İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 7:21 AM
    PEYĞƏMBƏRİN NİGARANÇILIĞI
    Həqiqət budur ki, camaatın çoxu lap əvvəldən bilirdi ki, Peyğəmbər (s) Əlini özünə canişin seçəcəkdir. Bunu qəbul etmək isə onlar üçün çox ağır və dözülməz idi. Çünki, ərəb tayfa və qəbilələrinin başçıları Peyğəmbər (s)-in Əhli-beytindən kiminsə onlara xəlifə olmasını istəmirdilər və onların özləri müsəlmanlara başçılıq etmək istəyirdi-lər. Digər tərəfdən də Peyğəmbərin ətrafında olan şəxslərdən bəzilərinin qohumlarından biri və ya bir neçəsi döyüşlərdə Əli (ə)-ın vasitəsi ilə qətlə yetirildiyinə görə Əli (ə)-ın xəlifə olmasını qəbul etmək onlar üçün çox ağır və dözülməz idi. "Nüzhətül-məcalis”("Təzkirətül-xəvass”, səh.37 ("Şərifər-Rəzi” çapı)) kitabının müəllifi yazır: Qürtəbi öz təfsirin-də "Səələ sailun biəzab” ayəsinin təfsirində belə yazır: Peyğəmbər "Mən kuntu mövlah fə haza Əliyyun mövlah) dedikdə Nəzr ibni Haris Peyğəmbərə dedi: "Şəhadəteyni qəbul edin”-dedin, biz də qəbul etdik, namaz qılıb, zəkat verməyi əmr etdin, onları da qəbul etdik. İndi də bunlarla kifayətlənməyib, öz əmin oğluna itaət etməyi əmr edirsən! Bunu Allah deyir, yoxsa özün?! Peyğəmbər buyurdu: "Tək olan Allaha and olsun! Bu, Allahın əmridir. Əliyə itaət etməyinizi Allah buyurur.”
    Sonra Nəzr dedi: "Pərvərdigara! Əgər həqiqətən bu Sənin əmrindirsə, onda göydən bizim başımıza daş yağdır!” Elə bu zaman göydən bir daş gəlib onun başına düşdü.
    "Təzkirətül-xəvass” kitabının müəllifi yazır: "Peyğəmbər (s) "Mən kuntu mövlah fə Əliyyun mövlah” - cümləsini dedikdən sonra, bu söz bütün şəhərlərə yayıldı. Bunu eşidən Hərs ibni Nöman ibni Fəhari öz dəvəsi ilə gəlib məscidin qapısında dəvədən endi. Dəvəsini bir yerə bağlayıb içəriyə girdi və Peyğəmbərə dedi: Ey Məhəmməd! Sən bizə "la ilahə illəllah, Muhəmmədun rəsulullah” sözlərini qəbul etməyə əmr etdin, biz də qəbul etdik. Bizə gündəlik beş namazı qılmağı, Ramazan ayında oruc tutmağı, həccə getməyi, malımızın zəkatını verməyi əmr etdin. Bunu da qəbul etdik. Bütün bunlara razı olmayıb əmin oğlu Əlini bizim çiynimizə mindirərək onu insanların hamısın-dan üstün və fəzilətli hesab etdin və "mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” - dedin. De görək, bu sənin öz sözündür, yoxsa Allah-taala tərəfindəndir?!
    Bu sözü eşitdikdə gözləri qəzəbdən qızaran Peyğəmbər (s) buyurdu: "Misli və şəriki olmayan Allaha and olsun! Bu, Allahın fərmanıdır, mənim öz sözüm deyil.” Peyğəmbər (s) bu sözü üç dəfə təkrar etdi. Hərs ayağa qalxıb öz-özünə bu sözləri deyirdi:
    "Pərvərdigara! Əgər Məhəmmədin dediyi bu sözlər düzgündürsə, onda göydən bizim başımıza daş yağdır, ya da bizi dərdli və dəhşətli əzaba düçar et!”("Məaric” surəsinin ilk ayəsi)
    Allaha and olsun! Hələ dəvəsi hərəkət etməmişdi ki, göydən bir daş düşdü, onun başından girib, məxrəcindən çıxdı və onu həlak etdi. Elə bu zaman "sələ sailun bi əzabin vaqe” ayəsi nazil oldu. "Yəni bir kəs Allahdan əzab istədi və duası qəbul oldu.)("Təzkirətül-xəvass”, səh.37-38)
    "MÖVLA” VƏ "VƏLİ” SÖZLƏRİNİN MƏNASI
    Sünnü alimləri Qədir-Xum hədisinə heç bir irad tuta bilmədiklərindən, naçar qalıb bu hədisdəki "mövla” sözünü müsəlmanların ixtiyar sahibi və əmiri mənasına deyil, sadəcə "dost” mənasına yozublar. Ancaq onların bəziləri bu hədisin buyurulduğu şərait və mövcud dəlillərə əsaslanıb "mövla” sözünü "müsəlmanların işin-də tam ixtiyar sahibi olan bir şəxs” kimi məna ediblər.("Əs-səvaiqül-muhriqə”, səh.228; "Səhihi-Müslüm”, Babi fəzli-Əli, 2408-ci hədis (Üçlə doqquzun arasında olan rəqəmlərə "biz”” deyirlər.))
    "Vəli” sözündən məqsəd heç bir istisna olmadan bütün əmr və fərmanlarına itaət olunan şəxs deməkdir. Hədisdəki "əvla” sözü də məhz bu mənanı ifadə edir. Peyğəmbər (s) buyurub: "Mən hər kəsə, onun özündən artıq ixtiyar sahibiyəmsə, Əli də ona, onun özündən artıq ixtiyar sahibidir.” Hafiz Əbul Fərəc Yəhya ibni Səid Səqəfi özünün "Mərəcül-bəhreyn” adlı lüğət kitabında da məhz bu mənanı qəbul edibdir.
    "Təzkirə” kitabının müəllifi yazır: "Demə-li, hədisdə ehtimal verilən on mənanın yalnız onuncusu düzdür. Buna da Peyğəmbər (s)-in buyurduğu dəlalət edir:
    "Mən möminlərə, onların özlərindən də artıq ixtiyar sahibi deyiləmmi?” Peyğəmbərin belə deməsi Əlinin haqq imam olmasına və ona itaət olunmasının vacibliyinə bariz dəlildir.
    Peyğəmbər (s) başqa bir hədisdə belə buyurub:
    "Haqq yaşadıqca, Əli ilədir.” Bu, Əli (ə) ilə müxalifət edən şəxslərin batil, Əlinin isə haqq olduğuna aşkar şəkildə dəlalət edir.
    BAŞQA BİR RƏVAYƏT
    "Ya əyyuhər-rəsul” ayəsi nazil olan zaman Peyğəmbər (s) əmr etdi ki, qabaqda gedənlər geri qayıdıb, "Xum” adlanan yerdə (Cöhfənin yaxınlığında olan yerdir ki, sonralar "Qədir-Xum” adı ilə məşhur oldu) bir yerə toplaş-sınlar.
    Peyğəmbər (s) bir daşın üstündə dəvələrin palanlarından düzəldilmiş minbərə çıxıb uzun bir xütbə söylədi, camaata Allahın kitabını və özünün Əhli-beytini tövsiyə etdi. Sonra buyurdu: "Əhli-beytim və Quran birgədirlər və heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət "Kövsər” hovuzunda mənə qovuşacaqlar.” Sonra buyurdu:
    "Mən sizə, sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?” Hamı "Bəli, belədir!” - deyə cavab verdi. Sonra buyurdu:
    "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi. (Əhməd ibni Hənbəl deyir: Peyğəmbər (s) bu cümləni dörd dəfə təkrar etdikdən sonra dedi:) "Pərvərdigara! Əlini sevib dost tutanları Sən də dost tutub sev. Onunla düşmənçilik edənlərlə Sən də düşmən ol. Əliyə kömək edənlərə kömək et. Ona zülm edib onu xar etmək istəyənləri isə xar və zəlil et. Ona kömək etməkdən boyun qaçıranları məhv et.”
    QƏDİR XUM XÜTBƏSİNİN (HƏDİSİNİN) SƏNƏDLƏRİ
    Sünnü ravilərinin (Peyğəmbərdən hədis rəvayət edənlərin) yüz qırx altısı bu hədisi nəql ediblər. Aşağıdakı mötəbər sünnü kitablarında bu hədis nəql olunub:
    1- Məğazili "Mənaqibi Əli ibni Əbu Talib” kitabında, səh.16;
    2- İbni Əsakir "Tərcümətül-imam Əli ibni Əbi Talib” kitabında;
    3- İbni Üqdə "Hədisi-vilayət” kitabında birinci xəlifə Əbu Bəkrin özündən nəql edib;
    4- Cəbabi "Nüxəbül-mənaqib” kitabında;
    5- Cəzri "Əsnəl-mətalib”də (üçüncü səhifə, 2-ci hədis) yazır ki, bu hədis iki cəhətdən mütəvatirdir: Həm Peyğəmbərin (s), həm də Əli (ə)-ın tərəfindən;
    6- İbni Əsir "Üsdül-Ğabə, 5-ci cild, səh.275;
    7- Cəlaləddin Süyuti "Tarixül-Xüləfa”, səh.114
    8- İbni Kəsir Dəməşqi "Əl-bidayətu vən-nihayə, 7-ci cild, səh.348;
    9- Həskani "Şəvahidut-tənzil”, 1-ci cild, səh.156;
    10- Bədəxşi "Fəttahun-nicat”, səh.57;
    11- Həmvini "Fəraidus-səmteyn”, 1-ci cild, səh.77;
    12- Xətib Bağdadi "Tarixi-bəğdad” kitabında 8-ci cild, səh.290;
    13- Bəlaziri "Ənsabül-əşraf” 2-ci cild, səh.108, 45-ci hədis;
    14- İbni Əbil Hədid "Şərhi-Nəhcül-bəlağə”, 4-cü cild, səh.68;
    15- Qənduzi "Yənabiul-məvəddət”, səh.249;
    16- Zəhəbi "Təzhibut-təhzib”, səh.3;
    17- Siyuti "Əd-dürrül-mənsur”, 2-ci cild, səh.259;
    18- Həmu "Tarixül-xüləfa”, səh.114;
    19- İbni Kəsir "Əl-bidayətu vən-nihayə, 5-ci cild, səh.214;
    20- Müttəqi Hindi "Kənzül-ümmal”, 12-ci cild, səh.208; və 15-ci cild, səh.138;
    21- Heysəmi "Məcməüz-zəvaid” 9-cu cild, səh.105;
    22- İbni Həcər "Əl-isabə, 1-ci cild, səh.304;
    23- Termizi "Camiüs-səhiheyn”, 2-c cild, səh.298;
    24- İbni Üqdə "Hədisül-vilayət” kitabında bu hədisi Ömərin oğlu Abdullahdan, Buxari isə "Tarixi Kəbir” kitabında Ömərin özündən nəql edir.
    Kitabların çoxunda aşkar şəkildə yazılır ki, Peyğəmbər (s) "Həccətül-vida”-da (Peyğəm-bərin sonuncu vida həcci) beş xütbə oxudu: 1-Məkkədə, 2-Ərəfat çölündə, 3-Minada, 4-Xif məscidində, 5-Qədir-Xum çölündə. Bu xütbələrdə "Kövsər” hovuzu ilə əlaqədar on iki imam haqda söhbət etdi.
    Şafei məzhəbində və həddindən artıq təəssübkeş şəxs olan və "Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Mühübbiddin Təbəridən nəql edir ki, Peyğəmbər (s) buyurub: "Allah-taala mənim əcr və mükafatımı Əhli-beytimi sevməyinizdə qərar vermişdir. Mən qiyamət günü sizdən öz Əhli-beytim haqda sorğu-sual edəcəyəm. Mən sizin aranızda iki böyük əmanət qoyub gedirəm. O iki əmanətə sarılsanız, heç vaxt yolunuzu azmayacaqsınız. Onlardan biri digərindən daha böyük olub, göylərdən yerə birləşən Allah kitabıdır. İkincisi isə mənim itrətim və Əhli-beytimdir. Bu ikisi "Kövsər” hovuzunda mənə gəlib çatana kimi bir-birindən ayrılmayacaqlar. Məndən sonra onlarla necə rəftar edəcəyiniz haqda yaxşı fikirləşin.”
    "Səvaiq” kitabının müəllifi yazır: "Səhihi-Müslüm”də və başqa kitablarda yazılıb ki, Peyğəmbər (s) bu xütbəni həccətül-vidadan qayıdanda, Rabiğ adlı məntəqənin yaxınlığında və ömrünün sonuna bir ay qalmış oxuyubdur. O, buyurub:
    "Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm. Birincisi hidayət və nur-la dolu olan Allah kitabı, ikincisi isə, Əhli-beytimdir. Əhli-beytim haqda Allahı sizə xatırladıram!”
    Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.("Əs-səvaiqül-muhriqə”, səh.228)
    Başqa bir səhih rəvayətdə belə buyurub:
    "Mən sanki (bu il Allah dərgahına getməyə) dəvət olunmuşam və bu dəvəti də qəbul etmi-şəm. İndi isə sizin aranızda biri digərindən qiymətli olan iki əmanət qoyub gedirəm...”
    Başqa bir rəvayətdə isə belə buyurulur:
    "Bu ikisi "Kövsər” hovuzunda mənim yanıma kələnə gimi bir-birindən ayrılmayacaqlar. (Quran Əhli-beytsiz, Əhli-beyt isə Quransız mənasızdır.) Mən Allahın hüzurunda bu iki şey haqda sizdən sual edəcəyəm. Bunlardan qabağa keçməyin, əks halda həlak olarsınız. Onlar barəsində etinasızlıq da etməyin, əks halda yenə də həlak olarsınız. (Bunların əmr etdik-lərinə əməl etməsəniz, hökmən həlak olarsınız.) Və bunlara heç bir şey öyrətməyin, çünki bunlar sizdən daha biliklidirlər.”("Əs-səvaiqül-muhriqə”, səh.228) Bu kitabın müəllifi sonra yazır: "İyirimi üç və ya iyirmi doqquz nəfərdən artıq səhabə bu rəvayəti müxtəlif yollarla nəql ediblər.”("Təzkirətül-xəvvas”, səh.37-39)
    "Təzkirətül-Xəvass”ın müəllifi yazır:
    Bütün tarix alimləri yekdil fikirdədirlər ki, Qədir-Xum əhvalatı zilhəccə ayının on səkkizində, Peyğəmbər (s) həccətül-vidadan qayı-danda baş vermişdir. Peyğəmbər (s) yüz iyirmi min səhabənin qarşısında, üstü örtülü şəkildə yox, açıq-aşkar şəkildə buyurdu: "Mən kuntu mövlahu, fə Əliyyun mövlahu.”("Ali-İmran” surəsi, 7-ci ayə.)
    PEYĞƏMBƏRİN CANİŞİNİ KİM İDİ?
    Hər bir insan, əqlin hökmünə əsasən müəyyən bir səfərə çıxdıqda, özünün zəruri və vacib işlərini birinə tapşırır ki, onları yerinə ye-tirsin. Bütün peyğəmbərlərin də özlərindən son-ra bir nəfər canişin və nümayəndəsi olmuşdur.
    Misal üçün, Musa peyğəmbər ibadət üçün Tur dağına otuz günlük səfərə çıxanda qardaşı Harunu öz yerinə canişin təyin edir, bu müd-dət ərzində onları başsız qoymur və qardaşına vəsiyyət edir ki, dini işləri öhdəsinə alaraq onun canişini olsun. Digər tərəfdən, Allah-taala bəndələrə əmr edir ki, özlərinin vacib işlərini vəsiyyət etsinlər. Amma görəsən, rəvadırmı ki, sonuncu Peyğəmbər bu ilahi qanundan istisna edilsin, dünyadan gedərkən öz yerinə bir kəsi canişin təyin etməsin və camaatı öz başına buraxsın? Bu iş nəinki peyğəmbərlərin sonuncusu, daim ümmətin xeyir və məsləhətini fikirləşən bir şəxsiyyətdən, hətta özünün şəxsi xeyir və məsləhətini başa düşən adi bir şəxsdən belə baş verməz. Halbuki, ondan sonra heç bir peyğəmbər gəlməyəcəkdi ki, deyilməmiş məsələləri bəyan etsin. Görəsən hidayət kitabı olan Quran onun incə mənala-rını açıqlayan bir müəllim olmadan bu camaatı hidayət edib düz yola çəkə biləcəkdimi?
    Əgər hər hansı bir dövlət parlamentində müəyyən bir qanun qəbul edilib camaata çatdırılsa, ancaq ondan məqsədin nə olduğunu heç kim başa düşməsə bu qanun öz-özünə qüvvədən düşüb etibarsız sayılmazmı? Quranın müəllimi olmadan bizə həvalə edilməsi düzgün iş olarmı?!
    Ömər ibni Xəttab iddia edirdi ki, Allahın kitabı Quran təklikdə müsəlmanlara kifayətdir. Bəlkə də o, öz fikrini belə əsaslandırıb izah edirdi ki, Quran ərəb dilində nazil olduğundan ərəblər onun mənasını başa düşəcəklər. Doğrudan da əgər onlar Quranı başa düşürdülərsə, onda Quran məfhumları barədə bu qədər təfsir və ixtilaf haradan yaranıb? Və nə üçün indiyə qədər heç bir təfsir kitabı Quranın mütəşabeh ayələrini düzgün şəkildə izah edə bilməmişdir?! İkinci bir tərəfdən isə Quran müəllimini biz yox, kitabın həqiqi müəllifi (Allah) təyin edib.
    Hər hansı bir şirkət yeni bir cihaz və ya dəzgah ixtira etdikdə, onun kitabçasını da buraxır, müxtəlif yerlərdə bu dəzgah üçün təmir və xidmət mərkəzləri açır. Əgər belə etməsələr onda müştəri tapa bilməzlər. Çünki, camaat ondan istifadə qaydalarını bilməzlər.
    İndi necə ola bilər ki, müqəddəs şəriət sahibi asimani bir kitab yaradıb, onu bizə göndərsin, ancaq onun müəllimini göndərməsin, onu təyin etməyi isə ümmətin öhdəsinə qoysun?!
    Üçüncüsü, ağıl bunu qəbul edərmi ki, Allah-taala bütün peyğəmbərlər üçün vəsi seçsin, yalnız sonuncu Peyğəmbər üçün vəsi seçməsin və camaatı müəllimsiz sərgərdan buraxsın?! Belə olan halda camaat ona əməl etmədikləri üçün bəhanə gətirib belə deyərdilər: "Pərvərdigara! Əgər bizim üçün bir müəllim göndərsəydin və da bu asimani kitabı bizim üçün açıqlasaydı, biz bilməməzlik ucbatından haqq yoldan çıxıb əyri yola getməzdik.”
    Əgər belə olsaydı, onda gərək qiyamətdə heç kimsə cəzalandırılmayaydı. Labüd olaraq bu nəticəyə gəlirik ki, Allah-taala İslam ümməti üçün müəllim təyin etmədən, onları öz başlarına buraxa bilməz. O, hökmən bir müəllim təyin etmişdir və o da Peyğəmbərin vəsisidir.
    Bəziləri deyirlər: Allah-taala İslam ümmətinə hörmət əlaməti olaraq Quran müəllimi seçməyi onların öz ixtiyarına qoyaraq buyurub: "Şavirhum fil əmr” "İşlərdə onlarla məşvərət et”, yaxud "Və əmruhum şura bəynəhum” "Onların işləri öz aralarında şuradan ibarətdir.”
    Bu sözə cavab olaraq belə deyirik: Müəllim seçməyi ümmətin öz ixtiyarına qoymaq hikmət sahibi olan Allah üçün qəbahətli bir iş sayılır. Çünki, bu halda camaat onun həqiqi müəlliminin kim olduğunu tanıya bilməz. Ona görə ki, heç kəsin o kitabdan xəbəri yoxdur. Deməli, müəllimi kitab sahibinin Özü seçməlidir ki, camaatı gələcəkdə yaranacaq çətinliklərdən və ixtilaflardan saxlasın. Hikmət sahibi və mərhəmətli Allah heç vaxt camaatı öz başına buraxıb sonra isə (əmr-lərinə düzgün) əməl etmədikləri üçün onları cəzalandırmaz. Deməli O, ümmətin rəhbərinin kim olmasını Öz kitabında bəyan edib Öz məxluqatı içərisində ən əziz şəxs olan Peyğəm-bərin dili ilə onu camaata tanıtdırmalıdır. Ancaq insan təbiətən ziyankar və xəsarətdə olduğundan həmişə haqdan yayınaraq özünü bəlalara düçar edir.
    Digər tərəfdən də bunu qəbul etməliyik ki, xəlifə təyin etmək üçün şura yaratmaq batil bir iş olub şəriət tərəfindən rədd olunur. Bu işin səbəbkarları isə dindən çıxmış kimi tanınırlar.
    QURANIN MÜƏLLİMİ KİMDİR?
    Allah-taala Qurani kərimdə buyurur:
    "Allah O kəsdir ki, bu (asimani) kitabı sənə nazil etdi. Onun ayələrinin bir qismi və əsas hissəsi "möhkəm” (Mənası aşkar şəkildə bəyan olunan) ayələrdir. İkinci qismdə olan ayələr isə "mütəşabeh” ayələrdir (mənasında bir neçə ehtimal verilən ayələr). Ancaq qəlblə-rində inhiraf və azğınlıq olan şəxslər mütəşabeh ayələri seçirlər ki, fitnə yaradıb (camaatı yoldan azdırsınlar) və onu (düzgün olmayan tərzdə) təfsir və məna etsinlər. Halbuki, onların (həqiqi) təfsir və mənasını Allah və elmin dərinliklərinə yiyələnənlərdən başqa heç kimsə bilmir. (İlahi elm sayəsində Quranın bütün sirlərini dərk etmək istəyən-lər) deyirlər: Biz onun hamısına iman gətir-mişik. Hər bir şey Allah tərəfindəndir. Əql sahiblərindən başqa heç kimsə (bunu) dərk edə bilməz.”("Nisa” surəsi, 162-ci ayə.)
    Bu ayədə Allah-taala elmin dərinliklərinə yiyələnən ağıllı şəxsləri Quran müəllimi kimi təqdim edir. İndi görək, elmin dərinliklərinə yiyələnən ağıllı şəxslər kimlərdir? Quran bu şəxsləri başqa bir ayədə belə təqdim edir:
    "Lakin onların içində elmin dərinliklərinə yiyələnən şəxslər və möminlər sənə (yəni Peyğəmbərə) və səndən qabaqkı peyğəmbərlərə nazil edilənlərin hamısına iman gətirən, namaz qı-lıb, zəkat verən, Allaha və qiyamət gününə iman gətirənlərdir. Tezliklə onlara böyük mükafat verəcəyik.”("Maidə” surəsi, 55-ci ayə.)
    Quran başqa bir ayədə belə buyurur:
    "Sizin vəli və ixtiyar sahibiniz yalnız Allah, Onun rəsulu və iman gətirib, namaz qılan və rüku halında zəkat verənlərdir.”("Şərhi-Nəhcül-bəlağə”, 2-ci cild, səh.26-27)
    Sünnü alimlərinin mötəbər kitablarında bu ayə barəsində belə deyilir: "Yüz əlli nəfərdən artıq səhabə "rüku halında zəkat verənlər” deyildikdə məqsədin Əli olduğunu bəyan ediblər.”
    Amma Fəxr Razi deyir: "Rüku halında zəkat verənlər” dedikdə məqsəd Əbu Bəkrdir. Təəc-cüblü burasıdır ki, Əbu Bəkrin özü özünü elmin dərinliklərinə yiyələnən hesab etmir, amma onun tərəfdarları bunu iddia edirlər. Əbu Bəkr, can üstə olanda deyirdi: "Kaş üç şeyi Peyğəmbərdən soruşaydım! Birincisi: Özün-dən sonra vəli və vəsinin kim olduğunu;
    İkincisi: Ənsarların xilafətdən payları olub-olmadığını;
    Üçüncüsü: Bibi və xala qızının irsdən nə qədər pay apardığını. Mən hələ də bunu bilmirəm.”("Tarixi əl-üməm vəl-müluk”, 2-ci cild, səh.260)
    Sadə bir məsələ olan "bibi və xala qızının nə qədər irs aldığını” bilməyən bir şəxs Quranın sirlərinə varıb, onu camaata bəyan edə bilərmi? Yoxsa Allah-taala onu elmin dərinliklərinə yiyələnən adlandırıb?!
    Əbu Bəkrin elmin dərinliklərinə yiyələn-diyini necə demək olar, halbuki onun özü deyirdi: "Mənim üçün həmişə məni yoldan azdıran bir şeytan var. O nə vaxt mənim yanıma gəlib, mənə qalib olsa məndən uzaq olun ki, sizin mal və canınıza zərər yetirməyim.”("Əl-üməm vəl-müluk”, 2-ci cild, səh.260)
    PEYĞƏMBƏRİN NƏZƏRİ NƏ İDİ?
    Görəsən doğrudanmı Peyğəmbər (s) Əbu Bəkri özündən sonra canişin təyin etmişdi? Və ya Peyğəmbər (s) camaatı şura yolu ilə canişin seçməyə dəvət etmişdi, onlar da Əbu Bəkri bu məqam üçün layiqli bilmişdilər?
    İslami kitablarda Əbu Bəkrin Peyğəmbərin vəsisi olması haqda səhih bir hədis yoxdur. Mətləbin şahidi budur ki, əgər belə bir hədis və ya rəvayət mövcud olsaydı, Əbu Bəkr və Ömər səqifədə ona istinad edərdilər. Əgər belə bir iddia etsəydilər yenə də iddiaları üçün əsaslı bir dəlilləri yox idi. Çünki, Quran vəli və vəsini elmin dərinliklərinə yiyələnən bir şəxs kimi təqdim edir. Əbu Bəkr isə deyirdi: "Mən də sizin kimi bir şəxsəm. Əgər düzgün yolda olsam mənə tabe olun.” O, dəfələrlə öz savadsızlığına işarə etmiş,("Nur” surəsi, 54-cü ayə.) və vəsinin şura yolu ilə seçilməsi haqda Peyğəmbərdən heç bir rəvayət nəql olunmamışdır.
    İbni Əbil Hədid yazır: "Peyğəmbər vəsi təyin etmək məsələsinə laqeyd yanaşıb öz vəzifəsinə layiqincə əməl etmədi!” Əgər onun bu sözü düzgün olsa, onda deməliyik ki, Peyğəmbər (s) öz risalətini aşkarda yerinə yetirməyib. Çünki, Quran Peyğəmbərin öz ilahi vəzifəsini aşkarda bəyan etməyi onun əsas vəzifələrindən bilir. "Və ma ələr-rəsuli illəl-bəlağul-mubin” (Peyğəmbərin vəzifəsi yalnız aşkar şəkildə bəyan etməkdir)("Nüzhətül-məcalis”, 2-ci cild, səh.153) Belə olan surətdə isə Peyğəmbər (s) özü ümmət arasında ixtilaf salan şəxs kimi tanınmalıdır, bu söz isə küfrdən başqa bir şey deyil!
    Bütün aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbər öz ardıcıllarına qarşı belə bir iş görüb, öz ümməti arasında ixtilaf salarmı?
    Bəziləri deyirlər: "Peyğəmbər (s) camaata tövsiyə etmişdi ki, xəlifəni şura yolu ilə seçsinlər. Çünki Allah-taala Quranda buyurur: "Və əmruhum şura bəynəhum” (onların işləri öz aralarında şura əsasındadır.) Sual etmək lazımdır: Görəsən nə üçün keçmiş peyğəmbərlər bu üsuldan istifadə edərək vəsi təyin etmədilər? Nə üçün Əbu Bəkr özündən sonra vəsi təyin etdi? Nə üçün Ömər əvvəlcədən hazırlanmış məkrli plan əsasında xəlifə seçməyi altı nəfərin sərəncamına qoyub, üstünlüyü isə öz kürəkəni olan Əbdürrəhman ibni Ovfun olduğu dəstədə bildi?!
    Əgər xəlifə təyin etmək Quranın göstərişinin ziddinə olsaydı, onda Quranın ziddinə əməl edən ilk şəxslər Əbu Bəkr və Ömər idilər. Digər tərəfdən də, sağlam ağlın təsdiq etdiyi kimi, əgər vəsi təyin etmək düzgündürsə, onda nə üçün Peyğəmbərin vəsi təyin etməsinə imkan verməyib, ona yaraşmayan sözləri ona dedilər?!
    Bu ağlasığan bir işdirmi ki, Peyğəmbər 23 illik bir müddətdə müxtəlif əzab-əziyyətlərə və çətinliklərə sinə gərib dini təbliğ etsin, camaatı haqqa doğru hidayət etsin, amma axırda bu yolun davam etməsi haqda bir şey fikirləşməyib, ümməti öz başına buraxsın və çəkdiyi zəhmətlər də heçə getsin?!
    Quranın buyurduğuna görə, bütün peyğəmbərlərin vəsiləri olmuşdur. Onda sonuncu Peyğəmbər üçün canişin olmaması necə mümkündür?
    Peyğəmbərin son dərəcə təkid etdiyi halda onun vəsisini tanımaq mümkün deyilsə, onda sair məsələlər qarşısında nə etmək lazımdır və Quranıdüzgün təfsir və məna etmək necə mümkün olacaq? "Kəfana Kitabullah” Təkcə Quranın bu işlərə kifayət etdiyini demək olarmı? Şafei, Hənəfi, Hənbəli, Maliki, İmamiyyə, Mötəzilə, Əşairə, Zeydiyyə, Sufiyyə, Cəririyyə və sair kimi məzhəblərin məşhur alimləri on dörd əsr keçdikdən sonra Quran ayələrindən Peyğəmbərin vəsisini və canişinini tanıyıb onun elm dəryasından layiqincə istifadə etmişlərmi və bu asimani kitabın dərin mənalı sirlərini dünya əhlinə çatdıra bilmişlərmi?
    Məşhur rəvayətlərə əsasən Peyğəmbər (s) belə buyurub: "Bütün İslam firqələrindən yalnız biri cənnət əhli, qalanları isə cəhənnəm əhlidirlər. Hətta ibadət edib, oruc tutub, zəkat versələr belə.”
    İslam firqələrinin bəziləri itin bala-sının üç günlüyünə kimi halal olduğunu deyir və onun ətinin kabab edib yeyirlər. Bəzi firqələr isə onu elə doğulduğu gündən haram bilirlər. Bəziləri mənini (sperma) pak bilib o halda namaz qılır və məscidə gedirlər. Bəziləri isə onu murdar bilir və iynənin ucu qədər belə paltarda olsa onunla qılınan namazın batil olduğunu deyirlər. Onların bir dəstəsi müvəqqəti evlənməyi haram bilir, bəziləri isə haram yox, müstəhəb bir iş bilirlər. Bəziləri bir məclisdə (yığıncaqda) üç dəfə ardıcıl təlaq verməyi düzgün bilir, bəziləri isə düzgün bilməyib bu cür təlağın batil olduğunu deyirlər. Bəziləri it və donuzun doğduğunu nəcis bilirlər, bəziləri isə onun it və donuzdan olduğuna baxmayaraq onu pak bilir və deyirlər ki, Allah-taala murdar və nəcis şey yaratmır. Onun Yaratdığı bütün şeylər pakdır.
    Deməli, tam əmin olmalıyıq ki, Peyğəmbər (s) öz ümmətini vəsi və müəllimsiz buraxmayıb. Ancaq camaatı Peyğəmbərin dediklərindən uzaq-laşdıran və onun əmr və göstərişlərinə əməl etmələrinin qarşısını alan başqaları oldu.
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 895 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024