İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 6:19 AM
    DÖRDÜNCÜ FƏSİL
    ƏVVƏLCƏDƏN TÖKÜLƏN TƏDBİR
    QƏFİL VƏ DÜŞÜNÜLMƏMİŞ BEYƏT
    Səqifə hadisələrindən vaxt ötdükcə qalib gəlmiş dəstənin rəqibi məğlub edib qüdrətə yetişmək üçün uzun müddətdən bəri tədbir tökməsi məlum olurdu. Buna ən yaxşı dəlil (şiə və qeyrilərinin qəbul etdiyi) Allahın Rəsulunun (s) Əli ibn Əbi Talibin imamətinə dəfələrlə təkid etməsidir ki, bunu nəzərdə aldıqda işin birdən-birə digər bir tərəfə yönəlməsi mümkün olmaması və müəyyən bir dəstənin bu barədə müddətlərlə əsaslı surətdə işləməsi məlum olur. Görəsən camaatdan heç kim Qədir hadisəsini xatırlamırdı?! Əlbəttə, yadlarında idi və uzun müddət xatirələrindən də silinməmişdi. O hadisədən on iki il sonra ikinci xəlifə dünyadan getdiyi zaman (hicrətin 23-cü ilində) Əli ibn Əbi Talib (ə) şurada olanlara, eləcə də camaata dəlil gətirərək özü haqqında qırx fəzilət sadalamışdı ki, onlardan biri də Qədir hadisəsi, digəri isə "Təthir” ayəsi olmuşdu. Onlardan dediklərini təsdiq edib şəhadət vermələrini istədikdə bir neçə nəfər müxalifi istisna etməklə hamı onun sözünü təsdiqləmişdi.
    Bütün bunlar Peyğəmbərlərin sonuncusu Mühəmməd (s) dünyadan getdiyi zaman o dəstənin yadında deyildimi?! Yoxsa onların bəzisi, üstünlüyü olmayan adamın ən fəzilətli olandan üstün tutularaq seçilməsini maneəsiz bir iş kimi qiymətləndirirdilər? Necə qəbul etmək olar ki, bir neçə saatdan az bir vaxtda, Allahın Rəsulu (s) ailəsinin iştirakı olmadan bir neçə nəfər qabaqcadan heç bir danışıqsız, camaatı Əli ibn Əbi Taliblə beyət etmədən uzaqlaşdıraraq başqa birisi ilə beyət etməyə aparır, daha sonra tamah və qorxu yoluyla beyət etdirirlər?!
    Əli ibn Əbi Taliblə (ə) tədbirli müxalifət zümzüməsi şiddətləndiyi bir vaxtda Məkkədə Ömər ibn Xəttaba xəbər verib dedilər: "Bəzisi deyir ki, əgər Əbu Bəkrlə beyət etmə doğrudan da qabaqcadan planlaşdırılmış halda olmuşdursa, onda biz də Ömərdən sonra başqası ilə (Əli) beyət edəcəyik.”
    Bu sözdən sonra xəlifə camaatı Mədinə məscidində bir yerə yığaraq minbərə çıxıb dedi: "Eşitdiyimə görə, bəziləri Əbu Bəkrlə olan beyətin qəflətən, düşünülməmiş olmasını əsas tutaraq Ömər ibn Xəttabdan sonra başqası ilə beyət edəcəklərini deyirlər! Əlbəttə, o beyət gözlənilmədən qabaqcadan düşünülməmiş baş vermişdi. Lakin Allah ümməti, onun zərərindən və qarışıqlığından saxladı. Bilin və agah olun! Bu gün sizin aranız da Əbu Bəkr kimi hamının onunla beyət edəcəyi başqa birisi yoxdur. Deməli, müsəlmanlarla məşvərət olmadan hər kəslə beyət olunarsa, o beyətin heç bir rəsmiyyəti olmayacaqdır: həm beyət edən, həm də beyət olunan öldürülməlidir!
    İbn Əbil Hədid yazır: Şiənin nəzərinə əsasən Əbu Bəkrlə olan beyət qəfilədən və düşünülməmiş olmamışdır. Ərəb şairi Məhəmməd ibn Hani Məğribi yazır:
    و لكن امراً كان أبرم بينهم وان قال قوم فلتةً غير مبرم
    "Bir dəstə adam xilafətin qabaqcadan hazırlıq görülməmiş və qəfil bir iş olmasını desə də, onların arasında qabaqcadan möhkəmlənmiş bir iş idi”
    Həqiqət budur ki, şahid və dəlil-sübutun çoxluğundan deyilən nəzərin təsdiqində hətta ayrıca bir kitab da yazmaq olar. Biz isə bu haqda bir neçə nöqtəyə işarə etməklə kifayətlənirik.
    1. Xatırlanan ilk mövzu Allahın Rəsulunun (s) Qədir-Xumda xütbəsi zamanı Əli ibn Əbi Talibin (ə) müxaliflərinə etdiyi xəbərdarlıqdır. Həzrət işarə edərək onların sayının az olmaması və bir an belə durmadan məkr və hiylə qurmaları haqqında fikirləşmələri və gələcək üçün plan cızmalarını bildirir.
    Şəkk yoxdur ki, elə bu adamlar hər vaxt Allahın Rəsulu (s) ümumi və xüsusi yığıncaqlarda Əli ibn Əbi Talibin (ə) fəzilətlərindən və onun övladlarının imamətindən söz açmaq istədikdə səs-küy salır təkbir deməklə qarışıqlıq yaradırdılar. Hər zaman Allahın Rəsulu (s)الائمة بعدى اثنى عشر "Məndən sonra imamlar on iki nəfər olacaqlar” – demək istədikdə məclisin sakitliyi səsküylə əvəz olur, hətta qarışıqlıq elə bir yerə çatırdı ki, həzrət sözünün ardını deyə bilmirdi.
    2. Əli ibn Əbi Talibin (ə) müxalifləri arasında uzun illər bir-biri ilə dostluq etmiş və qohumluq əlaqəsi olan bur neçə tanınmış şəxsi görmək mümkündür. Təəccüblü burasıdır ki, bunların hamısı Əbu Bəkrin dəvəti ilə islamı qəbul etmiş adamlardır. Bunlar: Osman, Təlhə, Zübeyr, Səd ibn Əbi Vəqqas, Əbdür-Rəhman ibn Ovf və Əbu Übeydə Cərrahdır. İkinci xəlifənin xilafəti zamanı dünyadan getmiş Əbu Übeydəni çıxmaqla, yerdə qalan beş nəfər Ömər ibn Xəttabın vəsiyyətinə əsasən xəlifə seçmək üçün təyin olunmuş altı nəfərdən beşini təmsil edirdilər. Bu yolla onlardan biri mütləq xəlifə seçilməli idi.
    Əbu Bəkr, Ömər və Əbu Übeydənin Səqifədəki rolu həlledici oldu. Əbu Bəkr qalib gəldikdən sonra Ömər ibn Xəttab Məhkəmə işlərinin, Əbu Übeydə isə islam hökuməti xəzinəsinin rəisi təyin olundu.
    İbn Əbil Hədid yazır: Əli ibn Əbi Talibi (ə) Əbu Bəkrlə beyət etməsi üçün güc işlədərək məscidə gətirdikdə o beyət etmədi. Əbu Übeydə ona dedi: "Ey Əbül-Həsən! Bu gün sən cavan, bunlar isə Qureyşin qocalarıdır. Onlarda olan təcrübə səndə yoxdur. ...İndi sən onlara itaət et. ....Əgər onlardan sonra sağ olarsansa layiqincə bu məqama yetişəcəksən.”
    Ömər ibn Xəttab, İbn Abbasla olan söhbətlərində özündən asılı olmayaraq bir neçə dəfə əlbir olmalarına işarə etmişdir. O, deyir: "Camaatın Əlinin imamətini qəbul etməmələrinin səbəbi, qureyşin nübüvvətlə xilafətin (dini və siyasi rəhbərliyin) Peyğəmbər ailəsində bir yerə yığılmasını istəməməsi idi. Bu səbəbdən də özləri özləri üçün rəhbər təyin etdilər və bu hədəfə yetişməkdə qalib gəldilər.”
    Dini və siyasi məqamın Peyğəmbər (s) ailəsində bir yerə yığılmasını istəməyən kimlər idi?! Görəsən, bu istəməmək və Peyğəmbər ailəsini (ə) imamətdən uzaqlaşdırmaq "Allahın Rəsulunun (s) vəfat etdiyi yarım gün ərzində” birdən-birə meydana çıxmışdı?!
    Aşağıdakı bəzi incəliklərə diqqət etdikdə onların uzun illərdən bəri əlbir olması aşkar olur:
    a) Bu üç nəfərin bir yaşda olması və hələ Məkkədən köhnə dost olmaları ərəblər arasında məşhurdur.
    b) Hədis mənbələrinin açıqlamalarına görə Əbu Bəkr həmişə, məxsusən ömrünün son günlərində əfsus edərək deyirdi: "Kaş ki, Səqifədə xilafəti Ömərə, yaxud Əbu Übeydəyə verər, özüm isə vəzir olardım!” İkinci xəlifə də dünyadan getdiyi zaman deyir: "Əgər Əbu Übeydə sağ olsaydı heç kəslə məşvərət etmədən xilafəti ona tapşırar və deyərdim: Allahın və Peyğəmbərin yanında əmanətdar olan bir kəsi öz yerimə qoymuşam.”
    v) Müslümün "Səhih” əsərində oxuyuruq: "Ayişədən soruşdular: "Əgər Allahın Rəsulu (s) öz yerinə canişin qoymaq istəsəydi kimi seçərdi?” Ayişə dedi: "Əbu Bəkri.” Dedilər: "Ondan sonra kimi?” Dedi: "Öməri.” Dedilər: "Ondan sonra kimi?” Dedi: "Əbu Übeydə Cərrahı.” Bu üç nəfərdən savayı başqa bir kəsin adını çəkmədi.
    q) Keçən bəhslərdə Əbu Bəkrin vəsiyyət etdiyi vaxt canişininin adını çəkmək istədikdə huşunu itirməsi və Osmanın öz ehtimalı əsasında Ömərin adını yazmasına işarə edib dedik ki, Əbu Bəkr huşa gəldikdə onun işini təsdiqləyib imzalamışdı.
    Görəsən Osman, Əbu Bəkrin məhz Ömər ibn Xəttabı özünə canişin qoymaq istəməsini haradan bilirdi? Əbu Bəkr özü bu barədə Osmandan soruşduqda demişdi: "Bilirdim ki, xilafəti ondan əsirgəməyəcək və ondan savayı heç kəsi təyin etməyəcəksən.”
    Bütün bunları, həmçinin ikinci xəlifənin də ölümündən əvvəl "Əgər Əbu Übeydə sağ olsaydı heç kəslə məşvərət etmədən xilafəti ona tapşırardım” deməsi və daha sonra qəti şəkildə Osmanı rəhbərliyə yetişdirəcək şura qurmasına diqqət etdikdə, bu bir neçə nəfərin uzun illərdən bəri bu haqda həmfikir olmalarında heç bir şübhə yeri qomur.
    İkinci xəlifənin vəfatına qədər bu bir neçə yaxın dostdan Əbu Übeydədən savayı Salim ibn Ubeyd də dünyadan getmişdi. Əgər o sağ olmuş olsaydı xilafət Osmana da çatmayacaqdı. Necə ki, Ömər özü bunu aydın şəkildə açıqlamışdı.
    3.Xanım Fatimeyi-Zəhranın (ə) "Fədək” xütbəsinin bəzi cümlələrində bir dəstənin müsəlmanlara rəhbərlik məqamını ələ keçirmələri üçün əlbir olmalarına işarə olmuşdur.
    و الرسول لما يقبر ابتداراً زعمتم خوف الفتنة الا فى الفتنة سقطوا و ان جهنّم لمحيطة بالكافرين. فلما اختار الله لنبيّه دار انبيائه مأوى اصفيائه ظهرت فيكم حسكة النفاق...واطلع الشيطان رأسه من مغرزها تفابكم فالقاكم لدعوتهم مستجيبين وللغرة فيه ملاحظين
    "Allahın Rəsulu (s) hələ dəfn olunmamış siz fitnə yarana biləcəyini bəhanə edərək hədəfinizin ardınca tələsdiniz. (Bu Quranın buyruğudur ki,) Onlar özləri fitnədə qərq olmuşlar və həqiqətən də cəhənnəm kafirləri əhatə etmişdir. Allah öz Rəsulunu Peyğəmbərlərin uca məqamına tərəf apardı. Sizin içinizdə (kök atmış) düşmənçilik və nifaq aşkar oldu. Şeytan gizləndiyi yerdən başını çıxarıb sizi özünə tərəf çağırdı və hamınızı müti gördü. Azca müqavimət göstərmədən onun hiylələrinə itaət etdiniz.”
    Digər bir yerdə buyurur:
    تتربّصون بنا الدوائر و تتوكّضون الاخبار
    Bizim başımıza gələcək xoşagəlməz ağır hadisə intizarında olaraq xəbər gözləyirdiniz.”
    4.Əbu Bəkrin oğlu Məhəmməd, Müaviyəyə məktub yazaraq onu Əli (ə)-la beyət etməməsinə görə bərk danladığı zaman, Müaviyə onun cavabında məktub yazaraq, getdiyi yolu özündən qabaq olmuş o iki nəfərin yolu olduğunu aydın surətdə söyləmişdi.
    Müaviyə yazır:
    "Mən və atan (Əbu Bəkr) Əbutalib oğlunun fəzilətini bilir, onun haqqını özümüzə lazım sayırdıq. Sənin atan və "Faruq”* Ömər Əlinin haqqını qəsb edən ilk adamlar olmuş və onunla müxalifətçilik etmişdilər. Bu iki nəfər əvvəlcədən cızdıqları plana görə əlbir olub daha sonra Əlini özləri ilə beyət etməyə çağırdılar. Əli qəbul etmədikdə onun haqqında nahaq və qorxulu qərarlar qəbul etdilər. Axır ki, Əli onlarla beyət edib onlara təslim oldu. Amma bu iki nəfər dünyadan gedənə qədər heç vaxt onu öz işlərində şərik etməyib, gizli olan işlərindən onu xəbərdar etmədilər. Bu gün bizim gördüyümüz işlər düzdürsə, atan onların banisi biz isə şərikləriyik. Əgər atan bu işi tutmasaydı biz heç vaxt Əbutalibin oğlu ilə müxalifət etməz, xilafəti ona verərdik. Lakin atan bizdən qabaq onun haqqında belə bir siyasət yürütmüş, biz də onun kimi rəftar etmişik. İndi ya atandan eyib tut, ya da bizi danlamaqdan əl çək. Tövbə edən hər kəsə Allahın salamı olsun!
    5. Əbu Bəkrlə Ömərin Səqifəyə getməsində əhəmiyyət daşıyan bir neçə məsələ vardır:
    a) Səqifə yığıncağını Ömərə çatdıran o iki nəfər kimdi və niyə bu qədər adamın içindən məhz ona xəbər verdilər?
    b) Məsələdən agah olan Ömər nə üçün onu təkcə Əbu Bəkrə çatdırdı?
    v) Nə üçün Bərra ibn Azib Qqureyşin tanınmış adamlarını axtardığı zaman Əbu Bəkr və Öməri Peyğəmbərin (s) evində görmür və xəyanət məqsədində olmalarını düşünür?
    q) Nə üçün o iki nəfər, ənsarın Səqifəyə yığılması məsələsini Əli (ə)-a, yaxud Abbasa demir və təkcə yol arası Əbu Übeydə Cərrahı özlərinə qoşurlar?
    d) .Səqifə danışıqları bitdikdən sonra Ömər ibn Xəttab gecikmədən hamını Əbu Bəkrlə beyətə çağırır və daha sonralar o məsələ haqqında deyir: "And olsun Allaha! Biz o zaman Əbu Bəkrlə beyət etmək yaxşı və təsirə malik olucu başqa bir yol görmədik. Qorxurduq ki, o camaatdan ayrılıb beyət məsələsini birdəfəlik həll etməsək onlar başqası ilə beyət edəcək və biz də çarəsiz olaraq ya qəbul etmədiyimizə itaət etməli, ya da onlarla döyüşməli olacaqdıq. Bu zaman fitnə qalxacaq, fəsad zahir olaraq qalib gələcəkdi.”
    O "biz”lərə deyəndə kimi demək istəyirdi? Məgər bu ana qədər onunla başqası arasında xilafət məsələsinə görə həmrəylik və danışıq olmuşdumu?!
    BU SUALLARIN IZAHI
    Tarixi sənədlərə görə ənsarın yığıncağını Ömərə xəbər verən o iki nəfər Muin ibn Ədi və Uveym Saidə olmuşdur. Ömər və onun ətrafında olanlardan qabaq mühacirlərdən heç kəs Səqifədə yox idi. Uveym Ovs tayfasından, Muin isə mühacirlərlə əhd bağlayanlardan idi. Hər ikisinin Ömər və Əbu Bəkrlə səmimi əlaqəsi vardı. Bu iki nəfərin mühacirlər yetişməzdən qabaq ənsarla olan söz savaşı onların ənsarın birliyini dağıtmağı qarşılarına məqsəd qoymaları fikrini möhkəmlədir. ənsar tərəfindən qovulduqdan sonra Ömər və Əbu Bəkri tapmaq ümidi ilə məscidə və peyğəmbərin evinə üz tutub onları köməyə çağırdılar.
    İbn Əbil Hədid yazır: Bu iki nəfərin Allahın Rəsulunun (s) zamanında Əbu Bəkrə dərin məhəbbətləri vardı. Mədinədə bu dostluq Səd ibn Ubadəyə qarşı olan düşmənçiliklə birləşdi. Hər ikisi Ömər və Əbu Bəkrin Səd ibn Ubadəni məğlub etməsində mühüm rol oynadı. Həmçinin tarixçilər bu iki nəfərin adını beyət almaq üçün Əlinin (ə) evinə hucum edənlərin sırasında qeyd etmişlər.
    İbn Əsir yazır: Allahın Rəsulu (s) Muin ibn Ədi ilə Ömərin qardaşı (Zeyd ibn Xəttab) arasında qardaşlıq əqdi bağlamışdı. Hər ikisi Əbu Bəkrin xilafəti zamanı Yəmamə mürtədləri ilə olan döyüşdə həlak olmuşdu. Ömər ibn Xəttab həmişə özünü Uveym ibn Saidəyə borclu bilirdi. Hətta onun qəbri üstündə bu cümlələri işlədərək demişdi: "Yer üzündə heç kəs iddia edib bu qəbrin sahibindən yaxşı bir nəfərin olmasını deyə bilməz!”
    Bu iki nəfərin mühacirlərə xəbər çatdırması ənsara o qədər pis təsir etmişdi ki, Səqifə gününün sabahı yenidən bir yerə yığılaraq onları ədəbləndirmək qərarına gəldilər. Lakin hər hansı səbəbdənsə onların bu yığıncağı çox sakit bir halda sona çatdı.
    Keçən bəhslərdən belə nəticə almaq olar ki, hələ Allahın Rəsulu (s) vəfat etməzdən qabaq bu dəstə arasında canişinlik haqqında söhbətlər baş vermiş və hamısı bir-birinin fikrindən xəbərdar olmuşdu. Eləcə də, məhz həmin söhbətlərin əsasında Ömər Səqifədə öz xilafəti üçün planlar hazırlamışdı. Lakin Əbu Bəkrin zirəkliyi nəticəsində bu planlar qısa bir müddət üçün təxirə düşməli olmuşdu.
    Bu barədə Muğeyrət ibn Şöbənin ona dediyi sözə diqqət etmək olar. Muğeyrə Ömərə deyir: "Əbu Bəkr xilafəti sənin öhdənə qoyduğu zaman nə üçün onu qəbul etmədin?! İndi ona irad tutur təəssüflə xatırlayırsan!”
    Ömər cavabında dedi: Mən səni ərəbin ağıllı adamlarından sayırdım. Sanki o gün sən orada olmayıb Əbu Bəkrin məni necə aldatmasını görmədin. Əlbəttə, mən də onu aldatdım.” (Əvvəlcədən qərara alınmışdı ki, xəlifə olum, lakin o zirəklik göstərib əlimdən çıxartdı).
    6. Əbu Bəkr və Ömərin qızlarının (Ayişə və Həfsə) o hadisələrdə olan mühüm rolu danılmaz bir faktdır. Əhli sünnət tarixçiləri İbn Abbasdan rəvayət edib yazırlar: Allahın Rəsulu (s) ömrünün son günlərini yaşayırdı. Bir gün bəzi tapşırıqlarını açıqlamaq üçün Əli ibn Əbi Talibi yanına çağırdı. Ayişə dedi: "Nə olardı ki, Əbu Bəkri çağıraydın!” Həfsə dedi: "Daha yaxşısı Öməri çağıraydın!” O iki nəfərin etdiyi israr nəticəsində Əbu Bəkr və Ömər Allahın Rəsulunun (s) yanına gəldilər. Peyğəmbər (s) onlara buyurdu: "Əgər sizinlə işim olsaydı, ardınızca adam yollardım. Durun çıxın!” Vəziyyəti belə görən Ayişə dedi: And olsun Allaha Əlidən savayı heç kəsi çağırmır. Onu çağırın gəlsin.”
    Nəhayət, Əli Peyğəmbərin hüzuruna gəldi və onlar uzun müddət astadan söhbət etdilər.
    Sonralar da bu neçə nəfər zahirdə bir-birinin əleyhinə heç bir iş görməmiş, həmişə bir-birinə arxa olmuşdular.Əbu Bəkrin xilafətinin möhkəmlənməsi üçün Ömər həddindən artıq canfəşanlıq göstərmişdi. Belə ki, İbn Əbil Hədid bu barədə yazır: "Əgər onun zəhmətləri olmasaydı, Əbu Bəkr xilafətə çatmazdı.”
    Ömər Əbu Musa Əşərinin cavabında deyir: "And olsun Allaha, əgər qardaşım Zeyd ibn Xəttaba itaət edib dediklərinə əməl etsəydim, Əbu Bəkr heç vaxt xilafətin şirinliyini dadmazdı. O, xilafəti öz caynağına keçirdikdən sonra çarəsiz qalaraq bir müddət səbr edib yenidən xilafətin özümə qayıtmasını gözlədim.”
    İmam Əli (ə) Ömərin onu Əbu Bəkrlə beyətnə məcbur etmək istədiyi zaman ona deyir:
    احلب يا عمر حلبا لك شطره اشدد له اليوم ازره ليرده عليك غدا
    "Ey Ömər, (xilafət dəvəsini) yaxşı sağ, çünki mənfəəti sənə yetişəcəkdir. Bu gün işi onun üçün möhkəm et ki sabah özünə qayıdacaqdır.”
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 909 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024