İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 7:24 AM
    ÜÇÜNCÜ FƏSİL
    PEYĞƏMBƏR (S)-İN VƏSİSİ ƏLİ (Ə)-IN İMAMƏTİ
    Bu fəsildə hər hansı bir hadisəni araş-dırmazdan əvvəl, bu sual irəli çəkilir: Görəsən Peyğəmbər (s) tərəfindən Əli (ə)-ın imamətinə aşkar şəkildə dəlalət edən bir hədis vardırmı ki, bu hədisə əməl olunmasın?
    Allah-taala Qurani-Kərimə Peyğəmbər Əhli-beytinin fəzilətinə, hamısından artıq isə Əli (ə)-ın imamətliyinə dörd ayədə təkid etmişdir.
    Əhli-beytin (ə) fəzilətlərinə aid olan ayələr beşinci əsrin alimlərindən olan Hafiz Übeydullah ibni Abdullah ibni Əhmədin (Həskani adı ilə məşhurdur və Hənəfi məzhəbindəndir.) "Şəvahidüd-Tənzil” kitabında (üç cilddə) dərc olunmuşdur. Bu kitabın iki cildi Həzrət Əli (ə)-ın fəzilətində nəql olunan hədis və rəvayətlərə məxsusdur. Bu iki cilddə min yüz əlli səkkiz hədis və on iki təfsir kitabından çıxardığı iki yüz on ayə vardır. O, bəzi rəvayətlərə əsasən bu ayənin Əbu Bəkr, Ömər və sairlərinə aid olduğunu demiş, sonra isə o rəvayətlərin ziddinə olan bir neçə hədis bəyan etmişdir. Biz aşağıda bu hədis və ayələrin bəzilərini qeyd edirik:
    Abdullah ibni Məsud deyir: "Allah-taala Quranda xilafət məsələsini üç nəfərə aid etmişdir:("Sad” surəsi, 26-cı ayə. )
    Birinci: Adəm peyğəmbər:
    "(Yada sal o zamanı ki,) Rəbbin mələklərə dedi: "Mən yer üzündə xəlifə qərar verəcəyəm.”
    İkinci: Davud peyğəmbər:
    "Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik.”(-"Nur” surəsi, 55-ci ayə.)
    Üçüncü: Əli ibni Əbu Talib (ə):
    "Ondan əvvəl (Adəm və Davudu) xəlifə etdi-yim kimi, yenə də yer üzündə xəlifə qərar verə-cəyəm.”("Şəvahidut-tənzil” 1-ci cild, səh.98-114-115)
    Rəsulullahdan (s) belə nəql olunub:
    "Həqiqətən mənim canişinim, xəlifəm, məndən sonra qalan ən yaxşı yaxın adamım, vədəmə əməl edən və borclarımı qaytaran şəxs Əli ibni Əbu Talibdir.”("Əraf” surəsi, 142-ci ayə)
    Şiə rəvayətləri nəzərindən isə xəlifəlik dörd nəfərə verilmişdir:
    Adəm peyğəmbərə:
    Davud peyğəmbərə:
    Musa peyğəmbərə:("Taha” surəsi, 29-32-ci ayələr.)
    Əli (ə)-a
    2- "Musa dedi: "Pərvərdigara! Mənim üçün öz əhlimdən bir nəfəri-qardaşım Harunu vəzir et, onun vasitəsilə mənim arxamı möhkəmləndir və onu mənim işlərimə şərik et.”("Şəvahidüt-tənzil” 1-ci cild, 478-ci cild, 510-cu hədis; "Əl-mənaqib” 311-ci hədis "Əl-fəzail”, (Əhməd ibn Hənbəl) 280-cı hədis; "Ər-riyazun-nəzərə”, 2-ci cild, səh.163)
    Hüzeyfə ibni Əsir deyir: Peyğəmbər (s) Əli ibni Əbu Talibin əlindən tutub dedi: "Müjdə verirəm, müjdə verirəm! Həzrət Musa qardaşı Harunu onun xəlifəsi və şəriki qərar verməsini Allahdan istədi. Mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri-Əlini mənim üçün vəzir və xəlifə seçsin. Beləliklə arxamı möhkəmləndirsin və xilafət işində onu mənə şərik etsin.”("Nüzhətül-məcalis”, 2-ci cild, səh.186 (Misir çapı.))
    Başqa bir rəvayətdə belə oxuyuruq: "Cəbrail nazil olub Peyğəmbərə dedi: "Allah-taala yerə nəzər salıb səni öz dininə peyğəmbər seçdi. Yenidən yerə nəzər salıb sənin üçün bir qardaş və vəzir seçdi, qızın Fatiməni onun əqdinə keçirtdi. O şəxs dünya və axirətdə sənin qardaşın, qohumluqda əmin oğlun Əli ibni Əbu Talibdir.”("Bəyyinə” surəsi, 7-ci ayə)
    3-"Allaha iman gətirib, saleh əməllər görənlər aləmin ən yaxşı insanlarıdır.”("Əs-səvaiqul-muhriqə”, 161-ci səhifə.)
    "Əs-səvaiqül-muhriqə”("Əs-səvaiqül-muhriqə”, səh.127) kitabının müəllifi ibni Abbasdan belə nəql edir: "Bu ayə nazil olanda Peyğəmbər (s) Əli (ə)-a buyurdu: "Onlar sən və sənin şiələrindir ki, qiyamət günü Allah onlardan razıdır. Sənin düşmənlərinə isə (Allah tərəfindən) qəzəb olunacaq.”
    Əli (ə) dedi: "Mənim düşmənlərim kimdir?”
    Peyğəmbər (s) dedi: "Sizdən bezara gəlib, sizə lənət göndərən şəxslər.”
    "Şəvahidut-tənzil” kitabının müəllifi bu ayə ilə əlaqədar olaraq müxtəlif sənədlərlə 23 hədis toplayıbdır.
    İbni Əsakir yazır: "Əli (ə) haqda nazil olan ayələr qədər ayə heç kəsin barəsində nazil olmayıbdır.”
    Başqa bir rəvayətdə deyir: "Əli (ə) haqda 300 ayə nazil olubdur.”("Ali-İmran” surəsi, 103-cü ayə.)
    Şiə rəvayətlərində Peyğəmbərdən (s) belə nəql olunub:
    "Quran ayələri dörd dəstəyə bölünür: Onla-rın dörddə biri Əhli-beytə, digər dörddə bir hissəsi bizim düşmənlərimizə aiddir. Üçüncü dörddə bir hissə dinin halal və haramlarına aiddir. Dördüncü dörddə bir hissə isə din hökm-lərini və vacibatları bəyan edir.”
    PEYĞƏMBƏR (S)-İN CANİŞİNİNİ TƏYİN EDƏN AYƏLƏR
    1-"Hamılıqla Allah ipindən yapışın və heç vaxt dağılmayın.”("Şəvahidut-tənzil”, 177-ci hədis.)
    "Şəvahidut-tənzil” kitabının müəllifi bu ayə haqda bir neçə rəvayət nəql edibdir. O cümlədən:
    1) Peyğəmbər (s) buyurub: "Hər kəs nicat gəmisinə minib Allah ipindən yapışmaq istə-yirsə gərək Əlini özünə vəli bilib, onun övlad-larının hidayəti ilə öz dinini kamil etsin.”("Şəvahidut-tənzil” 179-180-cu hədis; "Xəsaisü vəhyil-mübin”, səh.183 (2-ci çap.).)
    2) Məhəmməd ibni Hüseyn ibni Saleh Səbiyi öz təfsirində Yəhya ibni Əlinin belə dediyini nəql edir: "Allahın "və la təfərrəqu” deməkdə məqsədi Əli (ə)-ın vilayətidir. Hər kəs Əli (ə)-ın vilayətinə sarılsa (onu Peyğəmbərdən sonra vəsi bilsə) mömindir. Hər kəs Əli (ə)-ı tərk etsə, imandan xaric olmuşdur.”("Nisa” surəsi, 59-cu ayə.)
    3) Həsən ibni Hüseyn, Əbu Həfs Saiğdən, o da İmam Cəfər ibni Mühəmməd (ə)-dan, "vətəsimu bi həblillah” ayəsi haqda belə nəql edir: "İmam Cəfər ibni Mühəmməd (ə) buyurub: Allahın ipi bizik. Hər kəs bizdən yapışsa ni-cat tapacaq. Hər kəs bizdən üz döndərsə həlak olacaq.”
    2-"Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz içinizdən olan əmr sahiblərinə itaət edin.”("Şəvahidut-tənzil”, 1-ci cild, səh.189, hədis.202)
    Sünnü alimləri bu ayədəki-”ulul-əmr” sözünü təfsir edərkən heyran qalmışlar. Onlardan bəziləri bu sözdən məqsədin ümumiyyətlə "əmirlər” olduğunu, bəziləri isə "ədalətli əmirlər” olduğunu deyir və qeyd edirlər ki, Allah heç vaxt zülmkar əmiri təkid və təyin etməz. Buxari və Müslüm kimi bəziləri isə "ülul-əmrdən” məqsədin Abdullah ibni Hüzafə ibni Qeys ibni Ədinin olduğuna inanırlar.
    Bəli, müəllimi olmayan Quranı hər kəs öz istədiyi kimi yozub ürəyi istəyən mənanı əldə edəcəkdir. Bu ayə barəsində çoxlu nəzəriyyələr irəli sürülüb. Şovkaninin "Fəthül-qədir” və Zəməxşərinin "Kəşşaf” adlı təfsirinə müraciət etdikdə sünnü alimlərinin bu ayənin həqiqi mənasını tapmaqda nə qədər sərgərdan qaldıqlarını görəcəksinz. Bu iki təfsir "ülul-əmr” sözü üçün on iki məna nəql ediblər, axırda da hansı mənanın düzgün olduğunu aydınlaşdırmayıblar. Halbuki, Peyğəmbər (s) buyurub:
    "Hər kəs Quranı öz şəxsi fikri və rə”yi ilə təfsir etsə onun yeri oddur.”
    "Şəvahidut-tənzil” kitabının müəllifi ya-zır: "Bir zaman Peyğəmbər (s) bu ayəni oxuyub dedi: "Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, bu ayədə Allah onları Özünə və mə-nə yaxın etmiş və buyurmuşdur ki, bir işdə çə-tinlik çəkib qorxsanız Allaha, Onun Rəsuluna və ulul-əmrə müracət edin.” Əli (ə) "Ya Rəsuləl-lah! Ulul-əmr kimlərdir?” - deyə sual etdikdə, Peyğəmbər "Sən onların birincisisən” - deyə cavab verdi.("Şəvahidut-tənzil”, 1-ci cild, səh.190, 203-cü hədis.)
    Mücahid, Allah-taalanın "Ey iman gətirənlər” - deyə buyurduğu kəlam barəsində deyir: Yəni Ey tovhidi təsdiq edənlər, vacib hökmlərdə Allaha, sünnətdə isə Peyğəmbərə itaət edin. Ancaq Ulul-əmrə gəldikdə isə, o, sizin içinizdən olan bir şəxsdir.”
    Mücahid deyir: "Bu ayə Əli (ə)-ın haqqında nazil olubdur. Peyğəmbər (s) onu Mədinədə öz yerinə qoyub gedəndə Əli (ə) ərz etdi: Ya Rəsuləllah, məni uşaq və qadınlarla qoyub gedirsiniz?
    Peyğəmbər (s) buyurdu: "Sən razı olmazsanmı ki, Harun Musanın yerində qaldığı kimi, sən də mənim yerimdə qalasan? O zaman ki, Musa dedi: "Pərvərdigara! Tayfamdan bir nəfəri mənim yerimə canişin qoyub qövmümü islah et.” Allah-taala Peyğəmbərə buyurdu: Ulul-əmr də sizdən olacaqlar.”
    Mücahid deyir: "Ulul-əmr” Əli (ə)-dır ki, Allah-taala elə Mühəmməd (s)-in həyatda olduğu zaman onu müsəlmanların vəliyyi-əmri seçdi. Belə ki, Peyğəmbər (s) onu Mədinədə öz yerinə qoyub getdikdə, Allah bütün müsəlmanlara əmr etdi ki, ona itaət edib, onunla müxalifət etməkdən çəkinsinlər.”("Şəvahidut-tənzil” 1-ci cild, səh191, 204-cü hədis.)
    "Şəvahidut-tənzil” kitabının 204-cü hədi-sində yazılır:
    Bu ayə Əli, Həsən və Hüseyn (ə)-ın haqqında nazil oldu. Peyğəmbər (s) buyurdu: "Sizə Alla-hın kitabını (Quranı) və öz Əhli-beytimi vəsiyyət edirəm. Həqiqətən də mən Allah dərga-hında bu iki şey haqda sizdən sual edəcəyəm. Qiyamət günü isə "Kövsər” hovuzuna varid olanda sizdən bu iki əmanətimi geri istəyəcəyəm.”("Müstədrək”, 2-ci cild, səh.337; "Əl-cəvame, 2-ci cild, səh.52; "Təbyini-kizbil-müftəri”, səh.242-246 və onlarla başqa kitablar.)
    Bu ayə ilə əlaqədar olaraq Peyğəmbərdən, "Ulul-əmr”dən məqsədin Əli (ə) olduğunu göstə-rən hədis aşağıdakı ravilərin tərəfindən nəql olunub: Mücahid, İmam Əbu Cəfər (ə), Səd ibni Əbi Vəqqa və İmam Əli (ə).(Əkrəmə Əli (ə)-ın qatı düşmənlərindən idi.)
    3- "Maidə” surəsi, 55-ci ayə:
    "Sizin başçı və vəliniz, yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”
    Sünnü alimləri bu və bundan qabaqkı ayə ilə əlaqədar olaraq öz təfsir kitablarında çox sözlər deyiblər. Məsələn, Zəməxşərinin "Kəş-şaf”-ında, Şovkaninin "Fəthül-Qədir”-ində, Fəxr Razinin "Təfsiri-Kəbir”-ində və Şeyx İsmayıl Həqqinin "Ruhül-Bəyan” təfsirində olan təfsir və izahları qeyd etmək olar.
    "Ruhül-Bəyan” təfsirinin müəllifi bu ayənin nə üçün nazil olması barədə heç nə yazmadan, sadəcə olaraq ayrı-ayrı kəlmələrin mənasını şərh etmiş, "Və hüm rakiun” cümləsini ("Onlar rüku halında zəkat verər”) isə "Allah-dan qorxan və Onun qarşısında baş əyənlər” kimi məna etmişdir.
    "Fəthül-Qədir” kitabının müəllifi əvvəlcə yazır: "Bu ayə İbadət ibni Samitin barəsində nazil olubdur.” Sonra Xətib Bağdadidən belə nəql edir: "Həm müvafiq həm də müxaliflər ibni Abbasdan belə nəql edirlər ki, Əli (ə) rüku halında üzüyünü bir sailə (dilənçiyə) verdi. Bunu görən Peyğəmbər (s) saildən soruşdu: "Bu üzüyü sənə kim verdi?” O, Əli (ə)-ı göstərib dedi: "Rüku halında olan o şəxs.” Elə bu zaman bu ayə nazil oldu.
    Bu rəvayət üçün başqa sənədlər də nəql olunubdur:
    "Fəthül-Qədir”-in müəllifi bu hədisi ibni Abbasdan beş sənədlə nəql edib deyir ki, bu ayə Əli (ə)-ın barəsində nazil olub. Eləcə də Əli (ə)-ın özündən üç sənədlə nəql edibdir ki, "bu ayə mənə aiddir.” Həmçinin, bir sənədlə Əmmardan nəql edərək deyib ki, bu ayə Əli (ə) barəsindədir. Nəhayət, bu ayənin Əli (ə)-a aid olduğu on sənədlə sübut olunmuşdur.
    Fəxr Razi bu ayə barəsində olan nəzərləri iki qismə bölmüşdür. O, birinci hissədə ayənin ümumi halda möminlərin hamısına aid olduğunu bəyan edir. İkinci hissədə isə "bu ayə xüsusi bir şəxsin barəsindədir” - demişdir!
    Birinci nəzər: Əkrəmə("Qəsəs” surəsi, 35-ci ayə.) deyir: "Bu ayə Əbu Bəkrin haqqında nazil olubdur.”
    İkinci nəzər: Əta, ibni Abbasdan belə nəql edir: "Bu ayə Əli (ə)-ın haqqında nazil olubdur.” O, bunu sübut etmək üçün Abdullah ibni Salamdan da bir hədis nəql edir. O deyir: "Bu ayə nazil olanda mən Peyğəmbərə dedim: Əlinin rüku halında üzüyünü bir dilənçiyə verdiyini gördüm. Və mən də onu çox istəyirəm.”
    Bu barədə Əbuzərdən də bir rəvayət nəql edirlər. O deyir: "Bir gün günorta namazını Peyğəmbərlə birlikdə qıldıq. Bir sail məscidə gəlib camaatdan kömək istədi, amma heç kim ona kömək etmədi. O, əllərini göyə qaldırıb dedi: "Pərvərdigara! Sən Özün şahid ol, mən Sənin Rəsulunun məscidində kömək istədim, amma heç kim mənə kömək etmədi.” Bu zaman Əli (ə) rükuda idi. Sağ əlinin kiçik barmağını ona tərəf uzatdı. Onun barmağında üzük var idi. Sail yaxına gəldi və Peyğəmbərin müqabilində üzüyü Əli (ə)-ın barmağından çıxartdı. Bunu görən Peyğəmbər belə dua etdi: "Pərvərdigara! Qardaşım Musa (peyğəmbər) Sənin dərgahına dua edib dedi: Pərvərdigara! Mənim sinəmi (ilahi) elmləri qəbul etmək üçün daha da genişləndir. (Sonra dedi:) Və peyğəmbərlik vəzifəsində qardaşımı da mənə şərik et.” Allah-taala ona buyurdu:
    "Ey Musa! Biz sənin qollarını qardaşınla daha da gücləndirdik. Və sizin hər ikiniz üçün də bir sultanlıq qərar verəcəyik.”("Təfsiri-Kəbir”, 12-ci cild, səh.30)
    Pərvərdigara! Mən Məhəmməd, Sənin peyğəm-bərin və dostunam. Mənim sinəmi genişləndir, işlərimi asan et və öz əhlimdən olan Əlini mənim vəzirim seçib onunla arxamı daha da qüvvətləndir.”
    Əbuzər deyir: "Allaha and olsun! Peyğəmbərin sözü bitməmiş Cəbrayıl nazil olub bu ayəni gətirdi: "innəma vəliyyukumullah...”
    O (Fəxr Razi) "Təfsiri-Kəbir”-də belə nəti-cə çıxarıb deyir: "Ancaq bu ayənin Əlinin haqqında nazil olduğunu demək düzgün deyil. Çünki, təfsirçilərin əksəriyyəti bu ayənin bütün ümmət haqqında nazil olduğunu deyirlər. Bu ayədə Allahın məqsədi budur ki, müsəlmanlar özlərinə, müsəlman olmayan bir kəsi dost seçə bilməzlər. Bəziləri də bu ayənin Əbu Bəkr haqqında nazil olduğunu deyirlər.”("Şəvahidut-tənzil”, 1-ci cild, səh.209-245)
    Sünnü təfsirçisi Zəməxşəri deyir: "Bu ayə Əlinin (kərrəməllahu vəchəh) haqqında nazil olubdur. Hadisə belə olmuşdu: Bir nəfər müsəlmanlardan kömək istədi, Əli (ə) rüku halında üzüyünü ona verdi. Əgər bir şəxs, Əli (ə)-ın tək olduğunu, "rakiun” sözünün isə cəm formada olduğunu deyərək bu məsələyə irad tutsa, ona belə cavab verəcəyik: Hətta bir nəfər üçün olsa belə cəm kəlməsi gətirmək olar ki, başqaları da belə xeyir işlərə təşviq olunsun, onlar da Əli (ə) kimi savab qazansınlar. Mömin bir şəxs gərək yaxşı iş görüb, xeyirxah olsun, həmişə kasıblara əl tutub onların halına yansın və heç bir xeyir işi görməkdə səhlənkarlıq edib usanmasın, hətta namaz halında belə, xeyir işlərdən qafil olmasın.”("Şəvahidut-tənzil”, səh.249-258)
    4- "Maidə” surəsi, 67-ci ayə:
    "Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanların hamısını camaata çatdır. Əgər belə etməsən, onda Allahın risalətini (sənin öhdənə qoyduğu ilahi vəzifələri) layiqincə yerinə yetirməmiş olarsan. Allah səni, camaatdan (ehtimal verilən məkr və hiylələrdən) qoruyacaq və O, kafirləri hidayət etməz.”
    İbni Əsakir böyük səhabələrdən olan Əbu Səid Xidrinin belə dediyini nəql edir: "Bu ayə Qədir-Xum çölündə, Peyğəmbərin ömrünün son anlarında Əli ibni Əbi Talibin haqqında nazil olubdur.” Əbu Səid sonra deyir: İbni Məsud belə deyibdir: Biz bu ayəni Peyğəmbərin vaxtında belə oxuyurduq:
    Fəxr Razi deyir: "Təfsirçilər bu ayənin nə üçün nazil olması barədə on nəzər veriblər. Bunlardan biri budur ki, bu ayə Əli (ə)-ın haqqında nazil olubdur. Bu ayə nazil olanda Peyğəmbər (s) Əli (ə)-ın əlindən tutub dedi: "Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Pərvərdigara! Əlini sevib istəyən-ləri Sən də sev, onunla düşmənçilik edənlərlə Sən də düşmən ol!”
    Elə bu zaman Ömər ibni Xəttab Əliyə dedi: "Mübarək olsun, mübarək olsun, ey Əbu Talibin oğlu! Allah-taala səni mənim və bütün müsəlman kişi və qadınların mövlası qərar verdi.”
    "Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Fəxr Razinin sözlərinə oxşar sözlər dedikdən sonra yazır: "Peyğəmbər (s) Qədir-Xum çölündə buyurdu: Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlinin dostla-rını dost tut, düşmənlərini isə düşmən bil.”
    O, daha sonra yazır: "Bu rəvayəti Peyğəmbərin səhabələrindən otuz nəfəri nəql edibdir. Onların ravilərinin əksəriyyəti düz və etibarlı adamdır.”
    Hənəfi məzhəbindən olan alim Həskani özünün "Şəvahidut-tənzil” adlı kitabında bu ayənin Əli (ə) barəsində nazil olduğunu göstə-rən səkkiz rəvayət nəql edib.("Şəvahidut-tənzil”, 248-ci hədis)
    İndi isə o rəvayətlərdən bir neçəsini qeyd edirik:
    Ziyad ibni Münzər deyir: İmam Əbu Cəfər Mühəmməd ibni Əli (ə)-ın yanında idik. O, camaata hədis deyirdi. Bəsrə əhlindən olan Osman Əşa ondan soruşdu: "Sənə qurban olum, Həsən Bəsri bu ayənin bir şəxsin barəsində nazil olduğunu dedi, ancaq həmin şəxsin adını demədi.”
    Əbu Cəfər (ə) dedi: "Əgər deyə bilsəydi, deyərdi. O, qorxduğu üçün deməyib. Cəbrail, Peyğəmbərə nazil olub dedi: "Allah-taala əmr edir ki, öz ümmətinə namaz qılmağı əmr et.” Peyğəmbər də camaatı namaza dəvət etdi. Sonra Cəbrail yenə dedi: "Allah-taala əmr edir ki, öz ümmətini zəkat verməyə dəvət et.” Peyğəmbər də onun dediyi kimi etdi. Cəbrail yenidən nazil olub dedi: "Allah-taala əmr edir ki, ümmətinə həccə gedib, oruc tutmağı çatdırasan.” Peyğəmbər də elə Cəbrailin dediyi kimi etdi. Sonra Cəbrail yenidən nazil olub dedi: "Cama-atın vəlisini (rəhbərini) onlara tanıtdır. Necə ki, namazı, orucu, həcci çatdırmısan. Çünki, bunların hamısını icra etmək üçün mütləq bir rəhbərə ehtiyac duyulur. Peyğəmbər (s) dedi: "Pərvərdigara! Mənim ümmətim hələ də cahiliyyət dövrünə yaxındır və özlərində təkəbbürlük hissi keçirirlər. Onlardan elə birisi yoxdur ki, öz rəhbərlərinə zülm etməsin-lər. Mən bu məsləhəti ümmətimə çatdırmaqdan qorxuram. Əgər desəm, qəbul etməyəcək və məni təkzib edəcəklər. Elə bu zaman Allah-taala bu ayəni nazil etdi:
    Allah-taala Peyğəmbərin canının qorunma-sına təminat verdikdən sonra o, Əli (ə)-ın əlindən tutub dedi: "Ey camaat! Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlini sevib dost tutanları Sən də sevib dost tut, onunla düşmənçilik edənlərlə Sən də düşmən ol. Əliyə kömək edənlərə Sən də kömək ol, Əliyə kömək etməkdən imtina edənləri məhv et. Əlinin dostlarını sev, Əliyə qəzəb edənlərə qəzəb et.”("Hud” surəsi, 12-ci ayə.)
    Ziyad ibni Münzər yazır ki, Abdullah ibni Abbas belə deyirdi: "Bir gün Peyğəmbər (s) merac hədisini bəyan edərkən belə dedi: Allah-taala buyurub ki, Mən hər bir peyğəmbəri göndərmişəmsə, hökmən onun üçün vəzir də seçmişəm. Heç bir peyğəmbərdən sonra onun ümmətini başsız qoymaq olmaz. Sən Allahın peyğəmbəri, Əli isə sənin vəzirindir.”
    Peyğəmbər camaatın bəzilərinin inad edəcəyini bildiyi üçün bu məsələni onlara necə deyəcəyi barədə fikirləşirdi. Bu hadisədən altı gün keçmişdi ki, bu ayə nazil oldu:
    "Bəlkə sənə nazil olan bəzi ayələri (qəbul olunmamasından qoxduğun üçün) bir az yubadıb (camaata çatdırmağı) təxirə salasan!”("Şəvahidut-tənzil”, 250-ci hədis.)
    Peyğəmbər səbr etdi. Allah-taala zilhəccə ayının 17-də başqa bir ayə nazil etdi.
    Bu ayə nazil olandan sonra Peyğəmbər Bilala əmr etdi ki, camaata elan etsin, Qədir Xum çölündə bir yerə toplaşsınlar. Camaat ora toplaşdıqdan sonra Peyğəmbər (s) buyurdu: "Ey camaat! Allah-taala, sizə elə bir şeyi çatdır-mağı mənə əmr etdi ki, sinəm daraldı, qorxdum ki, qəbul etməyib mənim sözümü təkzib edəsiniz. Amma Allah-taala məni qorxudub bu sözləri sizə çatdırmağımı istədi.”
    Sonra Əli (ə)-ın əlindən tutub o qədər yuxarı qaldırdı ki, hətta Peyğəmbərin qoltuğunun altı göründü. Sonra buyurdu: "Ey camaat! Allah-taala mənim mövlam, mən də sizin mövlanızam. (Mövla – ixtiyar sahibi.) Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlinin dostlarını dost, düşmənlərini isə düşmən tut. Ona kömək edənlərə kömək et. Ona kömək etməkdən imtina edənləri isə məhv et!” Elə bu zaman "Əl-yövm əkməltu ləkum diynəkum” ayəsi nazil oldu. Yəni: "Ey Peyğəmbər, özünə vəsini təyin etdikdən sonra sənin dinini kamil etdik. Səndən sonrakı nişanəmizi camaata tanıtdırdıq. Hər zaman Quranda və yaxud dində müəyyən bir çətinliklə qarşılaşsalar, bu müəllimə (Əliyə) müraciət etməklə həll etsinlər.("Şəvahidut-tənzil”, 212-ci hədis.)
    Bu ayələr aşkar şəkildə göstərir ki, Peyğəmbərin mütləq bir canişini olmalıdır və bu da başqası deyil, yalnız Əli ibni Əbu Talib (ə)-dır.
    "Əlyovm əkməltu” ayəsinin hansı hadisə ilə əlaqədar nazil olması haqda iki rəvayəti qeyd etməklə kifayətlənirik:
    Sünnülərin mötəbər kitablarında ən çox Əbu Hüreyrədən hədis nəql olunur. O, deyir:
    "Hər kim zilhəccə ayının 18-ci günü oruc tutsa, Allah-taala ona 60 günlük oruc savabı yazar. Bu gün Qədir-Xum günüdür. Peyğəmbər həmin gündə Əlinin əlindən tutub camaata "Mən möminlərin mövlası deyiləmmi?” - dedi. "Əlbəttə, mövlasısınız, ya Rəsuləllah!” - deyə cavab verdilər. Peyğəmbər buyurdu: "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
    Ömər ibni Xəttab ayağa qalxıb Əlini (bu məqama seçdildiyi üçün) təbrik etdi və dedi: "Sənə mübarək olsun, ey Əbu Talibin oğlu! Sən bu gündən mənim və bütün möminlərin mövlası oldun.”
    Elə bu zaman "əl-yovmə əkməltu” ayəsi nazil oldu. Yəni Allah buyurur ki, bu gün Peyğəm-bərdən sonra ona canişin təyin etməklə Öz dinimi sizə təkmil etdim, Öz nemətlərimi sizə tamamlayıb, İslam dinini sizin (əbədi) dininiz kimi qəbul etdim.”
    "Şəvahidut-tənzil” kitabının müəllifi bu rəvayəti təsdiq etmək üçün Əbu Səid Xidridən digər bir hədis də nəql edib:
    Əbu Səid Xidri deyir: "Peyğəmbər camaatı Əli (ə)-a itaət etməyə səslədi. Onun qolundan tutub yuxarı qaldırdı. Onlar hələ bir-birindən ayrılmamışdı ki, (Əl-yovm) ayəsi nazil oldu. Peyğəmbər (s) dedi: "Allahu əkbər! Allah dini kamil edib nemətlərini bizə əta etdi. Allah mənim risalətimə və Əlinin vilayətinə razı oldu.” (Sonra camaata üz tutub dedi:) "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”("Nüzhətül-məcalis”, 2-ci cild, səh.174)
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 897 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024