İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 7:43 AM
    PEYĞƏMBƏRİN (S) SEVİMLİSİ FATİMEYİ ZƏHRA (Ə) VƏ FƏDƏKİN QƏSB OLUNMASI
    1-Bir gün Rəsulullah (s) Fatimə (ə)-ın əlindən tutub dedi: "Qızım Fatiməni tanı-yanlar tanıyıb, tanımayanlar isə tanısın. Bu, Mühəmmədin qızı Fatimədir. Bu mənim canımın bir parçasıdır. Bu mənim qəlbim və ruhumdur. Hər kəs ona əzab-əziyyət versə mənə əzab-əziyyət vermişdir. Mənə əzab-əziyyət verənlər isə Allaha əzab-əziyət verirlər.”("Nüzhətül-məcalis”, Adəmlə Həvvanın izdivacı bəhsi, 2-ci cild, səh.190)
    2-Buxari özünün "Səhih” kitabında Misvər ibni Məxrəmədən belə nəql edir: Peyğəmbər (s) buyurub: "Fatimə mənim canımın bir parça-sıdır. Hər kəs onu qəzəbləndirsə məni qəzəblən-diribdir.”("Səhihi-Buxari”, 5-ci cild, səh.26-36-cı səhifə (9 cildli çap.))
    3-Hakim "Müstədrəküs-səhiheyn”-də Əli (ə)-dan belə nəql edir: "Peyğəmbər (s) buyurub: "Ey Fatimə, Allah sənin qəzəbinə xatir qəzəblənir, sənin razılığına xatir razı olur.”("Əs-səb”ətü minəs-sələf”, səh.18; "Müstədrək”, 3-cü cild, səh.153; "Üsdül-ğabə, 5-ci cild, səh.522; "Əl-isabə 8-ci cild, səh.159; "Təzhibut-təzhib”, 12-ci cild, səh.441; "Kənzül-ümmal”, 7-ci cild, səh.11; 6-cı cild, səh.219; "Zəxairül-üqba”, səh.39)
    Bu hədislərdən üç məsələ aydın olur:
    Birinci: Hər kim Fatimə (ə)-ı incidib, ona əzab-əziyyət versə, Peyğəmbəri incidib və ona əziyyət veribdir. Hər kim Fatimə (ə)-ı qəzəb-ləndirsə Peyğəmbəri qəzəbləndiribdir.
    İkinci: Hər kim Fatiməyə (ə) əzab-əziyyət verib onları qəzəblədirsə, Allahı qəzəblən-dirib.
    Üçüncü: Əbu Bəkr və Ömər həm Fatiməni, həm Peyğəmbəri (s) və həm də Allahı incidib qəzəbləndiriblər. Müddəamızı isbat etmək üçün sünnü alimlərinin mötəbər kitablarından bəzi faktları qeyd edirik:
    Ovzai yazır: "Mənə belə bir xəbər çatıb ki, Fatimə (ə) Əbu Bəkrə qəzəb edibdir.”(Nüzhətül-məcalis”, 2-ci cild, səh.190)
    Ayişə deyir: "Fatimə atam Əbu Bəkrin yanına gəlib, Allah tərəfindən ona əta olunmuş mirasını istədi. Atam ona dedi: Peyğəmbər buyurub: "Biz özümüzdən sonra irs qoymuruq. Bizdən qalan hər bir şey sədəqədir.” Fatimə Əbu Bəkrə qəzəblənib getdi və ömrünün axırına qədər bir daha onun yanına gəlmədi. Peyğəmbərdən sonra altı ay ömür sürdü. Bu müddətdə həmişə atası Peyğəmbərdən ona çatan Xeybər, Fədək və Mədinədə olan sair sədəqələr kimi, öz mirasını tələb edirdi. (Əbu Bəkr isə bunların hamısını qəsb edib öz ixtiyarına keçirmişdi.)
    Ömər xilafətə gəldikdən sonra Peyğəmbərin Mədinədə qoyub getdiyi sədəqə irslərini Əli (ə)-a və Abbasa qaytardı. Ancaq Xeybəri və Fə-dəki onlara verməyib dedi: "Xeybər və Fədək Peyğəmbərin sədəqəsidir. O, Xeybər və Fədəklə başqalarına əl tuturdu. İndi isə bunların idarə olunması müsəlmanların başçısına çatır.”("Səhihi-Buxari”, 4-cü cild, səh.96; "Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.448)
    Təbəri Ayişədən belə nəql edir: "Fatimə Abbasla birlikdə Əbu Bəkrin yanına gəlib Peyğəmbərdən onlara qalan mirasını – Fədək torpaqlarını və Xeybərdən onlara düşən payı tələb etdilər.
    Əbu Bəkr onlara dedi: Peyğəmbər belə deyirdi: "Biz özümüzdən sonra heç nəyi irs qoymuruq. Bizdən qalan şeylər sədəqədir və Peyğəmbər övladlarının hamısız ondan istifa-də etməlidirlər.” Allaha and olsun, mən Peyğəmbərin əməl etdiyi şeyi heç vaxt tərk etməyəcəyəm.”
    Ayişə deyir: "Fatimə Əbu Bəkrdən ayrılıb getdi və ömrünün axırına qədər bir daha onunla danışmadı. Vəfat etdikdə isə Əli onu Əbu Bəkrdən xəbərsiz və gecə ikən dəfn etdi.”("Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.448)
    "Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Buxaridən belə nəql edir: "Fatimə bir nəfəri Əbu Bəkrin yanına göndərib ondan öz mirasını istədi. O miras ki, Allahın əmri ilə Peyğəmbər (s) tərəfindən Zəhraya verilmişdi.”
    Ancaq Əbu Bəkr dedi: Peyğəmbər (s) buyurub: "Biz özümüzdən sonra heç nəyi irs qoymuruq. Bizdən sonra qalan şeylər isə sədəqədir. Peyğəmbər övladlarının hamısı ondan istifadə etməlidirlər.” Allaha and olsun, Peyğəmbərin sədəqə barəsində tutduğu yolu heç vaxt dəyişdir-məyəcəyəm.”
    Əbu Bəkr bu mirası Fatimə (ə)-a verməkdən imtina etdi. Əbu Bəkrin onun öz qanuni haqqını qaytarmaq istəmədiyini görən Fatimə ömrünün sonuna qədər Əbu Bəkrdən küsülü qalıb, onu danışdırmadı.
    Peyğəmbərdən sonra isə cəmisi altı ay yaşadı, vəfat etdikdə Əli (ə) onu Əbu Bəkrdən xəbərsiz və gecə ikən dəfn edib, təklikdə ona namaz qıldı.("Əs-səvaiqül-muhriqə”, səh.15)
    Termizi özünün "Səhih” kitabında Əbu Hüreyrədən belə nəql edir: "Fatimə Əbu Bəkrlə Ömərin yanına gəlib atasının mirasını istədi. Onlar dedilər: Biz Peyğəmbərin belə buyurduğunu eşitmişik: "Biz peyğəmbərlər özümüzdən sonra irs qoymuruq.” Fatimə dedi: Allaha and olsun, daha sizinlə danışma-yacağam.” O, dünyadan gedəndə də onlarla küsülü idi.("Əs-səb”ətü-minəs-sələf”.)
    İbni Qüteybə yazır: Ömər Əbu Bəkrə dedi: Gəl Fatimənin yanına gedək. Çünki, biz onu qəzəbləndirmişik.
    İkisi də Fatimənin evinə gəlib, daxil olmaq üçün icazə istədilər. Fatimə onlara icazə vermədi. Onlar Əli (ə)-ın yanına gəlib, onunla söhbət etdilər. Əli (ə) onların evə daxil olmasına icazə verdi. Ömər və Əbu Bəkr Fatimənin yanında oturanda Fatimə (ə) üzünü divara tərəf çevirdi. Onlar Fatiməyə salam verdilər. Ancaq o həzrət onların salamlarını almadı!”
    Fatimə (ə) dedi: "Sizin üçün Peyğəmbərdən hədis deyimmi?”
    Onlar "bəli” - deyə cavab verdilər.
    Fatimə (ə) buyurdu: Məgər Peyğəmbərin belə buyurduğunu eşitməmisinizmi: "Fatimənin razılığı mənim razılığım, Fatimənin qəzəbi mənim qəzəbimdir. Hər kəs qızım Fatiməni sevsə məni sevib və hər kəs Fatiməni razı etsə məni razı edibdir. Hər kəs Fatiməni qəzəblən-dirsə məni qəzəbləndiribdir.”
    Əbu Bəkr və Ömər "bəli, eşitmişik” - deyə cavab verdilər!
    Fatimə (ə) dedi: "Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz iki nəfər məni qəzəbləndirmiş və məni razı salmamı-sınız. Hər vaxt Allahın Rəsulunu görsəm siz iki nəfərdən ona şikayət edəcəyəm.”
    Əbu Bəkr dedi: "Ey Fatimə, mən onun və sənin qəzəbindən Allaha pənah aparıram!” Elə bu zaman uca səslə elə ağladı ki, az qala ruhu bədənindən ayrılacaqdı.
    Fatimə (ə) da dedi: "Allaha and olsun, qıldığım hər namazda Allahdan, səni mühakimə etməsini istəyəcəyəm.”
    Əbu Bəkr ağlaya-ağlaya Fatimənin evindən çölə çıxdı. Camaat onun başına yığışdı. O, ağlaya-ağlaya camaata dedi: "Ey camaat! Siz səhərə kimi öz ailənizlə asayişdəsiniz, məni isə bəlaya salmısınız. Məndən uzaq olun və beyətinizi geri götürün.”("Əs-səb”ətu minəs-sələf” səh.21)
    Bütün bu dəlillərlə isbat olunur ki, Allah, Onun Peyğəmbəri (s) və Fatimə (ə) Ömər və Əbu Bəkrə qəzəbli idi.
    PEYĞƏMBƏRƏ MƏNSUB EDİLƏN HƏDİS
    Görəsən doğrudanmı "Biz özümüzdən sonra irs qoymuruq” hədisini Peyğəmbər (s) buyurub? Əgər bu hədis düzdürsə, onda nə üçün Fatimə (ə) bu sözü Əbu Bəkrdən eşidəndə ondan küsüb, ona qəzəblənir?!
    "Səhihi-Buxari”, "Əs-səvaiq” və Təbərinin kitablarında Ayişənin öz atası Əbu Bəkrdən belə nəql etdiyini oxuduq: Əbu Bəkr deyir: Peyğəmbər buyurub: "Biz özümüzdən sonra irs qoymuruq. Bizdən sonra qalan şeylər isə sədəqədir və Peyğəmbər övladlarının hamısı ondan istifadə etməlidirlər.”
    Digər tərəfdən, necə olur ki, Peyğəmbərin zövcələrindən heç biri bu hədisi eşitməyib və buna görə də Əbu Bəkrdən öz miraslarını istəyirdilər?("Dünyanın ən yaxşı qadını-Zəhra” kitabı, ("Şərhi-Nəhcül-bəlağə”-dən nəqlən, 16-cı cild, səh.228))
    Üçüncü məsələ budur ki: Nə üçün Əbu Bəkr axırda bir məktub yazıb, Fədəkin Zəhra (ə)-a qaytarılmasına sərəncam verdi, yolda isə Ömər o məktubu alıb cırdı?!("Dünyanın ən yaxşı qadını-Zəhra” kitabı, səh.129, ("Sireyi-Hələbi”-dən nəqlən, 3-cü cild, səh.391.) -”Dünyanın ən yaxşı qadını-Zəhra”, ("Səhihi Buxari”-dən nəqlən, "Əs-səvaiqül-muhriqə”, səh.9; "Şərhi-Nəhcül-bəlağə”, 16-cı cild, səh.229-230)
    Dördüncü isə budur: Əgər doğrudan da bu hədis düz olsaydı və Peyğəmbərdən qalan şeylər sədəqə kimi ehtiyaclı olanların arasında bölünməlidirsə, onda nə üçün Ömər öz xilafəti zamanında Fədəki Əli (ə)-a və Abbasa verməyə razı oldu?("Səhihi-Buxari”, 4-cü cild, səh.96)
    Əgər bu hədis düz olsaydı, onda Fatimənin qəzəblənməsi və nəticədə Peyğəmbərin də onun qəzəbləndiyinə görə qəzəblənməsi, eləcə də Allahın da Peyğəmbərin qəzəbi ilə qəzəblən-məsi əbəs və haqsız olardı. Bu sözlər də ən aşkar küfr deməkdir. Çünki, Allah-taala nahaq yerə qəzəblənməz. Eləcə də Peyğəmbər (s) və Zəhra (ə)-ın haqsız yerə qəzəblənməsini demək heç də düzgün olmaz.
    Buradan aydın olur ki, Əbu Bəkrin bu hədis barədə yeganə şahidi Ömər idi. Onlardan başqa Mühəmməd (s) ümmətindən heç kəs bu hədisi nəql etməyib. Bu hədis sırf yalandan ibarət olub, Quranın buyurduğuna müxalifdir. Quranın ziddinə olan hər bir hədis də batil və əsassız sayılır.
    AÇIQ MƏHKƏMƏ
    Fatimeyi Zəhra (ə) buyurub: "Əbu Bəkr mənim (Fədəkdəki) işçilərimi işdən çıxardıb, onların yerinə öz işçilərini təyin edib və mənim haqqımı qəsb edibdir!”
    Qazi (Hakim): "Əbu Bəkr, bu barədə nə deyir-sən?”
    Əbu Bəkr: "Mən müsəlmanların xəlifəsiyəm. Fədək də xəlifənin əlində olmalıdır.”
    Qazi: "Peyğəmbər (s) öz vəfatından qabaq Fədəki Fatiməyə veribdir. İndi də Fədək onun ixtiyarındadır. Onun işçiləri orada işləyirdilər. Sənin, onun iddiasının əsassız olmasına tutarlı dəlil-sübutun varsa deməlisən. Nəinki, onun işçilərini zorla oradan çıxardıb, öz işçilərini ora qoyasan və Fədəki qəsb edəsən!”
    Əbu Bəkr: "Mən Peyğəmbərin belə dediyini eşitmişəm: "Biz özümüzdən sonra irs qoymuruq, bizdən sonra qalanlar isə sədəqədir, Peyğəmbər övladlarının hamısı ondan istifadə edə bilərlər.”
    Qazi: Bu irs deyil, əgər Fədək irs olsaydı, Fatimə Peyğəmbərdən sonra ona sahib olmalı idi. Halbuki, Fədək Peyğəmbərin sağlığında Fatimənin ixtiyarında idi. Sənin onun işçilərini qovmağın da buna dəlildir. (Bunu bildirir ki, Fədək əvvəldən də Fatimənin idi.) Digər tərəfdən də sənin dəlilin Quranla müxalifdir. "Quran buyurur: "Peyğəmbərlər bir-birlərindən irs aparırlar.” Onda sən hansı əsasla iddia edirsən ki, Peyğəmbər özündən sonra irs qoymur?”
    Əbu Bəkr susdu və cavab verə bilmədi.
    Qazi: "Nə üçün ondan şahid istədiniz? Məgər bilmirsən ki, malı öz əlində olan şəxsdən şahid istəməzlər? Bir kəs başqasının ixtiyarında olan bir şeyi özü üçün iddia etsə, şahid gətirməlidir. Mal sahibinin əleyhinə şikayət etmək üçün qəti və yetərli dəlil lazımdır. Sənin dəlilin nədir?”
    Əbu Bəkr: "Camaat məni Peyğəmbərin xəli-fəsi seçib. Fədək məhsuldar və bərəkətli yer olduğu üçün biz onun gəlirini öz işçilərimizə veririk. Çünki, Peyğəmbər də öz zamanında belə edirdi. Peyğəmbərin əməl etdiyi şeyi, mən heç vaxt tərk etməyəcəyəm.”("Əhzab” surəsi, 33-cü ayə.)
    Qazi: "Zəhra (ə) iddia edib deyir ki, Peyğəmbər (s) "Və ati zəl-qurba həqqəhu” (yəni: ey Peyğəmbər, öz yaxınlarının haqqını ver) ayəsinin hökmünə əsasən Fədəki mənə bağış-layıb. Bu ayənin hökmünə əsasən də, Peyğəmbər öz sağlığında Fədəki Zəhraya bağışladı.”
    Əbu Bəkr: "Peyğəmbərin qızı, atasının Fədəki ona bağışladığını isbat etmək üçün şahid gətirsin!”
    Qazi: Fatimə deyir ki, mən şahid gətir-mişdim, ancaq siz onların sözünü qəbul etməmisiniz. Siz Əli və Ümmü Əymən kimi behişt əhlindən olanların şahidliyini qəbul etməmisiniz. Digər tərəfdən də, məgər Zəhra yalan deyirmi ki, sən ondan şahid istəyirsən?”
    Əbu Bəkr: "Əgər buna ehtimal verməsəydim, şahid istəməzdim.”
    Qazi: Allah-taala Fatimənin şə”nində belə buyurub:
    "Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ aludəliyi aradan qaldır-sın və sizi pak-pakizə qərar versin.”("Ali-İmran” surəsi, 61-ci ayə.)
    "Mübahilə ayəsində isə belə buyurub:
    "Gəlin bizim də övladlarımızı, sizin də övladlarınızı; bizim də qadınlarımızı, sizin də qadınlarınızı, bizim də canlarımızı, sizin də canlarınızı (yəni ən əziz adamla-rımızı) çağırıb Allah dərgahında yalançını lənətləyək.”("Şura” surəsi”, 23-cü ayə.)
    Üçüncü ayədə də belə buyurub:
    "Ey Peyğəmbər! Ümmətə de ki: "mən bu risalətim (və sizi düz yola hidayət etdiyim) üçün sizdən, ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir əvəz istəmirəm.”("Möcəmül-Büldan”, (Fədək bəhsi))
    Dünyada Peyğəmbərə Zəhradan yaxın olan bir şəxs varmı? Allah-taala birinci ayədə Fatimənin həm ruhi, həm də cismi cəhətdən pak və pakizə olmasına şəhadət verir. İkinci ayədə Zəhranı Peyğəmbər ailəsindən olan pak və əzəmətli bir xanım hesab edir. Üçüncü ayədə onu Peyğəmbərin ən yaxın adamlarından sayır. Allahın pak-pakizə bildiyi bir qadını yalançı adlandırıb ondan şahid istəməyiniz düzgün-dürmü? Şahidi, sözlərində yalan olması ehti-malı verilən şəxsdən istəyərlər! Siz Fatiməni yalançı hesab edirsiniz?”
    Əbu Bəkr: "Şahid istəməyin mənası nədir?”
    Qazi: "Maidə” surəsinin 44, 45 və 47-ci ayələrinə istinadən ədalətli mühakiməni münsiflər hey”ətinə həvalə edirik.
    "Hər kim Allahın nazil etdiklərinə uyğun olaraq hökm etməsə kafirdir. Hər kim Allahın nazil etdiklərinə əsasən hökm verməsə, sitəmkar və zülmkardır. Hər kim Allahın göndərdiyi hökmlər əsasında hökm etməsə, fasiqdir.”
    Ey dünyanın azad fikirli insanları! Allah-taala Fatimə (ə)-ı bütün zahiri və batini pisliklərdən, günahlardan paklaşdırıb və onun paklığına hökm verib. Əbu Bəkr isə Allah hökmünün ziddinə hökm çıxarır. Bütün bunlara əsasən, hökm yalnız Allahın bu üç ayədə buyurduğu hökm deyilmi?!”
    FƏDƏK NƏ İDİ VƏ HARADA YERLƏŞİRDİ?
    Fədək, Hicaz məntəqəsində və Xeybər qalasının yaxınlığında yerləşən münbit və məhsuldar bir yer idi. Mədinə ilə onun arasında 2-3 günlük yol var idi. Bəziləri deyirlər ki, bu məsafə 140 kilometrdir. Fədək bağında axar çeşmələr və çoxlu xurma ağacları var idi.("Həşr” surəsi, 6 və 7-ci ayələr.)
    İbni Əbil Hədid deyir: "Peyğəmbər (s) Xeybər qalasının fəthindən qayıtdıqdan sonra, Allah-taala Fədək əhlinin ürəyinə dəhşətli bir qorxu saldı. Onlar bir nəfəri Peyğəmbərin hüzuruna göndərib bu əsasda müqavilə bağladılar ki, Fədəkin yarısını ona versinlər. Göndərilən o şəxs, Peyğəmbəri Xeybərdə yaxud da Mədinə yolunda) qarşılayıb bu müqaviləni imzaladı.”
    Beləliklə, Fədək Peyğəmbərin xüsusi mülkiy-yətinə keçdi. Çünki, Quran ayəsinin hökmünə əsasən,("Əd-dürrül-Mənsur”, "Əsra” surəsinin 26-cı ayəsi haqda olan bəhs.)müharibə aparılmadan müsəlmanların ixtiyarına keçən hər bir şey Peyğəmbərin özünə məxsus olur və müharibə qəniməti kimi müsəl-manlar arasında bölüşdürülmür.
    Sünnü və şiə tarixçilərinin çoxu, Peyğəm-bərin Fədəki öz həyatında Fatimə (ə)-a bağışladığını yazırlar. (Çünki Fədək Peyğəm-bərin şəxsi mülkü idi.) Böyük sünnü alimi və məşhur təfsirçi Cəlaləddin Süyuti öz təfsirində("Şərhi-Nəhcül-bəlağə”, 16-cı cild, səh.208; "Nəhcül-bəlağə”, 45-ci məktub.)Əbu Səid Xidridən belə nəql edir:
    "Və ati zəl-qurba həqqəhu” ayəsi nazil olanda Peyğəmbər (s) Fatimə (ə)-ı öz yanına çağırıb, Fədəki ona bağışladı.
    Əmirəl-möminin Əli (ə) Osman ibni Hüney-fə yazdığı məktubda Fədək hadisəsini xatırla-dıb buyurdu:
    "Bəli, asimanın kölgə saldığı bütün şeylər içərsinidə yalnız Fədək bizim əlimizdə idi. Ancaq bir dəstə camaat buna paxıllıq etdi. Başqa bir dəstə isə, səxavətliliklə ona göz yumdular. Ən yaxşı hakim Allahdır.”("Şərhi-Nəhcül-bəlağə”, 16-cı cild, səh.284)
    Bu hədisdən aydın olur ki, elə Peyğəmbərin zamanında Fədək Əli və Zəhra (ə,m)-ın ixtiyarında idi. Ancaq sonralar bir dəstə insan ona tamah saldılar. Əli və Zəhra (əleyhiməssalam) məcburiyyət qarşısında qalıb öz haqlarından keçdilər. Şübhəsiz, bu göz yummaqlıq da onların öz razılıqları əsasında deyildi. Əks halda (əgər öz razılıqları ilə olsaydı), "ən yaxşı hakim Allahdır” deməyin mənası olmazdı.
    NƏ ÜÇÜN FƏDƏKİ FATİMEYİ ZƏHRA (Ə)-A VERMƏDİLƏR?
    Həqiqət bundan ibarətdir ki, əgər Əbu Bəkr Fədəki Zəhra (ə)-a verməklə razılaşsaydı, bu iş Zəhra (ə)-ın xilafəti də tələb etməyinə səbəb olacaqdı. İbni Əbil Hədid bu məsələni "Nəhcül-bəlağə”yə yazdığı şərhində çox incəliklə bəyan edib deyir: "Mən öz müəllimim Əli ibni Fariqidən soruşdum ki, Fatimənin Fədəki tələb etməsindəki iddiası yerli idimi? O, "bəli” - deyə cavab verdi. Mən dedim: Bəs onda nə üçün Əbu Bəkr Fədəki ona vermədi, halbuki, Əbu Bəkr onun düz danışan olduğunu bilirdi!?
    O gülümsəyib (heç vaxt zarafat əhli olmadığı halda) nəcib bir cavab verərək dedi:
    Əgər həmin vaxt Əbu Bəkr Fatimənin iddia etməsi ilə eyni zamanda Fədəki ona versəydi, sabahı gün gəlib xilafəti öz əri Əli üçün tələb edəcəkdi, Əbu Bəkri isə öz məqamından götürəcəkdi. Bu halda onun müdafiə olunmağa heç bir əsası və dəlili olmayacaqdı. Çünki, Fədəki Fatiməyə verməklə onun öz iddiasında doğruçu olduğunu da qəbul edəcəkdi və bu halda şahidə ehtiyac olmayacaqdı.
    Sonra İbni Əbil Hədid sözünə əlavə edib deyir: "Müəllimim bu sözləri zarafatyana desə də, bunlar danılmaz bir həqiqətdir.”(Müstədrəküs-səhiheyn”, 3-cü cild; "Mərifətüs-səhabə, bəhsi.)
    Keçmiş bəhslərdə "Səhihi-Buxari”, "Tarixi-Təbəri”, "Əs-səvaiqül-muhriqə” kimi kitablarda Ayişədən nəql edilmiş hədisdə oxuduq ki, Fatimə (ə) gecə ikən dəfn edildi, Əli (ə) ona tənha namaz qıldı və Əbu Bəkrə də xəbər vermədi. "Əs-səbətü minəs-sələf” kitabının müəllifi "Səhihi-müslüm”, "Sünəni-Beyhəqi”, "Müşkilül-Asar” (müəllif: Təhavi) və "Təbəqat” (müəllif: İbni Səd) kitablarından nəql edib deyir: "Fatimə (ə) gecə dəfn edildi. Əli (ə) Əbu Bəkrə xəbər vermədi.”
    Hakim Nişapuri Ayişədən belə nəql edir: "Peyğəmbərin qızı Fatimə (ə) gecə ikən dəfn olundu. Əli (ə) özü tənha ona namaz qıldı və Əbu Bəkri bu işdən xəbərdar etmədi.”("Şərhi-etiqad” (Təftazani), səh.181)
    Beyhəqi Ayişədən belə nəql edir: "Fatimə atasından sonra altı ay ömür sürdü. Vəfat etdikdə isə Əli onu gecə dəfn etdi. Bu haqda Əbu Bəkrə xəbər vermədi, özü ona tənha namaz qıldı.”
    Görəsən nə üçün Əli (ə) Fatimə (ə)-ı məhz gecə dəfn edib, Əbu Bəkrə xəbər vermədi? Əli (ə) onların tərəfindən çoxlu vəfasızlıq, əzab-əziyyət görmüşdü. Amma onlara qarşı öz nara-zılığını çox da büruzə vermirdi. Bütün bunlarla yanaşı Fatimə (ə)-ın dəfn məra-simini Əbu Bəkrə xəbər vermədi və onu gecə dəfn etdi. Çünki, Fatimə (ə) özü belə istəmişdi. Səbəbi də ondan narazı və qəzəbli olması idi.
    İbni Qüteybənin nəql etdiyi rəvayətdə oxuduq ki, Əbu Bəkr və Ömər Fatimə (ə)-ın evinə daxil olub, salam verdikdə, Fatimə (ə) üzünü divara çevirib onların salamını almadı. Halbuki, bütün müsəlman fəqih və alimləri buyurmuşlar ki, salam verən şəxs müsəlman olduqda onun cavabını vermək vacibdir. Zəhra (ə) onlara dedi: "Allaha and olsun, əgər Peyğəmbəri görsəm sizin hər ikinizdən ona şikayət edəcəyəm!” Sonra Əbu Bəkrə dedi: "Hər namazda Allahdan, sizi mühakiməyə çəkməsini istəyəcəyəm.”
    Deməli, Zəhra (ə) şəhadətinə kimi onlardan narazı idi.
    FATİMƏ (Ə)-IN ZƏMANƏSİNİN İMAMI KİM İDİ?
    İndi belə bir sual yaranır: Fatimənin zəma-nəsinin imamı kim idi? Peyğəmbər (s) buyurub:
    "Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”("Bəqərə” surəsi, 30-cu ayə.)(Yəni, həqiqi imanın şərtlə-rindən biri də zamanın imamını tanımaqdır.)
    Sünnü alimlərinin dediklərinə görə, əgər Əbu Bəkr doğrudan da müsəlmanların xəlifəsi, zəmanənin imamı və ona itaət etmək bütün müsəlmanlara vacib idisə bəs onda nə üçün razılığı Peyğəmbərin razılığına, qəzəbi də onun qəzəbinə səbəb olan Fatimə (ə) o imama itaət etmədi və ondan küsülü olaraq dünyadan getdi? Əgər Zəhra (ə)-ın zəmanəsinin imamı Əbu Bəkr olsaydı, onda rəva deyildi ki, Zəhra ondan küssün və onun razılığı Peyğəmbərin və Allahın razılığına, qəzəbi də Peyğəmbərin və Allahın qəzəbinə səbəb olsun. Əgər Əbu Bəkr doğrudan da zəmanənin imamı idisə, onda nə üçün dəfələrlə özünü bu vəzifədən azad etmişdi? Halbuki, imamlıq məqamı Allah tərəfindən təyin olunan bir şeydir və heç kimin onu bu vəzifədən azad etməyə haqqı yoxdur. Doğrusu, Fatimənin zəmanəsinin imamı kim idi? Müsəlmanlara bu haqda təhqiqat aparmaq, Allah tərəfindən təyin edilmiş imamın və müsəlmanların ixtiyar sahiblərinin kim olduğunu bilmək lazım deyilmi?
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 946 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024