İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:48 AM
    İKİNCİ HİSSƏ
    HƏCC VƏ ÖMRƏ
    BİRİNCİ FƏSİL
    HƏCC
    HƏCCİN VACİBLİYİ VƏ ŞƏRTLƏRİ
    Quran:
    Allah evinin həccini yerinə yetirmək Allahın xalq, ona tərəf yol tapa bilənlərin boynunda olan haqqıdır. Hər kəs küfr edərsə həqiqətən Allah aləmlərdən ehtiyacsızdır.308
    Hədis:
    274. Həzrət imam Əli (ə) buyurub: Allah-taala öz evinin həccini sizə vacib etmişdir. Xalqın qibləsi qərar verdiyi evi... Onun haqqını fərizə, həccini vacib, ziyarətini isə vacib bilmişdir. Allah-taala buyurur: Allah evinin həccini yerinə yetirmək Onun xalq, — ona tərəf yol tapa bilənlərin — boynunda olan haqqıdır. Hər kəs küfr edərsə, həqiqətən Allah aləmlərdən ehtiyacsızdır.309
    275. Həzrət imam Baqir (ə) buyurub: İslam dini beş əməl əsasında möhkəmlənmişdir:
    1. Namaz;
    2. Zəkat;
    3. Həcc;
    4. Oruc;
    5. Vilayət. (Əhli-beytin ilahi rəhbərliyi).310
    276. Ömər ibni Uzəynə nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan «həcc və ömrəni Allah üçün tamamlayın»311 ayəsi barəsində soruşduqda, o həzrət buyurdu: Onun bu iki əməli tamamlamaqdan məqsədi, onları əncam vermək və bu iki əməldə möhrim olan şəxsi pəhriz etdiyi işlərdən çəkinməsindən ibarətdir.312
    277. Əbdrrəhman ibni Həccac nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-a ərz etdim: Həcc əməli varmı və yoxsula vacibdirmi? Həzrət (ə) buyurdu: Həcc istər böyük, istərsə də kiçik olan hamıya vacibdir. Beləliklə Allah-taala üzr olan hər bir kəsi üzürlü bilmişdir.313
    278. Həzrət imam Sadiq (ə) buyurub: Allah evinin həcci istitaəti (imkanı) olan hər bir şəxsə vacibdir. İstitaət isə yol azuqəsi, səfər vasitəsi, sağlamlıq, insanın ailəsi üçün bir şey (pul və s.) qoyub getməsi, həmçinin həcc səfərindən qayıtdıqdan sonra bir şeyinin (dolanışıq üçün imkanı) olmasınıdan ibarətdir.314
    279. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs vacib həcc əməlini yerinə yetirsə, oddan olan bir düyünü öz boynundan açmışdır.315
    HƏCCİN FƏLSƏFƏSİ
    Quran:
    Allah Kəbə və beytul-həramı xalq üçün qiyam və dirçəliş vasitəsi qərar vermişdir.316
    Xalqı həcc üçün çağır ki, hər yerdən gəlib öz mənfəətlərinə şahid olub müəyyən günlərdə Allahın onlara ruzi etdiyi dörd ayaqlı heyvanlar üçün Allah adını xatırlasınlar. Beləliklə də onlardan yeyin, həm də çarəsiz yoxsullara yedizdirin.317
    Hədis:
    280. Həzrət Peyğəmbər (s) buyurub: Yalnız Allah zikrinin dirçəlməsi üçün, Allah evinin ətrafında təvaf etmək, səfa və mərvə dağları arasında səy etmək və şeytanları daşlamağa fərman verilmişdir.318
    281. Həzrət imam Əli (ə) buyurub: Allahd-taala öz evinin həccini sizə vacib etmiş və onu xalqın qibləsi qərar vermişdir. Hacılar dörd ayaqlılar izdihamı kimi bu evə daxil olur və göyərçinlər kimi şövq ilə ona tərəf tələsirlər. Allah-taala həcci xalqın öz əzəməti qarşısında təvazökarlıq həmçinin öz izzətinə nisbət təslim və qəbul nişanəsi qərar vermişdir. Və öz bəndələrindən söz eşidən bəndələri seçmişdir ki, onlar ilahi dəvətlə ləbbeyk deyir, Onun sözünü qəbul edir və peyğəmbərləri yerlərində durmuşlar. Onlar öz təvafları ilə Allah ərşinin ətrafında təvaf edən mələklərə oxşamışlar.
    Onlar allahpərəstlik ticarətxanasında çoxlu faydalar əldə edir və o (vaxtda) ilahi əfv yerinə tələsirlər.
    Allah-taala həcci islamın ucalmış bayrağı və pənah gətirənlərin asayiş pənah yeri qərar vermişdir.319
    282. Həzrət imam Əli (ə) Qasiə xütbəsində buyurub: Allah-taalanın Adəm (ə)-ın zamanınad bu aləmin sonuncu insanlarını ziyan və fayda yetirməyən və habelə görməyib-eşitməyən daşlarla imtahana çəkməsini görmürsünüzmü? Beləliklə də onları öz evi (Beytullahil-həram) qərar vermişdir ki, xalqın möhkəmlik rəmzidir. Və onu daşlı və torpaq və kəssəyi az olan bir diyarda, dar və suyu az olan bir dərədə, kobud dağlar və yumşaq qumlar, həmçinin suyu az olan bulaqlar, pərakəndə kəndlər və yağışsız (yerin) arxasında qərar vermişdir ki, dörd ayaqlı heyvanlar orada kölgələnməzlər.
    Daha sonra Adəm (ə) və onun övladlarına ona tərəf üz gətirmələrini fərman verdi. Beləliklə Allah evi onların səfər və yük atmaqları üçün bir məqsədi oldu. Qəlblər hər tərəfdən — quru, alçaq və hündur səhralardan, dəryaların pərakəndə adalarından və dərələrin dibindən təvazökarlıqla «La ilahə illəllah» deyən və hərvələ edən halda ona tərəf tələsdirlər. Tozlu və saçları qarışmış, paltarları və niqablarını çıxarıb arxaya atan, həmçinin üzləri pərişan halda (ona tərəf gəldilər). Allah-taala onları böyük, çəkin, əzəmətli və aydın təvazökarlıqla sınaqdan keçirdi və onu öz rəhməti, behiştə çatmaq, əfv və xalqın sınağı üçün səbəb qərar verdi. Əgər Allah-taala öz evi və ibadətgahlarını bağlıq, çaylar, düz, yaşıl, meyvə ilə dolu, həmçinin abad, əkinçilik, bir-birinə birləşmiş abadlıqlar, gözəl düzənliklər, bol buğda sahələri və habelə yaşıl bostan, gözəl və məhsul verən yerlər, abad yollar və çoxlu bağlarda qərar versəydi, belə bir halda imtahanın asan olduğu üçün onun savabı da az olardı. Əgər bu evin sütunları və əsasının daşları parlaq yaşıl zümrüd və qırmızı yaqutdan olsaydı, qəlblərdə az şəkk yaranar və şeytanın qəlbləri ələ almaq üçün təlaşı azalar, həmçinin xalqın da şəkkə giriftar olması azalardı. Lakin Allah-taala öz bəndələrini müxtəlif çətinliklər, rəngarəng müşkillər və müxtəlif narahatçılıqlarla imtahana çəkir ki, bu vasitə ilə təkəbbürlük onların qəlbindən xaric olub, təvazökarlıq onun yerini tutsun. Bunu isə öz fəzlinə tərəf bir qapı, həmçinin öz əfv və imtahanı üçün hazır bir vasitə qərar versin.320
    283. İsa ibni Yunis nəql etmişdir ki, İbni Əbil-əvca Həsən Bəsrinin şagirdlərindən idi ki, sonradan tövhid (təkallahlıq) yolundan azmışdı... Bir gün həzrət imam Sadiq (ə)-ın hüzuruna gəlib, əyləşdi və daha sonra belə dedi: Nə vaxta qədər bu xırmanı ayaqla döyüb, bu daşa (Kəbəyə) pənah gətirəcək və kərpic və kəssək ilə tikilmiş bu evi pərəstiş edəcəksiniz? Həmçinin (nə vaxta qədər) fərar etmiş dəvələr kimi bu evin ətrafında qaçacaqsınız? Hər kəs bu barədə fikirləşsə, bu işin qeyri-alim və düşüncəsiz şəxs tərəfindən yaranmasını biləcəkdir. İndi isə bu məzhəbin rəisi və başçısı olan özün, bu (barədə bir söz) de.
    Həzrət Sadiq (ə) buyurdu: Allah-taala bir şəxsi azdırıb, qəlbini kor etdikdə, haqqı onun üçün xoşagəlməz edər və haqq onun üçün şirin olmaz. Həmçinin şeytan onun dostu olub, onu həlakət vadisinə çəkər və (heç vaxt) ondan xaric olmaz. Bu belə bir evdir ki, Allah-taala onun vasitəsilə bəndələrinin itaət həddini sınaqdan keçirmək üçün onları öz ibadətinə çağırmışdır. Elə buna görə də bəndələrini onun ehtiramı və ziyarəti üçün şövqləndirmiş və onu peyğəmbərlərin yeri və namaz qılanların qibləsi qərar vermişdir. Beləliklə də o, (Kəbə), ilahi razılığın bir şöbəsi, həmçinin kamal bərabərliyi, əzəmət və cəlal yerində möhkəmlənmiş Allahın əfvinə doğru bir yoldur.321
    284. Əba ibni Osman bir vasitə ilə imam Baqir (ə)-dan nəql etmişdir ki, deyib: O həzrətə (ə) ərz etdim ki, nə üçün həccə, həcc deyilmişdir? Həzrət (ə) buyurdu: Filankəs həcc etdi — yəni səadətə nail oldu.
    285. Həzrət imam Baqir (ə) buyurub: Özləri üçün bir sıra mənfəətlərə şahid olsunlar (həcc/28) — ayəsində mənfəətlər sözündən məqsəd, əfv və məğfirətdən ibarətdir.323
    286. Səlmə ibni Mühriz nəql etmişdir ki, Ədul-vərd adlı bir şəxs həzrət imam Sadiq (ə)-ın yanına gəlib ərz etdi: Allahın rəhməti sənə olsun, ey kaş bədənini kəcavə (və səfər əziyyəti)-dan asudə edərdin!
    Həzrət buyurdu: Ey Əbul-vərd! Mən Allah-taalanın (Liyəşhədu mənafiə ləhum — özləri üçün mənfəətlərə şahid olsunlar) buyurduğu mənfəətlərə şahid olmaq istəyirəm. Həqiqətən Allah-taala həccə gələn hər bir şəxsə xeyir bağışlayır. Siz bağışlanmış halda qayıdacaqsınız, başqalarının isə yalnız ailə və mal-dövləti qorunacaqdır.324
    287. Rəbi ibni Həysəm nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-ı ağır xəstə halında gördüm ki, bir taxtın içinə qoyulub, Kəbə ətrafında təvaf edilirdi. O həzrət (ə) hər dəfə Rükni-yəmaniyə çatdıqda yerə qoyulmasını göstəriş verir və daha sonra əlini o taxtın bir yerindən çölə çıxardaraq yerə vurur və bundan sonra təvafını davam etdirirdi. Bu işi hər dəfə təkrar etdikdə, o həzrətə (ə) ərz etdim: Ey peyğəmbər övladı! Sizə fəda olum! Bu iş sizin üçün çətindir. Həzrət (ə) buyurdu: Allahdan eşitmişəm ki, buyurdu: (Liyəşhədu mənafiə ləhum — özləri üçün mənfəətlərə şahid olsunlar).
    Soruşdum: Dünya mənfəətləri, yoxsa axirət?
    Həzrət (ə) buyurdu: Hamısı.325
    288. Həzrət imam Rza (ə) Məhəmməd ibni Sənanın suallarının cavabında yazdı: Həccin səbəbi, Allahın (qonaqlığına) daxil olmaq, çoxluq tələb etmək, günahlardan xaric olmaq, həmçinin öz keçmişindən tövbə edib, işləri bağışlamaqdan ibarətdir. Habelə həccdə sərvətləri xərcləmək, əziyyət və yorğunluq, bədənləri istəklər və ləzzətlərdən saxlmaq, ibadətdə isə Allaha yaxınlaşmaq, (Onun qarşısında) təvazökarlıq və zillət, həmçinin ardıcıl bir hərəkət olaraq isti və soyuqda və habelə asayiş və qorxuda çölə çıxmaq vardır. Bundan əlavə həcc (mərasimin)-də xalqın hamısı üçün bir sıra mənfəətlər və Allaha doğru şövq və rəğbət vardır. Həmçinin (həcc əməli) daş ürəkli olmaq, dəyərsizlik, qəflət və ümidsizliyi tərk edib, hüquqları təzələmək, canları fəsaddan saxlmaq və şərq, qərb, quruluq və dəryada olan hər bir kəsin fayda aparmasıdır. Habelə istər həcc (əməlini yerinə yetirən), istərsə də tacir, mal gətirən, satıcı, alıcı, kasıb və miskin kimi həcc etməyənlərin fayda aparmasından ibarətdir. Həmçinin ətraf yerlərdə yaşayan və orada toplaşa bilən yerlərin xalqlının öz mənfəətlərinə şahid olsunlar deyə, ehtiyaclarını oradan aparmaqdır.326
    289. Hişam ibni Həkəm nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum: Nə üçün Allah-taala öz bəndələrini həccə gedib, Kəbə evini təvaf etməyə məmur etmişdir?
    Həzrət buyurdu: Allah-taala xalqları yaratdı... (və daha sonra) onları dində itaətçilik, dünya işlərində isə məsləhətlərinə fərman verdi. Sonra şərq və qərbdən həcc (mərasimində) toplanmağı qərar verdi ki, (bu vasitə ilə) bir-birlərini tanısınlar. Həmçinin bu yolla kirayə verən və dəvəçi (də belə) fayda aparsın.
    Beləliklə də həzrət Peyğəmbərin (s) əlamətləri və xəbərləri tanınıb, öyrənilsin və yaddan çıxmasın. Əgər hər millət öz şəhərləri və onlarda mövcud olan (imkanata) arxalansaydı, həlak olar, şəhərləri dağılar, malı cəlb edib (onlardan) fayda aparmaq aradan gedər, həmçinin xəbərlərdən agah olmazdılar. Bu (isə) həccin səbəbidir.327
    290. Həzrət imam Sadiq (ə) buyurub: Kəbə bərpa olanadək, din də bərpa və möhkəm olacaqdır.328
    291. Həzrət Fatimeyi Zəhra (ə) buyurub: Allah-taala imanı çirkdən paklaşmaq..., həcci isə dini cilvələndirmək üçün vacib etmişdir.329
    HƏCCİN FƏZİLƏTİ
    1. İbrahim (ə)-ın çağırışlarının cavabı:
    Quran:
    «Xalq arasında həccə dəvət et (və beləliklə də) xalq piyada və arıq miniklərə minən halda hər bir uzaq yerdən gəlsinlər».330
    Hədis:
    292. Həzrət imam Baqir (ə) buyurub: Allah-taala İbrahim (ə)-a (xalqı) həccə çağırmaq fərmanını verdikdə, o həzrət (ə) məqamının üzərinə çıxaraq Əbu Qubəys dağı ilə üz-üzə durdu və daha sonra xalqı həccə çağırıb (bu çağırışı) qiyamət gününədək (ataların) belə və (anaların) rəhmində olanların qulağına çatdırdı.331
    293. İbni Abbas nəql etmişdir ki, həzrət İbrahim (ə) Kəbəni tikdikdən sonra Allah-taala ona xalqı həccə çağırmağı vəhy etdi və beləliklə də həzrət İbrahim (ə) dedi:
    «Agah olun! Rəbbiniz bir evi seçmiş və onu ziyarət etməyinizi sizə fərman vermişdir.»
    O həzrətin (ə) çağırışını eşidən hər bir kəs (və hətta) daş, təpə və torpaq «Ləbbəykəllahummə ləbbəyk» sözünü dedilər.332
    294. Əliyyibni Cəfər nəql etmişdir ki, həzrət imam Kazim (ə)-dan «ləbbəyk» deməyin vacibliyi barədə soruşduqda, həzrət (ə) buyurdu: Allah-taala İbrahimə (ə) Xalq arasında həccə çağır ki, sənə tərəf piyada halında gəlsinlər — göstərişini verdikdən sonra, bu çağırışı elan edib xalqın qulağına çatdırdı. Beləliklə də xalq hər tərəfdən «ləbbəyk» deyən halda (ona tərəf) üz gətirdilər. Elə buna görə də «ləbbəyk» demək vacib oldu.333
    2. Zəiflərin cihadı:
    295. Həzrət Peyğəmbər (s) buyurub: Həcc, hər bir zəif şəxsin cihadıdır.334
    296. Əbdullah ibni Yəhya Kahili nəql etmişdir ki, imam Sadiq (ə)-ın həcc barədə söhbət etdiyini eşitdim. O həzrət (ə) buyurdu: O (həcc) iki cihaddan biridir (və) o zəiflərin cihadıdır, biz isə zəiflərik.335
    297. Həzrət imam Hüseyn (ə) buyurub: Bir kişi həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: Mən qorxaq və zəifəm. Həzrət (s) ona buyurdu: Tikansız cihada doğru tələs! (Yəni) həcc (ə doğru tələs!)336
    298. Ayişə nəql etmişdir ki, həzrət Peyğəmbərin (s) həyat yoldaşları o həzrətdən (s) cihad haqqında soruşduqda buyurdu: Həcc, yaxşı bir cihaddır.337
    299. Ayişə həzrət Peyğəmbərə (s) dedi: Ey Allahın elçisi! Biz cihadı ən üstün bir əməl bilirik, cihada getməyəkmi?
    Həzrət (s) buyurdu: Xeyr, lakin cihadın daha üstünü, yaxşı bir həcc (əməlindən) ibarətdir.338
    3. Cihaddan sonra ən üstün əməl:
    301. Əbu Hüreyrə nəql etmişdir ki, həzrət Peyğəmbərdən (s) soruşdular: İşlərin hansı daha fəzilətlidir? Həzrət (s) buyurdu: Allaha və onun Peyğəmbərinə iman gətirmək.
    Soruşdular: Ondan sonra (hansı əməl üstündür?) həzrət buyurdu: Allah yolunda cihad etmək. Dedilər: Ondan sonra hansı (əməl üstündür)? Həzrət (s) buyurdu: Qəbul olunmuş həcc əməli.340
    302. Həzrət imam Sadiq (ə) buyurub: Qılınc ilə qiyam edib, şəhid olanadək Allah yolunda vuruşandan başqa, Allah yollarından heç biri həccədən üstün deyildir.341
    303. Bir kişi imam Səccad (ə)-ın hüzuruna gəlib dedi: Həcci cihaddan üstün tutmusan? Bir halda ki, Allah-taala buyurur: (Allah möminlərin can və mallarını behişt müqabilində alır...)342
    İmam Səccad (ə) buyurur: Ardını da oxu: (...Tövbə edənlər, ibadət edənlər...), ayənin sonuna çatdıqda buyurdu: Hər gah bunları görsən, o gün cihad onlarla birlikdə həccdən üstün olacaqdır.343
    4. Həccin namaz və orucdan üstünlüyü:
    304. Həzrət Peyğəmbər (s) buyurub: Qəbul olunmuş bir həcc (əməli), iyirmi müstəhəb namazından üstündür. Hər kəs bu evi təvaf edib, onu yeddi dəfə sayaraq iki rəkət (təvaf) namazını yaxşı yerinə yetirərsə, Allahd-taala onu bağışlayar.344
    305. Həzrət imam Sadiq (ə) buyurub: Atam (imam Baqir (ə)) buyururdu: Həcc, namaz və orucdan daha üstündür. Namaz qılan şəxs vaxtından bir saatını öz ailəsindən ayırır. Oruc tutan şəxs isə bir gün (müddətindən öz ailəsindən ayrı qalır.) Amma həccə gedən şəxs heç bir pul və ticarət niyyəti olmadan öz bədənini əziyyətə və özünü narahatçılıq və darıxmağa atır və pulunu xərcləyib uzun müddətə qədər öz ailəsindən uzaqlaşır.
    Atam (ə) buyurdu: Öz ailəsi ilə gələn kişidən kim üstün ola bilər? Bir halda ki, xalq ərəfatda, sağ və sol tərəflərdə durmuşdur ki, onları həccə gətirir və onlarla birlikdə Allahdan istəyir.345
    5. Həcc, sədəqə verməkdən üstündür:
    306. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) Minadan hərəkət etdikdə səhrada yaşayan bir ərəb, «Əbtəh»*də o həzrətlə (s) üzləşib dedi: Ey Allahın elçisi! Mən həcc niyyəti ilə (evdən) xaric olmuşam, lakin bir maneə məni həccdən saxlamışdır. Mən varlı və pullu bir adamam. Hacların savabına nail olum deyə, pulumu xərcləmək üçün mənə bir göstəriş ver.
    Həzrət Peyğəmbər (s) üzünü «Əbu Qubəys» dağına tutub buyurdu: «Əbu Qubəys» dağı miqdarında qızılın olub, onları Allah yoluqnda infaq etsəydin, heç vaxt həcc əməlini əncam verən şəxsin savabına çata bilməzdin.346
    307. Əbdürrəhman ibni Əbi-əbdillah nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-a ərz etdim: Bu nağıl qoşanların bəzisi deyir ki, əgər bir şəxs bir dəfə həccə gedib (növbəti dəfədə həccə getmək əvəzinə) sədəqə verib, qohum-əqrəbaya baş çəkərsə, bu (əməl) onun üçün (həccdən) daha üstündür.
    Həzrət imam Sadiq (ə) buyurdu: Onlar yalan demişlər. Əgər xalq bu cür etsə, həcc (mərasimi) tətil olar. Həqiqətən Allah-taala bu evi xalq üçün qiyam yeri qərar vermişdir.347
    Bəyan:
    Qeyd olunmuş sonuncu rəvayət və habelə sair rəvayətlərdən belə başa düşülür ki, həccin sədəqədən üstün olması, həcc əməlinin çətinliyi və əziyyəti üçün sədəqəyə üz gətirərək bu böyük mərasimi tətil edib, zəiflətmək hallarına aiddir. Beləliklə də hal-hazırda hacıların sayı müqəddəs məkanların tutumundan çox olduğu üçün, qeyd olunmuş məsələ qarşıya çıxmaz və belə bir halda sədəqə vermək, həccə getməkdən çox üstün sayılır. Sözümüzün şahidi Əbu Bəsirin Həzrət imam Baqir (ə)-dan nəql etdiyi rəvayətdən ibarətdir ki, o həzrət (ə) buyurur: Müsəlman ailələrinin yaşayış xərcini ödəyib, onları doyuzdurmaq və habelə onları geyindirib xalqdan ehtiyacsız etməyim, mənim nəzərimdə yetmiş dəfə həccə getməkdən daha sevimlidir.
    Qeyd etmək lazımdır ki, bu müqayisələr vacib və həcc və sədəqəyə deyil, əksinə müstəhəb olan həcc və sədəqəyə aiddir. Çünki heç bir əməl vacib bir əməldən qabaq ola bilməz.
    6. Həcc yolunda pul xərcləməyin fəziləti:
    308. Həzrət Peyğəmbər (s) buyurub: Həcc yolunda infaq etməyin Allah yolunda yeddi yüz dəfə infaq etmək bərabərində savabı vardır.348
    309. Həzrət imam Əli (ə) «Dörd yüz moizə» hədisində buyurub: Bir nəfərin həcc yolunda xərclədiyi bir dirhəm min dirhəmə bərabərdir.349
    310. Həzrət imam Sadiq (ə) buyurub: Həcc yolunda xərclədiyin bir dirhəm, haqq yolunda xərclədiyin iyirmi min dirhəmdən üstündür.350
    311. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs həcc yolunda bir dirhəm xərcləsə, (bu bir dirhəm) onun üçün haqq yolunda xərclədiyi yüz min dirhəmdən daha üstündür.351
    312. Həzrət imam Sadiq (ə) buyurub: «Həcc yolunda xərclənən bir dirhəm, Allah yolunda xərclənən iki milyon dirhəmdən üstündür».352
    7. Həcc üçün borc almağın yaxşı olması:
    313. Uqbə nəql etmişdir ki, Sədir Səyrəfi mənim yanıma gəlib dedi: Həzrət imam Sadiq (ə) sənə salam çatdırır və buyuru ki, nə üçün həccə getmirsən? Borc alıb həccə get.353
    314. Müaviyətibni Vəhəb müxtəlif sənədlərlə nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-a ərz etdim: Mən borclu bir adamam. Borc alıb həccə gedə bilərəmmi? Həzrət (ə) buyurdu: Bəli, həcc borcu yaxşı ödəyir.354
    8. İmam Zaman (ə)-ın hər il həccə gəlişi:
    315. Həzrət imam Sadiq (ə) buyurub: Xalq həcc mərasimində hazır olan bir imamı görmürlər. (İmam) onları görür, onlar isə imamı görmürlər.355
    316. Məhəmməd ibni Osman Əmri buyurub: And olsun Allaha ki, həzrət Sahibbəz-zəman (ə) hər il həcc mövsümündə hazır olur, xalqı görür və tanıyır. Xalq isə onu görür amma tanımırlar.356
    317. Əbdullah ibni Cəfər Himyəri nəql etmişdir ki, Məhəmməd ibni Osman Əmridən soruşdum: Həzrət imam Zamanı (ə) görmüsənmi? Dedi: Bəli, sonuncu dəfə o həzrət (ə)-ı Allah evinin kənarında gördüm ki, belə deyirdi: İlahi! Mənə vədə verdiyini həyata keçir! Məhəmməd ibni Osman (r.ə.) dedi: Həmçinin o həzrəti (ə) «Müstəcar»da gördüm ki, Kəbənin pərdələrin tutub belə deyirdi:
    İlahi! Mənim intiqamımı öz düşmənlərindən al.357
    318. Əbu Məhəmməd Həsən ibni Vəcna nəql etmişdir ki, — əncam verdiyim 54-cü — həccin dördüncü Ömrə əməlindən sonra novdanın altında səcdə halında dua etməyə məşğul idim ki, bir nəfər məni sirkələyərək dedi: Ey Həsən ibni Vəcna qalx ayağa!
    Bədənim lərzəyə düşdü və ayağa qalxdıqda qırx yaşlı arıq və üzünün rəngi saralmış bir qadını gördüm. O qabaqda gedir, mən isə ondan bir söz soruşmurdum. Həzrət Xədicə (ə)-ın evinə çatdıqda orada ortasında qapısı olan bir otaq var idi ki, taxta pilləkən ilə ondan yuxarı gedirdilər. O qadın yuxarı qalxdıqda, belə bir səs qulağıma çatdı ki, deyirdi: Həsən! Gəl yuxarı. Mən də yuxarı qalxıb, otağın kənarında durdum.
    Həzrət Sahibbəz-zaman mənə buyurdu: Ey Həsən! Elə güman etdin ki, mənim gözümdən gizlisən? And olsun Allaha ki, bütün həcclərində səninlə birgə olmuşam.
    Daha sonra onları mənim üçün saymağa balşadıqda üzü üstə yerə düşdüm. Daha sonra bir əlin bədənimə toxunmasını hiss edib ayağa qalxdım. Həzrət (ə) mənə buyurdu: Ey Həsən! Mədinədə Cəfər ibni Məhəmməd (ə)-ın evindən müğayət ol və su, yemək və paltar fikrində olma.
    Sonra mənə yazılmış bir (kağız) verdi ki, onda «fərəc duası» və o həzrət (ə)-a salavat var idi.
    Həzrət (ə) buyurdu: Bu dua ilə məni çağır və mənə salavat göndər. Amma onu mənim xüsusi dostlarımdan başqa heç bir kəsə vermə. Həqiqətən Allah-taala sənə tofiq verəcəkdir.358
    319. Məhəmməd ibni Əhməd Ənsari nəql etmişdir ki, (Məkkədə) Müstəcar kənarında təqribən otuz nəfər ilə birgə əyləşmişdik və Məhəmməd ibni Qasimdən başqa onların heç biri müxlis (yəni şiə) deyildi. Biz bu vəziyyətdə 293-cü ilin Zi-hiccə ayının altıncı günündə (Müstəcar ətrafında) əyləşmişdik ki, elə bu vaxt ayaqqabıları əlində olan və iki ehram paltarı geyinmiş gənc bir oğlanın təvafdan xaric olduğunu gördük. Onu gördükdə heybətinin təsiri altına düşüb hamılıqla ayağa qalxdıq.
    O isə bizə salam verib aramızda əyləşdi. Daha sonra sağ və sol tərəfə baxıb dedi: Bilirsinizmi ki, imam Sadiq (ə) (ilhah) duasında nə deyirdi? (Dedik: nə deyirdi?) Buyurdu: (O həzrət belə) deyirdi:
    «İlahi! Səni elə bir adla çağıraram ki, göy və yer o adla durur, onun vasitəsilə haqq və batil arasını ayırd edir və onunla pərakəndə olanları (bir yerə) toplayırsan. Onun vasitəsilə qumların ədədi, dağların ağırlığı və dəryaların ölçüsünü sayırsan. Səni çağırıram ki, Məhəmməd və onun Əhli-beytinə salavat göndərib, məni işimdə çıxış yolu qərar verəsən». Daha sonra ayağa qalxıb, yenidən təvafa daxil oldu və onun ayağa qalxması ilə təvafa qayıdanadək biz də ayağa qalxdıq. Amma onun kim olduğunu öyrənməyi yaddan çıxartdıq.
    Sabahısı gün yenə də təvafdan xaric olub bizə tərəf gəldi və sağ və sol tərəflərə baxdıqdan sonra dedi: Əmirəl-möminin Əli (ə)-ın vacib namazdan sonra nə dediyini bilirsinizmi? Soruşduq: Nə deyirdi? Buyurdu: (O həzrət) belə deyirdi: Səslər Sənə tərəf ucalmış (və dualar Sənə tərəfdir). Üzlər Sənə görə xaşe (qorxan) olmuş və boyunlar Sənin üçün aşağı düşmüşdür. Əməllərdə hökm vermək Sənə məxsusdur. Ey daha üstün çağrılmış və ey daha yaxşı bağışlayan! Ey düz danışan! Ey xaliq! Ey vədəsinə yalançı çıxmayan! Ey dua etməyə göstəriş verib, icabət vədəsi buyuran! Ey «çağırın məni, icabət edim sizi» deyən! Ey — «hər gah bəndələrim səndən mənim haqqımda soruşsalar, həqiqətdə mən daha yaxınam, dua edənin duasını icabət edirəm. Beləliklə məni icabət etsinlər və artım yolu tapsınlar deyə, mənə iman gətirsinlər» — (sözünü) deyən!
    Ey — «özlərinə israf etmiş bəndələrim! Allah rəhmətindən naümid olmayın, Allah bütün günahları bağışlayır. Həqiqətən O bağışlayan (və) mehribandır — (sözünü) deyən!
    Ləbbeyk və sədəyk, indi isə bu mənəm, qarşında (olan) israfkar (mənəm) və Sən bu — «Allah rəhmətindən məyus olmayın. Allah bütün günahları bağışlayır» — sözünü deyənsən.
    O daha sonra sağ və sol tərəfə baxıb dedi: Əmirəl-möminin Əli (ə)-ın şükr səcdəsində nə dediyini bilirsinizmi? Soruşduq: Nə deyirdi? Dedi: (O həzrət şükr səcdəsində) belə deyirdi: Ey o kəs ki, çoxlu bəxşiş ona vüsət və ətadan başqa bir şey artırmır! Ey xəzinələri sonsuz olan! Ey asimanlar yer xəzinələrinin maliki! Ey kiçik və böyük xəzinələrin maliki! Məni pisliyim Sənin yaxşı etməyinə mane olmur. Sən özünə layiq olan tərzdə mən ilə rəftar edirsən. Sən bəxşiş və səxavət əhlisən, əfv və güzəşt (edənsən). Pərvərdigara! Ey Allah! Mən ilə layiq olduğum tərzdə rəftar etmə. Həqiqətən mən cəzalanmağa layiqəm və bu mənim haqqımdır. Sənin qarşında da heç bir dəlil və üzrüm yoxdur. Bütün günahlarımla Sənin yanına gəlir və onları etiraf edirəm ki, məndən güzəşt edəsən. Və Sən onlara məndən daha çox agahsan. Mürtəkib olduğum hər bir günah, çiynimə çəkdiyim hər bir xəta və əncam verdiyim hər bir pis işlə Sənə tərəf qayıdıram. Pərvərdigara! Bağışla, rəhm et və bildiyin (günahlarımdan) güzəşt et ki, həqiqətən Sən daha qüdrətli və daha kəramətlisən.
    O (gənc bu sözlərdən sonra) ayağa qalxıb təvafa daxil oldu və onun qalxmağı ilə bizdə hamılıqla ayağa qalxdıq.
    Sabahısız gün yenə də o vaxtda qayıtdı və ötən günlər kimi, onun gəlişi ilə ayağa qalxdıq. O, bizim aramızda əyləşərək sağ və sol tərəfə baxdıqdan sonra dedi: İmam Zeynül-abidin (ə) bu yerdə — əlilə Hicr və novdanın altına işarə etdi — öz səcdəsində belə deyirdi:
    «Kiçik bəndən qapın ağzındadır, çarəsiz bəndən qapın ağzındadır. Möhtacın dərgahındadır. Sənin istəyinin dərgahındadır. Səndən elə bir şey istəyir ki, Səndən başqa ona heç kəs qadir deyildir».
    Daha sonra sağ və sol tərəfə baxıb bizim aramızda Məhəmməd ibni Qasimə nəzər edərək dedi: Ey Məhəmməd ibni Qasim! İnşəallah sən xeyir və yaxşılıq yolundasan — Məhəmməd ibni Qasim şiə idi — sonra ayağa qalxıb təvafa daxil oldu.
    Biz isə onun oxuduğu duanı qəlbimizə salıb yadda saxladıq, amma onun haqqında söhbət etməyi unutmuşduq. Sonuncu gündə Əbu Əli Məhmudi dedi: Onu tanıyırsınızmı? And olsun Allaha ki, o, sizin sahibbəz-zamanınızdır. Dedim: Ey Əbu Əli! Haradan bildin? Dedi: O yeddi il müddətində qalıb Alladan həzrət Sahibbəz-zamanı görməsini istəmişdir.
    Dedi: Bir dəfə ərəfə gününün gün batan çağı onu əzbərlədiyim bu duanı oxuyan halda gördüm. Ondan soruşdum: Bu dua kimdəndir? Dedi: Xalqdandır! Dedim: Hansı xalqdan? Dedi: Ərəb xalqından.
    Dedim: Ərəb xalqının hansı tayfasından? Dedi: Onların daha şərafətlisindəndir. Dedim: Onlar kimdir? Dedi: Bəni-haşim. Dedim: Bəni-haşimin hansından? Dedi: Ən üstün, daha qabaqcıl və daha parlaq nəslə malik olanlardandır. Dedim: Kimlərdən? Dedi: Düşmənin başını ayrıcından yaran, (məhrumlara) yemək yedizdirən və xalq yuxuda olarkən namaz qılan (şəxsdəndir). Mən onun şiə olduğunu başa düşdüm və şiə olduğu üçün qəlbimdə ona qarşı əlaqə yarandı. Daha sonra onu öz qarşımda itirdim və hara getdiyini başa düşmədim. Onun ətrafında olanlardan soruşdum: Siz bu şiəni tanıyırsınızmı? Dedilər: Bəli, hər il bizlə birlikdə piyada olaraq həccə gəlir. Dedim: Sübhanəllah! And olsun Allaha ki, onda piyada getmək əlamətlərini görmürəm.
    Ondan ayrıldığım üçün qəm-qüssə halında «müzdələfə»yə gəlib o gecəni orada yatdım. Yuxu aləmində həzrət Peyğəmbəri (s) gördüm ki, mənə buyurdu: Ey Əhməd! İstədiyini gördünmü? Soruşdum: Ey mənim sərvərim! O kimdir? Buyurdu: Dünən gecə gördüyün şəxs sənin Sahibbəz-zamanın idi.
    Məhəmməd ibni Əhməd deyir: Biz bu sözü ondan eşidən kimi, onları bundan qabaq bizə demədiyi üçün onu danlamağa başladıq. O isə belə dedi: O, (həzrət) biz ilə bu barədə danışdığı müddətdə bu mətləbi unutmuşdum.359
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 890 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024