İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissəlamın həyatı

    İmam Hüseyn əleyhissəlamın həyatı
    2012-06-08, 2:39 PM
    İmam Hüseyn əleyhissəlamın inqilabının səbəbləri
    Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseyn əleyhissəlamın inqilabında böyük təsiri olmuşdur:
    1. İmam Hüseyn əleyhissəlamdan Yezid üçün beyət almaq və bu məqsədlə İmam Hüseyn əleyhissəlama təzyiqlər göstərmək;
    2. Kufə camaatının İmam Hüseyn əleyhissəlamı İraqa (Kufəyə) dəvət etməsi;
    3. Əmr be-məruf və nəhy əz-münkər amili. İmam Hüseyn əleyhissəlamın Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.
    İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, İmam Hüseyn əleyhissəlamın inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər təsir göstərdiyini biləcəyik.
    1. Yezidə beyət etməyə qarşı müxalifət
    Zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən İmam Hüseyn əleyhissəlamdan beyət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki İmam Hüseyn əleyhissəlamdan onun üçün beyət alsın və bu işi əsla yubatmasın.(Əl-İrşad, səh.200.)Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyn əleyhissəlamı çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan İmam Hüseyn (əleyhissəlam) bu dəfə də beyətdən boyun qaçırtdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bidəti təsdiqləmək demək idi.
    Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əli əleyhissəlamın müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində İmam Hüseyn (əleyhissəlam) rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şəban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseyn əleyhissəlamın öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.
    İmam Hüseyn əleyhissəlamın inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şəri bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir amma İmam Hüseyn (əleyhissəlam) da buna razı olmurdu. Hər necə olur-olsun bu məsələ məlumdur ki İmam Hüseyn əleyhissəlamı Kufə əhalisi dəvət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməyəcəkdi.
    2. Kufəlilərin dəvəti
    İmam Hüseyn (əleyhissəlam) şəban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əli əleyhissəlamın ədalətli hakimiyyəti yadında qalmış o Həzrətin təlim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyn əleyhissəlamı Kufəyə dəvət edib ona itaət etsinlər.
    Bu müzakirədən sonra Kufə şiələrinin başçıları o cümlədən Süleyman ibn Sürəd Müsəyyib ibn Nəcəbə Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseyn əleyhissəlama məktub yazıb onu dəvət etdilər ki İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda İmam Hüseyn əleyhissəlama çatdı.(Əl-İrşad, səh.203.)
    Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki İmam Hüseyn əleyhissəlama təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı.(Əl-Lühüf, səh.15.) İmam Hüseyn (əleyhissəlam) camaatın müsbət reaksiya göstərməsini məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa İmam (əleyhissəlam) özü də ora yola düşəcəkdi.
    Göründüyü kimi İmam Hüseyn əleyhissəlamın kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki İmam Hüseyn əleyhissəlamın Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yəni beyət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (əleyhissəlam) üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (əleyhissəlam) belə bir nəticəyə gəldi ki əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr çox yaxşı əgər vəfa etməsələr onda yenə də Məkkəyə qayıdaram ya da başqa bir İslami məntəqəyə gedərəm.
    Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın Yezidə beyət etməkdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (əleyhissəlam) Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki Kufə camaatı İmamı dəvət etdiyi üçün İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməkdən imtina etmişdi və Kufə olmasaydı camaat məktub göndərməsəydi İmam Yezidə beyət edəcəkdi. Xeyr hətta yer üzünü İmama darısqal etsəydilər də, yenə İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməyəcəkdi.
    3. Əmr be-məruf və nəhy əz-münkər amili
    İmam Hüseyn (əleyhissəlam) ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki İmam Hüseyn əleyhissəlamdan beyət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr İmamdan beyət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki Kufə camaatı İmamı dəvət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın beyətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseyn əleyhissəlamın məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş etiraz və hücum məntiqidir. İmam Hüseyn əleyhissəlamın məntiqi bu idi ki İslam aləmini fəsad bürüdüyü və hakimiyyətin fəsadın mənbəyinə çevrildiyi üçün o öz şəri və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
    * * *
    Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseyn əleyhissəlamın inqilabında rolu olmuş onların hər biri İmam üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseyn əleyhissəlamın bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.
    Birinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər o da bundan imtina edirdi.
    İkinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa dəvət etmiş o da bu dəvətə müsbət cavab vermişdi.
    Üçüncü amil baxımından isə İmam Hüseyn (əleyhissəlam) etiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyn əleyhissəlamdan heç beyət istəməsəydilər də o hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.
    Hər üç amilin öz dəyəri
    İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?
    Şübhəsiz Kufə camaatının dəvətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (əleyhissəlam) Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmamı rəhbər olmağa dəvət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı şübhəsiz İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseyn əleyhissəlamın Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (əleyhissəlam) dəfələrlə elan etmişdi ki nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək. Bu İmam Hüseyn əleyhissəlamın təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.
    Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil yəni əmr be-məruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseyn əleyhissəlamın hərəkəti nə hökumətə qarşı bir reaksiya nə müdafiə nə də köməklik və dəvətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı etiraz və hücum idi.
    Əgər Kufə camaatının dəvəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki İmam Hüseyn əleyhissəlamın ən əsas xütbələri ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseyn əleyhissəlamın əmr be-məruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin etiraz edib hücuma keçməsi məlum olur.(Həmaseyi-Hüseyni, c.2.)
    Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Məlum oldu ki əgər Yezid İmam Hüseyn əleyhissəlamdan beyət almaq üçün onu təzyiqlərə məruz qoymasaydı da, İmam Hüseyn (əleyhissəlam) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyn əleyhissəlamı dəvət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.
    İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseyn əleyhissəlamın əmr be-məruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.
    1) İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
    İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi əmr be-məruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:
    «...Mən Mədinədən nə özümü qorumağa nə azğınlığa nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah əmr be-məruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O hakimlərin ən yaxşısıdır.» (Biharül-ənvar, c.44, səh.329.)
    Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:
    1) Ümməti islah etmək;
    2) Əmr be-məruf;
    3) Nəhy əz-münkər;
    4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.
    2) Bağışlanılmaz sükut
    İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:
    «Camaat! Allahın peyğəmbəri buyurmuşdur: "Kim Allahın haramını halal edən Allahın əhdini sındıran Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli hərəkəti və ya sözü ilə etiraz etməsə Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.
    Camaat! Agah olun bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...» (Məqtəlül-Hüseyn, səh.85; Əl-Kamilu fit-tarix, c.4, səh.48.)
    3) Sünnənin məhv olması bidətlərin yayılması
    İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:
    «...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə bir vəziyyətdəyik ki peyğəmbərin sünnəsi tamamilə itib batmış aradan getmiş və onun yerini bidətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız sizi düz yola hidayət edərəm. Allahın salamı rəhməti və bərəkəti sizə olsun!» (Tarixül-üməmi vəl-mülük, c.6, səh.200.)
    4) Artıq haqqa əməl olunmur
    Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:
    «Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli az otlu bir otlağa çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar dinə kömək edirlər elə ki imtahana çəkilirlər, sayları azalır.» (Tühəfül-üqul, səh.245; Tarixül-üməmi vəl-mülük, c.5, səh.229.)
    Düşünülmüş və hazırlıqlı qiyam
    Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir təbii ki belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.
    İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl məlum olur ki bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki onların hamısı azaddır kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.
    Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseyn əleyhissəlamın Kərbəla qiyamındakı rolu heç kəsə naməlum qalmamışdır.
    Əməvilərin iqtidar daxilində nüfuzu
    İmam Hüseyn əleyhissəlamın inqilabında əmr be-məruf və nəhy əz-münkərin rolu barədə dediklərimizdən məlum oldu ki o Həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bidətlərin yayılması Peyğəmbər sünnəsinin itib batması fəsad pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.
    İndi bu barədə bir az ətraflı danışaq.
    Bir daha xatırladırıq ki o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni–Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər.
    Düzdür bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların «cahiliyyət» dövrünün adət-ənənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar ancaq onların gördükləri işləri mütaliə etmək bu mənanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni–Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada kimsə var? » (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: «Xeyr.» Əbu Süfyan dedi: «İndi ki hökumət sizin əlinizə düşüb onu bir top kimi bir-birinizə ötürün. Çalışın ki hökumət Bəni–Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə nə əzab var nə hesab-kitab nə Cənnət var nə Cəhənnəm nə də Qiyamət.»(Şərhi Nəhcül Bəlağə (İbn Əbil Hədid), səh. 53, 139-cu xütbənin şərhi, həmçinin c. 2, səh. 44-45.)
    Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi.O, təpiklə Həmzənin qəbrinə vurub dedi: «Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.»(Qamusur-rical, c.10, səh.80.)
    Müaviyənin İslama zidd olan hərəkətləri
    Müaviyə ibn Əbu Süfyan öz xəlifəlik dövründə bir gecə (öz valilərindən biri olan) Müğeyrə ibn Şübə ilə oturub söhbət edərkən özünün İslamı aradan aparmaq arzusunu açıqlamışdır. Bu xəbər Müğeyrənin oğlu Mütərrif tərəfindən faş edildi. Mütərrif deyir: «Atam Müğeyrə ilə birlikdə Dəməşqdə Müaviyənin qonağı idik. Atam tez-tez Müaviyənin sarayına gedər və onunla söhbət edərdi. Qaldığımız yerə qayıtdıqda, onun ağıl-kamalından danışar onu tərifləyərdi. Ancaq bir gecə Müaviyənin sarayından qayıdanda gördüm ki atam bərk narahatdır. Başa düşdüm ki onun narahatlığına səbəb olan bir hadisə baş vermişdir. Narahatlığının səbəbini soruşduqda, mənə dedi: «Oğlum mən indi dünyanın ən çirkin adamının yanından gəlirəm.» Dedim: «Məgər nə olub?» Cavab verdi: «Müaviyə ilə tək oturmuşduq ona dedim: "İndi ki öz arzuna çatıb hökuməti ələ keçirmisən heç olmasa ömrünün axırlarında camaatla ədalət və yaxşılıqla davran, Bəni–Haşimlə bu qədər bədrəftar olma. Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar bundan da əlavə, onlar indi elə bir vəziyyətdədirlər ki daha onlardan sənə bir xətər yetişməz.» Müaviyə cavab verdi: «Əsla əsla! Əbu Bəkr xəlifə oldu ədalətlə davrandı ölümündən sonra təkcə adı qaldı. Ömər də on il xəlifə oldu zəhmətlər çəkdi ancaq ölümündən sonra təkcə qalan adı oldu. Sonra şərafətdə heç kəs ona çata bilməyən bizim Osman qardaşımız xəlifə oldu. O ölən kimi adı da özü ilə dəfn olundu. Ancaq İslam aləmində hər gün bu Haşimi kişinin (peyğəmbərin) adını beş dəfə çəkərək «əşhədu ənnə Muhəmmədən rəsulullah» deyirlər. İndi (o üç nəfərin adının itib batdığı lakin Məhəmmədin (səlləllahu əleyhi və alih) adının yaşadığı) bu vəziyyətdə onun adını itirib batırmaqdan başqa hansı yol var?»
    Müaviyənin küfr simasının üzərindən pərdə götürən bu söz rəvayətçilər tərəfindən (Abbasi xəlifəsi) Məmunun qulağına çatdıqda, o İslam ölkəsinin hər tərəfinə əmr verir ki camaat Müaviyəni lənətləsin.(Mürucuz-zəhəb, c.3, səh.454.)
    Cahiz "Süfyaniyyə” kitabında yazır: "Əbuzər Şama sürgün olunduğu vaxt Müaviyə ilə danışıqlarının birində şiddətlə ona etirazını bildirərək demişdi: Səninlə atan Allah və Peyğəmbərin düşmənisiniz. Zahirdə özünüzü müsəlman kimi göstərib kafir olduğunuzu gizlədirsiniz və Peyğəmbər dəfələrlə səni lənətləmişdir.”(Əd-dərəcatür rəfiə fi təbəqatiş-şiə, səh. 243; Şərhi Nəhcül-bəlağə, c.8, səh. 257. Mə`munun xilafəti bəhslərində qeyd olunduğu kimi ona belə fərman verməyə təşviq və təbliğ edənlər də elə "mö`təzililər” olmuşdur. Çünki onlar Bəni-Üməyyə ilə müxalif idilər və onların xilafətini qanunsuz hesab edirdilər.)
    Həmçinin İbn Əbil Hədid Mötəzili yazır: "Bizim şeyxlərimizin − Allah onlara rəhmət eləsin − (alim və bilicilərimiz) nəzərinə görə Müaviyənin müsəlman olmağı şübhəlidir və onun kafir olduğu ehtimalı vardır. Bu barədə mən "Nəqdis Süfyaniyyə” kitabında şeyximiz Əbu Osman əl-Cahizlə əshabımızın "kəlam” kitablarında nəql etdiyi Müaviyənin Peyğəmbər (s)-ə qarşı mülhid və müxalif fikirdə olduğunu, həmçinin ondan "cəbr” və digər küfr doğuran ideyaları təzahür etdiyini göstərən materialların ətrafında söhbətimizi qeyd etmişəm.”(Şərhi Nəhcül-Bəlağə, c. 1, s. 340)
    Bunlar Əməvilərin İslamı dağıtmaq fikrini və onların mürtəce bir hərəkətə başçılıq etdiyini göstərir.
    Yezidin fəsadları
    Belə bir ailədə tərbiyə alaraq bu cür adamların mədəniyyəti ilə böyümüş Yezidin İslam dini adı ilə camaata başçılıq etmək istədiyi dinə zərrə qədər də olsun etiqadı yox idi.
    Yezid təcrübəsiz şəhvətpərəst özbaşına ehtiyat və uzaqgörənliyi olmayan bir gənc idi. O ağılsız qorxu bilməyən kefcil əyyaş və düşüncəsi az olan bir insan idi. Hakimiyyətə gəlməzdən əvvəl həvayi-həvəs nəfsani meyllər əlində əsir olmuş Yezid, hakimiyyətə gələndən sonra heç olmasa atası kimi İslamın zahirinə də əməl etmədi. O ruhunun qorxmazlığı və həvayi-nəfs nəticəsində İslamın müqəddəs işlərini də açıqcasına ayaq altına ataraq şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni etdi. Yezid açıq-aşkar şərab içir və günah edirdi. O gecə məclislərində əyan-əşrafla oturub şərab içərkən heç bir qorxu hiss etmədən aşağıdakı məzmunda şerlər deyərdi: «Ey mənim piyalə dostlarım! Qalxın və xoşavaz xanəndələrin səsinə qulaq asın. Şərab piyalələrini bir-birinin ardınca başınıza çəkin və elmi-ədəbi söhbətləri bir qırağa qoyun. Saz-avaz sədası mənə azan və «Allahu əkbər» səsini eşitməkdən daha xoşdur. Mən (nisyə olan) Behişt hurilərini (nəqd olan) şərabla dəyişməyə hazıram. Nəqd mal bizim nisyə isə Qiyamətə əqidəsi olanların olsun!»(Təzkirətül-xəvass, səh.291.)Yezid bu cür həyasızlığı ilə İslamın müqəddəs etiqadını ələ salırdı. O peyğəmbərlik və Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alih) vəhy nazil olmasını açıq-aşkar inkar edir bunların hamısını cəddi Əbu Süfyan kimi xam xəyal hesab edirdi. İmam Hüseyn əleyhissəlama zahiri qələbə çaldıqdan sonra bu məzmunda bir şer deyir: «Haşim hökumət və mülklə oyun oynamışdır. Nə qeybdən bir xəbər gəlib nə də vəhy nazil olmuşdur.» Sonra İslam bayrağı altında Bədr döyüşündə vuruşaraq Yezidin qohum-əqrəbasını qılıncdan keçirmiş İslam fədailərinə olan kin-küdurətini aşkar edərək İmam Hüseyn əleyhissəlamı öldürməyi bunlara əvəz kimi hesab edib deyir: «Kaş Bədr döyüşündə ölmüş böyüklərimiz indi sağ olub deyəydilər: Afərin Yezid!(Tətimmətül-müntəhəl-amal, səh.44.)»
    Bir dəfə Müaviyə Yezidi Roma imperiyası ilə döyüşə göndərdi. (Müaviyə bununla bildirmək istəyirdi ki Yezid təkcə kef adamı deyil həm də mübarizə və döyüş adamıdır.) Süfyan ibn Ovf Qamidini də onunla göndərdi. Yezid sevimli arvadı Ummu Külsümü də özü ilə apardı. Süfyan Yeziddən qabaq ordu ilə birlikdə Roma imperiyasının torpaqlarına daxil oldu. Oranın pis iqlimi nəticəsində İslam ordusu Qəzqəzunə(Qəzqəzunə - Şam və Roma sərhədləri kənarında yer adıdır. Tərtus və Museysə də orada yerləşir.) adlı bir yerdə qızdırma xəstəliyinə tutuldu. Belə bir vəziyyətdə Yezid öz kefi ilə məşğul olub deyir:
    «Dəyri-Murran adlı bir yerdə Ummu Külsüm də yanımdadır daha nəyimə lazımdır ki İslam ordusu Qəzqəzunədə qızdırmaya tutulub ölür.»(Tarixi-Yə’qubi, c.2, səh160.)
    Məlumdur ki ölkənin cavanlarına və ordusuna bu qədər biganə olan şəxs hakimiyyətə gələrsə, İslam ümmətinin başına gör nələr gətirər?
    Yezidin sarayı günah mərkəzinə çevrilmişdi. Onun sarayındakı günahların mənfi nəticəsi o qədər yayılmışdı ki onun qısa müddətli hakimiyyəti dövründə hətta Məkkə və Mədinə kimi şəhərlərin müqəddəs mühiti də pozulmuşdu.(Mürucuz-zəhəb, c.3,səh67.)
    Yezid axırda öz kefinə görə canını əldən verdi və çox şərab içmək onun zəhərlənməsi və nəhayət ölümü ilə nəticələndi.(Mürucuz-zəhəb, c.3.səh.68.)
    İslam aləminin görkəmli tarixçilərindən olan Məsudi deyir: «Yezid camaatla Firon kimi davranırdı bəlkə də Fironun rəftarı ondan yaxşı idi.»(Məqtəlul-Hüseyn, c.2, səh.183.)
    Yezidin fəsad və pozğunluğuna alçaq həyat sürməsinə və zalım hökumətinə dair şahid və faktlar o qədərdir ki onların hamısını bu qısa bəhsdə qeyd etmək mümkün deyil. Güman edirik ki bu deyilənlər Yezidin əsl mahiyyətini tanımaq üçün kifayət edər.
    Yezidin təhrif olunmuş məsihiyyətə meyli
    Bu deyilənlərdən əlavə, Yezid əsasən, məsihi təlim-tərbiyəsi ilə böyümüş ya da ən azı məsihiyyətə meylli olmuşdur. Ustad Abdullah Əlaili buna işarə edərək yazır:
    «Yezidin məsihi təlim-tərbiyəsi altında böyüməsi haqda az da olsa, xəbərimiz yoxdur. Bəlkə də əziz oxucu bu məsələni ilk baxışda inkar edər. Ancaq Yezidin ana tərəfdən İslamdan qabaq məsihi olmuş Bəni–Kəlb qəbiləsindən olduğunu nəzər alsaq, daha buna təəccüb yeri qalmaz. Çünki bütün camaat bilir ki bir millətin əsas adət-ənənələri ictimai dəyərləri və mədəniyyətinin mənbəyi olan əqidəni tamamilə aradan aparmaq üçün uzun müddət vaxt lazımdır. Tarix bizə deyir ki Yezid gənclik dövrünə qədər bu qəbilədə böyümüşdü. Bunun mənası isə o deməkdir ki o tərbiyəçilərin diqqətini cəlb edən tərbiyə dövrünü belə bir mühitdə keçirmişdir. Beləliklə də, məsihiyyətdən təsir görməyindən əlavə, kəndin və səhranın təbiətinin çətinlikləri də onun ruhiyyəsinə qarışmışdı.
    Bunlardan əlavə, bəzi tarixçilərin o cümlədən məsihi alimi Lamensin «Müaviyə» və «Yezid» adlı kitablarında dediyinə görə Yezidin bəzi ustadları Şam şəhərinin xristianlarından olmuşdur. Müsəlmanlara rəhbərlik etmək istəyən bir şəxsdə bu tərbiyənin mənfi təsirləri heç kimə naməlum qalmayıb.»
    Əlaili əlavə edərək deyir: «Yezidin məsihi şairi Əxtəli Ənsarı tənə edib danlamağa məcbur etməsinin eləcə də bütün tarixçilərin dediyinə görə oğlunu tərbiyələndirmək üçün bir nəfər məsihiyə tapşırmasının da səbəbi onun özünün məsihi tərbiyəsi görməsi nəticəsindədir.»(Sumuvvul-mə’na fi sumuvviz-zat, səh.58.) Tarix şahiddir ki Yezidin özü məsihiyyətə olan meylini gizlətmir əksinə açıq-aşkar deyirdi: «Əgər şərab Əhmədin (İslam peyğəmbərinin) dinində haramdırsa onda onu Məsihin dininə əsasən iç.»(Müntəhəl-amal, c.3, səh.43.) (Əlbəttə, qeyd etmək lazımdır ki həqiqi xristian dinində də şərab içmək haram sayılır.)
    Ümumiyyətlə, qeyd etmək lazımdır ki Roma imperiyası Bəni–Üməyyənin sarayında böyük nüfuz tapmışdı. Bəzi Roma məsihiləri Şam sarayında məsləhətçi idilər. Tarixçilərin hamısı bir nəfər kimi deyir ki İmam Hüseyn (əleyhissəlam) Kufəyə tərəf hərəkət etdikdə Yezid romalı Sərcunun məsləhəti ilə o vaxtadək Bəsrənin valisi olan Übeydullah ibn Ziyadı (Bəsrəni də onun ixtiyarında saxlamaqla) Kufənin valisi təyin edir. O vaxta qədər Kufəyə Noman ibn Büşeyr başçılıq edirdi.(Məqtəlül-Hüseyn, səh.2; Əl-Kamilu fit-tarix, c.4, səh 23; İrşad (Şeyx Müfid), səh.205.)
    İndi ki Yezidin alçaq siması və onun İslama qarşı olan düşmənçiliyi məlum oldu onda İmam Hüseyn əleyhissəlamın onun qanunsuz hökumətinə qarşı qaldırdığı inqilabın səbəbi yaxşı aydın olur. Başa düşürük ki Yezidin hökuməti təkcə irsi səltənət rejiminin bidətçisi baxımından deyil həm də Yezidin səlahiyyətsiz olduğu cəhətdən onun hökuməti İmam Hüseyn əleyhissəlamın yanında qeyri-qanuni hökumət sayılırdı. Buna əsasən, Müaviyənin ölümü ilə onun dövründəki maneələrin çəkildiyi bir vaxtda növbə İmam Hüseyn əleyhissəlamın müxalifətinə yetişmişdi. Əgər İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etsəydi bu beyət Yezidin hökumətinə haqq qazandıran və onu şəri sayan ən böyük sübut olardı.
    İmam Hüseyn əleyhissəlamın müxalifətçiliyinin səbəbi o Həzrətin məktub və çıxışlarında açıq-aşkar görünür. İmam Hüseyn (əleyhissəlam) elə Mədinədəki ilk günlərdə ondan beyət almaq üçün çətinliklərlə üzləşdiyi zaman Yezidə beyət etmək məsələsini irəli sürən (Mədinə valisi) Vəlidin cavabında buyurdu: "İndi ki, müsəlmanlara Yezid kimi bir şəxsiyyət başçılıq edir onda İslamın fatihəsi oxunmalıdır.”(Əl-Lühuf, səh.11.) Həmçinin, kufəlilərin məktublarına yazdığı cavabda müsəlmanların başçısının hansı xüsusiyyətlərə malik olmasını belə açıqladı: «...Müsəlmanların rəhbəri elə bir adam olmalıdır ki Allahın kitabına (Qurana) əməl etsin ədalətlə rəftar etsin haqqı müdafiə edərək bütün qüvvəsi ilə Allahın qayda-qanununa tabe olsun.»(Əl-İrşad, səh.204.)
    Kərbəla qiyamının mübəlliğləri
    Hər bir inqilab əsasən iki hissədən - qan və xəbərdən (müraciətdən) ibarət olur. Qandan məqsəd qanlı və silahlı mübarizədir. Təbii ki, bu da müqəddəs məqsədlər uğrunda ölmək öldürmək və candan keçməyi tələb edir. Xəbərdən məqsəd isə qiyamın xəbərini yaymaq və onun müqəddəs məqsədlərini açıb bəyan etməkdir.
    Bir inqilabın qələbə çalmasında ikinci hissənin əhəmiyyəti birinci hissənin əhəmiyyətindən heç də az deyil. Çünki inqilabın məqsədləri camaat arasında bəyan olunmasa onda camaat inqilabı himayə etməyəcək bunun nəticəsində də inqilab tamamilə unudulacaq bəlkə düşmənlər tərəfindən inqilabda bəzi təhrif və dəyişikliklər də baş verəcək. İmam Hüseyn əleyhissəlamın inqilabını araşdırdıqda, bu iki hissə tam şəkildə nəzərə çarpır. Çünki İmam Hüseyn əleyhissəlamın inqilabında Aşura gününün günortasına qədər birinci hissə yəni qan və şəhadət hissəsi cilvələnirdi. Bunun başında da, İmam Hüseyn əleyhissəlamın özü dururdu. Aşura gününün günortasından sonra isə inqilabın ikinci hissəsi başladı. Buna isə İmam Səccad əleyhissəlamla xanım Zeynəb (səlumullahi əleyha) başçılıq edirdilər. Onlar İmam Hüseyn əleyhissəlamın və səhabələrinin qanlı şəhadətini öz kəskin söz və çıxışları ilə camaata çatdırdılar və çirkin Əməvi hakimiyyətini rüsvay etdilər.
    Əməvi hökumətinin Müaviyənin dövründən başlayaraq Əhli-beytə qarşı zidd təbliğat yaymasını (xüsusilə də Şamda) nəzərə aldıqda, aydın olur ki əgər İmam Hüseyn əleyhissəlamın inqilabından sonra İmam Səccad (əleyhissəlam) və Həzrət Zeynəb (səlamullahi əleyha) Əməvi hökumətini rüsvay etməyə və camaatı oyatmağa məşğul olmasaydılar İslam düşmənləri və iqtidarın yaltaq qulluqçuları İmam Hüseyn əleyhissəlamın əbədi və böyük inqilabını tarix səhifəsində çirkin bir qiyam kimi qələmə verər və onu olduğunun əksinə qiymətləndirərdilər. Necə ki onlardan bəziləri İmam Həsən əleyhissəlamın ölümünü o Həzrətin ciyərinin şişməsi ilə əlaqələndirmişlər. Bir dəstə belə iddia edirdi ki İmam Hüseyn (əleyhissəlam) xərçəng xəstəliyindən dünyadan getmişdir. Ancaq Aşura inqilabının təbliğçiləri əsirlikdə olarkən Yezidin ağılsız düşmənçiliyi onlara bu fürsəti verdi ki onlar geniş təbliğat nəticəsində İmam Hüseyn əleyhissəlamın düşmənlərinə onun inqilabını təhrif etmək və dəyişdirmək icazəsi verməsinlər.
    İndi Kərbəlanın azadlıq bəxş edən əsirlərinin camaatın fikrini oyatmaqda və İmam Hüseyn əleyhissəlamın inqilabını camaata çatdırmaqda göstərdikləri fəaliyyətin yaxşı aydın olması üçün bir az geri qayıtmalı və Müaviyənin Şamdakı hakimiyyətinə nəzər salmalıyıq.
    Category: İmam Hüseyn əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1307 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024