İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Nicat günü

    Kitabın adı: Nicat günü
    2011-08-28, 6:51 AM
    MÜTƏRCİMDƏN
    Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim, gizli pıçıltım çatmasın. Mənə çox çətindir ki, mən salamat olduğum halda səni imtahanlar əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın. Canım sənə fəda olsun, ey elə bir qaib şəxs ki, bizdən uzaq deyilsən!
    Canım sənə fəda olsun, ey hər bir qadın və kişinin arzuladığı şəxs! Onlar səni yada salar, ağlayıb sızlayarlar.
    ...Mənə çox çətindir ki, sənsiz cavab eşidib xoş sözlər dinləyəm. Mənə çox çətindir ki, sənin ayrılığın üçün ağlayım, ancaq başqaları səni tərk etsinlər.
    Görəsən bir köməkçi varmı ki, onunla birlikdə ah-nalə edim, ağlamaq səsimi ucaldım? Ey Əhmədin (s) oğlu, görəsən səninlə görüşmək üçün bir yol vardırmı?
    ...Nə vaxt sənin içməli çaylarına daxil olub sirab olacağıq?
    ...Nə zaman həmişəlik sənə qovuşacaq və gözlərimizin yaşı quruyacaq?
    ...Nə vaxt sən bizi görəcəksən və biz də səni görəcəyik və sən də aşkar görünən (zəfər) bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımları məhv edəcək, yer üzünü ədalətlə dolduracaq, öz düşmənlərinə xarlıq və zilləti dadızdıracaq, cəzalandıracaqsan, haqqa təcavüz edənləri və haqqı inkar edənləri həlak edəcəksən, təkəbbürlülərin, zalımların kökünü kəsəcəksən? Və o zaman biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun!
    ...Hardadır nəfsani ehtiraslara pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır Allah övliyalarına izzət bəxş edib, düşmənlərini məhv edən? Hardadır nemətlərin əta olunduğu Allah qapısı?!
    ...Hardadır fəth gününün sahibi və hidayət bayrağını yüksəldən? Hardadır peyğəmbərlər və onların övladlarının intiqamını alan?!
    ...Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi?!
    Hardadır din nişanələrini və din əhlini dirçəldən şəxs?! Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır günahkarları, azğınları və tüğyan əhlini həlak edən şəxs?! Hardadır din və şəriəti öz əslinə qaytarmaq üçün seçilmiş insan?! Hardadır Allahın kitabını və onun qanunlarını dirçəltmək üçün arzu olunan şəxs?!
    «Qarşınızdakı on iki hədisdən ibarət olan bu kitabça islam peyğəmbərinin nəslindən və on birinci imam Həsən Əsgərinin övladı olan Sahibəz-zaman imam Məhdi (ə.c.)-ın şəxsiyyəti, zühuru, hakimiyyəti və dünyada görəcəyi işlər barəsindədir. Bir çoxlarının bu böyük şəxsiyyət barəsində kifayət qədər məlumatlı olmadıqlarını nəzərə alıb, bu gözəl və eyni zamanda müxtəsər şəkildə tərtib olunmuş kitabçanın tərcümə olunub əziz oxuculara təqdim edilməsini zəruri hesab etdik. Bizə elə gəlir ki, bu qısa məlumatları oxumaqla o həzrətin müqəddəs vücudu haqda ümumi təsəvvürlər əldə etmək olar.
    Qeyd etmək lazımdır ki, bu kitabçanın müəllifi Qum elmiyyə hövzəsinin böyük müctəhidi və eləcə də dünyanın tanınmış alimlərindən olan Ayətullah-üzma Məkarim Şirazidir. Müəllif islam dininin bir çox sahələrinə aid olan onlarla qiymətli əsərlər yazıb-yaratmışdır ki, hətta onların adlarını burada sadalamaq imkandan xaricdir. Həmin əsərlərdən təkcə Qurani-kərimin izahlı şərhinə (təfsir) aid yazılmış iyirmi cildlik «Təfsiri-nümunə» adlı kitabın adını çəkmək yerinə düşərdi. Bu kitab dünyanın bir çox dillərinə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanmışdır. O, hal-hazırda sağdır və Qum şəhərində elmi-tədqiqat işləri və eləcə də dini fəaliyyətlə məşğuldur.
    İmam Məhdi (ə.c.) təkcə islam dininin müjdə verdiyi və ardıcılları tərəfindən intizarı çəkilən şəxsiyyət deyildir. Bu şəxsiyyət barəsində Tövratda, İncildə və başqa mənbələrdə də məlumat verilmiş və onun bir zaman zühur edərək dünyaya hakim olacağı, haqsız tökülən qanları dayandıracağı və dünyada ədaləti bərqərar edərək əmin-amanlıq yaradacağı bildirilmişdir.
    Qeyd etmək lazımdır ki, peyğəmbərlərdən sonra o səmavi kitabların təhrif edilməsinə baxmayaraq, Allahın iradəsi ilə onlarda həqiqəti sübut edən bir çox incəliklər qorunub saxlanılmışdır. Onlar diqqətlə, tədqiqatçı nəzərilə mütaliə edilərsə, həmin mətləblərin orada öz əksini tapdığı aydın görünər.
    İslami mənbələrdə imam Məhdi (ə) barəsində olan məlumatlar o qədər genişdir ki, onu heç kəs inkar edə bilməz. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) və onun nəslindən olan on bir nəfər məsum imamın hədislərində on ikinci imam həzrət Məhdi (ə) barəsində, onun bir müddət qeybə çəkilməsi, xalqın onun varlığı barəsində şübhəyə düşmələri, zühurundan əvvəlki zamanların hadisələri, hansı nişanələrdən sonra üzə çıxacağı, döyüşləri, dövlət quracağı, həzrət İsanın sübh namazı vaxtı Fələstində yerə enib imamın namazına qoşulacağı, imamın bütün insanları mənəvi və maddi cəhətdən yüksək dərəcədə təlim edəcəyi, nəticədə ədalətsizliyin yer üzündən tamamilə silinəcəyi, dünyanın əksər xalqlarının islam dinini qəbul edəcəyi və s... bildirilmişdir. Xristianlar özləri də təsdiq edirlər ki, İsa (ə) gələcək və xalqı yenidən dinə-mənəviyyata dəvət edəcək. Lakin onlar bilərəkdən və ya səhvən bir həqiqəti gizlədirlər. Həmin həqiqət İsa (ə)-ın yenidən zühur etdikdən sonra insanları hansı dinə dəvət etməsindədir. Əlbəttə həzrət İsa Məsih də onları təhrif olunmuş xristianlığa deyil, islam dininə dəvət edəcəkdir. Çünki sonuncu səmavi məktəb olan islam dini və eləcə də qiyamətə qədər hər növ təhriflərdən amanda qalacaq Qurani-şərifdə buyurulur ki, Allah yanında din yalnız islam dinidir. Bəli, İsa (ə) gələcək və onları təhrif etdikləri dindən əsil dinə - islama doğru çağıracaqdır. Onlar da öz peyğəmbərlərinin çağırışına müsbət cavab verəcəklər.
    Bir neçə il bundan qabaq bəzi xristian qrupları tələsərək guya İsa (ə)-ın 2000-ci ildə zühur edəcəyini elan etmişdilər. Ancaq məlum olduğu kimi gözlənilən bu hadisə baş vermədi. İslami etiqadlara əsasən həzrət Məhdinin nə vaxt zühur edəcəyini yalnız Allah-taala özü bilir. Ancaq onun zühuru barəsində xəbər verilən nişanələrdən belə məlum olur ki, biz zühur astanası dövründə yaşayırıq. Bəzi alimlərin nəzərinə görə, zühurdan qabaq aşkar olunacaq dörd yüz əlamətdən, artıq üç yüz doxsan dördü baş vermişdir. Deməli, belə məlum olur ki, biz həzrət Məhdinin zühuruna təsadüf edəcək axirəz-zamanda və ya ona yaxın bir dövrdə yaşayırıq. Hər halda, bizim vəzifəmiz bəşəriyyəti bəlalardan xilas edəcək ilahi bir şəxsiyyətin yolunu gözləmək və onun intizarını çəkməkdir. Yorucu və süstləşdirici intizar deyil, qurucu və ümidverici bir intizar! Yəni bizlər o həzrətin zühuru üçün çalışmalı, ədalət və insaniyyətin bərqərar olunması üçün əlimizdən gələni əsirgəməməli, o böyük xilaskarın yaradacağı inqilabın zəminələrini hazırlamalıyıq.
     Axir zamandı, bir qulaq as, ərşi titrədir
     Millətlərin haray mədədi, əl-əmanəsi...
     Şəhriyar
    İmam Sadiq (ə) Səcdə surəsinin 29-cu ayəsinin təfsirində buyurmuşdur:
    «Ey Peyğəmbər! Sənə deyirlər ki, əgər doğru deyirsinizsə deyin görək, qələbə günü (fəth günü) nə vaxtdır? De ki, qələbə günü kafirlərin iman gətirmələrinin bir faydası olmadığı və onlara möhlət verilmədiyi gündür.»
    «Qələbə günü Qaimin (Sahibəz-zaman) əliylə dünyanın fəth ediləcəyi gündür. O gün əvvəlcədən ona iman gətirməyənlərin və zühur intizarında olmayanların iman gətirmələrinin və sonradan onu qəbul etmələrinin elə bir qədir-qiyməti olmayacaqdır. Faydalı iman o imandır ki, əvvəlcədən intizarda olmaqla yanaşı olsun. Allah-taala, iman gətirib intizarda olanların məqamlarını yüksəldər. Bu xeyirli mükafat Əhli-beyti sevənlərə məxsusdur.»
    Məgər biz istəmirik ki, zülm sona çatsın, haqsız axan qanlar dayandırılsın, zəiflərin çörəklərini əllərindən qapanlar cəzalarına çatsın, qəmli ürəklər uzun bir müddətdən sonra sevinc işığıyla parıldasın, pulsuzluq ucbatından evə dönərkən ürəyi kədərdən yanan ataların dərdinə son qoyulsun, küçələrdə səfalətlə dolanan xəstə körpələr rahatlıq tapsın?! Məgər biz istəmirik ki, evimiz, namusumuz daxili və xarici düşmənlərin hücumlarından, təcavüzlərindən amanda qalsın, ölkələri və ölkəmizi bürüyən əxlaqi pozğunluqlara son qoyulsun, pulsuzluq nəticəsində öz evini, el-obasını tərk edən xalqımız öz vətənlərinə dönsün, hər tərəfdən torpaqlarımıza mənfur caynaqlarını batıran təcavüzkarların əlləri kəsilsin?! Görəsən ürəyimiz yanmır, qəlbimiz daşlanmışdır, başımıza daş düşməsə, başına daş düşənlərin harayına tələsməyəcəyik? Nə vaxta qədər cinsi ehtirasları söndürmək arxasıyca qaçacağıq, nəfsani istəklərə qul olacağıq, boş vədlərin arxasıyca gəzəcəyik və həqiqətlərdən üz döndərəcəyik?! Nə zamanacan ümidimizi Allahdan kəsib yalançı peyğəmbərlərə, falçılara və digər fırıldaqçı insanlara ümid bəsləyəcəyik? Nə vaxta qədər düşmənlər bizlərdən öz hədəflərini həyat keçirmək üçün alət kimi istifadə edəcəklər? Nə zamanacan əcnəbiləri yamsılayacağıq, onların demokratiya, azadlıq və insan hüquqları şüarları ilə qəlbimizi sevindirib qəflət yuxusuna gedəcəyik? Görəsən bir kimsə vardırmı ki, bu dərdlərə şərik çıxsın, bir həqiqətsevər vardırmı ki, yolumuza yoldaş olsun, bu yer kürəsinə və onda baş verən hadislərə ibrət gözü ilə baxsın?! Heç xəbərimiz varmı ki, pis əməllərimiz ucbatından bizlərə Allahın bəlaları nazil olur, pis əməllərimiz nəticəsində həzrət Məhdinin ilahi inqilabı gecikir? Görəsən bundan da böyük dərd olarmı ki, müsəlmanlar Allahı, peyğəmbəri, onun gətirdiyi Quranı, Quranın şərhçisi olan imamları və onların böyük xilaskarı olan həzrət Məhdi Sahibbəzamanı unudub qəflət yuxusunda xəyali bir ömür sürsünlər?! Aya, gözü açıq halda yatanların bu işindən təəccüblənən yoxdur?...
    Qoy bu inqilab sel kimi axsın,
    Göy guruldasın, ildırım çaxsın.
    Müstəzəfin qoy haqqa çatarkən
    İslam bayrağın dağlara taxsın.
    Məzlumların ahı qoy alov çəkib
    Zülmü rişədən yandırıb-yaxsın
    Allah süfrəsi açıq olarmı
    Bir iddə yesin, bir iddə baxsın?!
    Seyyid Məhəmmədhüseyn Şəhriyar.
    Ey «mən müsəlmanam» - deyən bacı və qardaşlar! Gəlin bizlər «Allah ipindən yapışın, parçalanmayın» ayəsinə əməl edib öz dinimizdə möhkəmlənib birləşək və peyğəmbərimizin vədə verdiyi həqiqi rəhbərimizin yolunu gözləyək, onun zühuru üçün dua edək və zühurun gecikməsinə səbəb olan günah əməlləri tərk edək!
    Qum şəhəri, 2001. Oktyabr.
    Məhəmmədməhdi Şahmərdani

    MÜQƏDDİMƏ
    Nəzərinizdən keçirdiyiniz bu kitabça həzrət Məhdi (ə) barəsində olan on iki mühüm hədisdən ibarətdir ki, onların altısı böyük sünnü alimlərinin ən məşhur kitablarından və qalan altısı da məşhur şiə mənbələrindən nəql edilmişdir. Siz bu hədislərin tərcüməsinə, onun xülasə və eyni zamanda cəlbedici və rəvan şərhinə azacıq diqqət yetirsəniz həzrət Məhdi (ə.c.) inqilabının müxtəlif sahələri, hökumətinin necəliyi, Peyğəmbər (s) və Əhli-beyt imamlarının bu barədə buyurduqları müjdə və məlumatlarla tanış ola bilərsiniz.
    Bu hədislərdə gözə çarpan incəlik budur ki, həzrət Məhdinin (ə) ümumdünya hökuməti məsələsi bəzi avam adamların düşündüklərindən daha yüksəkdir. Bu məsələlərə dərindən nəzər saldıqda məlum olur ki, o həzrətin inqilabının intizarında olmaq insanda hansı növ mənəvi, maddi və ruhi hazırlıqlar tələb edir. Onu da başa düşmək olur ki, onun gəlişinin intizarında olmasını iddia edənlərin hamısı həqiqi iddiaçı deyildir. Burada bir incəliyi də xatırlatmaq lazımdır ki, həzrət Məhdiyə (ə) aid olan hədislər təkcə müsəlmanların müəyyən bir qrupuna və ya şiə məzhəbinə məxsus deyildir. Bu rəvayətlər bütün islami mənbələrdə gətirilmişdir və bir çox yerlərdə onun inqilabının hansı şəkildə olacağını, dəvətinin məzmununun hansı həddə olacağını bildirən aşkar dəlillər və ya lətif işarələr şəklində göstərilmişdir.
    Category: Nicat günü | Added by: Islam_Kitabxanasi
    Views: 907 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024