İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:41 AM
    ÜÇÜNCÜ FƏSİL
    HƏCCİN VACİB ƏMƏLLƏRİ
    HƏCCİN VACİB ƏMƏLLƏRİNİN KÜLLİYATI
    433. Həzrət imam Əli (ə) buyurub: Həccin hüdudu (qaydaları) dörd şeydir: Ehram, Kəbənin təvafı, Səfa və Mərva (dağları) arasında səy etmək, iki dayanacaqda (Ərəfat və Minada) dayanmaq və bu əməllərə aid olan və birləşən (əməllər). Beləliklə hər kəs bu hüdudu tərk edərsə, kəffarə verib, yenidən həcc (əməlini əncam verməsi) vacibdir.474
    434. Həzrət imam Sadiq (ə) buyurub: Həccin vacib əməlləri belədir:Ehram, dördlük təlbiyə (yəni, ləbbəykəllahummə ləbbəyk, ləbbəyk la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə). Ömrə əməli üçün Allah evinin təvafı vacibdir. İbrahim məqamının kənarında iki rəkət təvaf namazı qılmaq vacibdir. Səfa və Mərva dağları arasında səy etmək vacibdir. Həcc təvafı və İbrahim məqamı yaxınlığında iki rəkət həcc təvafının namazı vacibdir. Daha sonra Səfa və Mərva dağları arasında səy etmək vacibdir. Nisa təvafı və İbrahim məqamı yaxınlığında iki rəkət nisa təvafının namazı vacibdir. Ondan sonra isə Səfa və Mərvə arasında səy etməlidir. Məşərdə dayanmaq və «təməttö» həcci əncam verən şəxsin qurban kəsməsi vacibdir. Ərəfatda dayanmaq vacib, başı qırxdırıb şeytana daş atmaq isə sünnədir.475
    Bəyan:
    Rəvayətlərdə Allahın birbaşa olaraq verdiyi göstərişlərə «fərizə» (vacib), həzrət Peyğəmbər (s) vacib etdiyi əməllərə isə «sünnə» deyilmişdir ki, əməl və vəzifə məqamında onların heç biri tərk olunası deyildir.
    Qeyd etmək lazımdır ki, «sünnə» sözü iki mənadan ibarətdir. Belə ki, vacib sünnədən əlavə müstəhəb (və bəyənilmiş) sünnə də varımızdır.
    TƏMƏTTÖ ÖMRƏSİNİN VACİB ƏMƏLLƏRİ
    1. Ehram:
    EHRAMIN HİKMƏTİ
    435. Həzrət imam Sadiq (ə) buyurub: Ehram, hərəmə görə vacib olmuşdur.476
    436. Həzrət imam Rza (ə) buyurub: Həqiqətən xalq ilahi hərəmə daxil olmazdan qabaq (Allahdan qorxu) tapmaq, dünyanın işləri, bəzəkləri və ləzzətlərinə məşğul olmamaq və üz gətirdikləri (Allah yolunda) dözümlü olub, bütün varlıqları ilə Allah evinə üz gətirmək üçün ehram bağlamağa məmur olmuşlar. Bundan əlavə ehramda Allah-taala və Onun evinin ehtiramı, həmçinin ilahi savaba ümidvar və ilahi qəzəbdən qorxan halda Allaha tərəf getmək istəyən və habelə Ona tərəf gedən və təvazökarlıqla Allaha üz gətirən hacılar qarşısında təvazökarlıqdır.477
    EHRAMIN MİQATLARI
    437. Həzrət imam Sadiq (ə) buyurub: Ehram, Həzrət Peyğəmbərin (s) təyin etdiyi beş miqatdan biridir. Həcc və ömrə əməllərini əncam verən şəxsin ondan qabaq və ya sonra ehram bağlaması layiq deyildir. Həmiçinin heç bir kəsin həzrət Peyğəmbərin (s) miqatlarından üz döndərməsi də layiq deyildir.478
    438. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrə əməllərinin tamamlanmaq şərtlərindən biri də Həzrət Peyğəmbərin (s) təyin etdiyi miqatlardan ehram bağlayıb ehramsız halında o yerlərdən keçməməyindir. Həqiqətən həzrət Peyğəmbər (s) o gün İraq olmayan vaxtda onun əhalisi üçün «əqiq» vadisi, Yəmən əhalisi üçün «yələmləm», Taif əhalisi üçün «tərnəl – mənazil», Məğrib yəni, Şam əhalisi üçün «cuhfə və ya muhəyəə» və Mədinə əhalisi üçün «zul-huləyfə» miqatlarını təyin etmişdir. Hər kəsin evi Məkkəyə tərəf bu miqatların arxasında olarsa, onun mənzili öz miqatı sayılır.479
    439. İbni Abbas buyurub: Həzrət Peyğəmbər (s) Mədinə əhalisi üçün zul-huləyfə, Şam əhalisi üçün cuhfə, Nəcd əhalisi üçün qərnəl-mənazil və Yəmən əhalisi üçün yəlmələm miqatlarını qərar vermişdir. Bu miqatlar onlar və o yerlərə daxil olanlara məxsusdur. Onlardan hər biri Məkkəyə daha yaxın olsa, hərəkət etdiyi hər bir yerdən, hətta Məkkə əhalisinin miqatı Məkkənin özündən sayılır.480
    EHRAMIN NECƏLİYİ
    440. Həzrət imam Sadiq (ə) buyurub: Ehram yalnız vacib namazdan sonra həyata keçir və namazın salamından sonra möhrim olursan. Namaz müstəhəb olduqda isə, iki rəkət namaz qılıb salamdan sonra ehram bağlayırsan. Namazı bitirdikdən sonra Allaha həmd və səna deyərək, Peyğəmbərə salavat göndər və daha sonra belə de: İlahi! Səndən istəyirəm ki, məni öz çağırışına cavab verən, verdiyin vədə iman gətirən və göstərişindən itaət edənlərdən qərar verəsən. Mən Sənin bəndən və Sənin ixtiyarındayam. Yalnız Sənin hifs etdiyini hifs edir və yalnız Sənin əta etdiyini alıram. Həcci yad etmisən. Səndən istəyirəm ki, qəsdimi onun üçün möhkəmləndirib, Quranı, Peyğəmbərini davranışı və əncam verməyə gücüm çatmayan işlərdə mənə qüvvə bağışlayasan. Həmçinin mənim əməllərimi öz asanlıq və güzəştin ilə qəbul edib məni Öz qonaqlarından; — razı oludğun, əməllərini bəyəndiyin, adlarını çəkdiyin və yazdığın şəxslərdən qərar verəsən.
    İlahi! Həcc və ömrə əməllərimi kamala çatdır. İlahi! Mən Sənin kitabın və peyğəmbərinin davranışı əsasında təməttö ömrəsi ilə həccə getmək istəyirəm. Beləliklə həccimin tamamlanmasının qarşısını alan bir mane olarsa, elə o yerdə məni ehramdan xaric et. İlahi! əgər həcc əməli mənə qismət olmasa ömrə əməlini mənə qismət et. Sənə görə tük, dəri, ət, qan, sümük, beyin və əsəbimi, qadınlar və gözəl geyim və ətirlərə haram edir və bu işlə Sənin razılığını və axirət evini axtarıram. Həzrət (ə) daha sonra buyurdu: Ehram vaxtı bunu bir dəfə də desən kafidir. Beləliklə ayağa qalxıb yol get və yer qarşında düz olduqda — istər piyada, istərsə də minmiş halda — ləbbəyk de.481
    441. Həzrət imam Sadiq (ə) buyurub: Ehram və təməttö niyyətində olduqda belə de: İlahi! Fərman verdiyin təməttödən ömrə vasitəsilə həccə qədər əməlləri yerinə yetirmək istəyirəm. Beləliklə onu mənə asanlaşdır, məndən qəbul et və onları əncam verməkdə mənə kömək olub, Öz təqdirin ilə məni getmək saxladığın hər bir yerdə ehramdan xaric et. Mən dərimi qadınlar və gözəl ətir və paltarlara haram edirəm.
    Bu duanı istəsən ayağa qalxan halda və ya istəsən təxirə salıb miniyinə minərkən onu qibləyə tərəf tutduqdan sonra de.482
    442. Həzrət imam Sadiq (ə) buyurub: İraq tərəfdən «əqiq» və ya bu miqatlardan birinə çatıb Allahın izni ilə ehram bağlamaq istədikdə qolunun altının tüklərini qırxıb, dırnaqlarını tut və övrətini tüklərini təmizlə. Həmçinin buğunun tüklərini də azalt — bunların hansı birindən başlamağın fərqi yoxdur — daha sonra dişlərini yuyub, qüsl et və iki ehram paltarlarını geyin. Elə et ki, bu işlərdən zöhr çağı qurtara biləsən və zöhr çağı bu işləri qurtarmasan heç bir eybi yoxdur. Amma ixtiyar halında bu işlərin zöhr çağı qurtarmasını sevirəm.483
    443. Həmmad ibni İsa nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan ehrama hazırlıq barədə soruşduqda buyurdu: Dırnaqları tutmaq, buğu azaltmaq və övrət tüklərini təmizləmək ehram üçün hazırlıq işlərindəndir.484
    EHRAMDA LƏBBƏYK DEMƏK
    1. Ləbbəyk deməyin mənası:
    444. Səhabələrdən biri nəql edib ki, Həzrət imam Sadiq (ə)-a dedim: Nə üçün ləbbəyk deməyə «təlbiyə» deyilir. Həzrət (ə) buyurdu: Bu icabət cavab verməkdir. Musa (ə) Pərvərdigarına belə cavab vermişdir.485
    445. Süleyman ibni Cəfər nəql etmişdir ki, imam Rza (ə)-dan ləbbəyk demək və onun səbəbi barədə soruşduqda, o həzrət buyurdu: Xalq ehram bağladıqda, Allah-taala onları çağırıb buyurur:Ey Mənim bəndələrim və kənizlərim! Mənə görə ehram bağlıdığınız kimi, sizi oda haram edəcəyəm. Beləliklə də xalq Allahın bu çağırışına cavab olaraq «Ləbbəykəllahummə» ləbbəyk deyirlər.486
    446. Həzrət imam Əsgəri (ə) buyurub: Həzrət Peyğəmbər (s) Musa (ə)-ın Allah ilə danışığını nəql edərək buyurmuşdur: Rəbbimiz çağırdı: Ey Məhəmməd ümməti! Beləliklə də onların hamısı ataların beli və anaların rəhmində olan halda belə cavab verdilər: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə».
    Elə buna görə də Allah-taala bu cavabı, həccin şüarı qərar verdi.487
    2. Ləbbəyk deməyin qaydası:
    447. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) Məkkə yaxınlığında yerləşən «Bəda» yerinə çatdıqda onun üçün bir dəvə gətirirdilər və həzrət (s) dəvəyə minib hərəkət etdikdə ləbbəykləri belə deyirdi: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə».488
    448. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) ləbbəyki belə deyirdi. «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə».
    Həmçinin o həzrət (s) «Zil-məaric»i çox buyurur, minikli bir şəxslə üzləşib, bir təpəyə qalxdıqda və bir vadiyə endikdə və habelə gecənin sonu və namazlardan sonra ləbbəyk deyirdi.489
    449. Huzəymətibni Sabit nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ləbbəyk deyib qurtardıqdan sonra, Allahdan behişt və əfv tələb edir və cəhənnəm odundan Onun rəhmətinə pənah aparırdı.490
    450. Həzrət imam Sadiq (ə) buyurub: Ləbbəyk demək belədir: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk, ləbbəykə zəl-məarici ləbbəyk, ləbbəykə damən ila daris-səlam ləbbəyk, ləbbəykə ğəffarəz-zunubi ləbbəyk, ləbbəykə əhlət-təlbiyəti ləbbəyk, ləbbəykə zəl-cəlali vəl-ikrami ləbbəyk, ləbbəykə tubdiu vəl-məadu iləykə ləbbəyk, ləbbəykə təstəğni və yuftəqərru iləykə ləbbəyk, ləbbəykə mərhuvən və mərğubən iləykə ləbbəyk, ləbbəykə ilahəl-həqqi ləbbəyk, ləbbəykə zən-nəmai vəl-fəzli vəl-həsəni-cəmili ləbbəyk, ləbbəyk kəşşafəl-kurbil-izami ləbbəyk, ləbbəykə əbdukə vəbnu əbdəykə ləbbəyk, ləbbəykə ya kərimu ləbbəyk».
    Bunları hər vacib və ya müstəhəb namaz, miniyinin hərəkət üçün qalxan, hündürlüyə çatan, vadiyə enən, minikli bir şəxsə çatan, yuxudan ayılan hallarda və habelə səhər çağları deyirsən. İmkanın olan qədər bunları çoxlu və aşkar tərzdə de və bunun bir hissəsini deməməyinin heç bir eybi yoxdur. Lakin onun hamısını demək daha yaxşıdır. Bil ki, əvvəldə olan dörd ləbbəyki demək vacib və zəruridir. Bu isə tövhiddir və peyğəmbərlər də belə demişlər.
    Onun — zil-məaric hissəsini çox de, çünki həzrət Peyğəmbər (s) da onu çox demişdir. İlk dəfə ləbbəyk deyən həzrət İbrahim (ə) olmuşdur. Buyurdu: Allah-taala sizi öz evinin həccinə çağırır. Beləliklə də ona ləbbəyk deməklə cavab verdilər və bununla da peyman bağlanmış bütün atalar beli və analar rəhmində olanlar ləbbəyk ilə cavab verdilər.491
    3. Ləbbəyk deməyin savabı:
    451. Həzrət Peyğəmbər (s) buyurub: Gündüzü ləbbəyk deməklə sona yetirən hər bir şəxsin günəş batmaqla birlikdə günahları da gizlənər.492
    452. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs bir gündə günəş batanadək ləbbəyk deyərsə anası onu dünyaya gətinrən gün kimi günahları aradan gedər.493
    453. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs ehram halında iman və ilahi savaba ümidlə yetmiş dəfə ləbbəyk deyərsə, Allah-taala onu cəhənnəm və nifaqdan uzaq etməsi üçün minlərlə mələyi şahid tutar.494
    4. Hər bir şey ləbbəyk deyən ilə birgədir:
    454. Həzrət Peyğəmbər (s) buyurub: Ləbbəyk deyən bir şəxs ilə birgə göz işləyənədək sağ və solunda olan bütün daş, ağac və kəssək ləbbəyk deyərlər.495
    455. Həzrət imam Əli (ə) buyurub: Ləbbəyk deyən hər bir şəxs ilə göz işləyənədək sağ və solunda olan hər bir şey birgə olaraq ləbbəyk deyirlər və iki mələk ona deyərlər: Ey Allahın bəndəsi! Müjdə olsun sənə! Allah-taala isə heç bir bəndəyə behiştdən başqa bir şeyi müjdə verməz.496
    LƏBBƏYK DEMƏYİN QAYDALARI
    1. Xüşey (qorxu):
    456. Süfyan ibni Üyəynə nəql etmişdir ki, həzrət imam Səccad (ə) həccə gedib, ehram bağladıqdan sonra miniyinə mindikdə, rəngi saraldı və bədəni titrəyib ləbbəyk deyə bilmədi. Bir nəfər o həzrətə (ə) dedi: Nə üçün ləbbəyk demirsiniz? Həzrət (ə) buyurdu: Qorxuram ki, Allah-taala mənim cavabımda «la ələbbəyk» və «la sədəyk» desin. Daha sonra ləbbəyk dedikdə özündən gedərək miniyindən yerə düşdü. Onun bu halı həccini qurtaranadək davam etdi.497
    457. Malik ibni Ənəs nəql etmişdir ki, bir dəfə imam Sadiq (ə) ilə birlikdə həccə getmişdim. O həzrət (ə) ehram bağlayıb miniyinə mindikdə hər nə qədər ləbbəyk demək istəsə də səsi boğazında tutulur və az qalmışdı ki, yerə düşsün.
    Dedim: Ey Peyğəmbər övladı! De, naçar qalıb ləbbəyk deməlisən. Həzrət (ə) buyurdu: Ey Əbu Amir oğlu! Allah-taalanı mənə «la ləbbəyk» və «la sədəyk» deməsindən qorxan halda necə cürət edib ləbbəyk deyim?498
    2. Çoxlu ləbbəyk demək:
    458. Məhəmməd ibni Münkədir nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ləbbəyk sözünün çoxlu təkrar edirdi.499
    459. Həzrət imam Sadiq (ə) buyurub: Şəcərə məscidində ehram bağladıqda piyada olduğun halda o məsciddə olarkən belə ləbbəyk de: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, ləbbəykə zəl-məarici ləbbəyk, ləbbəykə bihəccətin təmamuha ələyk».
    Miniyə minən, minikdən düşən, bir vadiyə enən, bir hündürlüyü qalxan, həmçinin minikli bir görən hallarda və habelə səhər çağı bu ləbbəyki aşkarcasına de.500
    3. Kişilərin ləbbəyki uca səslə deməsi:
    460. Həzrət Peyğəmbər (s) buyurub: Cəbrail mənim yanıma gələrək dedi: Allah-taala sənə göstəriş verir ki, səhabələrinə uca səslə ləbbəyk demələrinin fərmanını verəsən. Çünki o, həccin şüarıdır.501
    461. Saib ibni Xəllad nəql etmişdir ki, Cəbrail (ə) həzrət Peyğəmbərin (s) hüzuruna gələrək dedi: Əccac və Səccac ol! Əcc — ləbbəyk demək, Səcc isə dəvəni qurban etməkdir.502
    462. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala həccdən dörd əməli seçmişdir: Ləbbəyk demək, qurban kəsmək, ehram bağlamaq və təvaf etmək.503
    463. Həriz nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ehram bağladıqda, Cəbrail (ə) onun yanına gələrək dedi: Səhabələrinə əcc və səcc etməyi göstəriş ver.
    Əcc uca səslə ləbbəyk demək, səcc isə dəvəni qurban etməkdir.504
    464. Həzrət imam Sadiq (ə) buyurub: Əgər piyada olsan Şəcərə məscidində uca səslə «La ilahə illəllah» və «ləbbəyk» de, amma minik üstündə olduqda bu sözləri Bəyda çöllüyünə çatarkən de.505
    465. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala dörd işi qadınlardan götürmüşdür: Uca səslə ləbbəyk demək, Səfa və mərvə dağları arasında qaçmaq, Kəbəyə daxil olmaq və Qara daşa əl çəkmək.506
    466. Həzrət imam Sadiq (ə) buyurub: Qadınlara uca səslə ləbbəyk demək lazım deyildir. 507
    4. Məkkə evlərini görməklə ləbbəyk demək:
    467. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö həccini yerinə yetirən şəxsin gözləri Məkkə evlərini gördükdə ləbbəyk deməyi saxlasın. 508
    468. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö ömrəsində Məkkəyə daxil olarkən, Məkkə evlərini gördükdə ləbbəyk deməyi saxla. Məkkə evlərinin həddi əvvəllər Mədinə əhalisinin əqəbəsi idi. Amma camaat Məkkədə qabaqlar olmayan yerlərdə bir sıra evlər tikdilər. Beləliklə də ləbbəyk deməyi saxlayıb, bacardığın qədər təkbir (Allahu əkbər) və La ilahə illəllah zikrlərini, həmçinin Allah üçün həmd və səna de. 509
    EHRAMDA HARAM OLAN İŞLƏR
    Quran:
    «Ey iman gətirənlər! Möhrim olan halda ov etməyin və sizlərdən hər kəs bilərəkdən ov edərsə, dörd ayaqlı heyvanlardan öldürdüyünün oxşarı miqdarında kəffarə verməli, (və onların oxşarlığını) öz aranızdan iki adil təsdiq etməli və qurbanlıq kimi Kəbəyə çatmalıdır. Və ya (onun) kəffarəsi ilə miskinlərə yemək verməli, yaxud da onun bərabərində oruc tutmalıdır ki, (beləliklə də) öz pis əməlinin cəzasını dadsın. Allah keçmişdə baş verən (pis əməlləri) əfv edir, (amma) hər kəs pis işi təkrar etsə, Allah ondan intiqam alar və Allah bacarıqlı və intiqam sahibidir».
    «Dəniz ovu və yeyintiləri sizə və müsafirlər üçün bir fayda olsun deyə halal olmuşdur. (Amma) — möhrüm olduğunuz halda — çöllük ovu sizin üçün haram olmuşdur. Və (bir gün) hüzurunda məhşur olacağınız Allahdan qorxun (təqvalı olun). 510
    Hədis:
    469. Əbdullah ibni Ömər nəql etmişdir ki, bir kişi ayağa qalxaraq soruşdu. Ey Allahın elçisi! Ehram halında nə geyək? Həzrət Peyğəmbər (s) buyurdu: Ehram halında köynək, şalvar, gecə papağı, əmmamə və çəkməy geyinməyin. Amma nəleyn olmayan şəxs, çəkmə geyindikdə onları topuqdan aşağı kəssin. Həmçinin zəfəran və vərs (ətirli bitki) dəyən paltarı geyməyin. Möhrüm qadın isə üzünü örtməsin və əllərinə əlcək salmasın. 511
    470. Həzrət imam Sadiq (ə) buyurub: Ehram halında ətir və yağ vurma və xoş iydən çəkin. Burnunu yaxşı iydən tut, amma pis iydən tutma. Çünki möhrüm şəxsin yaxşı iydən ləzzət aparması layiqli deyildir. Həmçinin azuqənin xoş ətirli şeylərindən də çəkin. Hər kəs bunlardan birinə mübtəla olsa, qüslünü yenidən əncam verib, bacardığı qədər sədəqə verməlidir. Yaxşı şeylərdən dörd şey ehram halında sənə haramdır: Müşk, ənbər, vərs və zəfəran.
    Bundan əlavə möhrüm üçün xoş iyli yağlar da məkruhdur. Amma zeytun yağı və onun kimi yağlarla özünü müalicə etməyə məcbur olan şəxs üçün məkruh deyildir. 512
    471. Həzrət imam Sadiq (ə) buyurub: Ehram halında olanadək heç bir ovu özün üçün halal sayma və ehram halında olmayarkən, hərəm daxilində də ovu halal bilmə. Möhrüm və qeyri möhrim ov etmək üçün, ov yerinə göndərmə və hətta sənin işarə etməyinlə ovu halal saymasın deyə, ova tərəf işarə etmə. Çünki bilərəkdən ov edən şəxsə qurban kəsmək vacibdir. 513
    472. Həzrət imam Sadiq (ə) buyurub: Ehram halında hər növ quru yerlərin ovu və başqasının etdiyi ov ətindən pəhriz et, həmçinin başqasına ov etmək üçün işarə etmə. 514
    473. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim şəxs evlənməz, birinə ərə getməz, elçilik etməz və başqasının nikahına şahid ola bilməz. Əgər evlənsə, nikahı batil olar. 515
    474. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim olan halda güzgüyə baxma. Çünki, bu iş bir növ bəzəkdir. Həmçinin qadın ehram halında qara sürmədən istifadə etməsin ki, bu da bir növ bəzək sayılır. 516
    475. Əbdullah ibni Muğəyrə nəql etmişdir ki, imam Kazim (ə)-dan möhim şəxs üçün kölgə barəsində soruşduqda həzrət (ə) buyurdu: Ehram bağladığın Allah üçün qurbun kəs. Dedim: Mənim istəyimə taqətim çatmır. Həzrət (ə) buyurdu: Günəşin möhrim şəxslərin günahlarını gizlətməsini bilirsənmi? 517
    EHRAMDA HARAM OLAN İŞLƏR HAQQINDA İZAH
    Ehramda haram sayılan işlər iyirmi dörd işdir ki, onların on doqquzu həm kişilər, həm də qadınlara, biri yalnız qadınlara dördü isə yalnız kişilərə məxsusdur.
    Həm kişilər, həm də qadınlara məxsus olan işlər belədir:
    1) Güzgüyə baxmaq;
    2) Hər növ ətir və xoş iydən istifadə etmək;
    3) Bəzək üçün sürmə çəkmək;
    4) Bədənə yağ sürtmək;
    5) Bəzək üçün barmağa üzük taxmaq;
    6) Cinsi yaxınlıq, öpmək və sair bu kimi hər növ cinsi ləzzət aparmaq;
    7) İstimna;
    8) Özü və ya başqası üçün kəbin kəsmək və yaxud nikah üçün şahid olmaq;
    9) Bədən tüklərini təmizləmək;
    10) Dırnaqları tutmaq və azaltmaq;
    11) Diş çəkdirmək;
    12) Bədənin cızılmaq və ya dişləri yumaqla qanatması;
    13) Ağcaqadan və sair bu kimi bədəndə olan heyvanları öldürmək;
    14) Bədənə silah bağlamaq; amma özü ilə silah aparmaq məkruhdur;
    15) Yer heyvanlarını ovlamaq və ya ovlanmış heyvanın ətindən yemək;
    16) İstisna olunmuş hallardan və əşyalardan başqa hərəmdə bitmiş ağac və ya otu qırmaq və sındırmaq
    17) Füsuq — yəni yalan danışmaq, söyüş söymək və qürurlanmaq;
    18) Mücadilə etmək (çəkişmə);
    19) Qadınların daha çox istifadə etdiyinə baxmayaraq bəzək əşyalarından istifadə etmək.
    Kişilərə məxsus olan işlər belədir:
    20) Tikilmiş paltar geymək;
    21) Ayağın bütövlükdə üstünü tutan ayaqqabı geymək;
    22) Başı örtmək;
    23) Başın üzərində kölgə yaratmaq üçün örtük tutmaq;
    Qadın məxsus olan işlər isə belədir:
    24) Üzü niqab və sair şeylərlə örtmək.
    MÖHRİMƏ YARAŞMAYAN İŞLƏR
    476. Hüseyn ibni Muxtar nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Kişi qara paltarda ehram bağlaya bilərmi? Həzrət (ə) buyurdu: Qara parçada ehram bağlamasın və onunla ölünü kəfənə bükməsin. 518
    477. Həmmad ibni İsa nəql etmişdir ki, həzrət imam Sadiq (ə) buyurmuşdur: Möhrim şəxsi bir nəfər çağırdıqda, ehram halından xaric olanadək onun cavabında ləbbəyk deməsin. Soruşdum: Bəs nə desin? Həzrət (ə) buyurdu: Ya səd desin. 519
    478. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim şəsin hamama getməsinin heç bir eybi yoxdur, amma hamamda kisə çəkməsin. 520
    479. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim şəxs üçün (ərə) tərzində əyləşmək məkruhdur. Həmçinin Məscidul-həramda da bu cür əyləşmək məkruh sayılır. 521
    480. Əliyyibni Cəfər qardaşı imam Kazim (ə)-dan nəql etmişdir ki, o həzrətdən (ə) soruşdum: Möhrim şəxsin güləşməsi rəvadırmı? Həzrət (ə) buyurdu: Bu iş möhrim şəxs üçün yaxşı və rəva deyildir. Çünki, onun yaralanması və tüklərindən bəzisinin tökülməsi qorxusu vardır. 522
    2. Təvaf:
    TƏVAFIN FƏZİLƏTİ
    481. Həzrət Peyğəmbər (s) buyurub: Təvaf Kəbənin bəzəyidir. 523
    482. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala təvaf edənlərlə fəxr edir. 524
    483. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala hər gün yüz iyirmi rəhmət nazil edir ki, altmış rəhmət təvaf edənlər, qırx rəhmət Allah evinin ətrafının sakinləri və iyirmi rəhmət isə Allah evinin tamaşaçıları üçündür. 525
    484. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs Allah evini yeddi dəfə təvaf edib onu sayarsa, onun hər addımı üçün bir savab yazılar, bir günahı aradan aparırlar, bir dərəcəsi artırılar və (belə bir şəxsin) bir qulu azad etməklə bərabər savabı vardır. 526
    485. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs Allah evinin ətrafında yeddi dəfə təvaf edib, — Subhanəllah vəlhəmdulillahi, la ilahə illəllah, Allahu əkbər, la həvlə vəla qüvvətə illa billah — zikrlərindən başqa bir söz deməsə, on günahı bağışlanıb, onun üçün on savab yazılar və onun vasitəsilə on dərəcə yuxarı gedər. Amma təvaf edərkən zikrdən başqa sözlər danışan şəxs, iki ayağı suya batan kimi ilahi rəhmətə daxil olar. 527
    486. Həzrət imam Baqir (ə) buyurub: Allah-taala bu (Allah) evini yeddi dəfə təvaf edib, iki rəkət namaz qılan və təvaf və namazını yaxşı tərzdə yerinə yetirən hər bir imanlı bəndəni bağışlayar. 528
    487. Həzrət imam Sadiq (ə) buyurub: Atam buyurdu: Hər kəs bu evi yeddi dəfə təvaf edib, məscidin istədiyi hər hansı bir yerində iki rəkət namaz qılarsa, Allah-taala onun üçün altı min savab yazıb, onun altmış günahını bağışlayar və onun üçün altı min savab yazıb, onun altmış min günahını bağışlayar və onun üçün altı min dərəcə artırıb, altı min hacətini həyata keçirər. Bu hacətlərdən tez həyata keçən hər bir Allah rəhmətinə görə, təxirə düşəni isə Allahın o şəxsin duasına olan şövqinə görədir. 529
    488. Həzrət imam Sadiq (ə) buyurub: Hər gündə Kəbənin elə bir anı vardır ki, o onda Kəbəni təvaf edən və ya qəlbində təvaf etmək istəyən, amma müəyyən bir üzr və mane üçün təvaf edə bilməyən şəxs bağışlanır. 530
    489. Həzrət imam Sadiq (ə) buyurub: Təvaf həccin böyük əməllərindəndir. Hər kəs vacib təvafı bilərəkdən tərk etsə, həcc əməlini əncam verməmişdir. 531
    TƏVAFIN QAYDASI
    490. Həzrət Peyğəmbər (s) buyurub: Kəbəni təvaf etmək namaz qılmaq kimidir. Beləliklə təvaf vaxtı az danışın. 532
    491. Həzrət Peyğəmbər (s) buyurub: Allah evinin təvafı, namaz kimidir. Lakin Allah-taala təvaf halında danışmağı sizə halal etmişdir. Beləliklə hər kəs danışsa, xeyirdən başqa bir söz danışmasın. 533
    492. Əbdürrəhman ibni Səyabə nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum: Təvafa tələsən halda, yoxsa asta və yavaş halında əncam verim? Həzrət (ə) buyurdu: Təvafı orta halda yol getmək kimi əncam ver. 534
    493. Salim atasından nəql etmişdir ki, deyib: Həzrət Peyğəmbər (s) — Məkkəyə gələrkən — qara daşa əl vurduğunu gördüm. O həzrət (s) təvafın əvvəlində yeddi dövrə təvafdan üç dövrəsini qaçmağa bənzəyən halda əncam verirdi. 535
    494. Cabir nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) Məkkəyə gələndə Məscidul-hərama daxil olur və qara daşa əl vururdu. Daha sonra onun sağ tərəfindən üç dövrə hərvələ halda yerimək və dörd dövrə adi halda yol getdi.
    Daha sonra İbrahim (ə) məqamının yanına gəlib buyurdu: İbrahim məqamından namaz yeri seçsinlər.
    İbrahim məqamın onunla Kəbə arasında olan halda iki rəkət namaz qıldıqdan sonra Səfa dağına tərəf çölə getdi. 536
    495. Əbu Tufəyl nəql etmişdir ki, İbni Abbasa dedim: Sənin nəzərinə görə təvafın üç dövrəsini qaçmağa bənzər halda, qalan dörd dövrəsini isə adi halda təvaf etmək müstəhəb və sünnədəndirmi? Sənin qəbilən bunun sünnə olduğunu güman edirlər. İbni Abbas dedi: Düz və yalan demişlər. Soruşdum: Necə də həm düz, həm də yalan demişlər? Dedi: Həzrət Peyğəmbər (s) Məkkəyə daxil olduqda müşriklər dedilər: Məhəmməd və onun səhabələri arıq olduqları üçün Kəbəni təvaf edə bilməyəcəklər və beləliklə də həsəd edirdilər. Elə buna görə də həzrət Peyğəmbər (s) öz səhabələrinə üç dövrəni qaçmağa bənzər və qalan dörd dövrəsini isə adi halda təvaf etməyi göstəriş verdi. 537
    496. Bəkr ibni Məhəmməd nəql etmişdir ki, imam Sadiq (ə) ilə birlikdə təvafa məşğul idim. O həzrət (ə) təvafı qurtardıqdan sonra kənara gedib Kəbənin rüknü və qara daş ilə iki rəkət namaz qıldı və səcdədə bu sözləri dediyini eşitdim:
    Mənim üzüm übudiyyət və bəndəçilik üzündən Sənin üçün səcdə edir və Səndən başqa heç bir məbud yoxdur. Həqiqətən Sən hər bir şeydən birinci və hər bir şeydən sonra sonuncusan. İndi isə mən Sənin qarşındayam və varlığım Sənin qüdrət əlindədir. Məni bağışla ki, Səndən başqa heç kim böyük günahı bağışlamır. Məni bağışla ki, öz günahlarıma etiraf edirəm və böyük günahı Səndən başqa heç kəs aradan aparmır.
    Daha sonra başını səcdədən qaldırdı və həzrətin (ə) üzü elə yaş idi ki, sanki suya batmışdı. 538
    497. Səd ibni Müslim nəql etmişdir ki, imam Kazim (ə)-ı gördüm ki, qara daşa əl çəkdi və daha sonra təvaf etməyə məşğul oldu. Təvafın yeddinci dövrəsi sona çatdıqdan sonra Allah evinin ortasına gəlib, bizim dostların dua üçün yapışdığı Mültəzimi tərk etdi. Əlini Kəbəyə açıb, bir az dayandı və daha sonra qara daşın kənarına gedib əlini ona çəkdi. Bundan sonra İbrahim məqamının arxasında namaz qılıb, yenidən geri qayıdaraq qara daşa əl çəkdi. Sonra gedib yeddinci təvaf dövrəsində Mültəzəmə çatdı. Allah evinin ortasına gəlib əlini açaraq bir daha qara daşa əl çəkdi və İbrahim (ə) məqamının arxasında iki rəkət namaz qıldı.
    Bundan sonra qara daşa əl çəkib, təvafa məşğul oldu və yeddinci dövrənin sonunda Allah evinin ortasına gələrək yenə də əlini qara daşa çəkdi. İbrahim (ə) məqamının arxasında iki rəkət namaz qılıb bir daha qara daşın yanına gedərək qara daş ilə Kəbə qapısının arasına əl çəkdi. O həzrət (ə) bir az dayandıqdan sonra qara daşın kənarına gəlib səkkiz rəkət namaz qıldı. Kəbə ilə sonuncu görüşü novdanın altında idi ki, əllərini açıb dua etdi. Daha sonra bir ay dayanıb, hənnatin qapısından xaric oldu. 539
    ÇOXLU TƏVAF ETMƏK
    498. Həzrət imam Sadiq (ə) buyurub: Çoxlu təvaf edin, çünki təvaf qiyamət günü əməl kitablarınızda olan ən az olan əməl sayılacaqdır. 541
    500. Həzrət imam Sadiq (ə) buyurub: Zi-hiccə ayının ilk on günündə bir dəfə təvaf etmək, həcc mövsümündə yetmiş dəfə təvaf etməkdən üstündür. 542
    501. Həzrət imam Sadiq (ə) buyurub: Həccdən qabaq bir dəfə əncam verilən təvaf, həccdən sonra əncam verilən yetmiş təvafdan üstündür. 502
    502. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Məhdi (ə)-ın aşkra etdiyi ilk ədalətli iş budur ki, bir nəfə o həzrətin tərəfindən belə elan edəcəkdir: Müstəhəb təvafı əncam verən şəxs, qara daş və təvaf yerini vacib təvafı əncam verən şəxsə təhvil versin. 544
    503. Əbdürrrəhman ibni Həccac nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Məkkədə etikaf bağlamaq istəyirəm. Nə edim? Həzrət (ə) buyurdu: Zi-hiccə ayının hilalını (ay parasını) gördükdə, Cəranəyə gedib orada həcc üçün ehram bağla. Dedim: Məkkəyə daxil olub, Tərviyə gününədək orada qalır, amma Kəbəni təvaf etmirəm. Nə edim? Həzrət (ə) buyurdu: On gün qalır, amma təvaf etmirsənmi? On gün çoxdur və Kəbə tərk olunmuş halda qalmamalıdır. 545
    QARA DAŞIN İSTİLAMI VƏ ONUN QAYDALARI
    1-İstilam etməyin müstəhəbliyi:
    504. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) hər bir vacib və müstəhəb təvafda qara daşa əl çəkərdi. 546
    505. Cabir ibni Əbdillah nəql etmişdir ki, gün çıxan vaxtda Məkkəyə daxil olduqda həzrət Peyğəmbər (s) məscidin qapısı kənarına gəlib dəvəsini əyləşdirərdi və daha sonra məscidə daxil oldu. Qara daşdan başlayaraq əlini ona çəkir və gözləri yaşla dolmuşdu. Sonra üç dövrə qaçışa bənzər və dörd dövrə adi yerişlə təvaf edib, onları sona çatdırdı. O həzrət (s) daha sonra qara daşı öpüb əllərini onun üzərinə qoyaraq üzünə çəkdi. 547
    506. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) qara daşa üz tutub dodaqlarını ona qoyaraq çoxlu ağladı. Daha sonra üzünü döndərərək Ömər ibni Xəttabı ağlayan halda görüb, buyurdu: Ey Ömər! Elə burada göz yaşları tökülməlidir.548
    507. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbərin (s) qara daşa əl çəkdiyini gördükdən sonra mən də həmişə onun yanından keçəndə ona əl çəkdim.549
    508. Müaviyətibni Əmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Bir nəfər həcc əməlini yerinə yetirmiş, lakin qara daşa əl çəkməmişdir. Həzrət (ə) buyurdu: Bu əməl müstəhəbdir və əgər bunun bacarmasa, Allah-taala üzrü qəbul etmək üçün daha layiqlidir. 550
    2. İstilamın hikməti:
    509. Həzrət imam Baqir (ə) buyurub: Qara daş, peyman kimi və ona əl çəkmək beyət etmək kimidir. O həzrət ona əl çəkdikdə belə deyirdi: İlahi! Bu mənim əda etdiyim əmanətim və bağladığım əhdimdir ki, onu çatdırmağı Sənin yanında mənim üçün şəhadət versin.551
    510. Hələbi nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Nə üçün qara daşa əl çəkmək sünnə olmuşdur? Həzrət (ə) buyurdu: Allah-taala Adəm (ə) övladlarından əhd aldıqda, behiştdən qara daşı çıxararaq ona göstəriş verdi və qara daş da o əhdi aldı. Beləliklə də qara daş öz əhdinə vəfa edən hər bir şəxs üçün vəfalı olmağa şəhadət verir.552
    511. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala öz bəndələrindən əhd-peyman aldıqda, qara daşa göstəriş verdi və beləliklə də o göstəriş aldı. Elə buna görə də deyilir: Bu mənim əda etdiyim əmanət və vəfa qıldığım əhdimdir ki, vəfalı olmağıma şəhadət versin. 553
    3. İstilamın necəliyi:
    512. Yəqub ibni Şüəyb nəql etmişdir ki, imam Sadiq (ə)-dan rüknə istilam etmək barədə soruşduqda buyurdu: İstilam belədir ki, öz qarnını ona yapışdırır, məsh isə əlini ona çəkməkdir. 554
    513. Səid Ərəc nəql etmişdir ki, imam Sadiq (ə)-dan qara daşa Kəbənin qapısı tərəfdən əl çəkmək barədə soruşduqda buyurdu: Rüknə əl çəkmək istəmirsənmi? Dedim: İstəyirəm. Həzrət (ə) buyurdu: Əlin hər hansı bir yerdən çatsa, kafidir.555
    4. Təkbir:
    514. Həzrət imam Sadiq (ə) buyurub: Adəm (ə) rükndə yerləşən qara daşa nəzər saldıqda, Allahu əkbər, və la ilahə illəllah deyərək Allahı əzəmətlə yad etdi. Elə buna görə də təkbir demək və Səfa dağından qara daş olan rüknə tərəf getmək sünnə oldu. 556
    515. Yəqub ibni Şüəyb nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Qara daş ilə üzbə-üz durduqda nə deyim? Həzrət (ə) buyurdu: Təkbir de və Məhəmməd və onun Əhli-beytinə (ə) salavat göndər.
    Həmçinin o həzrətin (ə) qara daşın qarşısında durub Allahu əkbər və Əssəlamu əla Rəsulillah (s) deməsini eşitdim. 557
    5. Dua:
    516. Həzrət imam Həsən (ə) buyurub: Qara daşın rüknuna üzünü yapışdırdıqda belə dua et: İlahi! Mənə nemət verdin, amma məni şükr edən tapmadın. Məni bəlaya atdın, amma səbrli tapmadın. Nemətini mənim şükr etməməyim üçün məndən almayıb və səbirziliyim üçün giriftarçılığımı davam etdirmədin. İlahi! Böyükdən kərəm və böyüklükdən başqa bir şey gəlməz. 558
    517. Həzrət imam Sadiq (ə) buyurub: Qara daşa yaxınlaşdıqda, əllərini yuxarı qaldırıb Allah üçün həmd və səna et və Peyğəmbərə (s) salavat göndərərək Allahdan əməllərini qəbul etməsini istə. Daha sonra qara daşa əl çəkib, onu öp və əgər onu öpə bilməsən əlini ona çək. Həmçinin əl çəkə bilmədikdə ona işarə edib belə de: İlahi! Əmanətimi əda edib əhdimə vəfa etdim ki, mənim öz əhdimə vəfalı olmağıma şəhadət versin. İlahi! Sənin kitabın və peyğəmbərinin davranışını qəbul etdim. Şəhadət verirəm ki, yeganə və şəriksiz Allahdan başqa bir məbud yoxdur. Məhəmməd Onun bəndəsi və elçisidir. Allaha iman gətirib, cibt (müşriklərin bütü), tağut, lat, uzza, şeytan pərəstiş və Allahdan başqa məbud adlanan hər bir şeyə küfr etdim.
    Bunların hamısını deyə bilməsən, onun bir hissəsini de və belə de: İlahi! Əlimi Sənə tərəf açdım. Mənim Sənin yanında olanlara rəğbətim çoxdur. Beləliklə mənim təsbih deməyimi qəbul et və məni bağışlayaraq, rəhmətini göndər. İlahi! Küfr, yoxsulluq, həmçinin dünya və axirətin zəlillik yerlərindən Sənə pənah aparıram.
    6. İzdiham halında istilam etmək:
    518. Həzrət Peyğəmbər (s) Ömərə buyurdu: Ey Ömər! Sən güclü adamsan. Gücsüz şəxslərə əziyyət etməyəsən deyə qara daşa çatmaq üçün xalqı sıxma. Xəlvət bir yer tapdıqda ona əl vur. Əks təqdirdə isə üzünü ona tərəf tutub la ilahə illəllah və Allahu əkbər de. 560
    519. Ayişə nəql etmişdir ki, həzrət Peyğəmbər (s) həcətul-vida mərasimində dəvəyə minən halda Kəbənin ətrafında təvaf edir və rüknə əl vururdu. Çünki xalqı ondan uzaqlaşdırmağı xoşlamırdı. 561
    520. Əbut-tüfeyl nəql etmişdir ki, həzrət Peyğəmbəri (s) Kəbənin ətrafında təvaf edən halda gördüm ki, o həzrət (s) əlində olan əsanı qara daşa vurur və daha sonra o əsanı öpürdü. 552
    521. Haris nəql etmişdir ki, həzrət Əli (ə) qara daşın yanından ötərkən onun ətrafında izdihamı gördükdə, üzünü ona tərəf tutub Allahu əkbər deyir, həmçinin belə dua edirdi: İlahi! Sənin kitabın və peyğəmbərinin davranışına inanıram. 563
    522. Həzrət imam Sadiq (ə) buyurub: Əvvəllər təvafın qara daşdan başlanıb, qara daşda sona yetirilməsini deyirdik. Amma bu gün xalq çoxalmışdır. 564
    523. Səyf Təmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-a dedim: Qara daşın yanına getdikdə, oranı izdihamlı halda görüb, öz dostlarımızdan yalnız bir nəfəri orada gördüm. Ondan soruşduqda dedi ki, qara daşa əl çəkmək lazımdır. Həzrət (ə) buyurdu: Oranı boş gördükdə belə et, əks təqdirdə isə uzaqdan salam ver.565
    524. Həmmad ibni Osman nəql etmişdir ki, bir nəfər imam Sadiq (ə)-ın hüzuruna gəlib dedi: Ey Əba Əbdillah! Qara daşa əl çəkmək barədə nə deyirsən? Həzrət (ə) buyurdu: Həzrət Peyğəmbər (s) ona əl çəkmişdir. O şəxs soruşdu: Mən sizin ona əl çəkməyinizi görməmişəm?
    Həzrət buyurdu: Bir gücsüzü incitmək və ya özümün əziyyət çəkməsini sevmirəm.
    Dedi: Siz Peyğəmbərin (s) ona əl çəkdiyini söylədiniz? Həzrət (ə) buyurdu: Bəli belə demişəm. Lakin xalq həzrət Peyğəmbəri (s) gördükdə o həzrətin (s) haqqını tanıyır və ona yol açırdılar. Mənim isə haqqımı tanımırlar.566
    525. Əbdürrəhman ibni Həccac nəql etmişdir ki, imam Sadiq (ə) buyurub: Təvaf etməyə məşğul idim ki, Süfyan Suri də mənim yaxınlığımda idi. O dedi: Ey Əba Əbdillah! Həzrət Peyğəmbər (s) qara daşa çatdıqda nə edirdi? Dedim: Həzrət Peyğəmbər (s) istər vacib, istərsə də müstəhəb təvaflarda qara daşa əl çəkirdi. Həzrət (ə) buyurdu: O bir az məndən arxaya keçdi və qara daşa çatdıqda ona əl vurmadan ötüb keçdim. O özünü mənə çatdırıb dedi: Ey Əba Əbdillah! Həzrət Peyğəmbərin (s) vacib və müstəhəb təvaflarda ona əl çəkdiyini söyləmədinmi? Dedim: Xalq həzrət Peyğəmbər (s) üçün hörmət edir, amma mənim üçün hörmət etmirlər. O həzrət (s) qara daşa çatdıqda, ona əl çəksin deyə, yol açırdılar. Mən isə xalqı sıxıntıya salmağı sevmirəm.567
    526. Məhəmməd Hələbi nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Qara daşın ətrafında izdiham olan halda ona əl çəkə bilməsəm nə edim? Həzrət (ə) buyurdu: Qoca kişi, zəif və xəstə şəxslərin ona əl çəkməməsi üçün icazəsi vardır. Çarəsiz olandan başqa, onra əl çəkməyi tərk etməyi sevmirəm.568
    527. Məhəmməd ibni Ubəydullah nəql etmişdir ki, həzrət imam Rza (ə)-dan soruşdum. Xalqın sayı çox olduqda qara daşa əl çəkmək üçün onlarla dava etmək lazımdırmı? Həzrət (ə) buyurdu: Belə olan halda əlinlə ona işarə et.569
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 880 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024