İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:18 AM


    ƏHZAB (XƏNDƏK) DÖYÜŞÜ
    Bəni-Nəzir və bəni-Qurəyzə kimi yəhudi qəbilələrinin Mədinə ətrafından çıxarılması onların müsəlmanlara, xüsusi ilə də həzrət Peyğəmbərə olan kinini daha da artırdı. Həmin qəbilələrin başçılarından neçə nəfəri Məkkəyə gedib Qüreyşlə görüşdü və Peyğəmbərə qarşı hazırlıqlarını bildirdilər. Qüreyş başçıları bu fürsətdən istifadə edib, onların təkliflərini həvəslə qarşıladılar. Beləcə, bütün bütpərəst Məkkə qəbilələri yəhudilərlə əl-ələ verərək hicri 5-ci ildə ümumi səfərbərlik keçirdilər və on min nəfərə yaxın döyüşçünü Əbu-Süfyanın başçılığı altında Mədinə üzərinə göndərdilər. Bu xəbər həzrət Peyğəmbərə çatan kimi o müsəlmanları bir yerə topladı və müdafiə olunmaq haqqında müzakirələr başladı. Salman Farsi təklif etdi ki, Mədinə ətrafında xəndək qazılsın. Bu təklifə əsasən düşmən qarşısında onların hərəkətinin qarşısını alası sün’i maneələr düzəldilməli idi. Həzrət Peyğəmbər Salmanın təklifini qəbul etdi. Göstəriş verildi ki, dərhal xəndək qazılmasına başlanılsın. Müsəlmanlar xəndək qazmağa başladılar. Həzrət özü də digər müsəlmanlarla çiyin-çiyinə bu işlə məşğul idi. Düşmən qoşunu çatmamışdan qabaq xəndək qazılıb hazırlandı. Müşriklər xəndəyə yaxınlaşdıqları vaxt təəccübdən yerlərində donub qaldılar. Çünki ərəbistanda həmin vaxtadək bu sayaq müdafiə sistemi görünməmişdi. Qüreyş başçıları qarşılarında açılmış səhnəni müşahidə edib dedilər: «And olsun Allaha, bu ərəb hiyləsi deyil».(Şeyx Müfid «İrşad» 1-ci cild, 2-ci bab, 25-ci fəsil.)
    Sayı üç minə çatan müsəlmanlar xəndək ətrafında mövqe tutmuşdular. Qoşunlar bir neçə gün xəndək ətrafında üzbəüz dayandılar. Bə’zən bir-birlərinə daş və ox atırdılar. Nəhayət, Qüreyş cəngavərlərindən olan Əmr ibn Əbdüvəd və bir neçə başqa döyüşçü xəndəyin dar hissəsindən adlayıb keçə bildilər.
    Əmr xəndəyi keçən kimi döyüşmək üçün mübariz istədi. Əmrin qorxunc nərəsi fəzada yayılan kimi ürəklərə titrətmə düşdü, rənglər bəyazıdı. Nə üçün?
    Çünki Əmri hamı tanıyırdı. Bu şəxs ərəbin adlı-sanlı qəhrəmanlarından idi. Bütün Ərəbistanda onun qarşısına çıxan yoxdu. Əmr təklikdə min döyüşçüyə bərabər sayılırdı.
    Əmrin mübariz çağırışı ikinci dəfə müsəlmanların qulağında uğuldadı. Bu məqamda Mədinə qoşununa qorxu dolu bir sükut hakim olmuşdu. Kimsə səsini çıxarmağa cür’ət etmirdi. Əmr deyirdi: «Deyirsiniz ki, sizlərdən kim öldürülsə behiştə gedəcək. Məgər aranızda behiştə getmək istəyən yoxdurmu?»
    Nəhayət, həzrət Peyğəmbər (s) sükutu pozdu və buyurdu: «Bu bütpərəstin şərini İslam ümmətinin üzərindən kim götürə bilər?» Hamı nəfəsini içinə çəkib durmuşdu. Kimsədən səs çıxmırdı. Bu vaxt həzrət Əli (ə) ayağa qalxdı və ərz etdi: «Mən, ya rəsuləllah!» Peyğəmbər (s) buyurdu: «Səbr et, olsun ki, başqa bir könüllü də tapıla. Amma kimsə bu ərəb qəhrəmanı ilə üzbəüz gəlmək istəmirdi. Həzrət Peyğəmbər (s) öz sualını bir daha təkrar etdi. Yenə də onun çağırışına yalnız həzrət Əli (ə) cavab verdi. Peyğəmbər (s) buyurdu: «Ya Əli, bu şəxs Əmr ibn Əbdüvəddir». Həzrət Əli (ə) ərz etdi: «Mən də Əli ibn Əbu-Talibəm». Həzrət Peyğəmbər (s) Əlinin (ə) başına əmmamə qoydu, kəmərinə qılınc bağladı və buyurdu: «Get Allah səni qorusun». Sonra başını qaldırıb riqqətlə dedi: «Pərvərdigara, bu döyüş meydanında əmim oğlunu tənha qoyma».
    Əmr rəcəz oxuyaraq müsəlmanları döyüşə çağırırdı. Bu vaxt həzrət Əli (ə) pusqudan ovunun üstünə sıçrayan qəzəbli şir tək sür’ətlə Əmrə doğru hərəkət etdi. Həzrət düşmənin rəcəzinə ədəblə cavab verdi.
    Özünü adlı-sanlı ərəb qəhrəmanı sayan Əmr həzrət Əliyə (ə) həqarətlə baxdı və dedi: «Məgər səndən başqa behişt istəyən yoxdur? Mən sənin atan Əbu-Taliblə dost idim. Səni əlimdə qanadları qırılmış quş tək çırpınan görmək istəmirəm. Məgər bilmirsənmi ki, mən Əmr ibn Əbdüvəd, böyük ərəb qəhrəmanıyam?!»
    Həzrət Əli (ə) buyurdu: «Mən səni əvvəlcə tövhid və İslama də’vət edirəm. Əgər bunu qəbul etmirsənsə, gəldiyin yolla da qayıt, Peyğəmbərlə döyüşdən çəkin».
    Əmr dedi: «Mən öz ata-babamın yolundan (bütpərəstlikdən) əl götürmərəm. Əgər döyüşsüz geri qayıtsam, Qüreyş qadınları mənə istehza edər». Həzrət Əli (ə) buyurdu: «Onda atdan düş, vuruşaq. Mən səni Allah yolunda öldürmək istəyindəyəm».
    Əmr qəzəbləndi və atdan düşdü. Əli ilə üzbəüz dayananda həzrət Peyğəmbər buyurdu: «İman və küfr tam halda mübarizəyə qalxmışdır». Doğrudan da, belə idi. Həzrət Əli (ə) imanın özü, bəlkə bütünlüklə iman idi. Əgər həmin gün həzrət Əli (ə) olmasaydı, İslamdan ad qalmazdı. Əmr də şirk və küfrün nümayəndəsi, Qüreyşin gözünün işığı sayılırdı.
    Nəhayət, bu iki mübariz bir-birinə elə hücum etdi ki, toz-duman havaya qalxdı. Ətrafdakılar onları aydın görə bilmirdi. Əmrin zərbəsi həzrət Əlinin (ə) sipərini ikiyə böldü. Həzrətin başı da yaralanmışdı. Amma Əlinin (ə) cavab zərbəsi Əmrin həyatına son qoydu. Həzrətin təkbir səsi göyə ucaldı. Əlinin təkbir sədasından mə’lum oldu ki, Əmr öldürülmüşdür. Əmrin ölümü isə Qüreyşin qəti məğlubiyyəti demək idi. Əmr ibn Əbdüvədin bacısı bu döyüş haqqında belə bir şe’r oxumuşdur:İki şir döyüşdü, hər biri taysız,
    Sanki buludlardan zərbə yağırdı.
    Ey Əli, beləsin yendirməmişdin,
    Əlbət ki, bu uğur başqa uğurdu.

    Qüreyş öz qəhrəmanının məğlubiyyətindən sonra xar oldu. Bu məğlubiyyət onları rüsvay etdi. Həzrət Əli (ə) Əmrin başını Peyğəmbərin hüzuruna gətirdiyi vaxt Peyğəmbər (s) buyurdu: «Xəndək günü Əlinin (ə) zərbəsi səqələynin ibadətindən əfzəldir». Bə’ziləri isə Peyğəmbərin belə buyurduğunu nəql edirlər: «Xəndək günü Əlinin Əmrə vurduğu qılıncın mükafatı cin və insin ibadət mükafatından üstündür».
    Bəli, düşmənin ən e’tibarlı sütununu Əlinin (ə) qılıncı qırdı. Beləcə, növrəstə İslam müşriklərin şərindən xilas oldu. Həmin gün həzrət Əli (ə) olmasaydı, bütün müsəlmanları pərən-pərən salmaq üçün təkcə Əmr kifayət edərdi. O özü deyirdi ki, İslamı tarixin səhifəsindən çıxarasıdır. Bəli, qiyamət gününədək İslamın mövcudluğu xəndəyi adlamış Əmr və onun yoldaşlarını dizə çökürən zərbənin girovundadır. Əmrin və onun yoldaşlarının qətlə yetirilməsi ilə müşriklərin döyüş ruhiyyəsi qırıldı və aralarında qorxu hakim oldu. Bundan əlavə, Allahın əmri ilə güclü bir tufan qopdu və dəhşətə düşmüş Qüreyş Əbu-Süfyanın əmri ilə yubanmadan Mədinəni tərk edib Məkkəyə üz tutdu.
    Xəndək döyüşündən sonra həzrət Peyğəmbər əhdi sındırıb müşriklərlə həmkarlıq etmiş bəni-Qürəyzə tayfasını tənbeh etmək qərarına gəldi. Bu tayfa zahirdə müsəlmanlarla peyman bağlayır, əslində isə Qüreyşlə həmkarlıq edirdi. Həzrət Peyğəmbər (s) onlarla döyüşə Əlini (ə) göndərdi. İyirmi beş günlük mühasirə və vuruşdan sonra bəni-Qürəyzə tayfasının fitnəkarlığına son qoyuldu. Müsəlmanlar Mədinə ətrafındakı yəhudilərin şərindən xilas oldular.

    XEYBƏR DÖYÜŞÜ
    Xeybər kəlməsi qala, möhkəm hasar deməkdir. Mədinədən 120 kilometr şimalda yəhudilərin sakin olduğu bir məntəqə vardı. Buranın sakinləri bir neçə möhkəm qalada yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları vardı. Bu qalaların hər birinin öz adı vardı. Bu yeddi qüllədən ən məşhuru «Naim» və «Qəmus» idi.
    Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı dörd minlə iyirmi min arasında olmuşdur. Bir şey qətidir ki, yəhudilər müsəlmanlardan bir neçə dəfə artıq olmuşlar. Çünki həmin dövrdə müsəlmanların sayı min altı yüzü keçmirdi.
    Hicri yeddinci ildə həzrət Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər. İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Səhəri gün yuxudan oyanan qala sakinləri müsəlmanları Xeybər ətrafında gördülər. Onlar müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar. Həzrət Peyğəmbər iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri çəkildilər».(«İrşad» 1-ci cild, 2-ci bab, 16-cı fəsil.)
    İbn Əbil-Hədid Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:Hər nəyi unutsam, unutmaram mən,
    Qaçmaq günah ikən qaçdız səhnədən.

    Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: «Sabah bayrağı bir şəxsə verəcəyəm ki, Allah və Peyğəmbəri (s) onu dost tutur, o da Allah və Onun Peyğəmbərini dost bilir. O bir kəsdir ki, həmişə hücum etmişdir və Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır». Həzrət Peyğəmbərin bu sözləri hamını təəccübləndirdi. Görən sabah qələbə çalacaq kəs kim idi?
    Əlinin (ə) misilsiz qəhrəmanlığı hamıya mə’lum olduğu halda, əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Amma bir nöqtəni də qeyd etmək lazım gəlir ki, həmin vaxt həzrət Əlinin (ə) gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı ehtimal olunmurdu. Bu baxımdan Peyğəmbərin həzrət Əli (ə) haqqında danışdığını anlamayanları üzürlü hesab etmək olar.
    Nəhayət, və’d olunmuş gün gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: «Əli haradadır?» Ərz etdilər ki, Əlinin (ə) gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya gətirin». Müsəlmanlar Əlinin (ə) çadırına gedib, Peyğəmbərin əmrini ona çatdırdılar.
    Həzrət Əli (ə) dərhal yerindən qalxdı və həzrətin xidmətinə tələsdi. Həzrət Peyğəmbər (s) Əlidən (ə) halını soruşdu. Əli (ə) bildirdi ki, başım və gözlərim ağrıyır. Həzrət Peyğəmbər onu qucaqladı və ağzının mübarək suyundan Əlinin (ə) gözlərinə çəkdi. Həzrət Əli (ə) özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və gözağrısı görmədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli, bizim komandanların əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Həzrət Əli (ə) yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu. Peyğəmbər (s) buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi təsdiq edənədək vuruş».
    Həzrət Əli (ə) ovuna qarşı arxayınlıqla hərəkət edən şir tək Xeybər qalasının divarlarına yaxınlaşdı. Bayrağı yerə sancdı. Öz adamlarını divarların fəthi üçün hazırladı. Bu vaxt Xeybərin şücaətli döyüşçülərindən bir qrupu çıxıb həzrət Əli (ə) və onun dəstəsinin üzərinə hücum etdi. Şiddətli döyüş başladı. Həzrət bir neçə hücumla yəhudiləri qaçmağa məcbur etdi. Düşmən döyüşçüləri özlərini qalaya çatdırıb qapıları bağladılar. Şücaəti ilə tanınan qala rəisi Haris Əlinin (ə) qalaya daxil olmasının qarşısını almaq istədi. Amma həzrət bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın ən adlı-sanlı döyüşçüsü Mərhəb Xeybəri qardaşının qanını almaq üçün meydana atıldı.
    Mərhəb qəribə bir pəhləvan idi. O iki zireh geyinər və bir neçə əmmamənin üzərindən polad dəbilqə qoyardı. Dəbilqədə dəyirman daşına oxşar daşı yerləşdirdiyindən qılınc zərbələri onun başına tə’sir etməzdi.
    Bu şəxs ilə Əli arasındakı döyüşdə İslam qəhrəmanının onun başına enən zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar. Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə hücum etdi. Amma həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə qalanın qapılarını bağlamağa məcbur oldular.
    Həzrət Əli (ə) öz fövqəl’adə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı. Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi. Şeyx Müfid Əbdüllah Cədəlidən belə nəql edir. Əmirəl-mö’minin (ə) deyirdi: «Xeybərin qapısını çıxardıqdan sonra onu özümə sipər edib yəhudilərlə döyüşdüm. Onları məğlub etdikdən sonra qapını qala ətrafında qazılmış xəndəyin üzərinə qoyub onun üzərindən keçdim. Müsəlmanlar da xəndəyi adladılar. Geri qayıdan zaman həmin qapını yetmiş müsəlman güclə qaldırdı. Şair bu barədə yazır:Yəhudla amansız savaş zamanı
    Qaldırdı Xeybərin ağır qapısın.
    Qapını qaytaran yetmiş kişinin
    Hamı aşkar gördü işdə cəfasın.

    Xeybər döyüşündə həzrətin savaşı, qalaların fəthi, adlı-sanlı yəhudi döyüşçülərinin məğlub edilməsi, xüsusi ilə qala darvazasının həzrət tərəfindən çıxarılıb atılması bir daha sübut edir ki, kimsədə belə bir hünər görünməmişdir. Uyğun hadisə haqqında bir çox qəsidələr qoşulmuşdur. İbn Əbil-Hədid bir qəsidədə deyir:Qırx dörd əlin aça bilmədiyini
    Ey qoparıb atan qəhrəman Əli.

    Xeybər döyüşü başa çatdıqdan sonra həzrət Peyğəmbər yəhudilərin istəyi ilə onlarla sülh bağladı. Fədək müsəlmanlara verildi və orada sakin olan yəhudilər öz var-dövlətlərinin yarısını Peyğəmbərə göndərdilər. Fədək yalnız sülh bağlandığı vaxt heç bir tələb olmadan yəhudilərin razılığı ilə həzrət Peyğəmbərə bağışlandı. Ona görə də Fədək Peyğəmbərin özünə, qalan bütün qənimətlər isə müsəlmanlara çatdı. Xeybərdən geri dönərkən itaətsizlik göstərən bə’zi yəhudi qəbilələri də tənbeh olundu. Onlar da müsəlmanlara boyun əyməyə məcbur oldular. Beləcə, müsəlmanlar yəhudilərin fitnələrindən xilas oldular və Mədinə şəhərində əmin-amanlıq bərpa edildi.

    MƏKKƏNİN FƏTHİ

    İslam ordusu müxtəlif kiçik və böyük döyüşlərdə sınaqdan keçdikdən, say baxımından böyüdükdən sonra hicri səkkizinci ildə həzrət Peyğəmbər Məkkəyə doğru hərəkət edib, anadan olduğu və Qüreyşin işgəncələri ilə hicrətə məcbur edildiyi şəhəri tabe etmək qərarına gəldi.
    Həzrət Peyğəmbər (s) Məkkədə olduğu on üç il ərzində Qüreyş müşriklərini tövhid və allahpərəstliyə də’vət etdi. Nəinki bu də’vətlərdən müsbət nəticə hasil olmadı, hətta doğru yola də’vət edilənlər həzrət Peyğəmbərə (s) olmazın əziyyətlərini verdilər. Həzrət Peyğəmbərin hicrətdə olduğu bütün dövr ərzində Məkkə müşrikləri müsəlmanlarla qarşıdurma vəziyyətində oldular. Bir vaxt Məkkədən qorxu içində çıxmış mühacir müsəlmanlar indi qüdrət və əzəmətlə Məkkəyə doğru hərəkət edirdilər. Artıq həzrət Peyğəmbərin arxasınca qalib vəziyyətdə Məkkəyə daxil olmaq vaxtı çatmışdı.
    Bə’zi müsəlmanlar dərin fikrə gedib işin sonundan qorxsalar da, həzrət Peyğəmbər (s) onları qələbə ilə müjdələyirdi. Çünki Allah-təala Peyğəmbərinə göndərdiyi ayədə qələbə və’d etmişdi: «And olsun ki, Allah-təala öz Peyğəmbərinin rö’yasının çin olduğunu təsdiq etdi. Siz, inşaallah, əmin-amanlıq içində, başınızı qırxdırmış, saçınızı qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bimədiklərinizi bilir. O bundan əlavə, tezliklə bir qələbə də bəxş edəcəkdir». («Fəth» surəsi, ayə 27.) Məkkənin fəthindən qabaq nazil olmuş «Nəsr» surəsində də Məkkənin fəthi və həmin şəhər əhlinin müsəlman olması haqqında mə’lumat verilir.
    Həzrət Peyğəmbərin (s) əsil məqsədi bu idi ki, Məkkənin fəthi Allah evinə hörmət əlaməti olaraq döyüşsüz və qansız həyata keçsin. Ona görə də Həzrət (s) hərəkət vaxtını hamıdan gizli saxlayırdı. O bu işdə yalnız həzrət Əli (ə) ilə məsləhətləşmişdi. Çünki Qüreyş bu işdən xəbər tutsaydı, işin gedişi başqa cür ola bilərdi. Bir qədər sonra səhabələrdən də bir neçəsi məsələdən xəbər tutdu. Hatəb adlı mühacir Məkkədə qohum-əqrəbası olduğundan Peyğəmbərin məqsədi haqqında Qüreyş müşriklərinə məktubla mə’lumat vermək istədi. O bu məktubu bir qadın vasitəsi ilə Məkkəyə göndərdi.
    Allah-təala öz Peyğəmbərini bu məsələdən xəbərdar etdi. Həzrət Peyğəmbər (s) həzrət Əli (ə) və Zübeyri qadının arxasınca göndərdi. Onlar qadına çatıb məktubu ondan aldılar.(«Tarixe-Təbəri».)
    Həzrət Peyğəmbər hicri səkkizinci il, ramazan ayının əvvəllərində mühacir və ənsardan təşkil olunmuş on iki min nəfərlik ordusu ilə Mədinədən çıxdı. Peyğəmbər öz qoşunu ilə Məkkə yaxınlığına çatdığı vaxt Abbas ibn Əbdül-Müttəlib Qüreyşləri İslam ordusunun çoxluğu və təchizatı ilə qorxutmaq üçün Məkkəyə tələsdi. Məkkə əhalisi Peyğəmbərin gəlişindən qismən də olsa xəbərdar idi. Bu səbəbdən də Əbu-Süfyan daha çox mə’lumat toplamaq üçün Məkkədən çıxdı və yolda Abbasla rastlaşdı.
    Abbas ibn Əbdül-Müttəlib müsəlmanların çoxluğunu və yüksək döyüş əzmini Əbu-Süfyana nəql etdi. Abbas bu işin acı nəticəsini Əbu-Süfyanın nəzərinə çatdırıb onu təslim olmağa razı saldı.
    Əbu-Süfyan çarəsizlik ucbatından bu təkliflə razılaşdı və Abbasın himayəsində əzəmətli İslam qoşununun arasından keçib Peyğəmbərin xidmətinə getdi. Bir qədər söhbətdən sonra Əbu-Süfyan İslamı qəbul etdi.
    Əbu-Süfyan iyirmi bir il müddətində Qüreyş kafirlərini Peyğəmbərə qarşı təhrik etmişdi. İndi isə İslamın əzəməti qarşısında təslim olurdu. O nizamlı və qüdrətli İslam ordusunu heyranlıqla seyr edirdi. O öz keçmişinə görə bağışlanacağı intizarında idi.
    Qur’ni-Kərimin bildirdiyi kimi həzrət Peyğəmbər (s) böyük mərhəmət sahibi idi. Həzrət (s) Əbu-Süfyanı Məkkəyə göndərdi və bildirdi ki, İslamı qəbul edənlər amanda qalacaq.
    Peyğəmbər (s) əvvəlcə bayrağı Sə’d ibn İbadəyə vermişdi. Amma sonradan Sə’din Məkkə əhli ilə sərt davranacağını nəzərə alaraq bayrağı ondan alıb Əliyə (ə) verdi. Müsəlman qoşunu böyük əzəmət içində Məkkəyə daxil oldu. Həzrət Peyğəmbər (s) Məkkənin qapısı qarşısında dayandı və dedi: «La ilahə İlləllah, Vəhdəhu Vəhdəh, Sədəqə və’dəhu və Nəsərə Əbdəhu». Bu tövhid, allahpərəstlik şüarlarının Məkkədə aşkar səsləndiyi ilk gün idi. Həmin gün Bilalın azan nidası Kə’bənin üstündən Məkkə fəzasını bürüdü. Müsəlmanlar həzrət Peyğəmbərə iqtida edib namaz qıldılar. Sonra həzrət cəza və intiqam gözləyən Məkkə əhlinə üz tutaraq buyurdu: «Özünüz haqqında nə deyirsiniz və nə güman edirsiniz?» Dedilər: «Sözümüz yaxşılığadır, yaxşılıq ümidindəyik. Kərimin qardaşı və Kərimin qardaşı oğlusan. Bizim üzərimizdə qüdrətə çatmısan». Həzrət Peyğəmbər onların bu sözlərindən riqqətə gələrək buyurdu: «Mən qardaşım Yusifin dediyini deyirəm». Sonra əlavə etdi: «Gedin, hamınız azadsınız».(«Tarixe-Təbəri».)
    Bu ümumi əfv Məkkə əhlinin ruhiyyəsində yaxşı tə’sir qoydu. Qəlblərdə ixtiyarsız olaraq həzrətə məhəbbət yarandı. Sonra Peyğəmbər bütün bütlərin qırılması haqqında göstəriş verdi. Əli ilə birlikdə Kə’bəyə daxil oldu. Bütün bütlər və bütpərəstlik əlamətləri məhv edildi. Qırılmış bütlər Kə’bədən bayıra töküldü.
    Həzrət Əlinin (ə) sifətlərindən biri də bütsındıran olmasıdır. O, xalq arasında bütpərəstlik əlamətlərini müşahidə etməyə dözümsüz idi. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) Hobəl kimi böyük bütləri aşırıb, müqəddəs Kə’bə məkanını bütpərəstlik çirkabından təmizlədi.

    HÜNEYN VƏ TAİF DÖYÜŞLƏRİ
    Məkkənin fəthindən sonra şəhər əhli dəstə-dəstə İslamı qəbul edirdi. İslamı yenicə qəbul edənlər Peyğəmbərə bey’ət edirdilər. Həzrət bir müddət Məkkədə qalıb şəhərin işlərini nizama saldı. Şəhərdə əmin-amanlıq bərqərar olduqdan sonra öz qalib ordusu ilə Mədinəyə döndü. Məkkənin İslamı yeni qəbul etmiş əhalisindən iki min nəfəri də İslam ordusuna qatıldı. Beləcə, İslam ordusu daha da əzəmətləndi. Bu qüdrəti müşahidə edən Əbu-Bəkr dedi: «Biz bu qədər döyüşçü ilə heç vaxt məğlub olmayacağıq». Amma onlar bilmirdilər ki, döyüşçülərin çoxluğu bir o qədər də mühüm deyil. Ən əsası Allaha təvəkkül və Allahdan yardım istənilməsidir. Axı Ühüd döyüşündə müsəlmanlar çoxsaylı olmalarına baxmayaraq, meydandan qaçdılar. Əbu-Bəkrdə qaçanların arasında idi. Bəni-Haşimdən yalnız doqquz nəfər və başqa qəbilədən bir nəfər Peyğəmbərin ətrafında qalmışdı. Yalnız Allahın kiçik dəstəyə yardımından sonra qaçanlar geri dönüb düşmənə yenidən həmlə etdilər və qalib gəldilər. Bu barədə Allah-təala Qur’ani-Kərimdə buyurur: «Allah sizə bir çox yerlərdə, eləcə də, Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı. Gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız». («Tövbə» surəsi, ayə 25)
    Hadisə belə baş verdi: Həzrət Peyğəmbər Məkkədən Mədinəyə dönmək qərarına gəldiyi vaxt müsəlmanlığı qəbul etməmiş Həvazən və Səqif qəbilələri əl-ələ verib müsəlmanlara qarşı çıxmaq fikrinə düşdülər.
    Bu iki qəbilənin döyüşçüləri Malik ibn Əvfin komandanlığı altında Məkkədən Mədinəyə qayıdası Peyğəmbər qoşununa hücum etmək üçün Hüneyn məntəqəsində pusquda dayandılar. Onların sayı müsəlmanların sayından çox idi.
    İslam qoşununun Xalid ibn Vəlidin başçılığı altında öndə gedən hissəsi pusquya düşdü. Gecə yarıdan keçdiyindən və hava tam qaranlıq olduğundan düşmənin qəfil hücumu onları çaşdırdı və geri çəkilərkən aralarında təfriqə yarandı. Əbu-Süfyan və onun əlaltıları kimi İslamı yeni qəbul edənlər qorxuya düşüb qaçmağa başladılar. Bəni-Haşimdən yalnız doqquz nəfər Peyğəmbərin ətrafında qaldı. Həzrət Əli (ə) Peyğəmbərin qarşısında dayanıb düşmənlə vuruşaraq onları həzrətə yaxınlaşmağa qoymurdu. Şeyx Müfid yazır ki, bəni-Haşimdən olan digər adamlar Əliyə (ə) arxayın olaraq Peyğəmbərin (ə) ətrafında qalmışdılar. Əlinin (ə) əzmlə döyüşməsi sayəsində qaçanlar da geriyə dönmək qərarına gəldilər.(«İrşad» 1-ci cild, 2-ci bab, 40-cı fəsil.)
    Həzrət Peyğəmbər (s) uca səsə malik olan əmisi Abbas ibn Əbdül-Müttəlibə buyurdu: «Mühacir və ənsarı bir yerə toplanmağa də’vət et, təfriqə və pərakəndəliyin qarşısını al». Abbas uca səslə müsəlmanları sakitliyə və bir yerə toplanmağa çağırdı və əlavə etdi ki, həzrət Peyğəmbər (s) sağdır. Onun bu çağırışından sonra qaçanlar yavaş-yavaş geri dönməyə başladılar. Hava getdikcə işıqlanırdı. Bir yerə toplanmış müsəlmanlar düşmənin üzərinə qəti hücuma keçdilər. Həzrət Əli (ə) düşmənlərin qəbilə rəisi və bayraqdarını qılıncdan keçirdi. Bundan sonra düşmən sıralarına pərakəndəlik düşdü. Qaçanları müsəlmanlar tə’qib edirdilər. Bir sözlə, düşmənin bir hissəsi öldürüldü, digər hissəsi əsir alındı.
    Hüneyn döyüşü başa çatdıqdan sonra müsəlmanlar Taifə üz tutdular. Çünki Səqif qəbiləsi Taifdə məskunlaşmışdı və Peyğəmbərin (s) həmin məntəqəyə göndərdiyi Əbu-Süfyan ibn Haris orada müvəffəq ola bilməmişdi. Ona görə də həzrət özü Taifə getdi və oranı mühasirəyə aldı. Taifin mühasirəsi iyirmi gündən çox çəkdi.
    Həzrət Peyğəmbər Taif ətrafındakı bütlərin sındırılmasını Əliyə (ə) tapşırdı. Həzrət Əli (ə) həzrət Peyğəmbərin bu əmrini yerinə yetirərkən Xəs’əm qəbiləsinin cəngavərlərindən olan Şəhabı öz qılıncı ilə ikiyə böldü. Beləcə, bütün bütlər məhv edildi. Həmin tayfanın başqa bir qəhrəmanı Nafe ibn Qilan həzrətin (s) qılıncına tuş gəldi. Bir dəstə qılınc qorxusundan İslamı qəbul etdi, digər bir dəstə isə qaçıb gizləndi. Həzrət Əli (ə) qələbə bayrağı ilə Peyğəmbərin hüzuruna qayıtdı. Bu döyüş də müsəlmanların qələbəsi ilə başa çatdı.
    Taif döyüşü müsəlmanların ərəblərlə son daxili döyüşü sayılır. Çünki bu döyüşdən sonra Ərəbistan daxilində Peyğəmbərə qarşı çıxmağa kimsədə cür’ət qalmadı. Bütün Ərəbistan yarımadası həzrət Peyğəmbərin (s) hakimiyyəti altına keçdi. Qarşıda digər ölkələrdə İslamın yayılması vəzifəsi dururdu. Belə bir qərarın müqəddiməsi həzrət Peyğəmbərin (s) iştirak etdiyi son, Təbuk döyüşü oldu. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) bu döyüşdə iştirak etmədi.
    Həzrət Əlinin (ə) Peyğəmbər dövründəki hərbi xidmətlərindən danışdıq. Həzrətin xidmətləri sayəsində İslam bayrağı göyə ucaldı və müsəlmanlar əksər döyüşlərdən qalib çıxdılar. Həzrət Peyğəmbər buyurmuşdur: «Əgər Əlinin (ə) qılıncı olmasaydı, İslam möhkəmlənməzdi».

    ƏLİNİN (Ə) İMAMƏTİ HAQQINDA E’TİBARLI SÖZ
    Hicrətin onuncu ilində həzrət Peyğəmbər həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə üz tutdu. Həzrət Peyğəmbəri müşayiət edən adamların sayı haqqında müxtəlif rəqəmlər göstərilmişdir. Amma qəti şəkildə demək olar ki, bu səfərdə həzrəti bir neçə mindən çox müsəlman müşayiət edirdi. «Həccətul-vida» adı ilə məşhur olan bu həcc mərasimində Peyğəmbərlə gəlmiş xeyli müsəlman iştirak edirdi. Həzrət Peyğəmbər həcc əməllərini başa vurub Mədinəyə qayıdarkən zil-həccənin on səkkizinci günü Qədir-Xum adlanan məntəqədə dayandı. Çünki ona çox mühüm bir vəhy nazil olmuşdu. Bu vəhy bütün xalqa e’lan edilməli idi. Həzrət Peyğəmbər Allah-təalanın əmri ilə Əlinin (ə) vilayət və xilafətini xalqa bildirməli idi. Ayədə buyurulurdu: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanların şərindən qoruyacaq». («Maidə» surəsi, ayə 67.)
    Həzrət Peyğəmbər (s) göstəriş verdi ki, bütün hacılar bir yerə toplansınlar. Qabaqda gedənlər dayandı və arxada gedənlərin gəlib çatmasını gözlədi. Axı nə baş vermişdi?
    Hamı bir-birindən nə baş verdiyi barədə soruşurdu. Görən həzrət Peyğəmbər (s) hacıları bu üzücü istinin altında nə üçün saxlamışdı? Yer o qədər isti və yandırıcı idi ki, bə’ziləri ayaqlarını, ətəklərinə bükmüş, dəvələrin kölgəsində oturmuşdular. Nəhayət, intizar başa çatdı. Hacılar bir yerə toplandıqdan sonra həzrət Peyğəmbər göstəriş verdi ki, minbər düzəldilsin. Həzrət hamının onu görə biləcəyi və səsini eşidə biləcəyi minbərə çıxdı. Əlini (ə) isə öz sağ tərəfində dayandırmışdı. Həzrət xütbə oxuyub Qur’an və itrəti haqqında tövsiyə verdikdən sonra buyurdu: «Məgər mö’minlərin işində mən onların özlərindən daha irəli deyiləmmi?» Ərz etdilər: «Bəli». Həzrət buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Pərvərdigara, onun dostunu dost tut, düşmənini düşmən. Ona yardım göstərənə yardım et, onu tənha buraxanı alçalt». Sonra həzrət göstəriş verdi ki, müsəlmanlar dəstə-dəstə Peyğəmbərin xeyməsi ilə üzbəüz xeyməyə daxil olub, Əlini (ə) canişinlik məqamına görə təbrik etsinlər. Onu birinci təbrik edən Ömər ibn Xəttab oldu. Ömər ərz etdi: «Bəh-bəh, ey Əli, sən bu gün artıq mənim və hər bir kişi və qadının əmirisən.(«İrşad» 1-ci cild, 2-ci bab, 50-ci fəsil.) Beləcə, həzrət Peyğəmbər (s) Əlini (ə) öz canişini tə’yin etdi və göstəriş verdi ki, bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.
    Həssan ibn Sabit həzrət Peyğəmbərdən icazə istədi ki, Əlinin (ə) imamət və vilayəti, Qədire-Xumda Peyğəmbərə canişin tə’yin olunması haqqında bir qəsidə oxusun. Həzrət ona icazə verdi.İslam Peyğəmbəri Qədire-Xumda
    Üz tutub ümmətə verdi bir sual:
    Sizlərin rəhbəri mən deyiləmmi?
    Hamı təsdiq etdi, yox başqa xəyal.
    Belə davam etdi sözünə həzrət (s):
    Məni mövla bilən bilsin bu gündən
    Mənim canişinim, öz ağası tək
    Əlini (ə) tanımaq gərəkdir hökmən.

    Həzrət Peyğəmbər (s) Həssanın şe’rini dinləyib buyurdu: «Ey Həssan, nə qədər ki, dilinlə bizə yardımçısan, daim ruhul-qüds tərəfindən təsdiqlənmişsən».
    Bu xəbərin sübutu firqələr üçün o qədər aydındır ki, kimsə üçün inkar və şübhə yeri qalmamışdır. Çünki sünni tarixçiləri və təfsirçiləri öz kitablarında azca fərqlə bu barədə mə’lumat vermişlər. Onlar da təbliğ ayəsinin zil-hiccənin on səkkizinci günü Qədire-Xumda Əli haqqında nazil olmasını təsdiqləyirlər. Həzrətin (s) «mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır» buyuruğu sünni mənbələrində nəql olunmuşdur.(«Təfsire-kəbire-Fəxre-Razi».) Amma «Mövla» kəlməsi müxtəlif mə’nalara malik olduğundan bə’zi sünni alimləri hədisdə mövla kəlməsinin dost mə’nasında işləndiyini bildirmişlər. Onlar uyğun hədisi «mən kimin dostuyamsa Əli (ə) də onun dostudur» mə’nasında qəbul edirlər. Bu mə’nanı ibn Səbbağ Maliki də öz «füsulul-muhimmə» kitabında bəyan etmişdir. Təəssüb səbəbindən həqiqəti görə bilməyənlərə cavab olaraq «mövla» kəlməsinin müxtəlif mə’nalarını nəzərdən keçirəcəyik. «Mövla» sözünün aşağıdakı mə’naları vardır: İxtiyar sahibi, bəndə, azad olmuş, azad edən, qonşu, həmpeyman, həmand, şərik, yeznə, qonşu, ne’mətyetirən, dost, yardımçı. Bu mə’nalardan bə’ziləri Qur’ani-Kərimdə də işlədilmişdir. «Duxan» surəsində «mövla» sözü «qohum» mə’nasını bildirir: «Məhəmməd» surəsində isə «mövla» «dost» mə’nasında işlədilmişdir. Bu söz «Nisa» surəsində «həmpeyman», «Əhzab» surəsində «azad etmiş» mə’nalarını bildirir.
    Amma bu mə’nalardan bə’zilərini həzrət Peyğəmbərə (s) aid etmək olmaz. Çünki həzrət kimsənin qulu və həmandı olmamışdır. Əhəmiyyətli olmayan bir mövzuya görə həzrət Peyğəmbərin (s) insanları qaynar səhrada bir yerə toplayıb saxlaması inandırıcı deyil. İnanmaq olmur ki, həzrət Peyğəmbər (s) hacılara həzrət Əli (ə) ilə dostluq haqqında mə’lumat vermək üçün onları səhrada saxlamışdır. Peyğəmbərə (s) buyurulur: «Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan». Məgər sadəcə dostluğu bəyan etməmək bu qədər ciddi dəyərləndirilə bilərmi?! Əslində Peyğəmbərin (s) bu bəyanatı daha dərin mahiyyətə malikdir. Allah-təala ayənin davamında buyurur: «Allah səni insanların şərindən qoruyacaq». Məgər dostluq nəticəsində hansı nəticələr yarana bilərdi ki, Allah uyğun və’dlə belə bir təhlükəni aradan qaldıracağını bəyan edə.
    Digər bir tərəfdən mövla kəlməsinin dostluq mə’nasında tə’bir olunması dəlil tələb edir. Əks təqdirdə, belə bir mə’nalandırma üsul elminə zidd olar. Bu baxımdan yalnız «ixtiyar sahibi» mə’nasının dəlilləri vardır. Həmin dəlilləri nəzərdən keçirək:
    Əvvəla, Allah-təalanın Peyğəmbərin bu işi görməsini onun risaləti üçün şərt bilməsi məsələsinin ciddiliyindən danışır. «Mövla» kəlməsinin yalnız «ixtiyar sahibi» mə’nası ciddi mahiyyət daşıyır. Əgər uyğun kəlməni ixtiyar sahibi kimi tə’bir etsək, söhbətin Peyğəmbərdən sonra kimin onun canişini olacağından getməsi aydınlaşar. Ayə Cöhfə yaxınlığındakı Qədire-Xumda nazil olmuşdur. Hacılar, adətən, Cöhfəyə çatdıqda bir-birlərindən ayrılaraq öz vətənlərinə yola düşürlər. Artıq onların bir yerə toplanması mümkünsüz olur. Əlbəttə ki, bu göstəriş Peyğəmbərə bir neçə gün əvvəl nazil olmuşdu. Amma onun dəqiq vaxtını tə’yin etmək çətindir. Həzrət Peyğəmbər (s) yaxşı bilirdi ki, həzrət Əli (ə) döyüşlərdə bir çox düşmənlərin həyatına son qoyduğu üçün həmin qətlə yetirilənlərin qohum-əqrəbası Əliyə qarşı kinlidir. «Allah səni insanların şərindən qoruyacaq» və’di də Əliyə (ə) qarşı kinin mövcudluğundan danışır.
    İkincisi, həzrət Peyğəmbər mövla mövzusunda danışmazdan qabaq «mən sizin ixtiyar sahibiniz deyiləmmi», deyə soruşur. Hamı həzrətin belə bir məqama malik olduğunu təsdiqləyir. «Mövla» kəlməsinin ixtiyar sahibi mə’nasında olması həmin bu cümlədən aydın görünür.
    Üçüncüsü, həzrət Peyğəmbər (s) Əlinin (ə) mövlalıq məsələsinə toxunduqdan sonra göstəriş verir ki, Əliyə (ə) əmir ünvanında salam verilsin. Əgər məqsəd dost olsaydı, həzrət Peyğəmbər (s) buyurardı ki, ona bir dost olaraq salam verin. Ömərin «mənim mövlam hər bir kişi və qadının mövlasıdır» deməsi də həzrət Əlinin vilayətini təsdiqləyir.
    Dördüncüsü, ən məşhur sünni kitablarında da yazılmışdır ki, ilahi fərmanın bəyanından sonra bu ayə nazil olmuşdur: «Bu gün dininizi kamil etdim və sizə olan ne’mətimi tamamladım. Bir din olaraq sizin üçün İslamı bəyənib seçdim». («Maidə» surəsi, ayə 3.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Dininin kamilləşməsi, ne’mətlərin tamamlanması, mənim risalətimə və məndən sonra Əlinin (ə) vilayətinə Allahın razılığına təkbir!»
    Beşincisi, haqqında danışılan ayədən qabaq Allah-təala buyurur: «Kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun». («Maidə» surəsi, ayə 3)
    Kafirlər və müşriklər elə düşünürdülər ki, Peyğəmbərin oğlan övladı olmadığından o dünyasını dəyişdikdən sonra din də aradan gedəcək. Amma Allah əmri ilə Əlinin Peyğəmbərə (s) canişinliyi bəyan olunduqdan sonra onların bütün ümidləri puça çıxdı. Düşmən anladı ki, bu din həmişəlikdir. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, həzrətin buyuruğundakı «mövla» kəlməsi vilayət və canişinlik mə’nasında işlədilmişdir.(Təfsirul-mizan, 5-ci cild.)
    Bəli, mövla sözünün uyğun buyuruqdakı yeganə həqiqi mə’nası «ixtiyar sahibi»dir. Başqa mə’nalar məcazidir və onların təsdiqi üçün dəlillərə ehtiyac var. Üsul elminə əsasən həqiqət məcazidən irəlidir. Bir sözlə, «mövla» kəlməsi hədisdə, «ixtiyar sahibi» mə’nasını daşıyır.
    Deyilənlərdən əlavə, bu mərasimdən sonra Həssan ibn Sabitin oxuduğu qəsidə mövla sözünün həqiqi mə’nasını aydın göstərir. Həssan öz qəsidəsində həzrət Peyğəmbərin dili ilə Əlinin (ə) canişinliyi haqqında, onun ümmətə imaməti barədə mə’lumat verir.
    Əgər «mövla» sözü «dost» mə’nasında olsaydı, həzrət Peyğəmbər (s) Həssanın qəsidəsinə e’tiraz edərdi. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imam və canişin adlandırılmasına e’tiraz etmir, hətta Həssan haqqında xoş sözlər söyləyir.
    Çıxış yolu görməyən bə’zi sünni alimləri bu mə’nanı e’tiraf etməyə məcbur olmuşlar. Onlar bildirirlər ki, həzrət Peyğəmbər (s) Qədire-Xum günü Əlinin vilayət və canişinliyini e’lan etmişdir.(«Təzkireye-ibn Cəvzi» səh. 20.)
    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 1008 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024