İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 7:39 PM
    10-cu hədis
    Peyğəmbərlərin şəkk etmələri və Həzrəti Yusif ə)-ın Həzrəti Məhəmməd (s)-dən daha səbirli olmaması
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: Peyğəmbər (s) buyurur:
    "Biz şəkk etməyə İbrahim(ə)-dan daha haqlıyıq. Çünki günlərin biri Allaha dua edərkən Ondan ölüləri necə diriltdiyini bilmək istədi:
    (İbrahim dedi:) Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər! Allah-təala buyurdu: Məgər inanmırsanmı?İbrahim (ə) dedi: Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum.”
    Allah özü Lut(ə)-a rəhm etsin, çünki o, Allahın ona kömək edəcəyinə bir o qədər də arxayın deyildi. Əgər mən Həzrəti Yusif qədər zindanda qalsaydım, onu azadlığa buraxan şəxsə müsbət cavab verərdim.
    Hədisin Əbu Hüreyrə tərəfindən uydurulduğu göz qabağındadır. Çünki:
    1-Həzrəti İbrahim (ə) bir an olsun belə, şəkk edə bilməzdi. O, Allaha iman gətirmiş, ilahi imtahanlardan üzü ağ çıxmış bir şəxs idi. "Ənbiya” surəsinin 57-ci ayəsində onun haqqında deyilir:
    "Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik.”
    "Beləcə İbrahimə göylərin və yerin mülkünü, səltənətini batini aləmini göstərdik ki, tam qənaətlə inananlardan olsun.”("Ən”am” surəsi, ayə:75)
    Məlum olduğu kimi, "yəqin” elmin ən ali mərhələsidir və bir şeydə yəqinlik hasil edən şəxsin şəkk və şübhə etməsi qeyri-mümkündür.
    O ki, qaldı İbrahim(ə)-ın Allah-təalaya etdiyi duaya (istəyə),
    "İbrahim dedi: Ey Rəbbim ölüləri nə cür diriltdiyini mənə göstər!” Yalnız bunu demək kifayətdir ki, İbrahim (ə) ölülərin dirilməsini yox, sadəcə olaraq bu işin necə baş verdiyini (keyfiyyətini) istəmişdi və bu da onun şəkk etməsinə əsla dəlalət etməyir. İbrahim (ə)(kəyfə) deyərək müraciət etmişdir, bu da yalnız bir şeyin necəliyinə dəlalət edir. Məsələn, birindən soruşanda ki,(Kəyfə Zeydun) Zeyd necədir? MəqSəd ya onun özünün sağlam olub olmaması, yaxud işlərinin nə yerdə olmasıdır. Yəni sağlamdır, ya yox; işləri öz qaydasındadır, ya yox.
    Başqa bir misal:
    Filan iş necə oldu? Yəni istənilən kimi oldu, ya yox?
    İbrahim (ə) bu həqiqətə yəqin hasil etdikdən sonra onun necə baş verməsini bilmək istəyir və eyni zamanda ölülərin dirilməsinə zərrə qədər də olsun şübhə etməyirdi. Allah-təala ondan iman gətirməsini soruşduqda İbrahim (ə) belə cavab vermişdir: (Bəla) yəni: Bəli, elədir, iman gətirmişəm, lakin ölülərin necə dirilməsini görməklə qəlbimin sakitləşməsini istəyirəm. Onların öldükdən sonra yenidən dirilib hərəkət etmələrini görməklə özümdə yəqin hasil edər və qəlbi rahatlıq hiss edərəm.
    2-Həzrət Peyğəmbər "Biz şəkk etməkdə İbrahimdən daha haqlıyıq” deməklə özünün və digər peyğəmbərlərin İbrahim(ə)-dan daha çox şəkk etdiklərini isbat etmiş olur.
    "Allah pak və münəzzəhdir, bu isə böyük bir böhtandır.”
    Təəssüflər olsun ki, İslam ümmətinin bir qolunu təşkil edən "icmaçılar” ağıln qəbul etmədiyi belə bir batil və məntiqsiz əqidəyə əsaslanırlar.
    Elm, mərifət və əxlaqın ən ali dərəcələrinə yiyələnmiş Həzrəti Məhəmməd(s)-in İbrahim(ə)-dan daha çox şəkk etməsi bizim üçün hələ də qaranlıq qalır. Allah-təala onun məqamını hamıdan uca tutdu və kimsənin yiyələnmədiyi elm və mərifəti onun ixtiyarına qoydu.
    Həzrəti Məhəmməd (s) Əli(ə)-ı özündən sonra canişinliyə təyin etdi və elm, mərifət və əxlaqın bütün qapılarını onun üzünə açdı, o həzrəti "elmin qapısı” adlandırdı:
    "Mən elmin şəhəri, Əli isə onun qapısıdır.”
    Həzrəti Əli(ə)-dan nəql olunmuş hədisdə deyilir: "Əgər həqiqət pərdələri gözlərim önündən çəkilsə mənim (yəqin) elmimə bir şey əlavə olmaz.”
    Peyğəmbər(s)-in canişini (naibi) belə bir (İlahi) məqama çatdığı bir halda o həzrətin özünün şəkk etməsini təsəvvür etmək olarmı?!
    3-”Allah özü Lut(ə)-a rəhmət etsin. O, Allahın ona kömək edəcəyinə bir o qədər arxayın deyildi.”
    Bütün bu iftiralardan Allaha pənah aparıram! Həzrəti Məhəmməd (s) Lut(ə)-ın məqamını hamıdan yaxşı dərk etdiyi bir halda onun haqqında belə xoşagəlməz və nalayiq sözlər deməsi böhtandan savayı başqa bir şey deyildir. And olsun Allaha ki, Məhəmməd(s)-in bütün dedikləri haqq idi və haqdan başqa bir şey deyildi.
    4-”Əgər mən həzrəti Yusif qədər zindanda qalsaydım mütləq səbrim tükənər və məni azadlığa buraxmaq istəyən şəxsə "bəli” cavabını verərdim.”
    Hədisin məzmunundan Yusif(ə)-ın Həzrəti Məhəmməd(s)-dən üstün olduğu məlum olur. Belə bir əqidəni islam aləmində heç bir məzhəb və təriqət qəbul etməyir. Əbu Hüreyrə bu hədisi uydurmaqda nə məqSəd güdmüşdür? Onu bir Allah bilir! Bu sözü təcavüzkarlıq üzündən deyildiyinə dair müxtəlif bəhanələrə əl atsalar belə onun həqiqi və mötəbər olduğuna istinad etmək olmaz.
    Çünki, belə bir iş həzrəti Məhəmməd(s)-in peyğəmbərliyinə xələl gətirə bilərdi.
    Həzrəti Məhəmməd (s) Yusif(ə)-ın yerində olasaydı belə ondan artıq səbr edər və təqvanı hər şeydən üstün tutardı.
    Hörmətli oxucular belə güman etməsinlər ki, biz Yusif(ə)-a qarşı qərəzli mövqe tutmuşuq və onun məqamını kiçiltməyə çalışırıq. Xeyr! Sadəcə olaraq biz həzrəti Məhəmməd(s)-ə vurulan ittihamları rədd edir və həqiqəti üzə çıxarmaq istəyirik.
    Həzrəti Məhəmməd(s)-in həmin şəxsə "bəli” cavab verməsi isə qeyri-mümkündür. Həzrəti Yusif (ə) padşahın göndərdiyi şəxs onu azad etdiyi zaman dedi:
    "Öz sahibinin yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqSədi nə idi? Həqiqətən Rəbbim onların məkrini biləndir. (Padşah həmin qadınları çağırtdırıb soruşdu:) Yusifi aldadıb yoldan çıxartmaq istədikdə məqSədiniz nə idi? Qadınlar: "Allah eləməsin! Biz onun barəsində bir şey bilmirik!” -deyə cavab verdilər. Əzizin zövcəsi (Züleyxa) dedi: "Artıq həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O şübhəsiz ki, doğru danışanlardandır!”("Yusif” surəsi, ayə:50-51)
    Yusif (ə) zindandan çıxdığı zaman onun günahsız olduğu artıq hamıya məlum idi və onun zindanda (qəsdən) qalmaqda məqSədi bu idi ki, onu əxlaqsızlıqda günahlandıran hər bir şəxs öz səhvlərini etiraf edib hamının qarşısında onun günahsız olduğunu iqrar etsinlər.
    Həzrəti Məhəmməd (s) isə səbr, helm, dözümlülük və düzgünlüyü hər şeydən üstün tutar, haqq və ədaləti hər bir işdə meyar tutardı.
    Yaxşı olardı ki, Əbu Hüreyrə belə bir iftiranın yerinə bu həqiqəti bəyan edəydi: "Əgər Həzrəti Məhəmməd (s) Yusif(ə)-dan çox zindanda qalsaydı, o da zindandan çıxmaz və onun kimi təvəssül* etməzdi.”
    Yusif(ə)-ın əhvalatından belə məlum olur ki, o, zindanda olarkən sarayın iki xidmətçisi də onunla birlikdə olurlar. Onlar (xidmətçilər) zindandan çıxdıqları zaman Yusif (ə) onlardan belə bir xahiş edir:
    "(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi (şəxsə yuxuda şərab paylayana) dedi: "Ağanın yanında məni də yada sal!” (Yusif” surəsi, ayə:42)
    O şəxs (yuxuda şərab paylayan) zindandan çıxandan sonra şeytan Yusif(ə)-ın dediklərini onun yadından çıxarır.
    "Lakin Şeytan ona, ağasının yanında Yusifi yada salmağı unutdurdu.”(Yusif” surəsi, ayə:42)
    "(Və buna görə də Yusif) bir neçə il (yeddi və ya on iki il) zindanda qaldı.”(Yusif” surəsi, ayə:42)
    Bu, Allah-təala tərəfindən Yusif(ə)-a edilən bir növ xəbərdarlıq idi. Çünki o hər şeyə qadir olan Allahdan yox, zəmanənin padşahından kömək gözləmişdi.
    Bir anlıq Həzrəti Məhəmmədin (s) həyatına nəzər salsaq görəcəyik ki, o həzrətin başına gələn çətinlik və müsibətlər Yusif(ə)-ın qarşılaşdığı çətinliklərdən qat-qat ağır, çətin və daha dözülməz olmuşdur. Onun həyatda üzləşdiyi müsibətlər Həzrəti Əyyub(ə)-ın və Yəqub(ə)-ın qarşılaşdıqları çətinliklərlə müqayisə edilməz dərəcədə çətin və ağır olmuşdur.
    Amma bütün bunlara baxmayaraq o, bir an olsun belə, bu çətinliklərin qarşısında süstləşməmiş, düşmənlərinin hiylə və məkrlərinə cəsarətlə sinə gərmişdir. Həzrəti Məhəmməd (s) həyatla mübarizəsini hələ uşaq yaşlarından başlamışdır. Dünyaya gəlməzdən əvvəl atasını, sonra uşaqlıq dövründən gözünün ağı-qarası olan anasını, sonra ən yaxın hamisini-babası Əbdülmüttəlibi itirmişdir. Ailə qurduqdan sonra onun qövmü (yəni Haşimilər) Qureyş qəbiləsi tərəfindən (iqtisadi-ictimai) mühasirəyə düşür və üç il çəkən mühasirənin ən çətin günlərində ona təsəlli verən və yardımçısı olan zövcəsi Xədicə və əmisi Əbu Talib vəfat edir. Sonra təqibə məruz qalır və Allahın əmri ilə Məkkədən Mədinəyə mühacirət edir. Hələ özü sağ ikən Fatimə(ə)-dan başqa bütün övladları vəfat edir. Hicrətdən sonra baş vermiş müharibələrdə özünün ən yaxın sirdaşlarını (səhabələrini) itirir və dəfələrlə canı təhlükə ilə üzləşir.
    İndi özünüz deyin, tarixdə Həzrəti Məhəmməd(s)-dən çox müsibət görən və çətinliklərlə üzləşən ikinci bir peyğəmbər olmuşdurmu? Ondan başqa bu müsibətlərə kim dözə bilərdi?
    "(Ya Məhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün sənə qarşı hiylə qururdular.”("Ənfal” surəsi, ayə:30.)
    "Əgər siz Peyğəmbərə kömək etməsəniz, (bilin ki,) Allah ona kömək etmişdir. O zaman ki, kafirlər onu Məkkədən iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz yoldaşına (Əbu Bəkrə) "Qəm yemə, Allah bizimlədir!” -dediyi zaman göstərmişdi. O vaxt Allah ona (Peyğəmbərin qəlbinə) bir aramlıq nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunla müdafiə etmişdir.”(Tövbə surəsi, ayə:40.)
    "Siz dağa çıxdığınız və Peyğəmbər arxanızdan sizi çağırarkən heç kəsə baxma-dığınız zaman Allah sizin qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə təəssüf etməyəsiniz.”(Ali-İmran” surəsi, ayə:153.)
    "Həqiqətən siz Bədrdə az və zəif olduğunuz halda Allah sizə yardım etdi.”("Ali-İmran” surəsi, ayə:123.)
    "O zaman onlar üstünüzə-həm yuxarı, həm də aşağı tərəfdən hücum etmişdilər və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. Məhz onda möminlər imtahana çəkilmiş və möhkəm sarsılmışdılar”.("Əhzab” surəsi, ayə:10-11.)
    "Hüneyn günü çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı: yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi, sonra dönüb qaçdınız. Sonra da Allah öz Peyğəmbərinə və möminlərə arxayınçılıq nazil etdi.”(Tövbə surəsi, ayə:25-26.)
    Qurani kərimdə bu mövzuya dair başqa ayələr də vardır. Biz yuxarıda qeyd etdiyimiz ayələrlə Əbu Hüreyrənin uydurduğu hədislərin müqabilində ondan və onu müdafiə edən təəssübkeş şəxslərdən məntiqi və möhkəm dəlillərə əsaslanan cavab tələb edirik.
    Allahın salamı olsun Həzrəti Məhəmməd(s)-ə və bütün peyğəmbərlərə!
    11-ci hədis
    Əyyub (ə) qüsl aldığı zaman qızıl çəyirtkələr onun bədəninə daraşır, O, bu çəyirtkələri yığdığı üçün Allah-təala onu tənbih edir
    Buxari və Müslüm bu hədisi bir neçə mənbədən istifadə edərək Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: Əyyub (ə) çimərkən (qüsl alarkən) qızıl çəyirtgələr onun bədəninə daraşır. O tez çəyirtgələri yığıb paltarlarının ciblərinə doldurur. Allah-təaladan ona belə bir nida gəlir: Ey Əyyub! Mən səni bütün bunlardan ehtiyacsız etməmişəmmi?
    Əyyub (ə) dedi: Bəli! Ey mənim Rəbbim, elədir. Amma, and olsun Sənin izzəti cəlalına, bir an olsun belə, Sənin bərəkətindən ehtiyacsız olmamışam.
    Bu hədisə istinad etmək üçün insan mənən kor və çox sadəlövh olmalıdır.
    Qızıl çəyirtgələr yalnız qeyri-adi hallarda (məsələn, peyğəmbərlərin möcüzələrini sübuta yetirmək üçün) Allah-təala tərəfindən yaradıla bilər. Onun yaratdığı hər məxluqatda və gördüyü hər bir işdə dərin hikmət vardır. Yer üzündə hərəkət edən hər bir canlı təbii varlıq və baş verən hadisələr boş yerə yaradılmamış və müəyyən hədəf olmadan icra olunmayır (həyata keçirilməyir).
    İlahi peyğəmbərlərdən biri çimdiyi bir halda qızıl çəyirtgələri yaratmaqda və onları Əyyub(ə)-ın başına tökməkdə nə məqSəd ola bilərdi?
    Ümumiyyətlə, sağlam əql bütün bunları nə dərəcədə düzgün qəbul edə bilər?!
    Fərz edək ki, çəyirtgələr elə doğrudan da Əyyub(ə)-ın bədəninə daraşmışlar. Belə bir vəziyyətdə ilahi nemətə göz yummaq olarmı? Onları yığıb səmərəli şəkildə istifadə etmək hər bir aqil insana vacibdir. Deməli əgər Əyyub (ə) çəyirtgələri yığmış olsaydı belə, bu işdə heç bir nöqsan tutmaq lazım deyildir.
    İlahi nemətlərdən səmərəli istifadə etmək hər bir insanın həyatda öhdəsinə düşən ən ümdə məs”uliyyətlərdən biridir. Onlara göz yummaq və ya şükrünü yerinə yetirməmək peyğəm-bərlər üçün küfr ilə bərabərdir və onlar bütün mənfi xüsusiyyətlərdən uzaq və münəzzəhdirlər.
    Peyğəmbərlərə var-dövlət nəsib olduğu zaman onun hamısını (və ya əksər hissəsini) yaşadıqları cəmiyyətdə ehsan edərdilər və təbii ki, bu da yalnız Allahın razılığına səbəb ola bilərdi. Digər tərəfdən isə Allah öz bəndə-lərinin ehtiyaclarını onların özlərindən daha yaxşı bilir. Bu səbəbdən də onları mal-dövlət yığmaq üçün (Əyyub(ə)-a işarə edilir) heç vaxt danlayıb tənbih etməz.
    12-ci hədis
    Qarışqaları yandırdığı üçün Musa (ə)-ın Allah-təala tərəfindən danlanması
    Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: "Günlərin biri Musa(ə)-ın ayağını qarışqa dişləyir. O da qəzəblənərək ətrafda olan bütün qarışqa yuvalarına od vurub yandırmağı əmr edir. Allah-təaladan Musa(ə)-a belə bir vəhy nazil olur: Səni yalnız bir qarışqa dişlədi, sən isə ətrafdakı bütün qarışqaları yandıraraq məhv etdin?!”
    Əbu Hüreyrə peyğəmbərlərə qəlbən vurğun olduğu üçün onlar haqqında belə qəribə, amma ürək ağrıdan dastanlar uydurardı.
    Əli (ə) xütbələrinin birində buyurur:
    "And olsun Allaha! Əgər yeddi iqlimi və onlarda mövcud olan bütün nemətləri mənə versələr qurumuş buğda qabığını belə qarışqanın ağzından almaram. Dünya mənim nəzərimdə çəyirtgənin ağzında çeynədiyi yarpaqdan daha dəyərsizdir.”
    Əli (ə) Peyğəmbər olmadığı bir halda bu sözləri söyləyirsə onda hər bir eyb və nöqsandan uzaq olan məsum İlahi peyğəmbərlərdən biri belə böyük səhvə yol verə bilərdimi?
    Xətakar və cahil insanların peyğəmbərliyə seçilməsi qeyri-mümkündür. Allah və Onun peyğəmbərləri haqqında belə xurafi hədisləri uydurmaq isə səfeh və nadan insanların işidir. Əbu Hüreyrənin ilahi peyğəmbərlər haqqında nəql etdiyi bu hədisləri yığaraq kitab halına salan müəlliflərin bu işdən nə məqSəd güddükləri bizə hələ də qaranlıq qalır. Maraqlıdır, görəsən onlar qiyamət gününün sorğu-sualından qorxmurlarmı?! Məgər onlar bilməyirlər ki, yandırmaq yalnız Allaha xas olan cəza üsuludur və Onun peyğəmbərləri belə bir böyük səhvə yol verə bilməzlər?! Bu hamıya şamil olan ümumi şəri bir qanundur və onun icrası digər qadağan olunmuş işlər kimi günah sayılır.
    "Allahdan başqa od ilə əzab verən olmaz.”
    Əbu Davud İbni Abbasdan, o da Peyğəmbər(s)-dən nəql etdiyi hədisdə deyir: "Qarışqanı, arını, şanapipiyi və qartalı öldürməkdən çəkinin.”
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 603 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024