İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:23 PM
    ƏLAVƏ İZAHAT
    Mövzuya (predikat) həml olunan hökmlər və əsərlər bəzən həqiqi qəziyyə, bəzən də xarici qəziyyə formasında olur. Xarici qəziyyələrdə xaricdə mövcud olan fərdlər gah aşkar şəkildə və vasitəsiz, gah da işarə ilə qəziyyənin mövzusu olur belə ki, işarə ilə olduqda, hökm həmin şəxslərdən başqasına şamil olmur.
    Məsələn, qəziyyə bəzən aşağıdakı formada olur: "Alim ehtirama layiqdir." Bu, həqiqi bir qəziyyədir və burada "alim"in məfhumu barədə bəhs aparılmalıdır. Bu məfhumun nə qədər konkret nümunəsi olarsa, hamısı ehtirama layiqdir, yəni hər kəs alim olsa, sözsüz olaraq ehtirama layiq görülməlidir.
    Bəzən də qəziyyə bu formada olur: "Həsənə və Hüseynə ehtiram edin." Bu, xarici bir qəziyyədir və yalnız adları Həsən və ya Hüseyn olan iki müəyyən şəxsə şamildir ki, yalnız onlara ehtiram olunmalıdır. Bəzən bu xarici qəziyyəyə belə işarə olunur: "Qara əmmaməli o iki nəfərə ehtiram edin." Hansı ki, qara əmmaməni Həsənlə Hüseynə işarə vasitəsi qərar verir. Burada da hörmət Həsənlə Hüseynə şamil olmalıdır. "Qara əmmamə" isə öz-özlüyündə heç bir əhəmiyyət kəsb etməməlidir ki, nəticə etibarı ilə "əmmamə", "qara" və "qara əmmamə" kəlmələrinin məhfumları barəsində bəhs olunub "kimə ehtiram olunmalıdır?"-deyə, sual qarşıya çıxsın.
    Deməli, həqiqi qəziyyələrdə və hökmün mövzusu vaqe olan şeyin məhfumunda təhqiqat aparıla bilər, amma xarici qəziyyələrin"istər mövzusu aşkar şəkildə, istərsə də işarə ilə təyin olunan qəziyyələr olsun"mövzusunda axtarış, təhqiqat aparmağa ehtiyac duyulmur və kimlərin ehtirama layiq görülməsi barədə heç bir şəkk-şübhə yoxdur. Qeyd olunan misalda ehtiramın yalnız Həsənlə Hüseynə şamil olması qəbul edilməlidir və bu hökm (ehtiramın vacibliyi) bu iki şəxsdən qeyrisinə heç bir vəchlə sirayət etmir.
    "Əhli-beyti" öz inayətinə şamil edib, hər növ çirkinlikləri onlardan uzaq edən və əzəli paklıq iradəsini özündə yerləşdirən "Təthir" ayəsi, üçüncü misal (qara əmmaməlilərə işarə) qismindəndir. Əhli-beytə inayət şamil olub, amma bu kəlmə Ümmü Sələmənin evinə yığışanlara (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhümüssəlam) bir ünvan, işarədir.
    Qeyd olunan misalda Həsən və Hüseyndən başqa bir kəs ehtirama layiq olmadığı kimi, "Təthir" ayəsində də, bu beş nəfərdən başqa kimsəyə ilahi inayət şamil olmur. Bu beş nəfərdən başqaları öz-özünə mövzudan xaric olur, bu baradə şəkk də yoxdur. Belə olduqda Əhli-beytin kimlər olduğu barədə əsla şəkk olunmamalı, Əhli-beyt kəlməsinin məhfumunun genişləndirərək daha kimlərisə əhatə edəcəyi və kimlərisə paklayacağı barədə əsla söz açılmamalıdır.
    Qeyd edilməlidir ki, "Təthir" ayəsi yalnız əbanın altına yığışan 5 nəfəri (Ali-əbanı) ilahi lütfə şamil etmişdir. Amma, bu ayə nazil olduğu vaxt bir işarə və ünvan xarakteri daşıyırdı, zaman keçdikcə xüsusi ada çevrilərək o beş nəfər üçün xüsusi isim, ləqəb kimi tanınıb. Belə ki, "Əhli-beyt" deyiləndə Allahın seçilmiş bəndələri: Rəsuli Əkrəm ء, onun kürəkəni, əziz qızı və behişt cavanlarının iki seyyidi xatirələrdə canlanır. Necə ki, "xasifunnəl" ləqəbi əvvəlcə Həzrət Peyğəmbərlə Əlinin barəsində işlənmiş, sonra isə Həzrət Əliyə xas olan bir ləqəbə çevrilmişdir. Bu misilsiz təhqiqat və araşdırmalarla yanaşı, yersiz təəssübkeşlik, cəhalət və nadanlıq kimi ruhi xəstəliklər məntiqsiz danışanların meydanını daraldır. Bu təhqiqatla bir daha məntiqsiz və dəlilsiz iddialara, o cümlədən "Əhli-beyt Quranda bu beş nəfərə aid edilən xüsusi istilahdır"-deyə, edilən iddiaya yer qalmır. Çünki qeyd etdiyimiz kimi, bu kəlmə istilah olaraq işlədilməmiş, sadəcə bu şəxslərə işarə edən bir ünvan olmuşdur. Onun xüsusi bir istilah olmamasının şahidi budur ki, Əhli-beyt kəlməsi Quranda Həzrət İbrahim və onun əhli-beyti barəsində də işlənmişdir. Əgər yalnız bu beş nəfər üçün istilah olsaydı, başqa şəxslər üçün heç vaxt işlənməzdi.
    Sual: Əgər Əhli-beyt(əleyhimussalam) yalnız qeyd olunan seçilmiş şəxslərdirsə, onda sair məsum imamlar (əleyhimus-səlam), Əhli-beytdən sayılmır və "Təthir" ayəsi onlara şamil olmur?
    Cavab: Bu sualın cavabı imamların (əleyhimussalam) kəlamlarından sezilir. Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql olunub: "Bu ayə beş nəfərin: Mənim, Əlinin, Fatimənin, Həsənin və Hüseynin barəsindədir."(Nurus-səqəleyn təfsiri, 4-cü cild, səh.277 (Əbu Səid Xudridən nəqlən)) Yaxud, bu ayə nazil olandan sonra Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Bu əbanın altındakılar mənim Əhli-beytimdir."(Yenə orada, səh.276)
    Peyğəmbərdən nəql olunan bu iki hədis "Təthir" ayəsində ünvan olunmuş Əhli-beytin beş nəfərə həsr olunmasını göstərir. İmam Sadiq (əleyhissalam) da bu sözləri təsdiqləyir. İbni Kəsirin verdiyi suala İmam Sadiq (əleyhissalam) belə cavab vermişdir: "Bu ayə Peyğəmbər (s), Əmirəl-möminin Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam) barəsində nazil olmuşdur və Əhli-beyt(əleyhimussalam) məhz bu beş nəfərdir." Amma Quranın "ulul-ərham" adı ilə tanınan aşağıdakı ayəsi:
    وَ اُولُوا الاَرْحاَمِ بَعْضُهُمْ اَوْليَ بِبَعْضٍ فِي كِتاَبِ اللهِ
    "Təthir" ayəsini sair İmamlara şamil etmişdir.(Nurus-səqəleyn təfsiri, 4-cü cild, səh.273)
    Bəli, bu ayə göstərir ki, "Təthir" ayəsi sair imamları da paklıq feyzindən məhrum etməmişdir, onlar da bu mərhəmətdən bəhrələnmişlər.
    İmam Sadiq (əleyhissalam)-ın buyurduğuna görə, "Təthir" ayəsi təklikdə beş nəfərdən başqasına şamil deyildir. Amma Əhli-beyt(əleyhimussalam) kəlməsi qeydsiz-şərtsiz deyildiyinə görə İmam Sadiq (əleyhissalam) "ulul-ərham" ayəsinə istinad edib buyurur ki, Allahın xas inayətləri "Təthir" ayəsinin təvili (yozumu) və "ulul-ərham" ayəsinin məhfumu ilə bizə də şamil olmuş, nəticədə biz də hər növ aludəliklərdən paklanmışıq. Buna əsasən, Əhli-beyt(əleyhimussalam) əbanın altına yığışan beş nəfərdir, bu ilahi lütfün sair imamlara şamil olmasını isə o biri ayə (ulul-ərham ayəsi) isbat edir.
    Başqa sözlə, "Təthir" ayəsi sair imamlara da şamildir, amma bu, birbaşa "Təthir" ayəsinin səbəbi ilə deyil, onu şərh edən ikinci ayənin səbəbilədir.
    Sual: Əgər "Təthir" ayəsindəki ilahi lütf sair imamlara (birbaşa olaraq) şamil deyilsə, onda nə üçün bəzi rəvayətlərdə onlar öz fəzilətlərini "Təthir" ayəsinə istinadən deyirlər?
    Cavab: Bu cür rəvayətlər iki qismdir: Birinci qismdə Həzrəti Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn (əleyhissalam) öz fəzilətlərini isbat etmək üçün bu ayəyə istinad etmişlər. Bu qism rəvayətlər birinci sualın cavabında deyilənlərlə ziddiyyət təşkil etmir, çünki bu ayə məhz onların barəsində nazil olmuşdur.
    İkincisi isə sair məsum imamların bu ayəyə istinad etdiklərini göstərən rəvayətlərdir bu qisimdən olan iki rəvayəti qeyd edirik:
    a) İmam Zeynül-abidin (əleyhissalam) şamlı bir kişiyə buyurdu: "Əhzab" surəsində bizim haqqımızı görmüsənmi? Kişi "yox"-deyə, cavab verdi, İmam (əleyhissalam) buyurdu: "Yox (yanılırsan), "Təthir" ayəsi bizim üçün xas bir haqq sübut edir."(Nurus-səqəleyn təfsiri, 4-cü cild, səh.271)
    b) Hələbi İmam Sadiq (əleyhissalam)-dan bu ayənin təfsirində belə nəql etmişdir:
    يَعْنِي الاَئِمَّةَ مِنْ وَلاَيَتِهِمْ مَنْ دَخَلَ فِيهاَ دَخَلَ فِي بَيْتِ النَّبِيِّ
    "Təthir ayəsi, imamlara nəzər yetirir və onların vilayət (möminlər üzərində tam ixtiyar sahibi olmaq) haqqını çatdırır. Hər kəs onların rəhbərliyi altında olsa, özünü nübüvvət evinin məxsus şəxsləri cərgəsində qərar vermişdir." (Nurus-səqəleyn təfsiri, 4-cü cild, səh.273)
    İmam Sadiq (əleyhissalam)-ın buyurduğu kəlamın xülasəsi budur ki, imamlara tabe olmaq onlara qovuşmağa və onlarla bir olmağa səbəb olur. Belə ki, "İbrahim" surəsinin 38-ci ayəsində buyurulur:
    فَمَنْ تَبِعَنِي فَاِنَّهُ مِنِّي
    "Hər kəs mənə tabe olsa, həqiqətən o, məndəndir."
    Həmçinin Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Salman biz Əhli-beytdəndir." Hansı ki, o, həqiqi mənada Əhli-beytdən deyildi.
    Deməli, imamların rəhbərliyini qəbul etmək onlarla bir olmaq və nübüvvət Əhli-beyti sırasına daxil olmaq deməkdir. Amma "Təthir" ayəsinin əhatə dairəsini genişləndirən və onun bütün imamlara şamil olmasını göstərən iki rəvayət Əhli-beyt(əleyhimussalam) ünvanını imamlara şamil etdirmək məqamında deyil, əksinə, onlarda məqsəd budur ki, "Təthir" ayəsi onların da vilayət hüquqlarını, üstünlük və fəzilətlərini isbat edir. Bəlkə də bu, "ulul-ərham" ayəsinə istinadən isbat olunur. Həmçinin Peyğəmbər Əhli-beytinin 5 nəfərə şamil olmasını göstərən hədisləri və sair imamlardan nəql olunan hədisləri əqli yolla elə mənalandırmaq olar ki, aralarında ziddiyyət olmasın.
    Əgər yalnız ixtisasi yönünü nəzərə alsaq, deməliyik ki, İbni Kəsirin İmam Sadiq (əleyhissalam)-dan nəql etdiyi rəvayətin bu iki dəstə rəvayətlə (zahirdə ixtilaflı olmasına baxmayaraq) bir yerə yığılmasına (aralarında ziddiyyət və ixtilaf olmadan mənalandırılmasına) şahiddir. Belə ki, "Təthir" ayəsinin beş nəfərə həsr olunmasını göstərən rəvayətlərlə bu ayənin dəlalət əhatəsini genişləndirən rəvayət barəsində demək lazımdır ki, ikinci qism birinci qismin təvilidir, nəticədə sair imamlar da Əhli-beytə daxil olur.
    Beləliklə, Peyğəmbər Əhli-beytinin beş nəfərdə həsr olunmasını göstərən hədislərlə bu ayənin sair imamlara da şamil olmasını göstərən hədisləri mülahizə etməklə, həmçinin imamların özlərinin fəzilətlərini isbat etmək üçün bu ayəyə istinad etmələrini, bu ayənin "ulul-ərham" ayəsi ilə təvil olunmasını nəzərə almaqla hökm edib deyə bilərik ki, Əhli-beyt(əleyhimussalam) kəlməsi "Ali-əba" və "Əshabi-kisa" kəlmələri kimi beş nəfərə xüsuslanıb, eyni zamanda ilahi lütf sair imamlara da şamil olub. Yəni "Təthir" ayəsi sair imamların da məqamlarının əzəmətli, uca və müqəddəs olduqlarını göstərir.
    Əgər biz, "Əhli-beyt(əleyhimussalam) kəlməsi tarix boyu Ümmü Sələmənin evində əba altına yığışan şəxslərin xüsusi ünvanı sayılmış, qeyd olunan münasibətlərlə, xüsusilə imamların sözlərində (onlar "biz ayənin təvil olunduğu şəxslərik" deyə buyurmuşlar) sair imamlara da şamil olan bir ünvana çevrilmişdir"-desək sözümüzün doğruluğunda heç bir şübhə yeri qalmaz. Belə ki, bu ləqəb qoymanın əsərləri bir çox rəvayətlərdə görünməkdədir ki, bəzi ravilər onlara bu ünvanla xitab etmişlər.
    Bundan əlavə, "Əhli-beyt" ünvanı iki cəhətdən mülahizə olunmalıdır:
    1. "Təthir" ayəsinin nazil olması münasibəti ilə bu cəhətdən Əhli-beyt(əleyhimussalam) yalnız əba altında olanlara aiddir
    2. Ona həml (istinad) edilən hökm (yəni hər növ aludəliyin onlardan uzaqlaşdırılıb, onların pak-pakizə qərar verilməsi, müqəddəsliyi) mülahizə olunmaqla. İkinci nəzərdə "Təthir" ayəsinin məfhumunda sair imamlar əba altındakı beş nəflərlə əsla fərqlənmir və onlar da Əhli-beytdəndir.
    Başqa sözlə desək, "Əhli-beyt" kəlməsi öz-özlüyündə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -in ən yaxın adamlarının şəxsiyyətində o qədər də rol oynamır. Burada mühüm şey "Təthir" ayəsinin bu ali məqamlı insanlara verdiyi fəzilətlərdir. Qeyd olunduğu kimi, sair imamlar da labüd olaraq bu fəzilətlərdə şərikdirlər. Əhli-beyt kəlməsi üstün bir aləmdən söz açdığı üçün bu fəzilətlərə malik olanların hamısı Əhli-beytdən sayılır. Bəlkə də buna görə Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) "Salman biz Əhli-beytdəndir"-deyə buyurmuşdur. Əslində isə Salmanın məqamı İmam Sadiqin yüksək məqamı ilə əsla müqayisə oluna bilməz!
    ƏSƏRLƏRDƏ BİR SEYR
    Qeyd olundu ki, Əhli-beyt kəlməsi yalnız "Təthir" ayəsi nazil olduqdan sonra məşhurlaşdı və ondan əvvəllər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in və Əmirəl-möminin Əli (əleyhissalam)-ın kəlamlarında görünməmişdi.
    Bəli, Həzrət Peyğəmbərin mübarək dilində "əhlu beyti" kəlməsi çox gəlmişdir, amma Əhlül-beyt kəlməsi o Həzrətin bərəkətli ömrünün son çağlarında və "Təthir" ayəsinin nazil olmasından sonra onun mübarək dilindən eşidilmişdir. Bunun özü göstərir ki, Əhli-beyt kəlməsi "Təthir" ayəsinin nazil olmasından sonra rəvac tapmışdır, zamanın keçməsi ilə yavaş-yavaş sair məsum imamlar da bu kəlməni işlətmişlər.
    Əmirəl-möminin Əli (əleyhissalam) "Nəhcül-bəlağə"də bu kəlməni dörd dəfə işlətmişdir:
    1. Həzrət Əli (əleyhissalam) 92-ci xütbədə Bəni-üməyyənin fitnələri və onların mənfur rəhbərlərinin rüsvayçı əməlləri barədə buyurur:
    نَحْنُ اَهْلَ الْبَيْتِ مِنْهاَ بِمَنْجاَةٍ وَ لَسْناَفِيهاَ بِدُعاَةٍ
    "Biz"Əhli-beyt o fitnədə məxfi olacağıq və o vaxt artıq aşkarda dəvət və təbliğ edə bilməyəcəyik."
    2. Həzrət 118-ci xütbədə buyurur:
    وَ عِنْدَناَ اَهْلَ الْبَيْتِ اَبْواَبُ الْحِكَمِ وَ ضِياَءُ الاَمْرِ
    "Elm, mərifət və hikmət qapıları, aşkar nicat yolları yalnız biz Əhli-beytin yanındadır."
    3. 225-ci xütbədə, gecə ikən o Həzrətə gətirilən töhfə barəsində buyurur:
    اَصِلَةٌ اَمْ زَكوَةٌ اَمْ صَدَقَةٌ فَذ َلِكَ مُحَرَّمٌ عَلَيْناَ اَهْلَ الْبَيْتِ
    "Bu hədiyyədir, yoxsa zəkat və ya sədəqədir? Bunlar biz Əhli-beytə haramdır!"
    4 İmam (əleyhissalam) 108-ci hikmətli kəlamında buyurur:
    مَنْ اَحَبَّناَ اَهْلَ الْبَيْتِ فَلْيَسْتَعِدَّ لِلْفَقْرِ جِلْباَبًا
    "Hər kəs biz Əhli-beyti sevsə, fəqir (yalnız Allaha ehtiyaclı) olmaq üçün hazırlaşmalıdır."
    İmam Həsən (əleyhissalam) xilafətə çatanda bir xütbədə buyurdu:
    وَ اَنَا مِنْ اَهْلِ الْبَيْتِ الَّذِينَ اَذْهَبَ اللهُ عَنْهُمُ الرِّجْسَ
    "Mən o Əhli-beytdənəm ki, Allah onları hər növ aludəlikdən, çirkinlikdən təmizləmişdir."(Qamusür-rical , 6-cı cild, səh.20)
    İmam Hüseyn (əleyhissalam) Məkkədə bir xitabədə buyurdu:
    رِضَا اللهِ رِضًاناَ اَهْلَ الْبَيْتِ
    "Allahın razılığı biz Əhli-beytin razılığıdır." (Lühuf , səh.53)
    Amma, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -ə gəldikdə isə, Ənəs ibni Malikin etdiyi rəvayətə görə o Həzrət "Təthir" ayəsinin nazil olduğu vaxt, altı ay ərzində hər gün sübh namaza gedəndə Fatimənin qapısında dayanıb uca səslə deyirdi:
    الصَّلوَةُ ياَ اَهْلَ الْبَيْتِ اِنَّماَ يُرِيدُ اللهُ
    .
    "Namaza! Ey Əhli-beyt, Allahın iradəsi bu olub ki, siz Əhli-beytdən hər növ çirkinliyi aparıb, sizi pak-kakizə qərar versin." ( 
    Təfsiri-ibni Kəsir , 3-cü cild, səh.483 və əvvəldə qeyd olunan sair mötəbər mənbələr.  
    )
    Qeyd olunanlar "Təthir" ayəsinin nazil olmasından sonra Əhli-beyt kəlməsinin əba altında bir yerə yığışanların barəsində işlənməsini göstərir. Kəlamın bəyan tərzindən görünür ki, bu kəlmə yalnız o ailəyə məxsus olmuşdur.
    Amma bu ayənin nazil olmasından öncə həmin kəlmənin Peyğəmbər, yaxud Əliyyibni Əbitalib (əleyhiməssalam)-ın kəlamında gəlməsini iddia etmək olmaz.
    Nəticə alırıq: Əhli-beyt kəlməsi həmin seçilmiş şəxslərin ləqəbidir, Ali-əba, yaxud Əshabi-Kisa ilə heç bir fərqi yoxdur.
    "TƏTHİR" AYƏSİ BARƏDƏ BİR NEÇƏ SÖZ
    Bura qədərki bəhslərdən "Təthir" ayəsinin ayrı-ayrı kəlmələrinin məfhumu, dəqiq və incə mətləblərdən bir qrupu, Əhli-beyt ünvanının tarix boyu keçdiyi yol müəyyənləşdi və aydın oldu ki, bu ayə Əhli-beytə məxsus-dur və onlar da elə əbanın altına yığışanlardır. Sair imamlar da digər bir inayətlə bu ilahi nemətə nail olmuşlar. Yəni ayənin şəni-nüzulu Həzrət Peyğəmbər, İmam Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-dır.
    Haqq-Taalanın təkvini iradəsi də bu olmuşdur ki, Əhli-beyt ilə aludəliklərin arasında sonsuzluğa qədər fasilə salsın. Allahın Rəsulunun ən yaxın və seçilmiş adamlarına şamil olan bu böyük mərhəmət və tövfiq Allaha xalis ibadət və bəndəçilik, eləcə də Peyğəmbərə sədaqətli itaət nəticəsində nəsib olmuşdur.
    İndi bu ayəni məcmu halında araşdıraraq onun Əhli-beytə və sair imamlara nə kimi nemət verdiyini bəyan edirik.
    Allah-Taalanın əzəli iradəsi məsum imamlarla günah və aludəlik arasında sonsuzluğa qədər fasilə salmaq, onları son dərəcə paklaşdırmaq olmuşdur. Bu ilahi lütf və mərhəmət təkcə Peyğəmbəri Əkrəmə, onun əziz qızı Fatiməyə və məsum imamlara şamil olmuşdur. Allahın əzəli iradəsinin muraddan, yəni iradə olunan şeydən ayrılması qeyri-mükün olduğundan, bu şərafətli insanlar müşkülləri, çətinlikləri həll etmək və onların qarşısında sinə gərmək üçün hökmən böyük ruhiyyəyə, geniş qəlbə, vüsətli ruha, Quranı və ümumiyyətlə sair həqiqətləri dərk edib qavramaq üçün nurani və hər növ qara ləkələrdən pak olan qəlbə malik olmalıdırlar. Onlar uzaqgörən, Quranın, qeybi hadisələrin və dinin bütün sirlərinə tam agah olmalıdırlar.
    İmamlarımız hər növ ricsdən: vəsvəsə, şəkk, kin-kudurət, paxıllıq, həsəd, cəhalət, xurafat, əzmdə və əqidədə tərəddüd və süstlükdən uzaqdırlar, bu kimi şeylər onların ruhuna və qəlbinə əsla nüfuz edə bilməz. Onların geniş və əzəmətli ruhları və şəxsiyyətləri çirkin və günah işə düşmələrinə, hətta günah barədə fikirləşmələrinə belə, mane olur. Pak və xatircəm qəlbləri yalnız və yalnız Allah eşqi ilə döyünür, qəlblərində zərrə qədər belə, həvayi-nəfsə yer yoxdur.
    İmamların hamısı Allaha qeydsiz-şərtsiz, sözün tam mənasında təslim olan xalis bəndələrdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlar heç kəsə qarşı kin-kudurət bəsləmir onlar müsəlmanlara və cəmiyyətə qarşı son dərəcə mehribandırlar, paxıllıq və həsəddən uzaqdırlar. Başqalarına mərhəmət göstərməklə cəmiyyətin həqiqi və pak xislətli rəhbərləridir, cəmiyyətə düzgün yol göstərmək, firavan həyat qurmaq üçün heç nəyi əsirgəməzlər. Onlar öz nurani qəlbləri, düzgün hidayətləri ilə, habelə Qurani-Kərimdən və vəhy məktəbindən kömək almaqla, xilqətin və Quranın sirlərinə əsaslanaraq cəmiyyəti həqiqi mənada səadətə çatdıra bilərlər.
    Rəsuli Əkrəm və pak imamlar heç bir bəyana sığmayan, son dərəcə ruhi paklığa malikdirlər, paklıq və müqəddəsliyin fövqündə dayanırlar. Belə pak xislətli, pak ruhlu insanlar çəmiyyəti də paklığa, səadətə və müqəddəsliyə sövq edirlər.
    Onlar o qədər pakdırlar ki, günah aludəliklərinin ən kiçik zərrələri belə onların pak ruhlarına iz sala bilməz. Təbiidir ki, belə şərafətli insanlar xalqları əməl və təfəkkürdə paklığa doğru aparırlar.
    Allahın əzəli iradəsi bu olmuşdur ki, yalnız bu insanlar"Əhli-beyt belə bir yüksək məqama, əzəmətə, sağlam və saf nəfsə, pak qəlbə malik olub, ismət məqamında olsunlar və nurani qəlblə zinətlənsinlər ki, saf güzgü kimi bütün həqiqətləri müşahidə etsinlər, islam cəmiyyətində baş verən hadisələrdə qəlblərinə heç bir şəkk-şübhə nüfuz edə bilməsin.
    Onlar dinin bütün qayda-qanunlarından, xilqətin və Quranın deyilməmiş sirlərindən agahdırlar. Yalnız onların həyatlarında heç bir məchul, müəmmalı nöqtə yoxdur, heç bir hadisə və elm onlardan məxfi deyildir. Bütün ömürləri boyu öz Qəyyum mövlaları olan Allaha xalis eşq bəsləmişlər, Onun barəsində azacıq belə şübhədə, tərəddüddə olmamışlar.
    İlahi iradə əsasında yalnız Əhli-beyt günah, vəsvəsə, səhv, çirkinlikdən sonsuzluğa qədər uzaqlaşmışlar. Məhz bu uzun məsafə səbəbinə hər növ xəta və sapmadan tam mənada pakdırlar: özləri düz yoldan sapmır, cəmiyyəti də azğınlığa salmırlar. Dünya və onun aldadıcı zinətlərinə uymur, nəticədə heç kəsi qeyri-normal və süst tərbiyə etmirlər.
    Qeyd olunanların hamısı şərif "Təthir" ayəsinin məfhumudur onun yalnız müəyyən şəxslərə şamil olması, ricsin isə hər növ aludəliklərdən ibarət olması, eləcə də Allahın əzəli iradəsinin bu aludəliklərin onlardan uzaq olmasını göstərməsi, habelə "və yutəhhirəkum təthira" cümləsi ilə bunun təkidləndirilməsi aydın olur.
    Buradan da aydın olur ki, onlara bu xüsusi nemətlərin əta olunması, onların fəzilət və paklığın fövqündə qərar tutmaları daha mühüm olan bir məqsədlə edilmişdir. Onları belə gözəl və pak qərar verməkdə yeganə məqsəd İslam cəmiyyətini bütün bu inayət və nemətlərdən lazımınca bəhrələndirməkdir. Buna əsasən, imamların İslam cəmiyyətində rəhbərlik məqamına təyin edilməsi üçün bu qədər müqəddimə qurulmasının səbəbi budur ki, bütün müsəlmanlar paklıqdan, geniş qəlbdən, sağlam ruhdan, əzəmətli və həqiqət görən nəfsdən, dərin elmdən son dərəcə istifadə edib bəhrələnsinlər. Hikmətli Allah hər hansı bir cəmiyyəti belə tərbiyə edirsə, bu, yalnız bir dəstənin xeyrinə ola bilməz Bu cür tərbiyə bütün müsəlmanların düzgün tərbiyə olunması, aramlıqda yaşaması, bədbəxtliklərdən, alçaq və rəzil xislətlərdən pak olan bir həyata çatdırılması kimi bir məqsədi güdür.
    Yeni və nurani bir həyatın təməlini qurmaq üçün insanlar Əhli-beytin ismət (günahsızlıq), sonsuz bilik, ruhi qüdrət və əzəmətindən ilham alaraq həyatda səadətli olmalı, əbədi xoşbəxtliyə çatmaq üçün müvəffəqiyyət əldə etməlidirlər.
    Burada "Təthir" ayəsinin Əhli-beyti kamal və camal sahibi göstərməsini nəzərə alaraq deməliyik ki, müsəlmanlar bu nemətlərdən tam bəhrələnməlidirlər. Hikmətli Allah da məhz insanların məsləhət və mənafeyi üçün belə iradə etmişdir. Deməli, "Təthir" ayəsi Əhli-beytin rəhbərlik məqamını bəyan etmək məqsədini daşıyır. Əgər belə olmasaydı və təkcə bu seçilmiş insanlar mərhəmətə nail olduğu halda başqaları onların bərəkətli vücudlarından bəhrələnməsəydi, həmçinin əsl məqsəd olan bu bəhrələnmə olmasaydı, onda bu iş Allahın hikmətli işləri ilə uyğun gəlməzdi.
    ***
    Aydındır ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini isbat etmək və bu məsələyə diqqət yetirmək üçün nazil olmuşdur. Əks halda bu məsələ barəsində əzəli iradənin çox da etibarı olmazdı. Burada İslamın bu mühüm və əsaslı məsələsinin daha da aydınlaşması üçün əlavə olaraq bir neçə məsələni də qeyd etməliyik:
    1-Əvvəldə qeyd etdik ki, Əli (əleyhissalam) "Səqifə"də, habelə 6 nəfərlik şurada özünün xilafət və rəhbərliyə hamıdan artıq haqlı və ləyaqətli olmasını təsdiq etmək üçün "Təthir" ayəsinə istinad edirdi. İmam Həsən (əleyhissalam) da çıxış etdiyi ilk yığıncaqda özünün mütləq rəhbərliyini elan edərkən, "Təthir" ayəsinə işarə etmişdi. İmam Sadiq (əleyhissalam) da buyurur:
    نَزَلَتْ هذِهِ الاَيَةُ فِي النَّبِيِّ وَ اَمِيرِ الْمُؤْمِنِينَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ فاَطِمَةَ فَلَمّاَ قَبَضَ اللهُعَزَّ وَ جَلَّ كاَنَ اَمِيرَ الْمُؤْمِنِينَ ثُمَّ الْحَسَنَ ثُمَّ الْحُسَيْنَ... فَطاَعَتُهُمْ طاَعَةُ اللهِ وَ مَعْصِيَتُهُمْ مَعْصِيَةُ اللهِ
    "Təthir ayəsi Peyğəmbər, Əli, Həsən, Hüseyn və Fatimə barəsində nazil olmuşdur. Peyğəmbərin sağlığında ümmətə rəhbərlik onun özünə məxsus idi. Onun vəfatından sonra, bu məqam Əliyə keçdi. Buna əsasən, camaatın bu rəhbərlərə itaət etmələri Allaha itaət etmələri onlara qarşı istaətsizlik etmələri isə Allah qarşısındakı itaətsizlik etməkdir." ( 
    Nurus-səqəleyn təfsiri, 4-cü cild, səh.273 (Əbdürrəhman ibni Kəsirdən rəvayəti).  
    )
    Həlbinin nəql etdiyi rəvayətə əsasən, İmam Sadiq (əleyhissalam) bu ayənin təfsirində haqq rəhbərlər olan imamların vilayət və rəhbərliyi barəsində söhbət açır.
    İmam Əli, İmam Həsən və İmam Sadiq (əleyhimussalam)-ın kəlamlarından məlum olur ki, "Təthir" ayəsi rəhbərlik məqamını yalnız bu xanədana məxsus bilir və İslam ümmətinin rəhbərliyini ifadə etmək məqamındadır.
    2-Əvvəldə qeyd olunduğu kimi, Peyğəmbərin zövcələrinin yaşayış tərzini bəyan edən ayə ilə "Təthir" ayəsinin məcmusu risalət xanədanının, Allah tərəfindən rəhbərliyə seçilən şəxslərin proqramını bəyan edərək, bu məsələnin əhəmiyyətini çatdırır.
    İslamın həssas mövqeyi tələb edirdi ki, Peyğəmbərin zövcələri öz vəzifələrini bilsinlər və Həzrətin xüsusi adamlarının əzəmətli mövqeləri həssas şəraitdə başqalarına xatırladılsın.
    Deməli, bu ayələr İslamın gələcək müqəddəratına nəzər yetirib Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) -in bütün yaxın adamlarının vəzifələrini bir yerdəcə bəyan edir. Belə ki, onlardan bir dəstəsi evdə qalıb, evdən çıxmamalı, ölkənin mühüm və həssas işlərinə müdaxilə etməməlidir, xas bir qrup isə İslamın bütün sahələrində idarəçiliyi öhdələrinə alıb, islami rəhbərlik məqamında İslam dininin, İslam ölkəsinin və müsəlmanların keşiyində dayanmalıdırlar.
    Tədbirli və böyük Allah onları qəribə bir paklığa çatdırmışdır ki, İslamın adı aludə olmasın, hənif dinin rəhbərləri rüsvayçı ləkələrə məruz qalmasın, bu pak ayin ləyaqətsiz hakimlərin şəhvət bataqlığına sürüklənməsin və onlar İslamın parlaq tarixini qaraltmasınlar.
    Böyük Allah onlara geniş qəlb əta etmişdir ki, pusquda duran xoşagəlməz hadisələr onlara təsir edə bilməsin və həyat çətinliklərində İslam cəmiyyətini əli bağlı şəkildə düşmənlərə təslim etməsinlər, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrdən və çətinliklərdən usanmasınlar, öz ağır məsuliyyətli vəzifələrindən imtina etməsinlər.
    Böyük Allah onlara dərin elm və böyük dünyagörüş vermişdir ki, yadların sualları və düşmənlərin dəlil-sübutları qarşısında məğlub olmasınlar, müqəddəs dinin proqramlarını Quran ilə uyğunlaşdırsınlar, Quranın, vəhyin sirlərindən agahlıq əsasında insanların sərgərdan qalmaması üçün hər bir çətinliyi həll etsinlər, qeybi hadisələrdən agahlıq ilə cəmiyyətə gözəl şəkildə rəhbərlik etsinlər ki, camaat cəhalətə, nadanlığa əmin-amansızlığa düçar olmayıb yadlara uymasınlar, müsəlmanların istiqlaliyyəti əldən çıxmasın, hər gün yeni bir cilvədə görünən həyat İslam qayda-qanunlarına yadlaşmasın, düzgün yoldan"sirati müstəqimdən azmasınlar.
    Böyük Allah bu seçilmiş insanlardan bütün əxlaqi rəzilətləri uzaqlaşdırmışdır ki, cəmiyyəti fəsada və azğınçılığa sürükləməsinlər, müsəlmanların ruhiyyəsinin və İslamın kökünün sarsılmasına səbəb olmasınlar, tamah və xudbinliyin gözqamaşdırıcı şüası sayəsində öz ehtiyaclarını və tüğyançı şəhvətlərini təmin etmək fikrində olmasınlar.
    Böyük Allah onlardan hər növ ruhi xəstəlikləri, kin-küdurəti təmizləmişdir ki, günahsız insanları nahaq yerə cəzalandırmasınlar, onları aldadıcı pərdələr altında dar ağaclarında, zülm zərbələri altında məhv etməsinlər və nəhayət hər bir fərdin azad və aqilanə həyatının tələbi olan ilkin hürriyyət haqqını və fikri azadlığı onlardan almasınlar.
    QEYD
    Yenə də xatırladırıq ki, bu kitabda nəzərdə tutduğumuz məsələ yalnız "Təthir" ayəsi və Peyğəmbərin zövcələri barəsində olan sair ayələrdir. Çünki bu ayələr yalnız o Həzrətin zövcələrinin vəzifələrini bəyan edir. Buna görə də onların mürtəkib olacağı çirkin əməllər onların əzabını, layiqli əməlləri isə onlara veriləcək savabı iki qat artırır. Həmçinin, 31-ci ayədə həmin məsələyə aşkar surətdə diqqət yetirilir və "ey qadınlar, bu göstərişlər sizin barənizdədir"-deyə, Həzrətin zövcələrinə buyurur ki, "لَسْتُنَّ كَاَحَدٍ مِنَ النِّساَءَِ "Siz adi qadınlar kimi deyilsiniz."
    Buna əsasən, bu kitabda xatırladılan məsələlər Peyğəmbərin zövcələri üçün xüsusi göstərişləri bəyan edir. Amma qadınların İslamın ictimai həyatında nə kimi vəzifələri öhdədar olduqlarını araşdırmağa gəldikdə isə, bu, kitabın məqsədindən xaric olan ayrıca bir məslədir.
    ANALIQ MƏQAMI
    Sual: Deyirsiniz ki, "Təthir" ayəsi Allahın saleh və seçilmiş bəndələri olan beş nəfərin sərgüzəştini bəyan edir, ayədə bəhs olunan Əhli-beyt də yalnız beş nəfərdir. Onlardan biri də Peyğəmbərin əziz qızı Fatimeyi Zəhra (əleyha salam)-dır. Həmçinin bu ayə müsəlmanlara rəhbərlik üçün Əhli-beyti hər növ aludəlikdən paklaşdırmışdır. Belə olan halda Peyğəmbərin qızı da müsəlmanlara rəhbər ola bilərmi və İslamın gələcəyində, ölkə işlərində iştirak edə bilərmi?
    Cavab: Bu sualı verən şəxs sanki əvvəlki bəhslərə lazımi qədər diqqət yetirməmişdir. Əks halda bu sualın mənası olmazdı. Biz iddia etmirik ki, ayə bu seçilmiş şəxslərin gələcəkdə İslamın rəhbər olmasının zərurətini mütabiqi dəlalət ilə (birbaşa) çatdırır əksinə, ricsin və təthirin, həmçinin bu cür yüksək məqamlı, geniş ürəkli, pak qəlbli şəxslərin yaranmasına dair Allahın əzəli iradəsinin mənalarının, onların hər növ çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq olmalarının bəyan olunmasından başa düşürük ki, bu iradə (paklıq) ali və yüksək bir məqsəd olmadan bir qrupun ruhi əzəməti və paklığı üçün deyildir ki, Allahın inayəti ilə yalnız bir xas qrup pak olsun. Aydındır ki, bu iradə İslam ümmətinə inayət və mərhəmət etmək üçündür. Onlar pak olmalıdırlar ki, cəmiyyət də paklıq üzərində qurula bilsin. Onlar əyriliklərdən, sapmalardan uzaq olmalıdırlar ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini bəyan etmək məqsədi daşısın və Allahın iradəsi onları ali insaniyyət üfüqlərinə çatdırsın.
    Biz "Təthir" ayəsinin mütabiqi (birbaşa) məfhumunun Əhli-beytin imamətinin dəlillərindən olduğunu demirik ki, hər kəs o beş nəfərdən olsa, İslamın gələcəyinə rəhbərlik edə bilsin. Əksinə biz deyirik ki, bu ayənin məfhumu rəhbərlik məqamı ilə mütənasibdir. Bu məfhum onların üzərinə müəyyən öhdəliklər qoymaq üçündür. Əks halda, bir dəstənin paklıq və müqəddəsliyi bütün müsəlmanların bu paklıqlardan bəhrələnmələri üçün olmasaydı, çox da mühüm bir mətləb olmazdı.
    İndi isə bu beş nəfərdən hər birinin ruhi əzəmət və paklığının hansı bir işlə mütənasib olduğunu araşdıraq. Görəsən pak və fəzilətlə dolu olan bir ailənin bütün üzvləri (bu paklığın səmərəli bir nəticə verməsi üçün) hamılıqla müsəlmanların rəhbəri olmalıdırmı, yoxsa, bu ailənin məcmusu İslamın taleyində mühüm rol ifa edir, amma hər biri öz vəzifəsinə müvafiq olaraq xüsusi bir vəzifəni öhdələrinə almışlar? Bu ailə, rəhbərliyinin son çağlarını yaşayan Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) istisna olmaqla (çünki "Təthir" ayəsi Həzrətin ömrünün axırlarında nazil olmuşdu) bir ata, bir ana və iki övladdan təkşil olunmuşdurmu?
    Allah bu ailəni hər növ pakizəlik, geniş qəlb və fəzilətlərdən bəhrələndirmişsə, onun üzvlərindən hər biri İslamın gələcək taleyində xüsusi bir vəzifəni ifa etməlidir. Ərin və övladların vəzifəsi tamamilə müəyyəndir: İslama rəhbərlik etmək. Onların özləri də bu şərif ayəyə istinad edərək, bu mühüm vəzifəni xatırlatmışlar.
    Amma görəsən bu İslam xanımının öhdəsindəki vəzifə nədən ibarətdir? Qeyd etdiyimiz münasibətlə deməliyik ki, ayə onun da vəzifəsini müəyyən etmişdir: Bir ailədə ata və övladlar rəhbərlik işini öhdəsinə aldıqları üçün, o xanım da fəzilət cəhətindən onlarla eyni bir səviyyədə olmalıdır. Aydındır ki, onun vəzifəsi hər şeydən artıq övladlarını İslama rəhbərlik üçün tərbiyə edib hazırlamaq, ruhi və mənəvi cəhətdən ərinə kömək etməkdir.
    Fatimə (əleyha salam) yer üzünün mələkləri və əbədiyyətə qədər insani dəyərlərdə, insaniyyətin son zirvəsində qərar tutmalı olan İslam rəhbərlərinin anasıdır. Əgər pak bir ana olmazsa, o dəyərlərin keşiyində dayanmaq çoxlu maneələrlə qarşılaşar.
    Fatimə (əleyha salam) İslam rəhbərinin həyat yoldaşıdır. Əgər həyat yoldaşı fəzilət üfüqündə ərlə eyni dərcədə olmasa, ona müxtəlif maneələr törədər. Deməli, Fatimənin paklığı və müqəddəsliyi də İslamın təməlini möhkəmlətmək və müsəlmanların sıralarının sarsılmasının qarşısını almaq üçündür.
    Allahın onları yüksək məqamda qərar verməsi səbəbsiz deyildir. Hər bir insanın fəzilətlərindən biri yaxşı və layiqli ana qucağında böyüməkdir.
    Pak və münəzzəh Allah iradə etmişdir ki, bu düzgün yoldakı qələbə pak bir ananın ağuşundan başlansın, onun da ağuşunu Allah Özü pak-pakizə qərar vermişdir.
    Bu bəyanla ananın yüksək məqamını dərk etmək olar. Ananın varlığı, hətta Allah tərəfindən paklıqları iradə edilən isnanların belə, pak təbiətli olmasında təsirlidir. Yəni Allahın iradəsi belə olmuşdur ki, onların düzgün yoldakı qələbələri pak ananın nəzarəti altanda olsun.
    Qeyd olunanlardan belə nəticə almaq olar ki, "Təthir" ayəsində Allahın inayəti əba altında bir yerə yığışanlar içərisində hamıdan artıq şəxsən Peyğəmbərin qızına aid olmuşdur. Rəvayətlərdə də buna işarə olunması ehtimaldan uzaq deyildir. Çünki rəvayətlərin əksəriyyətində qeyd olunur ki, əba altına yığılanların birincisi Fatimə idi. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) qızı Fatiməyə buyurdu ki, "ərini və Həsənlə Hüseyni də gətir."
    Bəli, "Təthir" ayəsində Pərvərdigarın inayəti Əhli-beytin hamısına aiddir, məhz bu üstünlüklərin səbəbi ilə əba altında bir yerə yığılanların vəzifələrini dərk edirik.
    Amma bizim onların hər birinə həvalə olunan vəzifə barəsindəki dərkimiz müxtəlifdir: Fatimənin bu məsuliyyətli işdəki vəzifəsi ərinə yaxşı həyat yoldaşı olmaq, müqəddəs hədəflərini izləməkdə ona mənəvi arxa və dayaq, öz övladlarına da layiqli və mehriban bir ana olmaqdır ki, övladlar onun pak ağuşunda ruhi fəzilətlərdən son dərəcə bəhrələnmək üçün hazırlıqları olsun, Pərvərdigarın istədiyi fəzilətlərin ən yüksək zirvəsinə çata bilsinlər.
    وَ السَّلاَمُ عَليَ اُمِّ الاَئِمَّةِ النُّقَباَءِ النُّجَباَءِ فاَطِمَةَ الزَّهْراَءِ وَ عَليَ اَبِيهاَ وَ بَعْلِهاَ وَ بَنِيهاَ
    "Salam olsun nəcib və pak İmamların anası Fatimeyi Zəhraya, onun atasına və oğlanlarına!"
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 709 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024