İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:16 PM
    SUAL - CAVABLAR
    Sual 1: Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur və ovcumuzdakı dəstəmaz suyu ilə (təri) ilə başın qabağına məsh çəkirik, ayaqlarımızın üstünə də əlimizdə qalmış dəstəmaz təri ilə məsh edirik; amma sünnilər bizdən fərqli olaraq, (bəziləri) başa qulaqlarla birlikdə məsh edir, ayaqları isə məsh əvəzinə yuyurlar?
    Cavab: On iki imamçı şiələrlə sünnilər arasında bəzi vacib dəstəmaz hökmlərində fərq var:
    1.Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bəziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.("Urvətül-vusqa”, dəstəmazın əməlləri fəsli) Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.(Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 54. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
    2.Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, səh. 65. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
    3.Bizim fiqhdə başın qabağını məsh etmək vacibdir. Amma bu barədə sünnilər arasında fikir ayrılığı var. Bildiyiniz kimi, sünni məzhəbi maliki, hənbəli, hənəfi, şafei olmaqla dörd qrupa bölünür.
    Hənbəlilərin fikrincə, bütün başa qulaqlarla birlikdə məsh edilməlidir. Onlar qulaqları başa aid edir və bu barədə rəvayət də göstərirlər.(Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.45.)
    Hənəfilərin fikrincə, başın dörddə birini məsh etmək vacibdir.
    Şafeilərin əqidəsinə görə, hər nə qədər olsa başın bir hissəsinə məsh çəkmək vacibdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 36-37, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 53. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.42-46.)
    Sünnilərin bəziləri isə belə hesab edirlər ki, məsh əvəzinə baş yuyulsa və ya ona su tökülsə, kifayət edər.(həmin mənbə)
    4.Şiə fiqhinə görə ayaqların üstünə məsh çəkmək vacibdirsə, sünnilər yekdil olaraq ayaqların yuyulmasını vacib hesab edirlər.(həmin mənbə)
    Beləcə, şiələrlə sünnilər arasında dörd məsələdə fikir ayrılığı var:
    1.Biz üzün yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bizim dəlilimiz Peyğəmbərin (s) dəstəmazda üzünü yuxarıdan aşağıya yumasını bildirən rəvayət və imamın (ə) əmrini çatdıran hədisdir: "Üzünüzü yuxarıdan aşağıya yuyun”("Vəsailüş-şiə”, 15-ci fəsil, hədis-22.).
    Sünnə əhli isə bildirir ki, "fəğsilu vucuhəkum”( "üzünüzü yuyun”) ayəsi(Maidə”, 6) üzü yumağı əmr etmiş və yuxarıdan aşağıya yumaq məsələsinə toxunmamışdır. Onların fikrincə, üzün necə yuyulması barədəki rəvayətlər bu hökmü vacib yox, müstəhəb edə bilər.
    2.Biz əlləri yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bu hökm üçün dəlilimiz həzrət Peyğəmbərin (s) dəstəmazda əllərini yuxarıdan aşağıya yumasını nəql edən rəvayət və imamın (ə) uyğun ayənin təfsiri zamanı bir buyuruğudur: "Əllər yuxarıdan aşağıya yuyulmalıdır.”("Vəsailüş-şiə”, 19-cu fəsil, hədis-1.)
    3.Biz başa məsh edilməsini vacib və müəyyən bilirik. Sünnilər isə hətta öz aralarında bu barədə fərqli əqidədədirlər. Başın qabaq hissəsinin bir miqdarına məsh çəkilməsi barədə rəvayətlərdən birində Zürarə imam Baqirdən (ə) soruşur: "Başın və ayaqların bir hissəsinə məsh çəkilməsini haradan bilirsiniz?” İmam buyurur: "Ey Zürarə bu hökmü Allahın Rəsulu (s) buyurmuş və bu barədə ayə nazil olmuşdur. Allah "üzünüzü yuyun” buyurduqdan sonra sözünə davam edərək "başınıza məsh edin” əmr etmişdir. "Bi ruusikum” kəlməsinin əvvəlindəki "bi”-hərfindən başa düşürük ki, məsh başın bəzi hissəsinə aiddir.”
    Beləcə, ayənin özündən də məlum olur ki, başın bir hissəsinə məsh vacibdir. Amma sünnə əhli uyğun ayəni fərqli anladığından öz aralarında ixtilafa düçar olmuşlar. Onlardan bəziləri belə bir rəvayət nəql edirlər ki, həzrət Peyğəmbər (s) əlini qabaqdan arxaya və təkrar arxadan qabağa gətirməklə bütün başa məsh çəkirmiş.(Səhihe-Buxari”, h.185, Səhihe-Müslim, hədis-235.) Başqa bir rəvayətdə isə qulaqların da başdan hesab edildiyi bildirilir.("Səlatul-mumin, əl-Qəhtani”, cild -1, s.45) Digər bir rəvayətdə isə şəhadət (səbbabə) barmağın qulağa daxil edilib, orta barmağı qulağa çəkmək lazım bilinir.(həmin mənbə, s. 42) Amma bu hökm müstəhəb hesab edilir.
    Uyğun ayədən görünür ki, üzün yuyulması ilə başa məsh çəkilməsi arasında əsas fərq "bi”-hərfidir. Sünni alimlərindən bir çoxu "bi” hərfini "bəzi” mənasında qəbul etsələr də, bəzi alimlər həmin mənanı təsdiq etmirlər.("Əl-fiqh ələl məzahibil-xəmsə”, c. 1, s. 65.)
    4.Şiələr ayaqlara məsh çəkilməsini vacib bilirlərsə, sünnilər yekdil şəkildə ayaqların yuyulmasını vacib hesab edirlər.
    İstinad etdiyimiz ayəyə bir daha nəzər salaq. "Maidə”, 6: "ya əyyuhəlləzinə amənu iza qumtum iləs-səlati fəğsilu vucuhəkum və əydidəkum iləl-mərafiqi vəmsəhu biruusikum və ərculəkum iləl-kəbəyn.” Ayənin tərcüməsi: "Ey iman gətirən kəslər namaza durduğunuz vaxt üzünüzü və dirsəyədək əlinizi yuyun; başınıza və dikinədək ayağınıza məsh çəkin.” Şiələr ayəni yuxarıdakı kimi tərcümə etmişlər. Amma sünnilər belə hesab edirlər ki, "yuyun” əmri baş və ayağa da aiddir. Ona görə də ayəni belə tərcümə edirlər: "Üz və əllər kimi ayaqlarınızı da yuyun.” Cavab olaraq deməliyik ki, ayədə yuyun əmri yalnız üz və əllərə aiddir. Ərəb dilinin qrammatikasından xəbərdar olanlar deyilənləri daha yaxşı anlaya bilərlər.
    Sual 2: Nə üçün şiələr gündəlik (yovmiyyə) namazları üç vaxtda, sünnilər isə beş vaxtda qılırlar?
    Cavab: Həqiqətən də, gündəlik namazların beş vaxtda qılınması bildirilmişdir və həzrət Peyğəmbər (s) çox zaman namazlarını beş vaxtda qılmışdır. Şiə fiqhinə görə də namazı beş vaxtda qılmaq fəzilətlidir. Amma "Səhihe Müslim”(Babul-cəmi beynəs-səlateyni, hədis 705, səh-314.) və "Səhihe Buxari”(Səhih Buxari, kitabul Məvaqit, babu təxiriz-zöhri iləl əsri, hədis 543 və babul vəqtil-məğrib, hədis 562 və əbvabut-tətəvvui, fəsl 30, hədis 1174.)də göstərildiyi kimi, həzrət Peyğəmbər (s) bəzən günorta və ikindi, eləcə də, şam və xiftən namazlarını ardıcıl qılmışdır. Sünnilərin "Töhfətul-ixvan” adı ilə tanınmış kitabında da bu rəvayət nəql olunur: "İbn Abbasdan soruşdular ki, nə üçün Peyğəmbər (s) günorta və ikindi, şam və xüftən namazlarını bir yerdə qıldı? İbn Abbas dedi: Allahın rəsulu öz ümmətindən bir nəfərin də əziyyət çəkməməsini istədi.”("Töhfətul-ixvan”, Ben Baz, s. 174)
    Sual 3: Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə həm tüludan bir saat əvvəl, həm də tülu vaxtı azan verirlər?
    Cavab: Şiə fiqhində bütün hökmlər Qurana, Peyğəmbərin (s) göstərişi və əməllərinə əsaslanır. Fəqihlər bütün bu bilikləri məsum Əhli-beyt (ə) vasitəsi ilə əldə edirlər. Kimsə öz təsəvvürünə və istəyinə əsasən ibadət ixtira edə bilməz. Şiə fəqihlərinin əlində tüludan qabaq azan vermək barədə heç bir dəlil yoxdur və bu işi bidət, haram sayırlar. Amma sünnilər öz kitablarındakı bəzi rəvayətlərə(Səhih Buxari, Kitabul əzan, bab 13, əl-əzan qəbləl fəcr, hədis 621.) əsaslanaraq, tüludan qabaq azan verir və bildirirlər ki, bu azan obaşdanlığa durmaq, gecə namazı qılmaq, qüsl vermək istəyənləri oyatmaq üçündür.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.149 və əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, şürutil əzan, səh-314)
    Sual 4: Nə üçün biz şiələr azan və iqamədə "əşhədu ənnə əmirəlmömininə əliyyən vəliyyullah” deyirik və sünnilər bizə etiraz edərək soruşurlar ki, məgər Allahın vəlisi (imamı, təyin etdiyi rəhbər) var?
    Cavab: Şiə fiqhində belə bir rəvayət var ki, tövhid və həzrət Məhəmmədin (s) risalətinə şəhadət veriləndə həzrət Əlinin (ə) vilayətinə (imamlığına) də şəhadət verilsin. Rəvayətlərdən məlum olur ki, əvvəlki iki şəhadət üçüncüdən ayrı deyil və bu şəhadətlər arasında bağlılıq var. Azan və iqamə haqqındakı rəvayətlərdə bunun təkid olunmaması, zahirən, onun qeyri-zəruriliyi ilə yox, hansısa bir maneə ilə bağlıdır. Bütün bunlara baxmayaraq, imamət və vilayətə şəhadət şiələrin əsas şüarlarındandır və on iki imamçı şiələr lap qədimdən bu şüarla tanınmışlar.
    "Tövzihil-məsail” risaləsində buyurulduğu kimi, həzrət Əlinin (ə) vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyil. Biz şiələr bu şəhadəti vacib hesab etməklə deyil, təbərrük məqsədi ilə deyirik. Əlinin (ə) vilayətinə şəhadət verməyimizin mənası budur ki, Məhəmməd (s) Allah tərəfindən peyğəmbər seçildiyi kimi, Əli (ə) də Allah tərəfindən imam seçilmişdir.
    Amma sünnə əhli vilayət və imamət inancına müxalif olub, Əlinin (ə) imamətini təsdiq edəcək sözləri dilə gətirmirlər. Çoxlarına hətta başqa mənalar bildirən "əli” kəlməsini işlətmək ağır gəlir. Şiələr Quran tilavətini başa çatdırdıqda "sədəqəllahul-əliyyul-əzim” deyirlər. "Bəqərə” surəsinin 255-ci ayəsindəki "huvəl-əliyyul-əzim” – "Odur ən uca və böyük varlıq” ifadəsində "əliy” Allahın ucalıq sifətini bildirir və həzrət Əli (ə) ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, "əli” sözündən çəkinərək sünnilər hətta Quran tilavətindən sonra "sədəqəllahul-əzim” deyirlər.
    MƏSCİDÜN-NƏBİDƏ AZAN
    "Məscidün-nəbi” Mədinə şəhərindəki Peyğəmbər (s) məscididir. Bu məsciddə böyük şiə alimlərindən biri, sünnə əhli camaat namazını başa vurduqdan sonra azançıya şiələr kimi azan verməsini buyurur. Bu vaxt bir qrup şiə də həmin alimin arxasında namaz üçün dayanır. Azançı "əşhədu ənnə əmirəlmömininə əliyyən vəliyyullah” dedikdə məscid məmurları onu tutub aparmaq istəyirlər. Alim bu işə mane olub, azançının günahkar olmadığını bildirir və məscidin böyüklərini tələb edir. Məscidin böyükləri gəldikdə şiə alimi deyir: "Biz şiələrin müstəqil fiqhi (şəriət qanunları) var və öz qanunlarımıza əməl edirik. Bizim fiqhimizə görə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdikdən sonra təbərrük olaraq həzrət Əlinin (ə) imamətinə də şəhadət verə bilərik. Biz öz fiqhimizə əməl edirik. Siz də bunun əvəzinə Əbubəkr və Ömərin haqqına şəhadət verin!” Məmurlar şiə aliminin bu sözlərini təbəssümlə qarşılayıb, ondan uzaqlaşırlar.
    BİR MÜBAHİSƏ
    Məscidün-nəbidə bir misirli sünni mənə dedi: "Siz şiələr "əliyyən vəliyyullah” deyirsiniz. Məgər Allahın vəliyə (imama, rəhbərə) ehtiyacı var?” Cavabında dedim: "Siz "Muhəmmədən rəsulullah” demirsinizmi?” Bildirdi ki, deyirik. Dedim ki, məgər Allahın rəsula (elçiyə) ehtiyacı var? Dedi: "Biz o mənada deyirik ki, Məhəmmədin (s) Allah tərəfindən risaləti var.” Dedim: "Əliyyən vəliyyullah”-ın da mənası budur ki, Əlinin (ə) Allah tərəfindən imaməti var və sizin də kitablarda buna oxşar sözlərlə qarşılaşırıq. Məsələn, Buxarinin "Səhih”ində bildirilir ki, Ömər "mən Əbu-Bəkrin vəlisiyəm” demişdir.("Səhihe Buxari”, xüms kitabı, s. 513) Məlumdur ki, ölünün vəliyə ehtiyacı yoxdur. Ömər demək istəmişdir ki, o Əbu-Bəkr tərəfindən vəli, yəni rəhbər təyin olunmuşdur. Bunu da qeyd edək ki, Əbu-Bəkr və Ömərin xalqa rəhbər təyin etmək səlahiyyəti yox idi. Əbu-Bəkr hansı ixtiyarla xalqa vəli seçməli idi?
    Şiələrin əqidəsinə görə, Əli (ə) Allah tərəfindən Peyğəmbərin (s) vasitəsi ilə imamət və rəhbərliyə təyin olunmuşdur. Əslində sünnilər Öməri Peyğəmbərin yox, Əbu-Bəkrin xəlifəsi kimi tanımalı və "şəhadət verirəm ki, Ömər Əbu-Bəkrin vəlisidir” deməlidirlər. Əgər belə demirsinizsə, (sünniyə müraciətlə dedim) Ömərin rəhbərliyini inkar edirsiniz.”
    Həmsöhbətim gülümsündü və "Səhihe Buxari”dən gətirdiyim dəlil müqabilində bir söz deyə bilmədi. "Bəs Əlinin (ə) Allah tərəfindən təyin olunmasına dəliliniz nədir?” –deyə soruşdu. Bildirdim ki, dəlilimiz çoxdur. Nümunə olaraq bir Quran ayəsini misal çəkdim: "Sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun rəsulu və iman gətirib namaza duran, rüku halında zəkat verənlərdir.” (Maidə”, 5)
    İstər şiə, istər bir çox sünni təfsirçiləri bildirirlər ki, rüku halında üzüyünü fəqirə verən Əlidir və bu ayə onun haqqında nazil olmuşdur.("Təfsire Dürrül-Mənsur”) Əllamə Əmininin "Əl-ğədir”, Şərəfüddin Amilinin "Əl-müraciat” kitabına baxa bilərsiniz. Sonra həzrət Əlinin (ə) vilayətini sübut edən hədislər misal çəkdim. Həmsöhbətim mübahisəni davam etdirməyə meylli olsa da, onun yoldaşı "daha kifayət edər” deyib, əlindən tutdu və xudahafizləşib getdilər.
    Sual 5: Nə üçün biz də sünnilər kimi sübh azanında "əssəlatu xəyrun minənnovm” demirik?
    Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə məlumat olmadığından onu azanda demək caiz deyil, bidətdir. Amma bəzi qeyri-mötəbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.("Töhfətul-ixvan”, Ben Baz, Əbdül Əziz ben Əbdüllah ben Baz, s. 79) Bəzi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.("Əl-əzan”, Əbi Hatəm, s. 45) Ən əsası isə sünnilərin "Səhihe Buxari”, "Səhihe Müslim” kimi mötəbər kitablarında bu barədə heç bir məlumat verilmir.(Səhihe Müslim, Kitabus-səlati, babu sifətil-əzani, hədis 379. Səhih Buxari, Kitabul əzan.) Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 312.)
    Bəli, sünnə əhli öz fiqhini Peyğəmbər Əhli-beytindən (ə) götürmədiyi üçün bir çox xətalara düçar olmuşdur. Allah-təala hər kəsi həqiqi Peyğəmbər (s) sünnəsinə müvəffəq etsin.
    Sual 6: Nə üçün sünnilər də bizim kimi azanda "həyyə əla xəyril-əməl” demirlər?
    Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə "həyyə əla xəyril-əməl”, yəni "əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.(Kitabul-əzan”, Əbi Hatəm, s. 54-60.)
    Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər.
    Sual 7: Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?
    Cavab: Quranda buyurulur: "Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.” (Əhzab” surəsi, ayə 56.) Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mötəbər kitablarından olan "Səhihe Müslimdə” nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: "Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.”(Səhihe Müslim”, namaz kitabı, s. 198)
    Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar. Bu məhrumiyyət Əhli-beytdən uzaq düşənlərin cəzasıdır.
    Sual 8: Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə azandan sonra bir qədər səbr edib, namaz qılırlar? Məgər azan deyiləndə hələ namazın şəri vaxtı olmur, yoxsa başqa bir səbəb var?
    Cavab: Onların səbr etməsi nafilə namazının qılınması və namaz qılanların camaat namazına toplanması üçündür. Şiələr də nafilə namazı qıldıqda bu namazdan sonra vacib namazı qılırlar. Ümumiyyətlə, sünnə əhli namazın şəri vaxtına kifayət qədər diqqətlidir.
    İmam Sadiqə (ə) sual verdilər ki, sünnilərin azanı ilə namaz qılmaq olarmı? İmam (ə) buyurdu: "Bəli, onlar namazın vaxtına çox diqqətlidirlər.”(Vəsailüş-şiə”, c. 5, s. 378, bab 3, hədis 1.)
    Bununla belə, azan deyilən kimi namaz qılmaq olar, çünki azan şəri vaxtda deyilir. Sübh və günorta azanlarından fərqli olaraq, axşam (şam) azanına münasibətdə şiələr və sünnilər arasında ixtilaf var. Sünnilərin nəzərincə, şam namazının və iftarın vaxtı günəş batanda çatır. Ona görə də günəş batan kimi azan deyirlər. Amma şiə fəqihlərinin nəzərincə, günəş batandan sonra şərqdəki qızartı insanın başı üstən keçdikdən sonra azan vaxtı olur. Beləcə, sünnilər şam azanı dedikdə biz namaz qıla bilmərik. Onların azanından təqribən 12 dəqiqə sonra namaz qılıb, iftar edə bilərik.
    Sual 9: Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar? Sünnilər isə həmişə cəm halda dayanır və şiələrin bu hərəkətinə etiraz edirlər...
    Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bəzən isə tənha duranların namazını batil hesab edirlər.
    Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.("Töhfətul-ixvan”, Ben Baz, s. 96 və "Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1 səh-405.) (Məlum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir.
    Bir daha qeyd edək ki, möminlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar.
    YADDAŞ
    Məlum oldu ki, sünnə əhli camaat namazında iştirakı vacib sayır, onun qaydalarına xüsusi diqqət yetirir, camaat namazının saymazlıq üzündən tərk edilməsini böyük günah hesab edir. Şiələr də çalışmalıdırlar ki, Məscidül-haram və Məscidün-nəbidə qat-qat artıq savaba malik namazlara hazır olub, azan vaxtı hamı məscidə tələsdiyi zaman dükan-bazarda gəzməsinlər. Bu namazlarda iştirak etmək istəməyənlər göz qabağında qalmasalar daha yaxşıdır.
    Sual 10: Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində "bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?
    Cavab: Şiələrin əqidəsinə görə, "Bismillahir-rəhmanir-rəhim” Quran surələrinin tərkib hissəsidir. "Tövbə” surəsindən başqa bütün surələr "bismillahir-rəhmanir-rəhim”lə başlayır. Əgər həmd və surəni "Bismillahir-rəhmanir-rəhim”siz başlasaq, surə natamam olar.
    Bu məsələdə sünnilərin bir qismi şiələrlə həmfikirdirlər. Sünnilərin bəziləri isə yalnız "Nəml” surəsinin "Bismillahir-rəhmanir-rəhim”lə başladığını qəbul edir. Malikilər isə belə düşünürlər ki, ümumiyyətlə, namazda "Bismillahir-rəhmanir-rəhim” deyilməməlidir.("Misbahul-munir”, Həmd surəsinin təfsiri.) Beləcə, dörd sünni məzhəbini təşkil edən malikilər uyğun ifadəni namazda işlətmir, hənəfilər ya demir, ya da astadan deyir, şafeilər ucadan deyir, hənbəlilər ucadan demirlər.("Səhihe-Müslim”, namaz kitabı, s.204) Belə bir nəticəyə gəlirik ki, sünnilər arasında namaz qılarkən "bismillahir-rəhmanir-rəhim” demək təqiyyəyə zidd deyil.
    Sual 11: Nə üçün şiələr namazda əllərini yana salır, sünnilər isə qarşı tərəfdən üst-üstə qoyurlar?
    Cavab: Şiə fiqhində sübut olunub ki, həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) namazda əllərini yana salmışlar. Əhli-beyt rəvayətlərində əlləri üst-üstə qoymaq qadağan edilir. İmam Baqir (ə) bir şəxsə buyurur: "Əllərini üst-üstə qoyma, çünki atəşpərəstlər belə edirlər.”("Vəsailüş-şiə)
    Rəvayətlərdə bildirilir ki, namaz halında əlləri budların üzərinə qoymaq müstəhəbdir. Əgər bir şəxs əlləri üst-üstə qoymağı namaz qaydası bilərək belə edərsə namazı batil olar. Bu məsələdə sünnilər arasında cüzi fərqlər də olsa, onların əksəriyyəti bu işi müstəhəb hesab edir. "Səhihe Buxari” və "Səhihe-Müslim”də(Səhih Buxari, Kitabul əzan, səh-120, Səhih Müslim, Kitubs-səlati, səh-205, hədis 401) bu barədə cəmi bir rəvayət nəql olunmuşdur. Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) qiraət halında olarkən sağ əlini sol əlinin üstünə qoymuşdur. Sünnilərin bəzisi əlləri sinənin üstündə, bəziləri isə göbəkdən aşağı üst-üstə qoymağı zəruri bilirlər.(Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 82, sual 25.) Sünnə əhli belə hesab edir ki, əlləri üst-üstə qoymaq Allah qarşısında təvazö və kiçiklik əlamətidir. Onlar Allahdan qeyrisinin qarşısında əlin sinəyə qoyulmasını caiz hesab etmirlər.("Fəzlul-Mədinə”, Əbdül Möhsin ben Həmdül İbad s. 43)Bəziləri isə belə hesab edirlər ki, əllər qəlbi (ürəyi) qorumaq məqsədi ilə üst-üstə qoyulur. Malikilər isə namazda şiələr tək əllərini yana salırlar.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 231)
    Sual 12: Nə üçün həmd surəsindən sonra sünnilər "amin” deyir, biz isə demirik?
    Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və imamların "amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə imam Sadiq (ə) buyurur: "İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra "amin” yox, "əlhəmdulillahi rəbbil-aləmin” deyin” ("Vəsailüş-şiə”, fəsil 17, hədis 1)
    Şiə fiqhində "amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq "amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir. Qeyd ektmək lazımdır ki, onlar bu sözü Həmd surəsinin bir növ dua olması və ya duanın qəbulu üçün demirlər. Bu iş təkcə Əbu Hüreyrənin hədisinə istinadən yerinə yetirilir.("Əl-misbahul-munir”, Həmd surəsinin təfsiri, Səhih Buxari, Kitabul əzan, fəsil 111, hədis 780.)
    Sual 13: Nə üçün camaat namazının birinci və ikinci rəkətlərində yalnız imam, bəzi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?
    Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rəkətdə yalnız imamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: "Camaat namazında iqtida edənə (məmuma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında imamla birlikdə oxumaq məkruhdur.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 228) "Səhihe Buxari” və "Səhihe Müslim”də də namazın hər rəkətində həmd oxumağın vacibliyini bildirən rəvayətlər var.(Kitabul-əzan”, h. 756) Sünnə əhli arasındakı bu ixtilaf səbəbindən onların camaat namazında kimi həmdi ucadan oxuyur, kimi astadan deyir, kimisi də susur.
    YADDAŞ
    İqtida etmək istəməyən şəxslər deyilənləri nəzərə alaraq, onlar kimi namaza daxil olub, həmdi də onlar kimi deyə bilərlər. Belə olsa, həm təqiyyə saxlanılar, həm də etiraz bildirilməz.
    Sual 14: Nə üçün şiələr yovmiyyə namazlarında həmddən sonra surəni tam oxuyur, sünnə əhli isə hər hansı surədən bir neçə ayə oxumaqla kifayətlənirlər?
    Cavab: Şiələr mötəbər rəvayətlərə və fəqihlər icmasının rəyinə görə həmddən sonra hər hansı surəni tam oxuyurlar. Sünnə əhlinin fikrincə, rəvayətlərdən surəni tam oxumaq zərurəti hasil olmur.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 254) Ona görə də onlar bəzən bütöv surə, bəzən də bir neçə ayə oxuyurlar.
    Sual 15: Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar?
    Cavab: Şiə fəqihləri həzrət Peyğəmbər (s) və imamların buyuruqlarına əsasən fətva vermişlər ki, səcdə edilən şey ya torpaq, ya da torpaqdan göyərən və yeməli, geyməli olmayan, mədəndən çıxmamış şey olmalıdır. Bir sözlə xalı-xalça və digər dünya malları insanın diqqətini cəlb etdiyindən onun ixlasını azaldır. Belə şeylərə səcdə qadağandır.("Vəsailüş-şiə”, fəsil 1, hədis 1.)Möhür heç bir xüsusiyyətə malik olmadığından və onu gəzdirməklə təmizliyə riayət etmək mümkün olduğundan onunla namaz qılmaq münasib bilinmişdir. Şiəlikdə möhürdən əlavə daşa, mərmər döşəməyə, ağaca, həsirə kağıza, gil təsbehə səcdə etmək caizdir. Sünnilər isə hər şeyə, eləcə də xalçaya səcdə etməyi düzgün sayırlar. Onlarda da səcdə yerinə aid şərtlər var. Məsələn, səcdə yeri quru olmalı, yumşaq olmamalıdır.(Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 232)
    Məscidün-nəbidə bir vəhhabi dedi: "Nə üçün şiələr məscidin daş döşəməli hissəsində namaz qılırlar? Məgər behişt oradadır.” Cavabında dedim: Əvvəla, şiələr öz fəqihlərinin fətvasına əsasən daş döşəmə üzərində namaz qılırlar. İkincisi, siz də belə etməlisiniz, çünki mötəbər kitabınız olan "Səhihe Buxari”də nəql olunur ki, Allahın Rəsulu (s) buyurmuşdur: "Yer mənim üçün səcdə və təyəmmüm yeri qərar verilmişdir.”("Səhihe-Buxari”, təyəmmüm kitabı, fəsil 1, hədis 335.) Amma sizin üstündə namaz qıldığınız xalılar yer deyil və siz Allahın rəsulunun göstərişinə əməl etmirsiniz. Bundan əlavə xalılar daim ayaq altında olduğundan onlara səcdə etmək sağlamlığa zərərdir. Mən əlimdəki gil təsbehə səcdə edərəm, amma o çirkli xalçaya yox. Siz də ona səcdə etməyin.
    Həmsöhbətim gülümsünüb dedi: "Bizim fiqhimizdə xalıya səcdə etmək caizdir.”
    Soruşdum ki, əgər bu xalılar yaş olsa, ona səcdə edərsənmi? Bildirdi ki, xeyr, quru bir tərəfə gedərəm. Dedim ki, məgər həmin quru yer behiştdir?! İşarəmi başa düşüb gülümsündü. Soruşdu ki, bəs nə üçün bəzi şiələr xalıya səcdə edir? Dedim: onlar siz vəhhabilərin qorxusundan belə edirlər. Bəzi şiə fəqihlərinin fətvasına görə vəhdəti qorumaq, təfriqədən çəkinmək məqsədi ilə Məkkə və Mədinə kimi yerlərdə xalıya səcdə etmək olar.
    Bu izahımdan xoşhal olan həmsöhbətim dedi: "Mən vəhhabi deyiləm, malikiyəm. İşin nə yerdə olduğunu bilmək istəyirdim.” Sonra vəhhabilərə nifrətini bildirdi və dedi ki, onlar təəssübkeş və quru adamlardır.
    Sual 16: Nə üçün şiələr ikinci səcdədən sonra təşəhhüd olmadıqda bir qədər oturub, sonra qalxırlar, sünnilər isə "əllahu əkbər” deyib, dərhal dururlar?
    Cavab: Şiə fiqhində Peyğəmbər (s) və imamların ikinci səcdədən sonra oturması barədə mötəbər rəvayətlər var. Bu rəvayəti əsas götürərək bəzi fəqihlər bu işi vacib, bəziləri isə müstəhəb hesab edirlər. Amma sünnilər öz kitablarında belə bir rəvayətin olmasına baxmayaraq ikinci səcdədən sonra dərhal qalxırlar.("Səhihe-Buxari”, əzan kitabı, fəsil 143, s. 133, hədis 824.) Müfti Əbdullah ibn Baz fətva vermişdir ki, ikinci səcdədən sonra azca oturmaq müstəhəbdir. O deyir: "Sübut olub ki, həzrət Peyğəmbər (s) ikinci səcdədən sonra azca oturar, sonra qalxarmış.”("Töhfətul-ixvan”, Ben Baz, s. 38) Bütün bunlara baxmayaraq, sünnə əhli uyğun qaydaya riayət etmir.
    Sual 17: Nə üçün şiələr bütün namazlarda qunut tutduğu halda, sünnilər belə etmirlər?
    Cavab: Şiə kitablarında qunutun müstəhəbliyi və fəzilətinə dəlalət edən mötəbər rəvayətlər var. Peyğəmbər (s) və imamların (ə) qunut tutduğunu nəzərə alaraq şiələr bütün namazlarda qunut tuturlar.
    Sünnə əhlinin mötəbər mənbələrində də həzrət Peyğəmbərin (s) xüsusi ilə şam və xüftən namazlarında qunut tutduğu bildirilir.(Səhihe-Buxari”, kitabul vətr, fəsil 7, hədis 1001-1004.)Malikilər həmin rəvayəti əsas götürərək sübh namazında qunut tutmağı müstəhəb hesab edirlər.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1.)
    Sual 18: Nə üçün şiələr namazın təşəhhüdündə salavat göndərir, sünnilər isə yox?
    Cavab: Sünnilər də kitablarındakı rəvayətlərə əsaslanaraq namazlarının təşəhhüdündə, meyit namazında, həzrət Peyğəmbərin (s) ziyarətində salavat göndərirlər.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.257) Onlar deyirlər: "Duanın qəbul olma səbəblərindən biri onun sonunda Məhəmməd və onun ailəsinə salavat göndərməkdir.("Təfsirul-əşrul-axir”, s. 119)
    Xoşbəxtlikdən, biz şiələr başqa vaxtlar da salavat çəkirik və bu bizi tanıtdıran ilahi şüarlardandır. Quranın bu barədəki əmrini və rəvayətləri nəzərə alaraq istər namazda, istərsə də başqa vaxtlar salavat göndərilir. İmam Sadiq (ə) buyurmuşdur: "Salavat namazı tamamlaşdırır və onsuz namaz namaz deyil.”("Urvətul-vusqa”, fəslun fi-zəkatil-fitrəti.) Sünnilərin belə bir feyzdən məhrum olmasına təəssüf edirik.
    Sual 19: Nə üçün biz şiələr həzrət Məhəmməd (s) ailəsinə də ("ali-Muhəmməd”) salavat göndərir, sünnilər isə yalnız Peyğəmbərin (s) özünə salavat göndərməklə kifayətlənirlər?
    Cavab: Şiələr bu məsələdə sünnilərin də nəql etdikləri rəvayətə əsaslanırlar. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) necə salavat göndərmək barədə soruşulduqda buyurdu: "Deyin "əllahummə səlli əla muhəmmədin və ali muhəmməd” Bu rəvayət sünnə əhlinin Qurandan sonra ən mötəbər kitabı sayılan "Səhihe Buxari”də nəql olunur.("Səhihe-Buxari”, dəvət kitabı, h.6357) Eyni hədis "Səhihe Müslim” kitabında da nəql edilmişdir.("Səhihe-Müslim”, namaz kitabı, h.405-406) Sünnə əhlinə bütün namazların təşəhhüdündə, meyit namazlarında, Peyğəmbərin (s) ziyarətində, cümə namazının xütbəsində bu şəkildə salavat göndərmək tapşırılır. Dörd sünni məzhəbindən birinin imamı olan Şafei öz şerində deyir:
    Allahın Rəsulunun Əhli-beytinə
    Məhəbbəti Quran vacib buyurmuş.
    Əhli-beytə salam göndərməyənin
    Namazını dərgahından ayırmış
    Sünnə əhli də şiələr tək ali-Məhəmmədə salavat göndərməli olduqları halda, bu əmrə yalnız yuxarıda sadalanan hallarda əməl edirlər. Adi halda salavat göndərən sünnə əhli yalnız Peyğəmbərin (s) adını çəkir. Əhli-beyt, xüsusi ilə də həzrət Zəhra haqqındakı hədislərə etinasızlıq təəccüb doğurur. "Səhihe Müslimin” müəllifi Müslim ibn Həccac Peyğəmbər (s) ailəsinə, xüsusən də həzrət Fatiməyə (s) məhəbbəti ilə seçilir. O, səhabələrin fəzilətlərindən danışır, hər dəfə onların adını çəkəndə hörmət və "rəziəllahu ənh” işlədir. Müəllif yalnız Fatimənin (s) adını çəkərkən "əleyhəssəlatu vəssəlam” sözlərini qeyd edir.("Səhihe-Müslim”, səhabənin fəziləti kitabı, s.1056) Olsun ki, Müslim ibn Həccac həzrət Peyğəmbərin (s) "Fatimə mənim tənimin yarısıdır buyuruğunu nəzərə almışdır. Doğrudan da, Quran Peyğəmbərə (s) salam göndərməyi əmr edirsə və Fatimə (s) Peyğəmbərin təninin yarısıdırsa, nə üçün ona salam göndərilməməlidir.
    İstənilən vəchlə Əhli-beytin adını çəkməməyə çalışan sünnə əhli zəruri yerlərdə bu işə məcbur olduqda ya astadan deyir, ya da səhabələri də əlavə edərək diqqəti yayındırır. Hansı ki, sünni fiqhinə görə Məhəmməd və ali-Məhəmmədə salam göndərmədən ibadətlər və dualar qəbul olunmur.
    Sual 20: Nə üçün şiələr ucadan, sünnilər isə astadan salavat çəkirlər?
    Cavab: Şiələrin bu məsələdə əsaslandıqları rəvayətlərdə bildirilir ki, nifaqı aradan qaldırmaq üçün salavatı ucadan deyin. Diqqətli olmaq lazımdır ki, salavatın ucadan çəkilməsi başqalarına mane olmasın, kiminsə diqqətini namaz və duadan ayırmasın, sakitlik və nizamı pozmasın. Sünnilərin astadan salavat çəkməsinin səbəbi əvvəlki sualın cavabında aydınlaşdırıldı. Onların bu işdə şiələrə qadağa qoymasının iki səbəbi var: Onların fikrincə, Peyğəmbərin (s) yanında ucadan danışmaq caiz deyil. Dəlil olaraq Quran ayəsi göstərirlər:"Həqiqətən, Allahın rəsulunun yanında astadan danışanlar ürəkləri təqva üçün sınağa çəkilənlərdir.” ("Hucurat” surəsi, ayə 3) Eləcə də, sünnə əhli birlikdə, xorla dua oxunmasını qeyri-şəri və bidət bilir.("Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 134) Onlar zikr və duaların yavaşdan deyilməsini müstəhəb sayırlar. "Səhihe Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: "Ey camaat, özünüzə gəlin, siz uzaq və eşitməyən kəsi çağırmırsınız, O sizinlədir.”("Səhihe-Müslim”, zikr və dua kitabı, fəsil 13 s.1143, hədis 2703)
    ƏTRAFLI BİR MÜBAHİSƏ
    Məscidün-nəbidə (Mədinədə) hörmətli bir şiə alimi məscidə daxil olarkən onu görən digər şiələr uca bir salavat çəkdilər. Məscidin məmurları bu işə mane olmağa çalışdılar. Vəhhabilərdən biri mənə yaxınlaşıb, "bu haram işin nə üçün qarşısını almırsınız” deyə, etiraz etdi. Dedim: "haramdır” demə, de ki, namaz qılanların diqqətini yayındırır, başqalarının rahatlığını pozur. Biz ruhanilər xalqa anlatmışıq ki, ümumi ibadət yerlərində belə işlər İslam əxlaqına ziddir.
    Vəhhabi müsahibim öz mövqeyində israrla dayanıb, "hucurat” surəsinin 3-cü ayəsini dəlil göstərdi. Dedim: əvvəla, bu ayə əxlaq ayəsidir. Nadan və ədəbsiz adamlar Peyğəmbərə qarşı qeyri-münasib hərəkətlərə yol verdiklərindən Allah-təala onları əxlaqlı olmağa rəğbətləndirir. Bu ayə Peyğəmbərin (s) yanında səsini ucaldanlara aiddir. Peyğəmbərə (s) salavat göndərmək isə ona hörmətsizlik yox, ehtiram nişanəsidir. İkincisi, əgər ayə ucadan danışmağı qadağan edirsə, nə üçün riayət etmirsiniz. "İnsanlara yaxşı işlər görməyi əmr edir, özünüzü unudursunuz.” ("Bəqərə”, 44) Üçüncüsü, ayədə Peyğəmbərin yanında səsi qaldırmaqdan danışılır. Peyğəmbərin (s) məzarından kənar yerlər isə nəzərdə tutulmur.
    Vəhhabi dedi: "Biz deyilənlərə riayət edirik, astadan dua oxuyur, astadan danışırıq.” Etiraz edib, dedim: "Xeyr, riayət etmirsiniz. Azançının səsi bir neçə səs gücləndirici ilə ətrafı bürüyür, iqamədə, camaat namazında bərkdən deyir, bərkdən "amin” oxuyursunuz. Səsiniz məsciddən bayırda da eşidilir. Əgər siz "amin” deməyi dua sayırsınızsa, salavat da duadır. Ayə və rəvayətlərə görə isə dua astadan oxunsa daha münasibdir. Demək, siz "amin”i ucadan deməklə Quran və Peyğəmbər (s) sünnəsinə qarşı çıxır, öz müftiniz Əbdullah ibn Bazın dediklərinə əməl etmirsiniz.”
    Müsahibim çox narahat oldu. Ətrafda xeyli adam toplaşıb, bizi dinləyirdi. Mən isə ucadan və sərt danışırdım. O, işarə etdi ki, astadan danışım. Mən onun əlini tutub cavab istəyirdim.
    Dedi: "Biz hansı ayə və rəvayətə zidd hərəkət edirik?”
    Dedim: "Səhər-axşam yalvararaq, səsini qaldırmadan Allaha dua et və qafillərdən olma” ("Əraf”, 205) ayəsinə! Axı sizin öz kitablarınızda Peyğəmbərin (s) ucadan duanı nəhy etdiyi nəql olunur. Elə şiə mənbələrində də belə rəvayətlər var: "Ən yaxşı dua xəlvəti duadır...”("Nurus-səqəleyn”, c.3, s. 321)
    Vəhhabi çıxılmaz vəziyyətdə qalıb dedi: "Mən onu bilirəm ki, peyğəmbər "amini” ucadan deməyi tapşırıb.”
    Dedim: "Məgər Peyğəmbər (s) astadan dua oxumağı tapşırmaqla Quranın və öz göstərişlərinin ziddinə çıxıb? Məgər yekdil olaraq qəbul etdiyiniz müfti deməyibmi ki, uca səslə cəm halda zikr demək bidətdir?!("Töhfətul-ixvan”, Ben Baz, s. 134)İndi de görüm, səsgücləndirici ilə azan vermək, ucadan "amin” demək bidət deyil? Siz bununla Qurana və Peyğəmbər (s) buyuruqlarına qarşı çıxmırsınızmı? Necə olur ki, istisna hallarda şiələrin cəm halda salavat çəkməsi bidət sayılır, amma sizin hər gün təkrar etdiyiniz bu işlər bidət sayılmır?!”
    Söhbət bu yerə çatanda vəhhabi həmsöhbətim əlini əlimdən çəkib, sürətlə uzaqlaşdı...
    Sual 21: Nə üçün şiələr təşəhhüd halında əlləri dizlərdə (budlarda), barmaqları bitişik saxlamağı müstəhəb bilir, sünnilər isə baş barmaqlarını hərəkət etdirirlər?
    Cavab: Biz əllərimizi və barmaqlarımızı Peyğəmbər (s) və Əhli-beyt (ə) göstərişlərinə əsasən tuturuq. Sünnilər isə "Səhihe Müslim”də Peyğəmbərdən nəql olunmuş iki rəvayəti əsas götürürlər. Rəvayətlərə görə, həzrət Peyğəmbər (s) təşəhhüd zamanı baş barmağı ilə işarə etmişdir. Amma sünni məzhəbləri arasında bu mövzuda ixtilaf var. Malikilər təşəhhüd zamanı barmaqların tərpədilməsini müstəhəb hesab edirlər.
    Hənəfilər təşəhhüdün sonunda "la ilahə” deyərkən barmağı yuxarıya tutur, "illəllah” deyərkən aşağı salırlar. Barmağın yuxarıya qaldırılması inkara, aşağıya salınması təsdiqə işarədir. Barmaq bir növ dilin dediklərini müşayiət edir.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.224.) Hənbəlilər də Allahın adı çəkilərkən barmaqla işarə edirlər. Şafeilər isə "illəllah” deyərkən baş barmağı yuxarıya qaldırır, birinci təşəhhüddə ayağa qalxanadək, sonuncu təşəhhüddə namazın sonunadək barmağı yuxarı tuturlar.(Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-265.)
    Sual 22: Nə üçün şiələr üzləri qibləyə olan halda yalnız bir dəfə salam deyir, amma sünnət əhli üzünü sağa və sola çevirməklə iki salam oxuyurlar?
    Cavab: Şiə fiqhinə görə, namaz qılan hətta namazın salamında üzünü qiblədən döndərməməlidir və döndərərsə, namaz batil olar. Amma sünnilər öz kitablarındakı rəvayətə əsaslanaraq, namazın salamında üzü sağa və sola çevirməyi müstəhəb hesab edirlər.("Səhihe-Müslim”, məscid kitabı, h.582) Sünnə əhlinin bəziləri bir salamı kifayət hesab etsələr də, əksəri iki salamı vacib bilir. Hətta bir salam verilərkən namazı batil hesab edirlər.("Töhfətul-ixvan”, Ban Baz, s. 112)
    Bəli, əgər onların namazı başqa cəhətdən batil deyilsə də, bilərəkdən namazda qiblədən çıxmaq namazın batil olması üçün kifayət edir. Peyğəmbər (s) Əhli-beytindən üz döndərməyin nəticəsi budur.
    Şiə fiqhində buyurulur ki, namaz qılan "əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” deyərkən qiblədən çıxmamaq şərti ilə gözü və ya qaşı ilə sağ tərəfə işarə edərək salam versin. Eləcə də, camaat namazında iqtida edənin solunda başqa iqtida edən olarsa həmin şəkildə sol tərəfə işarə ilə salam verilir. İkinci salam pişnamaz üçün müstəhəb deyil. Vacib ehtiyata görə sağa və sola salam verərkən məqsəd bu olmamalıdır ki, kiməsə salam verilir. Tək namaz qılan şəxs qəlbindən keçirə bilər ki, əməl yazan iki mələyə salam verir. Camaat namazında pişnamaz iki mələk və iqtida edənlərə, iqtida edən isə pişnamaz və iqtida edənlərə salam verdiyini qəlbindən keçirə bilər.("Urvətul-vusqa”, məsələ 5-6)
    Sual 23: Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?
    Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rəkətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. (Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-249. "Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.252)
    Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.("Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 90)

    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 1104 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024