İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:33 AM
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN QARŞISINDA İKİ YOL
    Kufəlilərin Müaviyə ilə döyüşə hazır olmadığı bir həqiqət kimi üzə çıxdığı və onlara hüccət tamam olduğu zaman İmam Həsən (əleyhis-salam)-ın qarşısında yalnız iki yol qalmışdı: ya həmin azsayı qoşun ilə döyüşü davam etdirsin, ya da Müaviyə ilə sülh edib xilafətdən kənara çəkilsin.
    Birincinin nəticəsi gün kimi aydın idi. Çünki, bir tərəfdən həqiqi dostların azlığı, digər tərəfdən isə münafiqlərin, iğtişaşçıların hiylələri ilə belə, müharibə hökmən ağır məğlubiyyətlə nəticələnəcəkdi. Çünki İmam Həsən (əleyhis-salam) bir ümmətin rəhbəri kimi döyüşə girdiyi üçün bəziləri onunla bir olacaqdı. Amma onlar ətrafda pərakəndə halda olan xalis şiələr idi. Hətta əgər onlar bir yerə yığışsaydılar belə, İmam Həsən (əleyhis-salam) iki cəbhədə vuruşmalı olacaqdı. Birinci cəbhə Müaviyə və onun döyüşçülərindən ibarət olan xarici dəstə, ikinci cəbhə isə daxildəki münafiqlər, yəni Müaviyənin tərəfini saxlayan, müsəlmançılıq əqidələri olmayan və Əhli-beyt (əleyhimüs-salam) ilə düşmən olan, ya da heç olmasa Əhli-beyt və İmam Həsən (əleyhis-salam)-ı tanımayan zahiri müsəlmanlar idi. Buna görə də Həzrət bu cür vəziyyətdə ikinci yolu–sülhü seçərək xilafətdən əl çəkdi ki, heç olmazsa, müsəlmanların qanlarının axıdılmasının, daxili müharibənin genişlənməsinin qarşısını alsın.
    BEŞİNCİ HİSSƏ
    İMAM HƏSƏN (əleyhis-salam)-IN MÜAVİYƏYƏ SÜLH HAQQINDAKI MƏKTUBU
    İmam Həsən (əleyhis-salam) bir məktubda Müaviyəyə belə yazdı:
    Mənim xeyrim haqqı dirçəltmək, batili məhv etməkdədir. Lakin mən bu camaatdan məyus olmuşam. Sən isə öz istəyinə çatırsan. Mən xilafətdən əl çəkərək bu hökuməti sənə tapşırıram. Sonradan qeyd edəcəklərim şərtlərə əməl etməyini səndən istəyirəm və Allahı ona şahid tuturam. Qiyamət günü Allah bu sülhün şərtləri barəsində bizim aramızda hakimdir.
    Müaviyə də Əbdüllah ibni Haris ibni Nofəl ilə (onun anası Müaviyənin bacısı idi) təkcə axırını imzalayıb möhürlədiyi ağ məktubu İmam Həsən (əleyhis-salam)-a göndərdi. Dedi ki, ürəyin nə istəyirsə, hansı şərtlər nəzərinə gəlirsə onu da yaz, mən hamısını qəbul edərəm.
    Əbdüllah bu ağ məktubu gətirdi və Həzrət sülhün maddələrini və şərtlərini yazdı.
    SÜLHÜN MADDƏLƏRİ
    Bismillahir-rəhmanir-rəhim.
    Bu, Həsən ibni Əliyyibni Əbitaliblə Müaviyətibni Əbi Süfyan arasında bağlanan sülhün şərtləridir. Onlar razılaşırlar ki, o müsəlmanların vilayəti (rəhbərliyi) Müaviyəyə həvalə edilsin. Bu şərtlə ki, o, (Müaviyə-müt.) Allahın kitabı, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnətinə əməl etsin; həmçinin onun özündən sonra xəlifə, vəliəhd seçməyə haqqı yoxdur: Həsən onun canişini olacaqdır. Əgər Həsənə bir hadisə üz versə rəhbərlik işi onun qardaşı Hüseynə çatacaqdır. Camaatın (şiələr) hər yerdə (Şamda, İraqda, Hicazda və Yəməndə) gərək canları, malları, namusları, övladları toxunulmaz olsun. Müaviyə Əmirəl-möminin Əliyyibni Əbitalibi söyməyi, onun barəsində nalayiq sözlər tərk etməli, onu yaxşılıqla yad etməlidir. Cəməl və Siffeyn müharibələrində Əmirəl-mömininin tərəfində vuruşanların övladlarının hüquqları (maaşları) beyltül-maldan ödənilməlidir. Müaviyə özünü möminlərin əmiri adlandırmamalıdır. O, Allahla, habelə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsi Həsən ibni Əli ilə peyman bağlayır ki, bu şərtlərə əməl etsin. Həsən ibni Əli və onun qardaşı Hüseyn ibni Əliyə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sülaləsindən olanların heç birinə əzab-əziyyət və zülm etmək fikrində olmasın; istər aşkar, istərsə də məxfi şəkildə onların barəsində pis fikrdə olmasın və bir kəsi qorxutmasın. Bu şərtlər hər kəsin barəsində, hər yerdə olursa olsun, riayət olunmalıdır.(Təbərini tarixi, 4-cü cild, səh.122; Təzkirətül-əimmə, səh.111; Mənaqib (İbni Şəhraşub), 2-ci cild, səh.167. )
    Bu sülhnamə 41-ci hicri ili, rəbiül-əvvəlin 25-də imzalandı.
    MÜAVİYƏ KUFƏYƏ GƏLİR
    Sülh bağlandıqdan sonra Müaviyə Kufəyə tərəf hərəkət etdi. Cümə günü Kufənin yaxınlığındakı Nüxəyləyə çatdı.
    İki ordunun Nüxəylədə olduğu vaxt Müaviyənin əlinə manevr etmək üçün münasib fürsət düşmüşdü. Buna görə də camaatı başına yığıb sözə başladı, dedi: Bir ümmət öz peyğəmbərindən sonra ikitirəliliyə, ixtilafa məruz qalmışsa, hökmən haqq əhli batilə qalib gəlmişdir (Bu sözün öz əleyhinə tamam olduğunu anladıqda, dərhal dedi:) Əlbəttə, İslam ümməti bu qaydadan istisnadır. Elə bilirsiniz ki, mən namaz, zəkat, həcc və s. bu kimi məsələlərə görə sizinlə müharibə etdim? Əsla! Mənim sizinlə müharibəm yalnız ona görə idi ki, sizə hökumət edəm, sizi öz hökmranlığım altında saxlayam. Allah da onu sizin istəmədiyinizə baxmayaraq, mənə qismət etdi. Bilin ki, Həsən ibni Əliyə sülh müqaviləsində bəzi vədlər verdim və söz verdim ki, onlara əməl edim. Bilin ki, mən elə bu andan etibarən müqavilənin bütün şərtlərini tapdalayıram. Onların heç birinə əməl etməyəcəyəm.(İrşad (Şeyx Mufid), Məqatilit-talibin Əbulfərəc İsfahani. )
    Beləliklə, Kufə camaatından beyət aldı. Camaat da ona beyət etdi. Sonra minbərə çıxıb sözə başladı. Axırda Həzrət Əli (əleyhis-salam)-a nalayiq sözlər deməyə başladı. İmam Hüseyn (əleyhis-salam) dözmədi, ayağa qalxdı ki, o məlunun cavabını versin. Lakin İmam Həsən (əleyhis-salam) onun əlindən tutub əyləşdirdi və özü ayağa qalxıb buyurdu: Ey Müaviyə dilin qurusun, Əlinin adına nalayiq sözlər deyirsən?! Mən Həsənəm, atam Əmirəl-möminin Əliyyibni Əbitalibdir. Sənin atan Səxrdir; mənim anam Fatimə, sənin anan isə Hinddir;(Həzrət Fatimə iffət, namus əzəmətin təcəssümü və İslam qadını üçün lazım olan bütün ali-insani xüsusiyyətlərə malik idi. Həzrət Peyğəmbərin vəfatından sonra Cəbrəil ona nazil olurdu.) mənim babam Allahın Rəsulu, sənin baban isə Hərbdir; mənim nənəm Xədicə, sənin nənən isə Füteylədir.
    Ey Müaviyə! Hər kəsin əsil-nəsəbi itib-batmış, nəsli alçaq, qədimdən şərr, küfr və nifaqı çoxdursa, Allahın lənəti ona olsun!
    Məclisdə oturanların hamısı amin dedilər. Burada Müaviyə mat-məəttəl, heyrət bürümüş və peşman olmuş halda məclisi tərk etdi.(Hind isə cahiliyyət dövdündə məşhur zinakarlardan sayılırdı ki, qəbul günləri evlərinin qarşısına bayraq sancırdılar. (Məhz buna görə də Peyğəmbər təzə müsəlman olan qadınlarla əhd bağlayırdı ki, bir daha zina etməsinlər.) Ühüd döyüşündə də Həzrət Həmzənin ciyərini çeynəmişdi. (Mütərcimdən) )
    İMAM HƏSƏN (əleyhissalam)-IN XÜTBƏSİ
    Müaviyə Kufəyə daxil olduqdan bir neçə gün sonra məscidə gəldi. İmam Həsən (əleyhis-salam) da oraya gəldi. O, İmam Həsən (əleyhis-salam)-a dedi ki, minbərə çıxıb camaata desin ki, xilafət mənim haqqımdır. Həzrət minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra buyurdu:
    Camaat! Bilin ki, ən yaxşı qoçaqlıq–təqva və pərhizkarlıq; ən böyük ağılsızlıq və axmaqlıq isə Allah qarşısında məsiyət, günah etməkdir.
    Ey camaat! Əgər məğribdən məşriqə kimi məndən və qardaşım Hüseyndən başqa babası Rəsulallah olan bir kəs axtarmaq istəsəniz, heç vaxt tapa bilməzsiniz. Allah sizi Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ilə hidayət etdi, amma siz onun Əhli-beytini tək qoydunuz. Müaviyə, mənim layiq olduğum və mənə məxsus olan bir işdə mənimlə müharibə etdi, amma mən dost tapmadığım üçün, habelə ümmətin məsləhəti və sizin sağ qalmağınız üçün müharibədən əl çəkdim. Siz mənimlə beyət etmişdiniz ki, mən hər kəslə sülh etsəm, sülh edəcək və hər kəslə müharibə etsəm, onunla müharibə edəsiniz. Mən bu ümmət üçün sülh edib qan tökülməsinin qarşısını almağı məsləhət gördüm.
    Hər halda bu iş, Allahın haqqın qələbəsini istədiyi, onun səbəblərini müyəssər edəcəyi vaxta qədər müsəlmanlar üçün bir fitnə, münafiqlər üçün əhəmiyyətsiz, kiçik mənfəətdir.
    QEYS MÜAVİYƏYƏ BEYƏT EDİR
    Sülhdən sonra Müaviyə Qeys ibni Sədi çağırdı ki, ona beyət etsin. O, şücaətli, güclü, pəhləvan cüssəli və ucaboylu bir kişi idi. Ata minəndə ayaqları yerə çatırdı. Qeys Müaviyəyə dedi: Mən and içmişəm ki, səninlə görüşməyəm. Bizim aramızda yalnız nizə və qılınc olacaq. Müaviyə bu andı götürmək üçün nizə və qılınc hazır etdi və onu çağırdı. Qeys dörd min nəfərlə bir tərəfdə durmuşdu və Müaviyə ilə müxalifət məqamında idi. İmam Həsən (əleyhis-salam) onun beyət etməsini əmr etdikdən sonra o beyət etdi.
    ALTINCI HİSSƏ:
    SÜLHÜN SƏBƏBLƏRİ
    1-CAMAATIN İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN HÖKUMƏTİNƏ DÖZÜMÜ YOX İDİ
    İmam Həsən bilirdi ki, ona beyət edənlər öz əhdlərində möhkəm və sabit deyillər. Çünki, Həzrət Əmirəl-möminin Əli (əleyhis-salam)-ın beş illik xilafət dövrü göstərdi ki, camaatın məsum imamların rəhbərliklərini qəbul etməyə hazırlıqları yoxdur.
    Həzrət Əli (əleyhis-salam)-a həddindən artıq şövq, sevinc və rəğbətlə etdikləri beyət qısa müddətdən sonra süstləşdi və beyəti pozdular.(İrşad (Şeyx Müfid), səh.355.)
    İmam Həsən (əleyhis-salam) isə elə əvvəldən xəvaric, qənimət həvəskarları, qəbilə başçılarının tərfdarları, rahatlıq sevən və süst əqidəli adamlarla üzbəüz idi. Belə ki, onlar istədiklərini əldə etmək üçün özlərini zəhmətə salmağa ümumiyyətlə hazır deyildilər. Yalnız çoxlu danlaq və məzəmmətlərdən sonra Müaviyə tərəfə getməyə hazırlaşdılar.
    2-İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN NƏZƏRİNDƏ SÜLHÜN SƏBƏBLƏRİ
    Camaatın əhval-ruhiyyəsinin hansı səviyyədə olduğunu İmam Həsən (əleyhis-salam)-ın bu çıxışı daha yaxşı aydınlaşdırdı. O Həzrət Mədain ordugahında öz döyüşçülərinə buyurdu:
    Siz Siffeyn yoluna dünyanızı dininizdən arxada qoymuşdunuz. Amma bu gün dininizi dünyanızın arxasında qoymuşsunuz. Siz keçmişdə (Siffeyn və Nəhrəvan müharibələrində) öldürülən iki dəstənin arasında orta mövqeydəsiniz: Siffeyndə öldürülənlərin halına ağlayır, Nəhrəvanda öldürülənlərin intiqamını bizdən almaq istəyirsiniz.(Əlavə məlumat almaq üçün Əmirəl-möminin Əli (ə)-ın başına nələr gəldi kitabına müraciət edə bilərsiniz. )
    Şeyx Müfid yazır: İmam Həsən (əleyhis-salam) Hücr ibni Ədini qoşun yığmağa əmr etdi. O, camaatı cihada təşviq edirdi. Lakin axırda xəbər verdi ki, mən, öz qəbiləmdən olan min nəfər döyüşçü ilə hazıram. Amma yerdə qalanların bəziləri şəkkdə, tərəddüddədir. Bəziləri fitnəçilərin əlində oyuncaq olaraq qənimət yığmaq fikrindədirlər. Bir hissəsi də cahiliyyət təəssüblərinə malik olmaqla İslam məktəbinin qayda-qanunları ilə tərbiyə olunmayıblar.(Məlahim və fitən-Seyyid ibni Tavus)
    3-CAMAATIN FİKRİ BİR DEYİLDİR
    İmam Həsən (əleyhis-salam) öz döyüşçüləri barəsində belə buyurdu:
    Onlardan heç birinin fikri və rəyi digəri ilə eyni deyildir. Hər birinin öz nəzəri var, qəlbləri bir-birlərindən uzaqdır. Əsl hidayət yoluna qədəm qoymamışlar. Onların rəyləri elə puçdur ki, nə xeyir, nə də şər tərəfə fikrləşməyə qadir deyillər.
    Bu sifətlər Həzrətin döyüşçülərinin və tərəfdarlarının əksəriyyətinin ruhiyyəsi idi.(İrşad (Şeyx Mufid), səh.170)
    4-HÜCRÜN ETİRAZI
    Qeys ibni Səd ibni Übadənin rəhbərlik etdiyi qoşunda vuruşanda üzündən yaralanmış Übeyd ibni Əmr Kindi İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəldi. Həzrət ondan soruşdu:–Üzünə nə olub?
    O dedi:–Döyüşdə olmuşdur.
    Sonra Hücr ibni Ədi İmam Həsən (əleyhis-salam)-a dedi:–Biz Müaviyə və onun tərəfdarları ilə döyüşdən meyilsiz və acıqlı halda qayıtdıq, düşmənlərimiz isə şad, sevinə-sevinə qayıtdılar.
    Bu söz Həzrəti narahat etdi, işarə ilə onu sakitləşdirdi. Sonra buyurdu:–Ey Hücr! Camaatın hamısı heç də sənin istədiklərini istəmir, nəzərləri sənin nəzərin kimi deyildir. Mənim gördüyüm işlər yalnız səni qorumaqdan ötrü olmuşdur və Allahın iradəsi hər gün bir cürdür.(Kamil (İbni Əsir), 3-cü cild, səh.62. )
    5-SÜLH–MÜSƏLMANLARIN CANININ QÜRUNMASI ÜÇÜN
    Sibt ibni Cozi Süddidən nəql edir ki, İmam Həsən (əleyhis-salam) heç də dünyaya bağlı olduğuna görə Müaviyə ilə sülh etmədi; əksinə, Həzrət İraq camaatının onunla bir olmadığını, ona qarşı hiylə qurduqlarını və onu tutub Müaviyəyə təhvil verəcəklərini görürdü. Məhz bu səbəbdən də Həzrətin sülhdən qabaq Nüxeylədə camaata etdiyi xitab bu sözə şahid ola bilər. Həzrət buyurmuşdu:
    Ey camaat! Müaviyə ilə ixtilafda olduğumuz bu iş (xilafət) mənim haqqımdır, lakin ümmətin islahı, müsəlmanların canının qorunması üçün ondan keçirəm. Bəlkə bu, sizin üçün müəyyən müddətə qədər bir sınaq və faydalı olsun.
    6-DOSTLARIN OLMAMAZLIĞI
    Sülh müqaviləsi imzalandıqdan sonra, şiənin görkəmli şəxsiyyətləri, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın dostları Həzrət İmam Həsən (əleyhissalam)-ın dövrəsinə yığışıb onu məzəmmət etdilər və gördüyü bu tədbirə görə hay-küy saldılar.(Səfinətul-bihar, 1-ci cild, səh.223; Nəhcül-bəlağənin şərhi (İbni Əbil-Hədid) )
    Təbərsi Ehticac kitabında nəql edir ki, Həzrət etiraz edənlərin cavabında buyurdu: Allaha and olsun, mən yalnız döyüş üçün köməkçilərim olmadığına görə hökuməti Müaviyəyə həvalə etdim. Əgər köməkçim olsaydı, Allahın bizim aramızda hökm edəcəyi vaxta qədər onunla döyüşərdim.
    7-ÜMMƏTİN MƏSLƏHƏTİ
    Müaviyə Kufədə camaat üçün etdiyi söhbətində, sülhün şərtlərini aşkar şəkildə pozduğunu elan edəndə, Müsəyyib ibni Nəxlə İmam Həsən (əleyhis-salam)-a ərz etdi:–Mən hələ də sizin işinizdən təəccübdəyəm! Qırx min nəfər sənə kömək etməyə hazır olduğu halda sən Müaviyə ilə sülh etdin və ondan sülhün şərtlərinə və əhdinə əməl etmək üçün iltizam almadın. Allaha and olsun, onun səni öldürməkdən başqa heç bir məqsədi yoxdur.
    Həzrət buyurdu:–İndi sənin nəzərin nədir?
    Müsəyyib ərz etdi:–Əvvəlki yerinizə qayıdın, çünki o, rəsmi olaraq sülhün şərtlərini və əhdini pozduğunu bildirib.
    İmam Həsən (əleyhis-salam) buyurdu:–Ey Müsəyyib! Əgər mən dünya üçün döyüşsəydim, şübhəsiz ki, döyüş meydanında Müaviyə məndən dözümlü və mətanətli olmazdı, amma mən sizin məsləhətinizi, xeyrinizi istəyirdim ki, bir-birinizin arasındakı çaxnaşmanın qarşısını alam. Buna görə də siz Allahın qəzavü-qədərinə razı olun. Bu halda yaxşı insanlar asudə olub şər adamların pəncəsindən amanda qalarlar.(Məqatilit-talibin (Əbul Fərəc İsfahani).)
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 666 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024