İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:25 AM
    ƏNSARIN ƏKSÜL-ƏMƏLI
    Əbu Bəkr düşündüyü kimi hədəfə yaxınlaşmışdı. Onun çıxışı Səd ibn Ubadə və bir neçə nəfərdən savayı hamını geri çəkilməyə məcbur etmişdi. Bu azmış kimi, Bəşir ibn Səd xəzrəcinin sülh meyilli çıxışı və Həbbab ibn Munzərin şüarları* gözlənilənin əksinə olaraq cəmiyyəti mühacirlərin hədəfinə daha da yaxın etdi. Bəşir üzünü orada olanlara tutub dedi:
    Ey ənsar! And olsun Allaha! Əgər müşrüklərlə mübarizədə fəzilət sahibi olmuşuqsa və dində qabaqcıllarındanıqsa bu yolda Allahın razılığı, Peyğəmbərə itaət və özümüz üçün çalışmaqdan savayı məqsədimiz olmamışdır. Beləliklə bu əmələ görə camaatın qarşısında fəxr etmək və dünyəvi fayda güdmək yaxşı deyildir. Mühəmməd Qureyşdən idi və yaxınları xilafətə daha layiqlidirlər. Allaha and olsun, heç vaxt Allahın məni bu işə görə onlarla bəhs etməmi görməsini istəmirəm. Siz də Allahdan qorxub bu işdə onlarla müxalif olmayın.
    Əvvəldən mühacirlərin Mədinədən çıxarılması fikrində olub ənsarı mübarizəyə çağıran Həbbab ibn Munzər sözünü belə tamamladı: "Mühacirlər bizim təklifimizlə razılaşmadıqda yeganə çıxış yolu bur nəfərin bizdən və bir nəfərində onlardan təyin olunaraq rəhbərliyi öhdəsinə götürməlidir və biz təkcə buna razı olacağıq.”
    Hakimiyyətdə şərik olmaq fikirləri həqiqətdə mühacir və ənsarın fəaliyyətinin hüdudlarını müəyyən etmək deməkdi ki, mühacirlər buna razılıq vermirdilər. Elə buna görə də Ömər qəzəbli bir halda ona belə cavab verdi:
    هَيْهَات!لا يَجْتَمِعُ اِثْنَانِ فِي قَرْنٍ "Heç zaman iki hökumət eyni vaxtda ola bilməz!...” And olsun Allaha! Peyğəmbər sizdən olmadığı halda ərəb hökumətin sizin öhdənizə qoyulmasına razı olmaz. Lakin eyni halda Peyğəmbərin qəbiləsindən olan bir kəsə hökuməti tapşırmağa da heç bir maneə görməz! Biz onun dostları və qohumları olduğumuz halda kim bizimlə Mühəmmədin xilafəti barəsində mübahisə edə bilər?!”
    Bundan sonra Həbbabla Ömər arasında olan danışıq dava-dalaşa qalxdı. İşin bu yerə qalxmasına əsas səbəb heç bir əsası olmayan qəbilə təəssübü idi ki, az qala hər iki tərəfi qılınca əl atmaqa məcbur edəcəkdi.
    ƏNSARA VURULAN SON ZƏRBƏ
    Ömər ibn Xəttabla Həbbab ibn Munzərin arasında baş verən qarşıdurma dava-dalaşla nəticələnsə də, bu səhnəni idarə edənlər üçün bir neçə faydası vardı. Onların öz məqsədlərinə yetişməsi üçün əlverişli fürsət yaranmışdı. Baş vermiş ixtilaf qarşı tərəfə ruhi zərbə vurmaqla yanaşı, düşüncələrində də qarışıqlıq əmələ gətirmişdi. Onlar son sübutlarını əsəb və ruhi zəifliklə açıqlamışdılar ki, belə halda deyilən hər bir dəlil nəticə verməməklə yanaşı qarşı tərəfin fikirlərini qəbul etməyə fürsət yaratmışdı.
    Digər baxımdan, baş vermiş qarşıdurma zamanı ixtilaf edən tərəflər arada vasitə olaraq ixtilafı həll edə biləcək bitərəf adamın intizarını çəkirlər. Həqiqət burasındadır ki, Əbu Bəkr bunladrın hamısını bilirdi.
    Onun bir müddət susmasının səbəbi də münasib fürsəti gözləmək və axırda son zərbəni endirmək idi. Beləliklə bir neçə hücum həyata keçırməklə qarşı tərəfi təslim olmağa məcbur etdi. Elə bu fikirlə fürsəti əldən vermədən ənsar adı altında birləşmiş cəmiyyətin yadına köhnə ixtilaflarını salıb dedi:
    Sözümə yaxşı diqqət edin! Xəzrəc qüdrətə gələrsə Ovs** rahat olmayacaqdır. Çünkü onların da bu işə ləyaqətləri vardır. Yox əgər Ovs iş başına gələrsə onda Xəzrəc bununla barışmayacaqdır. Bu iki qəbilə arasında uzun illərdən bəri müharibələr olmuş və heç zaman sağalmayan yaralar meydana gəlmişdir.
    فان نعق منكم ناعق فقد جلس بين لحيته اسد يضغمه المهاجرى و يجرحه الانصار:
    " Sizlərdən (hakimiyyətə çatmaq üçün) iddia edən hər kəs özünü şirin iki çənəsi altına atmışdır. Həm mühacir həm də ənsar onu dişləri altına alıb parçalayar.”
    Bu söz deyilənə qədər ənsar az-çox Səd ibn Ubadə Xəzrəcini rəhbərliyə qəbul etmişdi. Lakin Əbu Bəkrin "Ənsarın hər iki qəbiləsinin rəhbərliyə ləyaqəti vardır,onlardan birinin xilafətə yetişməsi digəri üçün xətərlidir” deməsi bir daha onları qarşı-qarşıya qoydu və üzdə olan birliklərini parçaladı. Belə bir halda ovsluların qorxusu daha çoxaldi. Belə ki, mühacirləri qabaqlayaraq öz rəqibləri olan Xəzrəc qəbiləsinin başçısınıa rəy verməyə hazırlaşırdılar. Elə buna görə də Əbu Bəkrlə beyət etməkdə xəzrəcliləri qabaqlayıb açıq-aşkar onların iş başına gəlmələrindən qorxmalarını bildirdilər. ənsar arasında yaranan bu çaxnaşmadan sonra növbəti bir zərbənin vurulmasının vaxtı çatmışdı. Bu zaman mühacirlərin üçüncü adamı Əbu Übeydə Cərrah Əbu Bəkr və Ömərin çıxışlarının ardınca sözü ələ aldı və ürəyi yanıqlıqla ənsara xitab edib dedi:
    Ənsar! Siz Peyğəmbərə (s) kömək edən ilk dəstə olmuşsunuz. İndi də dində dəyişikliyin etmənin başlayanı olmayın!
    O da kamanında olan oxu hədəfə yaxşı vurdu. ənsara başa saldı ki, mühacirlərin xilafəti mövzusunda heç bir şübhə yoxdur. Onların rəhbərliyi ilə hər növ müxalifət dində bidətdən savayı bir şey deyildir.
    Artıq mühacirlərdən olan bir kəslə beyət etmək vaxtı çatmışdı. Ancaq o kimdir?! Əlidirmi?! Səqifə siyasətçiləri belə göstərdilər ki, guya o, bu məsuliyyəti qəbul etməkdən imtina etmişdir.
    Bu zaman Əbu Bəkr iki qədim dostlarından biri ilə beyət etmək üçün irəli düşdü, amma heç kəs nə ondan, nə də özündən o böyük seçimin səlahiyyətinin heç vaxt və kim tərəfindən Əbu Bəkrə verilməsini soruşmadı. Görəsən, mühacirlərin arasında Ömər ibn Xəttab və Əbu Übeydə Cərrahdan savayı insanlara rəhbərlik etməyə digər bir səlahiyyətli şəxs yoxdumu?! Məkkədə uzun illər qəbir qazan olmuş Əbu Übeydə Cərrah rəhbərlik qaydalarını kimin yanında öyrənmişdi ki, indi Əbu Bəkr ona beyət etmə təklifini irəli sürürdü?!
    Ömər və Əbu Übeydəyə olunan təklifdən sonra o, iki nəfər eyni zamanda Əbu Bəkrə üz tutub dedilər:
    Allaha and olsun ki, yox! Sən bütün mühacirlərdən üstünsən, mağarada Peyğəmbərlə bir yerdə olmuş və Allahın Rəsulu (s) səni öz yerinə namaz qılmaqa təyin etmişdir, halbuki, namaz ilahi hökümlərin ən üstünüdür. Belə isə, səndən qabağa keçməyə kimdə ləyaqət ola bilər?! Əlini uzat, səninlə beyət edək.
    (Ömər dedi:) Heç kəs səni, Allahın Rəsulunun sənə verdiyi məqamdan kənara qoymayacaqdır!
    Ömər ibn Xəttab, Əli ibn Əbi Talib və Abbas kimi şəxsiyyətlərin fəziləti və Əbu Bəkrin zirəkliyi yanında onun üçün heç bir yerin olmamasını yaxşı bilirdi. Buna görə də daha zirək olan Əbu Bəkri qabağa saldı, o tez, yaxud gec etdiyi bu xidmətin əvəzini görəcəyinə inanırdı.
    Bəziləri yazır: Bu zaman Bəşir ibn Səd Əbu Bəkrlə beyət etmək üçün hamıdan tez ona tərəf atıldı.
    İşi belə görəndə, artıq Həbbab ibn Munzər üçün Səd ibn Ubadədən tərəfdarlıq etməyə heç bir fürsət qalmır və iş mühacirlərin xeyrinə tamamlanırdı. Bəşir uzun illər əmisi oğlu Sədlə rəqabət aparmış və ona həsəd edirdi. Necə ki, beyətdən sonra Həbbab ona dedi: "Sən əmin oğlu ilə apardığın rəqabətə görə belə etdin.” Bəşir isə təkcə Allahın bu dəstə üçün ayırdığı haqqa qarşı çıxıb onlarla müxalifət etməməkdən ötrü belə etdiyinə and içdi.
    Bəşir doğrudan da, həqiqətimi deyirdi?! Görəsən, həqiqətən də Allah rəhbərliyi mühacirlərin öhdəsinə qoymuşdu? Görəsən bu üç nəfərdən savayı başqa layiqli bir kəs yox idi?! O üç nəfərin (Əbu Bəkr, Ömər və Əbu Übeydə) yaratdığı səhnə və həmkarlığı o qədər dəqiq və təsirli idi ki, İbn Əbil Hədid demişkən: Ömərin dünyadan getdiy zaman "Əgər vəsiyyət etmədən dünyadan getsəm Allahın Rəsulu (s) kimi rəftar etmişəm” – dediyi söz olmasaydı inanmaq olmazdı ki, Peyğəmbər xilafəti onlara tapşırmamışdır
    Yığıncaqda məclisin gedişi və deyilən sözlərin məharətlə qurulmasından, ənsar tamamilə mühasirəyə düşmüşdü. Üç dostun hər biri məclisin müxtəlif yerlərindən bir-birinin sözünü almaqla digərlərinin fikirlərini bir yerə yığmalarına imkan vermir və onları təşvişə salırdılar. ənsar bir neçə hakimin arasında qalmış məhkuma bənzəyirdi: sanki hakimlərdən biri məhkumdan sual etməklə onu təşvişə salır, digər hakimsə yeni zərbə endirirdi və o da nəhayətdə naçar qalaraq hakimlərin istədiyi hər bir şeyi etiraf edirdi.
    Bəşirin hərəkəti Ovs qəbiləsinin arasında qarışıqlıq yaratdı. Onlar Xəzrəclilər arasında mühacirləri hakimiyyətə gətirmək üçün hiylə hazırlanması və tezliklə hökumətdə onlarla şərik olacaqları qənaətinə gəldilər. Belə olduqda ən yaxşı siyasi hərəkət gecikmədən yeni hökuməti Əbu Bəkrin başçılığı altında tanıyıb beyət etməklə xəzrəclilərdən geri qalmamaq idi. Bu səbəbdən (Ovs qəbiləsinin başçısı) Usəyd ibn Huzəyr uca səslə qışqıraraq dedi:
    "Ey Ovslular! Qalxın və Əbu Bəkrlə beyət edin! Əgər Xəzrəc bir dəfə hökumətə gələrsə sizə qarşı olan üstünlüyünü həmişə qoruyacaq və sizə heç vaxt ondan pay çatmayacaqdır.”
    Bu çağırışdan sonra ovslular Əbu Bəkrlə beyət etdilər və xəzrəclilərinsə bir çoxu acıqlı halda səhnəni tərk etdilər.
    HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI
    Səqifə yığıncağı sonda mühacirlərin qələbəsi ilə başa çatdı. Buna baxmayaraq, qalib gəlmiş dəstənin olduğu mövqeyi möhkəmlətməyin hələ çox zamana ehtiyacı vardı. Buna görə də o hadisəni meydana gətirən mahir idarəedicilər bu mövqeyi möhkəmlətmək üçün bəzi vasitələrə əl atmalı oldular. Beləliklə üç hədəf nəzərə alındı:
    1. Digərlərini hər yolla olursa-olsun, Əbu Bəkrin xilafətini qəbul etməyə məcbur etmək;
    2. Xarici qüvvələrdən yardım almaq;
    3. Rəsmi beyət mərasimi keçirmək;
    Ömər ibn Xəttab ilk hədəfi elə Səqifədən həyata keçirməyə başladı. Bir dəstə adam onun göstərişi əsasında Hubab ibn Munzəri ayaqları altına salıb ağzını torpaq ilə doldurub burnunu sındırdılar. Bir müddət sonra bir dəstə adam Miqdadı döydü, o vaxt az qala Səd ibn Übadə ona dəyən yumruq və təpiklər altında can verəcəkdi.
    O gün hər kəs səsini çıxarırdısa ağzını torpaqla doldururdular. O anlarda daha çox eşidilən cümlə bunlar idi: "Filankəsi öldürün, onları həlak edin, boynunu vuracağıq...”
    O gün Ömər, Əbubəkirlə beyət edən hər kəsi, işin onun xeyrinə bitmiş olduğu təsəvvürünü yaratmağa görə bir tərəfə yollayırdı. Sonra Əbu Bəkr və onun rəsmi tərəfdarları ilə şəhərin küçələrinə çıxaraq qarşılarına çıxan hər kəsi ixtiyar, yaxud məcburi yolla Əbu Bəkrin yanına gətirir, əlini onun əlinə sürtüb daha sonra azad edirdilər. Bu zaman Həbbah ibn Munzər əlinə qılınc alaraq onları törətdikləri bu işdən saxlamaq istədi, lakin Ömər ibn Xəttab özünə məxsus zirəkliklə onun qarşısını aldı. Ömər ona qarşı qılınc çəkmədən təkcə onun qılıncını yerə atdırdı. Köynəyin ətəyini yelləməklə camaatı dağıtdı və Həbbab və orada olanlara başa saldı ki, artıq qılınclıq bir iş yoxdur, camaat öz qərarını qəbul etmişdir.
    İkinci hədəfə gəldikdə isə, (xarici qüvvələrdən kömək aımaq) daha çox "Əsləm” qəbiləsinin Mədinəyə daxil olmasından faydalanmaq planı idi. Bunlar "Təbuk” müharibəsində istər mali istərsə də canlı qüvvə baxımından Peyğəmbərə kömək göstərməkdən imtina etmişdilər. Münafiq və müharibədən boyun qaçı ranları pisləyən "Təhrim” surədsi onların rüsvay olunması üçün nazil olmuşdu.
    Şeyx Mufid yazır:
    Ömər ibn Xəttab "əsləm”ilərə xəbər göndərib yanına gəlmələrini istədi. Onlara xitab edərək dedi: "Allahın Rəsulunun xəlifəsi ilə beyət qarşısında nə qədər istəsəniz sizə azuqə verəcəyəm. Siz camaatı beyət etməyə çağırın və imtina edənin alnına və başına vururn. O səhra əhli kəmərlərini möhkəmlədərək əllərinə çomaq alıb camaatın canına düşdülər və onları güclə beyətə doğru dartmağa başladılar.
    Bu sözdən və eləcə də Ömərin onların Mədinəyə daxil olmasından sevinməsindən, onların say baxımından çox, rəftar baxımındansa acıqlı olmalarını başa düşmək olur Ömər bu haqda deyir: Əsləmilər Mədinəyə daxil olduğu zaman qələbəyə arxayın oldum. Onlar mühacirlərə bağlıydılar. Sayları o qədər çox idi ki, küçələr onlara darlıq edirdi. Əsləmilər özləri Əbu Bəkrlə beyət edib başqalarını da bu işə məcbur edirdi lər O qarışıqlıqda fayda verəcək heç bir müxalif hərəkətə yer yox idi. Azca müxalifət şiddətli cavabla qarşılanırdı.
    Heç bir tarixçi Səqifə hadisəsini yaradanların o gün baş vermiş hadisədən sonra Allahın Rəsulunun (s) evinə qayıtması və o həzrətin mübarək bədəninin dəfnə hazırlanması və torpaqa tapşırılmasında iştirak etməyə gəlmələrini qeyd etməmiçdir. O, gün əvvəldən axıracan səs yığmaq, ümumun nəzərini cəlb etmək və müxalifləri qorxutmaqla keçdi. Bununla belə, o beyət kafi deyildi. Sabahı gün ilk fürsətdə beyəti möhkəmlətmək,yenidən olunacaq beyətlərlə hökumət qurmaq lazım idi. Belə olduqda qiyam və boyun qaçırma təhlükəsi tamamilə aradan getməli, Səd ibn Ubadə və Həbbab ibn Munzər kimi şəxslər xilafət fikrində olmamalıydı. Buna görə də ikinci gün "Xəttabın oğlu dünən Peyğəmbərin ölməməsi barədə dediyi sözlər barədə aydınlıq vermək istəyir” – səsi məsciddən ucaldı.
    Əzəmətli bir yığıncaq təşkil olundu. Əbu Bəkr mənbərə qalxdı. O, sözə başlamazdan öncə Ömər dedi:
    Mən dünən öz düşüncəm əsasında söz demişəm. Dediyim sözü nə Allahın kitabında görməmiş, nə də Allahın Rəsulundan eşitməmişəm. Elə bilirdim ki, Allahın Rəsulu bizim aramızdan dünyadan gedən sonuncu şəxs olacaqdır. O indi Allah kitabını sizin aranızda qoymuşdur ki, camaatı onun vasitəsi ilə hidayət edirdi.
    Allah sizin işlərinizi Əbu Bəkrin vasitəsi ilə qaydaya salmışdır. O, sizlərin ən yaxşısıdır. Həmişə Allahın Rəsulunun həmdəmi və hicrət zamanı mağarada onunla bir yerdə olmuşdur. Siz də qalxıb onunla beyət edin.
    Bu zaman orada olanlar qalxaraq rəsmi şəkildə onunla beyət etdilər. Daha sonra Əbu Bəkr üzünü camaata tutub dedi:
    Camaat! Sizə rəhbərliyi boynuma götürsəm də sizdən üstün deyiləm.
    انَّ لِى شَيْطَاناً يَعْتَرِينِى فَاذَا رَأَيْتُمُونِى غَضِبْتُ فَاجْتَنِبُونِى
    Mənim üçün bir Şeytan var ki, durmadan məni vəsvəsə edir. Məni qəzəbli gördüyünüz (ya yanıma gəldiyiniz) zaman məndən uzaq olun.
    Təəccüb bundadır ki, o məclisdə bir nəfər də olsun, Əbu Bəkrdən soruşmur ki, nə üçün bu sözü bur gün qabaq demirdin?! Bəlkə də etiraz edən olmuşdu, lakin xəbəri bizə çatmamışdır. Dünən bir dəstə onunla beyət etmədikdə onlara demişdi: "Sizi mənimlə beyət etməkdən saxlayan nədir?!أَلَسْتُ اَحَقّكُم بهذ الامر؟ اَلست اول من اسلم؟ Mən sizin hamınızdan layiqli deyiləm? Sizin hamınızdan əvvəl iman gətirməmişəm?!”
    İbn Əbil-Hədid yazır: Əbu Bəkrin dediyi "Mən sizdən üstün deyiləm..”sözü düz sözdür. O, inkarolunmaz bir şeyi iqrar etmişdir. Çünki Əli ibn Əbi Talib onların hamısından üstün idi; amma o gün camaat (Əli kimi) fəzilətdə, cihadda, elimdə, siyasətdə və şərafətdə bərabəri olmyan, lakin təqvalı və adil olan bir kəsə üz tutdular (Beləliklə Əbu Bəkrə irad tutulmamalıdır. Çünki onu camaat seçmişdi). Əshaba da yaxşı nəzərlə baxmalı, tutduqları işi yaxşı yerə yozmaq lazımdır. Onlar həqiqətdə İslamın məsləhətinə uyğun olaraq ixtilaf və qarışıqlıq yaranmasının qarşısını almaqdan ötrü fəzilətdə, şərafətdə və ləyaqətdə daha üstün olandan üz çevirib fəziləti və şərafəti az olan bir kəsə üz tutmuşdurlar
    Hələbi Şafei yazır:
    Əbu Bəkr belə düşünürdü ki, üstünlüyü olmayan şəxs özündən üstün və yaxşı olan bir kəsə rəhbərlik edə bilər. Əhli sünnətin fikrincə düz olan nəzər elə budur. Belə ki, mümkündür bəzi vaxtlar üstün olmayan kəs dinin məsləhəti olan bir işdə özündən yaxşı olan bir nəfərdən daha bacarıqlı və itaət edənlərin işlərində intizam yaratmaqda daha səriştəli olsun. Elə buna görə də o, Ömər və Əbu Übeydəni qabağa salaraq camaatın istədikləri halda onlarla beyət etmələrinə fürsət yaratdı.
    İbn Əbil Hədid və Hələbi Şafeinin sözləri qarşısında bir neçə sual vermək yerinə düşərdi:
    1. Bu söz Allahın Rəsulunun (s) buyurduğu: "Hər vaxt ümmətə, aralarında ondan yaxşı və layiqlisi olduğu halda, digəri rəhbərliyi öhdəsinə götürərsə, o ümmət günbəgün geriləyəcəkdir.”
    2. İbn Əbil-Hədidin, Əli ibn Əbi Talibin cihadda, elmdə, siyasətdə və şərafətdə tayı-bərabəri olmayıb və olmayacağına etiraf etməsini nəzərdə alsaq, başqasının dövlət idarəçiliyində Əlidən hansı üstünlüyü vardı ki, Hələbi Şafeinin dediyi kimi, o xüsusiyyətə görə özündən daha fəzilətlidən qabağa düşmüşdü?!
    Hələbi Şafeinin kəlamında olan müğalitəni (sofismika) görmək çətin deyildir. Belə ki, heç kəs bəzi vaxtlar tabe olanın məxsus bir işdə öz rəhbərindən üstün olmasını inkar etmir. Məsələn xərratın şagirdi ox atmada öz ustasından mahir ola bilər. Amma burada ümumi fərz irəli sürərək heç kəs demir ki, üstünlüyü olmayan bir kəs üstünlüyü olandan daha bacarıqla iş görür. Əksinə, hər bir müqayisədə soruşmaq lazımdır? Hansı cəhətdən üstündür?!
    3. Rəhbərlik bir işdə məharətli olmağa ehtiyacı olan qazanc növü deyildir ki, o məharətə əsasən digərindən üstün olasan. Bütün fəzilətlər bir adamda görsənməyincə, təkcə bir üstünlüyə malik olan şəxsi heç də rəhbər hesab etmirlər. İndi Əli ibn Əbi Talib heç də nöqsanlı hal sayılmayan yaşca kiçik olmanı istisna etməklə hansı cəhətdə Əbu Bəkrdən aşağı idi?! Bundan əlavə, Əbu Bəkr öz hislərinə hakim olmayan bir rəhbər olmasını etiraf edərək şeytanın bəzən ona qalib gələrək haqq yoldan onu uzaqlaşdırmasını bildirir. Görəsən, öz hislərini nəzarət altına almaq rəhbərliyin lazımı şərtlərindən deyildirmi?! Özünə rəhbərlik edə bilməyən kəs, görəsən ümmətə rəhbərliyin öhdəsindən necə gələ bilər?! Bütün bunlardan əlavə, Əbu Bəkrin rəhbərlik işində Əli (ə) dan üstünlüyü kimin tərəfindən və hansı meydanda sübuta yetirilmişdi?!
    İbn Əbil-Hədid bu iradı qəbul etməklə, Əbu Bəkrin dediyi: "Mənim şeytanım var...” cümləsini onun zəifliyi kimi xatırlamışdır.
    Əbu Bəkr bu sözü o zaman camaatın qarşısında etiraf edirdi ki, artıq ikinci beyət də tamam olmuş və müəyyən qədər hökumətinin binası möhkəmlənmişdi. Qeyd olunan tərzdə alınmış rəsmi beyətdən sonra güc və qüdrət göstərmənin vaxtı idi. Bundan sonra artıq müxaliflər qorxudulmalıydı. Elə fikirləşməməliydilər ki, xəlifənin həmişəlik yumşaq xasiyyəti hökumətə daim tutulacaq iradlara səbəb olmalıdır. Heç vaxt! Camaat agah olub bilməlidir ki, şeytan xəlifənin xoş xasiyyətini ondan uzaq edib onu qəzəbləndirərək zülmə məcbur edə bilər. Belə olan halda ondan uzaq olaraq onu öz ixtiyarına buraxmalıdırlar ki, məsləhət bildiyi hər işi etsin.
    MÜXALIFLƏRIN AXTARIŞINDA
    İslamın ilk əsrlərində tarixçilərin bir çoxu əməvi və abbasi hökümətlərinə bağlı olmuşlar. Bu səbəbdən tarix kitablarında Səqifə hadisəsi belə göstərilmişdir ki, sanki camaatdan bir neçə nəfəri çıxmaqla qalanları Əbu Bəkrin hakimiyyətinə razı, Əlinin başçılığınasa müxalif olmuşlar. Halbuki əldə olan dəlillər heç də bu nəzəri təsdiqləmirlər. Bəzi dəlillər bunlardır:
    1.Bir neçə ay müddətində Əli ibn Əbi Talib (ə), bəni Haşim ailəsinin bütün üzvləri və tanınmış səhabələrin (Əbu Zərr Ğəffari, Salman Farsi, Əmmar Yasir, Miqdad, Ədullah ibn Məsud, Zübeyr, Əbu Əyyub Ənsari, Qeys ibn Səd, Osman ibn Huneyf, Xuzeymət ibn Sabit, Səhl ibn Huneyf, Huzeyfət ibn Yəman, Zeyd ibn Əraəm və Bureydət Əsləmi) beyət etməməsi;
    2. İbn Əbil Hədid və başqalarının dediyi kimi, camaatın ixtiyarlı, yaxud zor gücünə beyət etməsi;
    3.Mürtədlər qiyamı ilə məşhur olan Əbu Bəkrə qarşı müxalifət.
    Səd Əbu Bəkr və Ömərlə beyət etməyib, heç zaman yığıncaqlarda iştirak etmədi. O, həmişə adam yığıb hökumətin əleyhinə qiyam etmək fikirində idi. Heç vaxt onların məhkəmələrinin çıxardığı hökümlərə etina etmədi. Bu iş Əbu Bəkr dünyadan gedənə qədər davam etdi...
    Bir vaxt Ömərə üz tutub dedi: "And olsun Allaha, ən çox acığım gəldiyi şey səninlə bir şəhərdə yaşamaqdır!” Ömər cavabında dedi: "Hər kəs bir nəfərlə qonşu olmaq istəmədikdə başqa yerə köçür.” Səd cavabında dedi: "İnanıram ki,sən və sənin əshabından daha çox sevdiyim adamların qonşuluğuna gedəcəyəm.” Çox keçmədi ki, Şama tərəf hərəkət etdi.
    Ömər həmişə onu ya beyətə məcbur etmək, ya da öldürmək fikrindəydi. Səd Səqifədə Əbu Bəkrə rəy vermədikdə Ömər onun başı üstünə gəlib dedi: "İstəyirəm səni ayağımın altına alıb biləklərini sındırım.” Bir nəfər Ömərin saqqalını tutub dedi: And olsun Allaha, əgər onun başından bir tük belə az olsa sənin ağzında bir dənə də olsun diş qalmayacaqdır!” Əbu Bəkr onların dava-dalaşını görüb irəli gələrək Ömərə dedi: "Sakit ol! İndi yumşaq olma vaxtıdır!”
    Amma Ömər Səddən bu sadəliklə əl çəkən adam deyildi. Təkcə Səd idi ki, camaat arasında olan nisbi sakitliyi pozur, müharibə yaratmaq üçün öz müxalif hərəkətinə təkid edirdi. O, xilafət iddiası edir, hökumətin gələcəyi üçün ciddi təhlükə hesab olunurdu. Bir neçə gün sonra onun ardınca adam göndərib Əbu Bəkrlə beyət etməsini ondan istədikdə dedi:
    "Yox! Allaha and olsun, sizinlə beyət edən deyiləm! Sonuncu oxuma qədər sizə tərəf atacaq, nizəmi qanınızla boyuyacağam. Əllərim qılınc tutana qədər sizi özümdən uzaqlaşdıracaq, ailəm və ardıcıllarımla sizinlə döyüşəcəyəm. Bütün insanlar və cinlər belə sizinlə bir olsa, Allahımla görüşənə qədər sizinlə beyət etməyəcəyəm!”
    Bu söz Ömər və Əbu Bəkrin qulağına çatdıqda, Ömər Əbu Bəkrdən nə yolla olursa-olsun, ondan beyət almasını istədi. Lakin Bəşir ibn Səd Öməri bu işə israr etməsindən qorxudub çəkindirərək dedi: "Səd beyət etməyəcəyində israrlıdır. O, öləcək, ancaq beyət etməyəcək. O, ölməzdən qabaqsa ailəsi uşaqları və qəbiləsindən bir dəstəsi öləcəkdir. Onu öz başına buraxın, çünki onun tutduğu iş sizə heç bir zərər verməyəcəkdir.
    Nəhayət, Ömərin onun üçün yaratdığı çətinliklər dözülməz həddə yetişdi. O, Əbu Bəkrin ölümündən sonra Mədinədən çıxdı. O, Ömər ibn Xəttabdan əsla qorxmurdu. Lakin onun tərəfindən asudəlikdə də deyildi. Şəhərdə qalıb öz rəislərinə vəfadar olmayan qəbilənin içində yaşamaq da onun üçün şirin deyildi. Şama köçməsindən o qədər də keçməmişdi ki, ölüm xəbəri Mədinəyə çatdı. Bir neçə gün bu səda camaat arasında yayıldı:
    قد قتلنا سيد الخزرج سعد بن عبادة رميناه بسهمين لم يخطأ فؤاده
    "Biz xəzrəcin böyüyü Səd ibn Ubadəni öldütrdük. Qəlbini heç biri yan keçmyən iki oxla nişan aldıq”
    Sonra belə bir söz yayıldı ki, cinlər Sədi öldürmüşdür və bu da onların şeridir. Bir gecə səs gələn tərəfə getdikdə Sədin şişmiş cəsədini quyudan tapdılar.
    Həqiqətdə isə Sədi Mədinədən göndərilmiş məmurlar öldürmüşdü. Ömər bir neçə nəfəri Şama göndərərək dedi: "Səddən beyət etməsini istəyin. Boyun qaçırdıqda öldürün.” Məmurlar Şamın "Hərran”məntəqəsində Səd beyətdən boyun qaçırdıqdan sonra öldürdülər. Başqa bir rəvayətə görə onun qatili Xalid ibn Vəlid olmuşdur.
    MÜHACIRLƏRIN QALIB GƏLMƏSININ SƏBƏBLƏRI
    Mühacirlərin Səqifədə qalib gəlməsinin bəzi əsas səbəbləri bunlardır:
    1. Ovs və Xəzrəc qəbilələri arasında əsaslı ixtilaf olması. Səqifə yığıncağında təkcə qorxu mühacirlərin rəhbərliyə gəlməsi məsələsi idi. Bu amil iki tayfa arasında zahiri birlik yaratmışdı. Buna qədər isə nə o gün, nə də ondan qabaq bir-birləri ilə heç bir birlikləri olmamışdı. Elə o gündə də Səd ibn Ubadənin rəhbərliyini irəli sürən təkcə xəzrəclilər olmuşdu.
    Təbəri və İbn Əsir yazırlar: Bu iki qəbilənin bir-biri kənarında yaşadıqları zamanda da, onlardan biri müəyyən bir iş görmək istədikdə, o biri tayfa onunla rəqabət apararaq eyni işi görüb deyirdi: Heç vaxt bu işdə bizdən üstün olmayacaqsız!”
    Sonuncu dəfə aralarında müharibə hicrətdən altı il qabaq baş vermişdi. Deyilənlərə görə, xəzrəclilər məkkəlilərdən kömək almaq üçün ora gəlmiş, elə həmin səfərdə Allahın Rəsulu ilə tanış olaraq hidayət tapmışdılar. Aralarında olan ixtilaf bu iki dəstəni nə qədər rəqabətə və zəifliyə çəkmişdisə, bir o qədər də qarşı tərəfi gücləndirmiş və ixtilafdan lazımınca faydalanmaq fürsəti yaratmışdı. Bu qarışıqlıqda hər dəstə qüdrəti öz əlinə almaq haqqında fikirləşir, Əli ibn Əbi Talib (ə) kimi şəxsiyyətlər haqqında söz deməyə heç kəsin haqqı yox idi. Belə bir yerdə hər hansı tərəf Əlidən söz açsaydı həqiqətdə öz qalib gəlmə fürsətini əldən verməklə qarşı tərəfə fürsətdən daha səmərəli istifadə etmək imkanı yaratmış olacaqdı.
    2. Əbu Bəkrin Peyğəmbərin hədisindən istifadə etməsi. O, Peyğəmbərin buyurduğu:الائمة من قريش
    "Ümmətin başçıları Qureyşdəndır.”
    3. Ənsar qarşısında siyasi üstünlük. Mühacirlər, məxsusən onların islamda qabaqcıl olanları ənsarla müqayisədə on il düşmənə qarşı mübarizə və siyasi keçmişə malik idi. Bundan əlavə, onların Məkkədə işləri daha çox ticarət səfəri olduğundan ictimai və siyasi məlumatları daha çox idi. Əksinə olaraq, daha çox əkinçiliklə məşğul olan ənsarın siyasi təcrübəsi, heç bir əsası olmayan müharibələr olmuşdu. Bu da öz növbəsində düşmənçik və cəhaləti dərinləşdirməkdən savayı heç bir şey onlara verməmişdi. Onların səhv düşüncələrindən biri bu idi ki, Əli ibn Əbi Talibin (ə) hakim olması ilə başqa bir nəfərin rəhbərliyi arasında heç bir fərq görmürdülər. Münafiqdən savayı hər kəs olursa-olsun, isalamın qorunması və genişlənməsi üçün çalışacaqdır. Onların ilk siyasi təcrübəsi olduğundan, insanlar arasında azca əqidə və ya səliqə ixtilafının hökuməti tamamilə başqa bir tərəfə apara biləcəyini bilmirdilər.
    4. İctimai və dini üstünlük. Ərəblər arasında üstün cəhəti kimi, Peyğəmbərlə qohumluq amilinə istinad etmə ənsarı sakit etsə də, həqiqətdə avam aldatma üçün bir seçim idi. Çünki Peyğəmbərlə daha yaxın ünsiyyətdə və daha yaxın qohum olanlar xilafətdən məhrum oldular. Necə ki Əli ibn Əbi Talib bu haqda Səqifə yaradıcılarına xatırladaraq onları danlamışdı.
    5. Əbu Bəkrin üstünlükləri. Əbu Bəkrin Səqifədə digər xilafət iddiası edənlərdən daha çox etimad qazanaraq bir dəstənin onunla beyəti qəbul etməsinə üstünlük verən cəhətlər, onun islamı ilk qəbul edənlərdən olması, Peyğəmbərin xanımının (Ayişənin) atası olması, mağarada Peyğəmbərlə yanaşı olması, qocalığı, ticarətdə olan təcrübəsi, öz hədəflərinə çatmaq üçün camaatı yaxşı tanıması və səbirli olması idi. Bütün bunlardan əlavə, Məkkədə Qüreyş qəbilələri Bəni-Məxzum, Bəni-Üməyyə və Bəni-Haşimi cana yığmış qüdrət və siyasi çarpışmalarda iştirakı olmayıb bitərəf kimi tanınan Bəni Təmim qəbiləsindən sayılırdı.
    Digər bir iddia Peyğəmbərin göstərişi ilə namaz qılması məsələsi idi. Bu işə ilk dəfə işarə edən şəxs Ömər, rəvayət edən isə möminlər anası Ayişədir. Ömərin etiqadına əsasən, Peyğəmbərin Əbu Bəkrə, məsciddə namaz qılmasına göstəriş verməsi həqiqətdə onun rəhbərliyini təsdiqləməsi deməkdir. Halbuki əsl məsələnin baş verməsi şübhəli olmasından əlavə, Ayişənin bu haqda etdiyi bu rəvayətlər onlarla yerdə bir-biriylə ziddiyyət təşkil edir.
    Əbu Bəkrin digər xüsusiyyətləri – fürsətdən istifadə etmə bacarığını, hazır olanların diqqətini cəlb etmə məharətini, yerində təsirli sözlərdən yararlana bilməsini qeyd etmək olar. O, atəşin sözlərdən istifadə edib ənsarın ixtiyarını əlindən alaraq onları öz dediklərini təsdiq etməyə məcbur etdi.
    6. Ömər ibn Xəttabın mühüm rolu. İbn Əbil-Hədidin dediyinə görə, Ömər və onun səyləri olmasaydı, Əbu Bəkr xilafətə çata bilməzdi. Hadisələrin gedişi Əbu Bəkrin xilafətə yetişməsi Ömərin ondan daha........
    7.İmam Əli ibn Əbi Talibin orada olmaması. Allahın Rəsulunun (s) dəfn mərasimini keçirmək və o həzrətin qəm qüssəsi onu şurada iştirak etməkdən saxladı. Amma bunu da inkar etmək olmaz ki, Səqifədə olanların bir çoxu Əli ibn Əbi Talibin xilafətə meyli olmamasını və onu tərk etdiyini düşünmüşdü.
    ALLAHIN RƏSULUNUN EVINDƏ
    Allahın Rəsulu (s) hicrətin on birinci ilində rəbiul-əvvəl ayının 12-si, yaxud səfər ayının 28-ci günü bazar ertəsi günorta namazından əvvəl dünyadan getdi. Elə həmin gün Səqifə toplantısı təşkil etməklə Əbubəkirlə beyət olundu və çərşənbə axşamı günü yenidən məsciddə ümumi beyət keçirildi. Bundan sonra camaat dəstə-dəstə pak cəsədə namaz qıldılar və çərşənbə axşamı qürub vaxtı pak bədəni torpağa tapşırdılar.
    Peyğəmbərin (s) söhbət edib danışdığı axırıncı adam Əli ibn Əbi Talib (ə) olmuş və Allahın Rəsulu (s) ona bədəninə qüsul verib kəfənə tutmasını vəsiyyət etmişdi: "Ya Əli! Sən mənim qardaşım və vəzirimsən. Borclarımı qaytarıb, verdiyim vədələrə əməl edərsən. Sən mənim boynumda olan hər bir işin öhdəsindən gələ bilərsən.”
    Əli ibn Əbi Talib, Fəzl* və Abbasın** köməyi ilə Peyğəmbərə qüsul verdi. O iki nəfər və Şəqranın köməyi ilə onu kəfənə tutdu. Dəfndə də qohumlardan savayı bir kəs iştirak etmədi. Şübhəsiz, Əbu Bəkr, Ömər (Salman, Əbuzər və Əhli beytə vəfalı olan bir neçə nəfəri istisna etməklə) və başqa səhabələrdən heç biri Həzrətin qüsul-kəfən işində iştirak etməmiş, hətta dəfnində belə olmamışdılar. Ayişənin dediyi kimi: "Biz bel və külüng səslərini eşitdiyimiz zaman Allahın Rəsulunun (s) dəfn olunmasından xəbərdar olduq.”
    Yazılanlara görə, Peyğəmbərin əmisi Abbas o həzrətin mübarək bədəninin kənarında qəm-qüssə içində olduğu zaman Peyğəmbərin (s) əmisi oğlu olan Əli ibn Əbi Talibdən (ə) onunla beyət etməsinə icazə verməsini istəyib dedi:
    اُمدد يَدَكَ اُبايعُكَ فَيَقُولُ النَّاسُ:عَمُّ رَسُول اللهِ(ص)تَابَعَ ابنَ عَمِّ الرَّسُول(ص)فَلا يَخْتَلِفُ عَلَيْكَ اثنان
    "Əlini ver, səninlə beyət edim. Qoy camaat desin ki, Peyğəmbərin əmisi Peyğəmbərin əmisi oğlu ilə beyət etmişdir. (Belə olduqda) iki nəfər belə ixtilaf edib səninlə müxalif olmayacaqdır.”
    İmam onun cavabında buyurdu: اَوَ يَطْمَعُ فِيهَا طَامِعٌ غَيْرِى "Məgər məndən savayı kimsə xilafətə yetişmək haqqında düşünür?” Abbas dedi:سَتَعلَمُ "Tezliklə görəcəksən!”
    Allahın Rəsulunun (s) əmisinin xeyirxah məqsəd güdməsinə baxmayaraq, məsələnin dərinliyindən Əli (ə) qədər agah deyildi. O, müxaliflərin qüdrətə yetişmək qərarında nə qədər ciddi olmalarını və hətta Əli (ə) Peyğəmbərin (s) dəfnini boşlayıb ora getdikdə belə bundan savayı heç bir nəticə ala bilməyəcəyini təsəvvür belə edə bilmirdi. Əlinin (ə) Peyğəmbərin (s) mübarək bədəninə hörmətsizlik qiymətinə Səqifəyə tələsməsi nə üçün ola bilərdi?! Camaata "Qədir” hadisəsini xatırladaraq öz haqqını müdafiə edəcəkdimi?! Camaata deyəcəkdi ki, Peyğəmbər (s) onu canişin qoymuşdur?! Məgər camaat bunu unutmuşdu ki, Əli (ə) onların yadına salaydı?! Allahın Rəsulunun (s) canişin müəyyən etdikdən sonra, canişinin camaatın yanına gedib onlardan, ona itaət edərək onunla beyət etmələrini istəməməli deyildi, əksinə camaatın vəzifəsi bu idi ki onun yanına tələsərək onunla beyət etsinlər. Əli ilbn Əbi Talibin (ə) fikrinə görə camaat bu haqda kifayət qədər məlumatlı idi və Allahın Rəsulunun (s) mübarək bədənini yerdə qoyub onlara bu barədə yol göstərməyə heç bir ehtiyac görmürdü. Canişinin təyin edilməsi məlum olmayan bir iş deyildi ki, ümmət Peyğəmbərin dəfnini boşlayaraq onu təyin etməklə məşğul olsun.
    O gün Əli ibn Əbi Talibin nəzərində (ə) Allahın Rəsulunun (s) dəfnindən vacib bir iş yoxdu. Əgər o da digərləri kimi elə bir gündə islamın taleyinin həll olunmasını bəhanə gətirərək nəzərləri özünə cəlb etmək üçün fəaliyyət etsəydi, başqalarından baş verdiyi Allahın Rəsuluna (s) qarşı hörmətsizlik daha da şiddətlənər, o vaxtdakı və gələcək zamanlardakı digər insanlar üçün Peyğəmbərlik və ismət məqamını cilvələndirmiş olardı.
    Bir təhqiqatçının dediyi kimi, əgər o gün Allahın Rəsulunun (s) haqqında dünyadan getməzdən əvvəl hörmətsizlik olunaraq "danışığını bilmir” sözünün ardınca mübarək bədəni də dəfn olunmayaraq yerdə qalsaydı, yeni bir hörmətsizlik də əlavə olunar və nəticədə Allahın ağır qəzəbinə tuş gələrdilər. O gün Əli ibn Əbi Talibin(ə) tutduğu iş "Xəndək” müharibəsində Əmr ibn Əbdəvudə vurduğu zərbə qədər əhəmiyyətli idi.
    Allahın Rəsulunun (s) dəfn mərasimini keçirməyin qiyməti "Xəndək” günündə vurulan zərbə ilə bərabər olmasa da heç də ondan az deyildi.
    O HADISƏNIN ARDINCA
    Səqifənin özünəməxsus xüsusiyyət və xəbərdarlıqları olduğudan hər biri haqqında ətraflı danışmaq üçün ayrıca kitab yazılmalıdır. Bununla belə, xülasə şəkildə qeyd etmək istəsək onun xüsusiyyətlərini aşağıdakı kimi sadalamaq olar:
    1. Səqifə idarə edicilərinin rəftarı öz daxilində belə bir iddia gizlətmişdi ki, Allahın Rəsulunun (s) vəfatından sonra görülməli ən mühüm iş Həzrətin (s) diqqətindən kənara qalmış bir iş – çanişin təyin etmək məsələsidir.
    2. Orada iştirak edənlərin Əlinin (ə) digər səhabələrdən üstün olmasında heç bir şəkkləri yoxdu.
    3.Bütün işlər görüldükdən sonra o hadisənin özbaşına baş verməsi (qabaqcadan heç bir tədarük olmadan) iddia olundu.
    4. Peyğəmbərin (s) ailəsi və seçilmiş səhabələri, o cümlədən Salman orada iştirak etməmiş, olunan söhbətlərdə Həzrətin ailəsi, məxsusən Əli (ə) ilə heç bir məşvərət olunmamışdı.
    5. Səqifənin ümmətin arasında ixtilafın qarşısını almaq üçün yaradılmasının iddia etmələrinin əksinə olaraq heç bir hadisə islam ümməti arasında bu qədər ayrılıq salmamışdır.
    6. Bu iş isə tam "İmamətin xilafətdən ayrı olması” əsasında qurulmuşdu.
    Ömər ibn Xəttab aşkar halda ibn Abbasa deyir: "O qərarı qəbul etməkdən məqsəd nübuvvəti xilafətdən (ümmətə rəhbərlik məqamını) ayırmaq idi.”
    7. "Müsəlmanların Peyğəmbərdən (s) sonra rəhbərliyi Allah və Peyğəmbərin təyin etməsiylə deyil, xalqın seçimiylə olmalıdır” –məsələsinə təkid etmələri.
    8.Şuranın nüfuz dairəsi imamət və Peyğəmbərin (s) canişinini təyin etməni də öz ehtivasına alırdı. Bu fikir əsas götürüldükdə müsəlmanlar qoymaq və ya götürmək istədikləri hər bir hökmə görə şura çağıra və orada alınan hər bir nəticəni icra edə bilərdi.
    İslamda şura mövzusu iki ayə əsasında وامرهم شورى بينهم وشاورهم فى الامر açıqlanmışdır. Səqifə iştirakçılarının təsəvvürünün əksinə olaraq,وما كان لمؤمن ولا مؤمنة اذا قضى الله و رسوله امراً ان يكون لهم الخيرة من امرهم (Heç bir mömin kişiyə və mömin qadına yaraşmaz və şərən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (s) onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar). ayəsinə istinad edərək, şuradan dinin üsul və əhkamında deyil, dini işlərin icrasında istifadə olunur. Şəxsi rəydə olmaq bir növ itaətsizlik və cəza gətirəndir.
    Bütün bunlardan əlavə məşvərətdə olan şəxslərdə əqli baxımdan bəzi xüsusiyyətlərin olması zəruridir. Lakin Səqifədə heç birinə diqqət olunmamışdı.
    9. Hətta Məkkənin fəthi və müşriklərə qalib gəldikdən sonra Allahın Rəsulu (s) ilə olan beyətlərin heş biri zor gücünə olmamışdı. Səqifə ilk yığıncaq idi ki dava və hay-küylə başlayır, güc və qan tökmə yolu ilə camaatdan beyət alınırdı. Sonralar İmam Əli (ə) və ardıcıllarından Əbu Bəkr üçün təzyiq altında və ixtiyarsız olaraq beyət aldılar.
    SƏQIFƏNIN TÖRƏTDİYİ FƏSADLAR
    Səqifə hadisəsinin digər səbəblər əsasında baş verməsinə baxmayaraq, bəzi başqa işlərin meydana gəlməsinə səbəb oldu. O işlərin bəzisinə işarə edirik:
    1.Baş vermiş hadisə ilahi mənsəb olub Peyğəmbərin (s) canişini kimi tanınan "İmamət” məqamını, dünyəvi məqam olan "Xilafət” məqamına dəyişdi. Bu dəyişikliyə əsasən, artıq xəlifədə imama lazım olan xüsusiyyətlərə ehtiyacı olmur, hər kəs – yaxşı və ya pis rəhbərliyə seçilmək ixtiyarı tapır və itaət olunur. Bəni Üməyyə və Bəni-Abbas xəlifələrini buna misal göstərmək olar. Elə bu səbəbdən içdiyi şərabdan məst olur, camaata imam olaraq namaza dayanır, onlarla qondarma hədis yaradaraq camaatın içində yayırdılar.
    Allahın Rəsulu (s) buyurmuşdur: "Məndən sonra mənim rəftarım əsasında əmək etməyən rəhbərlər meydana gələcəkdir. Onların bəzisinin zahiri insan olsa da, ürəkləri şeytan ürəyi kimidir.”
    Huzeyfə sual edib dedi: "Ey Allahın Rəsulu (s)! Əgər elə bir zamanı görsəm hansı rəftar əsasında əməl edim?”
    Buyurdu: "Arxandan vurub malını əlindən alsa da belə, əmrini eşidib ona itaət et!” Onlar öz işlərinin, siz də öz işinizin məsuliyyətini daşıyırsınız. Hakiminizin günah etdiyini gördükdə, əməlindən şad olmayın. Buna baxmayaraq ona itaət etmədən əl götürməyin.”
    2.İmamət məqamı xilafət məqamı ilə bir səviyyədə olunduqda, imam bütün mənəvi ucalığıyla adi insan səviyyəsində qərar tapdı. Beləliklə, ona qarşı çıxmaq, müharibə aparmaq günah sayilmadı. Bəzi vaxtlar camaat onu bəyənmədikdə onun vəzifədən kənarlaşdırmanı vəzifə bildilər.
    Allahın Rəsulundan (s) Əli ibn Əbi Talib (ə) haqında buyurduğu: حربك حربى و...من آذى عليّاً فقد آذانى (Ey Əli! Səninlə müharibə etmək mənimlə müharibə etməkdir...və Əliyə əziyyət edən mənə əziyyət etmişdir) cümlələrini eşidən insanlar Səqifədən sonra Cəməl, Nəhrəvan və Siffeyn müharibələrində Əli (ə)qarşı qoşun çəkdi və onun minlərlə səhabələrini şəhadətə yetirdilər.
    3. Ümmət arasında Səqifədən başlamış ilk ən böyük parçalanma, tədricən dində böyük azğınlıq meydana gətirdi. Hökmlərin fəlsəfi və cüzi açıqlamaları, eləcə də Quranın bəyan və təfsiri xəlifə və hökumətə xidmət edən şəxslərin öhdəsinə buraxıldı. Beləliklə hər kəs nəyi istədisə, dindən çıxartdı və ya dinə əlavə etdi.Əhli sünnət mənbələrində xəlifələr dövründə yaşamış insanlardan (Əli (ə) xilafətə yetişənə qədər) Peyğəmbərin (s) sünnətinin və dinin əsərlərinin tamamilə dəyişdirilməsi və az qala dindən heç bir iz qalmayacağı haqqında onlarla hədis vardır.
    Əhli sünnət hədislərində Allahın Rəsulundan belə bir xəbər nəql olunmuşdur ki: "Qiyamət günü əshabımı sola tərəf (cəhənnəmə) aparacaqlar. Onların hara aparılması haqqında soruşduqda deyəcəklər: Cəhənnəmə! (Bu zaman) Deyəcəyəm: "Pərvərdigara bunlar Mənim əshabımdır!” Cavab veriləcək: "(Məgər) Bilmirsən sənin vəfatından sonra dində necə bidətlər meydana gətirdilər!..” Bu zaman onlardan bir neçə nəfərdən savayı heç kəsin nicat tapmayacağını görəcəyəm.”
    4. İnsanların dini rəhbəri ilahi səlahiyyət əsasında qəbul olunmadığına görə, qüdrəti əlinə alan hər kəs iğtişaş törətmək və müharibə yolu ilə xilafətə çatırdı. Elə bu inhirafa görə bəni Uməyyə və bəni Abbas əsrlər boyu müsəlmanlara hakimiyyət etmişdirlər.
    5. O yığıncaqda rəhbərlik meyarı elm, təqva, idarəçilik və ləyaqət deyil, qəbilə şərafəti olduğuna görə, rəhbəri müəyyən etmək üçün olan bütün qaydalar bir-birinə dəydi. Biri qəbilə şərafətli, digəri ondan əlavə təqvalı, fəqih ləyaqətli olan iki nəfərdən birinci rəhbərliyə seçildi. Bu iş tədricən Allahın Rəsulunun (s) uzun illər boyu insanlar arasından yox edib çıxarması üçün mübarizə apardığı qəbilə üstünlüyünə yenidən şəxsiyyət verərək həyat bağışladı. Bu qəbilə imtiyaz və üstünlüyü qəbilələr arasında rəqabət toxumu səpdi və onları hökümətə yetişmək üçün fürsət güdməyə sövq etdi.
    O gün Səqifə aparıcılarının bəhanəsi qarışıqlığın qarşısını almaq idi. Daha sonralar isə qüdrətə yetişəcək hər bir dəstə heç bir dini xüsusiyyətə malik olmadan istədiyi bəhanə ilə xilafətə yetişə bilər və tədricən onu padşahlıq vərasətinə çevirərdi. (Necə ki, bu iş baş verdi.) Əlbəttə, belə başlanğıcın sonda məhz belə olması təbii qəbul olunmalıdır. (Rəhbərlik qureyşdən Əməvi qəbiləsinə keçdi, Əməvi rəhbərliyi irsi padşahlığa və irsi padşahlıq isə daimi hakimiyyətə çevrildi. Camaatın onların işinə müdaxilə etmə haqqı əllərindən alındı. İş sonda o yerə çatmışdı ki, söhbət artıq rəhbərin necə olmasından deyil, rəhbəri necə razı salmaqdan gedirdi).
    Əməvi və Abbasilər bir əsrdən artıq müsəlmanlara ən qəddar və acınacaqlı şəkildə hakimiyyət edib islami torpaqlara sahib durdular. Xilafəti ələ almaqda sübutları, Səqifədə mühacirlərin ənsarın əleyhinə qaldırdığı dəlillər idi. Yəni Peyğəmbərlə qohumluq və qureyşdən olmaq.
    6.Əməvi və Mərvanilərin etdiyi 132 illik hakimiyyəti Səqifənin məhsulu kimi adlandırmaq lazımdır.
    İkinci və üçüncü xəlifələr tərəfindən Müaviyənin Şama hakim təyin olması ilə dindən uzaqlaşma özünün ən zirvə həddinə yetişdi. Onun hökmranlıq etdiyi hər yerdə nübüvvət əsərləri məhv olundu. (Tanınmış şərqşünas) lamins demişdir:
    "Biz xristianlar Müaviyənin qızıldan heykəlini düzəldib Şamda qoymalıyıq. Əgər Muaviyə islamı öz düz yolundan əyməsəydi, bu gün bütün avropa islama tabe olub onu qəbul edərdi.”
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 925 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024