İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 6:59 AM
    BEŞİNCİ FƏSİL
    NADİR MÖVZULAR
    MÜŞRİKLƏRDƏN BƏRAƏT ETMƏK
    Quran:
    «Bu ayələr Allah və Onun peyğəmbəri tərəfindən əhd bağladığınız müşriklərə qarşı bəraət (və nifrətdir). Beləliklə (ey müşriklər!) Dörd ay müddətində yer (üzərində) asayişlə gəzin və bilin ki, siz Allahı acizliyə çəkməyə qadir deyilsiniz. Kafirləri rüsvay edən isə bu Allahdır. Və (bu ayələr) Allah və Onun peyğəmbəri tərəfindən böyük həcc günündə xalqa müşriklərin qarşısında heç bir (məsuliyyətə malik deyillər). Amma (küfr və şirkdən) tövbə etsələr, o sizin üçün daha yaxşıdır. Əgər üz döndərsəniz, bilin ki, siz Allahı aciz edə bilməyəcəksiniz. Və küfr edənlərə dərdli əzabdan müjdə ver.» 804
    «Şübhəsiz sizin üçün İbrahim və onunla olanların davranışında gözəl ülgü vardır. O vaxt öz qövmünə dedilər: Biz sizdən və Allahın yerinə pərəstiş etdiyiniz (bütlərdən) nifrət edirik. Sizə küfr edirik və yalnız (yeganə) Allaha iman gətirənədək bizlə sizin aranızda əbədi düşmənçilik və kin yaranmışdır. İbrahimin sözündən başqa ki, öz (atalığına) dedi: Allah qarşısında sənin üçün bir şeyə ixtiyarımın olmadığına baxmayaraq, hökmən sənin üçün (Allahdan) bağışlanmaq istəyəcəyəm. Pərvədigara! Biz Sənə arxalanıb, Sənə tərəf qayıtdıq və qayıdış yeri Sənə tərəfdir.» 805
    Hədis:
    751. Həzrət imam Sadiq əleyhissalamdan nəql olunuşdur ki, buyurub: Həzrət Peyğəmbər (s) Əbu Bəkri «bəraət» ayələrini xalq üçün oxunsun deyə həcc mərasiminə göndərdikdə Cəbrail (ə) nazil olaraq dedi: Bu ayələri Sənin tərəfindən Əli (ə)-dan başqa heç kim çatdırmasın. Həzrət Peyğəmbər (s) da həzrət Əlini çağırıb «Əzba» dəvəsinə minərək özünü Əbu Bəkrə çatdırmaq və bəraət ayələrini ondan alaraq Məkkə əhalisi üçün şəxsən özünün oxumasını göstəriş verdi. Əbu Bəkr dedi: (Həzrət Peyğəmbərin (s) mənə acığı tutmuşdurmu?) həzrət Əli (ə) buyurdu: Xeyr, əksinə ona nazil olmuşdur ki, bu bəraəti onun özündən olan şəxsdən başqa heç kəs çatdırmasın. Həzrət Əli (ə) Məkkəyə çatdıqda, böyük həcc mərasiminin qurban bayramının günortadan sonrası idi ki, xalqın qarşısında durub buyurdu: Mən Allah elçisinin sizə tərəf göndərdiyi nümayəndəsiyəm. Daha sonra bəraət ayələrini onlara oxudu: Bu ayələr Allah və Onun peyğəmbəri tərəfindən əhd bağladığınız müşriklərə qarşı bəraət və nifrətdir. Beləliklə dörd ay ərzində yer üzərində asayişlə gəzin. Belə ki, Zi-hiccə ayından iyirmi gün, Məhərrəm, Səfər və Rəbiyul-əvvəl ayları və habelə Rəbius-sani ayından on gün müddətində sizə möhlət verilmişdir. Daha sonra buyurdu: Nə üryan qadın və kişi nə də müşrik şəxslərin Kəbəni təvaf etməyə haqqı yoxdur. Amma həzrət Peyğəmbərlə əhd və müqaviləsi olanlar bu hökmdən müstəsnadırlar. Onlar Məhəmməd ibni Müslümün nəql etdiyi rəvayətdə deyilir: Əbu Bəkr dedi: Ya Əli! Peyğəmbərdən ayrıldıqdan sonra mənim haqqımda bir ayə nazil olmuşdurmu? Həzrət Əli (ə) buyurdu: Xeyr, lakin Allah-taala bu xəbərin Məhəmməd tərəfindən olan şəxsdən başqa vasitəsilə çatdırılmasını istəməmişdir.
    O həzrət (s) daha sonra həcc mərasiminə çataraq Ərəfə, Məşər və qurban günündə cəmərələr kənarı və habelə təşriq günlərində bəraət ayələri və qətnamələrini Allah və Onun peyğəmbəri tərəfindən xalqa çatdırır və uca səslə «Bəraətun minəllahi və rəsulihi...» ayələrini oxuyur, həmçinin — üryan şəxsin Kəbəni təvaf etməyə haqqı yoxdur kimi qətnamələrini onlara çatdırırdı.806
    752. Əbus-səhva Bəkri nəql etmişdir ki, həzrət Əliyyibni Əbu Talib (ə)-dan böyük həcc barədə soruşduqda buyurdu: Həzrət Peyğəmbər (s) həcci xallq üçün dirçəltsin deyə Əbu Bəkri Məkkəyə göndərdi və məni də bəraət (Tövbə) surəsinin qırx ayəsi ilə Məkkəyə göndərdi. Ərəfəyə çatdıqda ərəfə günündə xalq üçün xütbə oxudu və xütbəsi sona yetdikdən sonra üzünü mənə tutub dedi: Ya Əli Peyğəmbərin (s) sözünü xalqa çatdır.
    Mən ayağa qalxıb bəraət surəsinin qırx ayəsini onlara oxudum və daha sonra çölə çıxıb minaya çatdıq. Cəmərəyə daş vurub dəvəmi qurban kəsdim və başımı qırxdım.
    Məşər əhalisinin Əbu Bəkrin xütbə oxuyarkən ərəfə günündə olmadığını bilib, onların xeymələrinə gedir və bəraət ayələrini onlar üçün oxuyurdum.807
    MÜŞRİKLƏRDƏN BƏRAƏT MƏRASİMİ BARƏDƏ TƏDQİQAT
    İmam Xumeyni (r.ə.) nəzərinə əsasən, həcc əməlinin vacib işlərində biri də müşriklərdən bəraət (nifrət) etməkdir. Bu nəzərin əsasları və onun icra olunmasının bu günkü dünyada islam dini hədəflərini həyata keçirməkdə olan rolu ilə tanışlıq üçün bir neçə mövzunu araşdırmağa ehtiyac duyulur:
    1. Şirk və müşrikin mənası:
    Şirk, tohidin ziddi olub əsassız və mövhum qüdrətlərə əqidə bağlamaq mənasını daşıyır. Müvəhhid, həqiqət və yeganəpərəst, müşrik isə mövhumpərəst və xəyali qüdrətlərə tabe olandır. Müşriklərin pərəstiş etdiyi mövhum qüdrətlər üç hissəyə bölünür: Başqa sözlə desək, şirk və müşriklərin dünya görüşündə üç növ büt vardır ki, onlar nəfs, daş və taxta, həmçinin tağut qüdrətlərinin bütlərində ibarətdir.
    Mövhum və puç qüdrət, Qurani-kərimin buyurduğuna əsasə, bəzi vaxtlar insanın «əmmarə» (pisliklərə dəvət edən) nəfsidir ki, buyurur: «Əfərəəytə mənit-təxəzə ilahəhu həvahu — yəni öz nəfsini özü üçün məbud tutan şəxsi gördünmü?»
    Bəzi vaxtlar Lat və Hubəl kimi islam peyğəmbərindən qabaq Ərəbistan yarımadasında düzəlib pərəstiş olan bütlər daş və taxtadandır. Bəzi vaxtlar isə büt, qeyri-qanuni və tağut hakimiyyətlərindən ibarətdir. İmam Xomeynidə (rə) istismarçı qüdrətləri əsrin yeni bütləri adlandırmışdır.
    Müvəhhid şəxs, həqiqətpərəst və yeganə pərəstdir. O nə öz nəfsi, nə bütlər, nə də tağuta pərəstiş etmir. Müvəhhid şəxs yalnız Allahı qüdrət sahibi bildiyi üçün yalnız ona pərəstiş və itaət edir. Müvəhhid şəxs yalnız Allahı xeyir və ziyanın maliki bildiyindən, yalnız ondan kömək diləyir və ondan qorxur. O, Allahdan başqa heç bir qüdrətə güvənməz və Allahdan başqa heç bir qüdrətdən qorxmaz.
    Mövhumpərəst müşrik isə xəyali qüdrətlərə tabedir. Belə ki, bəzi vaxtlar öz nəfsi, bəzi vaxtlar öz əli ilə düzəltdiyi bütləri, bəzi vaxtlar da dünyanın tağutlarına və bəzi vaxtlar isə onların hər üçünə pərəstiş edir.
    Bu gün təkallahlıq cəmiyyətlərini təhdid edən ən böyük təhlükə şirk sözünün üçüncü mənasında olan əməli şirk və ya dünyanın yeni bütlər və tağutlarına pərəstiş etməkdən ibarətdir. Müşriklərdən bəraət (və nifrət) mərasiminin bu günkü dünyada fəlsəfəsi müsəlmanların istiqlalı, izzəti və iqtidarını istismar edən tağut qüdrətlər ilə mübarizə etmək deməkdir.
    2. İlahi dinlər və müşriklərdən bəraət:
    Həzrət İbrahim peyğəmbər (ə) şirk və müşriklərdən açıq şəkildə bəraət edən ilk ilahi peyğəmbər olmuşdur ki, elə buna görə də Qurani-kərim müsəlmanların o həzrətdən ülgü almasına göstəriş vermişdir.
    «Qəd kanət ləkum usvətun həsənətun fi İbrahimə vəl-ləzinə məəhu iz qalu liqovmihim inna burəaun minkum və mimma təbudunə min dunillah...»
    «Şübhəsiz sizin üçün İbrahim və onunla olanların davranışında gözəl ülgü vardır. O vaxt öz qövmünə dedilər: Biz sizdən və Allhın yerinə pərəstiş etdiyiniz (bütlərdən) nifrət edirik...»
    Elə buna görə də islam ümməti müşriklərə öz nifrətlərini bildirmək üçün tarixin o böyük ülgüsünə iqtida etmişdir. Lakin Qurani-kərimə diqqətlə nəzrər saldıqda bütün ilahi peyğəmbərin xalqı Allah pərəstişinə dəvət etməklə yanaşı tağut qüdrətlər və hər növ şirk və müşriklərdən çəkindirməyə məmur olduğunu müşahidə edirik. Qurani-kərimdə buyurulur:
    «Və ləqəd bəəsna fi kulli ummətin rəsulən ənibudullahə vəctənibut-tağut»—(Yəni; Şübhəsiz hər bir ümmət arasından bir peyğəmbər göndərdik ki, xalqı Allah pərəstişinə çağırıb, tağutdan çəkindirsinlər).
    Tağut yalnız cahiliyyət əsrinin əldə düzəldilmiş bütləri deyil, əksinə onun daha aydın simvolu, insanları ilahi peyğəmbərin məqsədi olmayan yollara çəkən şirk qüdrətləridir.
    İmam Sadiq (ə) Zümər surəsinin 17-ci ayəsində zikr olunmuş «tağut» sözünün izahında buyurmuşdur:
    «Mən ətaə cəbbarən, fəqəd əbədəhu»—(Yəni; Hər kəs zalım hakimdən itaət etsə, şübhəsiz ona pərəsitiş etmişdir).
    Daha mühüm məsələ, islam tarixində tağut, şirk və müşrikin aydın misdaqını gizlətmək və beləliklə də müsəlman cəmiyyətlərinin onlardan deyil, məhz ilk cahiliyyət dövrünün (taxta və daşlardan düzəldilmiş) bütlərinə nifrət etməsi hiyləsidir.
    Həzrət imam Sadiq (ə) öz ərində bu hiylənin üzərindən pərdəni götürərək aşkar şəkildə buyurmuşdur: «Əməvilər iman təlimini azad qoymuş, amma şirk təlimini qadağan etmişlər ki, xalqı şirkə doğru çəkdikdə, onu tanımasınlar».
    3. Müşriklərdən bəraət etməyin zaman və məkanı:
    Şübhəsiz müşriklərdən bəraət etməyin zaman və məkan baxımından heç bir məhdudiyyəti yoxdur və bütün müsəlmanlara lazım olan hər hansı bir zaman və məkanda fərdi və ictimai tərzdə müşriklərə öz nifrətlərini bildirməsi vacibdir.
    Əlbəttə müsəlmanların vəliyyi-əmri (rəhbəri) bu vacib əməl üçün müəyyən bir zaman və ya məkan təyin etdikdə, onun göstərişlərindən itaət etmək (hamıya) vacib olur.
    Lakin əsaslı sual budur ki, görəsən müsəlmanların ümumi şəkildə müşriklərdən bəraət (və nifrət) etməsi hansı bir zaman və məkanda daha çox faydalı və təsiredicidir?
    Şübhəsiz Allahın tovhid evi olan (Məscidul-həram) və həcc mövsümü müsəlmanların şirk və müşrikdən bəraət etməsi üçün ən dəyərli və münasib sayılan məkan və zamandır.
    İmam Xomeyni (rə) bu barədə buyurur:
    Dildə və əməldə hər növ təcavüzkarlıq, zülm, istismar, qulçuluq və pisliyi kənara qoyub, (fitrət) əhdini təzələmək, həmçinin müxtəlif məbud bütləri və ərbabların sındırılması və habelə islam peyğəmbərinin (s) böyük həcc mərasimində etdiyi böyük siyasi hərəkatın dirçəlib, təkrar olunması üçün hansı bir ev, Kəbə evi, əminamanlıq, paklıq və xalq evindən başqa bu işə layiqlidir? Çünki həzrət peyğəmbərin (s) sünnəsi və müşriklərdən bəraət etmək heç də köhnəlik bir iş deyil və bu iş yalnız həcc mövsümü və mərasimində məhdudlaşmamışdır. Müsəlmanlar bütün aləmə Allaha qarşı məhəbbət və eşq, Allaş düşmənlərinə qarşı isə əməli şəkildə nifrət və acıqla doldurmalıdırlar...
    Hətta bəzi cahillər deyə bilərlər ki, Allah evi və müqəddəs Kəbənin şüar, mitinq və bəraət mərasimi ilə sındırılmamalıdır. Həcc, sıraya düzülüb vuruşmaq yeri deyil, əksinə ibadət və zikr etmək məkanıdır.
    Həmçinin bəzi (ərəb) alimlər belə iddia edə bilərlər ki;—mübarizə aparıb, bəraət etmək və vuruşmaq dünya əhli və dünya sevənlərin işidir. Həcc mövsümündə isə siyasi məsələlərə qoşulmaq alimlər və din xadimlərinə yaraşmaz!
    Bu isə düşmənlərin yeritdiyi gizli siyasətləri və planlarından sayılır. Hər halda həccdə müşriklərdən bəraət etmək, mübarizə əhdini təzələyib,küfr, şirk və bütpərəstliklərlə mübarizəni davam etdirmək üçün mücahidlərin təşəkkül imtahanıdır və heç də şüarla yekunlaşmır. əksinə mübarizə bəyannaməsini aşkar edib, Allah qoşununun İblis və İblis sifətlər qoşunu qarşısında hazırlanmasından ibarətdir. Müşriklərdən bəraət mərasimi «tovhid»in ilk əsaslarından sayılır. Müsəlmanlar xalq və Allah evində Allah düşmənlərinə öz nifrətlərini bildirməsə, görəsən bunu harada izhar etməldirlər?
    Əgər hərəm, Kəbə, məscid və mehrab, səngər, ilahi əsgərlərin himayə, peyğəmbərlərin isə hörmətini müdafiə edən deyildirsə, görəsən onların pənah gətirdiyi yer haradır?
    Bir sözlə, bəraət (və nifrət) bildirmək mübarizənin ilk mərhələsi olub, onun sair mərhələlərini davam etdirmək isə bizim vəzifəmiz sayılır. Həmçinin bu iş hər bir əsrdə özünə uyğun yollar və proqramları tələb edir. Biz yaşadığımız bu əsrdə (və başqa sözlə) tovhidin varlığını təhlükəyə salaraq, millətlərin şəhvətlərinin oyuncağına çevrilmiş küfr və şirk başçıları ilə neçə mübarizə aparacağımızı fikirləşməliyik. Görəsən evlərdə əyləşərək səhv təhlillər, insanın məqamına hörmətsizlik, həmçinin müsəlmanlara çarəsizlik və bacarıqsızlıq ruhiyyəsini verməklə, əməli şəkildə şeytandan əmələ gəlmişlərlə keçinib, cəmiyyəti son arzu sayılan ixlasa çatmaqdan saxlamaq olarmı? Görəsən peyğəmbərlərin büt və bütpərəstliklərlə mübarizəsini cansız daş və taxtalara aid edib, İbrahim (ə) kimi bir peyğəmbəri bütləri sındırmaqda qabaqcıl bir şəxs kimi bilib, amma zalımlarla mübarizədə meydanı tərk edən kimi qələmə vermək olarmı?
    Bir halda ki, həzrət İbrahimin (ə) bütsındırmaq, Nəmrudun dəstəsi və habelə ay, günəş və ulduzlara pərəstiş edənlərlə vuruşub mübarizə aparması böyük bir hicrət üçün müqəddimə, o hicrət, çətinliklərə dözmək, otsuz bir vadidə sakin olmaq, ev tikmək və İsmayılı qurban vermək isə Kəbənin ilk və sonuncu banilərinin sözünü təkrar edən və öz əbədi peyğəmbərliyini —«inni bəriun mimma tuşrikun» (Mən sizin şirklərinizdən nifrət edirəm)—sözü ilə çatdıran bir peyğəmbərin gəlişi üçün zəminə yaratmaq olmuşdur.
    Əgər bundan başqa bir təhlil və təfsiri versək, müasir zamanda heç bir büt və bütpərəstin olmaması ilə üzləşəcəyik.
    Görəsən hansı ağıl sahibinin bütpərəstliyin özünəməxsus olan yeni tərzlər, hiylələr və formalarda olmaından xəbəri yoxdur?
    Həmçinin görəsən hansı ağıl sahibi islam ölkələri, habelə müsəlmanlar və (ərəb)-ın qanı və namusuna əl atmış qara ev kimi bütxanalardan xəbərsizdir?
    ADƏM, NUH, XIZIR, SALEH, İBRAHİM, MUSA, SÜLEYMAN, YUNUS VƏ İSA ƏLEYHİSSALAM PEYĞƏMBƏRLƏRİNİN HƏCCƏ GETMƏSİ
    753. Zürarə nəql etmişdir ki, imam Baqir (ə)-dan soruşuldu: İslam peyğəmbərindən (s) qabaq Allah evi ziyarət olunurdumu? Həzrət (ə) buyurdu: «Bəli, (onlar) xalqın çoxunun həcci əncam verməsini bilmirlər və biz sizə xəbər veririk ki, Adəm, Nuh və Süleyman cinlər, insanlar və quşlarla birlikdə Allah evinin həccini əncam vermişlər. Musa (ə) qırmızı bir dəvəyə minərək ləbbəyk, ləbbəyk deyən halda həccə getmişdir.
    Həqiqətən Allah-taalanın buyuduğu kimi;—«Xalq üçün ilk dəfə tikilmiş ev, Məkkədir ki, aləmlər üçün bərəkətli və hidayətedicidir».808
    754. Həzrət imam Sadiq (ə) buyurub: «Adəm (ə) Minadan köçdükdə, mələklər onu qarşılayaraq dedilər: Ey Adəm! Həccin qəbul olsun. Biz səndən iki min il qabaq bu evi ziyarət (həcc) etmişik».809
    755. İmam Rza (ə) nəql etmişdir ki, bir kişi Əmirəl-möminin (ə)-dan soruşdu: Adəm (ə) neçə dəfə həccə getmişdir? Həzrət (ə) buyurdu: «O, yetmiş dəfə piyada həccə getmişdir. İlk dəfə həccə gedəndə ona su yerini göstərsin deyə Behiştdən onunla birgə xaric olmuş bir şahin quşu ilə həccə getmişdir. Həmçinin ov edən şahin quşu və qaranquş ətindən yeməkdən nəhy olunmuşdu».
    Soruşdu: Göy əhlindən həccə gedən ilk şəxs kim olmuşdur?
    Həzrət (ə) buyurdu: «Cəbrail (ə)».810
    756. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbər (s) həcc vaxtı Usfan vadisindən keçdikdə buyurdu: «Ey Əbu Bəkr! Bu hansı vadidir?» Dedi: Bura Usfan vadisidir. Həzrət (s) buyurdu: «Hud və Saleh də cilovu xurma lifindən olan qırmızı dəvələrə minmiş və əba geyinmiş halda bu vadidən keçimş və ləbbəyk deyərək Azad evin (Kəbənin) həccinə gedirdilər».811
    757. Həzrət imam Baqir (ə) buyurub: «İbrahim (ə) xalq arasında onları həccə çağırıb dedi: Ey camaat! Mən İbrahim, Allah dostuyam. Allah bu evin həcc əməlini əncam verməyinizi sizə fərman vermişdir. Beləliklə bu evin həccini əncam verin».
    Qiyamət gününədək həccə gələn hər bir şəxs o həzrətə (ə) cavab vermişdir. O həzrətə (ə) cavab verən ilk şəxs isə Yəmən əhalisindən idi. İbrahim (ə) ailəsi və övladları ilə həcc əməlindən əncam verdilər».812
    758. Həzrət imam Rza (ə) buyurub: «Xızır (ə) həyat suyundan içib, diri qalmışdır və Qiyamət günündə şeypur üfürülənədək ölməyəcəkdir. O bizim yanımıza gələrək salam verir və bizdə onun səsini eşidirik. Lakin onun özünü görmürük. Həqiqətən O, yad olan yerdə hazır olur. Beləliklə onu yad etdikdə ona salam verin. Həqiqətən O, hər il həcc mövsümündə hazır olaraq bütün ibadətləri əncam verir və Ərəfatda dayanaraq möminlərin duasına amin deyir.
    Allah-taala tezliklə onun vasitəsi ilə bizim qaimimizin (Həzrət Məhdinin) qeyb olduğu zamanda vəhşətini ünsiyyətə çeviriəcək, onun təkliyini onun vasitəsi ilə bitişdirəcəkdir».813
    759. Həzrət imam Baqir (ə) buyurub: «Musəbni İmran (ə) Bəni İsraildən olan yetmiş peyğəmbərlə birlikdə həcc əməlini əncam verdi ki, dəvələrinin cilovları xurma lifindən idi. Onlar ləbbəykə əbdukəbnu əbdik».814
    760. Həzrət imam Baqir (ə) buyurub: «Süleyman (ə) cinlər, insanlar, quşlar və küləklərlə birlikdə Allah evinin həccini əncam verib, Kəbəyə bir növ ağ və nazik parça örtdü».815
    761. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbərlə (s) birlikdə Məkkə və Mədinə arasında idik ki, bir vadidən keçdikdə soruşdu: «Bura hansı vadidir?» Dedilər: Bura "Əzrəq” vadisidir. Həzrət (s) buyurdu: «Sanki Musanı müşahidə edirəm ki, iki barmağını qulaqlarına qoyaraq Allaha "ləbbəyk” nalə və fəryadı deyərək bu vadidən keçir».
    Sonra bir təpəyə çatdıqda, soruşdu: «Bura hansı təpədir? Dedilər: Bura "Hərşa” və ya "Lift” təpəsidir. Həzrət (s) buyurdu: «Sanki Yunusu müşahidə edirəm ki, qırmızı dəvəyə minmiş, yundan (olan paltar geyinmiş) və dəvəsinin cilovu xurma lifindən olaraq "ləbbəyk” deyən halda bu vadidən keçir».816
    762. Həzrət imam Sadiq (ə) buyurub: «Yunus ibni Mətta (ə) "ləbbəykə kəşşafəl-kurəbil-izami ləbbəyk” deyərək, "Rəvha” kənarlarından keçmişdir. Məryəm oğlu İsa (ə)-da "ləbbəykə əbdukəbnu əmətikə ləbbəyk” deyən halda "Rəvha” kənarında keçmişdir. Həmçinin həzrət Məhəmməd (s) "ləbbəykə zəl-məarici ləbbəyk” (sözlərini) deyən halda, "Rəvha” kənarından keçmişdir».817
    İSLAM PEYĞƏMBƏRİNİN HƏCCİ
    763. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə) buyurdu: «Həzrət Peyğəmbər (s) Mədinədə on il qalaraq həccə getmədi. Daha sonra Allah-taala bu ayəni nazil etdi: "Xalq arasında, həcci elan et (və beləliklə də) xalq piyada və hər bir arıq miniyə minən halda hər bir uzaq yoldan həccə gəlsinlər (Həcc\27).” O həzrət göstəriş verdi ki, Peyğəmbərin (s) bu il həccə getməsini uca səslə xalqa çatdırsınlar. Beləliklə də Mədinə əhalisi, dağ və səhralarda yaşayanlar bundan xəbər tutub, bir yerə toplandılar. Həzrət Peyğəmbərdə (s) həcc əməlini əncam verdikdə onlar tabe oldular və bir işi əncam verdikdə, onlar da o işi əncam verməyə hazır idilər.
    Həzrət Peyğəmbər (s) Zi-qədə ayından dörd gün qalmış xaric olub, "Zul-hüləyfə”yə çatdıqda zöhr çağı oldu. O həzrət (s) qüsl edərək xaric olub bir ağacın yanında yerləşən məscidə gəldi və orada Zöhr namazını qılaraq "ifrad” həcci üçün niyyət etdi.
    Yola düşüb "Bəyda”ya çatdıqda, camaat birinci məylin yaxınlığında onun üçün iki sıraya düzüldülər.
    O həzrət (s) "ifrad” həccinin ləbbəykini deyib, qurbanlıq üçün özü ilə altımış altı və ya altımış dörd dəvə gətirərək Zi-hiccə ayının dördüncü gününün axırlarında Məkkəyə çatdı. Məkkədə Kəbə ətrafında yeddi dəfə təvaf edərək, İbrahim (ə) məqamının arxasında iki rəkət namaz qıldı.
    Daha sonra Qara daşa tərəf qayıdıb ona əl çəkdi. Təvafının əvvəlində də ona əl çəkmişdi. O həzrət (s) bundan sonra buyurdu: «Səfa və Mərvə Allah nişanələrindəndir. Allah başlayan yerdən başlayın».
    Müsəlmanlar Səfa və Mərvə arasında səy etməyi müşriklərin qondardığı bir iş kimi güman etdikləri üçün, Allah-taala bu ayəni nazil etdi: «Səfa və Mərvə Allah nişanələrindəndir. Beləliklə həcc və ya ömrəyə gedən şəxsin onların arasında təvaf (səy) etməsinin heç bir eybi yoxdur» (Bəqərə\158).
    Daha sonra Səfa dağına gəlib, onun üstünə qalxaraq üzünü Rükni Yəmaniyə tutdu və Bəqərə surəsinin asta tərzdə oxunulan miqdarında Allaha həmd və səna deyərək dua etdi.
    Sonra Mərvə dağına gedib, orada da Səfada qaldığı müddət durdu və beləliklə öz səyini sona çatdırdı. Mərvənin üstündə olarkən Cəbrail (ə) gələrək, göstəriş verdi ki, özü ilə birlikdə qurbanlıq gətirənlərdən başqa hamının ehramdan xaric olmasına fərman versin.
    Bir kişi soruşdu: İbadətlərimi sona çatırmamış halda ehramdan xaric olummu? Həzrət (s) buyurdu: «Bəli».
    Həzrət Peyğəmbər (s) səyi qurtardıqdan sonra deyib, buyurdu: «Bu Cəbraildir və əli ilə arxa tərəfə işarə etdi ki, özü ilə qurbanlıq gətirməyənləri ehramdan xaric olmasına fərman verməyimi mənə göstəriş verir. Əgər mən də bunu əvvəldən bilsəydim, sizə göstəriş verdiyim kimi əməl edərdim. Lakin mən özümlə birlikdə qurbanlıq gətirmişəm və özü ilə qurbanlıq gətirən şəxsin, özünü qurbanlıq yerinə çatdırmamış ehram halından çıxması rəva deyildir».
    Camaatın arasından bir nəfər dedi: Tüklərimizdən su damcılayan halda hacılar adı ilə xaric olaqmı?
    Həzrət Peyğəmbər (s) ona buyurdu: «Sən bundan sonra heç vaxt iman gətirməyəcəksən!»
    Suraqə ibni Malik Kinani dedi: Ey Allahın elçisi! Dinimizi sanki bu gün xəlq olduğumuz kimi bizə öyrət. Buyurduğun bu hökm bu ilə aiddir, yoxsa gələcək illər üçündür? Həzrət (s) buyurdu: «Bu hökm Qiyamət gününədək həmişəlikdir». Daha sonra barmaqlarını bir-birinə keçirib, buyurdu: «Qiyamət gününədək ömrəni həcc əməlinə daxil etdim».
    Əli (ə) Yəməndən Məkkədə həzrət Peyğəmbərin (s) yanına qayıdaraq ehramdan xaric olan halda həzrət Fatimə (ə)-ın yanına getdikdə gözəl ətir qoxusunu hiss edib, həzrət Fatimə (ə)-ın rəngli paltarlar geyindiyini gördü. Soruşdu: Ey Fatimə! Bu nə işdir? Həzrət Fatimə (ə) buyurdu : «Həzrət Peyğəmbər (s) belə göstəriş vermişdir».
    Əli (ə) Fatimə (ə)-a nisbət sual və danlamaq halında həzrət Peyğəmbərin (s) hüzuruna gedərək dedi: «Ey Allahın elçisi! Fatimənin ehramdan xaric olub rəngli paltarlar geyindiyini gördüm». Həzrət Peyğəmbər (s) buyurdu: «Mən camaata belə göstəriş vermişəm. Ya Əli! Sən özün necə ehram bağladın?». Əli (ə) dedi: «Ey Allahın elçisi! Dedim ki, həzrət Peyğəmbər (s) ehram bağladığı kimi ehram bağlayıram».
    Həzrət Peyğəmbər (s) buyurdu: «Beləliklə mənim kimi ehram halında qal və sən mənim qurbanlığımda şərikimsən».
    İmam Sadiq (ə) buyurdu: « Həzrət Peyğəmbər (s) və onun səhabələri Məkkə şəhərinin bir vadisində enib, amma evlərə daxil olmadılar. Tərviyə (Zi həccə ayının 8-ci) günü çatdıqda, zöhr çağı xalqa qüsl edib, həcc üçün ehram bağlamağlarını göstəriş verdi. Bu isə Allahın öz peyğəmbərinə nazil etdiyi sözüdür: «İbrahim dinindənə itaət edin».
    Həzrət Peyğəmbər (s) və səhabələr ehram halında çölə çıxıb, Minaya çatdılar. O həzrət (s), zöhr, əsr, məğrib, işa və sübh namazlarını orada qılıb, günün əvvəlində xalq ilə birlikdə oradan hərəkət etdi.
    Qüreyş tayfası əvvəllər Müzdəlifdən köçür və xalqın oradan köçməsinə mane olurdular. Qüreyş tayfası həzrət Peyğəmbərin (s) onların getdiyi yerdən köçməsinə ümüd edən halda, o həzrət (s) gəldi və Allah-taala bu ayəni öz peyğəmbərinə nazil etdi: «Daha sonra xalqın köçdüyü yerdən köçün və Allahdan bağışlanmaq istəyin».(Bəqərə\199) (Yəni; İbrahim, İsmayıl, İshaq və onlardan sonra oradan köçənlər».
    Qüreyş tayfası peyğəmbərin (s) onların köçdüyü yerdən köçməsinə ümüd bağladıqları üçün həzrət Peyğəmbərin (s) xeyməsinin oradan keçdiyini görən kimi qəlblərinə bir şey daxil oldu. Beləliklə də Ərak müqabilində və Urnə vadisində yerləşən Nəmirə məkanına çatdıqda, həzrət Peyğəmbər (s) orada xeymə qurdu və camaat da öz xeymələrini qurdular.
    Zöhr çağı olduqda həzrət Peyğəmbər (s) Qüreyş tayfası ilə birlikdə çölə gələrək qüsl edib, ləbbəyk deməyi saxladı.
    Sonra məsciddə durub, xalq üçün moizə, əmr və nəhy etdi. Daha sonra zöhr və əsr namazlarını bir azan və iki iqamə ilə qılıb, dayanacaq yerinə gedərək orada dayandı. Camaat tələsən halda enərək peyğəmbərin (s) dəvəsinin addımları yerinin yaxınlığında dayanmağa başladılar. O həzrət (s) dəvəsini uzağa apardıqda, onlar da o cür etdilər. Daha sonra buyurdu: Ey camaat! Dayanacaq yeri yalnız dəvəmin ayaqlarının yeri deyildir. Bu məntəqənin (əli ilə dayanacaq yerinə işarə edərkən) hamısı dayanacaq yeridir. Bundan sonra camaat dağılışdılar.
    O həzrət (s) Müzdəlifə də belə etdi. Orada dayanıb, günəş batdıqdan sonra köçərək, xalqı sakitliyə dəvət etdi. Məşərul-həram olan Müzdəlifəyə çatdıqda, məğrib və işa namazlarını bir azan və iki iqamə ilə qılaraq orada qaldı. Sübh namazını orada qılıb, gecə çağı Bəni Haşimdən zəifləri daha tez Minaya göndərərək onlara göstəriş verdi ki, günəş çıxanadək əqəbə cəmərəsinə daş vursunlar.
    Gün açıldıqda köçüb, Minaya çatıb, əqəbə cəmərəsinə daş vurdu, Əli (ə) isə otuz dörd baş dəvə qurbanlıq (heyvanı) gətirmişdi.
    Həzrət Peyğəmbər (s) hər qurbanlıqdan bir miqdar ət götürüb onu bir qabda bişirməyə göstəriş verdi. O həzrət (s) və Əli (ə) ondan yeyib bişirilmiş xörəkdən meyl etdilər. Qəssablara isə heyvanların dəri, qarın və sair yerlərindən verməyib, onları sədəqə verdilər. Həzrət Peyğəmbər (s) başını qırxıb, Allah evini ziyarət edərək Minaya qayıtdı və Təşriq günlərindən üç günədək Minada qaldı. Sonra cəmərələrə daş vurub, köçərək Məkkəyə çatdı.
    Ayişə dedi: Ey Allahın elçisi! Həyat yoldaşların həcc və ömrə əməlləri ilə qayıtsınlar, mən isə təkcə həcc ilə qayıdımmı? Həzrət Peyğəmbər (s) o vadidə qalaraq, Əbdür-Rəhman ibni Əbi Bəkri Ayişə ilə «Tənim» ə göndərdi.
    Ayişə oradan ehram bağlayıb, Allah evinə gedərək onu təvaf etdi və daha sonra İbrahim (ə) məqamı kənarında iki rəkət namaz qılaraq Səfa və Mərvə arasında səy etdi.
    Bütün bunlardan sonra həzrət Peyğəmbərin (s) yanına qayıtdı. Həzrət Peyğəmbər (s) da o gün oradan köçdü, amma Məscidul-hərama daxil olmayıb, Kəbən təvaf etmədi.
    Məkkənin yuxarısından gələrkən Mədənilər döngəsindən daxil olub və Məkkənin aşağısından—Zi Tuvadan—xaric oldu.818
    İYABƏT HƏCCİNİN FƏZİLƏTİ
    764. Həzrət Peyğəmbər (s) buyurub: «Allah-taala bir həcc əməli ilə üç nəfəri Behiştə daxil edir; Ölü, onun əvəzinə həccə gedən və ölü üçün nayib tutan».819
    765. Həzrət Peyğəmbər (s) buyurub: «Ölü tərəfindən əncam verilən bir həcc əməli üç həcc əməli sayılır: Ölən, həcci yerinə yetirən nayib və ölünün vəsiyyətinə əməl edən şəxslərin hər biri üçün bir həcc yazılır».820
    766. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs vəfat etmiş bir şəxsin tərəfindən həcc əməlini əncam versə, həm vəfat edənə, həm də həcc əməlini yerinə yetirən üçün Cəhənnəm odundan azadlıq yazılar».821
    767. Səvdə nəql etmişdir ki, bir kişi həzrət Peyğəmbərin (s) hüzuruna gələrək dedi: Mənim atam yaşlı bir qoca kişidir və həccə gedə bilmir.
    Həzrət Peyğəmbər (s) buyurdu: «Atanın bir borcu olduqda, onun borcunu ödəyirdinmi?». Dedi: Bəli.
    Həzrət Peyğəmbər (s) buyurdu: Allah-taala çox mehribandır, atanın tərəfindən həccə get».822
    768. İbni Muskan nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Başqası tərəfindən həcc əməlini əncam verən şəxsin nə qədər savabı vardır? Həzrət (ə) buyurdu: «Başqası tərəfindən həcc əməlini əncam verən şəxsin on həcc savabı vardır».823
    769. Şeyx Səduq (rə) nəql etmişdir ki, imam Sadiq (ə)-dan soruşdular: Başqası tərəfindən həccə gedən şəxsin nə kimi əcr və savabı vardır? Həzrət (ə) buyurdu: Başqası tərəfindən həccə gedən şəxsin on həcc əməlinin savabı vardır. Həmçinin belə bir şəxsin özü, atası, anası, oğlu, qızı, bacısı, əmisi, bibisi, dayısı və xalası bağışlanar. Həqiqətən Allah-taala ehtiyacsız və Kərimdir».824
    770. Əbdür-Rəhman ibni Sinan nəql etmişdir ki, imam Sadiq (ə)-ın hüzurunda idim. Bir kişi o Həzrətin (ə) yanına gəldi və Həzrət (ə) —(öz oğlu) İsmayıl tərəfindən həcc əməlini əncam verib, həccdən ömrəyədək onunla şərt qoyduğu bütün işləri yerinə yetirmək—və hətta Mühəssir vadisində səy etməyi əncam vermək üçün ona otuz dinar verdi və daha sonra buyurdu: «Filankəs! Əgər bu işləri əncam versən, öz malından xərcləyən İsmayıl üçün bir həcc əməli, sənin üçün isə özünü əziyyətə saldığın üçün doqquz həcc əməlinin savabı yazılacaqdır».825
    771. Hazim ibni Həbib nəql etmişdir ki, imam Sadiq (ə)-ın yanına gedib, ərz etdim: Allah sizə xeyir versin! Mənim atam və anam dünyadan getmiş amma həcc əməllərini yerinə yetirməmişlər. Allah-taala da mənə ruzi verərək, yaxşılıq etmişdir. Onların tərəfindən həccə getməyim barədə nəzərinz nədir? Həzrət (ə) buyurdu: «Bu cür et ki, həqiqətən bu həcc əməli onlar üçün şadlıq verən və yaxşıdır».826
    772. Fəzl ibni Hişam demişdir ki, Mahmudi çoxlu həccə getmişdir. Ondan neçə dəfə həccə getdiyini soruşduqda, onların sayını mənə deməyib, belə cavab verdi: «Əlhəmdulillah çoxlu qismət olub». Dedim: Öz tərəfindən həccə gedirsən, yoxsa başqalarının adından? Dedi: «Vacib həccdən sonra, başqaları tərəfindən həccə getmişəm. Belə ki, həzrət Peyğəmbərin (s) tərəfindən həccə gedir və Allah-taalanın mənə verdiyi hədiyyələri onun dostlarına verir və Allahın mənə verdiyi savabları isə mömin kişi və qadınlara bağışlayıram».
    Soruşdum: Öz həccində nə deyrsən? Dedi: «Belə deyirəm: İlahi! Peyğəmbərin Məhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) tərəfindən ehram bağlayır, Sənin və onun tərəfindən olan əcrimi Sənin pak dostlarına (məsum imamlara) verir və savabımı isə Sənin kitabın və peyğəmbərinin sünnəsi əsasında mömin bəndələrinə hədiyyə edirəm və...».827
    UŞAĞI HƏCCƏ APARMAĞIN FƏZİLƏTİ
    773. Cabir ibni Əbdillah nəql etmişdir ki, həcc mərasimində bir qadın, özünün kiçik yaşlı uşağını Peyğəmbərə (s) uzadaraq soruşdu: Ey Allahın elçisi! Bu uşağa da həcc düşürmü? Həzrət Peyğəmbər (s) buyurdu: «Bəli! Və sənə savab yazılır».828
    774. Zürarə, imam Baqir (ə)-dan və ya imam Sadiq (ə)-dan nəql etmişdir ki, buyurub: «Bir şəxs özünün kiçik yaşlı uşağını həccə gətirdikdə ona "ləbbəyk” deməyi göstəriş verib, həcci vacib etsin. Yaxşı tərzdə "ləbbəyk” deyə bilmədikdə, onun tərəfindən "ləbbəyk” desin. Habelə onu təvaf etdirərək, onun tərəfindən təvaf namazı qılsın».
    Dedim: Qurban kəsmək üçün bir şeyləri yoxdur.
    Həzrət (ə) buyurub: «Uşaqlar tərəfindən qurbanlıq kəssinlər. Böyüklər oruc tutub, uşaqları libas və gözəl ətir kimi möhrüm şəxsə haram olan işlərdən çəkindirsinlər. Uşaq bir ovu öldürdükdə isə, onun kəffarəsi atasının öhdəsindədir».829
    775. Əbdür-Rəhman ibni Həccac nəql etmişdir ki, biz o il Məkkənin yaxınlığında idik ki, Tərviyə (Zi hiccə ayının səkkizinci) günündə ehram bağlamaq istəyib, imam Sadiq (ə)-dan soruşduq: Bizlə birlikdə kiçik yaşlı bir uşaq var.
    Həzrət (ə) buyurdu: «Anasına deyin ki, Həmidə ilə (imam Sadiq (ə)-ın həyat yoldaşı) görüşüb, uşağı ilə nə etməsini ondan soruşsun».
    O qadın da Həmidənin yanına gedib soruşduqda, cavabında belə dedi: Tərviyə günü olduqda, möhrim şəxs kimi uşağın paltarlarını soyundurub ona qüsl verin və daha sonra onun tərəfindən ehram bağlayıb, dayanacaq yerlərində onu da dayandırın. Qurban bayramı günündə onun tərəfindən şeytanlara daş vurub, başını qırxın. Daha sonra onu Allah evinin ziyarətinə aparıb, onu Allah evinin ətrafı, həmçinin Səfa və Mərvə arasında təvaf etdirməyi xidmətçiyə tapşırın».830
    HƏCCƏ GETMİŞ ŞƏXSİN AİLƏSİNƏ KÖMƏK ETMƏK
    776. İmam Zeynul-abidin (ə) buyurub: «Hər kəs həccə getmiş şəxsin ailəsi və mal-dövlətinə kömək etsə, həccə getmiş şəxsin savabına nail olar. Belə ki, sanki Kəbə daşlarına əl vurmuşdur».831
    777. İmam Sadiq (ə) buyurub: «Üç dəstənin duası müstəcəbdir: Həccə gedənlər; görün ki, onların ailəsinə necə kömək edirsiniz. Allah yolunda vuruşanlar; görün ki, onların ailəsinə necə baş çəkirsiniz. Xəstə; beləliklə də onu qəzəbli və narahat etməyin».832
    HACILARIN AZLIĞI
    778. Əbul-Ərəndəs Kindi, Qüreyş tayfasından olan bir şəxsdən nəql etmişdir ki, Kəbənin qapısı kənarında idik və imam Sadiq (ə) da əyləşmişdi. O Həzrət (ə)-a dedilər: Hacılar nə çoxdurlar! Həzrət (ə) buyurdu: «Hacılar nə azdırlar!». Daha sonra Ömər ibni Əbil-Miqdam oradan ötüb keçdikdə, həzrət (ə) buyurdu: «Bu, hacılardandır».833
    779. Əbdül-Kərim ibni Kəsir nəql etmişdir ki, imam Sadiq (ə) ilə birlikdə həcc əməlini əncam verdim. Bir az yol getdikdən sonra, o Həzrət (ə) bir dağın üstünə çıxaraq oradan xalqa baxıb, buyurdu: «Nalələr nə çox, həqiqi hacılar isə nə azdırlar!»834
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 859 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024