PEYĞƏMBƏRİN (S) VƏFATINDAN ƏVVƏL BAŞ VERMİŞ HADİSƏLƏR
Peyğəmbərin vəfatından əvvəl, eləcə də vəfatından bir az sonra islam tarixində siyasi və eyni zamanda məxfi olan çox mühüm hadisələr baş vermişdir. Allahın Rəsulunun (s) yüksək ağıl və düşüncəsiylə azca tanış olan hər bir kəs O həzrətin Qədir hadisəsiylə vəfatı arasında olan qısa bir müddət ərzində baş verən məsələlərə nə qədər ağıl və diqqətlə dərin nəzər salmasını görə bilər.
Müsəlmanların, Peyğəmbərin (s) vəfatından sonra olan tarixini araşdırıb mütaliə edən hər bir kəsi düşündürən ən mühüm sual, Peyğəmbərin müsəlmanlara Əhli-beytini sevmə və onlara itaət etmələrini təkid etməsinə baxmayaraq, O həzrətin elə vəfat etdiyi gündən başlayaraq tapşırıqlarına qarşı çıxmaları daha çox tövsiyə etdiyi şeyə az da olsa, əhəmiyyət verməmələri məsələsidir.
Görəsən, Allahın Rəsulu (s) belə bir müxalifətçiliyin baş verə biləcəyini və onun qarşısını almaq üçün bir çarə fikirləşməmişdi?!
(Mədinənin ağır günlərində öz vəfatından qabaq) Usamət ibn Zeydi Şam sərhədlərinə tərəf göndərməyin mənası nə idi?
Özündən sonra canişin qoymaq haqqında nə fikirdəydi?
Bu fəsil bu qəbildən olan suallara cavab vermək üçün qələmə alınır.
Həqiqət budur ki, Allahın Rəsulunun (s) vəfatından sonra baş verə biləcək hadisələrə qarşı nəzərini Qədir hadisəsiylə vəfatı arasında olan yetmiş gündə açıq-aydın açıqlanmışdır. Necə ki, müxaliflərin gizli işləri də məhz bu müddət ərzində olmuşdur. Belə ki, bu müddətdə olan hadisələr açıqlanmazsa, gizli olan həqiqətlər aşkar olmaz.
GİZLİ SİYASƏTLƏRİN BAŞ VERMƏSİ
Şiə və sünnülərin hədis mənbələri göstərir ki, İblağ ayəsi ("Maidə” surəsi, ayə:67) nazil olana qədər Allahın Rəsulu (s) öz vəsisini rəsmi surətdə təyin etməkdən ehtiyat edirdi. Nəhayət, Cəbrail onu mənfur fikirdə olanların təhlükəsiqarşısında ümidvar etdi. Bu zaman Peyğəmbər (s) öz ardıcıllarını son asimani xəbərdən agah etdi.
İki mövzu Allahın Rəsulunu (s) vilayət məsələsini təbliğ etməkdən nigaran edirdi. İlk növbədə o bilirdi ki, bu təbliğdə camaatın bir çoxuna qəbul edilməsi ağır olan "heç bir qeyd-şərt olmadan onun təyin etdiyi canişinə itaət etmələrinə” çağırmalı, bu yolda aşkar təbliğlə hər bir bəhanə və şəkkin qarşısı alınmalıydı. İkinci növbədə gizli fəaliyyətlər çox da az olmayan bir qrupun müxalifətçiliyindən xəbər verirdi. Bu dəstə qısa bir zamanda öz gizli fəaliyyəti sayəsində Peyğəmbərin (s) zəhmətlərini netirallaşdırıb və cəmiyyətləri azdıra bilmişdi.
Gözlənilən bu iki təhlükənin olmasına baxmayaraq, Allahın Rəsulu (s) İlahi hökmü çatdırmalıydı. Əks təqdirdə, ayənin aşkar mənasına əsasən, həzrətin risaləti nəticəsiz olacaqdı.
Allahın Rəsulu (s) məşhur "Qədir” xütbəsində belə buyurmuşdur:
Cəbraildən (Allahın salamı ona olsun) məni, Əlinin vilayətməqamını elan etməkdə üzürlü saymasını istədim. Çünkü təqvalı insanların az, münafiqlərinsə çox olmasını bilirəm.Yalançı və hiyləgər günahkarlar vardır ki, islamı oyun-oyuncağa çevirmişlər. "Mütəal Allah öz kitabında onların haqqında belə buyurmuşdur: "Dillərində bir şey deyirlər ki, qəlblərində ona inanmırlar; elə bilirlər ki, bu iş sadədir, lakin bu iş Allah yanında böyük günahdır ”.Onlar həmişə mənə əziyyət vermiş və işi o yerə çatdırmışlar ki, mənə töhmət vuraraq demişlər: "Peyğəmbər başqalarının sözünə itaət edir, onun özünün heç bir müstəqil iradəsi yoxdur”. Mən həmişə Əliylə bir yerdə olmuşam, o, daim mənim diqqət mərkəzimdə olduğuna görə, ona qarşı həsəd aparmış və buna dözə bilməmişlər. Bu zaman Allah ayə nazil etmiş boş danışanlara cavab verərək buyurmuşdur: "O, başdan-başa qulaqdır! (Hər bir kəsin sözünü qəbul edir.) De: O, sizin üçün yaxşı bir qulaqdır.” ("Tövbə” surəsi, ayə:61)
İndi əgər münafiqləri bir-bir adları və əlamətləri ilə yaxud barmaqla işarə etməklə yada camaatı onlara tərəf yönəltməklə tanıtdırmaq istəsəm, bu işi görə bilərəm, lakin and olsun Allaha ki, mən onlara qarşı izzətlə rəftaredirəm.
Ey cammaat! Bilin ki, Allah Əlini sizin üçün rəhbər və imam təyin etmişdir. Ona itaət etməyi mühacirə (Məkkədən Mədinəyə hicrət edənlərə), ənsara (Məkkədən hicrət edənlərə pənah vermiş Mədinə əhli), onlardan itaət edib yaxşı yol ardıcıllarına, şəhər və kənd əhalisinə, burda olan və olmayana, ərəb və əcəmə, azad insanlara və qula, kiçik və böyükə, qara və ağdəriliyə vacib etmişdir. Allaha müti olub itaət edən hər bir kəsə verdiyi hökm rəva, dediyi söz eşidilməli və verdiyi əmrə itaət vacibdir. Onunla (Əli (ə) ilə) müxalif olan lənətlənmişdir, ona itaət edənsə Allahın rəhmətinə nail olacaqdır. Onu təsdiq edən mömindir. Allah onu və ona qulaq asıb itaət edən hər bir kəsi bağışlayacaqdır.
Məndən sonra rəhbər və imamınız Əlidir (ə). O, Pərvərdigarınızın əmriylə təyin olunmuşdur. Ondan sonra da imamət qiyamət gününə qədər mənim ailəmdə, Əlinin (ə) övladlarında olacaqdır...
Ey müsəlmanlar! Əliyə qarşı olub haqdan çıxmayın, ondan uzaqlaşmayın, onun rəhbərliyindən boyun qaçırmayın. Hamınızı haqqa tərəf hidayət və haqq əsasında əməl edən odur. Batili məhv edib ondan saxlayan və Allah yolunda heç nədən qorxmayan odur.
Cammat! Əli Allaha və onun Peyğəmbərinə (s) iman gətirən ilk şəxsdir. O, canını Peyğəmbərin (s) yolunda fəda etmiş, həmişə Allah və Peyğəmbərlə (s) olmuşdur. Ondan savayı heç kim Peyğəmbərə (s) tam təslim olmamışdır. Ey camaat! Bu Əli mənim qardaşım, canişinimdir, elmimi öyrənmişdir və ümmətimin imamıdır. O, Quranın təfsirinə agah, insanları Allahın kitabına tərəf aparan və Quranın hökmlərinə əməl edəndir. Əli Allahın razılığı əsasında əməl edir, Onun düşmənləriylə döyüşür, bəndələriylə dostluq edir, Allaha qarşı asi olmaqdan çəkindirir. Allahın Rəsulunun (s) xəlifəsi, möminlərin əmiri, Allah buyruqlarına hidayət edən rəhbər və nakisin, qasitin və mariqini qətlə yetirəndir. (Adı çəkilən dəstələr həzrət Əlinin xilafəti zamanı müsəlmanlara qarşı üsyan etmiş dəstələrdir. Qeyd etmək lazımdır ki, bu xəbərlər Allahın Rəsulunun (s) özündən sonra baş verəcək hadisələr barədə verdiyi qeybi xəbərlərdəndən sayılır. Müt.)
Əziz və uca Allah sizin dininizi, Əlinin vilayətini elan etməklə kamil etmişdir.
Bundan sonra Əlinin (ə) və ondan sonra da qiyamətə qədər canişini olan imamların övladlarıdır onlar həzrət Əlinin (ə) imamətindən boyun qaçıran hər kəs, əməlləri Allah dərgahına təqdim olunduqdan sonra bütün əməlləri məhv olmuş, puça çıxmış kimi olacaqdır. Belə şəxslər əbədi atəşdə qərarlaşacaq, heç vaxt odundan azalmayacaq və heç bir möhlət ona verilməyəcəkdir.
Ey camaat! Bu gün mənim sözümü danıb onunla razılaşmayan lənətlənmişdir. (Bəli) Lənətlənmiş və Allahın qəzəbini qazanmışdır. Agah olun! Bu dəqiqə Cəbrail uca Allahdan mənə, "Əliylə düşmən olub onun vilayətini qəbul etməyənə Allahın lənəti olsun!” xəbərini gətirmişdir.
Camaat! Allahın əmriylə müxalif olmaqdan çəkinin!...Bilin ki, bədbəxt adamdan savayı heç kəs Əliylə düşmən olmaz və iman əhlindən savayı heç kəs də Əlinin dostluğunu canıyla almaz. Müxlis möminlərdən savayı bir kəs Əliyə iman gətirməz.
Ey camaat! Məndən sonra yalançı rəhbərlər qüdrəti ələ keçirər və camaatı cəhənnəmə tərəf çağırarlar. Qiyamət günü onların bir köməkçisi olmaz... Uca Allah və mən onlardan bizarıq.
Ey camaat! Məndən sonra gələn qəsbkar rəhbərlər, onların dostları və yoldaşları cəhənnəmin ən aşağı dərəcəsində olacaqlar və ora təkəbbürlü insanlar üçün nə qədər pis yerdir!
Agah olun! Əhli-beytin vilayət məqamını qəsb edənlərə və onlara (qəsbkarlara) yardımçı olanlara Allahın lənəti olsun!
Ey müsəlmanlar! Mən Əlini sizin aranızda müsəlmanların imamı olaraq qoyuram. O və övladları qiyamətə qədər mənim vərəsələrimdir. Çatdırmağa məmur olunduğum Allahın əmrini sizə yetirdim. Burada bizimlə birgə olanlara və olmayanlara, indi dünyaya gələnlər və gələcəkdə dünyaya gələcək hər bir kəsə aydın hüccətdir. Beləliklə, Allahın əmrini hazır olmayanlara çatdırmaq "Qədir” səhnəsində olan hər bir kəsə vacibdir. (Eləcə də) Qiyamətə qədər atalara vacibdir ki, onu övladlarına çatdırsınlar. (sonra dua edib dedi:)
Pərvərdigara! Əlinin dostlarını dost, düşmənlərini düşmən tut! Əlinin (ə) vilayətini inkar və onun haqqını qəsb edənlərə lənət və qəzəb et!
Pərvərdigara! Sən mənə "İmamətin məndən sonra Əliyə (ə) aid olduğu əmrini nazil etdin. Mən də onu camaata çatdırdım. Mən uca Allah tərəfindən siz camaatı Əliylə beyət etməyə çağırdım. Əhdini pozan hər kəs öz zərərinə əməl etmişdir. Mən Allah tərəfindən sizdən Əli üçün beyət almağa məmuram.
Siz də uca Allahdan Əlinin vilayəti haqqında nazil olan şeyə etiraf edin və onu "Əmirul-möminin” (Möminlərin əmiri) bilin. Əlidən sonra gələn mənim ailəmdən və Əlinin (ə) övladlarından olan imamların imamətini qəbul edin!”
Görəsən Allahın Rəsulu (s) öz ətrafında olanların gizli, eyni zamanda sirlə dolu olan hərəkətlərindən təkcə vəhy yoluyla xəbərdar olurdu, yoxsa müəyyən əlamətlər bir dəstənin onun kimi fikirləşməməsindən onu agah edirdi? Əli ibn Əbi Talibin canişin olma məsələsi barəsində olan sözlərini yaddan çıxartmadıqları halda yoxsa ondan narazıydılar?! O, bundan əvvəl öz ətrafında olanlardan nə görmüşdü ki, indi Əli (ə) haqqında bu qədər təkid və ehtiyatla danışırdı?!
O vaxta qədər o həzrətin müşahidə etdiyi müxalifətçilik üç növ idi:
1) Aşkarda yaxud örtülü şəkildə baş verən müxalifətlər.
2) Gizlində olmuş, lakin sonradan məlum olan müxalifətlər.
3) İnsanların daxilində olub aşkar olmayan, lakin rəftarların bildirdiyi müxalifətlər.
Vəhy mələyinin onu xəbərdar edərək
وَ مِمَّنْ حَوْلَكُمْ مِنَ الاعْرَابِ مُنَافِقُونَ وَ مِنْ اهْلِ المَدِينَةِ مَرَدُوا عَلَى النِّفَاقِ لا تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُم...
"Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan ) bədəvi ərəblərdən bir dəstəsi münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq” söylədiyi bu ayə münafiqlərin gizli təşkilatından xəbər verir. Onların iki fikirdə olmalarıbarədə məlimat toplamaq hətta Peyğəmbər (s) üçün belə, asan deyildi. Bu insanlar uzun illər Peyğəmbərin (s) yanında olmuş və zahirdə onunla həmfikir idilər. Bunlar "Zirar” məscidi münafiqləri kimi deyildilər ki, mollanın mərkəzləri yerlə yeksan olsun. Əksinə bunları təkcə İlahi vəhy və Peyğəmbərin göstərişi ilə məlumatlanan çox az adam tanıyırdı.
Qədir göstərişiylə müxalif olanlar müxtəlif fikir və hədəfdə olsalar da, öz aralarında birlik yaratmaq, həmfikirləri bir yerə yığmar barəsində ciddi səy göstərirdilər. Onlar yaxşı başa düşürdülər ki, Peyğəmbərin (s) özü və onun ətrafında birləşmiş böyük kütlənin olduğu yerdə heç bir silahlı qiyamdan danışmaq söhbət açmaq olmazdı. Belə bir qiyamın nəticəsiz olacağından əlavə, onların gizli üzləri də aşkar olacaqdı.Yeganə çıxış yolu gizli siyasi yol seçməklə öldürücü zərbə vurmaq üçün fürsət gözləmək idi. Bununla yanaşı, məkirli tədbirləri baş tutmadıqda səbir edərək Peyğəmbərin (s) vəfatını gözləməli olacaqdılar. Başqa bir tərəfdən də həzrət özü bu səfər zamanı tezliklə dünyanı tərk edəcəyi haqda xəbər vermişdi. Qeyd olunmuş zaman fürsət gözləyənlərin hədəflərinə yetişmək üçün elə də uzun müddət deyildi.
Bu qısa müddət Peyğəmbər (s)-ı, və camaatı yoxlamaq, ümumi fikrə qiymət vermək üçün ən asan yoldur. Tarixdə qeyd olunanlara əsasən, həmin vaxtlarda Haris ibn Nöman Fəhri adlı bir nəfər Peyğəmbəri (s) uca səslə çağıraraq dedi: Ey Mühəmməd! Bizi Allaha tərəf çağırdın qəbul etdik. Öz Peyğəmbərliyini (s) açıqladın və "La ilahə illəllah və Muhəmmədun Rəsulullah” dedin qəbul etdik. Bizi islama çağırdın, itaət etdik. İndi də əmin oğlunu bizə əmir etdin! Bilmirik bu Allah tərəfindən olan bir hökmdür, yoxsa sənin şəxsi nəzərindir!
Allahın Rəsulu (s) buyurdu: And olsun o, Allaha ki, Ondan başqa məbud yoxdur! Bu hökm Onun tərəfindəndir və mənim vəzifəm təkcə onu çatdırmaqdan ibarətdir.
Kişi bu cavabı eşitdikdə başını göyə qaldırıb acıqla dedi: Pərvərdigara! Əgər Mühəmmədin Əli haqqında dedikləri Sənin tərəfindən və Sənin əmrinlədirsə, onda göydən bir daş salıb məni həlak et!
Sözü ağzında tamamlanmamışdı ki, göydən bir daş düşüb onu həlak etdi. Bu zaman "Məaric” surəsinin ilk iki ayəsi nazil oldu.
Bu qorxulu hadisədən sonra müxaliflər başa düşdülər ki, tədbir tökmək lazımdır. Onlar bundan əvvəl də Allahın Rəsuluna (s) sui-qəsd etmək barəsində planlar cızmış, lakin sonda heç bir nəticə ala bilməmişdilər. Onlar Mədinəyə yetişməmişdən əvvəl dağlıq bir yerdə Allahın Rəsulunun (s) dəvəsini hürküdüb dəvəni dağdan aşağı yuvarlatmaqla həzrətin həyatına son qoymaq, gecənin qaranlığında qaçıb sabahı gün bu hadisənin bir təsadüf olmasını bildirməklə planlarını həyata keçirmək istəmişdilər.
Bu plan qeybi yardımla ifşa oldu. Bununla belə, Peyğəmbər (s) münafiqlərin şeytan tipli birləşmələrinin yenidən güclənə biləcəyindən şəkki yox idi. Ona görə də Peyğəmbər (s) tərəfindən bir nəfər car çəkərək dedi: "Allahın Rəsulunun (s) əmrinə əsasən, yol boyu Mədinə şəhərinə çatana qədər heç kəsin iki-iki ya üç-üç bir yerə yığılıb pıçıldaşmaq ixtiyarı yoxdur”. Bu əmrdən sonra ehtimalı üzrə fitnə yarada biləcək bütün yığıncaqların qarşısı alındı və Mədinəyə çatana qədər heç kəs hiylə qura bilmədi. Amma bununla belə, bu məsələ işində müvəffəq ola bilməyənləri öz işlərində daha da gizli fəaaliyyət göstərməyə sövq etdi. Onlar, Peyğəmbərin (s) onların fikirlərini bilməsini başa düşmüşdülər. Buna görə də, gizli olaraq bir yerə yığılıb əvvəldən Məkkədə yazdıqları əhdnamənin üstündə təkid edərək hər yolla olursa olsun, Peyğəmbərin (s) göstərişinin qarşısını almağa təkid etdilər.
Əhdnamənin bir hissəsi belədir:
Bu, Allahın Rəsulunun (s) mühacir və ənsardan olan əshabından bir dəstənin razılığa gəldiyi əhdnamədir.
Allahın Rəsulunu (s) Özünə tərəf çağırdı. O həzrət bir kəsi öz yerinə təyin etmədən əbədi həyata qovuşdu və xəlifə təyin etməni camaatın öhdəsinə buraxdı ki, inandıqları şəxsi onun canişini və müsəlmanların "Vəli əmr” məqamına seçsinlər. Allahın Rəsulu xilafətin nübuvvətlə bir ailədə qalaraq, miras kimi bir-birinə ötürülməməməsi, varlıların əlində əlbəəl olmaması, hər xəlifənin qiyamətə qədər öz övladı üçün xilafət iddiası etməməsi və başqalarının da ondan faydalanması üçün heç kəsi təyin etməmişdir.
Hər bir əsr və zamanda müsəlmanlara lazımdır ki, xəlifə dünyadan getdikdən sonra düşüncə sahiblərindən olan əshab bir yerə yığılıb, məşvərət və fikir mübadiləsindən sonra müsəlmanların rəhbərliyini düz olan bir adama tapşırsınlar, onu müsəlmanların mal və canlarına ixtiyar sahibi etsinlər. Belə bir səlahiyyət təkcə düşüncə sahiblərindədir. Onlar "Vəliy əmri” seçməkdə aciz olmazlar.
Deməli, əgər bir nəfər Allahın Rəsulunun kimisə özündən sonra canişin təyin etməsini və o şəxsi adı və nəsəbiylə tanıtdırmasını iddia edərsə, boş söz demiş, Allahın Rəsulunun səhabələrinin nəzərinin əksinə rəy vermiş və müsəlmanlarla müxalifətə qalxmışdır.
Bir kəs Peyğəmbərin (s) canişinliyi və xilafətinin ondan sonra bir başqasına miras kimi keçməsini iddia edərsə, mənasız söz demişdir. Çün ki, Allahın Rəsulu (s) demişdir: "Biz Peyğəmbərlər (s) irs qoymuruq. Bizdən qalan hər bir şey sədəqədir.”
Əgər bir nəfər "Xilafət nübuvvətin davamıdır və buna görə də Peyğəmbərin xilafəti hər kəsə layiq deyil, əksinə, bəlkə müsəlmanların arasından müəyyən bir adamın bu məqama layiq olması üçün xilafət onun haqqıdır” deyə iddia edərsə, yalan danışmışdır. Çünki Peyğəmbər (s) buyurmuşdur: "Mənim səhabələrim asimanın ulduzları kimidir: Hər hansına iqtida etsəniz hidayət taparsınız.”
Əgər bir nəfər "Allahın Rəsulu (s) ilə bir nəsəbdən olması və qohumluğuna görə özündən savayı heç kəsin bu məqama layiq olmamasını və hər zamanda bunun əsas götürülməsini” iddia edərsə, yersiz söz demişdir, çünki üstünlük Peyğəmbərlə (s) qohumluqda deyil, təqva ilədir. Necə ki, Allah buyurur: انّ اكرمكم عند الله اتقيكم ( )Eləcə də Allahın Rəsulu buyurmuşdur: "Bütün müsəlmanlar birdir. Müxalif olan bir nəfərə qarşı bir sıradadırlar.”
Deməli, Allahın kitabına iman gətirib, Peyğəmbərin (s) sünnəsini qəbul edən şəxsin işində heç bir irad yoxdur və o haqq yoldadır. Bunun əksinə hərəkət edib müsəlmanlardan ayrılanı öldürün! Çünkü ümmətin islahı onun ölümündədir. Mənim ümmətimi parçalayanı və onların arasında ayrılıq salanı hər kəs olursa olsun, öldürün! Belə ki, ümmətimin bir olması rəhmətə, parçalanması isə əzaba səbəb olur. Mənim ümmətim düz olmayan işdə heç bir zaman birləşməz, düşmən qarşısında bir əl kimi olarlar. Müsəlmanlardan yalnız düşmən olanlar ayrılar. Bu zaman onların qanını tökmək mubahdır (rəvadır).
Onlar əhdnaməni o gün Əbu Übeydə Cərraha tapşırdılar. O da öz növbəsində onların tövsiyəsinə əsasən, əhdnaməni Kəbənin bir küncündə basdırdı. Əhdnamə Ömər ibn Xəttabın zamanına qədər orada qaldı və sonra onun göstərişiylə çıxardıldı.
Əhdnaməni yazanlar işlərini bitirdikdən sonra sübh namazını Peyğəmbərlə (s) qıldılar. Həzrət üzünü Əbu Übeydəyə* tutub buyurdu: "Ümmətin əmin adamı olmuş sənin kimilərə yüz afərin!” Sonra bu ayəni oxudu:
فويل للّذين يكتبون الكتاب بايديهم ثمّ يقولون هذا من عند الله ليشتروا به ثمناً قليلاَ فويل لهم ممّا كتبت ايدهم وويل لهم ممّا يكسبون(Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra "bu, Allah tərəfindəndir!” deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə! ) ( "Bəqərə”surəsi, ayə:79)