İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi

    HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
    2012-07-01, 10:26 PM
    DÖVLƏTXADİMLƏRİNİN BƏLASI VƏ BƏLANIN QARŞISINI ALMAQ YOLU

    Dövlət xadimləri icra işləri ilə məşğul olduqlarından və vaxtlarının çoxunu məmləkətin idarə olunmasına sərf etdiklərindən müəyyən məsələlər onların diqqətindən yayınacaq və bir çox hadisələri düzgün dəyərləndirə bilməyəcəklər. Nəticədə başlarını itirib məmləkətin problemlərinə biganə qalacaqlar.

    Bu bəla o vaxt zirvə həddinə çatır ki ,dövlət mə’muru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai rə’yə ifrat bağlılıq təhlükəsi də hədələyəcək. Beləcə ,dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq ,həm də şəxsi ,ibadi məsələlərinə e’tinasız qalacaq.

    Bu bəlanın qarşısını almaq üçün elm və təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət buyurur:

    وَأَكْثِرْ مُدَارَسَةَ الَعُلَمَاءِ، وَمُنَافَثَةَ الْحُكَمَاءِ، فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلاَدِكَ، وَإِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ

    "(Din) alimləri ilə ünsiyyətdə çox ol ,hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O ,sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur.”

    İMANLILIQ, YOXSA MÜTƏXƏSSİSLİK?

    Həzrət mövlanın buyuruğunu araşdıran nəzər sahibləri başqa bir nöqtə ilə də tanış olur. Bu gün İslam cəmiyyətində bə’ziləri ixtisasdan dəm vurur və mütəxəssisliyi seçim me’yarı sayırlar. Bir başqaları isə seçimdə imanı əsas götürür. Həzrət Əli (ə) "əksir mədarəsətəl-uləma” cümləsi ilə Maliki İslam alimləri və din biliciləri ilə ünsiyyətə də’vt edir. Amma "munafəsətəl-hukəma” cümləsində ixtisas və təcrübə sahiblərindən istifadə nəzərdə tutulmuşdur. Belə ki ,həzrət dövlət işlərinə tə’yinatda din və ixtisası birlikdə me’yar götürməyi tövsiyə edir.

    CƏMİYYƏTDƏKİFƏRDLƏRİN MÜŞTƏRƏK TALEYİ VƏ İCTİMAİ TƏBƏQƏLƏRİN BAĞLILIĞI

    Nəhcül-bəlağə baxımından cəmiyyətin müxtəlif təbəqələri bir təndən təşkil olunmuşdur və müştərək taleyə malikdir.

    İstər-istəməz onların əməlləri bir-birinə tə’sir edir. Cəmiyyətin əksəriyyəti pis olduqda azlıqda qalan salehlərə də onların acı taleyindən pay düşür. Cəmiyyətin əksəriyyəti saleh olduqda isə azlıqda qalan pislər də onların işığından faydalanır. Bəli ,istənilən bir təbəqənin taleyi digər təbəqələrin taleyi ilə müştərəkdir.

    Bu əsasla həzrət Əli (ə) ictimai təbəqələrlə tanışlığı ,hər təbəqənin sağlamlığına diqqəti hakim üçün vəzifə sayır. Həzrət Mövla Malikə tapşırır ki ,hər təbəqəni dəqiq tanısın və onların sağlamlığına diqqət yetirsin. O buyurur:

    وَاعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ ل يَصْلُحُ بَعْضُهَا إل بِبَعْض، وَلاَ غِنَى بِبَعْضِهَ عَنْ بَعْض: فَمِنْهَا جُنُودُ اللهِ،مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَالْخَاصَّةِ، وَمِنْهَا قُضَاةُ الْعَدْلِ، وَمِنهَا عُمَّالُ الاِْنْصَافِ وَالرِّفْقِ، وَمِنْهَا أَهْلُ الْجِزْيَةِ وَالْخَراجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَمُسْلِمَةِ النَّاسِ، وَمِنْهَا التُّجَّارُ وَأَهْلُ الصِّنَاعَاتِ، وَمِنهَ الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَالْمَسْكَنَةِ، وَكُلٌّ قَدْ سَمَّى اللهُ سَهْمَهُ، وَوَضَعَ عَلَى حَدِّهِ وَفَرِيضَتِهِ فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ(صلى الله عليه وآله)عَهْداً مِنْهُ عِنْدَنَ مَحْفُوظاً

    "(Ey Malik) bil ki ,xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu ,ümumi və xüsusi yazarlar (katiblər),ədalətli qazilər ,kargüzarlar və qulluqçular ,cizyə və xərac əhli. İslamın pənahına sığınan və ya müsəlman olan tacir ,sənətkar və aşağı təbəqə üçün Allah pay ayırmış ,onu Qur’an və peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu ,bir əhd olaraq bizdə hifz olunur.”

    Həzrət Əlinin (ə) ictimai təbəqələrin bağlılığı və rabitələri haqqında buyurduqlarına diqqətlə baxaq. Onlardan hər biri üçün Allah kitabı və peyğəmbər sünnəsində xüsusi yer ayrılmışdır. Cəmiyyətin inkişafında hər bir təbəqənin rolu təsvir olunur.

    İCTİMAİTƏBƏQƏLƏRİN MÖHKƏMLİYİ

    Fərdlərin cəmiyyətdə müştərək taleyindən və ictimai təbəqələrin bağlılığından danışdıq. Əlavə edək ki ,həzrət Əlinin (ə) nəzərincə ,cəmiyyətdə bir təbəqənin möhkəmliyi o biri təbəqənin möhkəmliyinə bağlıdır. Başqa sözlə ,heç bir təbəqə digər təbəqənin varlığından ehtiyacsız deyil. Öz varlığını qorumaq istəyən təbəqə cəmiyyətdəki digər təbəqələrin mövcudluğu üçün çalışmalıdır. Kimsə düşünməməlidir ki ,onun varlığı başqalarının məhvindən asılıdır.



    Əfsus, dərdimizin əsil dəvası,

    Pərişanlıqların əsil şəfası

    Bir əllərdədir ki, güman edirlər

    Xeyir tapacaqlar məhv olsaq əgər.

    Silahlı qüvvəsi olmayan cəmiyyətdə əmin-amanlıq yoxdur. Əmin-amanlıq olmasa ticarət və əkinçilik süquta uğrayar. Ticarət və əkinçilikdən fayda götürülmədikdə silahlı qüvvələrin də büdcəsi boş qalır. Hakimlər və qazilər çeşidli ictimai fəaliyyətləri daimi olaraq tənzimləməlidir. Əgər dəqiq nəzarət olmasa cəmiyyəti fitnə-fəsad bürüyər.

    Cəmiyyətin bir hissəsi də yoxsul təbəqədən ibarətdir. Qeyd etdik ki ,fərd yoxdursa cəmiyyət də yoxdur. Buna görə də həzrət Əli (ə) cəmiyyətdə hər hansı bir təbəqəni digər bir təbəqənin varlığı ilə şərtləndirir. Həzrət inanır ki ,bir təbəqə məhv olub getsə digər təbəqə də zərər görəcək. Həzrət buyurur:

    فَالْجُنُودُ، بِإِذْنِ اللهِ، حُصُونُ الرَّعِيَّةِ، وَزَيْنُ الْوُلاَةِ، وعِزُّ الدِّينِ، وَسُبُلُ الاَْمْنِ، وَلَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِل بِهِمْ.

    ثُمَّ لاَ قِوَامَ لِلْجُنُودِ إِلاَّ بِمَ يُخْرِجُ اللهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ فِي جِهَادِ عَدُوِهِمْ، وَيَعْتَمِدُونَ عَلَيْهِ فِيَم أصْلَحهُمْ، وَيَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ.

    ثُمَّ لاَ قِوَامَ لِهذَيْنِ الصِّنْفَيْنِ إِل بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَالْعُمَّالِ وَالْكُتَّابِ، لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ، وَيَجْمَعُونَ مِنْ الْمَنَافِعِ، وَيُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الاُْمُورِ وَعَوَامِّهَا.

    وَلاَ قِوَامَ لَهُمْ جَمِيعاً إِل بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، فِيَم يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ، وَيُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ، وَيَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ ممّ لاَ يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ.

    ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ

    "Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası ,keşikçisidir. Onlar hakimlərin zinəti ,dinin izzəti və əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini tə’min etmək mümkünsüzdür.

    Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki ,qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur və onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır.

    Bu iki dəstə hakim və dövlət mə’murlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri və müamilələri möhkəmləndirir ,vergi toplayır ,xüsusi və ümumi işlər qeydiyyatında onlara e’timad göstərilir.

    Bütün bu dəstələr tacirlər və sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə tə’min edir. Başqalarında bu işi görmək gücü yoxdur.

    Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar və iş qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım və həmkarlığından bəhrələnəsidir.”

    LƏYAQƏTƏSASINDA GÜC SEÇİMİ VƏ İŞ BÖLGÜSÜ

    Qeyd etdik ki ,bir təbəqənin möhkəmliyi o biri təbəqə vasitəsi ilə tə’min olunur. Belə ki ,cəmiyyət və ictimai fəaliyyətlər bir-birinə bu qədər bağlıdırsa iş bölgüsü və güc seçimi İslam hakiminin zəruri və mühüm vəzifələrindəndir.

    Şübhəsiz ki ,iş istiqaməti müəyyənləşməsə dolaşıqlıq yaranar və müəyyən məqamlarda ortaya ziddiyyət çıxar. Belə bir vəziyyətdə hakim öncə qüvvələrin yerini müəyyənləşdirməli ,ikincisi ,ləyaqət əsasında iş bölgüsü aparmalıdır. Nəticədə me’yar hansısa münasibətlər yox ,ləyaqət olasıdır. Düzgün iş bölgüsü və güc seçimi hakimin ən mühüm və ən çətin məs’uliyyətlərindəndir. O yalnız ardıcıl təlaş və Allaha bağlanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilər. Həzrət buyurur:

    وَفِي اللهِ لِكُلّ سَعَةٌ، وَلِكُلٍّ عَلَى الْوَالِي حَقٌ بِقَدْرِ مَ يُصْلِحُهُ وَلَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَ أَلْزَمَهُ اللهُ مِنْ ذلِكَ إِلاَّ بِالاِْهْتَِمامِ وَالاسْتِعَانَةِ بِاللهِ، وَتَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ، وَالصَّبْرِ عَلَيْهِ فِيَما خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ

    "Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü iş qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş və Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa ,çətin də olsa ,özünü ,haqqın müdafiəsinə ,səbr və dözümə hazırlamalıdır.”

    İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

    Allah yolunda və İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli ,İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər.

    Başqa sözlə ,insan yalnız imanlı ,pak ,təqvalı ,fədakar ,mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş və hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun tə’yinində dəqiq və incə şərtlər ödənməli ,bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil.

    İslam qoşununa komandan tə’yin olunmuş insan iman ,təqva ,şücaət ,fədakarlıq ,iti düşüncə və rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh ,vüqar ,mətanət ,səbr və dözüm ,tutum ,əxlaqi mö’tədillik ,yerində hiddət və qəzəb ,yerində mülayimlik və müdara kimi səciyyələrə də yiyələnməlidir. Belə olsa ,o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz ,ixtiyarına verilmiş gücdən sui-istifadə etməz ,yersiz qətillər törətməz.

    Əhdnamədən mə’lum olur ki ,həzrət Əli (ə) İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur:

    1. Allahın hökmlərinə ,peyğəmbər ,imam və rəhbərin əmrlərinə xeyirxahlıq və qayğıkeş münasibət ,rəhbərə itaət və səmimi yardım;

    2. Qəlbigenişlik və ruhi aramlıq;

    3. Paklıq ,təqva;

    4. Müsbət keçmiş;

    5. Çətinliklər qarşısında səbir və dözüm;

    6. Həlimlik ,nəfsə ağalıq ,qəzəb və əsəbiliyi biruzə verməmək;

    7. Əfv ruhiyyəsi ,peşiman olmuş xətakarların bağışlanması;

    8. Savaş meydanında şücaət və öncüllük;

    9. Səxavət;

    10. Qeyri-ilahi hər nəyi kiçik saymaq;

    11. Dərin ağıl və düşüncə;

    12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət ,azğınlara qarşı sərtlik.

    Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq:

    فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لله وَلِرَسُولِهِ وَلاِِمَامِكَ، وَأَنْقَاهُمْ جَيْباً، وَأَفْضَلَهُمْ حِلْم مِمَّنْ يُبْطِىءُ عَنِ الْغَضَبِ، وَيَسْتَرِيحُ إِلَى الْعُذْرِ، وَيَرْأَفُ بِالضُّعَفَاءِ، وَيَنْبُو عَلَى الاَْقْوِيَاءِ، وَمِمَّنْ ل يُثِيرُهُ الْعُنْفُ، وَل يَقْعُدُ بِهِ الضَّعْفُ.

    ثُمَّ الْصَقْ بَذَوِي الْمُرُوءَاتِ وَالاَْحْسَابِ، وَأَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالسَّوَابِقِ الْحَسَنَةِ، ثُمَّ أَهْلِ النَّجْدَةِ وَالشَّجَاعَةِ، وَالسَّخَاءِ وَالسَّماحَةِ، فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ، وَشُعَبٌ مِنَ الْعُرْفِ

    "Ordu komandanlığına elə birini tə’yin et ki ,o , ətrafındakılar arasında Allaha ,peyğəmbər və imamlara hamıdan xeyirxah ,daha pak və daha ağıllı olsun. Elə biri ki ,gec qəzəblənsin ,üzri qəbul etsin ,zəiflərə mehriban ,azğınlara sərt olsun. Elə biri ki ,çətinliklər ona diz çökdürməsin.

    Sonra ərbablarla mürüvvətli ,kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla ,saleh və müsbət keçmişli ailələrlə ,şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.”

    İSLAMKOMANDANLARI QARŞISINDA RƏHBƏRİN VƏZİFƏLƏRİ

    Həzrət Əli məsələləri nəzərdən keçirərkən ona müxtəlif yönlərdən yanaşır. O ,İslam qoşunu və komandan üçün vəzifələr və səciyyələr tə’yin etdikdən sonra qoşun və komandan qarşısında rəhbərin vəzifələrinə nəzər salır.

    Həzrət Əlinin (ə) bu əbədi tapşırıqlarında komandan və qoşun qarşısında rəhbərin vəzifələri sadalanır ,onların əhəmiyyəti xülasə şəkildə bəyan olunur:

    1.Ata-ana övladla mehriban olduğu kimi rəhbər də komandanlarla mehriban olmalıdır;

    2.Komandanların mövqeyini möhkəmləndirmək; rəhbər komandanın gücünü artıracaq heç nəyi ona əsirgəməməlidir.

    3.Komandanlara daimi diqqət; rəhbər daim komandanların ruhiyyəsindən ,həyat durumundan xəbər tutmalı ,onlara lütf və mərhəmət göstərməlidir. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz. Çünki öz rəhbərindən lütf görən komandan ona qarşı xoşgüman olur və nəticədə səmimiyyətlə xidmət edib ,can-qəlbdən çalışır.

    4.Rəhbər komandana hansısa böyük bir lütf etməklə kifayətlənməməli ,zahirən əhəmiyyətsiz görünən yaxşılıqları əsirgəməməlidir. Bu zərif nöqtə qarşı tərəfin diqqət və məhəbbətini cəzb etməkdə çox tə’sirlidir.

    Komandanları rəhbərin böyük lütfləri kimi ,kiçik lütfləri də sevindirir. Rəhbərin hər işi vaxtında görməsi çox mühümdür. Həzrət bu barədə buyurur:

    ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَ يَتَفَقَّدُهُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا، وَل يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْءٌ قَوَّيْتَهُمْ بِهِ، وَل تَحْقِرَنَّ لُطْف تَعَاهَدْتَهُمْ بِهِ وَإِنْ قَلَّ، فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ، وَحُسْنِ الظَّنِّ بِكَ.

    وَلاَ تَدَعْ تَفَقُّدَ لَطيِفِ أُمُورِهِمُ اتِّكَالاً عَلَى جَسِيمِهَا، فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ، وَلِلْجَسِيمِ مَوْقِع لاَ يَسْتَغْنُونَ عَنْهُ

    "Hərbiçilərə elə diqqət yetir ki ,valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa və xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir.

    Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var ,ondan fayda götürüblər. Böyük işlərin də öz yeri var və özlərini həmin işlərdən ehtiyacsız saymırlar.”

    ALİ KOMANDANLIĞIN MÜHÜM XÜSUSİYYƏTLƏRİ

    Qoşunda komandanlıq üçün ləyaqətli sifətlərə malik insanlar olduğu kimi ,komandanlar arasında da xüsusi imtiyazlara malik şəxslər var. Bu mühüm imtiyazlar bə’zi komandanları rəhbərə daha da yaxınlaşdırır. Belə ki ,belə komandanlarla rəhbər arasında xüsusi təmaslar və səmimi rabitələr olur.

    Bu sayaq xüsusiyyət və imtiyazlara komandanlar əslində İslam qoşununun ən seçilmiş və ali komandanları sayılır. Başqa sözlə ,vali və ya rəhbər mühüm hərbi planları onlarla müzakirə edir. Bu komandanlar ən məxfi hərbi sirlərdən xəbərdar edilir ,məxfi hərbi planlar onların nəzərinə çatdırılır. Beləcə ,tam arxayınlıqla savaş və ordunun ixtiyarı onlara verilir.

    Həzrət Əlinin (ə) nəzərincə ,bu sayaq komandanların ən mühüm imtiyazları aşağıdakılardan ibarətdir.

    1.Yaşayış səviyyəsi ,maddi imkanlar ,ev və ev ləvazimatları baxımından digər döyüşçülərdən fərqlənməmək. Bu yolla həm döyüşçülər onu özünə həmdəm bilir ,həm də komandan döyüşçülərin həyat problemlərini hiss edir.

    2.Diqqət ,canıyananlıq və proqram əsasında qoşunun ehtiyacları və çatışmazlıqları ilə məşğul olmaq. Belə ki ,döyüşçü savaşa gedərkən öz ailə-övladının tə’minatından arxayın olmalıdır. Yalnız bu halda döyüşçü heç bir nigaranlıq keçirmədən yalnız düşmənlə savaş haqqında düşünür və ilahi məqsəd izləyir.

    3.Qoşundakılarla rəftarında ayrı seçkiliyə yol verməsin. İxtiyarında olan büdcədən imkan həddində qoşun əhlinə bağışlasın. Təbii ki ,döyüşçü öz ailəsinin tə’minatına görə narahat olmadıqda diqqətini döyüş meydanına yönəldib döyüşə bilir ,yalnız ilahi hədəflə cihad edir.

    Həzrət Əli (ə) yuxarıdakı nöqtələri belə bəyan edir:

    وَلْيَكُنْ آثَرُ رُؤوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ، وَأَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ،حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ، فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ

    "Sənin üçün ən üstün komandan o kəsdir ki , döyüşçülərinə bərabər həddə kömək edir ,öz imkanlarından onlara daha çox əl tutur. Belə ki ,onların və ailələrinin işləri idarə olunur və yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir ,onları sənə mehribanlaşdırır.”

    ƏDALƏTİNBƏRQƏRAR OLMASI ,XALQLA DOSTLUQ

    Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət və bərabərliyin tə’minində görür. O Maliki təşviq edir ki ,ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə ,dövlət və nizam ədalətin bərpası və bərabərliyi özünə şüar seçsə və bu prinsipləri işə sala bilsə ,həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm və istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki ,haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə ,zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək ,bu zülm büsatının sonunu gözləyəcək. Həzrət buyurur:

    وَإِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلاَةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلاَدِ، وَظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ، وَإِنَّهُ ل تَظْهَرُ مَوَدَّتُهُمْ إِل بَسَلاَمَةِ صُدُورِهِمْ، وَل تَصِحُّ نَصِيحَتُهُمْ إِل بِحِيطَتِهِمْ عَلَى وُلاَةِ أُمُورِهِمْ، وَقِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ، وَتَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ،

    "Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı ,rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz ,xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki ,öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın ,hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə ,onların istəklərinə meydan ver.”

    TƏŞVİQİNZƏRURİLİYİ VƏ ONUN ORDUNUN RUHİYYƏSİNƏ TƏ’SİRİ

    Döyüşçülərin ən mühüm ruhi və mə’nəvi ehtiyaclarından biri onların vali və hakim tərəfindən təşviq olunmasıdır. Bu zərif ruhi ehtiyaca diqqət yetirən hakimlər öz təşviqləri ilə döyüşçülərin savaş ruhiyyəsini gücləndirirlər. Onlara həvəs verməklə öncədən fədakarlığa hazırlayırlar. Digər bir tərəfdən ,bu qəbil təşviqlər tənbəl və süst insanların özünə gəlməsinə səbəb olur ,onlar da şücaətli döyüşçülər tək meydana atılırlar. Həzrət buyurur:

    وَوَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ، وَتَعْدِيدِ مَا أَبْلى ذَوُوالْبَلاَءِ مِنْهُمْ، فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ، وَتُحَرِّضُ النَّاكِلَ، إِنْ شَاءَ اللهُ

    "Daim (qoşunu) təşviq et ,onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla ,tənbəllik edənlər işə həvəsləndirilir. İnşaəllah”

    AYRISEÇKİLİKBƏLASI

    Həzrət Əlinin (ə) nəzərincə ,təşviq və qədrdanlıq döyüşçülərin ruhiyyəsini gücləndirdiyi kimi təşviqdə ədalət prinsipini gözləmək də böyük və tale yüklü əhəmiyyət daşıyır.

    Layiqli başçı bilməlidir ki ,heç bir bəla ədalətsizlik və ayrıseçkilik kimi xalq arasında ümidsizlik və soyuqluq yaratmır. Bu hal ictimai əsasların viran qalması ilə sonuclanır. Başqa sözlə ,islami bir cəmiyyətdə fövqəladə zəhmətlər çəkib fədakarlıq göstərənlər layiq olduqlarından az qiymətləndirilməməlidir. Bir o qədər də əhəmiyyətli iş görməyənlərin daha çox lütf və məhəbbətə layiq görülməsi eyni nəticəni verir. Belə bir münasibət aşkar ədalətsizlik və İslamdan uzaq bir iş olmaqla yanaşı cəmiyyətə sarsıdıcı zərbə vurur ,çalışqan insanları süstləşdirib guşənişin edir.

    Buna görə də ləyaqətli bir başçı layiqli insanları qədərincə təşviq etməklə yanaşı ,həddi aşanlara lütf və mərəhəmət göstərməməlidir. Belə bir münasibət ayrıseçkilik nişanəsidir və ədalətdən uzaqdır.

    Bu əsasla hakim vəzifəlidir ki ,fərdləri dəqiq hesab aparmaqla təşviq etsin. Təşviq və qədirdanlıqda insanların təlaş və ləyaqəti nəzərə alınmalıdır. Bu işdə ad-sanın ,böyük-kiçikliyin ,məşhurluq və adsızlığın ,varlılıq və yoxsulluğun heç bir rolu olmamalıdır. Həzrət buyurur:

    ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِىء مِنْهُمْ مَ أَبْلى، وَلاَ تَضُمَّنَّ بَلاَءَ امْرِىء إِلَى غَيْرِهِ، وَل تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلاَئِهِ، وَلاَ يَدْعُوَنَّكَ شَرَفُ امْرِىء إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلاَئِهِ مَ كَانَ صَغِيراً، وَلاَضَعَةُ امْرِىء إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ يَلاَئِهِ مَاكَانَ عَظيِماً

    "Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki ,onun kiçik işi böyük sayılsın. Eləcə də ,bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma.”

    İSLAMCƏMİYYƏTİNDƏ QUR’AN VƏ SÜNNƏNİN YERİ

    İslam cəmiyyətində Qur’an və sünnənin uca məqamı və geniş yeri var. Bu məqam təkcə Qur’an və sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi ,islami məsələlərdə Qur’an və sünnənin aparıcılığıdır.

    Başqa sözlə ,Qur’an və sünnə əvvəla bütün ictimai-siyasi ,iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi ,ixtilaf və parçalanma zamanı Qur’an və sünnə haqqın batildən seçilmə me’yarı olur. Həzrət buyurur:

    وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَ أَيُّهَا الَّذِينَ آمَنُو أَطِيعُوا اللهَ وَأَطِيعُو الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ

    "Qarşına müsibət çıxdıqda ,bir iş sənə çətin gəldikdə Allah və Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur:

    "Ey mö’minlər Allaha ,Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.”

    Allahın öhdəsinə buraxmaq dedikdə Allah kitabının möhkəm ayələrinə əməl etmək ,rəsulun ixtiyarına buraxmaq dedikdə peyğəmbərin qəti və yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.”

    MÜHAKİMƏNİNƏHƏMİYYƏTİ VƏ İSLAMDA QAZİNİN ŞƏXSİYYƏTİ

    Cəmiyyətdə zülm-sitəm və fəsad olmadıqda hökumətin əsasları möhkəmlənir və titrək olmur. Zülm-sitəmlə və fəsadın kökü o zaman kəsilir ki ,ədalət və haq mühakimə bütün cəmiyyətdə möhkəmlənsin ,istənilən bir təcavüz aradan qaldırılsın. Bəli ,bütün bu məqsədlərə nail olmaq üçün məhkəmə orqanlarında saleh mühakimə hakim olsun.

    Layiqli və saleh qaziləri (hakimləri) olmayan hökumətin məhkəmə orqanları fəsada sürüklənir. Beləcə ,hər yerdə zor ,təcavüz və xilaf hakim olur. Qanunun hökmü aradan qalxır ,hərc-mərclik cəmiyyətin bünövrəsini laxladır ,fəsad baş qaldırır.

    Demək ,qanunun işləməsi ,sağlam məhkəmə sisteminin fəaliyyəti üçün hər şeydən öncə saleh qazilərə ehtiyac var. Bəs saleh qazi üçün hansı şərtlər nəzərdə tutulur? Həzrət Əlinin (ə) nəzərincə ,ləyaqətli qazidə müəyyən şərtlərin olması zəruridir. O cümlədən:

    1.Fərdlərin ən üstün və ən yaxşısı olsun;

    2.Hövsələli və geniş qəlbli olsun. Düzgün mühakimə üçün tələb olunan bütün mə’lumatları hər tərəfdən əldə etsin;

    3.Alicənablıqla öz səhvlərini qəbul etsin və onları aradan qaldırsın;

    4.Tez qəzəblənməsin ,xüsusi ilə ixtilafda olan tərəflərin təzyiqləri zamanı özünə nəzarət etsin;

    5.Güclü ruhu olsun ,güc sahiblərindən qorxmasın;

    6.Nəfs izzəti və ali himmət sahibi olsun ,dünyaya hərislik göstərməsin ,varlılar tərəfindən tamaha salınmasın;

    7.Həqiqəti axtaranlardan olsun ,səhlənkarlıq göstərməsin ,yetərincə mə’lumat toplamamış mühakimə yürütməsin ,səthi və ilkin dinləmələr əsasında hökm çıxarmasın.

    8.Dolaşıq ,çətin işlərlə rastlaşdıqda ehtiyat və səbri əldən verməsin ,qəti dəlillər əsasında həqiqətin müəyyənləşdirilməsində diqqətli və möhkəm olsun.

    9.Mühakimədə tərəflərlə nikbin rəftar etsin ,sözünü demək üçün hər iki tərəfə fürsət versin.

    10.Hiyləgərlərə aldanmasın ,yaltaqlıq və şirin dil müqabilində iradəsini əldən verməsin.

    11.Bütün bu şərtlər ödəndikdən sonra tam qətilik göstərsin ,həqiqəti müəyyənləşdirdikdən sonra kimsəyə imkan verməsin ki ,ədalətli hökmə mane ola. Yə’ni öz hökmünü tam qəti şəkildə ,heç bir tərəfdarlıqsız e’lan etsin ,hökmə mane olacaq heç nəyi və heç kimi nəzərə almasın.

    Sonra həzrət Malik və bütün digər hakimlərə xəbərdarlıq edir ki ,bu xüsusiyyətlərə malik adamlar çox azdır. Layiqli və saleh qazi hakim üçün böyük hədiyyədir və onun qədrini bilmək lazımdır. Həzrət buyurur:

    ثُمَّ اخْتَرْ لِلْحُكْمِ بَيْنَ النَّاسِ أَفْضَلَ رَعِيَّتِكَ فِي نَفْسِكَ، مِمَّنْ لاَ تَضِيقُ بِهِ الاُْمُورُ، وَل تُمَحِّكُهُ الْخُصُومُ، وَل يَتَمادَى فِي الزَّلَّةِ، وَل يَحْصَرُمِنَ الْفَيْءِ إِلَى الْحَقِّ إذَا عَرَفَهُ، وَل تُشْرِفُ نَفْسُهُ عَلَى طَمَع،وَلاَ يَكْتَفِي بِأَدْنَى فَهْم دُونَ أَقصَاهُ، أَوْقَفَهُمْ فِي الشُّبُهَاتِ، وَآخَذَهُمْ بِالْحُجَجِ، وَأَقَلَّهُمْ تَبَرُّم بِمُرَاجَعَةِ الْخَصْمِ، وَأَصْبَرَهُمْ عَلَى تَكَشُّفِ الاُْمُورِ، وَأَصْرَمَهُمْ عِنْدَ اتِّضَاحِ الْحُكْمِ، مِمَّنْ لاَ يَزْدَهِيهِ إطْرَاءٌ، وَلاَ يَسْتَمِيلُهُ إِغْرَاءٌ،أُولئِكَ قَلِيلٌ

    "Xalq arasında mühakimə üçün ən üstün adamını seç! Həmin adam qəlbi geniş olsun ,mübahisə tərəfləri onu qəzəb və sərtliyə vadar etməsin ,səhvə yol verdikdə inad göstərməsin ,səhv etdiyini gördükdə haqqa qayıdış və e’tiraf ona çətin gəlməsin ,qəlbində tamahkarlığa yola verməsin ,bir məsələni anlamaq üçün cüz’i araşdırma ilə kifayətlənməsin ,ən çox ehtiyat yolunu tutan olsun ,dəilləri müəyyənləşdirməkdə daha çox təlaş göstərsin , müraciətlərin çoxluğu onu yormasın ,işlərin açılmasında hamıdan dözümlü olsun ,həqiqət mə’lum olduqda qəti hökm versin ,həddi aşan tə’rif onu aldatmasın ,həddi aşan xoş sözlər onu qarşı tərəfə meylləndirməsin. Bəli ,belə insanlar çox azdır.”

    RƏHBƏRİNLAYİQLİ QAZİ QARŞISINDA VƏZİFƏLƏRİ

    Qeyd etdik ki ,həzrət Əlinin (ə) nəzərincə ,qazi üçün zəruri olan bütün şərtlərə malik insanlar çox az tapılır. Rəhbərlər və hakimlər belə insanları tapıb üzə çıxarmaq üçün ciddi çalışmalıdır. Amma məsələ bundadır ki ,hakimin işi layiqli hakimi tapıb tərbiyələndirmək və iş başına qoymaqla başa çatmır. Saleh qazi tapıldıqdan sonra rəhbərin qarşısında iki mühüm vəzifə dayanır. Qazi ilə necə rəftar etmək ,onları vəzifədə saxlamaq onları tapıb üzə çıxarmaqdan da çətin məsələlərdir.

    Əvvəla ,hakim qazini maddi cəhətdən sıxıntı keçirməyə qoymamalıdır. Maddi ehtiyacları ödənməyən qazi ya işdən kənarlaşacaq ,ya işə soyuqluq göstərəcək ,ya da rüşvətxorluğa düçar olub haqqı ayaq altına alacaq.

    İkincisi ,rəhbər qazinin mövqeyini möhkəmləndirməli ,ona öz yanında xüsusi məqam verməlidir. Belə ki ,hakimiyyətdə kimsə qazidən üstün olub ona tə’sir göstərməyə ,onu tamaha salmağa ,onu işdən uzaqlaşdırmağa ,ona qarşı xəbərçilik etməyə qadir olmamalıdır. Hamı bilməlidir ki ,qazi saleh və ədalətlidir ,rəhbərin himayəsi onu bütün pisliklərdən qoruyur.

    Həzrət Əli (ə) qazi qarşısında rəhbərin vəzifələrini sadaladıqdan sonra
    DÖVLƏT MƏ’MURLARININ MADDİ EHTYİACLARININ TƏ’MİNİ

    Bundan öncə də müxtəlif mövzularda aparılan söhbətlərdə hazırkı mövzuya toxunuldu. İslam dini böyük insani məktəb və ilahi ayin olaraq fərdlərin rifahı və maddi ehtiyaclarının tə’mini məsələsinə də yetərincə diqqət göstərmiş ,bu istiqamətdə tə’sirli tədbirlər müəyyənləşdirmişdir.

    Bir İslam hakiminin dövlət işçiləri qarşısında daşıdığı vəzifələrlə bağlı həzrət Əlinin (ə) dəqiq və incə yanaşmaları var. Həzrət maddi müşküllərin həllini ,dövlət işçilərinin ehtiyaclarının tə’minini mühüm müdiriyyət üsullarından biri ,mə’murların xəyanətinin qarşısını alan ,onları beytül-mala təcavüzdən və rüşvətxorluqdan çəkindirən mühüm amil sayır. Həzrət xəbərdarlıq edir ki ,işçilərin maddi ehtiyacları tə’min olunarsa ,hətta xətakar fərdlər də oğurluq ,xəyanət və rüşvət üçün bəhanə tapmaz. Onlar xilafa yol verdikdə isə hakim qarşısında özlərini müdafiə etməyə bəhanə tapmayıb ,susacaqlar.

    Amma işçilərin maddi ehtiyacları tə’min olunmadıqda maddi sıxıntı onları yolundan azdırır ,onların əmanətdarlıq ruhiyyəsini süquta uğradır. Belə bir halda hakimin də deməyə sözü olmur. Çünki onlar öz oğurluq və xəyanətləri üçün dəlil göstərir ,hakimi qınayırlar ki ,onları ehtiyac içində saxlayıb xalqın malını ixtiyarlarında qoyan hakimdir. Həzrət buyurur:

    ثُمَّ أَسْبِغْ عَلَيْهِمُ الاَْرْزَاقَ، فَإِنَّ ذلِكَ قُوَّةٌ لَهُمْ عَلَى اسْتِصْلاَحِ أَنْفُسِهِمْ، وَغِنىً لَهُمْ عَنْ تَنَاوُلِ مَا تَحْتَ أَيْدِيهِمْ، وَحُجَّةٌ عَلَيْهِمْ إِنْ خَالَفُوا أَمْرَكَ أَوْ ثَلَمُو أَمَانَتَكَ

    "Sonra onlara yetərincə maaş ver! Bu iş onların şəxsiyyətini gücləndirər ,xalqın malına əl uzatmaqdan çəkindirər. Bundan əlavə ,itaətsizlik göstərsələr və ya əmanətə xəyanət etsələr bəhanələri olmaz.”

    İSLAMDAMƏ’MURLARA NƏZARƏT VƏ BU İSTİQAMƏTDƏ RƏHBƏRİN ROLU

    Dövlət işçilərinə münasibətdə rəhbərin vəzifəsi təkcə onları seçib ehtiyaclarını ödəmək deyil. Rəhbər işə tə’yin etdikdən sonra ardıcıl şəkildə mə’murların əməl və rəftarlarına nəzarət etməlidir.

    Rəhbərin nəzarətdə saxlamalı olduğu sahələri sadalayaq: Mə’murların iş üsulu ,onların xalqla rəftarı ,işin gedişi və vəzifənin icrası ilə bağlı verilən mə’lumatların düzgünlüyü ,xalqın mə’murlardan şikayətlərinin düzgünlüyü və onlarla başqa sahə. Bəli ,bütün bunlar rəhbərin mühüm və aparıcı vəzifələrindəndir. Əgər rəhbər öz işçilərinin əməl və rəftarlarına nəzarət etməsə bə’ziləri bundan sui-istifadə edib xalqa sitəm qılacaq ,xəyanətə əl atacaq ,ədalətsizlik və fəsada yol verəcək. Beləcə ,xalq mövcud hakimiyyətdən ümidini üzəcək ,cəmiyyətin nizamı pozulacaq. Bu vəziyyətin qarşısını almaq üçün dövlət işçilərinə daimi nəzarət zəruridir. Dəqiq nəzarət mexanizminin qurulması ,işçilər haqqında düzgün mə’lumatların əldə olunması mövcud nizamı möhkəmləndirən vəzifələrdəndir.

    Təbii ki ,nəzarət mexanizmində çalışan işçilər rəhbərin ən yaxın və ən e’tibarlı adamları olmalıdır. Onların təqvalı ,mö’min ,allahpərəst ,əmanətdar və sədaqətli olması mühümdür. Rəhbər yalnız belələrinin verdiyi mə’lumatlardan arxayın ola bilər. Rəhbər əmin olmalıdır ki ,ona mə’lumat verənlərin məqsədi yalnız Allaha ,İslama ,İslam nizamına xidmət etməkdir.

    GİZLİNƏZARƏT

    Nəzarət mexanizmi ilə bağlı bəyan olunmuş məsələlərdən biri budur ki ,İslam dövlət nəzarətçilərini (təhlükəsizlik xidmətini) "dövlətin gözü” adlandırır. Doğrudan da ,dövlət mə’murlarına nəzarət edən şəxs dövlətin və hakimin gözüdür. Düzgün nəzarət mexanizmi olmayan dövlət eybləri görməyən kor kimidir. Buna görə də həzrət Əli (ə) İslam hakiminə göstəriş verir ki ,bu gözləri (xəfiyyəni) məxfi şəkildə ölkənin müxtəlif nöqtələrinə yönəlt. Gizli nəzarət dövlət mə’murlarını sui-istifadədən və xəyanətdən çəkindirir ,onlar xalqla mehriban rəftar edir , süründürməçiliyə yol verməyib insanların problemini həll edir.

    Həzrət Əli (ə) bunu da nəzərə çatdırır ki ,nəzarətçilər hakim tərəfindən e’timad qazanmalıdır. Onların verdiyi mə’lumat dəlil olmalı və bu mə’lumat əsasında tədbir görülməlidir. Əgər nəzarətçinin verdiyi mə’lumat şübhə altına alınarsa və tədbir görülməzsə bütün nəzarət mexanizmi e’timadını itirər və azğın insanlar qorxu-hürküsüz cəmiyyətdə fitnə-fəsada rəvac verər.

    XAİNLƏRİN CƏZALANDIRILMASI

    Həzrət Əli (ə) xainlərin cəzalandırılması ilə bağlı qeyd edir ki ,hökumət işçilərindən ,hətta hakimə ən yaxın adamlardan biri fəsad və xəyanətə əl atarsa və məxfi nəzarətçilər belə bir mə’lumat verərsə ,xəyanətin sübutu üçün uyğun mə’lumat kafidir və tə’cili tədbir görülməlidir.

    Sonra həzrət Əli (ə) rəhbərin xain fərdlərlə necə rəftar etməli olduğunu açıqlayır: Xaini cəzasına çatdır! Günahına uyğun şər’i cəzanı əskildib-artırmadan ona tətbiq et! Xaini rüsvay edib zillətə sal! Onun alnına xəyanət dağı vur ,bədnamlıq boyunduruğunu başına sal. Belə ki ,xalq onu barmaqla göstərsin və onun aqibəti başqaları üçün ibrət olsun. Belə etsən ,xalq arasında xəyanət və fəsad üçün fürsət və imkan tapılmaz.

    MƏXFİMƏ’MURLARIN HƏMFİKİRLİYİ

    Həzrət Əli (ə) məxfi mə’murların dəqiq seçimi ,onların ruhi və əxlaqi sağlamlıqlarının nəzərə alınması ilə bağlı tövsiyələrdən sonra hakimi də’vət edir ki ,istənilən bir işi bir neçə yöndən araşdırsın. Əgər müxtəlif nöqtələrdən eyni bir mə’lumat gələrsə hakimdə verilən mə’lumatlara şəkk qalmaz. Məxfi mə’mur nə qədər diqqətlə seçilsə də yalnız onun tərəfindən verilən mə’lumat höccət (dəlil) sayılmır. Əgər bir məsələ ilə bağlı müxtəlif məxfi mə’murlar müxtəlif mə’lumat verərsə bu məsələ araşdırılmalıdır. Öz növbəsində yalan mə’lumat verən məxfi mə’mur cəzalandırılır. Həzrət buyurur:

    ثُمَّ تَفَقَّدْ أَعْمَالَهُمْ، وَابْعَثِ الْعُيُونَ مِنْ أَهْلِ الصِّدْقِ وَالوَفَاءِ عَلَيْهِمْ، فَإِنَّ تَعَاهُدَكَ فِي السِّرِّ لاُِمُورِهِمْ حَدْوَةٌ لَهُمْ عَلَى اسْتِعْمَالِ الاَْمَانَةِ، وَالرِّفْقِ بِالرَّعِيَّةِ.

    وَتَحَفَّظْ مِنَ الاَْعْوَانِ، فَإِنْ أَحَدٌ مِنْهُمْ بَسَطَ يَدَهُ إِلَى خِيَانَة اجْتَمَعَتْ بِهَ عَلَيْهِ عِنْدَكَ أَخْبَارُ عُيُونِكَ، اكْتَفَيْتَ بِذلِكَ شَاهِداً، فَبَسَطْتَ عَلَيْهِ الْعُقُوبَةَ فِي بَدَنِهِ، وَأَخَذْتَهُ بِمَا أَصَابَ مِنْ عَمَلِهِ، ثُمَّ نَصَبْتَهُ بِمَقَامِ الْمَذَلَّةِ، وَ وَسَمْتَهُ بِالْخِيانَةِ، وَقَلَّدْتَهُ عَارَ التُّهَمَةِ

    "Sonra doğruçu və vəfalı məxfi mə’murlar göndərməklə onların da işini nəzarət altına al! Çünki işlərindəki son araşdırma onları əmanətdarlığa və xalqla mülayim rəftara vadar edər.

    Böyük diqqətlə öz yaxınlarına nəzarət et! Əgər onlardan biri xəyanətə əl atsa və məxfi mə’murlar yekdilliklə bu xəyanəti təsdiqləsə deyilənlərlə kifayətlənib tə’xirə salmadan xəyanətkarı cəzalandırmalısan. Ona xəyanətinə münasib cəza ver! Sonra onu xar edib oturt ,alnına xəyanət damğası vur ,boynundan rüsvayçılıq boyunduruğu as!”

    ƏKİNÇİLİYİNƏHƏMİYYƏTİ VƏ XƏRACIN LÜĞƏT MƏ’NASI

    İlkin İslam dövründə sənət məhdudiyyətlər səbəbindən ,dünyadakı ticari əlaqələrin nizamsızlığı ,rabitələrin zəifliyi ,ticarət yollarının pisliyi və təhlükəliliyinə görə cəmiyyətin iqtisadi əsaslarına tə’sir göstərə bilmirdi. Cəmiyyətin iqtisadiyyatı yalnız əkin torpaqları və əkinçilikdən götürülən məhsuldan asılı idi. Buna görə də vergi yalnız torpaqdan və əkin məhsullarından alınırdı. Bu sayaq vergi xərac adlanırdı. Əkçinçilik ona görə əhəmiyyətlidir ki ,şəhər əhalisinin əksəriyyəti öz ehtiyaclarını əkin məhsulları ilə tə’min edir. Əgər əkinçilik rövnəq taparsa şəhər əhlinin də ehtiyacları ödənər. Əks-təqdirdə heç bir şəhərli qida məhsullarına olan ehtiyacını birbaşa tə’min etməyə qadir deyil. Buna görə də əkinçilik heç bir vaxt əhəmiyyətini itirəsi deyil və daim insanların ilkin ehtiyaclarının tə’minatçısı olaraq qalacaq.

    Digər bir tərəfdən ,şəhər əhalisi öz ehtiyaclarını bilavasitə ödəyə bilmir. Ticari vasitələrlə onlar heyvan və bitki mənşəli məhsulları əldə edir. Əkinçilər də öz növbəsində geyim və məişət əşyalarını məhsuldan götürdükləri qazancla əldə edirlər. Belə bir alış-veriş cəmiyyətin iqtisadi çiçəklənməsinə səbəb olur. Uyğun mübadilələr isə ilk növbədə əkinçiliyə bağlıdır. Bu səbəbdən də əkinçiliyin tənəzzülü təkcə əkinçilərə ziyan vurmur. Belə bir tənəzzül bütün fəaliyyətlərə tə’sir göstərib cəmiyyəti iqtisadi böhrana ,sonda isə məhvə aparır. Həzrət buyurur:

    وَتفَقَّدْ أَمْرَ الْخَرَاجِ بِمَا يُصْلِحُ أَهْلَهُ، فَإِنَّ فِي صلاَحِهِ وَصلاَحِهِمْ صَلاَحاً لِمَنْ سِوَاهُمْ، وَلاَ صَلاَحَ لِمَنْ سِوَاهُمْ إِلاَّ بِهِمْ، لاََنَّ النَّاسَ كُلَّهُمْ عِيَالٌ عَلَى الْخَرَاجِ وَأَهْلِهِ

    "Xərac məsələsini elə qaydaya sal ki ,xərac ödəyənlərin vəziyyəti düzəlsin. Xərac isə qaydaya düşsə ,cəmiyyətin müxtəlif təbəqələri asayiş və rahatlıq içində yaşayar. Xərac ödəyənlər asayişdə olmasa cəmiyyətin digər təbəqələrinin də rahatlığı pozulur. Çünki xalq vergidən yeyənlərdən və vergi ödəyənlərdən ibarətdir.”

    ƏKİNÇİLİYİNİNKİŞAFINDA DÖVLƏT SƏ’YLƏRİNİN ZƏRURİLİYİ

    Əgər dövlət vergi və xərac intizarındadırsa ,bundan ötrü zəmin hazırlamalıdır. Torpaqların mühafizəsi ,su ilə tə’minat ,suvarma sistemləri ,quyuların qazılması ,körpülər tikilməsi ,bəndlərin çəkilməsi ,əkinçilik məntəqələri arasında yollar salınması ,zəhmətkeş kəndlilərə yardım ,bir sözlə ,əkinçiliyə rövnəq vermək dövlətin qarşısında duran vəzifələrdəndir.

    Yalnız bu işlərdən sonra hökumət xalqdan vergi gözləyə bilər. Əkinçiliyin rövnəq tapmadığı bir ölkədə istənilən bir vergi xalq üçün ağır yükdür. Çünki onlar yetərincə qazanıb öz ehtiyaclarını tə’min edə bilmirlər. Öz ehtiyacını ödəyə bilməyən kəndlilərə vergi tətbiq olunması xalqı narazı salır ,ölkədə sabitliyi pozur. Nəhayət ,hökumət üçün süqut təhlükəsi yaranır. Bu səbəbdən də həzrət Əli (ə) vergi toplanması üçün xalqa qazanc şəraiti yaradılmasını tövsiyə edib buyurur ki ,hakim vergi ödəmək fikrinə düşməzdən öncə məmləkəti abadlaşdırmaq barədə düşünməlidir. Həzrət buyurur:

    وَلْيَكُنْ نَظَرُكَ فِي عِمَارَةِ الاَْرْضِ أَبْلَغَ مِنْ نَظَرِكَ فِي اسْتِجْلاَبِ الْخَرَاجِ، لاَِنَّ ذلِكَ ل يُدْرَكُ إِلاَّ بَالْعِمَارَةِ، وَمَنْ طَلَبَ الْخَرَاجَ بِغَيْرِ عِمَارَةأَخْرَبَ الْبِلاَدَ، وَأَهْلَكَ الْعِبَادَ، وَلَمْ يَسْتَقِمْ أَمْرُهُ إِلاَّ قَلِيلاً

    "Sən vergi toplanmasına diqqət ayırırsan. Amma məmləkətin abadlığına daha çox diqqət yetirməlisən. Çünki torpaqlar abadlaşmamış xərac toplamaq mümkün olmur. Abadlaşdırmaq üçün zəhmət çəkməyib xalqdan xərac tələb edən kəs şəhərləri viran qoymuş ,Allah bəndələrini həlak etmiş olur. Belə bir hökumət qısa bir müddət yaşaya bilər.”

    VERGİLƏRİN YÜNGÜLLƏŞDİRİLMƏSİ

    Əkinçilər bütün digər təbəqələrdən daha zəhmətkeş ,daha çalışqandırlar. Onların həyatı təbii amillərdən asılıdır. Təbiət aləminə kiçik bir diqqətsizlik böyük zərərlərlə nəticələnir. Bu səbəbdən də əkinçi il boyu bütün günü vaxtını əkin sahəsinə sərf etməyə məcburdur. Amma baş və təbəqələrin nümayəndələri həyatlarını istədikləri kimi tənzimləyir ,istədikləri formada iş qururlar.

    Əgər iş bir bu qədər üzücüdürsə ,onun qazancı da münasib olmalıdır. Yaxşı qazanan və qazancının başqa ciblərə axmadığını görən əkinçi işindən möhkəm yapışır. Əkinçi torpağı özününkü bilməli ,əmin olmalıdır ki ,kimsə onun ruzisini əlindən ala bilməz.

    Bütün bu məsələlərlə yanaşı əkinçinin torpaq və torpağın məhsuldarlığı barədə fikirləri nəzərə alınmalıdır.

    Əgər əkinçi tə’yin olunmuş vergini qazancına uyğun saymırsa ,hadisələr və məhsuldarlıqdan şikayətlənirsə ,nəticədə tə’yin olunmuş vergini ödəmək imkanında olmadığını bildirirsə ,hökumət məs’ulları onun çətinliklərini dərk etməli ,vergini ya azaltmalı ,ya da tamamilə dayandırmalıdır. Vergilərin azaldılması dövlətin öz xeyrinədir. Vergi az olduqda əkinçi həvəslə çalışır. Nəticədə məntəqə abadlaşır və cəmiyyət xeyir görür.

    Bu işin digər bir nəticəsi əkinçilərin qəlbində mövcud hökumətə məhəbbət yaradan arxayınlıq və razılıq hissidir. Belə ki ,dövlət çətinliyə düşdükdə əkinçilər ona yardım edir ,böhran vaxtı onun himayəsinə qalxır. Həzrət Əli (ə) buyurur:

    َإِنْ شَكَوْ ثِقَلاً أَوْ عِلَّةً، أَوِ انْقِطَاعَ شِرْب أَوْ بَالَّة، أَوْ إِحَالَةَ أَرْض اغْتَمَرَهَا غَرَقٌ، أَوْ أَجْحَفَ بِهَا عَطَشٌ، خَفَّفْتَ عَنْهُمْ بِما تَرْجُو أَنْ يصْلُحَ بِهِ أَمْرُهُمْ،

    وَلاَ يَثْقُلَنَّ عَلَيْكَ شَيْءٌ خَفَّفْتَ بِهِ الْمَؤُونَةَ عَنْهُمْ، فَإِنَّهُ ذُخْرٌ يَعُودُونَ بِهِ عَلَيْكَ فِي عِمَارَةِ بِلادِكَ، وَتَزْيِينِ وِلاَيَتِكَ، مَعَ اسْتِجْلاَبِكَ حُسْنَ ثَنَائِهِمْ، وَتَبَجُّحِكَ بِاسْتِفَاضَةِ الْعَدْلِ فِيهِمْ، مُعْتَمِداًفَضْلَ قُوَّتِهِمْ، بِمَا ذَخَرْتَ عِنْدَهُمْ مِنْ إِجْمَامِكَ لَهُمْ، وَالثِّقَةَ مِنْهُمْ بِمَا عَوَّدْتَهُمْ مِنْ عَدْلِكَ عَلَيْهِمْ فِي رِفْقِكَ بِهِمْ،

    فَرُبَّمَا حَدَثَ مِنَ الاُْمُورِ مَا إِذَ عَوَّلْتَ فِيهِ عَلَيْهِمْ مِنْ بَعْدُ احْتَمَلُوهُ طَيِّبَةً أَنْفُسُهُمْ بِهِ، فَإِنَّ الْعُمْرَانَ مُحْتَمِلٌ مَ حَمَّلْتَهُ

    "Əgər xalq xəracın ağırlığından ,suyun kəsilməsindən ,quraqlıqdan ,sel və quraqlıq nəticəsində toxumun çürüməsindən şikayətlənsə ,sən onların vergisini o qədər azalt ki ,işlərini sahmana sala bilsinlər.

    Vergini yüngülləşdirmək sənə ağır gəlməsin. Çünki bu yüngülləşdirmə şəhərlərin abadlığı ,məmləkətinin rifahı şəklində sənə qayıdasıdır. Bundan əlavə ,onlarda özünə qarşı razılıq yaradarsan ,onlara münasibətdə ədaləti gözlədiyindən özün də xoşhal olarsan. (Bütün bunlar səbəb olar ki) güclü vaxtlarında sənə kömək edəcəklərinə bel bağlayarsan. Çünki sən onların rifahına səbəb olmusan ,onları öz ədalətinə öyrətmisən ,onlarla mülayim rəftar etmisən.

    Çox olsun ki ,müxtəlif cərəyanlarla bağlı baş vermiş hadisələrin həllini onlara tapşırsan ,qəlbən qəbul edərlər. Çünki məmləkəti istədiyin qədər abadlaşdırmaq mümkündür.”

    Category: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi | Added by: Islam_Kitabxanasi
    Views: 1145 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024