İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 7:56 AM
    İKİNCİ FƏSİL
    PEYĞƏMBƏR (S)-İN VƏFATINDAN QABAQ VƏ SONRA BAŞ VERMİŞ HADİSƏLƏR
    Səhabələrin fəzilətləri haqda nəql olunan rəvayətlərin düzgün olub-olmadığını araşdırıb təhlil etmək üçün yaxşı olardı ki Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələr araşdırılsın ki, onların Peyğəmbərin vəfa-tından qabaq etdikləri əməllərinin nə dərəcədə düzgün olduğu aydınlaşsın. Amma onların Peyğəmbərin (s) vəfatından sonrakı əməlləri bir növ o həzrətin vəfatından qabaqkı əməllərinin davamı olduğundan o həzrə-tin vəfatından qabaq baş vermiş hadisələri araşdırmaq daha yerinə düşərdi.
    ÜSAMƏNİN SƏRKƏRDƏLİK ETDİYİ QOŞUNUN EZAMİYYƏTİ
    Peyğəmbər (s) Əli (ə)-ı öz vəsisi təyin etdikdən sonra, səhabələrdən bəzilərinin Əli (ə)-a tabe olmayacaqlarını bilib bu işə bir çarə fikirləşirdi. O, ənsar və mühacirdən olan sərkərdələrin hamısını bir yerə yığıb, Üsamə ibni Zeyd ibni Harisəni onlara başçı təyin etdi və buyurdu ki, Şam sərhədlərinə doğru gedib rumlularla müharibə etsinlər. Əli (ə)-ı isə bu döyüşə göndərməyib, öz yanında saxladı.
    Peyğəmbəri Əkrəm (s) öz əli ilə döyüş bayrağını Üsaməyə verdi, sonra Mədinənin bir fərsəngliyində yerləşən "Corf” məntəqəsinə gedib, oranı qoşunun qərargahı təyin etdi. Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Səd ibni Vəqqas, Səd ibni Zeyd və s. kimi ənsar və müha-cir başçıları da bu qoşuna çağırılanlardan idilər.
    Onların içində bir dəstə Peyğəmbərə etiraz edib dedi: "Əksəriyyətini ilkin mühacirlər təşkil edən bu qoşunun sərkərdəsi nə üçün cavan və yeniyetmə Üsamə olmalıdır?”
    Ömər ibni Xəttab bu sözü Peyğəmbər (s)-a çatdırdı. Peyğəmbər bu sözü eşidib çox narahat oldu, bir dəsmalı alnına bağlamış və digər dəsmalı da çiyninə atmış halda minbərə çıxıb buyurdu: "Üsamənin sərkərdəliyi haqda mənə çatan bu sözlər nədir?! Elə əvvəllər Üsamənin atasının sərkərdəliyinə etiraz edənlər də elə siz idiniz! Allaha and olsun, onun həm atası, həm də özü sərkərdəlik etməyə layiqdir.” Peyğəmbər bunları deyib, minbərdən aşağı endi.
    Peyğəmbərin xəstəliyi get-gedə ağırlaşırdı. O, xəstəliyin şiddətindən huşdan getmişdi, bu halda Üsamə onun əyadətinə gəldi və yenidən qərargaha qayıdıb hərəkət əmrini verdi.
    O, atına minmək istəyəndə, Peyğəmbərin həyat yoldaşı Ümmü Əymən tərəfindən gələn qasid Peyğəmbərin ehtizar halında(Can verən zamana "ehtizar” halda deyilir.) olduğunu bildirdi. Elə bu zaman Üsamə Əbu Bəkr, Ömər, Əbu Übeydə və başqaları ilə birlikdə Mədinəyə qayıtdı.(İbni Sədin "Təbəqat” kitabı, 2-ci cild, səh.190; "Kənzül-ümmal”, 10-ci cild, səh.572; "Nəhcül-bəlağə”nin şərhində də Peyğəmbərin vəfatı haqda yazılıb 1-ci cild, səh. 159-161; 6-cı cild, səh.52)
    HEÇ VAXT YAZILMAYAN VƏSİYYƏTNAMƏ
    Peyğəmbər (s)-in ömrünün son anları yaxınlaşırdı. Mədinə əhlini vəhşət və iztirab bürümüşdü. Onlar hiss edirdi ki, bəşəriyyət aləmi öz yeganə rəhbərini əldən verəcəkdir.
    Peyğəmbər özünün neçə illik yorulmaz əməyinin səmərəsini itirməmək üçün fikirləşdiyi tədbiri yerinə yetirmək qərarına gəldi. Lakin çox təəssüflər olsun ki, Üsamənin qoşununa qoşulmaqdan imtina edərək vəziyyəti anbaan nəzarət altında saxlayan və münasib fürsətdə öz məkrli planlarını həyata keçirmək əzmində olanlar burada da Peyğəmbərin camaata yazılı şəkildə bir sənəd çatdırıb onları hidayət etməsinə imkan vermədilər.
    Ömər ibni Xəttabın özü belə deyir: "Biz Peyğəmbərin yanında idik, onun zövcələri isə pərdənin arxasında oturmuşdular. Bu zaman Peyğəmbər buyurdu: "Məni yeddi məşk su ilə yuyun. Heç vaxt yolunuzu azmamağınız üçün yazacağım sözlər üçün kağız və qələm gətirin.” Qadınlar: "Peyğəmbərin istədiklərini gətirin”-dedilər.("Təbəqat” (İbni Səd) 2-ci cild, səh.37; "Kənzül-ümmal”, 3-cü cild, səh.138, 4-cü cild, səh.52; "Məcməüz-zəvaid”, səh.33-97)
    Mən (Ömər) dedim: "Sakit olun! Siz Peyğəmbər xəstələnən kimi ağlayır və sağalan kimi onun yaxasından yapışıb, nəfəqə istəyirsiniz.”
    Peyğəmbər buyurdu: "Bu qadınlar sizdən çox-çox yaxşıdırlar!”("Məcməüz-zəvaid”, 9-cu cild, səh.33)
    Başqa bir rəvayətdə İbni Abbas belə deyir: Peyğəmbər, onun vəfatı ilə nəticələnən sonuncu xəstəliyi zamanı buyurdu: "Heç vaxt yolunuzu azmayasınız deyə, kağız və qələm gəti-rin, bəzi şeyləri yazım.”
    Ömər dedi: "Bəs Rumun şəhərlərini fəth etmək üçün kim qalacaq?! Peyğəmbər bu şəhərləri fəth etməmiş vəfat etməyəcək. Və əgər vəfat etsə, Bəni İsrailin Musanı gözlə-dikləri kimi, biz də onu gözləyəcəyik.”
    Peyğəmbərin zövcəsi Zeynəb binti Cəhiş dedi: "Görmürsünüz ki, Peyğəmbər sizə vəsiyyət etmək istəyir?!”
    Elə bu sözdən sonra onlar aranı qatdılar. Bunu görən Peyğəmbər "Qalxın ayağa!” - dedi.("Təbəqat” (İbni Səd), 2-ci cild, səh.244)
    "Səhihi-Buxari” və başqa sünnü kitabla-rında nəql edirlər ki, İbni Abbas deyir: "Cümə axşamı ox! O, necə də ağır gün oldu!! (bunu deyib o qədər ağladı ki, gözünün yaşı yerdəki xırda daşları islatdı. Sonra dedi:) "Peyğəmbər (s) ömrünün son anlarında buyurdu: "Mənə kağız gətirin, sizin üçün bir neçə şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Orada olanların arasında qalmaqal başladı. Halbuki, heç bir peyğəmbərin qarşısında mübahisə edib dava-dalaş salmaq rəva deyildir. Orada olanların bir dəstəsi dedi: "Peyğəmbər sayaqlayır və nə dediyini bilmir!” Peyğəmbər (s) dedi: "Məni tək buraxın! Öz halətim siz dediyinizdən daha yaxşıdır!”("Səhihi-Buxari”, 4-cü cild, səh.120-121 (9 cildli çap))
    Bir neçə rəvayətdə bu sözü deyən şəxsin Ömər ibni Xəttab olduğu nəql olunubdur.("Səhihi-Buxari”, 1-ci cild, səh.39; 4-cü cild, səh.120-121 6-cı cild, səh.11-12; "Səhihi-Müslüm”, Vəsiyyət bəhsi.) Bu rəvayətin necə təhlil olunmasından asılı olmayaraq orada Ömər ibni Xəttabdan başqa heç kəsin adı çəkilməyib. Yalnız o bu təhqiramiz sözləri demiş, Peyğəmbərə vəsiyyətnaməni yazma-ğa imkan verməmişdir.
    Bunu da bilməliyik ki, Ömərin dediyi o təhqiramiz sözdən sonra Peyğəmbər artıq işin bitdiyini gördü və vəsiyyətnaməni yazmadı. Çünki əgər Peyğəmbər (s) o vəsiyyətnaməni yazsaydı belə, Ömərin dediyi sözlərdən sonra yenə də etibarsız sayılacaqdır və ona əməl etməyə-cəkdilər. Çünki camaat "Peyğəmbər bunu ağlı başında olmayan vaxt yazıbdır” - deyəcəkdi.
    İbni Abbas bu barədə deyir: "Peyğəmbərə qarşı edilən bu kobud hərəkət və hörmətsizlikdən sonra dedilər: "İstədiyinizi gətirməyəkmi?!” Peyğəmbər (s) "Bundan sonra nəyə lazım?!” - deyə cavab verdi. (Yəni dediyiniz bu sözdən sonra vəsiyyətnamə yazmağın nə faydası?)("Təbəqat” (İbni Səd), 2-ci cild, səh.244)
    Sual:
    Ömər ibni Xəttabdan soruşmaq lazımdır: Nə üçün Əbu Bəkr vəsiyyətnamə yazanda huşdan getdiyi zaman ona "sayaqlayırsınız” demədin və onu "huşsuz haldadır” - deyə müttəhim etmədin?
    Əbu Bəkr ömrünün axır vaxtlarında xəlvət bir yerdə Osmanı öz yanına çağırıb dedi: "Yaz! Bismillahir-rəhmanir-rəhim. Bu, Əbu Quhafənin oğlu Əbu Bəkrin müsəlmanlara vəsiyyətidir. Amma bəd...
    Elə bu sözü dedikdən sonra huşunu itirdi və sözünə davam edə bilmədi. Əbu Bəkr bihuş olan zaman, Osmanın özü belə yazdı: "Mən öz qərarıma əsasən Ömər ibni Xəttabı öz yerimə xəlifə təyin edərək sizə yaxşılıq etməkdə laqeyd olmadım.” Osman bunu yazıb qurtardıqdan sonra Əbu Bəkr huşa gəlib, Osmandan yazdıq-larını oxumasını istədi. Osman yazdığını oxuduqda Əbu Bəkr dedi: "Allahu Əkbər! Qorxdun ki, mən elə huşsuz halda öləm və müsəlman-ların arasında çaxnaşma düşsün?” Osman "Bəli” - deyə cavab verdi. Əbu Bəkr dedi: "Allah İslam və müsəlmanlar tərəfindən sənə Öz xeyrini versin.” Sonra isə Osmanın yazdığını qəbul etdi.("Şərhi-Nəhcül-bəlağə”, 1-ci cild, səh.165)
    Görəsən Ömər bu yazıya özündən necə əksül-əməl göstərdi? Təbəri belə yazır: "Ömər əlində xurma ağacından olan bir çubuq tutub camaatın arasında dayanmışdı. Elə bu zaman Əbu Bəkrin azad olmuş qulu Şədid onun camaata yazdığını məktubu oxudu. Sonra Ömər camaata üz tutub dedi: "Ey camaat, Peyğəmbərin xəlifəsi Əbu Bəkrin əmrinə qulaq asıb ona itaət edin! Xəlifə deyir ki, mən sizə yaxşılıq etməkdə heç nəyi əsirgəməmişəm.”("Tarixi əl-üməm vəl-müluk”, 3-cü cild, səh.429 (11 cildli çap))
    Halbuki, Peyğəmbərin vəsiyyət yazmaq istədiyi vaxtda olduğu kimi, Ömər elə burada da: "Bizim vəsiyyətə ehtiyacımız yoxdur. Allahın kitabı bizə bəsdir” - deməli idi!
    PEYĞƏMBƏRİN VƏFATININ İNKAR OLUNMASI
    Allahın Rəsulu (s) bazar ertəsi günü günorta çağı dünyasını dəyişdi. Bu zaman Ömər Mədinədə,("Sireyi-ibni Nişam”, 4-cü cild, səh.331-334; "Tarixi əl-üməm vəl-müluk”, 2-ci cild, səh.442) Əbu Bəkr isə "Sünh”("Tarixi-Xəmis”, 1-ci cild, səh.185; "Tarixi-Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.442)adlanan yerdə (öz evində) idi.
    Ayişə deyir: Ömər və Müğeyrə ibni Şöbə icazə aldıqdan sonra Peyğəmbərin otağına daxil olub onun üzünə örtülmüş ağ parçanı kənara çəkdilər. Ömər Peyğəmbərin üzünü gördükdə yanıqlı bir ah çəkib: "Peyğəmbər necə də ağır bihuş olubdur!”-dedi. Otaqdan çıxanda Müğeyrə Ömərə dedi: "Ey Ömər! Allaha and olsun, Peyğəmbər vəfat etmişdir.” Ömər dedi: "Sən aranı qatmaq üçün yalan deyirsən, Peyğəmbər ölməyibdir. O, münafiqləri öldürməyincə, ölmə-yəcəkdir.”("Təbəqat” (İbni Səd), 2-ci cild, səh.54; "Kənzül-ümmal”, 4-cü cild, səh.50; "Zəhəbinin tarixi”, 1-ci cild, səh.37; "Müsnədi-Əhməd”, 2-ci cild, səh.219; "Tarixəl-üməm vəl-müluk”, 2-ci cild, səh.442 (8 cildli çap.))
    Ömər bununla da kifayətlənməyib Peyğəmbərin ölümü barədə danışan hər bir şəxsi ölümlə təhdid edib deyirdi: "Münafiq-lərdən bəziləri Peyğəmbərin öldüyünü güman edirlər. Belə deyil: Peyğəmbər ölməyib. O, Musa ibni İmran kimi qırx günlük qeybə çəkilib. Halduki, o da qayıdanda deyirdilər ki, Musa ölüb. Peyğəmbər də Allahın yanına gedibdir. Allaha and olsun, Peyğəmbər qırx gündən sonra qayıdıb, onun öldüyünü deyənlərin əl-ayaqlarını kəsəcəkdir!”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.95; "Əl-üməm-vəl-müluk”, 2-ci cild, səh. 442; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.244; "Tarixi-Xəmis”, 2-ci cild, səh.185; "Teysərül-vüsul”, 2-ci cild, səh.41 və s.)
    Sonra dedi: "Hər kim Peyğəmbərin öldüyünü desə, əlimdəki bu qılınc ilə onun başını bədənindən ayıracağam.(Tarixi Əbul Fida”, 1-ci cild, səh.164; Zeyni-Dehlan 3-cü cild, səh.390) Peyğəmbər göylərə gedibdir.”("Tarixi Əbul Fida”, 1-ci cild, səh.164)
    Elə bu zaman Peyğəmbərin səhabələrindən biri olan İbni Ümmü Məktum bu ayəni Ömərə oxudu: "Mühəmməd özündən qabaqkı peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıda-caqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir.”("Ali-İmran” surəsi, 144-cü ayə; "Təbəqat” (İbni Səd), 2-ci cild, səh.576 "Kənzül-ümmal”, 4-cü cild, səh.53; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.243)
    Peyğəmbərin əmisi Abbas deyir: "Peyğəmbər həqiqətən də ölmüşdü. Çünki, ölüm vaxtı Əbdül Müttəlib övladlarının üzündə olan əlamətləri Peyğəmbərin də sifətində gördüm.”("Təmhidi-Baqlani”, səh.192-193)
    Ancaq Ömər yenə də öz sözündən əl çəkmirdi. Abbas camaatdan soruşdu: "Sizlərdən biri Peyğəmbərin ölümü haqda bir hədis bilirmi? Əgər bu barədə bir hədis bilirsinizsə deyin.” Bütün camaat "xeyr” - deyə cavab verdilər.
    Abbas Ömərdən "Bəlkə sən bu barədə nə isə bir şey bilirsən?” - deyə soruşduqda, Ömər də "xeyr” - deyə cavab verdi. Elə bu zaman Abbas camaata üz tutub dedi: "Ey camaat! Peyğəmbərin öz ölümü haqda hətta bir nəfərə belə, bir şey demədiyinə şahid olun.("Təbəqat” (ibni Səd) 2-ci cild, səh.57; "Kənzül-ümmal”, 4-cü cild, səh.53; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.243; "Sireyi-Hələbiyyə, 3-cü cild, səh.390-391) Tək olan Allaha and olsun, həqiqətən də Peyğəmbər ölüm şərbətini içibdir.”("Tək olan Allaha and içirəm” cümləsi Əbil Fidanın Tarixi 1-ci cild, səh.150)
    Ancaq Ömər yenə də hay-küy qoparıb camaatı təhdid edirdi.
    Abbas sözünə davam edib dedi: "Peyğəmbər də sair insanlar kimi bəla və ağır hadisələrə düçar olur və həqiqətən də o, öz dünyasını dəyişibdir.
    Tez olun, onu torpağa tapşırın! Bu nədir?! Yoxsa Allah sizi bir dəfə, Öz Rəsulunu isə iki dəfə öldürür?! Peyğəmbərin Allah yanında olan məqamı çox üstündür və heç vaxt onu iki dəfə öldürməz! Hətta sizin dedikləriniz düzgün də olsaydı, onu torpaqdan çıxardıb yenidən diriltmək Allah üçün heç də çətin deyildir. Peyğəmbər aydın nicat yolunu sizə göstərmədən dünyasını dəyişməzdi.”("Kənzül-ümmal”, 4-cü cild, səh53; 1902-ci hədis "Əl-bidayətu vən-nihayə, səh.243)
    Ömər, ağzının suyu köpüklənib yerə tökülənə qədər öz sözünü təkrarladı.("Təbəqat” (İbni Səd), 2-cild, səh.53; "Kənzül-ümmal”, 4-cü cild, səh.53; "Tarixi-Xəmis”, 2-ci cild, səh. 185; "Sireyi-Hələbiyyə, 3-cü cild, səh.392)
    Səhabələrdən biri və süffə əhlindən olan Salim ibni Übeyd Sünhə gedib, Peyğəmbərin vəfat xəbərini Əbu Bəkrə çatdırdı.("Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.244) (Bəzi tarixçilər Ayişənin Əbu Bəkrə xəbər çatdırdığını yazırlar.)
    Əbu Bəkr dərhal Mədinəyə yola düşdü. Şəhərə daxil olduqda, Ömərin ayaq üstə durub camaatı qorxudaraq "Peyğəmbər ölməyib. O yaşayır”-dediyini gördü.("Tarixi əl-üməm vəl-müluk”, 2-ci cild, səh.443; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.319; "Şərhi-Nəhcül bəlağə”, 1-ci cild, səh.60) Ömər, Əbu Bəkri görən kimi sakitləşib, yerinə oturdu.("Kənzül-ümmal”, 4-cü cild, səh.53; 1092-ci hədis) Əbu Bəkr Allaha həmd-səna edib dedi: "Allaha sitayiş edənlər, Allahın heç vaxt ölməyəcəyini bilsinlər, Məhəmmədə sitayiş edənlər isə, agah olsunlar ki, o, vəfat edibdir.” Sonra isə bu ayəni oxudu: "Mühəmməd özündən qabaqkı peyğəmbərlər kimi bir Peyğəmbərdir. Əgər o ölsə, yaxud öldürülsə siz öz cahiliyyət dövrünüzə qayıdacaqsınız? Öz keçmişinə (cahiliyyətə) qayıdan şəxs Allaha heç bir zərər yetirməz, ancaq Allah şükr edənlərin savabını verir.”("Ali-İmran” surəsi, 144-cü ayə; "Təbəqat” (İbni Səd), 2-ci cild, səh.54; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.244; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.219; "Sireyi-Hələbiyə, 3-cü cild, səh.392)
    (Bundan qabaq bu ayəni, ibni Ümmü Məktum oxumuşdu.)
    Ömər təəccüblə Əbu Bəkrdən "Bu oxuduğun Quran ayəsi idimi?” - deyə soruşdu.
    Əbu Bəkr: "Bəli” - deyə cavab verdi.
    Ömər, Müğeyrənin dediyi sözlərə, ibni Ümmü Məktumun oxuduğu ayəyə və Abbasın dəlillərinə etina etmədi və öz fikrindən dönmədi. Ancaq Əbu Bəkrin dediklərini eşitdikdən sonra dərhal sakitləşib öz fikrini dəyişdi. Ömərin özü sonralar bu əhvalatı belə nəql edirmiş: "Allaha and olsun yalnız Əbu Bəkrin dediklərini eşitdikdən sonra dizlərim büküldü, yerə yıxılıb ayağa qalxa bilmədim. Elə bu zaman Peyğəmbərin öldüyünü anladım.”
    Təəccüblüdür ki, Əbu Bəkrdən qabaq İbni Ümmü Məktum da bu ayəni oxuduqda, Ömər "bu Quran ayəsidir?” - deyə soruşmadı.
    Belədirsə onda sünnü alimləri Ömərə, hətta bu sözün Quran ayəsi olub-olmadığını bilmədiyi halda "ümmətin ən savadlı şəxsi” adını necə veriblər?
    Görəsən, nə üçün Ömərdən başqa heç kim Peyğəmbərin ölümündə şəkk-şübhə etmirdi? Nə üçün məhz Əbu Bəkr gələndən sonra Ömər sakitləşdi?
    Bu sualların cavabını tapmağı həqiqət axtaran oxuculara həvalə edirik.
    NƏ ÜÇÜN ÖMƏR PEYĞƏMBƏRİN VƏFATINI İNKAR EDİRDİ?
    Görəsən, Ömər doğrudanmı qəlbən Peyğəmbəri sevib ona hədsiz məhəbbət bəslədiyi və onun itirilməsindən şiddətli qəm-qüssəyə düçar olduğu üçün camaata qılınc çəkib onlara hədə-qorxu gəlirdi? Görəsən bəzi tarixçilərin yazdığı kimi, doğrudanmı Ömər həmin gün dəli olmuşdu?("Sireyi-Hələbiyyə, 3-cü cild, səh.392)
    Xeyr, əsla belə deyil, bunların səbəbi tama-milə başqa şeydir.
    Böyük sünnü alimi İbni Əbil Hədid yazır: "Ömər Peyğəmbərin vəfat etdiyini bildikdə imamlıq və xəlifəlik üstündə çəkişmə başla-nacağından, nəticədə ənsar və ya başqalarının xilafəti öz əllərinə keçirəcəyindən qorxub bu işləri gördü və mümkün olan hər bir yolla camaatı susdurmağı məsləhət bildi. Onun dediyi sözlərin hamısı Əbu Bəkri gözləməsi və höku-mətin əldən çıxmaması üçün idi.”("Abdullah ibni Səba”, 1-ci cild, səh.101-102; "Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh.129)
    Bizim nəzərimizcə, İbni Əbil Hədidin dedikləri tamamilə doğrudur. Çünki, Ömərin qorxduğu şəxslərdən biri də Əli (ə) idi. O gün xəlifəliyə namizəd üç nəfər idi: Birincisi Əli (ə) idi və bütün Bəni Haşim tayfası onun tərəfdarı idi. Əbu Süfyan, Zübeyr, Xalid ibni Səid Əməvi, Bərra ibni Azib Ənsari, Salman, Əbuzər, Miqdad və başqa böyük şəxsiyyətlər Əli (ə)-ı himayə edirdirlər.
    İkincisi Xəzrəc tayfasının namizədi Səd ibni Übadə Ənsari, üçüncü namizəd isə, Əbu Bəkr idi. Ömər, Əbu Übeydə, Müğeyrə ibni Şöbə, Əbdür-rəhman ibni Ovf, onu himayə edirdilər.
    Bunlardan Səd ibni Übadə hakimiyyət kürsüsündə otura bilməzdi. Çünki ənsardan olan ovs tayfası onunla müxalif idilər. Mühacirlərdən də onunla beyət edəcək bir kəs yox idi. Əgər Əbu Bəkrin tərəfdarları Əli (ə)-ın əleyhinə fəaliyyətə başlayıb Peyğəmbərin (s) dəfn mərasimi sona çatmamış öz tədbirlərini həyata keçirməsəydilər, xilafət yüz faiz Əli (ə)-a çatacaqdı. Əgər onlar Peyğəmbərin dəfn mərasimindən sonra xəlifə təyin olunan yığıncaqda Əli (ə)-ın da iştirak etməyinə imkan versəydilər, onda xilafəti Əli (ə)-ın qanuni haqqı bilən ənsar, mühacir, Bəni Haşim və Əbdül-Mənaf tayfasının bəziləri-nin varlığı ilə Ömər heç vaxt öz məqsədinə nail olmayacaqdı.
    Əgər doğrudan da Peyğəmbərin vəfatı Öməri ağır təsirləndirib onu bu qədər narahat etmişdisə onda Ömər heç vaxt Peyğəmbərə bu qədər məhəbbətlə yanaşı onun cənazəsini ortada qoyub "Bəni Saidə” səqifəsinə (kölgə-liyinə) qaçıb Əbu Bəkrlə beyət etməz və Rəsuli-Əkrəmin (s) həqiqi dost və köməkçiləri ilə münaqişəyə başlamazdı.
    SƏQİFƏYƏ DOĞRU
    Hələ Peyğəmbərin cənazəsinə qüsl verilməsi qurtarmamışdı ki,("Sireyi-ibni Hişam”, 4-cü cild, səh.336; "Ər-riyazun-nəzərətu”, 1-ci cild, səh.163; "Tarixi-Xəmis”, 1-ci cild, səh.186) ənsarın səqifədə toplanması xəbəri Əbu Bəkrlə Ömərə çatdı. Ömər Əbu Bəkrə dedi: "Gedib öz qardaşlarımızın (ənsar) nə işlə məşğul olduqlarını görək.”("Ət-tənbih vəl-əşrəf”, səh.247)
    Onlar yolda Əbu Übeydə Cərrahla rastlaşıb birlikdə hərəkət etdilər.("Tarixi-Əl-üməm vəl-müluk”, 2-ci cild, 4568 (8 cildli çap.)) Onlar Peyğəmbərin cənazəsini elə o halda qoyub, səqifəyə tələsirdilər.("Əl-bəda vət-tarix”, 5-ci cild, səh.65; "Sireyi ibni Hişam”, 4-cü cild, səh.336; "Əl-xəmis”, 1-ci cild, səh.186; "Ər-riyazun-nəzrə”, 1-ci cild, səh.163) Ənsardan olanlar xilafət məsələsini həll etmək üçün oraya toplaşmış-dılar. Mühacirlərdən də bir dəstə adam onlara qoşuldu. Artıq Peyğəmbərə qüsl verib, kəfən və dəfn işlərini yerinə yetirmək üçün o həzrətin öz yaxın adamlarından başqa bir kimsə qalma-mışdı.("Müsnədi-Əhməd”, 4-cü cild, səh.104-105; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.260; "Səfvətüs-səfvə, 1-ci cild, səh.85; "Tarixi-Xəmis”, 1-ci cild, səh.189; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.451 və başqa mötəbər sünnü kitabları.) Peyğəmbərin yanında qalanlar aşağı-dakılar idi: Peyğəmbərin əmisi Abbas ibni Əbdül Müttəlib, Əli ibni Əbu Talib (ə), Fəzl ibni Abbas, Qüsm ibni Abbas, Üsamət ibni Zeyd və Peyğəmbərin qulamı Saleh (yaxud Şəqran).
    ƏBU BƏKRİN QALİB DƏSTƏSİ
    Səqifədə Ömər və Əbu Bəkrin havadarları aşağıdakılar idi: Ənsardan Üseyd ibni Hüzeyr, Üveym ibni Saidə, Muin ibni Ədi, Asim ibni Ədi, eləcə də Müğeyrət ibni Şöbə, Əbdürrəhman ibni Ovf və Əbu Übeydə Cərrah.("Əl-üməm vəl-müluk”, (ixtisarla) 2-ci cild, səh.456; "Şərhi-Nəhcül-bəlağə”, 6-cı cild, səh.10-19; 2-ci cild, səh.39 (20 cildli çap.))
    Bunlar həmin gün Əbu Bəkrlə beyət etmək üçün layiqincə xidmət etdilər. Əbu Bəkr və Ömər də onların "əməyini” yerə vurmayıb, həmişə onlara hörmət edirdilər. Əbu Bəkr ənsardan heç kəsi, Üseyd ibni Hüzeyrdən qabağa salmazdı. Ömər də onu özünə qardaş bilirdi. O, öldükdən sonra da haqqını itirmədi.
    Üveym öldükdən sonra Ömər onun qəbri üstünə gəlib dedi: "Dünyada heç kim bu qəbrin sahibindən yaxşı olduğunu iddia edə bilməz!”
    O, Əbu Übeydəni isə Rum (Roma) impera-torluğu ilə müharibəyə göndərdiyi qoşunun sərkərdəsi təyin etdi. Ömər özündən sonra xəlifə təyin etmək istədikdə, Əbu Übeydənin sağ olmadığından təəssüflənib çox narahat olurdu.
    Çünki o deyirdi ki, əgər Əbu Übeydə sağ olsaydı, onu xəlifə təyin edəcəkdi. (O, taun xəstəliyindən vəfat etmişdi.) Öz xilafəti dövründə Ömər, Müğeyrət ibni Şöbəni, etdiyi zina əməlinə görə bağışlayıb onun barəsində ilahi cəza qanununun icra olunmasına mane oldu. Onun adı həmişə sərkərdələr sırasında idi. Ömər Əbdürrəhman ibni Ovfun da yaxşılığını unutmayıb, öz ölümündən sonra xəlifə təyin etməyin həlledici rolunu onun öhdəsinə qoydu.
    Səqifədə Ömər camaatı Əbu Bəkrə beyət etməyə təşviq, beyət etməyənləri isə təhdid edirdi. Bundan sonra Əbu Bəkr ayağa qalxıb dedi: "Camaat! Mühacirlər Allaha pərəstiş edib Onun Rəsuluna iman gətirən ilk şəxslərdir. Bunlar Peyğəmbərin tayfasından və onun köməkləridir. Bunlar Peyğəmbərdən sonra xilafətə daha layiq və hamıdan üstündür. Zülmkarlardan başqası bu barədə onlarla mübarizə etməz. Əbu Bəkr daha sonra ənsardan olanları tərifləyib dedi: "İslamı qəbul etməkdə, qabağa düşən mühacirlərdən sonra heç kəs siz ənsarın məqamında ola bilməz. Deməli biz əmirlərik, siz isə vəzirlər.”
    Elə bu zaman Həbab ibni Münzər ayağa qalxıb dedi: "Ey ənsarlar, ümmətə rəhbərliyi öz əlinizə alın, qoyun başqaları sizin sayənizdə və əlinizin altında olsunlar və heç vaxt sizinlə müxalifətçilik etməyə cürət etməsin-lər. Heç vaxt öz aranızda ixtilaf salmayın. Əks halda düşmənlər fürsətdən istifadə edib sizin əqidənizi puç edərlər, nəticədə tam məğlubiyyətə uğrayarsınız. Biz özümüzə bir əmir seçək, onlar da başqa bir əmir. Ömər dedi: Heç vaxt iki padşah bir iqlimdə (bir yerə) sığmaz. Ərəblər Peyğəmbərin sizdən olmadığı halda sizin onlara hakim olmağınıza heç vaxt razı olmazlar, ancaq Peyğəmbər kimin arasından çıxıbsa, onların hakimliyinə heç vaxt etiraz etməzlər. Bu iddiamızın isbatı üçün çoxlu dəlilimiz vardır. Məhəmmədin padşahlıq mirası üstündə bizimlə kim müharibə edəcək? Halbuki, biz onun köməkçilərindən və tayfasın-danıq. Bizimlə yalnız o kəslər müharibə edər ki, özləri günah etsinlər, yaxud batil yolda olsunlar və ya özlərini ölümə vermiş olsunlar.
    Həbab ilə Ömərin mübahisəsi dava-dalaşla nəticələndi. Ömər onu tutub qarnına bir təpik vurdu və ağzına torpaq doldurdu. Sonra Əbu Übeydə söhbətə başlayıb belə dedi: "Ey ənsarlar, siz Peyğəmbərə kömək edən ilk dəstəsiniz. İndi də yolu dəyişən ilk şəxslər siz olmayın!”("Şərhi-Nəhcül-bəlağə”, 6-cı cild, səh.5-13; 1-ci cild, səh.174; 2-ci cild, səh.38-39; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.445 səhifədən sonra.)
    Bu zaman əvvəldən Səd ibni Übadəyə həsəd aparan xəzrəcli Bəşir ibni Səd ayağa qalxıb dedi: "Ey ənsarlar! Allaha and olsun, bizim müşriklərlə cihad aparıb dini təbliğ etməkdə fəzilət sahibi olmağımıza baxmayaraq Allahın razılığını qazanmaq, Peyğəmbərə itaət etmək və çətinliklərə sinə gərməkdən başqa bir məqsədimiz olmayıb. Elə buna görə də bizim camaatın işinə qarışmağımız düzgün deyil. Məhəmməd Qüreyş qəbiləsindəndir. Buna görə də xəlifənin onun qohumlarından olması daha yaxşıdır. Allahdan qorxun, onlarla müharibə və müxalifət etməyin.”
    Əbu Bəkr dedi: "Camaat! İndi Ömər və Əbu Übeydə buradadır, onların hər hansı ilə istəsəniz beyət edin.”
    Ömər və Əbu Übeydə bir ağızdan dedilər: "Allaha and olsun, sən olan yerdə biz heç vaxt belə bir işə razı olmarıq.”
    Bu zaman ənsar (yaxud xilafətin əldən çıxdığını görənlər) "Biz Əlidən başqa heç kimsə ilə beyət etməyəcəyik” - deyə səslərini ucaltdılar.
    Sünnü tarixçilərindən olan Təbəri və ibni Əsir yazırlar: "Bu söz o zaman deyildi ki, artıq Ömər Əbu Bəkrlə beyət etmişdi. Ömər özü sonralar deyirdi: Hay-küy ucalanda ixtilaf yaranacağından qorxdum. Odur ki, Əbu Bəkrə "əlini ver, səninlə beyət edim”-dedim.("Sireyi-ibni-Hişam”, 4-cü cild, səh.336; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.246; "Şərhi-Nəhcül-bəlağə” 2-ci cild, səh.25; "Əl-üməm vəl-müluk” 2-ci cild, səh.447)
    Başqa rəvayətə görə Ömər belə deyirmiş: "Biz qorxduq ki, bu yığıncaqda beyət işi baş tutmasın, camaat dağılışsın və başqa bir adamla beyət etsinlər. Belə olan təqdirdə isə, ya ikrah üzündən o şəxsin xilafətini qəbul etməli, ya da onunla müxalifət edib yeni bir fitnə törədəcəkdik.”("Təlxisi-şərhi-Nəhcül-bəlağə”, 6-cı cild, səh.5; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.447)
    Ömərin "başqa bir adamla beyət” deməkdə məqsədi Əli idi. Sanki o, Əli (ə)-la müharibə etməyi ona beyət etməkdən üstün bilirmiş. Çünki, Ömər təkcə həyatda olduğu zaman deyil ölümündən sonra da Əli (ə)-ın xilafətə çatmasına razı deyildi.
    Nəhayət Ömər və Əbu Übeydə Əbu Bəkrlə beyət etməyə tələsdilər. Ancaq Bəşir ibni Səd onları da qabaqlayıb Əbu Bəkrlə beyət etdi.
    Ovs tayfası bütün bu hadisələri və Bəşirin Əbu Bəkrlə beyət etməsini görür, Qüreyşin dəvətini, xəzrəclilərin Səd ibni Übadə ilə beyət barədə dedikləri eşidirdilər. Onlardan Üseyd ibni Hüzeyr başda olmaqla bir dəstə adam ayağa qalxıb dedi: Allaha and olsun, əgər xəzrəclilər hətta bir dəfə olsun belə ümmətə rəhbərliyi ələ keçirsələr və bu gün bu səadət onlara nəsib olsa onda bu, həmişəlik olaraq onlara qismət olacaq və bundan sonra sizə heç nə çatmayacaq. Tez olun, Əbu Bəkrlə beyət etməyə tələsin.”
    Bu sözlərdən sonra camaat hamılıqla ayağa qalxıb Əbu Bəkrlə beyət etdi. Camaatın izdihamından az qaldı ki, Səd ibni Übadə ayaqlar altında əzilsin.("Təlxisi-şərhi-Nəhcül-bəlağə”, 6-cı cild, səh.5; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.447) Sədin ətrafında olanlar "Ehtiyatlı olun! Sədi tapdalayarsınız” - deyə qışqırdılar.
    Ömər: "Öldürün onu, Allah onu öldürsün!”(Tarixi-Yəqubi”, 2-ci cild, səh.124)-dedi. Sonra Sədin başı üstə durub dedi: "Səni elə əzişdirmək istəyirəm ki, bütün bədən üzvlərin bir-birinə qarışsın.” Bu zaman Qeys ibni Səd gəlib Ömərin saqqalından tutdu və dedi: "Allaha and olsun, əgər Sədin başından bir tük əksik olsa, ağzında bir salamat diş qoymaram!”
    Bunu görən Əbu Bəkr uca səslə dedi: "Ey Ömər, təmkinli ol! İndi bizim təmkinli olmağımıza daha çox ehtiyac var.”
    Ömər, Sədə toxunmadan geri qayıtdı. Səd ona dedi: "Allaha and olsun! Əgər ayağa qalxa bilsəydim, Mədinənin küçələrində fəryad qoparıb elə sözlər deyərdim ki, sən və köməkçilərin qorxudan deşiklərdə gizlənərdiniz. Allaha and olsun, səni elə adamların yanına göndərərdim ki, onlara nökər olardın, əmir yox!”
    Sonra öz tərəfdarlarına üz tutub dedi: "Məni buradan aparın.”
    Sədin tərəfdarları onu çiyinlərinə alıb, evinə apardılar.(-"Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.459 (8 cildli çap.) )
    Əbu Bəkr Cövhəri yazır: "Ömər bu gün belini möhkəm bağlamışdı. O, Əbu Bəkrin qabağında qaça-qaça şüar verir və belə deyirdi: "Diqqət! Camaat, Əbu Bəkrlə beyət edin...”(- "Abdullah ibni Səba”, 1-ci cild, səh.115; "Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.133) Mədaini və Vaqidi belə nəql edirlər: "Müin ibni Ədi küçədə hər kimi görürdüsə, boyunlarından tutub, dörd ayaqlı heyvanları dartdığı kimi onları da dartıb səqifəyə, Əbu Bəkrlə beyət etməyə gətirirdi.”("Şərhi-Nəhcül-bəlağə”, 6-cı cild, səh.119)
    Səqifədə olanlar Əbu Bəkri məscidə gətirdilər ki, camaatın hamısı onunla beyət etsin. Bu zaman Əli (ə) və Abbas Peyğəmbərin pak və müqəddəs bədəninə qüsl verirdilər. Hələ qüsl işi qurtarmamışdı ki, Əli (ə) məsciddən gələn təkbir səslərini eşidib "bu nə səsdir? - deyə soruşdu. Ona, "Camaat Əbu Bəkrlə beyət edir” - deyə cavab verdilər.
    Elə bu zaman Bərra ibni Azib tələm-tələsik gəlib, Bəni Haşim tayfasının qaplarını döydü və dedi: "Ey Bəni Haşim! Camaat Əbu Bəkrlə beyət edir!” Bəni Haşimdən olanlar təəccüblə dedilər: "Camaat, bizim Peyğəmbərin yaxın qohumlarının iştirak olmadan heç bir iş görməz!”
    Abbas dedi: "Kəbənin sahibinə and olsun! Elə bir iş gördülər ki, onu görməməli idilər.”
    Ənsar və mühacirlər xilafətin Əli (ə)-a çatacağına heç vaxt şübhə etmirdilər. Yəqubi, ibni Azibdən belə nəql edir: "Abbas Bəni Haşimə üz tutub dedi: "Əliniz əbədi olaraq torpağa bulaşdı. Bilin ki, mən sizə dedim, ancaq siz itaətsizlik edib boyun qaçırdınız.”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.124)
    Səqifədə beyət işi qurtardıqdan sonra camaat Əbu Bəkri hay-küylə məscidə gətirdi. Həmin gün Ömər tez-tez Əbu Bəkrə deyirdi: "Minbərə çıx.” Ömər bu sözü o qədər israrla təkrar etdi ki, axırda o, minbərə çıxdı. Camaat axşama kimi Əbu Bəkrlə beyət etdilər, amma onlar Peyğəmbərin dəfn mərasimində iştirak etmək fikrində deyildilər.("Ər-riyazun-nəzərə”, 1-ci cild, səh.164; "Tarixi-Xəmis”, 1-ci cild, səh.188)
    ÜMUMİ BEYƏT VƏ PEYĞƏMBƏRİN (S) DƏFN OLUNMASI
    Bütün bu keşməkeşlərdən sonra, Əbu Bəkrin "xilafət müsabiqəsində” müvəffəqiyyət qazanma-ğına və çoxlarının ona beyət etməsinə baxma-yaraq, bu qələbə qəti deyildi və xilafət hələ də rəsmiyyət qazanmamışdı. Sünnü tarixçisi və böyük müfəssir Təbəri yazır: "Elə həmin gün Əsləm qəbiləsi Mədinəyə gəlmişdi. Sayları o qədər çox idi ki, küçələrə sığışmırdı. Onlar Mədinəyə gəlib Əbu Bəkrlə beyət etdilər.”
    Ömər dəfələrlə deyirdi: "Əsləm qəbiləsini gördükdə qəti qələbənin bizimlə olduğunu yəqin etdim.”("Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.458-459; "Əl-kamil”, 2-ci cild, səh.224)
    Mərhum Şeyx Müfid yazır: "Əsləm qəbiləsi Mədinəyə alış-veriş üçün gəlmişdilər. Onlara deyildi ki, bizə kömək edin, Peyğəmbərin xəlifəsi üçün beyət alaq. Cavab müsbət olsa, sizə çoxlu mal verərik. Onlar tamahlanaraq Əbu Bəkrə kömək etməyə başladılar.”("Əl-cüməl”, səh.66)
    İbni Əbil Hədidin yazdığı kimi, Əbu Bəkr məhz Əsləm tayfasının beyəti ilə öz yerini möhkəmlətdi.("Abdullah ibni Səba”, ("Nəhcül-bəlağə”dən nəqlən), 6-cı cild, səh.287)
    Sabahı gün Əbu Bəkr məscidə gəlib camaatdan ümumi beyət almaq üçün minbərə çıxdı. Onun söhbətindən qabaq Ömər ayağa qalxıb, Allaha həmd-səna etdikdən sonra dedi: "Dünənki sözüm (Peyğəmbərin ölmədiyi haqda dediyi söz) nə Qurandan idi, nə də hədisdən. Mən sadəcə olaraq Peyğəmbərin camaatın işlərini axıra kimi və tam şəkildə həll edib, hamıdan sonra dünyadan gedəcəyini güman edirdim. Peyğəmbər Quranı sizin aranızda qoyub getdi. Quranın göstərişlərinə əməl etsəniz o sizi Peyğəmbərin yolu ilə aparacaq. İndi isə o, sizə rəhbərliyi aranızda ən yaxşı adama və mağaradakı iki nəfərdən birinə tapşırıb. Onunla beyət edin.”("Tarixi-əl-üməm vəl-müluk”, 2-ci cild, səh.450; "Əl-kamil”, 2-ci cild, səh.224)
    Buxari yazır: "Səqifədə bir dəstə adam Əbu Bəkrlə beyət etmişdi. Ancaq ümumi beyət məsciddə baş verdi.”("Abdullah ibni Səba”, ("Səhihi-Buxari”dən nəqlən); 4-cü cild, səh.65)
    Beyətdən sonra Əbu Bəkr Allaha həmd-səna edib dedi: "Ey camaat! Sizə rəhbərlik etmək mənə həvalə edilib, halbuki, mən sizin aranızda xilafət üçün ən layiqli şəxs deyiləm. Yaxşı əməl etdikdə mənə kömək edin, yox əgər pis əməl etsəm və yoldan çıxsam məni düz yola çəkin. Nə qədər ki, Allahın və Peyğəmbərin dediklərinə əməl edirəm,(Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.458 (8 cildili çap.)) mənə tabe olun. Hər vaxt Allahın və Peyğəmbərin sözündən çıxsam, mənə itaət etməyin. Sonra dedi:
    Agah olun, mənim üçün bir şeytan var, bəzən mənə hakim olub yoldan çıxardır. O şeytan mənə yaxınlaşdıqda məndən uzaq olun ki, mən sizin mal və canınızdan öz xeyrimə istifadə etməyim.
    BEYƏTDƏN SONRA
    Allahın Rəsulu Həzrət Məhəmməd (s) bazar ertəsi, sübh çağı dünyasını dəyişdi. Camaat o həzrətin dəfn mərasimində iştirak etmək əvəzinə başqa işlərlə məşğul idilər.("Təbəqat”, (İbni Səd), 2-ci cild, səh.78)
    Onlar bazar ertəsi günündən çərşənbə axşamı axşam çağına kimi üç işlə məşğul oldular:
    Birinci: Səqifədə toplaşıb çıxışlar etdilər.
    İkinci: Səqifədə Əbu Bəkrlə beyət etdilər.
    Üçüncü: Mədinə məscidində Əbu Bəkrlə ümumi beyət etdilər. Sonra Ömər onlarla söhbət etdi. Əbu Bəkr isə camaata namaz qıldı.
    Tarixçilər yazırlar: "Əbu Bəkrlə ümumi beyət başa çatdıqdan sonra camaat çərşənbə axşamı günü Peyğəmbərin qəbrinə namaz qılmağa gəldilər.("Sireyi-ibni Hişam”, 4-cü cild, səh.343; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.450; "Kamil” (İbni Əsir), 2-ci cild, səh.225; "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.248; "Sireyi-Hələbiyyə, 3-cü cild, səh.392-394) Onlar dəstə-dəstə gəlib Peyğəmbərin qəbrinə cənazə namazı qıldırdılar.("Sireyi-ibni Hişam”, 4-cü cild, səh.343) Peyğəmbərin cənazəsinə (dəfndən qabaq) camaat namazı qılınmadı.("Təbəqat” (İbni Səd), 2-ci cild, 2-ci qism, səh.70)
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 901 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024