edəcəyini bilməsək, dörd bir tərəfə yayılaraq, məğlub olarıq. Müsəlmanların din və məzhəblərinin haqq olduğuna dair gətirdikləri dəlilləri bildikdən sonra, onların sübutlarını puç edə biləcək əks tədbirlər planı hazırlayır və bu dəlillərlə onların əqidələrini sarsıda bilirik.
    Sonra katib mənə adı çəkilən mövzulara dair hərbi, maliyyə, maarif və dini sahələrlə əlaqəli, aparılan mütaliə və planların nəticələrini əhatə edən min səhifəlik bir kitab verdi. Kitabı evə gətirdim. Evdə olduğum müddətdə kitabı başdan sona qədər mütaliə etdim. Kitab çox maraqlı idi. Müxtəlif mövzular, mühüm sorğu-suallar və incə məsələlərdən ibarət idi. Katibin dediyi kimi, bu beş nəfər bənzərin cavabları əsillərin dediklərinin 70%-i ilə uyğun gəlirdi. Kitabı oxuduqdan sonra dövlətimə olan etimadım bir az da artdı və Osmanlı imperatorluğunun yaxın gələcəkdə dağıdılması planlarının hazırlandığını anladım. Katib mənə bildirdi ki, işğal etdiyimiz və ya edəcəyimiz dövlətlər üçün də buna bənzər planlarımız var. Mən söhbət əsnasında soruşmuşdum ki, bu cür mötədil adamları necə hazırlaya bildiniz?. O cavabında belə demişdi: "Bütün dünya ölkələrindən casuslarımız bizə mütəmadi məlumatlar göndərirlər. Gördüyün bu şəxslər öz işlərində yüksək səviyyəli mütəxəssisdirlər. Təbii bir haldır. Sən də kiminsə bildiyi məlumatlara malik olsan, bu halda onun kimi düşünər və onun kimi hökm çıxara bilərsən. Onda sən də o şəxsin bənzəri kimi olursan. Bu sənə deyəcəyimiz birinci sirr idi. İkinci sirri bir aydan sonra kitabı təhvil verəndə söyləyəcəyəm”.
    Mən kitabı hissə-hissə, əvvəldən axıra qədər diqqətlə oxudum. Bu kitabın sayəsində müsəlmanlar haqda olan məlumatım bir az da artdı. Onların necə düşündüyünü, zəif nöqtələrini, üstünlüklərini və müsbət cəhətlərinin zəiflədilməsi üsullarını mükəmməl şəkildə öyrəndim. Kitabda qeyd olunan zəif nöqtələr aşağıdakılardan ibarətdir:
    İxtilaflar;
    sünni və şiə;
    sultan və xalq;
    Osmanlı və İran;
    alimlər və dövlət;
    Çox az bir hissə istisna olmaqla, müsəlmanlar savadsız və cahildirlər;
    Kütləvi mənəviyyatsızlıq, savadsızlıq və düşüncəsizlik;
    Dünyanı buraxıb yalnız axirət üçün çalışmaq;
    Hakimlərin diktatorluğu və zalımlığı;
    Yollarda əmin-amanlığın olmaması, nəqliyyat və səyahətlərin azlığı;
    Hər il on minlərlə insanın yolxucu xəstəliklərdən ölməsi və dövlətin buna qarşı laqeydliyi;
    Şəhərlərin ətraflarının viranəliyi və su şəbəkələrinin yoxluğu;
    Valilərin müxaliflər qarşısında acizliyi. Nizamsızlıq, Quran qanunlarının az tətbiq olunması;
    İqtisadi tənəzzül, yoxsulluq və inkişafdan geri qalmaq;
    Nizami ordunun olmaması, silah çatışmazlığı və ya olanların da ibtidai şəkildə olması;
    Qadın haqlarının qorunmaması;
    Küçələrin bərbadlığı və təmizliyə riayət olunmaması.
    Bu kitabda müsəlmanların üstünlüklərindən də yazılır:
    İslam dini öz ardıcıllarını birlik və bərabərliyə çağırır. Təfriqəni qadağan edərək buyurur: "Allahın ipinə bərk-bərk sarılın və ayrılmayın” (Ali İmran-103).
    İslam savadlanmağı və elm öyrənməyi əmr edir. Bir hədisdə bu barədə belə deyilir: "Elm öyrənmək hər bir kişi və qadına vacibdir” .
    İslam dünya üçün də çalışmağı əmr edir. "Onlardan bəziləri, Ey Rəbbimiz! Bizə dünyada və axirətdə gözəl həyat nəsib elə - deyirlər”. (Bəqərə-201).
    İslam bütün işləri məsləhət və məşvərət əsasında həyata keçirməyi əmr edir. "Onların işləri məşvərətlə olar.” (Şura-38).
    İslam yol çəkməyi əmr edir. "Yer üzündə yeriyin.” (Mülk-15).
    İslam müsəlmanlara səhhətlərini qorumağı əmr edir. Bir hədisdə belə deyilir: "Elm dörd növdür:
    dinin qorunması üçün fiqh elmi;
    dilin mühafizəsi üçün sərf və nəhv elmi;
    səhhətin qorunması üçün tibb elmi;
    kainatın tanınması üçün astronomiya elmi;”
    İslam quruculuğu əmr edir. "Allah yer üzərində hər şeyi sizin üçün yaratmışdır.”(Bəqərə-29).
    İslam nizam-intizamlı olmağa əmr edir. "Hər şeyin nizamı və hesabı vardır.” (Hicr-19).
    İqtisadiyyatda güclü olmağı əmr edir. Bir hədisdə belə deyilir: "Heç ölməyəcəyiniz kimi dünya işləri üçün çalışın, hər an öləcəyiniz kimi axirət üçün hazırlaşın”.
    İslam güclü orduya və müasir silahlara sahib olmağı əmr edir. "Onlara qarşı imkanınız qədər güc toplayın.” (Ənfal-60).
    İslam qadınların hüquqlarına riayət etməyi və onlara qiymət verməyi əmr edir. "Kişilərin qadınların üzərində haqqı olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır.” (Bəqərə-228).
    İslam təmizliyə əmr edir. Bir hədisdə belə deyilir: "Təmizlik imandandır.”
    Aradan aparılması nəzərdə tutulan əsas amillər aşağıdakılardır:
    İslam dini irqçilik, millətçilik, qohumbazlıq, yerlibazlıq və digər təəssübkeşlikləri aradan aparmışdır.
    Sələmçilik, qumarbazlıq, zinakarlıq, şərab içmək və donuz əti yemək haramdır.
    Müsəlmanlar öz ailə-uşaqlarına hədsiz dərəcədə bağlıdırlar.
    Sünni müsəlmanlar xəlifəni Peyğəmbərin vəkili olaraq, qəbul edirlər. Allaha və Peyğəmbərə göstərilməsi lazım olan ehtiramın xəlifəyə də göstərilməsinin vacib olduğuna inanırlar.
    Cihad vacibdir.
    Şiəlik nöqteyi-nəzərindən qeyri-müsəlmanların hamısı murdardır.
    Bütün müsəlmanlar İslamın haqq din olduğuna inanırlar.
    Müsəlmanların çoxu yəhudi və xristianların Ərəbistan yarmadasından çıxarılmasının vacib olduğunu bildirirlər.
    İbadətlərini, xüsusilə namaz, oruc və həcci çox gözəl şəkildə yerinə yetirirlər.
    Şiələr İslam ölkələrində kilsə tikilməsini haram bilirlər.
    Müsəlmanlar İslam əqidəsinə möhkəm bağlıdırlar.
    Şiələr xümsün, yəni illik gəlirdən artıq qalan pul və digər vəsaitlərin beşdə bir hissəsinin İslam yolunda xərclənməsi məqsədilə alimlərə verilməsini vacib bilirlər.
    Müsəlmanlar uşaqlarını o qədər gözəl tərbiyə edirlər ki, onları əcdadlarının yolundan azdırmaq qeyri-mümkündür.
    Müsəlman qadınlar iffət məsələsinə o qədər riayət edirlər ki, onların əxlaqsızlığa qurşanmasını təsəvvür etmək mümkün deyildir.
    Müsəlmanlar hər gün camaat namazı qılmaq üçün bir yerə toplaşırlar.
    Onlara görə Peyğəmbərin, Əlinin və digər saleh şəxslərin qəbirləri müqəddəs olduğundan oraya toplaşırlar.
    Peyğəmbərin nəslindən gələn seyid və şərif adı verilən insanlar daima müsəlmanlara Peyğəmbəri xatırladırlar. Onun canlı yaşamasını təmin edirlər.
    Müsəlmanlar bir yerə toplaşdıqları zaman, vaizlər onların imanlarını qüvvətləndirir, saleh işlər görməyə təşviq edirlər.
    Əmr be məruf (yaxşılığa əmr etmək), nəhy əz münkər (pis işlərdən çəkindirmək) hər bir müsəlmana vacibdir.
    Müsəlmanların çoxalması üçün evlənmək və bir neçə qadınla nigah bağlamaq sünnətdir.
    Müsəlman üçün bir insanı İslama gətirmək dünyaya sahib olmaqdan daha üstündür.
    Müsəlmanlar arasında kim xeyirli bir yol açarsa, bu işin savabına və bu yolu gedən bütün insanların savabına nail olur.
    Müsəlmanlar Qurana və hədislərə çox böyük hörmət göstərirlər. Onlara tabe olmağı cənnətə nail olmaq üçün bir vasitə hesab edirlər.
    İndi isə bu kitabda sadaladığımız müsəlmanların üstün xüsusiyyətlərini aradan aparmaq üçün tərtib olunan üsullara nəzər yetirək:
    Aralarında anlaşılmazlıq olan millətlər arasına ədavət toxumu səpərək, bir-birinə qarşı qərəzli və şübhəli mövqelər yaratmaq. İxtilaf yaradan kitablar nəşr etməklə qarşıdurmaları qızışdırmaq.
    Dini mədrəsələrin açılmasına və əqidəvi kitabların nəşr olunmasına maneçilik törətmək, mövcud dini ədəbiyyatların məhv edilməsi üçün mümkün yollardan istifadə etmək. Alimlər haqqında müxtəlif iftira və şayiələr yaymaq, müsəlmanların uşaqlarını məktəbə qoymaqdan çəkindirmək və bu yolla onların kütləvi savadsızlığına nail olmaq.
    Müsəlmanlar üçün dünya həyatının faniliyindən danışmaq, cənnəti mədh etməklə onları sufiliyə dəvət etmək; bu məqsədlə sufilik haqda yazılmış Mövləvinin "Məsnəvi”, Qəzzalinin "Əhya-ül Ulumid-din” və Muhyiddin Ərəbinin əsərlərini oxumağa təşviq etmək, onları dünyəvi işlərdən uzaqlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək.
    Aşağıdakı fikirləri daha qabarıq şəkildə yaymaq:–Siz Allahın yer üzərindəki sayəsisiniz. Məgər Əbu Bəkr, Ömər, Osman, Əli, əməvilər və abbasilərin hər biri qılınc gücünə hakimiyyət başına gələrək hökuməti təkbaşına idarə etmədilərmi? Məsələn, Əbu Bəkr Ömərin qılıncı ilə Fatimə kimi itaət etməyənlərin evini yandırmaqla iqtidara gəldi. Ömər Əbu Bəkrin tövsiyəsi, Osman isə Ömərin əmri ilə xəlifə təyin olunmuşdur. Əli üsyançıların seçimi ilə, Müaviyə isə qılınc gücünə iş başına gəlmişdir. Əməvilər və Abbasilər sülaləsi isə hakimiyyəti irsi yolla bir-birinə ötürmüşlər. Bunlar İslam aləmində hökmdarların icbari yolla və diktatorluq əsasında rəhbərlik etməsinin ən bariz nümunəsidir.
    Qatillərin edam olunması maddəsini qanundan çıxarmaq. Çünki, cinayətkarlığın qarşısını alan ən böyük maneə yalnız və yalnız edam hökmüdür. Edam hökmü olamasa, anarxiya yaranar və bu halda hərc-mərclik artar.
    Quldur və yol kəsənləri silahlandırmaq.
    Müsəlmanları xəstəlik içərisində saxlamaq. Hər şey Allahın qəza və qədəri ilə olur - deyin. Quranda belə buyurulur: "Rəbbim məni yedizdirir və içizdirir, xəstə olduğum zaman da O, mənə şəfa verir. Məni öldürən və dirildən Odur”. Elə isə, Allahın iradəsindən xaricdə kimsə nə şəfa tapar, nə də ölümdən qurtula bilər.
    Zülmün vüsət tapıb genişlənməsi və islamın ictimai sahələrə dəxalətinin qarşısını almaq üçün aşağıdakı fikri yaymaq lazımdır: İslam dini ibadət ayinlərindən ibarətdir. Din qəti şəkildə ictimai-siyasi məsələlərdən uzaq olmalı, dövlət işlərinə qarışmamalıdır. Məhəmmədin və xəlifələrin qanunları ölkənin idarə olunmasında istifadə edilməməlidir.
    İqtisadi tənəzzül bütün görülən ziyanlı işlərin təbii nəticəsidir. Buna nail olmaq üçün ticarət gəmilərini batırmaq, məhsulları zay etmək, körpüləri və su bəndlərini dağıtmaq, sənaye mərkəzlərini işdən salmaq, içməli su şəbəkələrini isə zəhərləmək lazımdır.
    Dövlət məmurlarını rüşvətxorluğa sövq etmək, fitnə-fəsada səbəb olacaq əməllərə şirnikləndirmək; spirtli içkilərə, qumara, eyş-işrət və arvadbazlığa adət verdirmək. Onları xalq və dövlət əmlakını mənimsəməyə alışdırmaq, bizim mənafeyimimzə xidmət edənləri mükafatlandırmaq.
    Sələmçiliyi kütləvi şəkildə yaymaq; bu məsələ milli iqtisadiyyata ziyan vurduğu kimi, müsəlmanları Quranın qanunlarına qarşı qoyur. İnsan qanunun bir maddəsini pozduqda, digərlərini də pozmağa cəsarətli olur. Burada çox incə bir məqam vardır. Müsəlmanlara sələmçiliyin haram olduğunu deyin, lakin onun başqa formasını yayaraq bu formanın riba olmadığını söyləyin.
    Alimlər haqqında şayiələr yayın, onları yaramaz işlərdə ittihamlandırın və bu yolla müsəlmanları onlardan uşaqlaşdırın. Casuslarımızın bir qisminə onların qiyafəsində pis işlər gördürün. Bu casusları "Əl-əzhər”, İstambul, Nəcəf və Kərbəla hövzələrinə daxil etmək zəruridir. Müsəlmanları alimlərdən uzaqlaşdırmaq üçün məktəblər və kolleclər açın. Bu məktəblərdə yunan və erməni uşaqlarını müsəlmanlarla bir məktəbdə oxutdurun. Müsəlman uşaqlarına əcdadlarının cahil olduğunu deyin. İslami şəxsiyyətlərə nifrət yaratmaq üçün onların xəta və qüsurlarını hədsiz dərəcədə qabarıq göstərin; alim və müctehidlərə iftira yaxaraq onların daim qadınlarla əyləndiklərini, vaxtlarını eyş-işrətdə keçirdiklərini, xalqın malını pis işlərə sərf etdiklərini, Peyğəmbərin yolundan azdıqlarını söyləyin.
    Məscidlərdə imansız, pulgir və şəxsiyyətsiz insanların çalışmasına, axund və rəislərin qorxaq və fasiq şəxslərdən seçilməsinə çalışın; bu məsələ xalqın məscid və digər dini mərkəzlərə nifrət bəsləməsi, əhalinin camaat namazından uzaqlaşması üçün ən gözəl vasitədir.
    Ən qorxulu amil insanların arzuladığı şeylərə nail olmadığı təqdirdə yaranan hərislik hissidir; Müsəlmanların öz əqidələrindən doğan məsələlərə qarşı həris olmasına imkan yaratmaq lazım deyildir; müxtəlif formalarda və müxalif formalarda azğın əqidələri yaymaqla onların susuzluğunu yatırmağa çalışın.
    Müsəlmanların əməllərini təhrif etmək üçün görülməsi tövsiyə olunan işlər aşağıdakılardır:
    Müsəlmanların arasında irqçilik və millətçilik təəssübünü qabartmaq; ərəb-türk, ərəb-fars, ərəb-əcəm, türk-fars və digər milli qarşıdurmalar yaratmaq. Xəyali düşmənlər yaratmaqla onların diqqətini həqiqi düşmənlərdən yayındırmaq. İslamdan əvvəlki dinləri dirçəltmək, dini şəxsiyyətləri milli qəhrəmanlarla əvəz etmək. Misirdə fironçuluğu, İranda məcusçuluğu, İraqda babiliyi, Osmanlıda Atilla və Çingiz zamanının vəhşiliklərini təlqin etmək.
    Aşağıda adı çəkilən əməlləri az bir müddət ərzində İslam ölkələrində yaymaq: şərab, qumar, zina, donuz əti və vəhşi idman növləri. Bu işləri görmək üçün İslam ölkələrində yaşayan xristian, yəhudi, məcusi və qeyri-müsəlmanlardan istifadə etmək və MNN-nin büdcəsindən onlar üçün yüksək maaş ayırmaq.
    Cihad haqqında müsəlmanları şübhəyə salmaq. Cihadın müəyyən olunmuş dövr üçün vacib olduğunu, artıq onun qüvvədən düşdüyünü iddia etmək.
    Şiələrin zehnindən xristian və yəhudilərin murdar olması fikrini çıxartmaq. Bu haqda Qurandan dəlil gətirin: "Özlərini kitab əhlindən bilənlərin yeyəcəyi sizin üçün halal olduğu kimi, sizin də yeyəcəyiniz onlar üçün halaldır” (Maidə surəsi, ayə 5). Məhəmməd peyğəmbərin Səfiyyə adlı yəhudi və Mariya adlı xristian həyat yoldaşı olmuşdur. Məlumdur ki, bu xanımlar murdar olsaydı, Peyğəmbər onlarla ailə qurmazdı.
    Müsəlmanlara sübut etmək lazımdır ki, Məhəmməd peyğəmbər İslam dedikdə ümumi şəkildə din məfhumunu nəzərdə tuturdu. Bu din həm xristianlıq, həm də yəhudiliyə aiddir. Quran hər bir dinin ardıcıllarını müsəlman adlandırır. Məsələn, Yusif peyğəmbərin dilindən belə buyurulur: "Məni müsəlman olaraq öldür”. İbrahim və İsmail peyğəmbərin dilindən də belə deyilir: "Ey Rəbbimiz! Bizi özünə müsəlman qərar ver. Nəslimizdən olanları da müsəlman bir ümmət elə”. Yəqub peyğəmbər isə oğlanlarına belə dedi: "Ancaq və ancaq müsəlman olaraq ölün” (Bəqərə surəsi, ayə132).
    Kilsə tikməyin haram olmadığını, peyğəmbər və xəlifələrin kilsələri dağıtmadığını, xristian və yəhudi dini mərkəzlərinə də, ibadətgah olduqları üçün ehtiram göstərilməsinin vacib olduğunu qəbul etdirin. Quranda bu haqda belə buyurulmuşdur: "Allah insanların bir qismini digəri ilə dəf etməsəydi, monastrlar, kilsələr, senaqoqlar və Allahın adı çox zikr edilən məscidlər dağıdılardı” (Həcc surəsi, ayə 40). İbadətgahlara ehtiram bəslənilməsini, onların dağıdılmamasını, dağıdanlara hər vəchlə mane olunmasını müsəlmanlara ardıcıl olaraq söyləyin.
    Yəhudiləri Ərəbistan yarmadasından çıxarın və "Ərəbistan yarmadasında iki din olmaz” hədisləri haqqında müsəlmanları şübhəyə salın. Əgər bu iki hədis doğru olsaydı, Məhəmməd peyğəmbərin xanımlarının biri yəhudi, o birisi isə xristian olmazdı. Eləcə də, müsəlmanlar xristian kralı Nəcaşi ilə yaxın münasibətdə olmazdılar.
    Müsəlmanları ibadətlərindən uzaq salmaq üçün onlara zahiri əməllərin mühüm olmadığını, əsasən qəlb paklığının və ürəyi təmizliyin dəyərli olmasını çatdırın. Sübut edin ki, Allahın insanların ibadətlərinə ehtiyacı yoxdur; onları ibadətlərin faydaları haqqında tərəddüdə salın. Həccə getmək və camaatla namaz qılmaq kimi ictimai ibadətlərə qarşı amansız olun, onları bu işlərdən çəkindirin. Eyni zamanda məscidlərin, türbələrin və mədrəsələrin inşasına, Kəbənin təmirinə mane olmağa çalışın.
    Müharibədə düşməndən qənimət olaraq alınan malın və eləcə də illik gəlirin 1/5 hissəsinin (xüms) alimlərə verilməsinə mane olun. Bunun ticarət qazancı ilə əlaqəsi olmadığını deyin. Bir də xüms Peyğəmbərin özünə və onun xəlifəsinə verilir. Alimlər bu puldan istifadə edərək özləri üçün evlər, saraylar, bağ-bağçalar alırlar. Bunun üçün xümsü onlara vermək caiz deyildir.
    Müsəlmanların əqidələrinə bidətlər əlavə edərək, İslamı terror dini olmaqda ittihamlandırın. "İslam ölkələrinin geridə qalması” fikrini qabardaraq, onların əqidələrinə olan bağlılıqlarını zəiflətməyə çalışın. Unutmayın ki, müsəlmanlar vaxtilə dünyanın ən qüdrətli və mədəni dövlətini qurmağa nail olmuşdular. Onların dinə bağlılıqları azaldıqca qüdrətləri də zəifləyərək heçə enmişdir.
    11. Uşaqları və yeniyetmə gəncləri ata-ana nəzarətindən uzaqlaşdıraraq, bizim nəzarətimiz altında olan mərkəzlərdə yerləşdirməyə çalışın; onları hansı yolla olursa-olsun, dini tərbiyələrindən məhrum edin. Məqsədimizə mütləq şəkildə nail olmaq üçün müsəlman balalarının tərbiyəsi ilə yalnız özümüz məşğul olmalıyıq!
    12. Müsəlman qadınlar arasında əxlaqsızlıq, iffətsizlik və fahişəlik hallarını genişləndirib yayın; bu məsələnin onların arasında adi hala çevrilməsi üçün genişmiqyaslı planlar hazırlayıb həyata keçirin. Örpəyə, çadraya və islami geyimlərə qarşı təbliğat aparıb onları gerilik, xurafat və irtica adlandırın; onları təhrik edib, örtüklərini açdırmaq üçün dəlil olaraq, bu sözləri deyin: Quranda örtünmək barədə heç bir hökm yoxdur; bu ərəblərin milli geyimidir və islamla heç bir şəkildə əlaqəli deyildir. Və ya deyin ki, Məhəmməd peyğəmbərin zamanında qadınlar örtünməzdilər; bu məsələ sonradan meydana çıxaraq adət şəklini almışdır. Hətta Peyğəmbərin qadınları da açıq-saçıq gəzərdilər.
    Onların örtüklərini açdıqdan sonra gəncləri onlara qarşı təhrik etmək, hər ikisini bir-birinə qarışdırmaq üçün ümumi mühitlər yaratmaq lazımdır. İslamı aradan aparmaq üçün bu iş çox təsirlidir. Əvvəl bu işi qeyri-müsəlman qadınlara gördürün, sonradan isə müsəlman qadınlar özləri pozulub, onların gördüyü işləri həyata keçirəcəklər.
    Din xadimlərini fasiq olaraq tanıtdırın. Onların arxasında namaz qılan müsəlmanların arasında kin-küdurət və ədavət toxumu səpib camaat namazını aradan aparın.
    Türbələrin hamısının dağıdılmasına çalışın. Onlara deyin ki, Peyğəmbər zamanında türbələrin tikilməsinə icazə verilməyib, bu iş bidətdir. Onlar da Peyğəmbər, Raşidi xəlifələr və salehlərin qəbirləri barəsində şübhəyə düşəcəklər və onları ziyarət etməkdən çəkinəcəklər. Əbu Bəkrlə Ömərin qəbri "Bəqi” qəbristanlığında, Osmanın qəbri isə naməlum yerdədir. Bəqi qəbristanlığı yerlə-yeksan edilməlidir. Onlara deyin ki, Kazimeyndəki ziyarətgahlar Peyğəmbərin əhli-beytindən olan imam Kazim və imam Cavadın məzarı deyildir. Tusdakı (indiki Məşhəd şəhəri) isə imam Rizanın yox, Harun ər-Rəşidin qəbridir. Samirədəki qəbirlər isə, abbasilərə mənsubdur.
    Seyidlərin Məhəmməd peyğəmbərin nəslindən olması haqda şübhə və tərəddüdd yaradın. Seyid olmayanlara qara və yaşıl rəngli əmmamə geyindirərək, onları da seyidlərə bənzədin. Belə olduqda, onlar seyidləri müəyyən etməkdə çətinlik çəkəcək və ümumiyyətlə hamıya şübhə ilə yanaşacaqlar. İkinci mərhələdə isə, alimlərin və seyidlərin əmmamələrini çıxarmağa cəhd edin ki, seyidlərin kökü kəsilsin; alimlər cəmiyyətin yüksək ehtiram və qayğısından məhrum olsunlar.
    Şiələrə matəm günlərini unutdurmaq, onlara məhdudiyyət və qadağalar qoymaq lazımdır; imam Hüseyn əzadarlığı kimi kütləvi tədbirlər yaşadıqca, onlara sazişçilik və təslimçilik ruhunu aşılamaq mümkün olmayacaq. Ən azı bu tədbirlərin mahiyyətini dəyişmək və ya bu kimi mərasimlərə irticai və xurafi əməlləri qarışdırmaq lazımdır; bu əməlllərin bidət olduğunu, Peyğəmbərin və xəlifələrin zamanında bu işlərin mövcud olamdığını söyləyin. İnsanların bu kimi yerlərə getməsinə mane olun. Vaizlərin və rövzəxanların sayını azaltmaq üçün onları vergiyə cəlb edin.
    17. Bütün müsəlmanlara "vicdan azadlığı” şüarını qəbul etdirərək, "hər bir kəs istədiyi işi görməkdə azaddır”, deyin. "Əmr be məruf” və "nəhy əz münkər” hökmlərinin vacib olmadığını söyləyin. Daim bu məsələni xatırladın ki, xristianlar öz dinlərində, yəhudilər də öz dinlərində haqdırlar. Onlar bir-birinin qəlblərinə dəyməzlər. Əmr be məruf və nəhy əz münkər xəlifə və hakimlərə aid olan məsələlərdəndir.
    Müsəlmanların sayının çoxalmasının qarşısını almaq üçün doğuşu məxsus vasitələrlə çətinləşdirin. Çoxarvadlılığın islamda yolverilməz bir məsələ olduğunu və ya ona müstəsna hallarda icazə verildiyini iddia edin; bir nəfərdən artıq qadınla evlənməyə mane olun, evlənənlərə də bəzi şərtlər qoyun. Məsələn, ərəbin əcəmlə, türkün fars və ya ərəblə evlənməsini qəbahətli bir iş kimi cilvələndirin.
    İslamın yayılmasının qarşısını almaq üçün qeyri-müsəlmanlara bu dinin yalnız ərəblərə məxsus olduğunu inandırın. Quranda da bu mövzuya toxunulur: "Bu sənin qövmün üçün bir zikrdir”.
    Xeyriyyə müəssisələrinin sayını azaldın, onların işlərinə məhdudiyyələr qoyun; onlar dövlətdən asılı vəziyyətə gətirilməlidir ki, xeyirxah insanlar məscid və mədrəsə binası tikdirə bilməsinlər.
    Müsəlmanlarda Qurana qarşı şübhə yaratmaq lazımdır. İçərisində ziddiyyətlər olan, təhrif edilmiş tərcümələr hazırlayıb deyin ki, Quran təhrif olunub və onun bir-biri ilə uyğun gəlməyən nüsxələri vardır. Bir nüsxədə olan ayə başqasında yoxdur. Xristianları, yəhudiləri və bütün qeyri-müsəlmanları bu işə cəlb edin. Quranda olan cihad, əmr be məruf və nəhy əz münkərə aid ayələri çıxarın. Quranı digər türk, fars, hind və s. dillərə tərcümə edərək yayın ki, Quran ərəb dilində oxunmasın. Qeyri-ərəb xalqları arasında ana dilinə üstünlük adı ilə dini ayinlərin ərəb dilində icrasına qarşı çıxın; azan, namaz və duaların milli dildə oxunması zərurətindən, onun ərəbcəsinin anlaşılmaz olmasından danışın. Müsəlman xalqları arasında vahid ünsiyyət vasitəsi olan ərəb dilinin zəifləyib aradan getməsi və onların parçalanması yalnız bu yolla mümkündür. İslami hədis və tarixçələri də eyni şəkildə tərcümə edərək, təhrif olunmuş şəkildə yayın.
    Həqiqətən, oxuduğum "İslamı necə yıxa bilərik?” adlı kitab çox mükəmməl yazılmışdı. İllərlə görəcəyim işlərdə mənə yolgöstərən bir rəhbər idi. Kitabı katibə qaytaranda, ona öz təşəkkürümü bildirdim. O mənə dedi: "Sən bu meydanda yalqız deyilsən. Sənin həyata keçirmək istədiyin planın beş mindən artıq icraçı və iştirakçısı vardır. Nazirlik bu adamların sayını yüz minə çatdırmağı düşünür. Bu saya yetişdiyimiz zaman müsəlmanların hamısına hakim olacağıq. Bütün müsəlman ölkələri əlimizdə olacaq. Nazirliyimizə bu planları gerçəkləşdirmək üçün bir əsr vaxt lazımdır. Biz o günləri görməsək də, bizdən olan övladlarımız görəcək. "Başqasının yetişdirdiyini mən yedim, mənim yetişdirdiyimi də başqası yeyər” Bu ənənəvi üsul necə də gözəldir. İngilislər buna nail olduqları zaman on iki əsrlik fəlakətdən qurtulmuş olacaqlar. Bununla da, bütün xristian aləminin rəğbətini qazanacaqlar. Əsrlərlə davam edən "Səlib yürüşləri” acı xatirələrdən başqa heç bir fayda verməmişdir. Çingiz xanın orduları da, İslamın kökünü kəsmək üçün bir iş görə bilmədi. Çünki onların etdikləri, düşmənçilik yaradan, qarşı tərəfi mübarizəyə sövq etdirən işlərdir. Lakin indi hökumətimizin dəyərli planları vardır; rəhbərlərimiz İslamı uzunmüddətli və çox incə bir planla yıxmaq qərarındadırlar. Hərbi qüdrətimizi də artırmaq lazımdır. Lakin bu son mərhələdə olacaqdır. İslamı parçalayıb tikələrinin hər birini bir tərəfə atdıqdan və onların bir daha qüdrət tapıb bir yerə toplaşa bilməyəcəyinə əmin olduqdan sonra rahat ola bilərik.
    İstambuldakı böyük məmurlarımız bizim nəzərdə tutduğumuz planlara uyğun şəkildə bir çox işlər görmüşlər. Onların aralarına soxularaq, uşaqları üçün məktəblər açmış və kilsələr inşa etmişlər. Onların arasında şərabı, qumarı və idman klublarını yayaraq, çox gözəl şəkildə gənclərə təsir buraxmışlar. Bu vasitə ilə hökumətlə camaat arasında ixtilafların əsası qoyulmuşdur.
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 1513 | Downloads: 0 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024