DOQQUZUNCU FƏSİL ÜÇÜNCÜ XƏLIFƏ OSMAN IBN ƏFFAN Osman ibn Əffan ibn Əbil-As ibn Uməyyə ibn Əbdüşşəms ibn Əbdü Mənaf amul-fil ilinin 6-cı ilində dünyaya gəlmişdir. Anasi Ərva, Kəriz ibn Rəbiə ibn Həbib ibn Əbdüşşəms ibn Əbdü Mənafın qızıdır. Peyğəmbər (s) vəfat edəndə Osmanın 57 yaşı var idi. Peyğəmbərdən (s) sonra 25 il ömr sürdü. Elə buna görə də öləndə 83 yaşı vardı. O, enlikürək və üzüdolu tüklü bir adam idi. Uzun zaman Məkkədə parça satmaqla məşğul olub. Əhli sünnə ona "Zunnureyn” ləqəbini vermişdilər. Çünki Peyğəmbərin Rüqəyyə və Ümmükülsüm adlarında olan iki qızı onun arvadları olub, amma onların heç biri Osmanla çox yaşamamışdır. Rəsullulah Osmanı Rüqəyyənin dəfn mərasimində dəfndə iştirak etməkdən məhrum etdi. Peyğəmbərin bu əməli Osmanın rəftarından narazılıq əlaməti idi. Osman ibni Əffanın səkkiz arvadı var idi. Rüqəyyə, Ummü Külsüm, Faxitə, Ümmü Əmr, Fatimə, Ümmül-Bənin, Rəmlə və Nailə. Rüqəyyənin ondan Abdullah adlı oğlu var idi ki, elə uşaq ikən ölmüşdür. Bu uşağın altı yaşı olanda xoruz onun gözünü dimdiklədiyinə görə dünyadan getmişdir. Ondan sonra Əmr adında oğlu dünyaya gəldi, elə ona görə də Osmana "Əbu Əmr” künyəsi verdilər. Faxitə (Qəzvanın qızı); oğlunun adı Əsğərdir. Ümmü Əmr (Cundəb Dusinin qızı), övladları Əmr, Xalid, Əban, Əmr və Məryəm. Fatimə (Vəlid ibn Muğəyrə Məxuminin qızı), övladları Vəlid, Səid və Ümmü Səid. Ümmül-Bənin (Əynətubni Həsin Fəzarinin qızı) Əbdulməlik adlı bir övladı var idi ki, uşaq ikən öldü. Rəmlə (Şeybət ibn Rəbiənin qızı): övladları Ümmü Əmr, Ayişə və Ümmü Əbandır. Nailə (Fərafəsə Kəlbinin qızı): övladları Məryəm, Ənbə, Ümmül-Bənin ya Ümmül-möminin, (Abdullah ibni Yəzid ibni Əbu Süfyanın arvadı). Üçüncü xəlifə Osmanın zamanında bir çox hadisələr baş verdi. O hadisələrin hamısı bu kitaba sığmadığina görə onlardan ən mühümlərini yazmaqla kifayətlənirik: 24-cü qəməri ili: Bu ildə burundan qan açılma xəstəliyi bir çoxlarını öldürdü. Xəlifə özü də o xəstəliyə düçar oldu və sonradan sağaldı. Elə bu ildə, xəlifə Müğəyrət ibni Şöbəni Kufənin valiliyindən kənarlaşdırdı və Səd ibn Əbi Vəqqası onun yerinə təyin etdi. Səd bir ildən çox Kufənin valisi oldu. 25-ci ildə Səd ibn Əbi Vəqqası Kufənin valiliyindən kənarlaşdırdı və onun yerinə Vəlid ibn Uqbə (Osmanin ana tərəfdən olan qardaşı) vali təyin olundu. Xəlifə bu ildə həccə getdi. 26-cı qəməri ili. Bu ildə xəlifə Məscidül-Həramın ətrafında olan evləri məscidin genişləndirilməsi məqsədi ilə uçurtdu. O elə həmin ildə Əmr ibn Ası Misirin valiliyindən kənarlaşdırdı və onun yerinə Abdullah ibn Əbi Sərhi vali təyin etdi. 27-ci qəməri ili: bu ildə musəlmanlar Abdullah ibn Nafein başçılığı ilə Avropanı ələ keçirdilər. 28-ci qəməri ili: Osmanın xaçpərəst Fərafəsənin qızı Nailə ilə evlənməsi. Yazırlar ki, o, zifaf gecəsindən öncə musəlman olmuşdur. 29-cu qəmərinin ili: Əbu Musa Əşərinin Bəsrənin, Osman ibn Ası Əmman və Bəhreynin valiliyndən kənarlaşdırılması. Abdullah ibn Amiri (xəlifənin dayısı oğlu) Bəsrə, Əmman və Bəhreynə hakim təyin etməsi. Xəlifə Ümeyr ibn Osmanı Xorasana hakim təyin etdi. O öz hakimiyyəti dövründə bir çox məntəqələri öz tabeçiliyinə keçirdi. Abdullah ibn Umeyr Leysi də Sistana vali təyin olundu. O da öz hakimiyyəti dövründə Kabilə qədər bütün məntəqələri öz tabeçiliyinə keçirtdi. Bu ildə xəlifə Peyğəmbər məscidini genişləndirdi. Məscidin altı qapısı öncəki xəlifənin zamanında olduğu kimi qaldı. Amma məscidin təmir və memarlıq işlərində naxışlı daşlardan istifadə edildi. OSMANIN XILAFƏTI ZAMANINDA OLAN FƏTHLƏR Osmanın xilafəti zamanında müsəlmanların İranı, Ermənistanı, Asiyanı və Afrikanı fəth etməsi mühüm hadisələrdən sayılırdı. Müsəlmanlar hicrətin 27-ci ilində Avropaya daxil olmaqdan əlavə, Müaviyə ibn Əbi Süfyan 28-ci hicri ilində dəniz yolu ilə Kipr adasına qoşun yeritdi. Abdullah ibn Səd ibn Əbi Sərh Afrikanın şimalına hücum etdi və 32-ci ildə Konstantinopol boğazına qədər irəliləyib yunanlılarla müharibə etdi. 25-ci qəməri ilində Abdullah ibn Səd ibn Əbi Sərh Afrikanın şimalına, Əmr ibn As Makedoniyaya və Həbib ibn Müslimə Ermənistana hücum etdi. 30-cu qəməri ilində Səd ibn As Qorqan və Mazandarana müharibəyə getdi və Abdullah ibn Amir Mərvə qaçan İran şahını təqib edirdi. O Kerman və Xorasanı fəth edib Kabilə qədər irəlilədi. Təbəri yazır: Afrikanın fəthi o zaman başlandı ki, xəlifənin müxalifləri artmişdı. Xəlifə bu barədə Mərvan ibn Həkəm və Müaviyə ibn Əbi Süfyan ilə məşvərət etdi. O iki nəfər təklif etdilər ki, müsəlmanların başını müharibəyə qatmaq ücün Afrikaya qoşun yollasın və daha heç kimin öz atlarının bit-birəsini öldürməkdən savayı başqa işlərlə məşğul olmağa vaxtı çatmasın. Osmanın xilafəti dövründə baş verən hadisələrdən biri də Quranlarin cəm olunub məhv edilməsi və yenidən yazılışı idi. Sünnü və bəzi şiə mənbələrinə görə Quran Osmanın zamanında yazılmışdır. Amma şiə tərəfindən və bəzi sünnülər tərəfindən qəbul olunan budur ki, Quranın yeni yazlışı Osmanın zamanında olub. Biz bu barədə əvvəl əhli-sünnənin qəbul etdiyi nəzəriyyəni nəzərdən keçirib sonra şiənin nəzərini deyəcəyik. Əhli sünnənin mənbələrinə əsasən, Quran Osmanın xilafətinə qədər yazılmayıb. Osmanın zamanında bir neçə hadisə səbəb oldu ki, Quran yazılsın. O zamanlardakı fəthlər qonşu ölkələrdən istər ərəb, istərsə də əcəm, dəstə-dəstə İslamı qəbul edirdilər və yeni müsəlmanların Quranı öyrənməyə ehtiycları var idi. Ərəblər qonşu ölkələrə gedib onların adət-ənənələri və əcəm xalqının dilləri ilə tanış olurdular. Nəticədə onlarin ləhcələri dəyişirdi. Digər tərəfdən Quran ayələrinin tələffüz edilməsi qeyri-ərəb müsəlmanlar üçün çox çətin idi. Ərəb və əcəmlərin müxtəlif ləhcələrlə bir-birləri ilə ünsiyyət yaramaları səbəb oldu ki, Quranı müxtəlif ləhcələrlə oxusunlar. Xüsusi ilə də o zaman Quranı nöqtəsiz yazırdılar. Ləhcələrin ixtilafı səbəb oldu ki, Quran müxtəlif ixtilaflarla qiraət olunsun. Bu da səhabələr arasında ixtilaf və narazılığa səbəb oldu. Bu xəbəri Osmana çatanda, o, çox fikirləşdi ki, buna bir çarə tapsın. Sonra bir heyət təşkil etdi ki, Peyğəmbərin (s) vaxtında yazılmış Quranları, həm də Əbubəkrin zamanında toplanmış nüsxələri (bunlar Ömərin qızı Həfsədə idi) başqa müshəflərlə tutuşdursunlar və onların arasından bir nüsxə yazıb başqa şəhərlərə göndərsinlər ki, müsəlmanlar yalnız o nüsxədən oxusunlar. Sonra əmr verdi ki, sümük, dəri, nazik daşlar üzərində yazılmış Quranları yandırsınlar, ya da cırıb atsınlar və ya yusunlar. Bu işlə əlaqədar Osmanı "Hərraqul-məsahif yaxud "Xərraqul-məsahif” (Quranı yandıran ya cıran) adlandırdı. Quranın cəm olunması haqqında qeyri-şiənin kitablarsnda gələn hədislər bir-birilə ziddir. Bu hədis və rəvayətlərin bəziləri buna dəlalət edir ki, elə o vaxt yazılmağı nəzərdə tutulmuş Quranlardan biri Həfsənin əlində olan Quran idi. Başqa tərətdən deyilir ki, Əbubəkrin xilafətinin əvvəllərində həzrət Əli (ə) Quranı cəm etməsi haqqında hökumətə xəbər verəndə Ömər ona dedi ki: "O Quran ki, bizim əlimizdədir, sənin əlində olan Qurana ehtiyacımız yoxdur!” Elə bu rəvayətə görə Əbubəkr Quranı cəm və tərtib etməmişdən əvvəl, həzrət Əli (ə) onu cəm və tərtib etmişdi. Həmçinin Ömər etiraf etmişdir ki, hal-hazırda onun əlində Quran vardır və başqa Qurana ehtiyac yoxdur. Əhli-sünnənin tanınmış mühəqqiqi Haris yazır: Xalq arasında məşhurdur ki, Quranı Osman cəm edib, amma amma belə deyildir. Həqiqət budur ki, xəlifə İraq və Şam əhlinin Quran oxunuşunda olan ixtilafına görə qorxuya düşdü və müsəlmanları məcbur etdi ki, onun özünün oxuduğu qiraətlə oxusunlar. Müasir dövrün ən məşhur fəqihlərindən biri deyir: Osmanın bu işini müsəlmanlar ona görə tənqid etmədilər ki, o, müsəlmanları Quranı vahid bir üsul əsasında qiraət etməyə çağırmışdı, bu da Rəsulullahın (s) qiraətinə uyğun idi. Bu gedişlə Osman müsəlmanları zəif qiraətlərdən uzaqlaşdıra bildi, amma Quranın Osmanın vaxtında cəm və tərtib edilməsi bir neçə dəlilə görə həqiqətlə uyğun deyil: 1. Quranın Osmanın vaxtında tərtib edilməsinə dəlalət edən rəvayətlər hədis elmi nöqteyi-nəzərindən vahid xəbər və həm də ziddiyyətlidir. Başqa müvəssəq hədislər onun əksini isbat edir. O da budur ki, Quran Rəsulullahın (s) vaxtında yazılıb tərtib edilmişdir. 2. Həmin rəvayətlərdə deyilir: Osmanın təyin etdiyi heyət bir ayədə şəkk-şübhə edəndə iki nəfər şahid və ya şəhadəti iki nəfərin şəhadəti kimi qəbul olunan bir nəfər şahid tələb edir və şəhadətdən sonra o ayəni Quran ayəsi kimi qəbul edirdilər. Bu cur iddia bir növ Quranın təhrif olunma təsəvvürünü yaradır. Çünki belə olan surətdə gərək qəbul edək ki, Quranın bəzi ayələri bir və ya iki nəfərin iddiasına əsasən sübut olunmuşdur. Halbuki, bir sozün Quran ayəsi ünvanı ilə sübut olunması üçün təvatürdən başqa yol yoxdur. Bundan əlavə, Quranın bəlağəti və xüsusi səbki Quran ayələrini bəşərin danışığından elə ayırıb ki, onun hər bir ayəsi Quran ayəsi olub-olmadığına görə bir və ya iki nəfərin şəhadətinə ehtiyac yoxdur. 3. Heç bir aqil insan qəbul etməz ki, müsəlmanlar, xüsusilə də Peyğəmbər Quranı cəm və tərtib edilməsini özündən sonraya qədər təxirə salsın. Çünki Peyğəmbərdən sonra elə bir vaxt oldu ki, Quranı müxtəlif yollarla oxunmasına görə və ya Quranı əzbər bilənlərin öldürülməsi nəticəsində Quran tamamilə məhv ola bilərdi. 4. Bir çox ayələr buna dəlalət edir ki, Quran nazil olandan etibarən, Quranın surələri bir-birinin ardınca və bir-birindən ayrı olub və müsəlmanlar arasında öz adı və nişanı ilə tanınmışdır. Bəzi ayələrdə Peyğəmbər (s) müşriklərdən tələb edir ki, Quranın müqabilində on və ya bir surə gətirsinlər. 5. Çoxlu ayələrdə və mötəbər "Səqəleyn” hədisində Qurani məcid kitab adlandırılmışdır. Bu cür adlandırmadan belə nəticəyə gəlirik ki, Quran Peyğəmbərin rehlətindən öncə cəm edilmişdir. Çünki sinələrdə və ya taxta parçalarında qorunan Quranı kitab adlandırılmaq olmaz. AYƏLƏRIN TƏFSIRINI MƏHV ETMƏK Əgər üçüncü xəlifənin tədbiri qiraət nöqteyi-nəzəri ilə Quranları bir etmək olsaydı, ona irad tutmaq olmazdı. Kitablarda xəlifənin bəzi şübhəli tədbirləri barədə - ki, nəticədə ona irad tutublar – çox az danışılıb. Sual oluna bilər: Necə olur ki, Quranın fərqli qiraətləri gətirib ixtilafa səbəb olur və səhabələrin hər biri digərini bir ayəni oxuduğuna görə onu təkfir (kafir hesab) etsin? Əgər Quranların bir edilməsinə səbəb ayələrin qiraətini bir səbklə oxunması idisə, onda nə səbəbə görə Quranın mütədavil qiraətlə yazılışından sonra Quranın kəlmələrini hərəkəsiz yazıb şəhərlərə göndərdilər?! O necə ixtilaflı qiraət idi ki, hətta Huzeyfə xəlifəyə dedi: "Əgər Quranları bir etməsən, bundan sonra Quranlardan heç bir əsər-əlamət qalmayacaq və müsəlmanlar arasında davaya səbəb olacaq.” Əgər müsəlmanların müşkülü Quranın düzgün oxunuşunun müəyyən edilməsi idisə, nəyə görə təzə Quranı yazdıqdan sonra öncəki Quranı yandırır və ya su və sirkə ilə qaynadırlar?! İxtilaflı oxunuşları öz nüsxələrində düzəldə bilməzdilərmi?! Hansı amillər səbəb oldu ki, Quranların vahid hala salınmasında Əli ibn Əbi Talib (ə) və Abdullah ibn Məsudun (Peyğəmbərin (s) zamanında ayələrin yazıçısı) nüsxəsini qəbul etmədilər, hətta İbn Məsudun nüsxəsini təhqir edərək ondan alıb yandırdılar?! Tədqiqatçılar yazırlar: İbn Məsudun döyülməsinin və təhqir olunmasının səbəbi öz nüsxəsini onlara təhvil verməməsi idi. Nəticədə nüsxəni güclə ondan alıb yandırdılar. Xəlifəni göstərişi o idi ki, Quran gərək Zeyd ibn Harisin qiraəti ilə yazılıb oxunsun. İbn Məsud bu göstərişi eşidən kimi məsciddə moizəyə başladı və dedi: "Osman mənə göstəriş verir ki, Quranı Zeyd ibn Harisin qiraəti ilə oxuyum! Allaha and olsun, mən Peyğəmbərin (s) mübarək ağzından yetmiş surəni öyrənəndə başı kəkilli Zeyd uşaqlarla oynayırdı”. İbn Məsud və onun həməqidələrinin əlində olan Quranın başqa Quranlarla heç bir fərqi olmamasında şübhə yox idi. Heç vaxt görünməyib ki, onlar bir surənin ayələrini tanısınlar, başqaları tanımasın. Bəzi amillər səbəbi ilə onların səylərinin nəticəsi qəbul olunmadı. Nəzərə çarpan odur ki, onların xəlifə ilə ixtilafı Quranın hərəkə və səhih oxunuşu məsələsindən tamamilə başqa bir şey idi. Bəzi suallar xəlifənin əməlinə şubhə ilə yanaşıb və etiraz etməyə səbəb oldu. O suallardan bəziləri bunlardır: 1. Nəyə görə o heyətin məsul şəxsi Zeyd ibn Haris təyin edildi? Halbuki onun yaşı az və Peyğəmbər xanədanına müxalifdir. 2. Əli ibn Əbu Talibin (ə) əli ilə toplanan Quranın nə nöqsanı var idi ki, xəlifənin təyin etdiyi heyətin nəzərinə uyğun gəlmirdi? Belə nəzərə çarpır ki, Quranların bir edilməsi məsələsi Peyğəmbərin hədislərinin yazılıb bəyan edilməsinin qabağını almaq məsələsində əlaqəsi vardı. Birinci və ikinci xəlfənin xilafəti zamanında təkid olunurdu ki, hədis Quranla qarışmasın, Quran səhifələrinin ətrafında heç bir hədis və təfsir yazılmasın. Bu siyasətə qarşı çıxıan möhkəm cəzalandırılırdılar. Bu planın icrasının nəticəsində bəziləri hədislərin yazılışına, əzbərlənməsinə, hətta saxlanılmasına belə, çox da əhəmiyyət vermir, hətta hədislərin gizli surətdə də yazıb və bəyan etməsindən çəkinirdilər. Amma bəziləri isə öz fəaliyyətini dayandırmadılar. Şiə və sünnü mənbələrinə əsasən, bu siyasət Ömər ibn Xəttabın xilafətində diktaturaya çevrilmişdi. Amma onun ölümündən sonra və Osman xilafətə gələndən sonra hədis söyləmək bir qədər azad oldu hətta hədisin yazılması da artıq cinayət sayılmırdı. Çox çəkmədi ki, müsəlmanlar on üç ildən sonra, yenə hədis yazıb və bəyan etdilər. Bu nisbi azadlıq hədis yazanları və hədis deyənləri yazıb bəyan etməyə təşviq etdi. Bu, elə bir zamanda baş verirdi ki, başqa ölkələrin yeni müsəlman olmuş müsəlmanları Peyğəmbərin (s) kəlamlarını eşitmək arzusunda idilər. 24-25-ci hicri illərində ikinci xəlifə tərəfindən olan bütün mənsəb sahibləri Osman tərəfindən kənarlaşdırıldı. Müsəlmanlar İslam ölkələrində hökmranlıq edən Bəni Üməyyə nəslindən olan bütün insanları bədnamlıqla tanıyırdılar. Bəzi Quran ayələrində, eləcə də Peyğəmbərdən (s) olan hədislərdə bu şəxslərin Peyğəmbərə (s) qarşı kin və düşmənçilikləri barədə elə sözlər deyilib ki, o zamankı hökumətin xoşuna gəlmirdi. Çünki bu mətləblər onların baş aşağılığına səbəb idi. Bəni Üməyyə müsəlmanların dini ictimai müqəddəratını ələ alandan sonra onları məzəmmət edən hədislərə etirazlar başladı. Hər bir kəs Peyğəmbərin (s) onlar haqqında məzəmmət edən hədislərini eşidəndə dərhal Quran ayələri ilə tutuşdurub başqalarına ötürür, onlar da bu hədisi həmin ayənin kənarında qeyd edirdilər. Bu qeydlərin səbəbi o idi ki, ayələrin və hədislərin çoxluğu müsəlmanların hədisin öz məxsus ayəsinə tətbiqində səhvə yol verirdilər. Çünki hədisi eşidən kimi onu kamil və ya müxtəsər surətdə həmin ayənin yanında yazırdılar. Bu da zaman keçdikcə, ayə və hədis arasında olan əlaqənin unudulmasına səbəb olurdu. Nəticədə bilmirdilər ki, həmin ayə hansı mövzuda və kimin haqqında nazil olub. Bu cür maarifcilik işləri az zamanda çox böyük səmərə verdi. Çox çəkmədi ki, hər bir müsəlman bir ayənin ətrafında aşağısı hədis bilirdi. Ayələri tilavət edərkən onların təfsirlərini də öyrətdilər. Bu növ üslub heç vaxt eyni əqidəli kütlə üçün nə müşkül yaradırdı, nə də ixtilafa səbəb olurdu. Amma heç vaxt eyni əqidəli kütlənin olmadığına görə və ya bəzilərinin xalqın məlumatsızlığından öz xeyirlərinə istifadə edirdilər. Zaman keçdikcə, xalq arasında Quran ayələri haqqında və onların hədislə tətbiqində ixtilaf əmələ gəldi. Hətta bəziləri bilərəkdən, yaxud bilməyərəkdən öz siyasi məqsədlərinə çatmaq üçün Quranın düz oxunuşu barədə mübahisəni daha da artırdılar. (Misal olaraq (و هذا صراط علی مستقیم) ayəsini göstərmək olar. Bu ayədə əla (علي) kəlməsini عليََّ və başqa cür tələffüz etmək olar. Bu yolla təxribat və ixtilafa yol verdilər.) Bu gedişlə Quranın hədisdən ayırma planının ən münasib zəmini yarandı. Amma siyasi və ictimai vəziyyətə görə keçmiş diktaturaya bənzəməmək üçün yeni planın cızılmasına ehtiyac var idi. Ən yaxşı yol Quranların cəm edilməsi idi. Bu çızılmış plana görə xalqın əlində olan bütün hədislər yenə yığılıb məhv ediləcək, zaman keçdikcə, gələcək nəslin ondan məlumatsız olduğuna görə Quranı təfsir edə bilməyəcəkdilər. Bununla, başa düşmək olar ki, həzrət Əli (ə)və Abdullah ibn Məsudun Quranını qəbul etməməkdə məqsəd nə idi. Əgər doğrudan da Quranların yığilması və onların bir edilməsi onların qiraətinin fərqi idisə, onda Quranın bir edilib və qalanların məhv edilməsi lazımsız idi. Bundan əlavə, Quranın yandırılması və vərəqələrinin cırdırılması xəlifənin çox yaramaz işlərindən idi. OSMANA QARŞI ÜSYANIN AMILLƏRI Osman ibn Əffanın süst fikirləri onun qocalıq dövranında qurbana çevirdi. Osmanın Ayişə, Təlhə və Zübeyr kimi təcrübəli düşmənləri, Mərvan kimi hiyləgər müşavirləri və özünün ləyaqətsiz mənsəb sahiblərini himayə etməsi, yaramaz fərdi və ictimai narəva davranışı onun öldürülməsinə gətirib çıxartdı. Öz möhkəmlənmiş hakimiyyətinə göstərdiyi etimadına görə heç kimin tənqidini qəbul etməyib öz səhv davranışlarını davam edirdi. Belə ki, bir neçə amil xalqın Osmandan üz döndərib, onun əleyhinə üsyan etməsinə səbəb oldu. 1. XƏLIFƏNIN FƏRDI ICTIMAI ÜSLUBU Osmanın həyat tərzi keçmiş iki xəlifədən hər bir cəhətdən fərqlənirdi. Belə ki, o, çox bahalı paltarlar geyinirdi, belə ki, onların bəzisinin qiyməti 800 misqal qızıl pul dəyərində idi. Rəngarəng yeməklər yeyir, yaşadığı evi saraya bənzəyirdi və onun qəbuluna düşmək çox çətin idi. Mədinədə özü üçün divarları sarucdan (sement tipli tikinti materialı) olan və qapıları palıd agacından bir ev tikdi. O, dünyadan gedən zaman 30,500,000, (otuz milyon beş yüz min) misqal gümüş pulu, 150 min misqal qızıl pulu və min köləsi var idi. Osman qızlarından birini Mərvan ibn Həkəmə ərə verdikdə, Afrikadan göndərilmiş qənimətin beşdə birini (təqribən, beş yüz min dinar-qızıl pul) qızına bağışladı. Afrikadan göndərilmiş qənimətin miqdarı 2,520,000 qızıl puldan ibarət idi. Həmçinin 100 misqal əlavə pul da bağışladı. Afrika qənimətlərinin qalan beşdə dördünü isə Mərvanın yaxın adamlarına (Həkəm ibn Əbil-Asın övladlarına) hədiyyə etdi. 100 min qızıl pul, eləcə də Qəzaə qəbiləsinin bütün sədəqələrini öz əmisi Həkəm ibn Əbil Asa bağışladı. Osmanın başqa kürəkəninin adı Haris ibn Həkəm idi. Xəlifə qızını ona verdikdə, beytül maldan 100 min gümüş pulu, eləcə də Mədinəyə göndərilən və zəkat qismindən sayılan bütün dəvələri ona hədiyyə etdi. Peyğəmbəri Əkrəm (s)-in müsəlmanlara vəqf etdiyi Mədinə bazarının bir hissəsini onun şəxsi əmlakına keçirtdi. O, bir dəfə ögey anasının qardaşı Vəlid ibn Əqəbəyə Kufənin ümumi əmlakından 100 min və xilafət mərkəzindən isə 200 min dinar (qızıl pul) bağışladı. Afrikanın qərb ölkələrindən yığılan qənimətlərin hamısını, eləcə də Afrikada baş verən birinci mühribədən ələ gələn qənimətlərin iyirmi beşdə birini (yəni 100 min qızıl pulu) Abdullah ibn Əbi Sərəhə verdi. Xəlifə Osmanın başqa bir kürəkəninin adı isə (Üməyyənin nəvələrindən olan) Abdullah ibn Xaliddir ki, Osman ona 300 min (başqa bir nəzərə görə 400 min), qohumlarına isə 10 min dinar – qızıl pul verdi. Osman qızını onunla evləndirdikdə, ona Bəsrənin ümumi əmlakından 600 min dinar – qızıl pul verilməsini göstəriş verdi. Zübeyr ibn Əvamın əmlakı: Buxari yazır: "Zübeyrin Mədinədə on bir, Bəsrədə iki, Kufə və Misirin hər birində isə bir evi var idi. Onun dünyadan gedərkən pulunun miqdarı 52 milyon (başqa bir nəzərə görə 59 milyon) gümüş pulu,min atı, min qulu və min kənizi olmuşdur. Təlhə ibn Übeydullahın əmlakı: Onun əmlakı 30 milyon qızıl pul məbləğində olmuşdur. Dünyadan gedən zaman ondan 200 min qızıl pul, 2,200,000 gümüş pul, eləcə də 300 baş qızıl (bahalı) dəvə (başqa bir nəzərə görə isə 300 ədəd inək dərisi ilə dolu qızıl) qalmışdı. Əbdür-Rəhman ibn Ovfun əmlakı Tarixçilərin yazdıqlarına görə, onun sərvəti içərisində böyük bir qızıl parçası, dünyadan gedərkən isə yüz at, min dəvə, on min qoyun və 2,560,000 dirhəm – gümüş pulu var idi. Onun dörd arvadından hər birinə çatan irsin miqdarı 80 min qızıl pul idi (yəni Əbdür-Rəhman ibn Ovfun əmlakının otuz ikidə biri qədər). Beləliklə, onun pulunun miqdarı 3,200,000 məbləğində qızıl pul olmuşdur. Beytül-maldan olan qızıl-gümüş və ləl-cəvahiratı öz qohum-əqrəbası arasında bölüşdürən xəlifə Osman camaatın etirazı ilə üzləşdikdə, onlara belə dedi: "Bunlar Allahın malıdır; mən onları istədiyim şəxsə verər, istədiyim şəxsə isə vermərəm.” Osmanın qohum-əqrəba və tərəfdarlarının əmlakı günü-gündən çoxalsa da, digər tərəfdən isə imam Əlinin (ə) beytül-maldan olan payı o həzrətin özü buyurduğu kimi, dəvəni sağdıqdan sonra balasına veriləcək süd qədər idi. 2. QANUNSUZLUQLARIN GENIŞLƏNMƏSI Osmanın xilafətinin ikinci mərhələsində qanunsuzluğun baş alıb getməsidir. O, əvvəldən də islam qanunlarına elə də əhəmiyyət vermirdi. Onun nalayiq işlərindən biri də Ömərin oğlu Ubeydullahı amanda saxlamağı idi. Ömər ibn Xəttab yaralanandan sonra oğlu Ubeydullah atasının qətlində iştirakına görə Hurmuzan, Cüfeynə və Əbu Lolonu qətlə yetirdi. sonra Mədinənin bütün qullarını öldürmək istəyirdi. Ancaq müsəlmanlar onu bu işdən çəkindirdilər. O deyirdi: "Atam öldürülməmişdən qabaq bu üç nəfəri evdə görüb”. Halbuki Ömər öz vəsiyyətində demişdi: "Əgər Ubeydullah Hurmuzanın mənim qətlimdə iştirakına görə iki şahid gətirə bilməsə ondan Hurmuzanı öldürdüyünə görə qisas alsınlar.” Xalq əmin idi ki, Osman Ubeydullahdan qisas alacaqdır. Bundan əlavə səhabələrin çoxu Osmanla məşvərətdə onun qisasına müsbət nəzər verdilər. Xalq da xəlifədən Ömərin Ubeydullah haqda olan vəsiyyətinə əməl etməsini istədilər. Amma Osman Əmr ibn Asın rəyinə əsasən dedi: "Heç insaf deyil ki, atası öldürülmüş bir insanın özündən də qisas alaq və bir ailədən iki nəfər ölsün. Bundan əlavə bu cinayət onun xilafətində baş verməyib, odur ki, mən onu cəzalandıra bilmərəm.” Çox təəccublüdür ki, Ömər öldürüldükdən sonra ilk üç gündə Əbdur-Rəhman müsəlmanları altı nəfər şuranın üzvləri ilə əlaqədər məscidə toplayıb nəzər alanda Osman həmişə Ubeydullahı o üç nəfəri öldürdüyünə görə danlayırdı. Amma elə ki, şurada xilafətə seçildi, ondan qisas almadı, üstəlik, heç vəziyyətin sakit olmasından ötrü onu Kufəyə göndərdi. Orada ona ev və geniş torpaq sahəsi verdi. Həmin yerə xalq Kuveyfə (yəni Kufə şəhərciyi) deyirdilər. İmam Əli (ə) xəlifəni Ubeydullahdan qisas almağa israrla tələsdirirdi. İmam Əli (ə) onun özünə (Ubeydullaha) dedi: " Əgər bir gun sənə üstün gəlsəm, qisas alacağam.” Həzrət Əli (ə) buna görə and icdi. Öncə deyildiyi kimi, Səqifədən sonra hər xəlifənin üslubu Peyğəmbərin (s) sünnəsi kimi qiymətləndirilirdi. Bu bizim hazırkı əqidəmizə uyğun deyil. Çünki biz yalnız Rəsulullahı (s) sünnənin təməlini qoyan şəxs kimi tanıyırıq. Öncəkilər belə əqidənin sahibi deyildilər. Hərdənd, açıq surətdə deyirdilər ki, filan iş Peyğəmbərin (s) zamanında belə idi, indi də gərək belə olsun. Elə buna görə də onlar heç vaxt fikirləşmirdilər ki öz əməlləri ilə bidətə yol verirlər. Belə ki, Osman səfərdə qılınan qəsr namazlarını tamam qılırdı; dəlili də bu idi ki, namazı səfərdə tamam surətdə qılmağın özü müəyyən edib. Onun Kufəyə təyin etdiyi vali şərab içirdi və məst halında pişnamazlıq edəndə məscidin mehrabına qusdu. Heç kəs ona şallaq vurmadı. Xəlifə elə adam deyildi ki, Qurandan xəbəri olmasın və bilməsin ki, Quran Bəni-Üməyyəni necə lənətləyir. Belə olan halda o, bütün islam ölkələrində Üməyyə və Əbu Sufyanın törəmələrini müsəlmanların canına, malına və namusuna hakim etdi. Beytül-malı da onların tam ixtiyarına verdi. Xalqın etirazlarına belə cavab verirdi: "Əgər cənnətin açarları mənim əlimdə olsaydı, onu o vaxta qədər Bəni-Üməyəyə verərdim ki, onların axırıncı nəfərinə qədər cənnətə daxil ola.” 4. SEÇILMIŞ SƏHABƏLƏRLƏ PIS RƏFTARI Xəlifənin Əbuzər, Əmmar Yasir, Abdullah ibn Məsud və Malik Əştər kimi seçilmiş səhabələrlə insafsız, qəddar rəftarı o həddə çatmışdı ki, sünnü tarixçilərinin çoxu onu müəyyən qədər öz tarixlərində gətiriblər. Tarixçilər yazırlar: Osmanın Əbuzər kimi bəzi fəzilətli səhabələrə qarşı elə rəftar etdi ki, qələm onları yazmaqdan həya edir! Misal üçün, Osman Əbuzəri ailəsi ilə birgə quraqlıq yer olan Rəbəzəyə sürgün etdi və onun həyat yoldaşı elə orada vəfat etdi.Xəlifənin göstərişi ilə heç kimin Əbuzəri yola salmağa haqqı yox idi. Amma imam Əli (ə) və onun övladları Həsən (ə) və Hüseyn (ə) onu Mədinənin darvazasına qədər yola saldılar. Mərvan həzrət Əli (ə)-ı bu işdən çəkindirmək istəyəndə onların arasında mübahisə düşdü. Belə ki, Mərvanın atına qamçı vuruldu. Osman həzrət Əliyə (ə) xəbərdarlıq etdi ki, gərək səndən qisas alınsın. Onların arasında mübahisə ciddiləşəndə, Osman həzrət Əliyə (ə) dedi: "Allaha and olsun sən mənim yanımda Mərvandan üstün deyilsən.” Həzrət Əli (ə) ona cavabında butyurdu: "Mənim kimi şəxsə belə bir sözü deyirsən?! Məni Mərvanla bir tutursan?! Allaha and olsun, mən səndən daha üstünəm, atam sənin atandan və anam sənin anandan daha üstündür.” Osman bu sözlərə cavab tapmayıb oranı tərk etdi. Əbuzər Rəbəzədə vəfat etdi və elə orada da dəfn olundu. Səhabələrdən bir dəstəsi onun cənazəsinə namaz qıldılar və Abdullah ibn Məsud onu dəfn etdi. Amma Osmanın göstərişi ilə ibn Məsuda xəlifənin sürgün etdiyi şəxsi dəfn etdiyinə görə qırx şallaq zərbəsi vurdular. Vəlid ibn Uqbə Kufədə vali olan zamanlarda Osman tərəfindən ona 100 min misqal gümüş hədiyyə verildi. Abdullah ibn Məsud xəlifəyə və onun nümayəndəsi Vəlidə etiraz etdi. Vəlid İbn Məsudun etirazını Osmana çatdırdı. Xəlifə dərhal əmr etdi ki, onu Mədinəyə göndərsin. İbn Məsud Mədinəyə çatanda gördü ki, Osman mənbərdə xütbə oxuyur. Osman ibn Məsudu görən kimi onu təhqirlə söyməyə başladı və göstəriş verdi ki, onu vursunlar. Osmanın təyin etdiyi adamlar Abdullah ibn Məsudu elə vurdular ki, onun dişləri sındı. Osmanın xidmətçisi Abdullah ibn Məsudu qaldırıb yerə elə çırpdı ki, Abdullah iki il evdə xəstə yatdıqdan sonra vəfat etdi. Bu müddətdə xəlifə onun beytül-maldan olan payını kəsdi. Osman bir müddətdən sonra Səid ibn Ası Kufənin valisi təyin etdi. O məktubda xəlifəyə yazdı: ”Mən Malik Əştərin və onun axlaq dostlarının varlığı ilə (həmin dostlar "Qurraul-Quran” adı ilə məşhur idilər) Kufəyə hökmranlıq edə bilmirəm”. Osman Səid ibn Asa məktub yazdı: "Malik və onun dostlarını Şama sürgün et!” Səid ibn As da Malik və onun doqquz nəfər dostlarını (onların arasında Kumeyl ibn Ziyad da var idi) şama sürgün etdi. Başqa səhafələrdən olan Əmmar Yasəridə xəlifəyə olan etirazlarına görə işkəncə etdilər. O Osmana etiraz edib deyirdi: "Nəyə görə beytül-malın cəvahirlərini öz ailənin arasında bölüşdürürsən”? Bu etitazların ardınca Osmanın göstərişi ilə Əmmarı o qədər vurdular ki, özundən getdi və ömrünün axırına qədər fətq (qrija) xəstəliyindən əziyyət çəkirdi. Bu xoşagəlməz rəftarları elə bir şəxsə qarşı etmişdilər ki, onun tərifində Quran ayəsi nazil olmuş və müsəlmanlar da bu məsələdən tam agah idilər. OSMANIN TƏRƏFINDƏN TƏYIN OLUNMUŞ MƏNSƏB SAHIBLƏRI Düzdür ki, ikinci xəlifə, Osmandan iltizam almışdı ki, xilafətə gələndən sonra öz qohumlarından heç birini mənsəblərə təyin etməsin. Buna baxmayaraq, xilafətindən bir il keçəndən sonra ikinci xəlifənin təyin etdiyi bütün mənsəb sahiblərini öz vəzifələrindən kənarlaşdırıb və Bəni Üməyyə qəbiləsinin nümayəndələrini həmin mənsəblərə təyin etdi. Halbuki, Islam Peyğəmbərinin (s) lətafətli və sülhsevər ruhiyyəsinə rəhmən və eyni zamanda hərbi qüdrətə ehtiyac duyulan zamanda belə, heç vaxt siyasi və ictimai mənsəbləri Bəni Üməyyə qəbiləsinə tapşırmadı. Peyğəmbər (s) onları həmişə məzəmmət edir və müsəlmanları onlardan uzaq olmağa çağırırdı. Osmanın islam ölkələrinin ən mühüm və həssas məntəqələrində təyin etdiyi mənsəb sahibi bunlardır: Kufə: Vəlid ibn Uqbə ibn Əbi Muit (ikinci xəlifənin təyin etdiyi Səd ibn Əbi Vəqqasın yerinə) və Səid ibn As ibn Uməyyə. Misir: Abdullah ibn Səd ibn Əbi Sərh (ikinci təyin etdiyi Əmr ibn Asın yerinə). Bəsrə və Fars: Abdullah ibn Amir ibn Kəriz (Əbubəkr və Ömər tərəfindən təyin edilmiş Əbu Musa Əşərinin yerinə). Şam: Müaviyə ibn Əbi Süfyan. Bunlardan başqa Mərvan ibn Həkəm Mədinədə xəlifənin müşaviri kimi tanınırdı. O, Peyğəmbərin (s) zamanında öz ləyaqətsizliyini əməldə sübut edən Vəlid, Rəsulullahın (s) tərəfindən Bəni Mustələq tayfasından zəkat yığmağa göndərilmişdi. Bəni Mustələq tayfası onu qarşılamağa çıxanda o elə təsəvvür etdi ki, onu öldürmək istəyirlər. O, vəziyyəti belə görüb Mədinəyə qayıtdı və fəryad etdi ki, Bəni Mustələq tayfası mürtəd olub və müsəlmanların əleyhinə qiyam ediblər. Həmin anda "Nəbə” ayəsi nazil oldu: اِن جائكم فاسق بنبـأ فتبيّنو Bir gün Vəlid Əli (ə)-a dedi: "Mən səndən daha natiqəm.” Həzrət Əli (ə) onun cavabında buyurdu: "Sən ancaq fasiqsən!” Ola bilsin bu cavab həmin ayəyə istinadən deyilirdi. Sonra bu ayə nazil oldu: أفمن كان مومناً كمن كان قاسقا
Vəlid şərab içməyə və çirkin işlərlə məşğul olmağa adət etmişdi. Onun xristian bir dostu var idi. Onunla gecələr şərab içir və başqa çirkin işlərlə məşğul olurdu. O bir gün məst halında sübh namazına pişnamazlıq edib, dörd rükət qıldı. Bu şeri: علق القلب الربابا _بعد ان شابت و شابا Həmd və surənin yerinə oxudu. Rüku və səcdə halətində nərə çəkib deyirdi: اِشْرِبْ وَ اسقنى (şərabı iç və bizə içirt). namazdan sonra müsəlmanlara məsxərə ilə dedi: "Əgər istəyirsinizsə, sizin üçün iki rükət də əlavə qılım. Sonra məscidin mehrabına qusdu. Müsəlmanlar fürsətdən istifadə edib onun barmağından dövlət möhürü olan üzüyünü çıxartdılar və hamılıqla Mədinəyə gedib əhvalatı Osmana danışdılar. Osman qəzəblə onları təhdid etdi, qamçılayıb özündən uzaqlaşdırdı. Onlar hadisəni həzrət Əli (ə)-a (və bəzilərinin dediyinə görə) Ayişəyə danışdılar. Müsəlmanlar arasında səs küy qalxdı. Həzrət Əli (ə) Osmana xəbərdarlıq etdi ki, Vəlidi şallaqlasın. Xəlifə naçar qalıb Vəlidə şallaq vurmaq qərarına gəldi. Vəlidə qalın yun libasla geyindirib sonra təhdid ilə dedi: "Hər kəsin cürəti var qabağa gəlsin və ona şallaq vursun.” Müsəlmanlarda süstlük əmələ gəldi. Elə bu vaxt həzrət Əli (ə) ona şallaq vurmsğı öz öhdəsinə götürdü. |