İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:36 AM
    ƏRƏFTADA DAYANMAĞIN SAVABI
    592. Ənəs ibni Malik nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Ərəfatda dayanıb gün batmağa az qalmış buyurdu: Ey Bilal! Xalqı sakitləşdir ki, mənim sözlərimi dinləsinlər. Bilal ayağa qalxıb dedi: Həzrət Peyğəmbərin (s) sözlərinə qulaq asın! Həzrət Peyğəbmər (s) buyurdu: Ey camaat! Cəbrail (ə) elə indicə mənim yanıma gəlib Rəbbimin salamını mənə çatdıraraq dedi: Mütəal Allah ərəfat və Məşər əhlini bağışlayıb, onların borclarının ödənilməsinə zəmanət verdi. Ömər ayağa qalxıb dedi: Ey Allahın elçisi! Bu bizə aiddirmi? Həzrət (s) buyurdu: Bu sizə və sizdən sonra qiyamət gününədək bura gələnlərə aiddir.635
    593. Həzrət Peyğəmbər (s) buyurub: Hər bir müsəlman Ərəfə gününün günbatan çağında ərəfatda qibləyə tərəf duraraq yüz dəfə: — Allahdan başqa bir məbud yoxdur, yeganə və şəriksizdir. Mülk və sitayiş Ona məxsusdur və O, hər bir şey qadirdir — sözünü, həmçinin yüz dəfə: «Qul huvəllahu əhəd» surəsi və daha sonra yüz dəfə: — İlahi! İbrahim və onu əhli-beytinə salavat göndərdiyin kimi, Məhəmmədə (s) salavat göndər. Həqiqətən Sən bəyənilmiş və ucasan. Bizə də onlarla birlikdə salavat göndər — duasını oxuyarsa, Allah-taala buyurar: Ey mələklər! Mənim bu bəndəmin savabı nədir? O mənim üçün təsbih, La ilahə illəllah, təkbir və təzim deyib, Məni tanıdı, təriflədi və peyğəmbərə salavat göndərdi. Ey mənim mələklərim! Onu bağışlamağım və özü haqqında olan şəfaətini qəbul etməyimə şahid olun. Əgər bu bəndəm Məndən istəsə, onun şəfaətini bütün ərəfat əhli haqqında qəbul edərəm. 636
    594. Həzrət Peyğəmbər (s) buyurub: Günahlardan bəzisi ərəftadan başqa bir yerdə bağışlanmır. 637
    595. Həzrət imam Əli (ə) nəql etmişdir ki, həzrət Peyğəmbərdən (s) soruşdum: Ərəfat əhlindən kimin günahı daha böyükdür? Həzrət (s) buyurdu: Ərəfatdan qayıdarkən bağışlanmamasını güman edən şəxsin günahı daha böyükdür.
    Həzrət imam Sadiq (ə) buyrudu: Həzrətin (ə) məqsədi Allah rəhmətindən məyus olan şəxsdir. 638
    596. Həzrət imam Sadiq (ə) buyurub: Həccə gedən şəxsin özü, malı və onun zəmanəti Allah öhdəsindədir.
    Məscidul-hərama daxil olduqda, Allah-taala onun təvaf, namaz və səyini saxlasınlar deyə, iki mələyi məmur edər. Ərəfə gününün gecəsi çatdıqda, onun sağ çiyininə vurub, deyərlər: Filankəs! Keçmiş əməllərindən kifayət olunmusan, gör gələlcəkdə nə cür olacaqsan! 639
    597. Səid ibni Yəsar nəql etmişdir ki, həzrət imam Sadiq (ə) Minada olarkən gün batan çağlardan birində məni həccə şövqləndirən halda buyurdu: Ey Səid! Allah-taala hər bir bəndəyə ruzi verərsə və o da ruzidən götürərək özü və ailəsi üçün xərcləyib onları həccə gətirərsə, həmçinin onları günəş altında qərar verib və daha sonra Ərəfənin gün batan çağı onları dayanacaq yerinə gətirərək istirahət etsə, — orada yerləşən və heç bir kəs olmayan yırtıqları görməmisənmi? Dedim: Sənə fəda olum, görmüşəm. Buyurdu: Öz ailəsini gətirib onlarla o dağın yırtıqlarını doldurarsa, mütəal və şəriksiz Allah buyurar: Bəndəmə öz ruzimdən verdim. O isə onu götürüb, özü və ailəsi üçün xərclədi və daha sonra onları çölə həccə gətirərək onlarla bu boş yerləri doldurdu. Məndən əfv istədikdə, günahlarını bağışlayar və fikrini məşğul edən çətinliyini öz öhdəmə alaraq, ona ruzi verərəm.
    Səid ibni Yəsar deyir: O həzrət (ə) ona yaxın bir sıra başaq sözlər də buyurdu: 640
    ƏRƏFATDAN KÖÇMƏK
    Quran:
    «Rəbbinizin fəzli və ehsanı ardınca olmağınızın heç biri eybi yoxdur. Beləliklə Ərəfatdan köçdükdə məşərul-həram yanında Allahın əvvəllər azğın olmağınıza baxmayaraq sizi hidayət etdiyi kimi yad edib Onu xatırlayın».641
    Hədis:
    598. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbər (s) təmkinlə və Usamə onun arxası tərəfində olan halda ərəfatdan köçərək buyurdu: Ey camaat! Təmkinli olun! At və dəvəni sürətlə sürməyiniz heç də yaxşılıq deyildir.
    İbni Abbas deyir: Həzrət Peyğəmbərin (s) miniyini heç vaxt çapıb qaçan halda görmədim və beləliklə də cəmə çatdı. 642
    599. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbərlə (s) birlikdə ərəftadan köçdük. Həzrət Peyğəmbər (s) arxadan gələnlərin öz dəvələrinə vurub çoxlu səs-küy etdiklərini eşitdikdə, əlində olan qırmancla onlara işarə edib buyurdu: Ey camaat! Sakit olun, yaxlışı sürətlə çapmaqda deyil. 643
    600. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə) buyurub: Müşriklər gün batmazdan qabaq ərəfatdan köçərdilər. Həzrət Peyğəmbər (s) isə onlarla müxalifətçilik edib, gün batandan sonra köçdü. Həzrət imam Sadiq (ə) daha sonra buyurdu: Günəş batandan sonra təmkinli və vüqarlı halda camaatla birgə ərəfatdan köçüb, Allahdan bağışlanmaq istə ki, Allah-taala buyurdu: Xalq oradan köçərkən siz də köçüb, Allahdan bağışlanmaq istə ki, Allah-taala buyurur: «Xalq oradan köçərkən (siz də) köçüb, Allahdan bağışlanmaq diləyin ki, Allah bağışlayan və mehribandır.» Yolun sağ tərəfində Ə-Kəsibul-Əhmər dağına çatdıqda de: «İlahi! Müvəffəqiyyətimə rəhm edib, elmimi çoxalt və dinimi salamat saxlayıb, ibadətlərimi qəbul et».
    Heç vaxt camaatın çoxu kimi sürətlə çapma! Çünki həzrət Peyğəmbər (s) buyurmuşdur: «Həcc at çapmaq və dəvə qaçırtmaq yeri deyildir. Allahdan qorxub yaxşı seyr edin. Zəif və müsəlmanı ayaq altında qoymayın və yol getməkdə orta vəziyyətdə yol gedən olun». Həzrət Peyğəmbər (s) öz dəvəsini saxlayaraq buyurdu: «Ey camaat! Sakit olun!» Beləliklə də Peyğəmbərin (s) sünnəsinə itaət olunmalıdır.
    Müaviyətibni Əmmar deyir: İmam Sadiq (ə)-dan eşitdim ki, buyurdu: «İlahi! Mənə oddan nicat ver». O həzrət (ə) bu duanı camaat köçüb gedənədək təkrar edirdi. Ərz etdim: Siz köçürmünsünüzmü? Camaat hamılıqla gediblər. Həzrət (ə) buyurdu: «Mən izdihamdan və camaata əziyyət etməkdə şərik olmaqdan qorxuram.»644
    601. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala qəlbində təkəbbür olmayan halda «Məziməyn»dən (Məşər yolunun əvvəlində olan iki yol ayrıcı) keçən hər bir kəsə rəhmət nəzəri ilə baxar.
    Soruşdular: Təkəbbür nədir? Həzrət buyurdu: Təkəbbür xalqı incidib, haqqı qəbul etməməkdən ibarətdir.
    Həmçinin buyurdu: Məziməyndə iki mələk məmur olmuşdu ki, «sağlıqla qalın, sağlıqla qalın» deyirlər.645
    MÜZDƏLİFƏDƏ DURMAĞIN SAVABI
    602. Həzrət Peyğəmbər (s) Minada buyurdu: «Əgər Məşər əhli kimin qapısında enib, kimin hüzuruna gəldiklərini bilsəydilər, bağışlanmaqdan sonra bir-birlərinə Rəbbin fəzlini müjdə verərdilər.»646
    603. Bilal ibni Rəbah nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Müzdəlifənin sübh çağı mənə buyurdu: «Ey Bilal! Xalqı sakitləşdir və ya onlara de ki, sözlərimə qulaq assınlar. Daha sonra buyurdu: Allah-taala öz məşərində sizə nemət bağışlayıb, saleh əməllərinizə görə günahlarınızı bağışladı və yaxşılarınızın tələb etdikləri hər bir şeyi onlara verdi. Allah adı ilə hərəkət edir.647
    604. Əbu Həmzə Sumali nəql etmişdir ki, bir kişi həzrət imam Səccad (ə)-a ərz etdi: Cihad və onun çətinliyini tərk edib həcc əməli və onun rahatlıqlarına məşğul olmuşam.
    O həzrət (ə) söykənmişdi və bu sözü dinlədikdən sonra əyləşib buyurdu: Vay olsun sənə! həzrət Peyğəmbər (s) Həccətül-vidada buyurduğu sözünü eşitməmisənmi? Belə ki, o həzrət (s) Ərəfatda dayandı və günəş batana yaxın buyurdu: «Ey Bilal! Camaata de ki, sözlərimə qulaq assınlar».
    Daha sonra o həzrət (s) buyurdu: Bu gün Rəbbiniz öz nemətini sizə vermiş, yaxşılarınızı bağışlamış və onların günahkarlarınız haqqında olan şəfaətini qəbul e tmişdir. Köçün ki, bağışlanmısınız.
    Məşərin gecə çağı ardıcıl olaraq öz Rəbbi ilə münacat edir və borclular üçün dua edirdi. O həzrət (s) məşərdə dayandıqda Bilala dedi: Xalqa de ki, qulaq assınlar. Daha sonra buyurdu: Rəbbiniz bu gün sizə nemət verib, yaxşılarınızı bağışladı və yaxşılarınızın günahlarınız barədə olan şəfaətini qəbul etdi. Köçün ki, bağışlanmısınız. Həmçinin özü tərəfindən borcular üçün razılığa zəmanət verdi.648
    MÜZDƏLİFƏDƏ QALMAQ QAYDASI
    605. Həzrət Peyğəmbər (s) buyurub: Müzdəlifənin hər bir yeri dayanacaq yeridir. Müsəhhər vadisindən yauxarı qalxın.649
    606. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs bu dörd gecəni yatmayıb oyaq qalarsa, Behişt onun üçün vacib olar. Tərviyə gecəsi, Ərəfə gecəsi, Qurban bayramı gecəsi və fitr bayramı gecəsi.650
    607. Əmirəl-möminin Əli (ə)-a dedilər: Nə üçün məşərul-həram hərəmdə qərar verilmişdir? Həzrət (ə) buyurdu: Çünki Allah-taala zəvvarlara daxil olmaq icazəsi verib, onları ikinci qapının astanasında saxlamışdır. Onların nalə və duaları uzandıqda, qurbanlıqlarını qabaqcadan gətirməklərinə icazə verəcəkdir. Onlar çirkinlikləri kənara qoyub, Allah ilə öz aralarında olan hicabı təmizlədikdə isə onlara təmizliklə ziyarətə gəlmək icazəsi verəcəkdir.651
    608. İmam Sadiq əleyhissalam buyurub: Məşərul-hərama çatmayınca məğrib namazını qılma. Ora çatdıqda isə məğrib və işa namazlarını bir azan və iki iqamə ilə orada yerinə yetirib, yolun sağ tərəfi və məşərin yaxınlığına en. İlk dəfə həccə gələn şəxsin məşərul-hərəmda durub ona ayaq qoyması və Müzdəlifə gecəsi su arxlarından keçərək belə deməsi müstəhəbdir:
    İlahi! Bura cəmdir. Səndən istəyirəm ki, kamil xeyirləri mənim üçün toplayasan. İlahi! Məni qəlbimdə toplamağını istədiyim xeyirdən məyus etmə. Səndən istəyirəm ki, burada öz dostlarına öyrətdiyin həqiqətləri mənə tanıtdırıb, məni bütün pisliklərdən saxlayasan.
    O gecəni oyaq qalmağı bacarsan, oyaq qal və yatma. Bizə çatmışdır ki, o gecədə asiman qapıları möminlərin səsləri üzünə bağlanmır və onların bal arılarının vızıltısı kimi səs-küyləri vardır.
    Allah-taala buyurur: Mən sizin Rəbbiniz, siz isə mənim bəndələrimsiniz. Mənim haqqımı əda etdiniz və sizin dualarınızı müstəcab etmək də mənim öhdəmdə olan haqqınızdır.
    O gecə Allah-taala istədiyi hər bir şəxsin günahlarını aradan aparar və istədiyi hər bir şəxsi bağışlayar.652
    609. İmam Sadiq əleyhissalam buyurub: Sübh namazından sonra gününü dəstəmazla başla və istəsən dağın yaxınlığı və ya qaldığın yerdə durub Allaha həmd və səna de. Həmçinin bacardığın qədər Onun nemətləri və sınaqlarını xatırlayıb, həzrət Məhəmməd səlləllahu ələyhi və alihi və səlləmə salavat göndər və daha sonra belə dua et:
    İlahi! Ey məşərul-həramın Pərvərdigarı! Məni Cəhənnəm odundan xilas edib, halal ruzimi genişləndir və məni cin və insan azğınlarının şərindən uzaqlaşdır. İlahi! Sən tələb olunan və istənilənlərin daha üstünüsən. hər bir qonaq üçün bir töhfə vardır. Mənim töfhəmi isə bu yerdə günahlarımdan keçib, üzürümü qəbul etməyin və dünyadan çəkinməyimi mənim üçün azuqə etməyimi qərar ver.
    Daha sonra Səbir dağını müşahidə edib, dəvə öz ayaqyerini gördükdə oradan get.653
    610. İmam Sadiq əleyhissalam buyurub: Cəmərat (şeytanlar üçün atılan) daşları məşərdən yığıb götür və əgər onları Minada öz yükünün yerindən də götürsən, sənə kifayət edər.654
    4. Minada yerə enmək:
    MƏŞƏRUL-HƏRAMDAN KÖÇMƏK
    611. İmam Sadiq əleyhissalam buyurub: . Həzrət Peyğəmbər (s) Müzdəlifədən köçərkən sakit halda gedir və buyururdu: Ey camaat! Sakit, sakit və beləliklə də Mühəssir vadisinə çatıb orada dururdu:655
    612. Fəzlibni Abbas nəql etmişdir ki, mən iki dəfə . Həzrət Peyğəmbərin (s) Məşərul-həramdan köçməsinin şahidi olmuşam ki, o həzrət (s) öz dəvəsinin cilovunu tutan halda vüqarlı və sakitliklə köçmüşdür.656
    613. Müaviyətibni Əmmar imam Sadiq (ə)-dan nəql etmişdir ki, buyurub: Səbir dağını müşahidə edib, dəvə öz ayaqyerini gördükdə köç. Həzrət (ə) daha sonra buyurdu: Xalq cahiliyyət dövründə deyirdilər: Səbir çıx ki, qarət edək və onların məqsədi günəşin işığı idi. Həzrət Peyğəmbər (s) isə cahiliyyət əhlinin adətinin əksinə olaraq köçdü. Onlar atçapmaq və dəvə qaçırtmaqla köçür, həzrət Peyğəmbər (s) isə onların əksinə olaraq sakit və vüqarlı halda köçürdü. Beləliklə də Allahı yad edən və istiğfar edən halda köçüb, Allah zikrini dilinə gətir. Məşər və Mina arasında yerləşən və Minaya daha yaxın olan böyük Məhəssir vadisinə çatdıqda, ondan sürətlə keç. Çünki həzrət Peyğəmbər (s) orada öz dəvəsini tələsdirmiş və buyururdu: İlahi! Əhdimi sağlam saxlayıb, tövbəmi qəbul et və duamı müstəcab et. Həmçinin arxada qoyub gəldiyim şəxslərin arasında mənim canişinim ol.657
    614. Şəybənin qızı Səfiyyə bir qadından nəql etmişdir ki, deyib: Həzrət Peyğəmbər (s) Məsilin ortasından sürətlə keçərkən gördüm ki, belə buyurdu: Bu vadidən yalnız sürətlə keçmək lazımdır.658
    MİNANIN ADLANMA SƏBƏBİ
    615. Həzrət imam Rza (ə) buyurub: Minaya Mina deyilməsinin səbəbi budur ki, Cəbrail (ə) orada İbrahim (ə)-a dedi: Hər nə istəyirsənsə Allahdan təmənna et. Həzrət İbrahim (ə) da ürəyində Allahdan övladı İsmailin (ə) əvəzinə bir qoçun qərar verilib, Allahın onu kəsmək üçün göstəriş verməsini istədi və Allah-taala da onun istəyini həyata keçirdi.659
    MİNADA ENMƏYİN QAYDALARI
    Quran:
    «Öz həccinizi məxsus əməllərini əncam verdikdən sonra atalarınızı yad etdiyiniz və ya ondan çox Allahı yad edin. Xalqın bəzisi belə deyir: Pərvərdiagar! Bizə elə bu dünyada əta et. Bir halda ki, axirətdə onun heç bir nəsibi yoxdur.»660
    Hədis:
    616. Hələbi nəql etmişdir ki, həzrət imam Sadiq əleyhissalamdan — Atalarınızı yad etdiyiniz kimi və ya ondan çox Allahı da yad edin — ayəsi barədə soruşduqda buyurdu: Müşriklər Təşriq günlərində Minada öz ata-babalır ilə fəxr edərək deyirdilər: Bizim atamız belə və elə idi... və beləliklə də onların üstünlüklərini yed edirdilər. Elə buna görə də Allah-taala buyurdu: «Atalarınızı yad etdiyiniz kimi və ya ondan çox Allahı da yad edin.»661
    617. İmam Sadiq əleyhissalam buyurub: «Və Allahı müəyyən günlərdə yad edin» — ayəsinin şərhində buyurdu: Onlar təşriq günləridir. Xalq əvvəllər Minada qurbanlıqdan sonra, bir-birinə fəxr edərək — mənim atam belə və elə idi... — deyirdilər ki, Allah-taala buyurdu: «Ərəfatdan köçdükdə, atalarınızı yad etdiyiniz kimi və ya ondan çox Allahı da yad edin».
    Təkbir isə budur ki, belə deyəsən: Allah daha ucadır. Allah daha ucadır. Ondan başqa bir məbud yoxdur və Allah daha böyükdür, Allah daha böyükdür ki, bizi hidayət etdi, Allah daha böyükdür ki, dörd ayaqlı heyvanlardan bizə ruzi verdi662
    618. Məhəmməd ibni Müslim nəql etmişdir ki, imam Sadiq (ə)-dan — Allahı müəyyən günlərdə yad edin — ayəsi barədə soruşduqda buyurdu: Məqsəd təşriq günlərində Qurban gününün zöhr çağından üçüncü günün sübh namazına qədərdir. Şəhərlərdə isə o namazdan sonradır. Beləliklə birinci namazdan sonra köçərsə, şəhər əhalisi təkbir deməyi saxlasınlar. Minada qalıb zöhr və əsr namazlarını orada qılan isə təkbir desin.663
    619. Zurarə nəql etmişdir ki, imam Baqir (ə)-a ərz etdim: Təşriq günlərində namazlardan sonra təkbir deyilməlidirmi? Həzrət (ə) buyurdu: Minada təkbir deməyin vaxtı on beş namazdan sonra, başqa şəhərlərdə isə on namazdan sonradır. Birinci təkbir Qurban bayramı gününün zöhr və əsr namazlarından sonradır ki, deyir: Allahu əkbər, Allahu əkbər, La ilahə illəllahu vəllahu əkbər. Allahu əkbəru və lillahil-həmd. Allahu əkbəru əla ma hədana. Allahu əkbəru əla ma rəzəqna min bəhimətil-ənam.
    Və buna görə də təyin olunmuşdur ki, başqa şəhərlərdə on namazdan sonra camaat birinci karvanla köçdükdə, başqa şəhərlərin əhalisi təkbir deməsinlər. Həmçinin Mina əhalisi Minada olduğu müddətdə sonuncu dəstə köçənədək təkbir desinlər.664
    620. İmam Sadiq əleyhissalam buyurub: Mina məscidi olan Xif məscidində namaz qıl. Həzrət Peyğəmbərin (s) dövranında o həzrətin (s) namaz qıldığı yer, məscidin ortasında yerləşən bir minarənin yanı idi ki, onun yuxarısı, sağ, sol və arxa tərəfləri qibləyə tərəf otuz zira fasiləsindədir. Onu axtar və orada namaz qılmağa imkanın olduqda namazını qıl. Çünki o məkanda min peyğəmbər namaz qılmışdır. Elə buna görə də ona Xif deyilir. Çünki Mina vadisindən hündürlükdə yerləşir və uca olan hər bir şey Xif adlanır.665
    MİNADA DAYANMAĞIN SAVABI
    621. İmam Sadiq əleyhissalam buyurub: Xalq Minada öz yerlərində durduqda bir nida edən belə deyər: Əgər kimin qapısı ağzında etdiyinizi bilsəydiz, ilahi əfvdən xərclədiyiniz mal-dövlətin əvəzinin ödənilməsinə yəqinlik tapardınız.666
    622. İmam Sadiq əleyhissalam buyurub: Xalq Minada öz yerlərini tutduqda, Allah tərəfindən bir nida edən belə deyər: Mənim razı olmağımı istəyirsinizsə, Mən razı oldum.667
    623. İmam Sadiq əleyhissalam buyurub: Bir şəxs Minada köçdükdə bir mələk öz əlini onun çiyninə vuraraq deyər: Yaxşı əməllərini yenidən başla.668
    624. Mərhum Şeyx Səduq buyurub: Minadan Məkkəyə köçən şəxsin haqqında rəvayət olunmuşdur ki, anadan doğulduğu gün kimi günahlarından paklanar.669
    DAŞ VURMAĞIN HİKMƏTİ
    625. Həzrət Əli (ə) buyurub: Cəmərələrə buna görə daş vurulur ki, Cəbrail ibadət yerlərini həzrət İbrahimə (ə) göstərdikdə, İblis onun gözünə görsəndi və Cəbrail onu qovmağı həzrət İbrahimə (ə) göstəriş verdi. O da şeytanı yeddi daşla qovdu. Belə ki, birinci cəmərənin kənarında yerin altında gizlənib, ikinci cəmərənin yanında baş qaldırdı. Daha sonra onu başqa yeddi daşla qovduqda, ikinci yerdə yerin altına girib, üçüncü cəmərənin yerindən çıxdı. Həzrət İbrahim onu yeddi daşla vurduqda isə elə o yerdə yerin altına getdi.670
    626. İmam Sadiq əleyhissalam buyurub: Cəmərələrə daş vurmağın səbəbi odur ki, şeytan orada həzrət İbrahimə (ə) aşkar oldu və Cəbrail (ə) da yeddi daşla onu vuraraq hər vurduqda təkbir deməsini İbrahimə (ə) göstəriş verdi. Beləliklə o həzrət (ə) ocür etdiyi üçün bu iş sünnəyə çevrildi.671
    627. İbni Abbas nəql etmişdir ki, Cəbrail (ə) həzrət Peyğəmbərin (s) yanına gəlib, ibadət yerlərini göstərmək üçün o həzrəti (s) özü ilə apardı. Beləliklə də Səbir dağı bölünərək Minaya daxil oldular və cəmərələri sonra Məşəri və daha sonra Ərəfatı o həzrətə göstərdi. Şeytan cəmərənin yanında o həzrətə (s) aşkar olduqda, həzrət (s) yeddi daşla onu qovdu və beləliklə gizlənib, ikinci cəmərənin kənarından baş qaldırdı. Həzrət Peyğəmbər (s) onu yeddi daşla vurdu və o da gözdən itib, sonuncu cəmərədə aşkar oldu. Həzrət Peyğəmbər (s) ona bir daha yeddi daş vurduqda gizləndi.672
    DAŞ VURMAĞIN QAYDASI
    628. Həzrət imam Baqir (ə) buyurub: Həzrət Peyğəməbr (s) Müzdələfədən gəldikdə, Qurban bayramı günü Əqəbə cəmərəsindən keçib, ona yeddi daş vurdu və daha sonra Minaya gəldi. Bu isə sünnədəndir.673
    629. Zuhri nəql etmişdir ki, həzrət Peyğəmbər (s) Mina məscidinin yaxınlığında olan cəmərəyə daş vurduqda, yeddi daş atır və hər dəfə təkbir (Allahu əkbər) deyirdi. Daha sonra qabağa gedərək onun qarşısında qibləyə tərəf durur və əllərini qaldıraraq durmağını uzadırdı. Bundan sonra ikinci cəmərənin yanına gəlib, onu yeddi daşla vurur və hər dəfə təkbir deyirdi. Daha sonra qaydır və əllərini dua üçün qaldıran halda geri qayıdaraq sol tərəfdən vadiyə doğru aşağı enirdi.
    Sonra əqəbənin yaxınlığında yerləşən cəmərənin yanına gəlir və ona yeddi daş vuraraq hər dəfə təkbir deyirdi. Daha sonra qayıdır və onun yanında qalmırdı.674
    630. Həzrət imam Baqir (ə) buyurub: Cəbir ibni Əbdillahın yanına gedərək, ondan həzrət Peyğəmbərin (s) həccindən bir xəbər verməsini istədikdə dedi: Həzrət Peyğəmbər (s) ağacın yaxınlığında olan cəmərəyə daş vurur və daşla təkbir deyirdi. Həmçinin daşları barmaqla atıb, daşı o vadinin ortasına vurur və daha sonra qurbanlıq yerinə qayıdaraq qurban kəsirdi.675
    631. Süleyman ibni Əmr ibni Əhvəs anasından rəvayət etmişdir ki, həzrət Peyğəmbəri (s) minən halda vadinin daxilində cəmərələrə daş vurub, hər dəfə təkbir deməsini gördüm. Və bir kişi də onu arxadan qoruyurdu. Soruşdum: O kişi kimdir? Dedilər: Fəzl ibni Abbasdır.
    Camaat izdiham yaratdıqda həzrət Peyğəmbər (s) buyurdu: Bir-birinizi öldürməyin və daş vurduqda onu barmaqlarınızın ucu ilə atın.676
    632. İbni Abbas nəql etmişdir ki, həzrət Peyğəmbər (s) mənə buyurdu: Əqəbə cəmərəsini daşlamaq gününün sübh çağı gəlib, mənim üçün xırda daşları yığ. Beləliklə də daşları əlinə aldıqda buyurdu: Bunların oxşarı ilə, bunların oxşarı ilə! Dində həddi aşmaqdan pəhriz edin. Həqiqətən sizdən qabaqkılar dində həddi aşdıqlarına görə həlak olmuşlar.677
    633. Yəqub ibni Şüəyb nəql etmişdir ki, imam Sadiq (ə)-dan cəmərələr barədə soruşduqda buyurdu: İki cəmərənin kənarında dur, lakin əqəbə cəmərəsinin kənarında durma.
    Soruşdum: Bu sünnədirmi? Həzrət (ə) buyurdu: Bəli. Soruşdum: Daş atanda nə deyim? Buyurdu: Hər daşı atanda təkbir de.678
    634. İmam Sadiq əleyhissalam buyurub: Hər gün zöhr çağı cəmərələrə daş vurub, əqəbə cəmərəsinə daş vuranda dediyini o halda təkrar et. Beləliklə birinci cəmərədən başlayıb, ona sol tərəfdən vadinin qəlbində daş vur və qurbanlıq günündə dediyini de. Yolun sol tərəfində qibləyə tərəf durub Allaha həm və səna deyərək, həzrət Peyğəmbərə (s) salavat göndər. Sonra bir az qabağa gedib dua et və əməllərinin qəbul olunmasını Allahdan istə. Yenə də qabağa gedib, ikinci cəmərənin yanında bunu təkrar et. Durub, Allahı çağırdığın kimi çağırır və daha sonra üçüncü cəmərənin yanına gedərək vüqarla ona daş vurursan. Lakin onun kənarında duma.679
    635. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə) buyurub: Cəmərənin xırda daşlarını götürüb, əqəbənin kənarında yerləşən sonuncu cəmərənin yanına get və qarşıdan ona daş vur. Amma yuxarısından vurma. Həmçinin daşlar əlində olan halda belə de: Allahummə haulai həsəyati fəəhsihinnə li vərfəhunnə fi əməli.
    Daha sonra daşları vurur və hər dəfə belə deyirsən:
    Allahu əkbər. Allahumməzəhr ənniş-şəytan. Allahummə təsdiqən bititabikə və əla sunnəti nəbiyyikə səllallahu ələyhi və alih. Allahumməcəlhu həccən məbrura və əmələn məqbula və səyən məşkuən və zənbən məğfira.
    Səninlə cəmərə arasında on və ya on beş zira həddində fasilə olsun və daş vurduqdan sonra «Allahummə bikə vəsiqtu və ələykə təvəkkəltu fənimər-Rəbbu və nimən-nəsir».
    Həmçinin buyurdu: Daşları təharətli halda vurmaq müstəhəbdir.680
    636. Həzrət imam Rza (ə) buyurub: Kiçik daşlar barmağın bəndi həddində olsun və qara, ağ və qırmızı daşlardan götürmə. Əksinə xallı daşları götürüb, barmaqlarının ucu ilə vur. Belə ki, daşı baş barmağına qoyur və ikinci barmağın arxası ilə onu atırsan. Cəmərələrə vadinin ortasından daş vurub, onların hamısını sağ tərəfində qərar ver. Cəmərənin yuxarısına isə daş vurma. Həmçinin birici və ikinci cəmərənin kənarında dur, amma əqəbə cəmərəsinin kənarında durma.681
    DAŞ VURMAĞIN SAVABI
    637. Həzrət Peyğəmbər (s) buyurub: Cəmərələrə daş vurmaq, Qiyamət gününün zəxirəsidir.682
    638. Həzrət Peyğəmbər (s) buyurub: Cəmərələrə daş vursan, sənin üçün Qiyamətdə bir nur olacaqdır.638
    639. İbni Ömər nəql etmişdir ki, bir nəfər həzrət Peyğəmbərdən (s) cəmərələrə daş vurmağın savabını soruşduqda, həzrət (s) buyurdu: Onun savabını Rəbbinin yanında ona daha çox möhtac olduğun gündə tapacaqsan.684
    640. Həzrət Peyğəmbər (s) buyurub: Ərəfə günü olduqda, Allah-taala xalis hacıları, Müzdəlifənin gecəsi çatdıqda isə tacirləri bağışlayır. Mina günündə dəvəçiləri, əqəbə cəmərəsində hazır olmaq zamanı çatdıqda isə istəyənləri bağışlayır və beləliklə də Allah-taala «la ilahə illəllah» deyən o cəmiyyətin hamısına bağışlayır.685
    641. Həzrət Peyğəmbər (s) buyurub: Hacı cəmərələrə daş vurduqda günahlarından xaric olur.686
    642. İmam Sadiq əleyhissalam cəmərələrə daş vurmaq barədə buyurub: Hacıdan vurduğu hər bir daşın müqabilində həlakət edən bir günah bağışlanar.687
    6. Qurbanlıq:
    Quran:
    «Bu (həcc əməlləridir) və hər kəs ilahi nişanələri təzim etsə, həqiqətən bu qəlblərin təqvasındandır».688
    «Və dəvələri sizin üçün ilahi nişanələrdən qərar verdik ki, ondan sizin üçün xeyir və bərəkət vardır. Beləliklə (qurbanlıq edərkən) sıraya duran halda Allah adını onlara zikr edin. (Can verdikdə) isə onların ətindən yeyib, qane (yoxsul) və yoxsullara yedizdirin. Şükr edəsiniz deyə onları beləcə sizin ixtiyarınızda qoyduq. Onların ət və qanları heç vaxt Allaha çatmır və Ona çatan yalnız sizin təqvanızdır. Allahı sizi hidayət etdiyi üçün böyük sayasınız deyə onları beləcə sizin ixtiyarınızda qoymuşdur və yaxşı (əməl sahiblərinə) müjdə ver.689
    Hədis:
    643. Həzrət Peyğəmbər (s) buyurub: Qurbanlıq ona görə vacib olmuşdur ki, imkansızlar onun ətindən yeyib doysunlar. Beləliklə qurban ətindən onlara yedizdirin.690
    644. Əbu Bəkr nəql etmişdir ki, həzrət Peyğəmbərdən (s) soruşdular: Həccin yaxşılığı nədir? Həzrət (s) buyurdu: Ləbbəyk demək və qurbanlıq qanı tökməkdən ibarətdir.691
    645. Həzrət imam Əli (ə) buyurmuşdur ki, həzrət Peyğəmbər (s) Qurban bayramı günündə xütbə oxuyaraq buyururdu:
    Bu gün Səcc və Əcc günüdür. Səcc tökdüyünüz qurbanların qanıdır. Beləliklə hər kəsin niyyəti düz olsa, onun qurbanlığının ilk qan damcısı, bütün günahlarının kəffarəsidir. Əcc isə duadır. Beləliklə Allah dərgahına dua edin. And olsun Məhəmmədin canı əlində olan Allaha ki, burada heç kəs bağışlanmamış qayıtmaz. Amma böyük günah əncam verib ona təkid edən və onu tərk etmək qərarına gəlməyən şəxs bağışlanmaz.692
    646. Bəşir ibni Zeyd nəql etmişdir ki, həzrət Peyğəmbər (s) həzrət Fatimə (ə.s)-a buyurdu: Qurbanlığın kəsilən səhnəsində hazır ol. Həqiqətən Allah-taala onun ilk damcısı ilə sənin bütün günahlarını bağışlayıb, xətalarından keçər.
    Müsəlmanlardan bəzisi soruşdu: Ey Allahın elçisi! Bu yalnız sənin Əhli-beytinə məxsusdur, yoxsa bütün müsəlmanlara aiddir?
    Həzrət Peyğəmbər (s) buyurdu: Allah-taala mənə vəd etmişdir ki, Əhli-beytimdən heç birinə Cəhənnəm odunu dadızdırmasın. Bu isə hamıya aiddir.693
    647. Həzrət imam Sadiq əleyhissalam buyurub: Qurbanlıq heyvanını aldıqda onu qibləyə tərəf tutub başını kəs və belə de:
    «Vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzi hənifən və ma ənə minəl muşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi Rəbbil-aləmin, la şərikə ləh və bizalikə umirtu və ənə minəl muslimin. Allahummə minkə və ləkə bismillahi vəllahu əkbər. Allahummə təqəbbəl minni».
    Daha sonra bıçağı onun boğazına çək və can verməmiş başını bədənindən ayırma.694
    648. Əbu Xədicə nəql etmişdir ki, imam Sadiq (ə)-ı gördüm ki, kəsmək üçün qurbanlıq dəvəsinin sol əlini bağlamış və onun sağ tərəfində duran halda deyirdi: «Bismillahi vəllahu əkbər. Allahummə haza minkə və ləkə. Allahummə təqəbbəlhu minni». Daha sonra bıçağı dəvənin boğazının altına salıb, onu öz əli ilə çölə çıxardı. Dəvə düşdükdə isə öz əli ilə onun başını yerindən kəsdi.695
    649. Həzrət imam Səccad əleyhissalam buyurub: Qurbanlığın haqqı budur ki, onun niyyətini Allah üçün xalisləşdirib, özünü Allahın rəhmət və qəbul yerində qərar verəsən və tamaşaçıların baxışınnı ardınca olmayasan. Belə olsa, özünü boş yerə əziyyətə salmayıb, zahiri düzəldən olmamış və niyyətin yalnız Allah-taala olmalıdır.696
    650. Həzrət imam Sadiq əleyhissalam buyurub: Müstəhəb olaraq qurban kəsən və ya qurbanlıq edən hacının onun ətindən yeyib, sədəqə verməsi layiqlidir. Bunun isə müəyyən həddi yoxdur. Belə ki, istədiyi miqdarda yeyir, yedizdirir və habelə hədiyyə və sədəqə verir.
    Allah-taala buyurmuşdur: «Ondan yeyin və giriftar yoxsulu yedizdirin». (Həcc/128).
    Həmçinin buyurub: «Ondan yeyin və qane və möhtac məhrumlara da yedizdirin». (Həcc/36).
    7. Başı qırxma:
    Quran:
    «Allah yuxu aləmində öz peyğəmbərinə haqq və düzlükdən ayrı bir şey göstərmədi. Siz hökmən hamılıqla Allahın istəyi ilə Məscidül-hərama asayişlə və başlarınızı qırxmış və ya azaltmış halda, qorxmayaraq daxil olacaqsınız. Allah elə bir şeyləri bilir ki, sizin onlardan xəbəriniz yox idi və ondan qabaq çox yaxın bir fəthi qərar vermişdi».698
    Hədis:
    651. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) buyurdu: İlahi! Başını qırxdıranlara rəhm et! Dedilər: Ey Allahın elçisi! Başının saçını azaldanlar necə? Həzrət (s) buyurdu: İlahi! Başını qırxdıranlara rəhm et! Dedilər: Başının saçının azaldanlara necə? Həzrət (s) buyurdu: Allahın rəhməti başının saçını azaldanlara da olsun.699
    652. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həzrət Peyğəmbər (s) başını qırxan hacılar üçün Allahdan üç dəfə bağışlanmaq istəmişdir.700
    653. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Baqir (ə) bir dəlləyə ülgücü başının sağ tərəfinə qoyub və daha sonra başını qırxmağı göstəriş verdi. Həmçinin özü Bismillah deyərək dua edib belə dedi: «Allahummə ətini bikulli şərətin nurən yəvməl Qiyaməti.»701
    654. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həqiqətən mömin bəndə başını qırxdıqda Allah-taala onun yerə tökülən tükünün müqabilində qiyamət günü ona bir nur əta edər.702
    655. Süleyman ibni Mehran nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: İlk dəfə həccə gələn şəxsin başını qırxdırmasının vacib, əvvəllər həccə gələn şəxsin isə başını qırxdırmasının vacib olmaması necə olmuşdur? Həzrət (ə) buyurdu: Bu vasitə ilə amanda olanların əmanətini kəsb etmək üçündür. Allahın sözünü eşitməmisənmi ki, buyurur: «Allah istəsə asayişlə və başınızı qırxmış və ya azaltmış halda Məscidül-hərama daxil olarsız və heç bir qorxunuz olmaz».703
    656. Həzrət imam Sadiq əleyhissalam buyurub: Mömin şəxs Minada öz başını qırxıb, onun tükünü dəfn etsə, qiyamət günündə hər bir tükü öz sahibinin adından ləbbəyk deyən hala məhşərə gələcəkdir. 704
    657. Həzrət imam Sadiq əleyhissalam — «summə liyəqzu təfəsəhum» (Həcc/29) — ayəsi barədə buyurdu: «Təfəsə — başı qırxmaq və insan bədənində olan şeyi aradan aparmaq mənasındadır. 705
    8. Ziyarət təvafı:
    658. Həzrət imam Sadiq əleyhissalam buyurub: Daha sonra başını qırxıb, qüsl et və dırnaqlarını tutaraq buğunu azalt. Bundan sonra Kəbəni Məkkəyə daxil olan gündə (ziyarət və təvaf etdiyin) kimi ziyarət edib, yeddi dəfə təvaf et. 706
    659. Hüseyn ibni Əbil-əla nəql etmişdir ki, imam Sadiq (ə)-dan hacının Minadan gəlib Kəbəni ziyarət etməsi üçün qüslü barədə soruşduqda buyurdu: Mən Minadan qayıdarkən qüsl edir və daha sonra Kəbənin ziyarətinə gedirəm. 707
    660. Həzrət imam Sadiq əleyhissalam buyurub: Təməttö həccini əncam verən şəxsin Qurban bayramı günü və ya o günün gecəsində Allah evinin ziyarətinə gedib, onu təxirə salmaması layiqlidir. 708
    661. Həzrət imam Sadiq əleyhissalam buyurub: Kəbəni ziyarət etməyə hərəkət edib gedən günədək təxirə salmağın heç bir eybi yoxdur. Təkcə hadisələrin qorxusundan onu tez əncam vermək müstəhəbdir. 709
    662. Həzrət imam Sadiq əleyhissalam buyurub: Qurban bayramı günündə Kəbəni ziyarət et və əgər orada izdiham olsa, sabahısı gün Kəbənin ziyarətinə gəlməyinin heç bir eybi yoxdur. Amma bu gündən onu təxirə salma. Çünki bu iş təməttö həccini yerinə yetirən və habelə vaxtı geniş olan ifrad həccini əncam verən şəxs üçün məkruhdur. Beləliklə də Qurban bayramı günündə Məscidül-hərama gəldikdə məscidin qapısı ağzında durur və belə deyirsən:
    «Allahummə əinni əla nusukikə və səllimni ləhu və səllimhu li. Əsəlukə məsələtəl-əşliz-zəşlil-mutərifi bizənbii ən təğfirə li zunubi, və ən tərciəni bihacəti. Allahummə inni əbdukə vəl-bələdu bələdukə vəl-bəytu bəytukə, citu ətlubu rəhmətən və əummu taətək, muttəbiən liəmrikə, raziyən biqədərin. Əsəlukə məsələtələl-muztərri iləyk, əl-mutii liəmrikə, əl-muşfiqi min əzabik, əl-xaifi biuqubətik, ən tubəlliğəni əfvəkə və tucirəni minən-nari birəhmətik». Bundan sonra qara daşın yanına gedərək, ona əl vurur və öpürsən. Əgər əlini ona çəkə bilməsən, əlini öp və əgər bunu da bacarmasan üzü ona tərəf durub, Məkkəyə ilk gündə daxil olarkən təvafda dediklərini de. Daha sonra Məkkəyə gələrkən sənə vəsf etdiyim kimi Kəbənin ətrafında yeddi dəfə təvaf et.
    Bundan sonra İbrahim (ə) məqamının kənarında «Qulhuvəllahu əhəd» və «Qul ya əyyuhəl kafirun» surələri ilə iki rəkət namaz qıl və qayıdaraq qara daşı öp və əgər bacarsan ona tərəf durub, təkbir (Allahu əkbər) de. Daha sonra Səfa dağına tərəf gedib Məkkəyə daxil olduğun gün kimi onun üstünə qalx və sonra Mərvə dağının üstünə gedib Səfa və Mərvə dağları arasında yeddi dəfə təvaf et. Belə ki, Səfa dağından başlayıb Mərvə dağında təvafı sona yetir. 710
    9. Səy:
    663. Həzrət imam Sadiq əleyhissalam buyurub: Təməttö həccinin ömrəsini əncam verən şəxsin Kəbə ətrafında üç dəfə təvaf və habelə Səfa və Mərvə arasında iki səy etməsi vacibdir. O, Məkkəyə daxil olduqda Kəbəni təvaf edib, İbrahim (ə) məqamı yanında namaz qılmalı, həmçinin Səfa və Mərvə arasında səy edərək başının tükü və s. azaltmalıdır. Bu halda da ehramdan xaric olmuşdur. Bu ömrə əməli üçündür. Həccdə isə onun öhdəsində olan əməllər, iki təvaf, Səfa və Mərvə arasında bir səy və Kəbə ətrafında hər bir təvafı ilə İbrahim (ə) məqamının yanında iki rəkət namaz qılmasından ibarətdir.771
    10. Nisa təvafı:
    Quran:
    «Sonra çirkinliklərini təmizləyib öz nəzrlərinə vəfa edərək, azad evin ətrafında təvaf etsinlər».712
    Hədis:
    664. Həzrət imam Rza əleyhissalam — «Vəl-yəttəvvəfu bil-bəytil-ətiq» (yəni, aza evin ətrafında təvaf etsinlər) — ayəsi barəsində buyurdu: Vacib təvafdan məqsəd, Nisa təvafıdır.713
    665. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həccin vacib əməllərini sayaraq buyurdu: Nisa təvafı vacibdir.714
    666. Həzrət imam Sadiq əleyhissalam buyurub: Ziyarət təvafını əncam verdikdə, qadınlardan başqa sənə haram olan hər bir işdən xaric olmusan. Bundan sonra Kəbəyə tərəf qayıdaraq onun ətrafında yeddi dəfə təvaf et və daha sonra İbrhaim (ə) məqamının kənarında iki rəkət namaz qıl. Bütün bunlardan sonra hər bir haram işdən xaric olmuş, həmçinin öz həcc əməlini və sənə haram olan hər bir işdən qurtarmısan.715
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 1020 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024