İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Qürubdan sonra

    Kitabın adı: Qürubdan sonra
    2011-08-28, 5:49 AM
    PEYĞƏMBƏRİ-ƏKRƏM (S)-İN YENİ QOHUMLARI
    Peyğəmbəri-Əkrəm (s)-in hədislərini nəql etmək və yazmağın qarşısının alınması və ikinci xəlifənin dövründə ölkə ərazisinin genişlənmə siyasətinin ardınca xəlifə öz mərkəzi hökumətini digər fərziyyə ilə yayılmasında çarəsiz gördü ki, biz burada onun şərhinə başlayırıq:
    İslam ordularının qonşu ölkələrə üz tutduğu vaxtda fəth olunmuş məntəqələrin əhalisi İslamı və onun tarixini öyrənməyə meylləri günü-gündən artırdı. Bu zaman İslamdan Quran oxumaq və hökuməti heç bir çətinliklə üzləşdirməyən Peyğəmbəri-Əkrəm (s)-in sünnəsinin bir hissəsindən başqa bir şey qalmamışdı. Əsl İslam və Peyğəmbər (s)-in çoxlu buyuruqları ilə tanış olman yeni müsəlmanlar da dini öyrənməyə elə də təkid etmir və eşitdikləri ilə xoşhal olur və bununla kifayətlənirdilər. Bu arada onu və İslam Peyğəmbərinin həyat tərzini dərindən öyrənmək istəyənlər isə, o həzrətin qalanları və yaxın adamları idi. Onlar İslamın tez bir zamanda tərəqqi amili və Həzrətin səmimi dostları və xəlifənin düşmənləri idilər.
    Onlar Quranda oxyurdular ki, Peyğəmbəri-Əkrəm (s) yaxın adamlarınna məhəbbət bəsləməyi öz risalət mükafatını kimi bildirmişdir. Belə ki, Qurani-Kərimdə buyurulur: "(Ey Peyğəmbər)! Camaata söylə ki, (risalətimin müqabilində) sizdən yaxınlarımı sevməkdən başqa bir mükafat istəmirəm!”
    Həmçinin eşitmişdilər ki, "mübahilə” hadisəsində qağış mərasimi üçün o həzrətin yaxınlarından bir neçə nəfərin iştirakı ilə məsihilər öz qərarlarından əl götürdülər. Camaat üçün bu neçə nəfər yaxın adamı tanımaq yüksək əhəmiyyət daşıyırdı. Onlar Peyğəmbər (s)-in ilk köməkçilərini (Əbu Talib və Həmzəni), ona iman gətirən birinci qadın və kişini (Əli (ə) və Xədicəni) tanımaq və imkan daxilində onlarla görüşmək istəyirdilər. Eləcə də bilmək istəyirdilər ki, görəsən həzrət Peyğəmbəri-Əkrəm (s) özündən bir övlad, yaxud bir nəvə qoymuşdur ya yox?
    Hakim dairələrin bu suallara cavabları yox idi. Çünki onların hökumətinin davamı, bəlkə də qanunauyğunluğu sual altına düşür və süquta səbəb ola bilərdi. Burada hər sualın cavabında elə bir şəxsdən söz açılırdı ki, onun xilafət haqqının qəsb olunduğunu iddia edirdi və o, Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlu Əli ibn Əbi Talibdən başqa bir şəxs deyildi. Elə bu zamandan iki məsələ icra olunmağa başladı:
    1. Abbas və onun xanədanının Peyğəmbəri-Əkrəm (s)-in ən yaxın qohumu kimi tanınması:
    Əli (ə), Fatimeyi-Zəhra (ə.s) və onların övladlarından söz açmaq rəva görülmədiyi bir vaxtda, çarəsizlik üzündən Peyğəmbəri-Əkrəm (s)-in digər yaxın bir adamı tanıtdırılmalı idi. Burada ən yaxşı şəxs o həzrətin əmisi Abbas idi. O, hörmətli, mötədil və sakit bir şəxs idi. İkinci xəlifə əlaqəsini onunla genişləndirdi və onun əhli-əyalını haşimilər müqabilində gücləndirib, onların aylıq maaşlarını Bədr və Ühüd müharibələrində iştirak edənlərlə müqayisədə çoxaltdı və ona hər ay (yeddi, yaxud) on iki min misqal gümüş pul verirdi. Halbuki Abbas nəinki Bədr, Ühüd, Xəndək və Təbuk müharibələrində iştirak etməmiş, həm də düşmən və şirk qoşunundan idi ki, müsəlmanlar tərəfindən əsir tutuldu.
    On səkkizinci hicri qəməri ilində Mədinədə qəhətlik və quruluq baş verdikdə, ikinci xəlifə Abbası "yağış” namazı qılmağa göndərdi ki, Allahdan yağış göndərməsini diləsin. Həmçinin xəlifə həmişə səy edirdi ki, Abbasın oğlu Abdullahı hər yerə özü ilə birgə aparsın. Bir dəfə də Abdullaha Həmsin valiliyini təklif etdi; bu şərtlə ki, xəlifədən sonra Əlinin xilafəti üçün öz mövqeyindən istifadə etməsin.
    2. Başqalarının şəxsiyyətini daha da qabartmaq:
    İmam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Xədiceyi-Kubra (ə.s) və onların övladlarının adının çəkilməsinin çətin olduğu vaxtlarda möminlərin anası Ayişənin şəxsiyyəti daha da artır, Peyğəmbər (s)-in zövcələri, onun iki tanınmış qayınatası (Əbu Bəkr və Ömər) o həzrətin qalan yaxın adamları və ümmətin sünnə tanıyanı kimi tanıtdırılırdılar. Camaat Peyğəmbər (s)-in sünnəsini, yaxud o həzrətin xüsusiyyətlərini tanımaqda şəkk-şübhəyə düçar olduqda, onu imam Əli (ə)-dan soruşmaq əvəzinə Ayişə üz tutur və o, hər nə deyirdisə, istər düzgün, istərsə də yanlış, qəbul edirdilər.
    VALİLƏR VƏ SƏRKƏRDƏLƏR
    Əbu Bəkrin hökmranlığının məziyyətlərindən biri budur ki, onun hakimiyyəti dövründə Bəni-Üməyyə tayfasından çox az adam vali, yaxud ordu sərkərdəliyinə seçilmişdir. Ömər ibn Xəttabın hakimiyyətində hökumət ən çox əməvilərin əlində dolanırdı. Osman ibn Əfvanın dövründə isə hər bir şeyə hakim kəsilən yalnız Bəni-Üməyyə tayfası idi. Lakin hər üç hökmranın dövründə Ömərin imam Əlini (ə) üç dəfə Mədinədə öz yerində nümayəndə qoyduğundan başqa haşimilərdən heç kimi bir vəzifəyə təyin etmədi, özü isə səfərə getdi:
    1. "Beytül-Müqəddəs”ə getdiyi zaman.
    2. "Qadisiyyə” və "Cəsr” müharibələrində orduları hazırlayan zaman.
    3. Şama gedən zaman.
    Salman Farsi imam Əli (ə)-ın məsləhəti ilə az müəyyən bir müddət ərzində ikinci xəlifə tərəfindən Mədayinin, Əmmar isə Kufənin valiliyinə seçildi. Bərra ibn Azib (imam Əli (ə)-ın yaxın səhabəsi) ordu sərkərdəsi təyin edildi və o, Qəzvin şəhərini fəth edərək, oranın əhalisi ilə sülh müqaviləsi bağladı. Bir vaxtlar da Lsman ibn Hənif Kufənin vergilər üzrə məsul vəzifəsini öz öhdəsinə götürdü.
    Bunlardan başqa ikinci xəlifənin valiləri aşağıdakılardan ibarətdir:
    Şam: Müaviyə, Misir: Əmr ibn As, Bəhreyn: Müğeyrət ibn Şöbə və Əbu Hüreyrə Düveysi, Bəsr: Əbu Musa Əşəri və Müğeyrət ibn Şöbə, Kufə: Səd ibn Əbi Vəqqas və Müğeyrət ibn Şöbə.
    Onların hər birinin tərcümeyi-halı haqda mütaliə etmək xüsusi bir kitab tələb etdiyindən, biz burada onların içərisindən yalnız Müğeyrət ibn Şöbənin həyatı ilə bağlı qısa anlayış vermək istəyirik. Hər şeydən öncə adıçəkilənlərin valiliyə seçilməsinə diqqət yetirilməlidir ki, xəlifənin etiqadına görə bu vəzifənin onlara həvalə edilməsində işlərin idarəsində onların dindarlığı və dini qayda-qanunlara iltizamlılıqları deyil, yalnız qüdrətli olmalarıdır. Buna əsasən, burada layiqli iş Müaviyənin Şama, Əmr ibn Asın isə Misrə vali seçilməsidir. Halbuki Müaviyə elə kəslərdən idi ki, Peyğəmbəri-Əkrəm (s)-in adını çəkməyi çərxi-fələyin səhifəsindən silmək üçün and içmişdi və ölünə qədər də şərab içirdi. Əmr ibn As isə İslamı qəbul etməzdən öncə yetmiş beyt şerlə Peyğəmbəri-Əkrəm (s)-ə nalayiq sözlər deyir və o həzrəti lənələtləyirdi. Əbu Hüreyrəyə gəldikdə də, o, səhabələr arasında yalan danışmaq və fırıldaqlıqla tanınırdı.
    Müğeyrət ibn Şöbə
    O, Taifin "Səqif” qəbiləsindən idi. Cahiliyyət dövründə Taifdə dərziliklə məşğur olur, fars dilini də bilirdi.Yazıçılıqda məharətli oduğundan, Peyğəmbəri-Əkrəm (s) onu katibliyə götürmüşdü. Tədbir, fərasət və uzaqgörənlikdə ərəb aləminin ən böyük siyasətçilərindən sayılsa da, əxlaq və dindarlıqda isə insanlığın ən aşağı dərəcələrində tanınırdı.
    Əbdül-Həmid Mədayini onun haqda belə yazır: "O, ömrünün çox hissəsini cinsi əlaqələr və pis işlərlə keçirir və nəfsin istəklərə son həddə təslim idi.”
    Həmçinin imam Həsən (ə) ona buyurmuşdu: "Ey Müğeyrə! Peyğəmbəri-Əkrəm (s) sənin zinakar olduğunu bilirdi!”
    Onun İslamı qəbul etmə hadisəsi belədir: o, hicrətin 5-ci ilində 13 nəfər yoldaşını Taiflə İskəndəriyyənin arasında hiylə ilə qətlə yetirib, mal-dövlətlərini götürərək Mədinəyə qaçdı və elə orada canını qorumaq üçün zahirdə müsəlman olduğunu elan etdi.
    O, Ömər ibn Xəttaba möminlərin əmiri deyən və bu ləqəblə ona salam verən birinci şəxs olmuşdur. Ömər onu Bəhreynin valisi təyin etdi. Camaat onun əli ilə çoxlu əzab-əziyyətə məruz qaldıqlarını gördükdə, xəlifə şikayət etdilərvə xəlifə onun yerinə Əbu Hüreyrəni vali göndərdi. (17-ci hicri qəməri ilində.)
    O, Bəhreynin valiliyindən sonra Misirin valisi seçildi və orada rüsvay olub, çirkin bir işə qurşandığı üçün Mədinəyə çağırıldı. Lakin xəlifə onu çirkin işlərinə görə cəzalandırmayıb, azad etdi. Müaviyənin dövründə də yenidən Kufənin valiliyinə seçildi və 50-ci hicri ilinə qədər elə həmin vəzifədə olarkən vəfat etdi. Deyilənlərə görə, onun üç yüz, yaxud min arvadı olmuşdur.
    İşçiləri sorğu-suala tutmaq və onlara təskinlik vermək
    "Əl-iqdul-fərid” kitabının müəllifi yazır: "Ömər ibn Xəttab bəzən sərvətli işçilərini Mədinəyə çağırıb, onlardan mal-dövlətləri ilə bağlı sorğu-suala tutaraq, onun yarısını tələb edir, yarsını isə onların özünə qaytarıb, öz məqam və vəzifələrində saxlayırdı.
    Əli ibn Əbi Talib (ə) bu üslubu bəyənmədiyindən xəlifəyə belə buyururdu: "Əgər onları xilafkar və oğru bilirsənsə, onda, nə üçün xilafkarlıqla qazandıqları sərvətin yarısını özlərinə qaytarır, sonra isə öz vəzifə və məsuliyyətlərində saxlayırsan?!
    Bir gün sorğu-suala tutulanların biri xəlifəyə dedi: "Əgər bu əmlak Allahındırsa, nə üçün onların hamısını bizdən almırsan? Əgər mənim öz əmlakımdırsa, onda nə üçün onların yarısını bizdən alırsan?!”
    ƏRAZİ GENİŞLİYİNİN BAŞLANĞICI
    a) Birinci xəlifənin dövründəki fəth və uğurlar:
    Hicrətin on ikinci ilinin axırlarında kafirlər və müxalif qüvvələrlə müharibə müəyyən qədər sakitləşdikdən sonra qonşu ölkələrin fəth olunması üçün zəmin yarandı. Əbu Bəkrin qoşun yürütdüyü ilk məntəqələr Şam və İraq idi. Onun qoşun yürütməsi Əbu Bəkrin hökumət dairəsini genişləndirməklə yanaşı, ərəbləri qənimət yığmaqla məşğul edirdi.
    Hicri qəməri tarixi ilə 12-ci ildə ordular Şama, 13-ci ildə isə İraqa ezam olundu. Orduları İrana ezamı isə İraqın fəthindən sonra baş versə də, qələbə ikinci xəlifənin dövründə müsəlmanlara qismət oldu.
    Şamın fəth olunması
    Əbu Bəkr orduları Şama ezam etmək üçün əvvəlcə Xalid ibn Səd ibn Ası ordu sərkərdəsi seçdi. Lakin o, Əli ibn Əbi Talib (ə)-ın tərəfdarı olduğundan, Ömər ibn Xəttabın israrı ilə bu vəzifədən kənarlaşdırıldı və onun yerinə Əbu Übeydə Cərrah, Əbu Süfyanın oğlu Yezid isə onun müavini seçildi. Bu iki sərkərdə, eləcə də Əmr ibn As Həms, Şam və Fələstinə doğru hərəkət etdilər. Müsəlmanlarla romalılar arasındakı qızğın müharibə ilə Əmr ibn As Fələstinə yerli hücum çəkib, oranı fəth edərək, Əbu Übeydə və Yezidin ordusuna qoşuldu. 13-cü h.q ilinin astanasında müsəlmanlarla Herqelin (Şərqi Romanın imperatoru Heraklyusun) qoşunları arasında müharibə üç ay davam etdi və hər dəfə Herqelin qoşunu məğlub olsa da, müharibənin nəticəsi məlum olmurdu. Elə bu zaman Əbu Bəkr, Xalid ibn Vəlidi kömək məqsədilə İraqdan Şama göndərdi və onu bütün ordunun sərkərdəsi təyin etdi.
    Xalidin qoşunları çatmaqla romalılar məğlubiyyətə uğradılar. Elə həmin günlərdə xəlifənin ölüm xəbəri Xalidin qoşunlarına çatdı. Ömər ibn Xəttab Əbu Bəkrin ölüm xəbərini çatdırmaqla, Xalidi sərkərdəlikdən kənarlaşdırıb, onun yerinə Əbu Übeydə Cərrahı müvvəqqəti olaraq seçdi.
    Deyilənlərə görə, Şamın fəth olunmasında imam Əlinin (ə) bir dəstə dostu və şiələri iştirak etmişdir. Onlardan Abdullah ibn Məsudu, Miqdad ibn Əsvədi, Zübeyr ibn Avvamı, Haşim Mirqalı, Fəzl ibn Abbasın adını çəkmək olar.
    Əbu Übeydə, Xalid ibn Vəlidin yerinə sərkədə təyin olunmasına baxmayaraq, Şamın valiliyi Əbu Süfyanın oğlu Yezidin əlində idi. Əbu Süfyanın oğlu Yezidə valilik vəzifəsinin verilmə siyasəti Bəni-Üməyyə tayfası və onların rəisi Əbu Süfyana olduqca təskinlik verirdi. Yazılanlara görə, Yezidin (Müaviyənin qardaşı) valilik hökmü həqiqətdə Əbu Süfyana verilən sükut haqqı idi. Məhz bu səbəbdən də Əbu Süfyan bu hökmdən sonra Əbu Bəkrin hökumət və rəhbərliyi ilə müxalifətdən əl götürdü.
    İraqın fəth olunması
    Keçmiş İraq ərazisi indiki İraqla fərqlənirdi. O zaman böyük İran ərazisi indiki İraq ərazisinin bir hissəsinə də aid olurdu. Buna əsasən, o dövrdə İraq, İran imperatorluğunun qərb sərhədlərinə deyilirdi.
    İraqa qoşunun göndərilməsi 13-cü hicri qəməri ilinin Məhərrəm ayında Xalid ibn Vəlidin sərkərdəliyi ilə baş verdi.Xalid əvvəlcə Hiyrə şəhərinə hücum çəkdi, şəhərin hakimi ona doxsan min dirhəm pul verib, onunla əlaqəsini möhkəmlədi və müsəlmanlar şəhəri ələ keçirtdilər. Ondan sonra Xalid Ənbar şəhərinə hücum çəkib, oranı fəth etdi.
    Tarixdə göstərilir ki, Əbu Bəkrin İraqı ələ keçirməkdə məqsədi İrana ordu göndərmək idi. Çünki İraqda yaşayan Müsənna ibn Harisə Şeybani (Bəkr ibn Vail qəbiləsinin rəisi) xəlifə xəbər göndərdi ki, İranın bu nahiyəsi İrana hücum çəkmək üçün münasib şəraitə malikdir. Müsənna, Əbu Bəkrin əmrindən sonra dəfələrlə İranın qərb məntəqələrinə yürüş edərək, qarətlə məşğul olmuşdur. Mədinədən ona kömək etmək məqsədilə heç bir ordu göndərilmədiyi halda, o, təklikdə İrana hücum etməyə hazır idi.
    Xalid ibn Vəlidin sərkərdəliyi və Müsənna ibn Harisənin müavinliyi ilə Əbu Bəkrin qoşunlarının İraqa hücumu təqribən, bir il çəkdi və nəhayət, Xalidin Mədinəyə qayıdıb, Şama doğru hərəkəti ilə İraq ordusunun sərkərdəliyi Müsənna ibn Harisəyə tapşırıldı və o, Hiyrədən Babülə tərəfə yollandı.
    b) İkinci xəlifənin dövründəki fəth və uğurlar:
    İkinci xəlifənin dövründə İslam ərazisi daha da genişləndi. Bütün Şam nahiyəsi, Fələstin, indiki Livan, Ermənistan, İranın böyük ərazisi, Beytül-Müqəddəs, İskəndəriyyə, Misir, Tərablus (Libiya), İordaniya və Azərbaycan Ömər ibn Xəttabın xilafəti dövründə fəth olunmuşdur.
    Bir sözlə, bu məntəqələrin bəzilərinin fəth olunması ilə bağlı bir neçə incəliklərə toxunacağıq.
    İranın fəth olunması
    Əbu Bəkrin vəfatı ilə onun tərəfindən İraqda sasanilər dövlətinin ərazisinə (İrana) hücum çəkmək istəyən Müsənna ibn Harisə Şeybani ikinci xəlifə Ömərin rəhbərliyi ilə öz işini davam etdi.
    İrana hücum Əbu Übeydə Səqəfinin (Muxtarın atası) sərkərdəli və Müsənnanın canişinliyi ilə 13-cü hicri qəməri ilində baş verdi. Həmin vaxtlarda İranın padşahı üçüncü Yəzdəgird adlı cavan bir oğlan idi. Əbu Übeydə və onun ordusu indiki Kufənin yaxınlığında Fərat körpüsündən keçərək, Bəhmən Caduyənin sərkərdəlik etdiyi İran ordusu ilə üzləşdi. Müsəlmanların sərkərdəsi və ordusu rəşadət və şücaətli olsa da, iranlıların ordusundakı çoxlu fillərin olması Əbu Übeydənin qoşununun atlarını ram etdi və onun qoşunu məğlub oldu. Qoxu hissi keçirməyən fillərə hücum edən Əbu Übeydə fillərin əl-ayaqları altında qalıb öldü.
    Bu arada müsəlmanların başqa bir problemi Fərata doğru qayıdış yolunun bağlı olması idi. Çünki müsəlmanlardan biri qoşunların müqavimət, dilavərlik və şücaət hissini təhrik etmək üçün körpünü Fəratın üzünə bağlamış və onu qırmışdı. Nəhayət, onlar Müsənnanın çalışması ilə başqa bir körpü düzəltdilər və qoşunun qalan hissəsi bu tərəfə qayıdaraq, ölüm və ordunun pərakəndəliyindən xilas oldular
    "Cəsr” (körpü) müharibəsindəki məğlubiyyəti müsəlmanlara ağır gəlsə də, sonrakı ilin qələbəliyi o ağrını kəsdi. Əvvəlcə Müsənna ibn Harisə Buvəybdə, ondan sonra isə Səd ibn Əbi Vəqqas Qadisiyyədə qalib gəldilər. Bu mühiribədə iranlıların sərkərdəsi Rüstəm Fərruxzadə idi və ordusunun sayı müsəlmanların ordusu və müharibə təchizatından beş dəfə çox idi. O, müsəlmanlarla müharibə etməkdən qorxu hissi keçirsə də, Yəzdəgirdin təzyiqi nəticəsində məcburiyyət üzündən Tisfundan Qadisiyyə qədər qoşun yürütdü.
    İki qoşun arasında dörd gün qızğın döyüş davam etdi. Rüstəm Fərruxzadə öldürüldü, onun qoşunu məğlub oldu və Dərviş Kaviyan müsəlmanların əlinə düşdü. Bu qələbə müsəlmanların əhval-ruhiyyəsinə elə təsir bağışladı ki, onlar dərhal sasanilər dövlətinin paytaxtına tərəfə hərəkət edərək, Mədayini mühasirəyə aldılar. Bu mühasirə təqribən, iki il çəkdi, lakin sübh çağı azan səsi ucaldıqda, məlum oldu ki, zülm və haqsızlığa məruz qalmış İran xalqı artıq şahlıq dövlətinin zülmünə dözmək istəmirdi.
    Yenidən bu günkü Xanqeynin yaxınlığında müsəlmanlarla sasanilər qoşunları arasında müharibə başladı ki, bu müharibə "Cəlula” adı ilə məşhurdur. Bu müharibə də keçmişdəki kimi sasanilərin məğlubiyyəti ilə nəticələndi. Hökumətin tam süqutu ilə nəticələnən müharibənin son (və dördüncü) mərhələsi Nəhavəndə baş verdi. Bu müharibə üç gündən çox çəkməsə də, çoxlu tələfata səbəb oldu. Çünki Yəzdəgird özü öz ordusuna sərkərdəlik edirdi. O, Tisfun müharibəsindən qaçdığı üçün öz ordusunu İranın qərb dağlarına çəkmək qərarına gəlmişdi. Elə həmin müddət ərzində müsəlmanlar Xuzistanı fəth etdilər, digər tərəfdən də Yəzdəgird bütün sərkərdələrə xəbər göndərərək bir yerə topladı və yüz əlli mindən artıq bir ordu təşkil etdi. Amma bu dəfə də məğlubiyyətə uğradı.
    "Fəthül-fütuh” (fəthlər fəthi) adı ilə məşhurlaşan bu qələbə (21-ci hicri qəməri ili) İran şəhərləri ardıcıl olaraq elə də müqavimət göstərilmədən İslam ərazisinə daxil oldu.
    Beytül-Müqəddəsin fəth olunması
    Dəməşqin fəthindən sonra Əbu Übeydə ibn Cərrah Beytül-Müqəddəsə tərəf hərəkət etdi. O, dörd ay müddətində İlya şəhərini mühasirə etsə də, oranın əhalisi təslim olmadı. Axırda Əbu Übeydənin ordusu çətinliyə və soyuğa düşdülər. Digər tərəfdən də şəhər əhalisi də müsəlmanların xəlifəsinin özü onların şəhərinə qədəm qoyduğu təqdirdə, cizyə verməyi qəbul etməklə təsilm olacaqlarını elan etdilər.
    Əbu Übeydənin qasidi bu xəbəri xəlifəyə çatdırdı. Xəlifə ətrafındakılardan nəzər istədi. Bu arada yalnız imam Əli (ə) belə çıxış etdi: "Xəlifənin Beytül-Müqəddəsə getməsi müsəlmanların məsləhətinə və onların qələbə çalmasına səbəbdir.” Bu səbəbdən xəlifə Beytül-Müqəddəsə getdi və imam Əli (ə)-ın uzaqgörənliyi həyatda gerçəkləşdi.
    Category: Qürubdan sonra | Added by: Islam_Kitabxanasi
    Views: 913 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024