İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 7:46 AM
    PEYĞƏMBƏRİN (S) DƏFN MƏRASİMİNDƏ İŞTİRAK EDƏNLƏR
    Abbas, Əli (ə), Fəzl və Peyğəmbərin qulamı Saleh o həzrətə qüsl verib, cənazəni torpağa tapşırdılar. Peyğəmbərin bu vəfalı dostlarından başqa, qalan müsəlmanlar səqifədə xəlifə təyin edirdilər.("Təbəqat” (İbni Səd), 2-ci cild, 2-ci qism, səh.70) Başqa bir rəvayətə görə Peyğəmbəri aşağıda adları çəkilən dörd nəfər dəfn etdi: Əli (ə), Fəzl və Qəsəm (Abbasın oğulları) və Peyğəmbərin qulamı Şəqran.("Kənzül-ümmal”, 4-cü cild, səh.54-60) Bəziləri Üsamənin də orada olduğunu qeyd etmişlər.
    Peyğəmbərə qüsl verib, kəfənə bükən də elə bunlar idi.("İqdül-fərid”, 3-cü cild, səh.61; "Tarixi-Zəhəbi”, 1-ci cild, səh.321-326) Ömər və Əbu Bəkr isə Peyğəmbərin dəfn mərasimində iştirak etmədilər.("Kənzül-ümmal”, 3-cü cild, səh.140; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.451) Ayişə özü belə rəvayət edir: "Biz Peyğəmbər (s)-in dəfn olunmasını yalnız çərşənbə axşamı gecə yarısında bel səslərindən anladıq.”("Sireyi-ibni Hişam”, 4-cü cild, səh.342; "Əl-üməm vəl müluk”, 2-ci cild, səh.452-455; "Əl-bidaytu vən-nihayə, 5-ci cild, səh.270; "Müsnədi-Əhməd”, 6-cı cild, səh.242-274)
    Ümmül-möminni Ayişədən soruşmaq lazımdır: "Ey Peyğəmbərin hörmətli zövcəsi, həyat yoldaşınız sənin evində vəfat etdiyi halda qüsl və dəfn zamanı harada və hansı mühüm işlə məşğul idin?”
    Şübhəsiz ki, o, atası Əbu Bəkrin xilafə-tinin təməlini möhkəmlətmək üçün çalışırdı.
    ƏBU BƏKRLƏ BEYƏTİN MÜXALİFLƏRİ
    Sünnü alimləri iddia edirlər ki, Əbu Bəkrlə beyət "icma” şəklində olmuş (yəni hamı yekdil nəzərdə olmuş) və müsəlmanlardan bir kimsə buna müxalif olmamışdır.
    Halbuki, əvvəldə qeyd etdiyimiz kimi, müsəlmanlar səqifədə bir neçə dəstəyə bölünmüşdü və hər dəstənin də xilafət üçün öz namizədi vardı. Onların bir dəstəsi Səd ibni Übadənin, ikinci dəstə isə Əbu Bəkrin tərəfdarı idi. Üçüncü dəstə də, səqifədə iştirak etməyib Peyğəmbərin (s) pak cənazəsinin qüsl və kəfən işlərinə məşğul olanlar idi ki, onlar da Əli (ə)-ın tərəf-darları idilər.
    Əbu Bəkrin dəstəsi xilafəti ələ keçirmək uğrunda aparılan mübarizədə qalib gəldi, Səd ibni Übadənin dəstəsi isə tamamilə məğlub oldu. Lakin Əli (ə)-ın tərəfdarları Əbu Bəkrlə, başqa sözlə, dövrün hakimiyyəti ilə müxalifət edib, ənsarların rə”ylərini özlərinə cəlb etməyə çalışırdılar.
    Yəqubi yazır: "Ənsar və mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyət etməkdən imtina edib, Əli (ə)-la beyət etməyə meyl göstərdilər. Abbas ibni Əbdül Müttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvam, Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Bərra ibni Azib və Übeyy ibni Kə”b Əli (ə)-ın tərəfdarlarından idilər.”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.124)
    Cövhəri yazır: "Bunlar gecə ikən bir yığıncaq təşkil edib bu iş barəsində ənsar və mühacirlərlə məşvərət etməyi qərara aldılar. Bundan sonra Əbu Bəkr Öməri, Əbu Übeydəni və Müğeyrət ibni Şöbəni öz yanına çağırıb onlardan soruşdu: Bu haqda sizin fikriniz nədir?
    Onların üçü də bir ağızdan dedilər: Abbas ibni Əbdül Müttəlibi öz yanına çağırıb, xilafətin bəzi vəzifələrinin ona və övlad-larına çatacağını vəd etməlisən. Əgər Abbas bu təklifi qəbul etsə Əlinin tərəfindən xatircəm olacaqsan. Abbasın sizə qoşulması Əlinin ziyanına tamam olacaq.("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.52)
    Əbu Bəkr bu təklifi bəyəndi. Gecə ikən Ömər, Əbu Übeydə və Müğeyrə ilə birlikdə Abbasın evinə getdilər. Əbu Bəkr dedi: "Həqiqətən Allah Mühəmmədi (s) Öz sözünü camaata çatdırıb, möminlərə başçı olmaq üçün göndərmişdir. Peyğəmbər (s) dünyadan köçəndə camaatı tam ixtiyar sahibi etdi ki, öz məsləhətlərini tam ixlasla ayırd etsinlər. Onlar da məni özlərinə hakim, işlərinə keşikçi seçdilər. Mən də bu işi qəbul etdim. Allahın köməkliyi ilə bu işdən heç bir qorxum yoxdur. Mənə xəbər çatıb ki, bəziləri sizə arxalanıb bəzi-bəzi sözlər deyir və məni tənqid edirlər. Onlar yalnız sinin ictima-iyyətdə böyük şəxsiyyət olduğunu əsas tutub bu işi görürlər. Elə buna görə də siz ya camaata qoşulun, ya da onları bu kimi xam xəyallardan daşındırın. İndi biz sənin yanına gəlmişik ki, hökumətdən sənin və övladlarının payına düşən bəzi vəzifələri verək. Çünki, sən Peyğəmbərin əmisisən. Camaat sənin və dostunun məqamını bildikləri halda, sizdən üz döndəriblər. Ey Bəni Haşim! Eşidin və bilin, Peyğəmbər həm sizə, həm də bizə aiddir. Onun qohumu təkcə siz deyilsiniz!”
    Ömər ibni Xəttab əlavə edərək dedi: "Bizim sənin köməyinə möhtac olduğumuz üçün bura gəldiyimizi fikirləşmə. Xeyr! Heç də belə deyil. Əksinə, müsəlmanların fikir birliyində olduqları bir işdə sənin müxalifətçi olduğunu görmək istəmədiyimiz üçün bura gəlmişik. Çünki, bu işin ziyanı həm sənə, həm də onlara dəyəcəkdir. Buna görə də öz xeyriniz üçün fikirləşin!”
    Abbas Allaha həmd səna etdikdən sonra belə dedi: "Sən də dediyin kimi, Allah Mühəmmədi (s) öz ardıcıllarına və möminlərə köməkçi olmaq üçün peyğəmbər seçmişdi. Nəhayət, onu Öz yanına çağırdı. O, müsəlmanları öz ixtiyarla-rına buraxdı ki, haqqı tapıb onu özləri üçün seçsinlər, nəinki yollarını azıb haqdan başqa tərəfə yönəlsinlər!
    Sən, qəsb etdiyin bu haqqı Peyğəmbərin öz adından almısansa, bilməlisən ki, bu bizim haqqımızdır və sən onu qəsb etmisən. Əgər Peyğəmbərin (s) tərəfdarlarının adından bu haqqa nail olmusansa, bil ki, elə biz də onun ardıcıllarıyıq və sənin işinə müdaxilə etmə-mişik.
    Ancaq bil ki, biz bu işdən tam narazıyıq. Əgər bu iş (xəlifəlik) möminlərin tərəfin-dən sənə verilibsə, biz bu işə razı olmadığımız üçün bu sənin haqqın olmayacaqdır. Bu nə sözdür?! Bir tərəfdən deyirsən ki, mənə etiraz edirlər, digər tərəfdən də iddia edirsən ki, məni xəlifə seçiblər. (Bu iki söz isə bir-birinə ziddir.) Bir tərəfdən özünü Peyğəmbərin xəlifəsi sayırsan, digər tərəfdən də deyirsən ki, Peyğəmbər camaatı öz ixtiyarlarına buraxıb ki, bir nəfəri xəlifə seçsinlər, onlar da səni xəlifə və başçı seçiblər! Mənə verəcəyin vəzifəyə gəldikdə isə, bilməlisən ki, əgər o, möminlərin haqqıdırsa və sən onu mənə vermək istəyirsənsə, bil ki, sənin bu işi görməyə ixtiyarın yoxdur. (Başqa bir rəvayətə görə belə dedi: "Əgər o pay sənin öz qanuni haqqındırsa, bizim ona ehtiyacımız yoxdur.) Yox, əgər bizim öz haqqımızdırsa, onda onun hamısını verməlisən, yarısını verib, o biri yarısını özündə saxlamağına razı deyiləm. İndi isə, heç narahat olma! Peyğəmbər bir ağacdan idi, biz isə onun budaqlarıyıq, siz isə onun kölgəsində oturanlarsınız. Amma, ey Ömər! Sən camaatı bizdən qorxudursan. Bu sənin ilk işin deyil, sən elə əvvəllər də belə edirdin. Biz Allahdan kömək istəyirik.”("Şərhi-Nəhcül-bəlağə”, 1-ci cild, səh.220-221)
    Onların Abbasla müzakirəsi heç bir müsbət nəticə vermədikdən sonra evdən çıxıb getdilər. Əbu Bəkr və Ömər müxaliflərin qiyam edəcə-yindən qorxduqları üçün etiraza səbəb olan hər hansı bir sözü deyə bilmirdilər. Bu iş hətta Əbu Bəkrin ölümündən sonra belə, Öməri çox narahat edirdi. Belə ki, Ömər öz hakimiyyəti dövründə özündən sonrakı xəlifə haqda söz-söhbət edən hər kəsə kobudcasına cavab verirdi.
    Təbəri, ibni Abbasdan nəql edir ki, o belə deyirmiş: "Əbdürrəhman ibni Ovfla Quran oxuyurduq. Elə bu zaman Ömər həcc səfərinə hazırlaşırdı. Biz də hazırlaşıb onunla getdik. Əbdürrəhman ibni Ovf Minada dedi: Ömərlə birlikdə idim, bir nəfər gəlib ona dedi: O filan şəxs (yəni Əmmar Yasir) deyir ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə)-la) beyət edəcəyik.
    Ömər əsəbiləşib dedi: Elə bu gecə onların cavabını verəcəyəm!
    Mən dedim: Ey əmir! İndi həcc mövsümüdür, bu sözlərin yeri deyil. Bir az səbr et, Mədinəyə çataq. Mədinə hicrət və sünnət diyarıdır. Peyğəmbərin səhabələri də oradadılar. Onlarla məsləhətləşib sözünü deyərsən.
    Ömər Mədinəyə çatan vaxtda kimi səbr etdi. Mədinədə birinci cümə namazında minbərə çıxıb dedi: Sizlərdən biri (yəni Əmmar Yasir) deyib ki, əgər Ömər ölsə filankəslə (yəni Əli (ə))-la beyət edəcəyəm. Bu məsələ heç kəsi aldatmasın və Əbu Bəkrlə beyətin gözlənilməz və tələm-tələsik olduğunu deməyin. Baxmayaraq ki, həqiqət belə idi, amma Allah bizi onun şərrindən saxladı. İndi sizin aranızda elə bir şəxs yoxdur ki, siz ona qeydsiz-şərtsiz itaət edəsiniz.
    HƏZRƏT FATİMEYİ ZƏHRANIN (Ə) EVİNƏ HÜCUM
    Əbu Bəkr hakimiyyətdə öz yerini bərkitdikdən sonra onunla beyət etməyib etiraz əlaməti olaraq həzrət Fatimeyi Zəhra (ə)-ın evinə yığışan müxalifləri, eləcə də sair müxalifləri tutub, zorla beyət etdirmək qərarına gəldi. Müxalifət edən şəxslər aşağıdakılar idi: Əli (ə), Zübeyr, Təlhə, Səd ibni Əbi Vəqqas, Əbuzər, Miqdad, Əmmar, Peyğəmbərin əmisi Abbas, Abdullah ibni Abbas, Qəsəm ibni Abbas, Hüzeyfə, Xalid ibni Səid, Bərra ibni Azib, Übeyy ibni Kə”b və Bəni Haşim tayfasından bir dəstə adam.
    İbni Əbil Hədid Əbu Bəkrin məmurlarının Fatimeyi Zəhra (ə)-ın qapısına getmələri haqda bir neçə rəvayət nəql edib. Onların bəzilərini aşağıda qeyd edirik:
    1-Məhəmməd ibni Əbdül Əziz deyir: "Əbu Bəkrlə beyət olunan zaman Təlhə və Zübeyr Əli (ə)-ın haqqı barəsində Əbu Bəkrlə müxalifət edib, Zəhra (ə)-ın evinə yığışmışdılar və orada məşvərət edirdilər. Ömər Fatimə (ə)-ın qapısına gəlib dedi: "Ey Peyğəmbərin qızı! Dünyada bizim üçün atandan əziz bir adam yoxdur. Atandan sonra da bizim üçün səndən əziz bir adam yoxdur! Ancaq Allaha and olsun! Bu məhəbbət sənin evinə yığışan şəxslərə xatir evini yandırmağımızın qarşısını ala bilməz!”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.45)
    2-Əbu Bəkr Cövhəri, Əbül Əsvəddən belə nəql edir: "Mühacirlərdən bir dəstəsi Əbu Bəkrlə beyətə çox qəzəblənmişdilər. Çünki, bu beyət məşvərətsiz həyata keçmişdi. Əli (ə) və Zübeyr əsəbiləşmiş halda Fatimənin evinə daxil oldular. Ömər Əbdül Əşhəl tayfasından olan Üseyd ibni Hüzeyr və Səlmə ibni Səlamətin də iştirak etdiyi bir qoşunla gəldi.
    Fatimeyi Zəhra (ə) onları Allaha and verdi. Onlar isə buna etina etmədən evə soxuldular. Əli (ə)-ın və Zübeyrin qılıncını aldıqdan sonra divara vurub sındırdılar. Sonra isə Ömər Əli (ə)-ı və Zübeyri evdən çıxarıb beyət almaq üçün Əbu Bəkrin yanına gətirdi. Əbu Bəkr ayağa qalxıb, camaata xütbə oxuduqdan sonra dedi: Mənimlə beyət tələm-tələsik oldu, ancaq Allah camaatı bu işin şərrindən saxladı. Fitnə-fəsad törənəcəyindən qorxduğum üçün məcburiyyət qarşısında qalıb onu (xilafəti) qəbul etdim.
    Allaha and olsun! Bir günlük olsa belə xilafət düşkünü deyiləm. Elə bir vəzifənin altına girmişəm ki, onu idarə etməyə gücüm çatmır.”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.50)
    3-Əbdürrəhman deyir: "Əbu Bəkr minbərə çıxdıqda Əli (ə), Zübeyr və Bəni Haşimdən bir dəstə adam Fatimə (ə)-ın evində idilər. Ömər onların yanına gedib dedi: Ömərin canı qüdrət əlində olan Allaha and olsun: Ya bu evdən çıxıb beyət etməlisiniz, ya da evi siz qarışıq yandıracağam!”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.56)
    4-Səd ibni Əbi Vəqqas və Miqdad ibni Əsvəd Fatimeyi Zəhra (ə)-ın evinə yığışanlardan idi. Onlar Əli (ə) ilə beyət etmək istəyirdilər. Ömər, evi onlar qarışıq yandırmaq üçün oraya gəldi. Zübeyr qılıncını siyirib onlara hücum etdi. Zəhra (ə) ağlar halda evdən çıxıb camaatdan kömək istəyirdi.”
    5-Əbu Bəkr Ömərə dedi: "Xalid ibni Vəlid haradadır? Gedib Əli ilə Zübeyri buraya gətirin!”
    Ömər Xalidlə birlikdə Əlinin evinə getdilər. Ömər evə daxil oldu, Xalid isə çöldə qaldı. Ömər Zübeyrə dedi: Bu qılınc nədir?
    Zübeyr dedi: Əliyə beyət etmək üçün hazırlaşmışam.
    Evdə çox adam vardı, Miqdad ibni Əsvəd və Bəni Haşimin hamısı orada idi. Ömər qılıncı götürdü, evdə olan daş parçasına vurub sındırdı. Zübeyrin əlindən tutub onu darta-darta çölə çıxartdı və Xalidə tapşırdı. Xalid onu tutub saxladı.
    Əbu Bəkr onlara kömək etmək üçün xeyli adam göndərmişdi. Onlar da evin yanında idilər. Sonra Ömər içəri girib Əliyə "qalx, beyət et!”-dedi. Sonra Əli (ə)-ın əlindən tutub onu yerindən qaldırmaq istədi. Əli (ə) qalxmadı. Ömər ona hücum edib Zübeyri evdən çıxartdığı kimi onu da zorla evdən çıxartdı. Xalid onların hər ikisini (Əli və Zübeyri) tutub, yola düşdülər. Xalid Əlini, Zübeyri və evdə onları qabaqdan çəkir, Ömər isə arxadan qovurdu. Mədinənin küçələrinə yığışan camaat da bunlara baxırdılar.
    Fatimə (ə) Ömərin Əli (ə)-a qarşı etdiyi hörmətsizlikləri gördükdə ucadan nalə edib ağladı. Ona qoşulmuş haşimi və sair qadınlar da ucadan ağlayıb, nalə edirdilər. O, öz evindən məscidə açılan qapıdan çıxıb dedi: "Ey Əbu Bəkr! Peyğəmbərin (s) əhlinə nə tez hiylə iş-lətdiniz?! Allaha and olsun, nə qədər ki, sağam Öməri danışdırmayacağam.”
    Bu rəvayətdə təəccüblü olan şeylərdən biri də budur ki, sünnü alimləri iddia edirlər ki, Peyğəmbər (s), Əbu Bəkrin qapısından başqa, məscidə açılan bütün qapıların bağlanmasını əmr etdi. Bu hədisdə isə Fatimənin (ə) məscidə açılan qapıdan Əbu Bəkrlə söhbət etdiyinin şahidi oluruq. Sünnü alimlərinin nəql etdiyi bu və sair hədislərdən aydın olur ki, yalnız Əli (ə)-ın evinin qapısı məscidə açılırdı və Peyğəmbər (s) öz həyatında Əli (ə)-ın qapı-sından başqa məscidə açılan bütün qapıları bağlatdırmışdı. Halbuki, "Səhihi-Buxari”, "Tarixi-Təbəri” və "Əs-səvaiqül-muhriqə” kitab-larında bunu Əbu Bəkrin fəzilətlərindən hesab edirlər.
    6-Ziyad ibni Lübeyd Ənsari başqa bir şəxslə köməkləşib qılıncı Zübeyrdən almaq istədikdə, qılınc onun əlindən yerə düşdü. Onlar qılıncı götürüb daşa vuraraq sındırdılar. Sonra onları evdən çıxardıb, boyunlarından tutdular və çox kobud hərəkətlə arxadan qovaraq, Əbu Bəkrlə beyət etməyə gətirdilər.("Şərhi-Nəhcül-bəlağə”, 6-cı cild, səh.48; "Səhihi-Buxari”, 4-cü cild, səh.96 (9 cildli çap); "Səhihi-Termizi”, 1-ci cild, "Ma caə fi tərəkəti Rəsulillah” bəhsi.)
    TUTQUN GÜZGÜ
    İslamın ilk məşhur tarixçisi Məhəmməd ibni Cərih Təbəri, Əli (ə)-ın beyət etməsini Seyf ibni Ömərdən belə nəql edir: "Əli (ə) öz evində idi. Əbu Bəkrin özü üçün beyət alması məqsədilə bir məclis təşkil etdiyini ona xəbər verdilər. O, bircə köynək geydiyi halda dərhal evdən çıxdı. O, beyət işinə yubanmaq istəmirdi, odur ki, tələsik özünü məscidə çatdırdı ki, beyət etsin. Əbu Bəkrin yanına çatıb, oturduqdan sonra, paltarlarını gətirmək üçün bir nəfəri evə göndərdi. Paltarlarını gətirdikdən sonra, elə məsciddə geyindi.”("Tarixi-Əlüməm vəl-müluk”, 2-ci cild, səh.447 (8 cildlik Qahirə çapı.))
    İBNİ QÜTEYBƏNİN DEDİKLƏRİ
    İbni Qüteybə Fatimeyi Zəhra (ə)-ın evinə hücum hadisəsini belə nəql edir: "Əbu Bəkr, onunla beyət etməyib Əli (ə)-ın evinə yığışanlar barəsində soruşdu. O, Öməri bir dəstə ilə birlikdə Fatimənin evinə göndərdi. Ömər qapıya yaxınlaşıb, uca səslə dedi: "Evdən çıxın!” Onlar Ömərin dediklərinə etina etmədilər. Ömər od gətizdirib dedi: "Ömərin canı əlində olan Allaha and olsun, əgər çölə çıxmasanız, sizi ev qarışıq yandıra-cağam.”
    İçəridəkilər dedilər: "Ey Əba Həfs (Həfsin atası-Ömər), axı Fatimə də bu evdədir! (Hansı cəsarətlə belə deyirsən, halbuki Allah bu ev və onun əhli haqda bu ayəni göndərib:
    "(Ey Peyğəmbərimiz) Ümmətə de: Mən bu risalətim müqabilində sizdən, ən yaxın adam-larıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa heç bir əvəz istəmirəm.”("Şura” surəsi, 23-cü ayə.)
    Və Peyğəmbər (s) altı ay bu qapının arxa-sında gecə namazının nafiləsini qılıb, buyurub:
    "Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak-pakizə qərar versin.”("Əhzab” surəsi, 33-cü ayə.)
    Ömər dedi: Evdə Fatimə olsa da yandıraca-ğam!
    Fatimə (ə) qapının arxasında durub dedi: "Bizim ən pis yerdə və məqamda olan bir tayfa ilə heç bir əhdimiz yoxdur. Siz Peyğəmbərin (s) cənazəsini yerdə qoyub hökuməti özünüz üçün möhkəmləndirməyə qaçdınız. Bizdən icazə belə istəməyib, bizim haqqımızı qəsb etdiniz.”
    Ömər Əbu Bəkrin yanına qayıdıb dedi: Səninlə beyət etmək istəməyən bu şəxsi tutma-yaqmı?”
    Əbu Bəkr öz nökəri Qonfuza dedi: "Get, Əlini bizim yanımıza çağır.”
    Qonfuz Əbu Bəkrin dediklərini Əli (ə)-a çatdırdıqda, Əli (ə) "Onun bu sözdən məqsədi nədir?” - deyə soruşdu. Qonfuz dedi: "Peyğəm-bərin xəlifəsi səni öz hüzuruna çağırır.”
    Əli (ə) dedi: "Nə tez Peyğəmbərin adından yalan və iftira deyirsiniz?!”
    Qonfuz qayıdıb, olanları Əbu Bəkrə xəbər verdikdə, o, uca səslə ağlamağa başladı.
    Ömər yenidən Əbu Bəkrə dedi: "Bu müxalifəti yatırmayaqmı?!”
    Əbu Bəkr Qonfuzu yanına çağırıb dedi: "Əlinin yanına qayıt və ona de ki, möminlərin əmiri səndən beyət almaq üçün səni öz yanına çağırır.”
    Qonfuz gəlib Əbu Bəkrin dediklərini Əliyə çatdırdı. Əli (ə) təəccüblənib uca səslə dedi: "Sübhan Allah! Özlərinə layiq olmayan şeyləri iddia edirlər!”
    Qonfuz yenə Əbu Bəkrin yanına gəlib eşitdiklərini ona xəbər verdi. Əbu Bəkr yenə də uca səslə ağlamağa başladı. Bu dəfə daha çox ağladı. Bundan sonra Ömər bir dəstə ilə Fatimə (ə)-ın evinə gəlib, qapını döydülər. Fatimə (ə) onların səsini eşitdikdə ağlamağa başlayıb dedi: "Ey ata! Ey Rəsulallah! Bax gör, səndən sonra Xəttabın oğlu (Ömər) və ibni Qühafə (Əbu Bəkr) ilə nə halda görüşürəm! (Yəni onların bizə rəva gördükləri bu zülmə bax!)
    Camaat Fatimə (ə)-ın belə ağladığını gördükdə hamısı ağlar halda geri qayıtdılar. Zəhra (ə) o qədər yanıqlı ağlayırdı ki, cama-atın qəlbini dağladı. Ancaq Ömər öz adamları ilə qaldı və Əli (ə)-ı evindən çıxarıb beyət etmək üçün Əbu Bəkrin yanına gətirdilər. Əli (ə)-a "Əbu Bəkrlə "beyət et” - dedilər.
    Əli (ə) dedi: "Əgər beyət etməsəm nə olacaq?”
    Dedilər: "Misli və bərabəri olmayan Allaha and olsun, onda boynunu vurarıq.”
    Əli (ə) dedi: "Onda siz Allahın bəndəsini və Peyğəmbərin qardaşını öldürmüş olarsı-nız.”
    Ömər dedi: "Allahın bəndəsi olmağın düzdür, ancaq Peyğəmbərin qardaşı olduğun xeyr!.”
    Əbu Bəkr sakit dayanmışdı və heç nə demirdi.
    Ömər dedi: "Əlini səninlə beyət etməyə vadar etməyəkmi?”
    Əbu Bəkr dedi: "Nə qədər ki, Fatimə onun yanındadır, onu heç bir şeyə məcbur etməyəcəyik.”
    Sonra Əli (ə) Peyğəmbərin qəbrinin yanına gəlib ucadan ağlayaraq bu ayəni oxuyurdu:
    "(Ey anam oğlu,) həqiqətən də bu tayfa məni zəif bilib, az qala öldürəcəkdilər.”
    Başqa bir rəvayətdə oxuyuruq: "Ənsar və mühacirdən olan bir dəstə adamın Peyğəmbərin qızı Fatimənin evində Əli (ə)-ın başına yığışması xəbəri Əbu Bəkr və Ömərə çatdı.("Tarixi-Yəqubi”, c səh.156) Onların Əli (ə) ilə beyət edəcəkləri gözlə-nilirdi.”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.134)
    Əbu Bəkr Ömərə göstəriş verdi ki, onları evdən çıxartsın və əgər müqavimət göstərsələr, onlarla döyüşsün. Ömər evi yandırmaq üçün əlinə bir məş”əl alıb yola düşdü. Fatimə (ə) onları belə görüb dedi: "Ey Xəttabın oğlu, mənim evimi yandırmaq üçünmü gəlmisən?”
    Ömər dedi: "Camaata qoşulub beyət etməsəniz, bəli, yandıracağam!”("Əl-iqdül-fərid”, 3-cü cild, səh.64; (Əbül Fəda) 1-ci cild, səh.156)
    Böyük sünnü şairi Hafiz İbrahim bu hadisəni belə qələmə alıb:
    Şerin tərcüməsi:
    "Ömər Əliyə bir söz dedi, onun deyəni necə də böyük bir şəxsdir: "Əgər beyət etməsən, evinə od vuracağam. Elə yandıracağam ki, heç kim oradan sağ qurtarmayacaq.” Halbuki, Peyğəmbərin qızı (Zəhra) da evdə idi. Bu söz müxalifətçilərin və Ədnan süvarilərinin başçısı və onları himayə edən şəxsin qarşısında yalnız Ömərin tərəfindən deyilə bilərdi. Ondan başqa heç kim cürət edib bu sözü deyə bilməzdi.”("Abdullah ibni Səba”, səh.128-129)
    Yəqubi yazır: "Fatimə (ə) evdən çıxıb dedi: "Mənim evimdən çıxın, yoxsa, Allaha and olsun, başımı açıb, pərişan saçla Allah dərgahında nalə edərəm!” Sonra adamlar evdən çıxdılar. Evdəkilərin hamısı çıxıb getdikdən sonra tək-tək gəlib Əbu Bəkrlə beyət etdilər. Beyət etməyən şəxs isə yalnız Əli (ə) idi. O da altı aydan sonra (bəzi rəvayətlərə görə qırx gündən sonra) beyət etdi.”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.126 (2-cildli çap.))
    Nizam yazır: "Beyət günü Ömər Fatimeyi Zəhranın qarnına və böyrünə elə güclü zərbələr vurdu ki, onun bətnində olan uşağı (Möhsün) siqt oldu. Ömər: "evi yandırın” - deyə qışqırdı. Halbuki, evdə Əli, Həsən və Hüseyndən başqa heç kim yox idi.”("Abdullah ibni Səba”, 1-ci cild, səh.26)
    HƏDİS YAZILMASININ QADAĞAN OLUNMASI
    Əli (ə) və onun tərəfdarlarının Əbu Bəkrlə müxalifətçiliyi, Əbu Bəkrlə beyət olunması və onların Fatimə (ə)-ın evində törətdikləri cinayətləri, tarix və siyrə kitablarının müəlliflər müəyyən qədər yazılmışdır. Ancaq onlar Əbu Bəkrin qalib dəstəsi ilə Fatimə (ə)-ın evinə yığışanların arasında baş verən hadisələrin incəliklərini yazmaqdan imtina etmişlər. Əbu Bəkrin qələbəsindən sonra ümumi şəkildə Peyğəmbərdən nəql olunan hədislər, xüsusilə də həzrətin öz Əhli-beytinin fəziləti haqda buyurduğu hədislərin yazılması tamamilə qadağan edildi. Əbu Bəkr və Ömər, hər biri öz xilafət dövründə fərman verdi ki, heç kəsin hədis yazıb saxlamağa haqqı yoxdur. Bu iş Müaviyənin zamanında ən ifrat dərəcəyə çatdı. Müaviyə özünün şəhərlərdəki valilərinə yazdı: "Hər kəs Əhli-beyt və Əlinin fəziləti haqda hədis desə, artıq o şəxsin canı, malı və abır-heysiyyəti mənim tərəfimdən amanda deyildir.”
    Ayişə deyir: "Bir gecə atamın səhərə kimi iztirabda olduğunu gördüm. Səhər mənə dedi: "Hədisləri buraya gətir.” Mən hədislərin yazıldığı kağızları gətirdim. Atam onların hamısını yandırdı.”("Kənzül-ümmal”, 5-ci cild, səh.273)
    Ömər bütün şəhərlərin valilərinə yazdı: "Hər kəsdə hədis varsa gərək məhv etsin.”
    Məhəmməd ibni Əbu Bəkr deyir: "Ömərin vaxtında hədislər çoxaldı, onları Ömərin yanına gətirdikdə, o əmr etdi, hamısını yandırdılar.”("Təbəqat” (İbni Səd), 5-ci cild, səh.140)
    PEYĞƏMBƏRİN ƏHLİ-BEYTİNƏ QARŞI KİN VƏ HƏSƏD
    İbni Abbas deyir: Bir vaxt Ömər məndən soruşdu: Məhəmməddən sonra camaatın sizə üz gətirməsinə mane olan şeyin nə olduğunu bilirsənmi?!
    Mən dedim: Əgər bilməsəm də, əmir mənə deyər.
    Ömər dedi: Onlar nübüvvətlə xilafətin hər ikisinin sizdə olmasını və sizin də bu ikisinə görə iftixar etməyinizi görmək istəmədilər.
    Mən dedim: Onların bu işinin səbəbi bizə qarşı həsəd aparıb zülm etmələri idi.("Əl-kamil fit-tarix”, 3-cü cild, səh.24; "Şərhi-Nəhcül-bəlağə”, 1-ci cild, səh.189-190; 2-ci cild, səh.58; "Əl-üməm vəl-müluk”, 3-cü cild, səh.289 (8 cildli çap.))
    Ömər başqa bir gün yenə mənə dedi: Ey ibni Abbas, Allaha and olsun, sənin bu dostun (yəni Əli) Peyğəmbərdən sonra xilafətə ən ləyaqətli şəxs idi. Ancaq biz iki şeydən qorxurduq: Birincisi onun yaşının az olması, ikincisi isə onun Əbdül Müttəlib tayfasını çox istəməsi idi.("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.57)
    İbni Abbas deyir: "Ömər Əli (ə)-dan gileylənib mənə dedi: Sənin dostun bizimlə beyət etmir.
    Mən dedim: O, bu iş üçün bir dəlil gətir-mədimi? Ömər "Bəli gətirdi” - deyə cavab verdi. Mən "hansı dəlil?” - deyə sual etdikdə, Ömər cavab verməyib susdu.
    Bir müddətdən sonra Ömər dedi: Ey İbni Abbas! Sizin sülalənin xilafətinə mane olan ilk şəxs Əbu Bəkr idi. Bunu da bil ki, sizin qövm həm nübüvvətin, həm də xilafətin sizə məxsus olmasına razı olmadı.("Şərhi-Nəhcül-bəlağə” 2-ci cild, səh.57-58)
    Mən dedim: Axı nə üçün? Məgər bizim onlara xeyrimiz dəyməyib? (Onlar bizim vasitə-mizlə müsəlman olub, cahiliyyətdən insaniyyətə döndülər).
    Ömər dedi: Bəli, elədir, amma onlar bu işi görsəydilər, sizin məqamınız daha yüksək və şərəfiniz daha artıq olardı. Ancaq onlar bu iftixar və şərəfi heç zaman sizdə görmək istəmirdilər.
    Cövhəri yazır: Bir gün Əli (ə) Öməri görüb dedi: Allah səni hidayət etsin! Məgər Rəsu-lullah səni xəlifə seçmişdi?”
    Ömər "xeyr” - deyə cavab verdi. Əli (ə) dedi: Onda necə oldu ki, sən və dostun bu xilafət kürsüsünə yiyələndiniz?
    Ömər dedi: Mənim dostum öz yolunu tutub getdi. (Yəni öldü). Ancaq mən xilafəti öz üzərimdən götürüb, sənin öhdənə qoyacağam.
    Əli (ə) dedi: Allah səndən xilafəti alanı zəlil etsin (cəzasını versin)! Xeyr, mən xilafəti səndən almayacağam. Ancaq bunu da bil ki, Allah məni ayə və nişanə qərar vermişdir. Mən hər vaxt qiyam etsəm mənə müxalif çıxanlar azğınlıqda olacaqlar.("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.58)
    Yəni Allah-taala məni xəlifə qərar vermiş-dir. Xilafət kürsüsündə olmasam da Allahın yer üzündəki xəlifəsiyəm. Və xəlifə-liyi səndən almağa da ehtiyacım yoxdur.
    Bu rəvayətlərdən məlum olur ki, Qüreyş tayfası, xüsusilə Əbu Bəkr və Ömər təkcə Əli (ə)-a qarşı deyil, həm də bütün Bəni Haşimə qarşı həsəd aparırdılar.
    Təbərani yazır: "Bir gün Əli (ə)-ın bacısı Ümmü Hani elə geyinmişdi ki, qulağındakı sırğalar görünürdü. Ömər ona dedi: Məhəmməd səni Allah dərgahında (əzabdan) qorumayacaq. (Siz, Peyğəmbərin xanədanı güman edirsiniz ki, Peyğəmbər sizdən olduğu üçün qiyamət günü sizə şəfaət edəcəkdir. O, sizə şəfaət edə bilmə-yəcək!)
    Ümmü Hani bu sözü Peyğəmbərə çatdırdı. Peyğəmbər buyurdu: "Bəziləri belə güman edirlər ki, mənim şəfaətim öz Əhli-beytimə çatmayacaqdır. Bilin ki, mənim şəfaətim hətta Yəməndə olan Süda və Hükəma tayfalarına belə çatacaqdır.("Əs-səvaiqül-muhriqə”, səh.231) (Yəni, əgər istəsəm, Süda və Hükəma tayfalarına da şəfaət edərəm.)”
    Bəzar belə rəvayət edir: "Peyğəmbərin bibisi Səfiyyənin bir oğlu var idi. O, dünyadan getdi, Səfiyyə oğlunu itirdiyi üçün ağlayırdı. Peyğəmbər (s) ona səbirli olmağı tövsiyə edirdi. Səfiyyə sakitləşib çölə çıxdıqda, Ömər ona dedi: Ey çox ağlayan qadın! Bil ki, Peyğəmbər ilə qohumluğunuz heç vaxt sizi Allah dərgahında ehtiyacsız etməyəcək.
    Səfiyyə yenə də ağlamağa başladı. Peyğəmbər (s) onun səsini eşitdi. (Peyğəmbər (s) onu çox istəyirdi.) Həzrət Səfiyyədən "nə olub?” - deyə sual etdikdə, Səfiyyə Ömərin dediklərini Peyğəmbərə dedi. Peyğəmbər (s) Bilala əmr etdi ki, camaatı namaz üçün məscidə çağırsın. Sonra isə minbərə çıxıb buyurdu: "Nə olub?! Bəziləriniz mənim qohumluğumun heç bir kəsə faydası olmayacağını deyirsiniz. Agah olun! Qiyamət günü mənim qohumluğumdan başqa, bütün qohumluq əlaqələri kəsilərək qüvvədən düşəcəkdir və qohumluğun heç bir nəticəsi olmayacaqdır. Mənim qohumluğum isə həm dünyada, həm də axirətdə öz Əhli-beytimə şamil olacaqdır.”("Əs-səvaiqül-muhriqə”, səh.231)
    İndi isə yaxşı olar ki, Əhli-beytin fəzilətləri haqda Peyğəmbərdən nəql olunan bir neçə rəvayətə işarə edək. (Məhz bu rəvayətlər düşmənlərin Əhli-beytə qarşı həsəd və kinlərinin artmasına səbəb olurdu.) Hənəfi məzhəbindən olan və "Təzkirətül-xəvass” kita-bının müəllifi yazır:
    "Əli (ə) behiştin qapısında durub, cama-atın ağzının qoxusunu iyləyəcək. Hər kimin ağzından, ona qarşı kin və düşmənçilik iyi gəlsə onu cəhənnəmə atacaq.”("Təzkirətül-xəvass” (Kitabın əvvəlləri.))
    Böyük sünnü təfsirçisi mərhum Zəməxşəri özünün "Kəşşaf” adlı təfsirində "Şura” surəsinin 23-cü ayəsini təfsir edərkən Peyğəm-bərin Əhli-beyt barəsində belə buyurduğunu rəvayət edir:
    "Agah olun! Hər kəs Ali-Mühəmmədə (Peyğəmbərin Əhli-beytinə) məhəbbət ilə dünyadan getsə şəhid, bağışlanmış, tövbəkar və kamil imanla, mömin kimi dünyadan gedər. Belə bir şəxs öldüyü vaxt ölüm mələyi, Nəkir və Münkər ona behişt müjdəsi verər. Əhli-beytin dostlarını, bəy evinə gedən gəlin kimi bəzəyib behiştə apararlar. Belə bir şəxs öldükdə, qəbrindən behiştə tərəf iki qapı açılar. Hər kəs Əhli-beytə məhəbbətlə ölsə qəbri rəhmət mələklərinin ziyarətgahı olar. Əhli-beytin məhəbbəti ilə ölən şəxs, sünnət və cəmaət yolu ilə ölübdür. Agah olun! Hər kəs Mühəmməd Əhli-beyti ilə düşmən olub dünyadan getsə, qiyamət günü gözlərinin arasında "bu, ilahi rəhmətdən məyusdur” yazılan halda məhşur olacaqdır. Agah olun! Hər kəs Peyğəmbər Əhli-beytinə düşmən halda ölsə kafir kimi ölüb və belə bir şəxs cənnətin ətrini iyləməyəcəkdir.”
    Peyğəmbərdən (s) belə nəql olunub:
    "Mənim Əhli-beytimi və itrətimi incidib, zülm edənlərə behişt haramdır.”(Təfsiri "Kəşşaf” və "Təfsiri-Kəbir”, "Şura” surəsinin 23-cü ayəsi haqda olan bəhs.)
    Böyük sünnü filosofu və məşhur təfsirçi Fəxr Razi deyir: "Peyğəmbərlə ən yaxın nisbəti və qohumluğu olan şəxslər onun Əhli-beytidir. Məgər Əli, Fatimə, Həsən və Hüseyn Peyğəm-bərin ən yaxın adamlarından deyildilərmi?”
    İndi məlum olur ki, nə üçün xəlifələr hə-mişə başqalarının da fəziləti haqda rəvayət-ləri nəql etməyə çalışırdılar. Sünnü və şiə kitablarında Peyğəmbərdən bu hədislər nəql olunub:
    "Mən elmin şəhəri, Əli isə onun darva-zasıdır.”
    "Mən hikmət şəhəri, Əli isə onun darva-zasıdır.”("Əs-səvaiqül-muhriqə”, səh.122 9-cu hədis. "Əttacül-came Əl-üsul”, 3-cü cild, səh.337)
    Sünnü hədisçiləri bu hədisi xüsusi qəliblərə salıb, istədikləri adama mənsub ediblər. Onlar buna oxşar hədis quraşdırıb deyirlər: Peyğəmbər (s) buyurub: "Mən səxavət şəhəri, Əbu Bəkr isə onun qapısıdır. Mən həya və abır şəhəri, Osman isə onun qapısıdır.”("Nüzhətül-məcalis”, 2-ci cild, səh.178)
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024